Məhkəmə qərarları › İş №2-1(3-6)-37/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-37/2026

12.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(3-6)-37/2026 12.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik sahibkarlıqla iş üzrə Baş idarəsinin Cavabdeh qarşı ("xxxx" QSC-nin üçüncü şəxs qismində cəlb edildiyi) “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən və məruzəçi), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-548/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 mart 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2020-ci il tarixli **********2 saylı bildirişdən görünür ki, cavabdehdən xx.xx.2020-ci il tarixə vergilər üzrə 17.284,46 manat, faizlər üzrə 6.980,47 manat, maliyyə sanksiyaları üzrə 100 manat olmaqla, ümumilikdə 24364,93 manat vergi borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Bakı şəhəri Kiçik sahibkarlıqla iş üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarına əsasən, Cavabdeh (VÖEN **********) əmlakının siyahıya alınması qərara alınmışdır.

3. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli **********8 nömrəli protokoldan görünür ki, “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarına əsasən, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh 9.000 manat dəyərində əmlakı – 6000 manat dəyərində “VAZ 21154” markalı 90ND116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi siyahıya alınmışdır.

4. Əmlakın siyahıya alınması haqqında qərarın icra edilməsi məqsədi ilə vergi ödəyicisinə mülkiyyətində olan “VAZ 21154” markalı 90ND116 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə siyahıya alınmaya təqdim etməsi barədə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin avtomobil siyahıya alınmaya təqdim edilməmiş və nəticədə vergi ödəyəcisinin iştirakı olmadan avtomobil sıyahıya alınaraq protokol tərtib edilmiş, həmçinin avtonəqliyyat vasitəsinin siyahıya alınmaya təqdim edilməməsi (imtina edilməsi) barədə xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş çıxarışdan müəyyən olunur ki, “VAZ 21154” markalı 90ND116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdən Cavabdeh adına qeydiyyatda olmaqla, ipoteka müqaviləsi əsasında "xxxx" ASCnin Səbail filialında girovdadır.

6. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101s saylı sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC ilə "xxxx" ASC arasında problemli aktivlərin satın alınması barədə xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əlavə olaraq Cavabdeh ilə bağlanmış xx.xx.2012-ci il tarixli 1340 nömrəli kredit və ipoteka müqavilələrinə dair sənədlərin təhvil-təsliminə dair S-AVK-1608 nömrəli akt tərtib edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik sahibkarlıqla iş üzrə Baş idarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixə borc məbləğindən dövlət büdcəsinə borcuna görə qiyməti 6000 manat olan “VAZ 21154” markalı 90ND116 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2021-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2021-ci il tarixə dövlət büdcəsinə 24364,93 manat borcuna görə 6.000 manat dəyərində əmlakı – 2011-ci il buraxılış ili olan “VAZ 21154” markalı 90ND116 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi siyahıya alınmış və bu barədə xx.xx.2021-ci il tarixli **********8 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin dövlət büdcəsinə 6.000 manat ödənilməmiş borcu qalmışdır.

9. Məhkəmə araşdırması ilə qeyd edilən avtomobilin ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-də girovda olması müəyyən edildiyindən, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, "xxxx" ASC üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.

10. Qeyd edilən ipoteka müqaviləsi üzrə tələb hüququ, "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə əsasında "xxxx" QSC-yə güzəşt edildiyindən, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş "xxxx" ASC "xxxx" QSC ilə əvəz edilmişdir.

11. Cavabdehin nümayəndəsi isə izahatında bildirir ki, vergi ödəyicisi kimi cavabdeh qeydə alınsa da, sahibkarlıq fəaliyyətini göstərən başqa şəxsdir. Qeyd edilən avtomobil isə cavabdehin sahibliyində deyil. Həmin avtomobil etibarnamə əsasında başqa şəxslərə keçmişdir, hazırda da avtomobilin harada olması barədə cavabdehin məlumatı yoxdur.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-548/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakim A.Hüseynov) iddia təmin olunmamışdır.

18. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, siyahıya alınmış əmlak – VAZ 21154” markalı 90ND116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü olduğundan və bununla da avtomobil üzərində qeydiyyatla bağlı məhdudiyyət olduğundan, cavabdehin vergi borcunun həmin əmlaka yönəldilməsi və əmlakın satışı istisna edilir.

19. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh məxsus avtonəqliyyat vasitəsini məsul saxlamaya götürməkdən, eyni zamanda “Avtonəqliyyat vasitəsinin siyahıya alınmaya təqdim edilməməsi (imtina edilməsi) barədə Aktı imzalamaqdan imtina etmişdir. Bununla da siyahıya alınmış əmlakın israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətindən yayınmağa cəhd edilmişdir. Oxşar hallarla əlaqədar vergi ödəyiciləri siyahıya alınmış nəqliyyat vasitələrini məsul saxlamaya qəbul etməkdən imtina edərək vergi orqanlarının iddia ərizələrinə məhkəmədə baxıldığı zaman siyahıya alınmış lakin tərəfindən məsul saxlamaya qəbul edilməmiş sahibliyində olan nəqliyyat vasitələrini özgəninkiləşdirilməsini həyata keçirirlər ki, bununla əlaqədar vergi orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinin tərkibinin olmasına dair məhkəmələrə verdikləri vəsatətlər məhkəmələr tərəfindən vergi ödəyicisinin avtonəqliyyat vasitəsini məsul saxlamaya götürmədikləri və hal hazırda onların mülkiyyətində olmaması əsası ilə təmin edilmir. Bu da nəticədə siyahıya alınmış nəqliyyat vasitələrinin satılmasına dair vergi orqanlarının iddia tələbinin məhkəmə işə baxılarkən nəqliyyata sahibliyin dəyişməsi əsas gətirilərək təmin edilməməsi ilə nəticələnir.

b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 may 2025-ci il tarixli, 2- 1(103)-2148/2025 nömrəli qərarı ilə (hakimlər: A.P.Oruczadə-sədrlik edən və məruzəçi, N.X.Nəbizadə və E.Ə.Əliyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-548/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

22. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

c) Kassasiya instansiyası məhkəməsində icraat

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 dekabr 2025ci il tarixli, 2-1(102)-2577/2025 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 may 2025-ci il tarixli, 2-1(103)-2148/2025 nömrəli qərarının ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

24.Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri birinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.

e)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

e) Prosses iştirakçılarının izahatları

26. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasına cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edildi.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. 23.1-ci və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. 89.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5-ci maddəsinə əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. 89.12-ci maddəsinə əsasən əmlakın siyahıya alınması haqqında qərar qanunla müəyyən edilmiş qaydada ləğv edildiyi andan, yaxud vergi öhdəliyinin yerinə yetirildiyi andan öz qüvvəsini itirir. 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.

28. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6 - Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir 94.1 - Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

32. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 27-28-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

33. Hazırkı işin hallarından görünür ki, vergi ödəyicisi fiziki şəxs Cavabdeh Dövlət büdcəsinə 24364,93 manat vergi borcu olmuş, vergi orqanı ona borcun ödənilməsi barədə bildiriş göndərmiş, həmin bildirişlərdə cavabdehdən Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks halda həmin borcun vaxtında ödənilməməsinə görə qanunvericiliklə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə xəbərdarlıq edilmişdir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2021-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2021-ci il tarixə dövlət büdcəsinə 24364,93 manat borcuna görə 6.000 manat dəyərində əmlakı – 2011-ci il buraxılış ili olan “VAZ 21154” markalı 90ND116 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi siyahıya alınmış və bu barədə xx.xx.2021-ci il tarixli **********8 saylı Protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir.

34. Məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq müvafiq qurumlara sorğular vermişdir.

35. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, hazırkı tarixə vergi ödəyicisinin borcunun tələb edilməsi müddətinin keçməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarın açıldığı tarixə borcun iddia müddəti keçməmişdir.

36. DİN Baş X6 İdarəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh adına xx.xx.2012-ci il tarixdən “Vaz 21154” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır.

37. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X5 tərəfindən verilmiş xx.xx.2026cı il tarixli sorğuya cavab məktubundan görünür ki, sorğuda göstərilən şəxslərin təvəllüdü (gün, ay, il) qeyd olunmadığından, onların adına mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınıb-alınmaması barədə məlumatın verilməsi mümkün olmamışdır.

38. Bakı şəhər Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, 2(008)-5569/2025 nömrəli iş üzrə məhkəmənin xx.xx.2015-ci il tarixli qərarı əsasında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən xx.xx.2015-ci ildə Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə icra vərəqəsi verilmişdir. Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2016-cı ildə iş üzrə icraata başlanılmış və icraata başlamaq haqqında qərar həmin tarixdə məhkəməyə göndərilmişdir. Həmin iş materialında məhkəmə qərarının icra olunub-olunmaması barədə hər hansı sənəd aşkar edilməmişdir.

39. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1340 nömrəli kredit və ipoteka müqaviləsi üzrə yaranmış borcun qaytarılması məqsədi ilə görülən hüquqi tədbirlər nəticəsində Bakı şəhəri Sabunçu rayonu Məhkəməsi tərəfindən 2(008)-5569/2015 №-li 15 iyul 2015-ci il tarixli qətnamə (7401.6 ABŞ tutulması və həmin məbləğin VAZ 21154 markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi barədə) qəbul olunmuşdur (surəti əlavə olunur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı Cavabdeh borcu S-AVK-1608 №-li, 11 dekabr 2017-ci il tarixli təhvil təslim aktına əsasən "xxxx" QSC-yə ötürülmüşdür. Hal-hazırda qətnamə üzrə qət olunan borc məbləğindən 3 390,12 (üç min üç yüz doxsan ABŞ dolları, 12 sent) ABŞ dolları borc qalmaqdadır.

40. Sabunçu rayon İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, Sabunçu rayon məhkəməsinin 2(008)-5569/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi şöbənin icraatında olmuş və xx.xx.2016-cı il tarixdə İcra Haqqında Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır.

41. Qanunvericiliyin normalarından göründüyü kimi cavabdehin vergiləri tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində vergi borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı həmin borcların cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. Nəzərə alınmalıdır ki, iddiaçının vergi məsuliyyəti yaradan qərarının qəbul edildiyi tarixdən borcun tələb edilməsi üçün nəzərdə tutulmuş müddət ötürülməmişdir.

42. Siyahıya alınmış əmlak – ipoteka predmeti olan “VAZ 21154” markalı 90ND116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş vəsait hesabına iddiaçının bankın qarşısında yaranmış öhdəliyinin ödənilməsi məqsədi ilə Sabunçu rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi mövcud olsa da, Sabuncu icra şöbəsi tərəfindən icra edilməmişdir.

43. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü maddəsinə əsasən məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Belə olduğu təqdirdə Sabuncu rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinin yenidən icra edilməsi üçün icra şöbəsinə göndərilməsi istisna deyil.

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

45. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

46. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-548/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik sahibkarlıqla iş üzrə Baş idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-548/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar