Məhkəmə qərarları › İş №2-1(3-6)-393/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-393/2026

05.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-393/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş aapellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, İddiaçı 57 yaşdan pensiyanın təyin olunması, müraciət etdiyi ##.##.2024-cü il tarixdən əvvəlki üç il üçün verilməmiş pensiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (tələb dəqiqləşdirilmişdir). Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ##.## 1959- cu il tarixdə anadan olmuşdur. Əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: ##.#.1976- ##.##.1977-ci illərdə ** saylı DPTM-də (peşə məktəbində) təhsil almışdır, ##.##.1977- ##.##.1978-ci illərdə (8 ay 7 gün) Bakı Baş Tikinti Idarəsinin 2 sayı Entikmə Kombinatında 3-cü dərəcəli rəngsaz; ##.##.1978-##.##.1980-ci illər (2 il) Sovet ordusunda xidmət illəri; ##.##.1980- ##.##.1994-cü illərdə (14 il 10 gün) Bakı Baş Tikinti Idarəsinin 2 sayı Entikmə Kombinatında naxış sahəsində rəngsaz; ##.##.1998-##.##.2006-cı illərdə (7 il 8 ay) “xxxx” firmasında rəngsaz; ##.##.2016-cı il tarixdə onun 57 yaşı tamam olmuşdur. Zərəli yerlərdə işlədiyinə görə pensiya yaşı tamam olan kimi cavabdeh quruma şifahi olaraq müraciət edib. Həmin vaxt cavabdeh qurumunun əməkdaşları ona pensiya hüququnun əldə etmədiyini bildirdilər. Sonuncu dəfə yazılı şəkildə ## #### 2024-cü il tarixdə müraciət etdikdən sonra cavabdeh qurum pensiyanın təyin ediməsinə yazılı şəkildə imtina verdi. Cavabdehin ##.##.2024-cü il tarixi imtina məktubunda qeyd ounur ki, ##.##.1988- ##.##.2006-cı tarixləri arasındakı dövr ərzində “xxxx” firmasında rəngsaz vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən iş stajına dair məumatların araşdırılması zamanı ##.##.2006-##.##.2006-cı il tarixləri arasındakı dövr öz əksini tapmadığı müəyyən edildiyindən “xxxx” firmasında işlədiyi illərin daxil edilməsinin mümkün olmaması, stajının 25 ildən az (24 il 4 ay 24 gün (##.##.1977-##.##.1978-ci il, ##.##.1978-##.##.1980-ci il, ##.##.1980-##.##.1994-cü il, ##.##.1996-##.##.1998-ci il tarixləri arasındakı dövrlər və ##.##.2006-cı il tarixlərdən sonra 6 il 2 ay) təşkil edilməsi qeyd olunur. Eyni zamanda imtinada digər əsas kimi fərdi hesabda sığorta kapitalının yetərli olmaması, cəmi 28096.22 manat olması da qeyd edilmişdir. Cavabdehin ona 57 yaşdan pensiyanın təyin edilməməsi imtinasını əsassız hesab edib təkrarən ona 57 yaşdan pensiyanın təyin edilməsini və 57 yaşdan sonra da əmək fəaliyyətini davam etdirməyinə görə şəxsi hesabında yığılmış sığorta kapitalı nəzərə alınmamaqla veriləcək pensiyanın yenidən hesablanaraq ona ödənilməlidir. Tərəfindən təqdim olunmuş ИТ-1 ******* №-li əmək kitabçasında onun əmək fəaliyyəti tamlığı ilə öz əksini tapmışdır. Eyni zamanda Azərbaycan Respublikası Milli Arxiv Idarəsi Dövlət Arxivinin Bakı Filialının verdiyi ##.##.2024-cü il tarixli, *-**-*F/*-N-****-**-****/**** nömrəli arayışdan görünür ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Baş Tikinti Idarəsinin 2 sayı Entikmə Kombinatının əmr kitablarında vətəndaş İddiaçı ##.##.1977-ci il tarixli *** saylı əmrlə ##.##.1977-ci il tarixdən naxış sahəsində 3-cü dərəcəli rəngsaz vəzifəsinə işə qəbul olunması, ##.##.1978-ci il tarixli, *** saylı əmrlə ##.##.1978-ci il tarixdən hərbi xidmətə çağırılması, yenidən ##.##.1980-ci il tarixli, *** saylı əmrlə ##.##.1980-ci il tarixdən naxış sahəsində 3-cü dərəcəli rəngsaz vəzifəsinə işə qəbul olunması və ##.##.1984-cü il tarixli, 344-saylı əmrlə ##.##.1994-cü il tarixdən öz xahişi ilə işdən azad olunması barədə məlumatlar mövcuddur. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərarı ilə (hakim A.Ə.Əhədova) iddia tələbi təmin edilərək, iddiaçı İddiaçı 57 yaşdan, yəni ##.##.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi ##.##.2024-cü il tarixdən əvvəlki 3 il üçün ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi ## ###### 1977-ci il tarixli IT-İ ******** saylı əmək kitabçasında ##.##.1998-##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində “xxxx” firmasında rəngsaz vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən iş stajına dair məlumatların araşdırılması zamanı ##.##.2006- ##.##.2006-cı il tarixləri arasındakı dövr üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də ##.##.1998-##.##.2005-ci il tarixləri arasındakı dövr üzrə də işləyib-işləməməyinə dair əsaslı şübhələr yaranmışdır. Bu səbəbdən də ##.##.1998- ##.##.2006-cı il tarixləri arasındakı dövrü iddiaçının əmək stajına daxil etmək mümkün olmadığı üçün onun ümumi iş stajı 25 ildən az (24 il 4 ay 24 gün (##.##.1977- ##.##.1978-ci il, ##.##.1978- ##.##.1980-cı il, ##.##.1980-##.##.1994-cü il, ##.##.1996- ##.##.1998-ci il tarixləri arasındakı dövrlər və ##.##.2006-cı il tarixdən sonra 6 il 3 ay)) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28096,22 manat təşkil edir. Qanunvericiliyin tələblərindən də aydın olur ki, güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas sənəd güzəştli arayışdır. Belə ki, şəxsin güzəştli şəraitdə işləyib işləmədiyini əmək kitabçasının surətinə baxaraq müəyyən etmək qeyri-mümkündür. Bu səbəbdəndir ki, həm Nazirlər Kabinetinin müvafiq Qərarında həm də Ali Məhkəmənin icmal məktubunda qeyd edilmişdir ki, nəinki güzəştli arayışın mövcudluğu həmçinin vəzifələrin uyğunluğu da gözlənilməldiir. Vəzifələrin Nazirlər Kabinetinin qərarıyla təsdiqlənmiş siyahıya uyğun olub-olmadığını müəyyən etmək üçün isə güzəştli arayışın əldə edilməsi icbaridir. Iddiaçı İddiaçı rəngsaz vəzifəsində çalışdığını və həmin iş şəraitinin güzəştli iş şəraitinə uyğun olub-olmadığını müəyyən etmək qeyri-mümkündür. Məhkəmə həm Ali Məhkəmənin icmal məktubunu, həm də Nazirlər Kabinetinin müvafiq Qərarının tələblərini nəzərə almayaraq, sadəcə əmək kitabçasındakı qeydlərə əsaslanaraq iddiaçının yetərli güzəştli iş stajının olduğu qənaətinə gəlmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı mübahisənin düzgün həlli üçün iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasına təsir edən hüquqi və faktiki şərtlər bir-birindən ayrılmaqla qiymətləndirilməlidir. Bu baxımdan, ilk növbədə iddiaçının 2006-cı il ######ın #-dək tələb olunan ümumi iş stajına malik olubolmaması, ikinci növbədə həmin stajın azı 12 il 6 ayının güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə keçib-keçməməsi, bundan sonra isə pensiya kapitalına və ötən dövr üçün pensiyanın ödənilməsinə dair məsələlər ayrıca araşdırılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Iddiaçının ## #### 1959-cu ildə doğulduğu nəzərə alındıqda, əvvəlki qanunvericilikdən irəli gələn keçid qaydaları tətbiq edilməklə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 57 yaşa çatması, 2006-cı il ######ın #-dək azı 25 il ümumi iş stajına və bunun tərkibində azı 12 il 6 ay güzəştli iş stajına malik olması tələb olunur. Cavabdeh iddiaçının ##.##.1998-ci ildən ##.##.2006-cı ilədək “xxxx” firmasında rəngsaz işlədiyi dövrü onun ümumi iş stajına daxil etməmişdir. Cavabdehin mövqeyinin əsasında ##.##.2006-##.##.2006-cı illər üzrə məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabında əks olunmaması və bu haldan çıxış etməklə əmək kitabçasında həmin müəssisədə 1998-2005-ci illər üzrə aparılmış qeydlərin də həqiqiliyinə şübhə edilməsi dayanır. Halbuki, 2006-cı il ######ın #-dək mövcud olmuş hüquqi tənzimləməyə görə iş stajının təsdiq edilməsinin əsas sənədi əmək kitabçası olmuşdur. Əmək kitabçası olmadıqda, onda zəruri qeydlər mövcud olmadıqda, yaxud həmin qeydlər düzgün və dəqiq olmadıqda digər təsdiqedici sənədlərə müraciət edilməsi nəzərdə tutulmuşdur. Buna görə əmək kitabçasının mövcud olduğu və həmin kitabçada əmək fəaliyyətinə dair zahirən qanunauyğun, ardıcıl və bir-birini tamamlayan qeydlərin aparıldığı vəziyyətdə, həmin qeydləri istisna etmək üçün onların mötəbərliyini konkret faktlarla şübhə altına alan kifayət qədər ciddi əsaslar mövcud olmalıdır. Iddiaçıya məxsus əmək kitabçasında onun ##.##.1998-ci il tarixdə “xxxx” firmasına rəngsaz vəzifəsinə qəbul edilməsi və müvafiq əmrin nömrəsi, habelə ##.##.2006-cı ildə işdən azad edilməsi barədə qeydlər vardır. Həmin qeydlər əmək kitabçasındakı əvvəlki və sonrakı əmək fəaliyyəti qeydlərinin xronoloji ardıcıllığına daxil olmuş, işə qəbul qeydi səlahiyyətli şəxsin imzası və müəssisənin möhürü ilə rəsmiləşdirilmişdir. Əmək kitabçasının həmin hissəsinin sonradan əlavə edilməsi, saxtalaşdırılması və ya oradakı rekvizitlərin həqiqətə uyğun olmaması barədə iş materiallarında hər hansı konkret məlumat yoxdur. Dövlət arxivində “xxxx” firmasına aid sənədlərin saxlanılmaması da əks nəticəyə gəlmək üçün kifayət etmir. Işəgötürənin sənədləri arxivə təhvil verməməsi, yaxud onların sonradan qorunub saxlanılmaması işçinin iradə və məsuliyyət dairəsindən kənar haldır. Bu səbəbdən, belə sənədlərin mövcud olmamasının nəticələrinin, əmək kitabçasında qanunauyğun qaydada rəsmiləşdirilmiş qeydlərin həqiqətə uyğun olmadığını göstərən başqa sübutlar olmadan, işçinin üzərinə qoyulması hüquqi müəyyənlik və mütənasiblik baxımından əsaslı sayıla bilməz. Dövlət Statistika Komitəsinin məlumatlarından müxtəlif tarixlərdə qeydiyyata alınmış “xxxx” adlı bir neçə hüquqi şəxsin mövcud olduğu müəyyən edilir. Bununla yanaşı, həmin məlumat iddiaçının konkret olaraq həmin hüquqi şəxslərdən hansında işlədiyini müəyyən etməyə imkan vermədiyindən, məhkəmə kollegiyası bu məlumatı iddiaçının əmək fəaliyyətini ayrıca təsdiq edən sübut kimi deyil, yalnız əmək kitabçasındakı qeydin obyektiv surətdə qeyri-mümkün olmadığını göstərən əlavə hal kimi qiymətləndirir. Digər tərəfdən, ##.##.2006-cı ildən sonrakı dövrdə fərdi uçot məlumatlarında məcburi dövlət sosial sığorta haqqının əks olunmaması 1998-2005-ci illərdə mövcud olmuş əmək münasibətlərinin olmaması barədə avtomatik nəticəyə gəlməyə əsas vermir. Bunlar hüquqi baxımdan fərqli sübut rejimlərinin tətbiq edildiyi dövrlərdir. 2006-cı il ######ın #-dən sonrakı dövrün fərdi uçot məlumatları əsasında qiymətləndirilməsi, həmin tarixədək olan dövr üzrə əmək kitabçasında qanunauyğun şəkildə rəsmiləşdirilmiş qeydlərin yalnız sonrakı dövrdə sığorta haqqının qeydə alınmaması səbəbindən qüvvədən düşməsi ilə nəticələnə bilməz. Beləliklə, ##.##.1998-ci ildən ##.##.2005-ci ilədək olan dövrün iddiaçının ümumi iş stajına daxil edilməsi əsaslıdır. Iddiaçının əmək kitabçası, hərbi xidmət və digər mötəbər sənədlərlə təsdiq edilmiş əvvəlki fəaliyyət dövrləri ilə birlikdə qiymətləndirildikdə onun 2006-cı il ######ın #-dək tələb olunan 25 illik ümumi iş stajına malik olduğu müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının fərdi hesabında olan pensiya kapitalının tələb olunan məbləğdən az olması barədə dəlili isə müstəqil olaraq pensiya hüququnu istisna edən hal kimi qəbul edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində yaşa görə əmək pensiyası hüququ üçün iki alternativ əsas müəyyən edilmişdir: pensiya kapitalının minimum pensiya təminatına imkan verdiyi halda sığorta stajından asılı olmayaraq, belə imkan vermədiyi halda isə qanunla tələb olunan sığorta stajının mövcudluğu. Bundan əlavə, Qanunun 9.8-ci maddəsinin tətbiq edildiyi şəxslərə münasibətdə yaş və staj şərtləri əvvəlki qanunvericiliyə uyğun müəyyən edilir. Odur ki, iddiaçının 2006-cı il ######ın #-dək tələb olunan 25 illik ümumi iş stajına və 12 il 6 aylıq güzəştli iş stajına malik olduğu mötəbər şəkildə müəyyən edildiyi təqdirdə, fərdi hesabındakı pensiya kapitalının cavabdehin göstərdiyi həddən aşağı olması pensiya təyin edilməsindən imtina üçün ayrıca hüquqi əsas təşkil etmir. Həmçinin qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2020-ci il tarixli, **/**** nömrəli qərardadında da həmin məhdudiyyətin pensiya hüququ ## #### 2017-ci ilədək yaranmış, lakin pensiyanın təyin olunması üçün inzibati orqana bu tarixdən sonra müraciət etmiş şəxslərə şamil edildiyi müəyyən olunmuşdur. Buna görə ötən dövr üçün ödənilməli pensiyanın başlanğıc tarixinin müəyyən edilməsi zamanı ərizənin üzərində göstərilən tarixlə onun inzibati orqana faktiki təqdim edildiyi və qeydiyyata alındığı tarix fərqləndirilməlidir. Iş materiallarında ##.##.2024-cü il tarixli ərizənin mövcud olması ilə yanaşı, cavabdehin sənədlərində müraciətin ##.##.2024-cü ildə daxil olduğu göstərildiyindən, “müraciət edilən tarix” kimi hansı tarixin qəbul edilməli olduğu ayrıca sübutlarla müəyyənləşdirilməli və qərarda bunun səbəbləri göstərilməlidir. Apellyasiya şikayətinin ayrıca dəlili iddiaçının güzəştli iş stajının mövcudluğunun lazımi sübutlarla müəyyən edilməməsi ilə bağlıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının işlədiyi “Qlavbakstroy” * saylı evtikmə Kombinatında 3, 4, 5-ci dərəcəli rəngsaz, “xxxx” firmasında işlədiyi rəngsaz vəzifələri Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda 23200000 XXXIII. Ümumi peşələr bölməsində 23200000-13450 təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi zərərli iş kimi nəzərdə tutulmuşdur. Iddiaçının işlədiyi vəzifənin - 3, 4, 5-ci dərəcə rəngsaz vəzifələri tikinti sahəsində olmaqla, siyahının xüsusi sahəsində deyil-ümumi peşələr bölməsində əks etdirilməsi, işləmiş olduğu müəssislərin və ya hüquq varislərinin hazırkı halda mövcud olmaması, ümumi peşələrə aid olması səbəbiylə rəngsaz vəzifəsinə dair oxşar müəssisələdən arayışın əldə edilməsinin mümkün olmaması, eləcə də iddiaçının rəngsaz vəzifəsində işləyərkən məhz təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işləməsini təkzib edəcək sübutların təqdim edilmədiyini nəzərə alaraq məhkəmə iddiaçının həmin vəzifə üzrə təkcə ##.##.1980-##.##.1994-cü ilədək dövrü onun tələb olunan 12 il 06 ay güzəştli iş stajının tamamlanmasına əsas verir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Fərid Ismayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar