Məhkəmə qərarları › İş №2-1(3-6)-383/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-383/2026

23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-383/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), X2 və X12 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı İsrafil oğlunun, ərizəçi üçüncü şəxs1 nümayəndəsi və vəkili Qasımov İbrahim Musa oğlunun iştirakları ilə, İddiaçı İddiaçı İsrafil oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xiddmətinin Bakı şəhər Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti) qarşı “çıxarışın verilməsi” tələbinə * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı, ##.##.2015-ci il tarixli qərarının ləğv edilməsi və inzibati iş üzrə üçüncü şəxs qismində üçüncü şəxs1 cəlb edilməsi barədə ərizəyə əsasən Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı İddiaçı İsrafil oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi döngə 21, ev * saylı fərdi yaşayış evinin 0,20 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına hüquqi qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xiddmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı, ## ###### 2015-ci il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi döngə 21, ev * saylı fərdi yaşayış evinin 0,20 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına hüquqi qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarı ləğv edib, iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının *-*(***)-***/**** saylı, ## #### 2016-cı il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı, ## ###### 2015-ci il tarixli qərarı “texniki pasportun verilməsi” hissəsində dəyişdirilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi döngə 21, ev * saylı fərdi yaşayış evinin 0,20 ha həyətyanı torpaq sahəsinə dair iddiaçı İddiaçı İsrafil oğlunun adına “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib olunması vəzifəsi cavabdehə həvalə olunmuş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## #### 2016-cı il tarixli qərarını ləğv edib iddianın rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- ****/**** saylı ##.##.2016-cı il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- ***/**** saylı, ## #### 2016-cı il tarixli dəyişdirilmədən saxlanılmışdır. İPM-in 75.4-cü maddəsinə uyğun olaraq, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının *-*(***)-***/**** saylı, ## #### 2016-cı il tarixli qərarı icra olunması üçün cavabdeh orqana göndərilmişdir. İddiaçı İddiaçı İsrafil oğlu ##.##.2016-cı il tarixdə ərizə ilə müraciət edərək qərarın icra olunmadığına görə məcburi icra tədbirlərinin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ##.##.2016-cı il tarixli məktubu ilə *-*(**)-***/**** saylı iş üzrə ##.##.2016- cı il tarixdə tərtib edilmiş icra vərəqəsi icra olunması üçün Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. Nərimanov rayon İcra şöbəsi tərəfindən ##.##.2016-cı il tarixdə məhkəməyə təqdim edilən ##.##.2016-cı il tarixli qərara əsasən iş üzrə icraata başlanılması qərara alınmışdır. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin ##.##.2017-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının *-*(***)-***/**** saylı, ## #### 2016-cı il tarixli qərarı Bakı şəhər Ərazi İdarəsi tərəfindən icra olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında 0.2 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı İsrafil oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2017-ci il tarixdə qeydiyyata alınmışdır. üçüncü şəxs1 nümayəndəsi və vəkili Qasımov İbrahim Musa oğlu ##.##.2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə vəsatət ilə müraciət edərək üçüncü şəxs1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının *-*(***)-***/** saylı, ##.##.2016-ci tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarının 5-ci səhifəsində qeyd edilir ki, "Sabunçu rayonu Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, döngə 21, * saylı fərdi yaşayış evinin ümumi sahəsi 0,20 ha olan həyatyanı torpaq sahəsinin Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Qələbə küçəsində "İnşaat Servisez" MMC-yə ayrılmış torpaq sahəsinin əhatə etdiyi ərazinin hüdudları daxilində yerləşdiyi qeyd olunmuşdur. "İnşaat Servisez" MMC isə müvafiq alqı-satqı müqaviləsinə əsasən 2.53672 kv.m olan topraq sahəsini üçüncü şəxs1 satmış və ##.##.2013-cü il qeydiyyat tarixli Dövlət reyestrindən Çıxarış əsasında üçüncü şəxs1 adına hüquqi qeydiyyata alınmış və hal-hazırda mülkiyyətində olduğu qeyd olunmuşdur". Məhkəmə aktının məzmunundan aydın olur ki, iddiaçı İddiaçı iddia etdiyi 0.20 ha torpaq sahəsi üçüncü şəxs1 xüsusi mülkiyyətində olan 2.53672 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bu fakt məhkəmənin öz qərarında təsdiqlənmiş mühüm haldır. Belə olan halda, həmin torpaq sahəsi üzərində mübahisə edilən qeydiyyat və hüquqlar birbaşa olaraq üçüncü şəxs1 mülkiyyət hüququna təsir göstərmişdir. Lakin məhkəmələr bu həlledici faktı tamamilə nəzərdən qaçırmış, nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsi üçüncü şəxs1 məhkəmə icraatına cəlb etməmiş, nəticədə onun konstitusion mülkiyyət hüququna və məhkəmə müdafiəsi hüququna açıq şəkildə müdaxilə edilmişdir. Bu, IPM-nin 28.1 və 28.2-ci maddələrinin kobud şəkildə pozulması, eləcə də Konstitusiyanın 60-cı maddəsinin və Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinin pozulması deməkdir. Məhkəmə Salahzadənin iştirakı olmadan, onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini başqa şəxsin (iddiaçının) adına hüquqi qeydiyyata alınması nəticəsinə gəlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı, hüquqi qüvvəyə minməklə, üçüncü şəxs1 mülkiyyət hüququnun mahiyyətinə toxunmuş, onun faktiki sahibliyində və dövlət reyestrində hüquqi qeydiyyatda olan torpaq sahəsinin sərhədləri daxilində başqa bir şəxsə eyni ərazi üzrə mülkiyyət hüququ tanınması ilə nəticələnmişdir. Belə qərar, hüquqi qüvvəyə minmiş olsa belə, Konstitusiya Məhkəməsinin ##.##.2017-ci il qərarının hüquqi mövqeyinə əsasən, ləğv edilməli və işə yenidən baxılmalıdır. Çünki: məhkəmə qərarı Salahzadənin mülkiyyət hüququnun mahiyyətinə birbaşa toxunmuşdur; məhkəmə bu hüquqi nəticəni onun iştirakı olmadan və müdafiə imkanlarını təmin etmədən yaratmışdır; Salahzadə məhkəmə prosesinə çıxış hüququndan məhrum edilmiş, öz torpaq sahəsi üzərində mülkiyyət hüququnun müdafiəsini həyata keçirə bilməmişdir; belə vəziyyətdə Salahzadənin "ədalətli məhkəmə araşdırması hüququ" (Konvensiyanın 6-cı maddəsi) və "mülkiyyət hüququnun müdafiəsi hüququ" (Konvensiyanın * saylı Protokol, maddə 1) pozulmuşdur. Məhkəmənin qərar qəbul edərkən, üçüncü şəxs1 cəlb etməməklə onun iştirakı olmadan mülkiyyətində olan əmlaka dair hüquqi nəticə doğuran qərar çıxarması, həm hüquqi, həm də əxlaqi müstəvidə ədalət prinsipinin ziddinədir. Əgər bir şəxsə məxsus əmlakın sərhədləri və mülkiyyət hüdudları başqa şəxsin xeyrinə qərarla müəyyən edilirsə, bu halda həmin şəxs — yəni əmlak sahibi — mütləq qaydada icraata cəlb edilməli idi. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışına əsasən ünvan 3 ünvanında 2.53672 ha torpaq sahəsi üzrə xüsusi mülkiyyət hüququ (tam) üçüncü şəxs1 adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən ##.##.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə məktub ünvanlanılaraq bildirilmişdir ki, iddiaçı İddiaçı İsrafil oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə və üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyətinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi tələbinə dair iş üzrə icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının *-*(***)-****/**** saylı, ## #### 2016-cı il tarixli qərarı ilə yekunlaşmış, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. ##.##.2025-ci il tarixdə üçüncü şəxs1 nümayəndəsi və vəkili Qasımov İbrahim Musa oğlu Bakı Apellyasiya Məhkəməsinə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə ilə bağlı vəsatətlə müraciət edərək, üçüncü şəxs1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- ***/** saylı, ##.##.2016-cı il tarixli qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatətin əlavə qeyd hissəsində göstərilmişdir ki, “nəzərə alsaq ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının *-*(***)-***/** saylı, ## #### 2016-cı il tarixli qərarı ilə * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı, ## ###### 2015-ci il tarixli qərarı dəyişdirilmiş və apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minmişdir, bu səbəbdən vəsatət apellyasiya instansiyası məhkəməsinə təqdim edilir”. Vəsatətin əlavə qeyd hissəsində göstərilənlərə münasibətdə qeyd edirik ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənədək və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2017-ci il tarixli “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Qərarının nəticə hissəsinin 2-ci bəndində göstərilmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının *-*(***)-***/** saylı, ## #### 2016-cı il tarixli qərarının nəticə hissəsindən görünür ki, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarında “texniki pasportun verilməsi” hissəsi “torpaq sahəsinin planı və ölçüsünün tərtib olunması” olaraq dəyişdirilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə tələbin əsaslılığını nəzərə alsa da, iddiaçının iradə ifadəsini dəqiqləşdirməyərək iddia ərizəsinin ifadə tərzindən asılı qalmış, qərara aldığı nəticənin qanunauyğun olmadığını diqqətdən qaçırmışdır. Belə ki, mövcud qanunvericilik torpaq sahələri ilə bağlı texniki pasportun tərtib edilməsini nəzərdə tutmur, bununla bağlı cavabdeh idarənin qanuni vəzifəsi mövcud deyil. İddiaçının iradə ifadəsi nəzərə alınarsa, sonuncu mübahisəli bağ sahəsi ilə bağlı “plan və ölçünün” verilməsi məqsədini güdmüşdür ki, bu da mübahisəli qərarın dəyişdirilməsini zəruri edir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını iddia tələbindən kənara çıxmayaraq, ifadə tərzi ilə bağlı dəyişdirmişdir. Beləliklə, üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə barədə vəsatət vermiş şəxs üçüncü şəxs1 maraqlarına toxunması ehtimal edilən məhkəmə qərarı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının *-*(***)-***/** saylı, ## #### 2016-cı il tarixli qərarı yox, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı, ## ###### 2015-ci il tarixli qərarıdır. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə iddianın təmin edilməsi, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi ##.##.2015-ci il tarixli qərarının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi və iddiaçı İddiaçı İsrafil oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti) qarşı “çıxarışın verilməsi” iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində üçüncü şəxs1 cəlb edilməsi barədə qərara gəlmişdir. İddiaçı İddiaçı İsrafil oğlu apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və üçüncü şəxs qismində cəlbetmə barədə ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X10 ilə) 2- *(**)-****/**** saylı inzibati iş üzrə qəbul etdiyi ## ###### 2014cü il tarixli qərarı ilə mən İddiaçı İsrafil oğlunun və X6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (3-cü şəxslər: “İnşaat Servisez”MMC və üçüncü şəxs1) qarşı, ““İnşaat Servisez”MMC-yə verilmiş ##.##.2013-cü il tarixli, RX seriyalı ******* №-li çıxarışın X6 mərhum atası, X1 mülkiyyətində olan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 21-ci döngədəki * saylı evinin və mən İddiaçı İsrafil oğlunun mülkiyyətində olan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 21-ci döngədəki * saylı evinin həyətyanı sahələr də (texniki pasporta uyğun ölçüdə) daxil olmaqla ərazi hissəsində ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmuş və həmin ## ###### 2014cü il tarixli qərardan məhz üçüncü şəxs1 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər X3 (sədirlik edən məruzəçi hakim) X4 və X5 ibarət tərkibdə) *-*(***)-***/**** saylı, ## ###### 2015-ci il tarixli qərarı ilə təmin edilməmiş * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Odur ki, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2014-cü il tarixli qərarı tam olaraq deməyə əsas verir ki, üçüncü şəxs1 *-*(**)-***/**** saylı inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsi (vəsatəti) tamamilə əsassızdır və *-*(**)-***/**** saylı inzibati işin mahiyyətinin üçüncü şəxs1 heç bir aidiyyəti yoxdur. Mübahisəli məsələ üçüncü şəxs1 hüquq və maraqlarına toxunmur. Üçüncü şəxs qismində cəlb olunma ilə bağlı ərizə vermiş üçüncü şəxs1 tərəfindən apellyasiya şikayətinə dair etiraz daxil olmuşdur. Etiraz onunla əsasıandırılmışdır ki, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi *-l(**)-***/**** saylı iş üzrə ##.##.2015-ci il tarixdə qərar qəbul edən zaman mübahisəli 0,20 ha torpaq sahəsi üçüncü şəxs1 dövlət qeydiyyatında olan 2,53672 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşirdi. üçüncü şəxs1 isə "İnşaat Servisez"MMC-nin Çıxarışında göstərilmiş torpaq sahəsi alqı-satqı yolu ilə əldə etmiş və adına çıxarış almışdır. Bu hal birinci instansiya qərarında təsdiq olunmuş, həmçinin dövlət reyestrində paralel hüquqi vəziyyət yaratmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, bildirmişdir ki, hal-hazırda ona məxsus torpaq sahəsi üçüncü şəxs1 torpaq sahəsi ilə üst-üstə düşmür. Bundan başqa ##.##.2015-ci ildə onun iddia tələbi üzrə * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qərar qəbul edilərkən üçüncü şəxs1 adına mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün əsas olmuş “İnşaat Servisez” MMC-nin adına olan mülkiyyət hüququna dair çıxarış onun torpaq sahəsinin kəsişdiyi hissəsində ləğv edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs qismində cəlb olunma ilə bağlı ərizə vermiş üçüncü şəxs1 nümayəndəsi və vəkili İbrahim Qasımov apellyasiya şikayətinə verilmiş etiraza uyğun izahat verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası ərizyə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. II. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin olunmalı, üçüncü şəxs1 üçüncü şəxs qismində cəlb edilmə barədə barədə ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, ##.##.2004-cü il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi üzrə İddiaçı İsrafil oğlu 1 otaqlı bağ sahəsi almışdır. Həmin bağ sahəsinə dair verilmiş qeydiyyat vəsiqəsində yalnız 1 otaqlı yaşayış sahəsi göstərilmiş, lakin bağ sahəsinin 0,20 ha ərazisi inventarlaşdırma bürosu tərəfindən verilən texniki pasportda öz əksini tapmışdır. ##.##.2013-cü ildə İddiaçı İsrafil oğlu DƏDRX qarşı iddia ərizəsi ilə * saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən və texniki pasportda öz əksini tapmış 0,20 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. İddia tələbinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin ##.##.2012-ci il tarixli *** saylı sərəncamı əsasında “İnşaat Servis” MMC-nin istiafdəsinə 2.8 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı İsrafil oğlu Bakı şəhər İcra Hakimiyyətinin qeyd olunan sərəncamını mübahisələndirdiyinə görə * saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin ## #### 2013-cü il tarixli qərardadı ilə 0,20 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması barədə inzibati işin icraatı dayandırılmışdır. İddiaçı İsrafil oğlu 2014cü ildə * saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “İnşaat Servis” MMC-nin adına DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş reyestr kitabının ***** nömrəli vərəqində qeydə alınmış çıxarışın onun torpağı ilə kəsişdiyi hissədə ləğvini tələb etmiş və * saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin ## ###### 2014-cü il tarixli *-*(**)-****/**** saylı qərarı ilə (hakim Zaur Tağıyev) iddia tələbi təmin edilmişdir. Həmin qərardan hazırki, iş üzrə 3cü şəxs qismində qoşulmaq niyyətində olan üçüncü şəxs1 apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2015-ci il tarixli qərarı ilə (hakim Vidadi Məmmədov) * saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin ## ###### 2014-cü il tarixli *-*(**)-****/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2015-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli qətnaməsi ləğv edilərək “İnşaat Servis” MMC-nin ilə üçüncü şəxs1 arasında bağlanmış ## ### 2013-cü il tarixdə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin müqavilənin əsasında üçüncü şəxs1 adına mülkiyyət hüququ kimi qeydə alınmış ##.##.2013-cü il tarixi, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. Həmin qərardan narazı qalan üçüncü şəxs1 kasassiya şikayəti vermiş, lakin Ali Məhkəmənin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli **(***)-***/**** saylı qərarı ilə (hakim Əhliman Xıdırov) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Nəticə etibarilə hal hazırda DƏDRX-nin qeydiyyat yazısında üçüncü şəxs1 mülkiyyətində 2.1487 ha torpaq sahəsi qalmış və həmin torpaq sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşmür. Bu fakt Bakı İnzibati Məhkəməsinin icraatında olan *-*(***)-****/**** saylı başqa bir işin araşdırması zamanı DƏDRX-nin mütəxəssisinin verdiyi rəydə öz əksini tapmışdır. Həmçinin işin apellyasiya baxışı zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş sorğuya cavab məktubuna həmin torpaq sahələrinin ortofoto görüntüləri də əlavə edilmişdir. İddiaçı İsrafil oğlunun Bakı şəhər İcra Hakimiyyətinin qeyd olunan sərəncamının mübahisələndirməsi səbəbindən * saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin ## #### 2013-cü il tarixli qərardadı ilə 0,20 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması barədə dayandırılmış inzibati işin icraatı həmin məhkəmənin ## ####### 2015-ci il tarixli qərardadı ilə təzələnmiş və ## ###### 2015-ci il tarixli qərarı ilə (hakim Zaur Tağıyev) ünvan 1 ünvanında yerləşən və texniki pasportda öz əksini tapmış 0,20 ha torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması öhdəliyi DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Məhkəmənin ## ###### 2015-ci il tarixli qərarından DƏDRX-nin Bakı ş. Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin ## #### 2016-cı il tarixli *-*(***)-***/** saylı qərarı ilə (hakim Nürəddin Mustafayev) ## ###### 2015-ci il tarixli qərar dəyişdirilmədən qüvvədə saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin ## #### 2016cı il tarixli qərarından DƏDRX-nin Bakı ş. Ərazi İdarəsi tərəfindən verilən kasassiya şikayəti Ali Məhkəmənin İnzibati-İqtisadi Kolleqiyasının ## #### 2016-cı il tarixli (hakim Xəqani Məmmədov) qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin ## #### 2016-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra * saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin ## ###### 2015-ci il tarixli qərarı icra olunmuş və İddiaçı adına 0,20 ha torpaq sahəsi üzərində ##.##.2017-ci ildə ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarış verilmişdir. 2023-cü ildə İddiaçı Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan (çıxarışın qeydiyyat nömrəsi: **********, ##.##.2025-ci il tarixli) torpaq sahəsindən istifadə edə bilmədiyinə görə 1.000.000 manat kompensasiyanın Xatirə və Qalib Salahzadədən tutulmasını və ərazinin boşaldılmasını xahiş etmişdir. Sabunçu rayon Məhkəməsinin ## ###### 2023-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Tahirə Əsədova) İddiaçı adına verilmiş ##.##.2015-ci ildə ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarışda göstərilən torpaq sahəsindən cavabdehlərin çıxarılması qət edilmişdir. Kompensasiya tələbi ilə bağlı iddia müddəti tətbiq edilərək o hissədə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən həm İddiaçı, həmdə üçüncü şəxs1 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin ## ####### 2024cü il tarixli *(***)-***/**** saylı qətnamə ilə (hakim Cəmilə Musayeva) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, hər iki tərəfin verdiyi kassasiya şikayəti əsasında Ali Məhkəmənin Mülki Kollegiyasının ## #### 2025-ci il tarixli 2 (102)-703/2025 qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, yeni araşdırmaya göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleqiyasının ## #### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmişdir. ##.##.2025-ci ildə üçüncü şəxs1 onun 3-cü şəxs qismində cəlb edilməsi və Bakı Apellyasiya Məhkəməsinin İzibati-İqtisadi Kollegiyasının *-*(***)-***/** saylı,##.##.2016-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Sonra ərizəsinə dəqiqləşdirmə verərək, onun 3cü şəxs qismində cəlb edilməsini və * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2015-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2016-cı il tarixli qərardadı ilə * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2015-ci il tarixli qərarı ləğv edilmiş və üçüncü şəxs1 3-cü şəxs qismində iş üzrə icraata cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsi öz qərardadında ##.##.2015-ci il tarixli qərarın ləğv edilməsinə əsas kimi üçüncü şəxs1 adına 2.53672 kv.m sahə üçün mülkiyyət hüququna dair çıxarışın olması səbəbindən maraqlarına toxunmuş şəxs kimi qəbul etmişdir. Başqa sözlə desək yuxarıda qeyd edilən hallar və hal-hazırda üçüncü şəxs1 DƏDRX-də saxlanılan qeydiyyat kitabında mülkiyyətində 2.1487 ha torpaq sahəsinin qalması, o cümlədən mübahisəli torpaq sahələrinin üst üstə düşməməsi ilə bağlı mütəxəssis rəyinin olması Bakı İnzibati Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Qeyd olunanlardan məlum olmuşdur ki, ## ###### 2014-cü ildən etibarən üçüncü şəxs1 mübahisəli torpaq sahəsi ilə əlaqəsi olan çoxsaylı məhkəmə qətnamələrindən apellyasiya və kasassiya şikayətləri vermiş və İddiaçı adına qeyd olunan torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun qeydə alınmasından ən azından ## ###### 2023-cü ildən məlumatlı olmuşdur. Buna misal olaraq Bakı Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin 4-cü bəndində olan və mübahisəli torpaq sahəsi üzərində ## ###### 2017 -ci ildə İddiaçı mülkiyyət hüququnun qeydə alınması barədə məlumatı gətirmək olar. Belə ki, Bakı şəhər Sabunçu rayon məhkəməsinin ## ###### 2023-cüq il tarixli *(***)-***/**** saylı qətnaməsinə verilmiş apellyasiya şikayəti nəticəsində Bakı Apellyasiya Məhkəməsində iki dəfə baxılıb və sonuncu qərar ## #### 2025-ci il tarixinə təsadüf edib. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2017-ci il tarixli Qərarında qeyd olunmuşdur ki,--“Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında da öz əksini tapmışdır. Belə ki, “Brumaresku Rumıniyaya qarşı” iş üzrə ## ####### 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulubpozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır.” Göründüyü kimi qeyd olunan Plenium Qərarında 3-cü şəxs qismində ərizənin verilməsi üçün şəxsin hüququnun pozulmasının ona hansı vaxtdan məlum olduğunun əsaslandırılmalı və ərizənin verilməsi üçün müddət ağlabatan olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən məhkəmə qərarının ərizəçinin maraqlarının əhəmiyyətli dərəcədə pozulması ilə bağlı əsaslı dəlillər mövcud olmadığından və ağlabatan müddət ərzində 3-cü şəxs qismində qoşulma il bağlı ərizə təqdim edilmədiyinə görə * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı, ##.##.2015-ci il tarixli qərarı ləğv edilə bilməz. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ləğv olunmalı, inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilmə barədə üçüncü şəxs1 ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı İddiaçı İsrafil oğlu tərəfidən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı, ##.##.2015-ci il tarixli qərarının ləğv edilməsi, icraatın təzələnməsi və inzibati iş üzrə üçüncü şəxs qismində üçüncü şəxs1 cəlb edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar