Məhkəmə qərarları › İş №2-1(3-6)-369/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-369/2026

01.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-369/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi nümayəndə2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiya hüququnun yarxxxxığı ##.##.2025-ci il tarixindən yaşa görə əmək pesiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslxxxxırılmışdır ki, o, 1980-ci ilin oktyabr ayından 1993-cü ilin 28 okyabr tarixinədək Zəngilan rayonu, Bakı Fəhləsi kolxozunda tütün quruducusu vəzifəsində işləmişdir. Bu illər üzrə əmək stajı məhkəmə qətnaməsi ilə tanınmışdır. ##.##.1997 – ##.##.2022-ci il tarixlərdə "xxxx" X3 xadimə işləmişdir. ##.##.2002 – ##.##.2004-cü il tarixlərdə "xxxx" Hüquq Firmasında xadimə vəzifəsində işləmişdir. ##.##.2018-ci il tarixdən etibarən ** saylı Vəkil Bürosunda xadimə vəzifəsində işləyir. Halhazırda əmək müqaviləsi qüvvədədir. Ümumi iş stajı 25 ildən artıqdır. Zəngilan Rayon Dövlət Arxivinin verdiyi ##.##.2023-cü il tarixli arayış ilə müəyyən edilir ki, Zəngilan rayonu 1993-cü ilin oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edildiyindən həmin dövrədək olan sənədlər işğal bölgəsində qalmışdır. "xxxx" X4 və “xxxx” Hüquq Firmasının fəaliyyəti barədə Dövlət Vergi Xidməti və Dövlət Satistika Komitəsi tərəfindən verilmiş arayışla bildirilir ki, hər iki təşkilatı dövlət reyestrindən qeydiyyatdan keçirilmişdir, lakin əlavə məlumat aşkar edilmir. Pensiya təyini ilə bağlı ərizə və ona əlavə edilmiş sənədlər Dövlət Sosial Müdafiə Fondunun XŞT üzrə Mərkəzi Filalına göndərilmişdir. Verilmiş imtina məktubu ilə ümumi iş stajının 25 ildən az olması səbəbi ilə pensiya təyinindən imtina edilmişdir. Hesab edir ki, imtina qərəzlidir və qanuni əsaslarla əsaslxxxxırılmamışdır. Tətbiq edilməli olan qanunun normaları tətbiq edilməmişdir. Bakı Inzibati *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və bir sıra prosessual hərəkətlər edildikdən sonra işə baxılması ##.##.2026-cı il tarixə təyin edilmişdir. ##.##.2026-cı il tarixdə iddiaçı İddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə yazılı ərizə ünvanlayaraq apellyasiya şikayətinin geri qaytarılması, ərizənin qəbul edilərək apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçı tərəfin şikayətin geri qaytarılması barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini geri götürmək iddiaçının hüququ olduğundan və hazırki iş üzrə onun bu hüququndan istifadə etməsi başqa şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunmadığından onun bu barədə ərizəsi təmin edilməlidir. Ona görə də, şikayətin geri götürülməsi barədə ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 88, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiaysının təyin edilməsi” tələbinə dair iddiaçının apellyasiya şikayətinin geri qaytarılmasına dair ərizəsi təmin edilsin və apellyasiya icraatına xitam verilsin. Iddiaçı İddiaçı izah edilsin ki, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət verilməsinə yol verilmir. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar