Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-391/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı X1 Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və X12 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil Xanəli oğlunun, Cavabdehin nümayəndələri X6 vəNümayəndə Yusif qızının iştirakları ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:
1. İddiaçı X1 ##.##.1959-cu il təvəllüdlüdür.
2. İddiaçı ## ######## 1982-ci il tarixdən ## ####### 2004-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İstintaq orqanlarında, ## ####### 2004-cü il tarixdən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (DTX) sərəncamına ezam edilərək ## ####### 2007-ci il tarixədək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə xidmət etmiş, ##.##.2011-ci il tarixdən ##.##.2025-ci il tarixədək Bakı Ağır Cinayətlər Məhkəməsində hakim vəzifəsində işləmişdir.
3. İddiaçı ona hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh ##.##.2025-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1-ci və 20.7.2-ci maddələrinə əsasən hakim kimi əmək pensiyası hakim vəzifəsində 15 il və daha yuxarı iş stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin hakim kimi stajınız 15 ildən az (14 il 4 ay 13 gün (##.##.2011-##.##.2025-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də sizə hakim kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumilikdə 40 (qırx) il (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İstintaq orqanlarında, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində işlədiyi illər və məhkəmə hakimi vəzifəsində işlədiyi illər ümumi əmək stajına daxil edilməklə) işlədiyi xidmət illərini rəhbər tutub ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində ##.##.2010-cu il tarixdən ##.##.2025-ci il tarixədək işləməyini və pensiya yaşına çatdığına görə hakimlik fəaliyyətinə xitam verilməsini nəzərə alaraq sabiq hakim kimi ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək aldığı vəzifə maaşına uyğun olaraq, hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, 40 təqvim günü müddətində məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar, həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin istintaq orqanlarında, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində işlədiyi illər də ümumi əmək stajına daxil edilməklə ona sabiq hakim kimi əmək pensiyasının hesablanması, habelə, pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanması və həmin məbləğin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra iddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, sabiq hakim kimi ##.##.2023cü il tarixdən ##.##.2025-ci il tarixədək aldığı vəzifə maaşına uyğun olaraq, hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, 40 təqvim günü müddətində məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, eləcə də sonrakı artımlar, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada pensiyaya 14 il 4 ay 13 gün hakim stajına görə əlavələr nəzərə alınaraq ##.##.2025-ci il tarixdən ona hakim kimi əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı həmin tarixdən, pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanıb ödənilməsi, həmçinin ##.##.2011-ci ildən ##.##.2025-ci il tarixə kimi olan müddət ərzində pensiya kapitalının yenidən hesablanaraq yığılan kapitala uyğun olaraq əlavə məbləğlərin pensiyaya daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş fəaliyyətini ## ######## 1982-ci il tarixdən başlamışdır. Belə ki, ## ######## 1982-ci il tarixdən ## ####### 2004-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İstintaq orqanlarında müxtəlif vəzifələrdə xidmət etmişdir. ## ####### 2004-cü il tarixdən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərəncamına ezam edilərək ## ####### 2007-ci il tarixədək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində mühüm işlər üzrə baş müstəntiq, şöbə rəisi, İbtidai İstintaq İdarəsinin rəis müavini vəzifələrində xidmət edərək, R hərbi rütbəsində çalışmışdır. ## ####### 2007-ci il tarixdə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin “v” bəndinə əsasən (səhhətimlə əlaqədar) Silahı Qüvvələrin ehtiyatına buraxılmışdır. 1-ci Qarabağ Müharibəsinin veteranıdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən ## ###### 2007-ci il tarixdə xidmət illərinə görə ona 1197 man. 50 qəpik ömürlük pensiyatəyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən pensiyaya çıxdıqdan sonra 16 il işlədiyi üçün əmək pensiyanın məbləği yenidən hesablanaraq ## ###### 2024-cü il tarixdən əmək pensiyası 4881 manat 61 qəpik hesablanmışdır. Pensiya kapitalı 179.186 manat 52 qəpik müəyyən edilmişdir. Əmək fəaliyyətini davam etdirilməsi üçün 2008-2010-cu illər ərzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurası tərəfindən təşkil olunmuş təhsil və praktik kurslarında 8 imtahan mərhələsindən müvəffəqiyyətlə keçərək Azərbaycan Respublikası Prezidentinin ## ####### 2010-cu il tarixli **** nömrəli Sərəncamı ilə ## ###### 2011-ci il tarixdən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilərək, yenidən Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli **** nömrəli Sərəncamı ilə ##.##.2016-cı il tarixdən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmişdir. Məhkəmə-Hüquq Şurasının ## ### 2025-ci il tarixli Qərarı ilə hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatmağı nəzərə alınaraq ## ### 2025-ci il tarixdən xitam verilmişdir. Həmin tarixdən ona əmək pensiyası təyin edilmişdir. Bildirir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Daxili işlər orqanları, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və məhkəmə sistemində onun iş stajının müddəti ümumilikdə 40 ildən çox təşkil edir. Bu isə, əmək pensiyasının maksimum həddə hesablanması üçün əsasdır.
7. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı A.X8 müraciət edərək, ona hakim kimi əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin onun hakim kimi iş stajı qanunla tələb olunan müddətdən az olduğundan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 20.7.1-ci və 20.7.2-ci maddələrinə əsasən müraciətinin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Həmin Qanunun 20.1.4-cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək / qrup əlil olmuş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.7.1-ci maddəsinə əsasən 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlarda nəzərə alınmaqla 15 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında təyin edilir. Həmin Qanunun 20.7.2-ci maddəsinə əsasən 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 37.2-ci maddəsinə əsasən əmək pensiyasına əlavənin ödənilməsi əməkpensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Həmin Qanunun 37.3.4-cu maddəsinə əsasən bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. İş materiallarından görünür ki, iddiaçı ##.##.1959-cu il təvəllüdlü A.Məcidovun ##.##.2024-ci il tarixindən hakim vəzifəsində olmanın son yaş həddinə çatdığına görə hakimlik fəaliyyətinə xitam verilmişdir. Onun ümumilikdə hakim kimi sosial sığorta stajı 14 il 1 ay 03 gün (##.##.2010—##.##.2024) təşkil etmişdir. İddiaçı A.Məcidovun yaşa görə əmək pensiyası almaq hüququ ##.##.2024-ci il tarixindən yaranmışdır. Belə ki, iddiaçı A.Məcidov “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun ##.##.2017-ci il tarixədək (qanunun həmin redaksiyasına əsasən əmək pensiyasına əlavələr hakim vəzifəsindəki 5 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında təyin edilir), yəni hakim vəzifəsinə təyin edildiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə istinad edərək ona pensiya təyin edilməli olduğunu iddia etsə də, yaşa görə əmək pensiyası almaq hüququ ##.##.2024-ci il tarixində yarandığından əvvəlki dövrdə qüvvədə olmuş qanunvericiliyə istinad edilməsi qanuna müvafiq hesab edilməməlidir. Beləliklə, qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, iddiaçı X1 hakim kimi əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.
8. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026cı il tarixli qərarı ilə iddianın təmin edilərək, X1 sabiq hakim kimi ##.##.2023-cü il tarixdən ##.##.2025- ci il tarixədək aldığı vəzifə maaşına uyğun olaraq, hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, 40 təqvim günü müddətində məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, eləcə də sonrakı artımlar, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada pensiyaya 14 il 4 ay 13 gün hakim stajına görə əlavələr nəzərə alınaraq ##.##.2025-ci il tarixdən ona hakim kimi əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı həmin tarixdən, pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanıb ödənilməsi, həmçinin ##.##.2011-ci ildən ##.##.2025-ci il tarixə kimi olan müddət ərzində pensiya kapitalının yenidən hesablanaraq yığılan kapitala uyğun olaraq əlavə məbləğlərin pensiyaya daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
9. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, A.Məcidova ##.##.2007-ci il tarixindən sabiq hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Sonrakı artımlar, 2022-ci il ərzində ödənilmiş aylıq maddi yardımın ##.##.2023-cü il tarixdən pensiyanın tərkibinə daxil edilməsi, həmçinin ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti illər üzrə indeksləşdirilməsi, işləyən pensiyaçı kimi topladığı bütün pensiya kapitalı nəzərə alınmaqla adıçəkilən şəxsin pensiyası hazırda 5657,36 manat təşkil edir. A.Məcidovun ##.##.2025-ci il tarixində ona sabiq hakim kimi əmək pensiyasının təyin edilməsi ilə bağlı Mərkəzi Filiala müraciəti daxil olub. Adıçəkilən şəxsin təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlarda hakim kimi iş stajı 15 ildən az (14 il 4 ay 13 gün (##.##.2011-##.##.2025-ci il tarixləri arasındakı dövr)) təşkil etdiyindən ona sabiq hakim kimi əmək pensiyasının təyin edilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 20.7.1-ci və 20.7.2-ci maddələrinin tələbləri baxımından mümkün hesab edilməyib. Bu barədə A.X9 tərəfindən ##.##.2025-ci il tarixli *- **-*/*-M-******/**** nömrəli məktubla məlumat verilib. Bildiririk ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun adından, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında hakimlərə dair müddəalardan (vəzifəyə təyin və azad olunma qaydaları və s.) göründüyü kimi, məhkəmə orqanları əməkdaşları (müvafiq məhkəmənin aparatında işləyən aparat rəhbəri, şöbə müdirləri və onların müavinləri, sektor müdirləri və məsləhətçilər, məhkəmə iclas katibləri, kargüzarlar, tərcüməçilər və s.) ilə hakimlərin statusları qanunvericilikdə fərqləndirilib. Bundan başqa, qulluq stajına görə əmək pensiyasına əlavənin verilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra–Qanun) 20-ci maddəsinin bəzi müddəalarında əmək stajı müəyyən qurumdakı (məsələn, prokurorluq orqanlarında) xidməti və ya iş fəaliyyətini ehtiva etdiyi halda, həmin maddə məhkəmə hakimlərinə münasibətdə məhkəmə orqanlarındakı əmək fəaliyyətini deyil, məhz “hakim işləmiş” şəxsə “hakim vəzifəsində aldıqları” vəsaitdən hesablanan əlavəni nəzərdə tutur. Eyni zamanda bildiririk ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsininin doqquzuncu hissəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Göründüyü kimi, hakimlik stajına görə əlavə haqqın verilməsi üçün şəxsin daxili işlər, milli təhlüksəsizlik orqanlarındakı deyil, yalnız prokurorluq orqanlarında xidmət illərinin nəzərə alınması qeyd olunub. Hətta prokurorluq orqanlarındadakı xidmət illəri hakimlik stajının hesablanması zamanı deyil, yalnız əlavə haqqın hesablanması zamanı nəzərə alınır. A.Məcidovun təqdim etdiyi sənədlərdə isə onun prokurorluq orqanlarında deyil, ##.##.1982ci il tarixindən ##.##.2004-cü il tarixinədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İstintaq orqanlarında, ##.##.2004-cü il tarixindən isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərəncamına ezam edilərək ##.##.2007-ci il tarixinədək həmin qurumda müxtəlif vəzifələrdə xidmət etdiyi qeyd olunub. Bu fəaliyyət dövrlərinin isə onun hakimlik stajına və ya müvafiq əlavə haqqın verilməsi üçün hesablanan stajına aid edilməsi qanunvericiliyin tələbləri baxımından ümumiyyətlə mümkün deyil. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-*****/**** nömrəli qərarı ilə əlaqədar bildiririk ki: Qanunun # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının: – 20.7-ci maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlərin əmək pensiyasına əlavələr əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir: – 20.7.1-ci maddəsinə əsasən, 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; – 20.7.2-ci maddəsinə əsasən, 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; – 20.7.3-cü maddəsinə əsasən, 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilirdi. Göründüyü kimi, Qanunun # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında sabiq hakimlərin əmək pensiyalarına qulluq stajına görə əlavənin son 24 aylıq əmək haqqısına uyğun hesablanmasına dair hər hansı müddəa mövcud deyildi. Qanunun # #### 2017-ci il tarixindən qüvvədə olan redaksiyasının: – 20.7-ci maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcəli (# #### 2022-ci il tarixindən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlilliyi müəyyən edilmiş sabiq hakimlərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: – 20.7.1-ci maddəsinə əsasən, 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; – 20.7.2ci maddəsinə əsasən, 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun ## ###### 2011-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş və ## ###### 2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.8-ci bəndinin 28-ci misalına görə “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əlavənin hesablanması üçün əsas şərt kimi şəxsin sözügedən maddədə nəzərdə tutulmuş vəzifələrdən azad olunduqdan sonra müraciət etməsi göstərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ## ###### 2017-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş ## ### 2022-cil tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.5.8-ci bəndinə əsasən, “Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavələr, Qanunun həmin maddəsi ilə müəyyən edilən vəzifələrdə işləmədikləri halda, onların yaşa görə və İ dərəcə əlilliyə görə aldıqları pensiyanın üzərinə hesablanır”. Qanunun 37.3.4-cü maddəsinin tələblərinə əsasən, sabiq hakimin əmək pensiyasına qulluq stajına görə əlavənin ödənilməsi bu əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə çalışdığı halda mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, A.Məcidovun hakimlik fəaliyyətinə ##.##.2025-ci il tarixində xitam verildiyindən sabiq hakim kimi pensiyasına qulluq stajına görə əlavələrin təyin edilməsi məsələsinə baxılması üçün hüququ ##.##.2025ci il tarixindən yaranıb. Həm göstərilən səbəbdən, həm də ümumilikdə əmək pensiyasının hesablanması mexanizminin hər bir mərhələsinin Qanunun müxtəlif dövrlərdə qüvvədə olmuş redaksiyalarına əsasən hesablanması qanunvericiliyin tələblərinə uyğun hesab edilmədiyindən Qanunun # #### 2017-ci il tarixinədək qüvvədə olmuş 20.7.3-cü maddəsinə əsasən A .Məcidovun pensiyasının faiz dərəcəsinin, həmin tarixdən sonra Qanunun qüvvədə olan redaksiyasının 20.7-ci maddəsinə əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının son 24 ayı üzrə hesablanması mümkün deyil. Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2008-ci il tarixli Qərarına əsasən ## ###### 2005-ci il tarixinədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə uyğun hesablanmalıdır. Yəni, sözügedən Plenum Qərarına əsasən ## ###### 2005-ci il tarixinədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. Həmin şəxsin vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqısı istənilən beş il üzrə hesablanmalıdır. Çünki “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin ## ###### 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında 5 illik əmək haqqına uyğun hesablanma nəzərdə tutulub. Göründüyü kimi, sözügedən Qanunda da sabiq hakimlərin əmək pensiyalarına qulluq stajına görə əlavənin son 24 aylıq əmək haqqısına uyğun hesablanmasına dair hər hansı müddəa mövcud deyildi. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair ## ### 2020-ci il tarixli Qərarına əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İddia tələbində qeyd olunan “40 təqvim günü müddətində məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət” A .Məcidovun son 24 ay ərzindəki əmək fəaliyyəti dövründə qanunvericilikdə mövcud olmaması səbəbindən ona ödənilmədiyindən həmin əlavənin sabiq hakim kimi qulluq stajına görə əlavələr təyin ediləcəyi təqdirdə əmək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Bundan başqa, məhkəmə qərarının əsaslandırma hissəsində göstərilməsə də, nəticə hissəsində “müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanıb ödənilməsi” qərarı alınmışdır. Qeyd edilən mövqe ilə də razılaşmayaraq bildiririk ki, Qanunun 2017-ci il ####un #-dək qüvvədə olan 20.7.3-cü maddəsinə əsasən, 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Məhkəmə qüvvədə olmayan qanunvericiliyi əsassız olaraq tətbiq etməklə yanaşı, həmin qanunvericiliyi də düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə iddiaçıya orta aylıq əmək haqqının 80 faizi miqdarında əlavənin məbləğinin müəyyən edilməsində səhvə yol vermişdir. Belə ki, iddiaçının hakim kimi əmək stajı 14 il 4 ay 13 gün təşkil edir. Qanunun 2017-ci il ####un #-dək qüvvədə olan 20.7.3-cü maddəsinə əsasən, orta aylıq əmək haqqısına tətbiq ediləcək faiz dərəcəsi müəyyən ediləcəyi halda belə faiz dərəcəsi 75 % təşkil edəcək (10 il üçün 55%, 10 ildən sonrakı hər il üçün 5% olmaqla (55+(4x5)=75%). Həmçinin iddiaçının hüquqi marağına münasibətdə bildiririk ki, A.Məcidova hazırda hərbi qulluqçu kimi yaşa görə ödənilən əmək pensiyasının məbləği ona sabiq hakim kimi qulluq stajına görə əlavələr nəzərə alınmaqla əmək pensiyası təyin ediləcəyi təqdirdə pensiya məbləğinin hazırki məbləğdən çox olmayacağı məhkəmənin və iddiaçının diqqətinə çatdırılmışdır. Bir daha bildiririk ki, sonrakı artımlar, 2022-ci il ərzində ödənilmiş aylıq maddi yardımın ##.##.2023-cü il tarixindən pensiyanın tərkibinə daxil edilməsi, həmçinin ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti illər üzrə indeksləşdirilməsi, işləyən pensiyaçı kimi topladığı bütün pensiya kapitalı nəzərə alınmaqla adıçəkilən şəxsin pensiyası hazırda 5657,36 manat təşkil edir. Həmin pensiya məbləği aşağıdakı hissələrdən ibarətdir: – 3019,15 manatı sığorta hissə (2006-ci ilədək olan iş stajına və ilkin pensiya hüququnun yarandığı ##.##.2011-ci il tarixinədək qeydə alınmış pensiya kapitalına uyğun 355,33 manat + ##.##.2011-##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində işləyən pensiyaçı kimi topladığı pensiya kapitalına uyğun 2427,03 manat + ##.##.2024-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi ##.##.2025ci tarixinədək qeyd alınan pensiya kapitalına uyğun 236,79 manat); – 2366,07 manatı qulluq stajına görə əmək pensiyasına əlavə; – 272,14 manat maddi yardım məbləğidir. Qanunun 20.7-ci, 20.7.1-ci və 20.7.2-ci maddələrinə əsasən, sabiq hakimin əmək pensiyasına qulluq stajına görə əmək pensiyasına əlavə aşağıdakı qaydada hesablanır: 1) Şəxsin hakim vəzifəsindəki son 24 və ya istənilən ardıcıl gələn 60 ay ərzindəki əmək haqqısının orta aylıq məbləği tapılır; 2) Hesablanmış orta aylıq əmək haqqının hakimlik stajına uyğun olaraq müəyyən edilmiş faiz dərəcəsi (maksimum 80 faiz) mütənasib məbləği hesablanır; 3) Müəyyən edilmiş məbləğ ilə Qanunla təyin olunmuş əmək pensiyasının məbləği arasındakı fərq qədər qulluq stajına görə əlavə təyin edilir. Buna uyğun olaraq da, A.Məcidova müvafiq məhkəmə qərarına əsasən sabiq hakim kimi qulluq stajına görə əmək pensiyasına əlavə hesablanacağı halda ona 6664,53 manat orta aylıq əmək haqqısının (vəzifə maaşı – 2272,00 manat, vəzifə maaşının 1 misli miqdarında əlavəsi – 2272,00 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi həcmində əlavəsi – 681,60 manat, hakimlik səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı vəzifə maaşının 25 faizi həcmində əlavəsi – 568,00 manat və məzuniyyət görə əlavə 870,93 manat) 80 faizi məbləğində – 5331,62 manat və sabiq hərbi qulluqçu kimi almış olduğu pensiyasın tərkibində öz əksini tapmış – 272,14 manat maddi yardım hesablanmaqla ümumilikdə 5603,76 manat əmək pensiyası müəyyən ediləcək. Həmin pensiyanın: – Sığorta hissəsi hərbi qulluqçu kimi ödənilən pensiyanın sığorta hissəsinə bərabər olmaqla 3019,15 manat (bütün əmək fəaliyyəti dövrü və pensiya kapitalı nəzərə alınmaqla); – Maddi yardım hissəsi 272,14 manat; – Qulluq stajına görə əlavə hissəsi isə 2312,47 manat (5603,76 manat - 3019,15 manat sığorta hissə - 272,14 manat maddi yardım hissə) təşkil edir. Bu isə hazırda ödənilən sabiq hərbi qulluqçu kimi pensiyasının qulluq stajına görə əlavə hissəsindən, yəni 2366,08 manatdan 53,60 manat azdır. Göründüyü kimi, hakim kimi qulluq satıja görə əlavə hesablanacağı halda A.Məcidovun əmək pensiyasının ümumi məbləği azalacaqdır. Qeyd olunanlardan aydın olur ki, iddiaçının hüquqi marağı ona hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə dolayı yolla maddi vəziyyətinin yaxşılaşdırılmasından ibarət olsa da, hazırki halda hakim kimi yaşa görə əmək pensiyasının məbləği hərbi qulluqçu kimi əmək pensiyasının məbləğindən çox olmayacağından bu əsasla pensiyanın təyin edilməsi onun maddi vəziyyətinə də müsbət təsirini göstərməyəcəkdir. Buna əsasən də bildiririk ki, inzibati orqanın imtinası ilə iddiaçının hər hansı hüququ pozulmamışdır. Hazırda iddiaçıya sabiq hakim kimi əmək pensiyasının təyin edilməsi əslində iddiaçının hüquqi marağına xidmət etməməklə yanaşı onun maddi mənafelərində də hər hansı müsbət yaxşılaşma ilə nəticələnməyəcəkdir. Bakı İnzibati Məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, digər tərəfdən iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən hesab edirik ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli 2-1(112)-16133/2025 qərarı faktiki cəhətdən əsassız, hüquqi baxımdan qanunsuz olduğundan ləğv edilməli və iddiaçı X1 “hakim kimi əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin olunmamalıdır.
Apellyasiya şikayətinə etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, iddiaçı ##.##.1959 cu il təvəllüdlü A.Məcidovun ##.##.2025-ci il tarixindən hakim vəzifəsində olmanın son yaş həddinə çatdığına görə hakimlik fəaliyyətinə xitam verilmişdir. Onun ümumilikdə hakim kimi sosial sığorta stajı 14 il 4 ay 13 gün (##.##.2011—##.##.2025) təşkil etmişdir. İddiaçı A.Məcidovun yaşa görə əmək pensiyası almaq hüququ ##.##.2025-ci il tarixindən yaranmışdır. Belə ki, iddiaçı A.Məcidov “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun ##.##.2017-ci il tarixədək (qanunun həmin redaksiyasına əsasən əmək pensiyasına əlavələr hakim vəzifəsindəki 5 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında təyin edilir), yəni hakim vəzifəsinə təyin edildiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə istinad edərək ona pensiya təyin edilməli olduğunu iddia etsə də, yaşa görə əmək pensiyası almaq hüququ ##.##.2025-ci il tarixində yarandığından əvvəlki dövrdə qüvvədə olmuş qanunvericiliyə istinad edilməsi qanuna müvafiq hesab edilməməlidir. Beləliklə, qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, iddiaçı X1 hakim kimi əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Beləliklə, cavabdehin imtinaya yeganə və əsas dəlili ondan ibarətdir ki, iddiaçının hakim kimi iş stajı 14 il 4 ay 13 gün (##.##.2011-##.##.2025-ci il), yəni 15 ildən az olmasııdır. Birinci instansiya məhkəməsi tamamilə haqlı olaraq göstərmişdir ki, “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyinə əmin olmalıdır. Hazırkı mübahisəyə münasibətdə “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları da məhz bu prizmadan, yəni Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində,127-ci maddəsinin İ və İİ hissələrində, 128-ci maddəsinin İ və İİ hissələrində, habelə beynəlxalq hüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir olunmalıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” ## #### 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin VII hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair” ##.##.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır. Belə olan halda məhkəmə Konstitusiya Məhkəməsinin mövqeyini hazırkı işə tətbiq edərək hesab edir ki, iddiaçı ərizəsində göstərdiyi əlavələri işlədiyi dövrdə aldığından və həmin ödənişlər məcburi dövlət sosial sığortasına cəlb olunduğundan (##.##.2011-ci il tarixdən ##.##.2025-ci il tarixədək) iddiaçının ona pensiya hesablanarkən həmin məbləğlərin nəzərə alınmasını tələb etmək hüququ da mövcuddur. Bundan əlavə, məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun ##.##.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII bəndinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsi hakimlərin maddi təminatını tənzimləyir. Həmin maddə ilə hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. 106-cı maddənin birinci hissəsinə “məbləğdə” sözündən sonra “aylıq” sözü və “edilir” sözündən sonra “və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” sözləri ## #### 2019-cu il tarixli ****VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Odur ki, iddiaçı ##.##.2025-ci il tarixə qədər hakim işlədiyindən, həmin əlavəni almışdır. Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. ## #### 2019 cu il tarixli ****-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 106-cı maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir. Odur ki, iddiaçı ##.##.2011-ci il tarixdən ##.##.2025-ci il tarixə qədər hakim işlədiyindən, pul təminatını almışdır. Məhkəmə qeyd edir ki, iddiaçıya hakim kimi əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmişdir. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, Azad Məcidova hazırda hərbi qulluqçu kimi yaşa görə ödənilən əmək pensiyasının məbləği ona hakim kimi qulluq stajına görə əlavələr nəzərə alınmaqla əmək pensiyası təyin ediləcəyi təqdirdə pensiya məbələğinin hazırki məbləğdən çox olmayacağı iddiaçının diqqətinə çatdırılmışdır. Qeyd etmək istəyirəm ki, bu barədə hüquqlarını təmsil etdiyim Azad Məcidova heç vaxt belə bir məlumat verilməmişdir. Cavabdeh apellyasiya şikayətində müxtəlif hesablamalar apararaq belə qənaətə gəlmişdir ki, hakim kimi Azad Məcidov 53 manat 60 qəpik az pensiya alacaqdır. Hesab edirik ki, cavabdehin gəldiyi nəticə özüözlüyündə formal olaraq hüquqi və məntiqi mövqedən nəzər salındıqda bir-biri ilə ziddiyyət təşkil edən nəticələri özündə əks etdirir. Sübutların qiymətləndirilməsi qabaqcadan yaranmış yalnış qənaət əsasında aparılıb, sübut edilməli hallar üzrə ehtimalların tarazlığına riayət olunmayıb. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə ## ###### 1970ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə ## ####### 1982-ci il tarixli qərar, X3rşı iş üzrə ## ####### 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Buna görə hesab edirəm ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ###### 2026-cı il tarixli Qərarından verilmiş Apellyasiya şikayətinin əsassız olduğundan rədd edilməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ###### 2026-cı il tarixli Qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə Qərar çıxarılmalıdır
Tərəflərin izahatları
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X6 vəNümayəndə Yusif qızı apellyasiya şikayətini müdafiə edərək bildirdilər ki, iddiaçının hakim kimi ümumilikdə 14 il 4 ay əmək stajı vardır. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdilər.
13. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 və iddiaçının nümayəndəsi və vəkili Vəkil Xanəli oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Konstitusiyası: 38.1 Hər kəsin sosial təminat hüququ vardır. 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
15. “Məhkəmələr və hakimlər haqqında” Qanun
109. Hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (##.##.2017-ci il tarixədək qüvvədə olan redaksiyada): 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; ... 20.7. həmin Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir
(##.##.2017-ci il tarixdən sonra qüvvədə olan redaksiyada) 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərardadı: “78. Azərbaycan Respublikası Konstitusiyasının yuxarıda sadalanan müddəaları (bax: 9-11-ci bəndlər) sosial dövlət prinsipinə uyğun olaraq dövlətin üzərinə müəyyən pozitiv öhdəliklər qoyur. Hər nə qədər sosial hüquqların təmin edilməsi dövlətin maddi imkanlarından birbaşa asılı olsa da, dövlətin ən azı minimum səviyyədə bu hüquqları təmin etmək vəzifəsi də var. Bundan başqa, dövlət büdcə sabitliyinin və uzun müddətli maliyyə dayanıqlılığının qorunması maraqlarından çıxış etməklə özünün bu pozitiv öhdəliklərinin yerinə yetirilməsində müəyyən mülahizə səlahiyyətinə malik olmaqla yanaşı, həm də həmin səlahiyyətlərini hüquqi dövlətin hamılıqda qəbul edilmiş prinsiplərinə uyğun həyata keçirmək öhdəliyi daşıyır.
79. Sosial təminat hüququnun həyata keçirilməsi ilə bağlı məsələlərin tənzimlənməsindəki mülahizə sərbəstliyi ilk növbədə pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə ehtiyac yarandıqca mövcud qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsində qanunvericinin malik olduğu geniş imkanları nəzərdə tutur.
80. Lakin sosial təminat hüququnun məhz Konstitusiyada təsbit olunmuş bir hüquq olması qanunvericinin mülahizə sərbəstliyinin də müəyyən məhdudiyyətlərə tabe olduğunu təsdiq edir. Əvvəla, belə tənzimləmənin məqsədi şübhəsiz ki, səmərəli və ədalətli sosial təminat sisteminin yaradılmasına yönəlməlidir. Ona görə də, tənzimləmələr Konstitusiyada təsbit olunmuş bərabərlik hüququna, eləcə də normativ hüquqi aktların hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münsibətə) əsaslanmalı olduğuna dair tələblərə uyğun həyata keçirilməlidir.
81. Pensiya təminatı sahəsində ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun ağlabatan və qanuni əsaslar olmadan fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli qaydada tətbiq edilməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Fərqləndirmə yalnız o zaman yolverilən hesab edilə bilər ki, onlar obyektiv hallara əsaslansın, legitim məqsədlərə xidmət etsin və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olsun. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
82. Digər tərəfdən, sosial təminat hüququ sahəsindən həyata keçirilən tənzimləmələr ədalət və hüquqi müəyyənlik prinsiplərinin tələblərinə də cavab verməlidirlər. Bu prinsiplər hər şeydən əvvəl hüquqi vəziyyətə dair aydınlığı, hüquqi tənzimləmələrin haqq-ədalətə əsaslanmalı olduğunu və qanunvericilik nizamlamalarının gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan görə bilmələri və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, insanların dövlətin hüquq siyasətinə etibarını artırır.
83. Sosial təminat sahəsindəki münasibətlərin dinamikliyi və cəmiyyətin inkişafından irəli gələn tez-tez dəyişən ehtiyaclar bu sahədə qanunvericiliyin normalarının dəyişkən olmasına səbəb ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün əksər milli və beynəlxalq məhkəmələrin hüquq tətbiqetmə təcrübəsində “qazanılmış hüquq” yanaşması tətbiq edilir.
84. Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçünverilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur.
85. Konvensiyaya əlavə * saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler Italiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X10 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X13-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75).
86. Qazanılmış hüquqlara münasibətdə yanaşmanı formalaşdıran əsasən belə bir ideyadır ki, əvvəlki qanunvericiliklə müəyyən edilmiş qaydada qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə tamamilə ortadan qaldırıla və ya hüququn mahiyyətini əhəmiyyətsiz edəcək həddə qədər məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin ümumi mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz”.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
20. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
21. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi ##.##.2025-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.
22. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “iddiaçı X1 sabiq hakim kimi ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək aldığı vəzifə maaşına uyğun olaraq, hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, 40 təqvim günü müddətində məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, eləcə də sonrakı artımlar, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada pensiyaya 14 il 4 ay 13 gün hakim stajına görə əlavələr nəzərə alınaraq ##.##.2025-ci il tarixdən ona hakim kimi əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı həmin tarixdən, pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanıb ödənilməsi, həmçinin ##.##.2011-ci ildən ##.##.2025-ci il tarixə kimi olan müddət ərzində pensiya kapitalının yenidən hesablanaraq yığılan kapitala uyğun olaraq əlavə məbləğlərin pensiyaya daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədədir. Cavabdeh iddiaçının hakim kimi iş stajının 15 ildən az olmasına istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun ##.##.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır.”
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun (##.##.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 20.7.-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir.
25. Həmin qanunun 20.7. həmin Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında əmək pensiyasına əlavələr 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla;
26. Həmin Qanunun ##.##.2017-ci il tarixdən sonra qüvvədə olan redaksiyasının 20.7ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
27. Həmçinin «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin 5-ci hissəsinin ##.##.2018-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin maddəyə # #### 2018-ci il tarixdə edilmiş və ## #### 2019-cu il tarixdən qüvvəyə minən dəyişikliyə əsasən “Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş” sözləri “Hakimlərin,” sözü ilə əvəz edilmiş və 109-cü maddənin 5-ci hissəsi aşağıdakı kimi müəyyən olunmuşdur: “Hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.” Göründüyü kimi, qanunvericiliyə əsasən əgər ilk əvvəl 5 il hakim işləmiş sabiq hakimlərin qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ var idisə, sonradan (2017 və 2018-ci illərdə edilmiş dəyişikliklərə əsasən) bu staj 15 ilə qaldırılmışdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 100-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq hakimlərin müstəqilliyi onların səlahiyyəti dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir.
29. BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş «Məhkəmə hakimiyyətinin müstəqilliyinin əsas Prinsipləri»nin 7-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər bir dövlət məhkəmə hakimiyyətinin mütləq şəkildə öz funksiyalarını yerinə yetirə bilməsi üçün kifayət qədər vəsait ayırmağa borcludur. «Hakimlərin Statusuna dair Avropa Xartiyasının» 6.1-ci maddəsində göstərilir: «Hakimlər öz funksiyalarını həyata keçirərkən onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçınmalarına şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər». Həmin Xartiyanın 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir. «Hakimlərin müstəqilliyi, səmərəliliyi və rolu haqqında» Avropa Şurası Nazirlər Komitəsinin Tövsiyyəsinə görə isə hakimləri peşə nüfuzuna və məsuliyyət dərəcəsinə uyğun statusla təmin etmək və həvəsləndirməklə onların fəaliyyəti üçün lazımi şərait yaradılmalıdır.
30. Beləliklə, hakimlərin sosial müdafiəsinə yönəldilən pensiya təminatı onların müstəqilliyini və qərəzsizliyini qorumaq üçün verilən Konstitusiya və beynəlxalq-hüquqi aktlarda nəzərdə tutulan təminatların zəruri tərkib hissəsidir. Hakimlərin layiqli sosial müdafiə təminatları onların yüksək konstitusiya-hüquqi statusundan irəli gəlir və xüsusi növ hakimiyyət fəaliyyətinin – ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsi üçün hətta bir çox xüsusi statusa malik olan şəxslərlə müqayisədə hakimlər barəsində pensiya qanunvericiliyinin fərqli yanaşmasını tələb edir. Qanunvericilik hakimiyyəti orqanı özünün diskresion səlahiyyətlərindən istifadə edərkən hər hansı şəxslərin, o cümlədən hakimlərin pensiya təminatı hüququnun həyata keçirilməsinin şərtlərini müəyyənləşdirərək bunun üçün müvafiq hüquqi tənzimləmə qaydalarını qəbul edə bilər. Lakin dövlət hakimiyyəti orqanlarında çalışan və müxtəlif vəzifələri həyata keçirən şəxslərin, o cümlədən hakimlərin inkişaf prosesində olan pensiya təminatına dair qanunvericilik tənzimləmələri yalnız konkret və obyektiv hüquqi meyarlara söykənməklə həyata keçirilməlidir. Hakimlərə münasibətdə isə nəzərə alınmalıdır ki, məhkəmənin istənilən təsirə dayanıqlığı yalnız hakimlərin etikası, nüfuzu, ixtisası, ləyaqəti və məsuliyyətilə deyil, həmçinin onların müstəqilliyinin bir hissəsi kimi qəbul olunan yüksək maddi-sosial təminatları ilə də birbaşa bağlıdır.
31. Konstitusiyanın 127-ci maddəsində göstərilmiş hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtləri məhz yuxarıda qeyd edilən hakimlərin real maddi və sosial təminatlarından asılıdır. Bu mənada, pensiya təminatı hakimlər üçün müəyyənləşdirilmiş maddi-sosial imtiyaz kimi deyil, əksinə hakimlərin müstəqilliyinin təminatının bir vasitəsi kimi dəyərləndirilməlidir. Məhz qanunvericiliyə edilmiş dəyişikliyi bu konteksdə qiymətləndirən məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiyanın və beynəlxalq-hüquqi aktların müddəalarına əsasən hakimlərin pensiya təminatının maddisosial imtiyaz kimi deyil, müstəqilliklərinin təminatının əhəmiyyətli bir vasitəsi kimi qəbul edilməsi onu deməyə əsas verir ki, sonradan qanunvericiliyi dəyişdirməklə fəaliyyətdə olan hakimlərin malik olduqları pensiya təminatlarının səviyyəsi azaldıla bilməz. Əks halda, yeni qanunvericilik Konstitusiyanın 25- ci maddəsində təsbit olunmuş bərabərlik prinsipi ilə, 127ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatı ilə, habelə 149-cu maddəsinin İ hissəsində müəyyən olunmuş normativ hüquqi aktların hüquqa və haqqədalətəəsaslanılması prinsipi ilə, eləcə də 149-cu maddəsinin VII hissəsində təsbit edilmiş yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil ediləcəyi müddəası ilə ziddiyyət təşkil edə bilər.
32. Odur ki, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, məsələyə bu cür yanaşma öz əksini “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli Qərarında da tapmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi qərara almışdır ki:
1. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109- cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.
2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - ## ###### 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - ## ####### 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır.
34. Oxşar situasiyanın hazırkı iş üzrə yarandığını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə də oxşar mövqe nümayiş etdirilməklə, iddiaçıya pensiya təyin olunarkən hazırda qüvvədə olan pensiya qanunvericiliyi yox, onun vəzifəyə təyin olunduğu dövrdə qüvvədə olan normalar tətbiq edilməlidir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərardadında müəyyən olunmuşdur ki, “sosial təminat sahəsindəki münasibətlərin dinamikliyi və cəmiyyətin inkişafından irəli gələn tez-tez dəyişən ehtiyaclar bu sahədə qanunvericiliyin normalarının dəyişkən olmasına səbəb ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün əksər milli və beynəlxalq məhkəmələrin hüquq tətbiqetmə təcrübəsində “qazanılmış hüquq” yanaşması tətbiq edilir. Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. onvensiyaya əlavə * saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler Italiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X10 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X13-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75). Qazanılmış hüquqlara münasibətdə yanaşmanı formalaşdıran əsasən belə bir ideyadır ki, əvvəlki qanunvericiliklə müəyyən edilmiş qaydada qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə tamamilə ortadan qaldırıla və ya hüququn mahiyyətini əhəmiyyətsiz edəcək həddə qədər məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin ümumi mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz”.
36. İşin faktiki hallarından görünür ki, iddiaçı ## ######## 1982-ci il tarixdən ## ####### 2004-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İstintaq orqanlarında, ## ####### 2004-cü il tarixdən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (DTX) sərəncamına ezam edilərək ## ####### 2007-ci il tarixədək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə xidmət etmiş, ##.##.2011ci il tarixdən ##.##.2025-ci il tarixədək Bakı Ağır Cinayətlər Məhkəməsində hakim vəzifəsində işləmişdir.
37. Beləliklə, müəyyən olunur ki, iddiaçı ##.##.2011-ci il tarixdən ##.##.2017-ci il tarixədək –yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 20.7ci maddəsində edilən dəyişikliyə qədər 5 ildən artıq hakimlik stajı vardır. Onun artıq həmin vaxt qüvvədə olan qanunvericiliyə görə, sabiq hakim kimi pensiya hüququ yaranmışdır. Məhkəmə kollegiyası həmin vaxt qüvvədə olan qanunun normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, hakimin pensiya hüququ ilə bağlı sonradan qəbul edilən və hakimə pensiya hüququ verən şərtləri ağırlaşdıran normaların iddiaçıya tətbiq edilməsi yolverilməzdir. Belə ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən onun 15 ildən az hakim stajına malik olmasını göstərmişdir. Lakin cavabdeh nəzərə almamışdır ki, Qanunun 15 il hakim stajı tələb edən norması ## #### 2017-ci il tarixli, ***-VQD nömrəli qanunla qəbul edilmiş və ##.##.2017-ci il tarixdən qüvvəyə minmişdir. Hazırkı mübahisəyə münasibətdə qeyd edilənlər və eləcə də, “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq hazırki mübahisəyə Qanununun həm ##.##.2017-ci ilədək qüvvədə olmuş normaları, həm də Qanununun ##.##.2017-ci ildən sonra qüvvəyə minmiş normaları tətbiq edilməlidir.
38. Buna müvafiq olaraq da məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hakim vəzifəsində aldığı orta aylıq əmək haqqına əlavə aşağıdakı qaydada hesablanmalıdır: ##.##.2017-ci ilədək qüvvədə olan normaya əsasən - 45% miqdarında əmək pensiyasına əlavə + ##.##.2017-ci ildən sonra qalan 9 il hakimlik stajı 3%+ 1% (4 ay)= 73%
39. Qeyd edilən xüsusat birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və iddiaçıya 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq nəzərə alınmaqla 80% əlavə haqqın ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə ləğv olunmalı və iddiaçıya hakim vəzifəsində aldığı vəzifə maaşının 73% həcmində əlavə haqqın ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
41. Məhkəmə kollegiyasının iddiaçının digər tələblərinə münasibətdə qeyd edir ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə əsasən hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir. Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir.
42. Həmin Qanunun 107-ci maddəsinə əsasən hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
43. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2020-ci il tarixli qərarında Məhkəmə qərara almışdır ki:
1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
44. İşin faktiki hallarından da görünür ki, iddiaçıya hakimlik fəaliyyəti dövründə qanunverilcikdə nəzərdə tutulmuş əlavələr, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün əlavə, pul təminatı verilmiş və onlardan məcburi sosial sığorta haqları tutulmuşdur.
45. Belə olan halda məhkəmə Konstitusiya Məhkəməsinin mövqeyini hazırkı işə tətbiq edərək hesab edir ki, iddiaçı ərizəsində göstərdiyi əlavələri işlədiyi dövrdə aldığından və həmin ödənişlər məcburi dövlət sosial sığortasına cəlb olunduğundan iddiaçının ona pensiya hesablanarkən həmin məbləğlərin nəzərə alınmasını tələb etmək hüququ da mövcuddur.
46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı qismən- iddiaçıya pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanıb ödənilməsi hissəsində ləğv olunmalı, iddia həmin hissədə qismən təmin olunmalı, iddiaçıya onun əmək pensiyasına qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 73 faizi midarında əlavənin hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı və qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı qismən - iddiaçıya pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanıb ödənilməsi hissəsində ləğv edilsin. İddia həmin hissədə qismən təmin edilsin. İddiaçıya onun əmək pensiyasına qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 73 faizi midarında əlavənin hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev