Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-387/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Fərid İlham oğlu Mədətlinin sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, Gülhanə Coşqun qızı Cəfərovanın katibliyi ilə, İddiaçı İddiaçı İsa oğlunun iştirakı ilə, İddiaçı İddiaçı İsa oğlunun cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı (3-cü şəxslər Musayev İsa Vahid oğlu və X1 işə cəlb edilməklə) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı İsa oğlunun cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzildən Musayev İsa Vahid oğlu və X1 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı ilə iddiaçı üçüncü şəxs2 cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, Bakı şəhəri Nəsimi rayon icra şöbəsi və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi və hərracın etibarsız hesab edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan *(***)-****/**** saylı iş üzrə yekun məhkəmə aktı çıxarılıb qanuni qüvvəsini alanadək, Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı İddiaçı İsa oğlunun cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı (3-cü şəxs Musayev İsa Vahid oğlu və X1 işə cəlb edilməklə) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair *-*(***)-*****/**** saylı inzibati işin icraatının dayandırılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı İddiaçı İsa oğlu tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq işə baxılması ##.##.2026-cı il tarixə təyin olunmuşdur. ## ##### 2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da üçüncü şəxslər və cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. ##.##.2026-cı il tarixdə cavabdeh məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan baxılmasına etirazı olmadıqlarını bildirmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə üçüncü şəxslərin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsininin nümayəndəsinin və 3-cü şəxslər Musayev İsa Vahid oğlunun və X1 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı İddiaçı İsa oğlu tərəfindən ərizə verilərək apellyasiya şikayətini geri götürdüyündən iş üzrə icrata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının şikayətdən imtina edilməsi barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətdən imtina edilməsi barədə ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini geri götürmək apellyatorun hüququ olduğundan və hazırki iş üzrə onun bu hüququndan istifadə etməsi başqa şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunmadığından onun bu barədə ərizəsi təmin edilməlidir. Odur ki, şikayətdən imtina barədə ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizə təmin edilsin. Apellyasiya icraatına xitam verilsin. İddiaçı İddiaçı İsa oğluna izah edilsin ki, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən apellyasiya şikayəti verməsinə yol verilmir. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(3-6)-387/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-387/2026
14.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver