Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(3-6)-390/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-17342/2025 nömrəli, 08 yanvar 2026-cı il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 03 mart 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:
1. İddiaçı1 1992-ci ildə erməni təcavüzü nəticəsində Xocalı rayonundan məcburi köçkün düşmüş, Bakı şəhərində ailəsi ilə birlikdə müvəqqəti məskunlaşmışdır.
2. İddiaçı1 məcburi köçkün statusu vardır və bu barədə ona Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Seriya AA № 523598 saylı məcburi köçkün vəsiqəsi verilmişdir.
3. AZ-İ 471233 nömrəli Nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı1 ilə X6 16 oktyabr 2008-ci ildə nikahlarını bağlamışlar. Nikahdan sonra X6 “Hümbətova” soyadını qəbul etmişdir.
4. AZ-İİ 322285 №-li Doğum haqqında Şəhadətnaməyə əsasən İddiaçı2 xx.xx.2009-cu il tarixdə doğulmuş, atası İddiaçı1 və anası X2r.
5. AZ-İİİ 104200 №-li Doğum haqqında Şəhadətnaməyə əsasən İddiaçı3 xx.xx.2013-cü il tarixdə doğulmuş, atası İddiaçı1 və anası X2r.
6. İddiaçılar İddiaçı2 və İddiaçı3 məcburi köçkün statusu və vəsiqəsi verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə müraciət edilmiş, lakin cavabdeh xx.xx.2025-ci il tarixli məktubu ilə iddiaçıların anası X1 qeydiyyatının Abşeron rayonu, Fatmayı Ə/D, Fatmayı kəndi olması əsası ilə müraciətin təmin olunmasından “Azərbaycan Respublikasında məcburi köçkünlərə (məcburi köçkün) statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair“ Qaydaların 4.1.6- cı bəndinin tələbinə əsasən imtina etmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
7. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2009-cu il təvəllüdlü İddiaçı2 və xx.xx.2013-cü il təvəllüdlü İddiaçı3 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Xocalı rayonundan İ Qarabağ müharibəsi nəticəsində məcburi köçkün düşmüşdür. Məcburi köçkün düşdükdən sonra ünvan 1 ünvanda məcburi köçkün kimi məskunlaşaraq yaşayırlar və cavabdeh tərəfindən verilən bütün imtiyzalardan ailə üzvlərilə birlikdə oğlu Elçin və qızı Nərmin də bütün kommumal, çörəkpulu (ödənilir) və digər güzəşt və imtiyazlardan istifadə edirlər. O, bu yaxınlarda ailə başçısı kimi cavabdehǝ müraciət edərək qızı Nərminin 16 yaşına, oğlu Elçinin isə 13 yaşına çatdığı üçün onlara da məcburi köçkün statusunu və statusu təsdiq edən vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin cavabdeh 3-36-3/2-H-118xx-xx/2025/12805 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu ilə əsassız olaraq 1992-ci il tarixindən Xocalı rayonunun, Kosalar kəndində qeydiyyatda olduğumuza və bütün kommunal, güzəşt və imtiyazlardan istifadə etmələrinə baxmayaraq xx.xx.2009-cu il təvəllüdlü İddiaçı2 və xx.xx.2013-cü il təvəllüdlü İddiaçı3 anaları Hümbətova (Bayramova) Günay Rauf qızının qeydiyyatının Abşeron rayonu, Fatmayi ǝ/D, Fatmayi kəndində olduğundan istəyinin həllinin Komitənin imkanı xaricində olmasını göstərmişdir. Xocalı rayonunun Kosalar kəndi işğal etdikdən sonra ailə üzvlərilə birlikdə həmin vaxtdan da məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşmaları, xx.xx.2008-ci il tarixdə Hümbətova (Bayramova) Günay Rauf qızı ilə ailə həyatı qurması və həmin nikahdan xx.xx.2009-cu il təvəllüdlü İddiaçı2 və xx.xx.2013-cü il təvəllüdlü İddiaçı3 adlı uşaqlarının doğulması, hazırda da ailə üzvlərilə (uşaqları ilə) birlikdə Xocalı rayonunun Kosalar kəndində qeydiyyatda olmaları, uşaqların da onunla bərabər bütün imtiyaz və güzəştlərdən istifadə etmələri və hal-hazırda da evlərinin düşmən tərəfindən dağıdıldığını və həmin evin bərpa olunmadığını, Bakı şəhərində məskunlaşmalarını bildikləri halda əsassız olaraq uşaqlarına məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsindən imtina etmişdir. Uşaqlarına məcburi köçkünlərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə ərizəyə Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalaf'ın 4.1.6-cı bəndinə istinad edilməklə uşaqların anasının məcburi köçkün statusunun olmaması səbəbindən onlara məcburi köçkün vəsiqəsinin verilməsindən əsassız olaraq imtina edilmişdir. Qaydalarda nəzərdə tutulmuş “valideynlərdən atanın “məcburi köçkün” statusuna malik olması" anlayışı ən azından Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə zidd kimi qiymətləndirilməklə bu əsas üzrə işin hallarına münasibətdə tətbiq edilə bilməz.
9. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-17342/2025 nömrəli, 08 yanvar 2026-cı il tarixli qərarı ilə idda tələbi rədd olunmuşdur.
11. Həmin qərardan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
Apellyasiya şikayətinin dəlilləri:
12. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun olmaqla əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi öz qərarını əsaslandırarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-880/2025 nömrəli qərarına oxşar hüquqi yanaşma kimi istinad etmişdir. Halbuki, məhkəmənin istinad etdiyi Aliməhkəmənin həmin qərarının 39 və 43-cü bəndlərində işin faktiki hallarına istinad olunaraq göstəriri ki. “1994-cü ildə Horadiz qəsəbəsi işğaldan azad olunduqdan sonra qəsəbə sakinləri faktiki olaraq orada yaşamış və onların daimi yaşayış yerlərini tərk edərək məcburi köçkün düşmə faktı baş verməmişdir (39-cu bənd). İddiaçının atası X5 daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu Füzuli rayonun Horadiz qəsəbəsi işğal olunmuş ərazi olmadığından Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt ödənilməmişdir (43-cü bənd). Başqa sözlə məhkəmənin istinad etdiyi həmin qərarda işin faktiki hallarına görə, yəni Füzuli rayonun Horadiz qəsəbəsi işğal olunmuş ərazi olmadığından və həmin yaşayış məntəqələrinə yerləşdirilmiş şəxslərin məcburi köçkün statusu ləğv edildiyindən belə qərar qəbul edilmişdir. Hazır ki, işdə isə söhbət Xocalı rayonundan gedir və hələ də Xocalı rayon sakinlərinin məcburi köçkün statusları ləğv edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki,Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2 1(102)- 1887/2021, 2-1(102)-942/2022 saylı,iş № 2-1(102)-399/2023 saylı, xx.xx.2023-cü il tarixli, iş № 2-1(102)-265/2024 saylı, xx.xx.2024-cü il tarixli, iş № 2-1(102)-358/2024 saylı. xx.xx.2024cü il tarixli və.s qərarlarından görünür ki, inzibati orqan imtinasını əsaslandırdığı “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın qüvvədə olmasına rəğmən, normativ aktların hüquqi qüvvəsi üzrə təsnifatı və iyerarxiyası baxımından qanun istinad olunan qaydaya münasibətdə daha üstün hüquqi qüvvəyə malikdir. Bu mənada həmin Qaydanın mövcudluğu və hüquqi qüvvəsi şəxsin qanunla nəzərdə tutulmuş hüququnun həyata keçirilməsini istisna edə bilməz. Başqa sözlə, “Qaydalar”ın həmin tələbi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna və konstitusion dəyərlərə ziddir və valideynlərindən yalnız birinin məcburi köçkün statusu olduğu və işğal olunmuş rayonda qeydiyyatı olduğu halda uşaqlara məcburi köçkün statusunun verilməsi barədə iddialar əsaslı hesab edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Tərəflərin izahatları
14. xx.xx.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da iş üzrə tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu:
1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: ... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.
9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər..
16. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
19. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
20. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, imtina məktubunun tarixi xx.xx.2025-ci il tarixdir. İddiaçı isə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür.
21. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı tələbi “onlara məcburi köçkün statusunu təsdiq edən məcburi köçkün vəsiqəsinin verilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırılmışdır ki, “iddiaçılara məcburi köçkün statusu verilməsi üçün Qaydaların yuxarıda göstərilən ikinci şərti yerinə yetirilmir.”
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
23. İş materiallarından görünür ki, iddiaçıların atası məcburi köçkün statusuna malik olsa da, iddiaçıların anası işğal olunmuş rayon (şəhər) üzrə deyil, Abşeron rayonu üzrə daimi qeydiyyatdadır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan qanunvericilk normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir.
25. Məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir.
26. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ının 4.1.6-cı yarımbəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara) verilir.
27. Hazırki işdə də iddiaçıların atası məcburi köçkün olsa da, anası məcburi köçkün deyil və Abşeron rayonu, Fatmayı Ə/D, Fatmayı kəndində daimi qeydiyyata alınmışdır.
28. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçıya “məcburi köçkün” statusunun verilməsi mümkün olmadığından iddia birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir.
29. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
30. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını qeyri-mümkün edir.
31. Odur ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-17342/2025 nömrəli, 08 yanvar 2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-17342/2025 nömrəli, 08 yanvar 2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev