Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-395/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “əmək haqqının yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X12 və X6 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “əmək haqqının yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:
1. ##.##.2018-ci il tarixli **************** nömrəli Məzuniyyət haqqında əmrə əsasən, R İddiaçı Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsinin 4-cü şöbəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi ## ###### 2018-ci il tarixdən ##.##.2017- ##.##.2018-ci iş ilinə görə 6 təqvim günü əsas, 6 təqvim günü əlavə (xidmət illərinə görə) cəmi 12 təqvim günü əmək məzuniyyətinə buraxılması, ## ###### 2018-ci il tarixdən işə çıxmalı olduğu, İddiaçı məzuniyyətdə olduğu müddət ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsinin 4-cü şöbəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsinin səlahiyyətləri həmin şöbənin xüsusi ilə mühüm işlər üzrə müstəntiqi X2 həvalə edilməsi qərara alınmışdır.
2. ##.##.2018-ci il tarixli **************** nömrəli Məzuniyyət haqqında əmrə sasən, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsinin 4-cü şöbəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi ## ### 2018-ci il tarixdən ##.##.2017-##.##.2018-ci iş ilinə görə istifadə etmədiyi məzuniyyət günləri hesabına 6 təqvim günü əsas, 4 təqvim günü əlavə (xidmət illərinə görə) cəmi 10 təqvim günü əmək məzuniyyətinə buraxılması və ## #### 2018-ci il tarixdən işə çıxması qərara alınmışdır.
3. ##.##.2018-ci il tarixli **************** nömrəli Məzuniyyət haqqında əmrə əsasən, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsinin 4-cü şəbəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi ##.##.2018-ci il tarixdən ##.##.2017-##.##.2018-ci iş ilinə görə istifadə etmədiyi məzuniyyət günləri hesabına 11 təqvim günü əsas, 5 təqvim günü əlavə olmaqla cəmi 16 təqvim günün əmək məzuniyyətinə buraxılması, ##.##.2018-ci il tarixdən işə çıxması qərara alınmışdır.
4. ##.##.2019-cu il tarixli **************** nömrəli Məzuniyyət haqqında Əmrə əsasən, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsinin 4-cü şöbəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi ##.##.2019-cu ildən ##.##.2018-##.##.2019-cu iş ilinə görə 2 təqvim günü əsas, 11 təqvim günü əlavə cəmi 13 təqvim günü əmək məzuniyyətinə buraxılması, ##.##.2019-cu il tarixdən işə çıxması qərara alınmışdır.
5. ##.##.2020-ci il tarixli **************** nömrəli Məzuniyyət haqqında əmrə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsinin 4-cü şöbəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixdək ##.##.2020- ##.##.2021ci ilinə görə 8 təqvim günü əsas, 4 təqvim günü əlavəcəmi 12 təqvim günü əmək məzuniyyətinə buraxılması qərara alınmışdır.
6. ##.##.2021-ci il tarixli **************** nömrəli Məzuniyyət haqqında əmrə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsinin 4-cü şöbəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək ##.##.2020- ##.##.2021ci ilinə görə istifadə etmədiyi məzuniyyət günləri hesabına 8 təqvim günü əsas, 4 təqvim günü əlavə, cəmi 12 təqvim günü əmək məzuniyyətinə buraxılması, ##.##.2021- ci il tarixdən işə çıxması qərara alınmışdır.
7. ##.##.2021-ci il tarixli **************** nömrəli Məzuniyyət haqqında əmrə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsinin 4-cü şöbəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək ##.##.2020- ##.##.2021ci ilinə görə istifadə etmədiyi məzuniyyət günləri hesabına 12 təqvim günü əsas, 7 təqvim günü əlavə, cəmi 19 təqvim günü əmək məzuniyyətinə buraxılması, ##.##.2021-ci il tarixdən işə çıxması qərara alınmışdır.
8. ##.##.2022-ci il tarixli **************** nömrəli Məzuniyyət haqqında əmrə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 3-cü şöbəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək ##.##.2021- ##.##.2022-ci ilinə 10 təqvim günü əsas, 9 təqvim günü əlavə, cəmi 19 təqvim günü əmək məzuniyyətinə buraxılması, ##.##.2022-ci il tarixdən işə çıxması qərara alınmışdır.
9. ##.##.2023-cü il tarixli ***************** nömrəli Məzuniyyət haqqında əmrə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 3-cü şöbəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək ##.##.2022- ##.##.2023-cü ilinə 4 təqvim günü əsas, 15 təqvim günü əlavə, cəmi 19 təqvim günü əmək məzuniyyətinə buraxılması, ##.##.2023-cü il tarixdən işə çıxması qərara alınmışdır.
10. ##.##.2023-cü il tarixli **************** nömrəli Məzuniyyət haqqında əmrə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 3-cü şöbəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək ##.##.2023- ##.##.2024-cü ilinə 1 təqvim günü əsas, 5 təqvim günü əlavə, ##.##.2022- ##.##.2023-cü iş ilinə görə istifadə etmədiyi məzuniyyət günləri hesabına 12 təqvim günü, cəmi 18 təqvim günü əmək məzuniyyətinə buraxılması, ##.##.2024-cü il tarixdən işə çıxması qərara alınmışdır. –
11. ##.##.2024-cü il tarixli 49104********** nömrəli Mənzuniyyət haqqında Əmrə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 3-cü şöbəsinin xüsusi ilə mühüm İşlər üzrə böyük müstəntiqi ## ###### 2023-cü il tarixdən ## ### 2024-cü il tarixədək ##.##.2023-##.##.2024-cü iş ilinə görə 2 təqvim günü əsas, ##.##.2010- ##.##.2011-ci iş ilinə görə istifadə etmədiyi məzuniyyət günləri hesabına 18 təqvim günü əsas, ##.##.2008- ##.##.2009-cu iş ilinə görə 10 təqvim günü əlavə xidmət illərinə görə), ##.##.2009- ##.##.2010-cu iş ilinə görə 14 təqvim günü əlavə (xidmət illərinə görə), ##.##.2010- ##.##.2011-ci iş ilinə görə 15 təqvim günü əlavə xidmət illərinə görə). ##.##.2011- ##.##.2012-ci iş ilinə görə 6 təqvim günü əlavə xidmət illərinə görə), ##.##.2012-##.##.2013ci iş ilinə görə 12 təqvim günü əlavə xidmət illərinə görə), ##.##.2013-##.##.2014-cü iş ilinə görə 15 təqvim günü əlavə xidmət illərinə görə), ##.##.2016-##.##.2017-ci iş ilinə görə 8 təqvim günü əlavə xidmət illərinə görə), ##.##.2018-##.##.2019-cu iş ilinə görə 4 təqvim günü əlavə xidmət illərinə görə), ##.##.2019-##.##.2020-ci iş ilinə görə 15 təqvim günü əlavə xidmət illərinə görə), ##.##.2021-##.##.2022-ci iş ilinə görə 6 təqvim günü əlavə xidmət illərinə görə) cəmi 125 təqvim günü əmək məzuniyyətinə buraxılması, Məzuniyyət dövrünə düşən 9 bayram günü nəzərə alınmaqla ## #### 2024-cü il tarixi məzuniyyətin sonuncu günü hesab edilməsi qərara alınmışdır.
12. İşdən azad edilmə haqqında Əmrə əsasən İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 3-cü şöbəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi ilə bağlanmış əmək müqaviləsinə ## #### 2024-cü il tarixdən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 75-ci maddəsinin 5-1- ci bəndinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilməsi qərara alınmışdır.
13. İddiaçı ##.##.2024-cü il və ##.##.2024-cü il tarixdə məzuniyyət və əmək haqqının az hesablanması ilə bağlı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdınılması Baş İdarəsinə müraciət etmiş, sonuncu ##.##.2024-cü il tarixli **************** nömrəli məktubu ilə bildirmişdir ki, Əmək Məcəlləsinin 140-cı maddəsinə müvafiq olaraq məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulmaqla hesablanır. Eyni zamanda, Əmək Məcəlləsinin 154-cü maddesinin 1-ci hissəsinin talebino esasen amak haqqı dedikdə müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün amek nüqaviləsi ile müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq mebleg, habela ona edilan avələrin, mükafatların və digər ödenclərin məcmusu başa düşülür. Dövlət Vergi Xidmətinin ##.##.2017-ci il tarixli 171704********** nömrəli və ##.##.2023-tarixli 231704********** nömrəli əmrləri ilə təsdiq edilmiş "Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası'nın tələblərinin icrası ilə əlaqədar iddiaçıya məzuniyyətdə olduğun müddət üçün hər ay 2510 manat olmaqla, cəmi 12550 manat vəzifə maaşına əlavə əmək haqqı hesablanmışdır. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə uyğun məzuniyyətdən əvvəlki 12 təqvim ayının vəzifə maaşına əlavələrin nəzərə alındığı halda məzuniyyət günlərinin əmək haqqına hesablanmış vəzifə maaşına əlavələrin cəmlənmiş məbləği 30 təqvim günü üçün 2384 manat təşkil etməli idi. Halbuki, "Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası"nın tələbləri nəzərə alınmaqla əlavə olaraq hər ay 126 manat vasall hesablanılmışdır. Həmçinin, 2024- ci il əmək haqqı hesablanan zaman məzuniyyət haqqından tutulmuş gəlir vergisi Vergi Məcəlləsinin 102.1.14.15-ci maddəsinə əsasən cəmi 584,54 manat vəsait geri qaytarılmışdır. Eyni zamanda, xidmətdə olduğu müddət ərzində istifadə etmədiyi 228 gün məzuniyyət günlərinə görə 29 970,60 manat vəsait hesablanılmışdır. 2023-cü ilin avqust, sentyabr və oktyabr ayları üzrə vəzifə maaşına əlavənin hesablanması qanunvericiliyə uyğun hesablanmış və heç bir kənarlaşma olmamışdır. 2024-cü ilin aprel ayında bu ayların hesablamaya mühasibatlıqda şəxsən baxış edərək hesablamalar ilə razı olduğunu bildirilmişdir. Əlavə olaraq bildiririk ki, işlədiyi dövrdə həmkarlar üzvlüyündən çıxmağı barədə mühasibatlıqda Baş İdarənin Həmkarlar İttifaqı Komitəsinin protokolu olmamışdır.
14. İddiaçı təkrar ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli məktublarala təkrar cavabdehə müraciət etmiş, cavabdeh ##.##.2024-cü il tarixli **************** nömrəli məktubunda bildirilmişdir ki, qtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tam olaraq dövlət büdcəsindən maliyyələşən qurumdur. Xidmətin əməkdaşlarına dövlət büdcəsindən ayrılmış vəsait hesabına hər ay müvafiq qanunvericiliklə müəyyən edilmiş məbləğdə vəzifə maaşı, xüsusi rütbəyə və xidmət illərinə görə əlavələr ödənilir. Bundan əlavə, əməkdaşların maddi rifahının yaxşılaşdırılması məqsədilə İqtisadiyyat Nazirliyinin büdcədənkənar vəsaiti hesabına (qeyd edək ki, bu vəsait də dövlət büdcəsinin tərkib hissəsidir) ayrılmış limit dairəsində vəzifə maaşına əlavələrin (VMƏ) ödənilməsi təmin edilir. Qeyd olunan VMƏ-lərin ödənilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2023-cü il tarixli 231704********** nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin verilməsi Qaydası”-na əsasən həyata keçirilir. Qeyd edək ki, büdcə təşkilatı olaraq Dövlət Vergi Xidməti dövlət büdcəsindən ayrılan vəsaitlər, o cümlədən məzuniyyət haqqının ödənilməsi üçün ayrılan vəsait cari il üçün nəzərdə tutulur və məzuniyyətin növbəti illərə keçirilməsi növbəti illərdə dövlət büdcəsinin xərc yükünün əsassız olaraq artırılmasına səbəb olur və bu hal müvafiq dövlət maliyyə nəzarəti orqanları tərəfindən nöqsan kimi qeydə alınır. Bununla əlaqədar olaraq, belə halların qarşısının alınması üçün müvafiq qabaqlayıcı tədbirlər görülmüş, o cümlədən qeyd olunan Qaydalar hazırlanarkən nəzərə alınmışdır. Belə ki, qeyd olunan Qaydalarda məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı İqtisadiyyat Nazirliyinin büdcədənkənar vəsaiti hesabına ödənilən VMƏ-lər nəzərə alınmır. Lakin, digər tərəfdən əməkdaşların maddi təminatının vacibliyi nəzərə alınaraq qeyd olunan Qaydalarda əmək məzuniyyəti, yaradıcılıq və təhsil məzuniyyəti, həmçinin sahə kollektiv sazişə əsasən işçilərə verilən ödənişli məzuniyyət dövrü işçinin hesabat ayındakı iş günləri kimi nəzərə alınaraq aylıq vəzifə maaşına əlavənin ödənilməsi nəzərdə tutulmuşdur. Yəni, vergi orqanı əməkdaşına, o cümlədən Sizə, işlədiyiniz dövrdə məzuniyyətə çıxdığınız hallarda VMƏ-nin ödənilməsi təmin edilmişdir ki, nəticə etibarı ilə müraciətinizdə qeyd etdiyiniz vəsaitlərin digər formada Sizə ödənilməsi təmin edilmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
15. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ##.##.2018-ci il tarixli **************** nömrəli, ##.##.2018-ci il tarixli **************** nömrəli, ##.##.2018-ci il tarixli **************** nömrəli, ##.##.2019-cu il tarixli **************** nömrəli, ##.##.2020-ci il tarixli ****************** nömrəli, ##.##.2021-ci il tarixli **************** nömrəli, ##.##.2021-ci il tarixli **************** nömrəli, ##.##.2022-ci il tarixli **************** nömrəli, ##.##.2023-cü il tarixli **************** nömrəli, ##.##.2023-cü il tarixli **************** nömrəli və ##.##.2024-cü il tarixli 249104********** nömrəli əmrlərlə verilmiş əmək məzuniyyəti vaxtı üçün orta əmək haqqının mükafat və vəzifə maaşına əlavələr nəzərə alınmaqla, yenidən hesablanaraq ödənilməsinə dair öhdəliyin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. İddia ərizəsi və ona əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.2001-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində xidmətə qəbul edilmişdir və onunla bağlanmış əmək müqaviləsinə əsasən Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsinin 4-cü şöbəsinin Xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ####### tarixli *** nömrəli Fərmanı ilə Vergilər Nazirliyi “Dövlət Vergi Xidməti” olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş, habelə struktur dəyişikliyi edilərək, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi yaradılmış və həmin Baş idarənin İstintaq və təhqiqat idarəsinin 3-cü şöbəsinin Xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsinə keçirilmişdir. Dövlət Vergi Xidmətinin ##.##.2023-cü il 231704********** nömrəli əmri ilə xidmətdə olma müddəti ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək bir il müddətinə uzadılmış və ##.##.2024cü il tarixdən vəzifədən azad olunmuşdur. Xidmətdə olduğu ##.##.2018-ci ildən ##.##.2024cü il tarixədək olan müddətdə “Məzuniyyət haqqında” müvafiq əmrlər ilə 11 halda məzuniyyətə buraxılmışdır və məzuniyyət vaxtı üçün orta əmək haqqı hesablanarkən, qanunvericiliyin tələbləri pozulmuş və məzuniyyətdən əvvəlki 12 ayda ödənilmiş mükafatlar, habelə vəzifə maaşına əlavələr nəzərə alınmamışdır. Belə ki, ##.##.2018-ci il **************** nömrəli əmr ilə 12 təqvim günü, ##.##.2018-ci il **************** nömrəli əmr ilə 10 təqvim günü, ##.##.2018-ci il **************** nömrəli əmr ilə 16 təqvim günü, ##.##.2019-cu il **************** nömrəli əmr ilə 13 təqvim günü, ##.##.2020-ci il ***************** nömrəli əmr ilə 12 təqvim günü, ##.##.2021-ci il **************** nömrəli əmr ilə 12 təqvim günü, ##.##.2021-ci il **************** nömrəli əmr ilə 19 təqvim günü, ##.##.2022-ci il **************** nömrəli əmr ilə 19 təqvim günü, ##.##.2023-cü il **************** nömrəli əmr ilə 19 təqvim günü, ##.##.2023-cü il **************** nömrəli əmr ilə 18 təqvim günü və ##.##.2024-cü il 249104********** nömrəl əmr ilə 125 təqvim günü əmək məzuniyyətinə buraxılmışdır Qeyd olunan məzuniyyət vaxtları üçün orta əmək haqqı hesablanarkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş Siyahısı”nın tələbləri pozulmuş və nərticədə 11 halda məzuniyyət vaxtı üçün orta əmək haqqı xeyli məbləğdə az hesablanaraq ödənilməklə ona mühüm zərər vurulmuşdur.
17. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin həmin Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə- bilə qəsdən pozulduğu gündür. Beləliklə iddiaçıya ##.##.2018-ci il tarixli *************** nömrəli, ##.##.2018-ci il tarixli **************** nömrəli, ##.##.2018-ci il tarixli **************** nömrəli, ##.##.2019-cu il tarixli **************** nömrəli, ##.##.2020-ci il tarixli ***************** nömrəli, ##.##.2021-ci il tarixli **************** nömrəli, ##.##.2021-ci il tarixli **************** nömrəli, ##.##.2022-ci il tarixli **************** nömrəli, ##.##.2023-ci il tarixli **************** nömrəli əmrlərlə verilmiş əmək məzuniyyəti vaxtı üçün orta əmək haqqının ödənilməsi tarixindən iddia ərizəsi tarixinə bir ildən artıq müddət ötdüyündən qeyd olunan əmrlərlə əlaqədar pul tələbinə münasibətdə qanunvericiliklə nəzərdə tutulan tələbetmə müddətləri bitmişdir. İddiaçı İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 3-cü şöbəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsində çalışmış və Dövlət Vergi Xidmətinin ##.##.2024-cü il tarixli 241704********** nömrəli “İşdən azad edilmə haqqında” əmri ilə onunla bağlanmış əmək müqaviləsinə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 5-1-ci bəndinə (xidmətdə olmanın yaş həddinə çatdıqda) əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Bundan sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə Dövlət Vergi Xidmətinin ##.##.2024-cü il tarixli 241704********** nömrəli əmrinin etibarsız hesab edilməsi və işə bərpa edilməsi tələbi ilə bağlı müraciət etmiş həmin məhkəmənin ##.##.2024-cü il tarixli qərarı ilə tələbi rədd edilmişdir. Hazırkı iddia tələbi ilə bağlı isə məhkəməyə ##.##.2024cü il tarixdə müraciət etdiyindən iddianın predmetini yalnız bir illik tələbetmə müddəti bitməmiş Dövlət Vergi Xidmətinin ##.##.2023- cü il tarixli **************** nömrəli və ##.##.2024-cü il tarixli 249104********** nömrəli əmrləri təşkil edə bilər. Başqa sözlə, digər əmrlərə (##.##.2018- ci il tarixli, ##.##.2018-ci il tarixli, ##.##.2018-ci il tarixli, ##.##.2019-cu il tarixli, ##.##.2020-ci il tarixli, ##.##.2021-ci il tarixli, ##.##.2021-ci il tarixli, ##.##.2022-ci il tarixli, ##.##.2023-ci il tarixli) münasibətdə iddia müddəti ötürülmüşdür. Həmin əmrlərə münasibətdə bildirilir ki, iddiaçının iddia tələbi mahiyyəti üzrə də əsassız və qanunsuz olmuşdur. Belə ki, iddiaçı ərizəsində məzuniyyət vaxtı üçün orta əmək haqqı hesablanarkən əmək haqqına verilən əlavələrin nəzərə alınmadığını qeyd etsə də. həmin əlavələrin məzuniyyətdə olduğu dövrlər ərzində tam şəkildə ona ödənildiyini nəzərindən qaçırmışdır. Başqa sözlə, iddiaçı faktiki olaraq məzuniyyətdə olduğu dövrlər də daxil olmaqla vergi orqanının əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə verilən əlavələri tam məbləğdə aldığı üçün orta aylıq əmək haqqının hesablanmasında həmin məbləğin yenidən nəzərə alınmasına zərurət qalmamışdır. Vergi işçilərinin əmək haqqına əlavələrin və mükafatların verilməsi iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə” ilə deyil, Azərbaycan Respublikası Prezidentinin ## ### 2020-ci il **** nömrəli Fərmanı ilə təsdiq edilmiş” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnamə”si və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi- texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə, habelə dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən büdcədənkənar vəsaitdən İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması, işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi, işçilərə maddi yardımın göstərilməsi və s. istiqamətlərə xərclənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, madditexniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 3.1.2-ci yarımbəndinin icrası məqsədi ilə hazırlanmış və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2023-cü il tarixli 231704********** nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” 2.4-cü bəndinə əsasən əmək məzuniyyəti, yaradıcılıq və təhsil məzuniyyəti, hamiləliyə və doğuşa görə ödənişli məzuniyyət, xidməti ezamiyyət, həmçinin sahə kollektiv sazişə əsasən işçilərə verilən ödənişli məzuniyyət dövrü işçinin hesabat ayındakı iş günləri kimi nəzərə alınaraq aylıq vəzifə maaşına əlavə ödənilir. Qeyd olunan tənzimləmə bilavasitə işçinin xeyrinə müəyyən edilmiş haldır və hazırkı iddia təmin ediləcəyi halda iddiaçıya ümumilikdə hesablanmalı məbləğ daha aşağı olacaqdır. Göründüyü kimi, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmuş və iddiaçının hər hansı hüquqlarının pozulmasına yol verilməmişdir. Odur ki, İddiaçı ##.##.2018-ci il tarixli *************** nömrəli, ##.##.2018ci il tarixli **************** nömrəli, ##.##.2018-ci il tarixli **************** nömrəli, ##.##.2019cu il tarixli **************** nömrəli, ##.##.2020-ci il tarixli ***************** nömrəli, ##.##.2021ci il tarixli **************** nömrəli, ##.##.2021-ci il tarixli **************** nömrəli, ##.##.2022ci il tarixli **************** nömrəli, ##.##.2023-ci il tarixli **************** nömrəli əmrlərlə verilmiş əmək məzuniyyəti üçün orta əmək haqqının mükafat və vəzifə maaşına əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi tələbinə münasibətdə qanunvericiliklə nəzərdə tutulan tələbetmə müddətləri ötürüldüyündən iddia həmin hissədə mümkünsüz hesab edilməli, ##.##.2023-cü il tarixli **************** nömrəli və ##.##.2024-cü il tarixli 249104********** nömrəli əmrlərlə verilmiş əmək məzuniyyəti vaxtı üçün orta əmək haqqının mükafat və vəzifə maaşına əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi tələbi ilə bağlı isə gətirdiyi dəlillər qanunsuz və əsassız olduğundan iddia tələbi həmin hissədə rədd edilməlidir.
18. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması baş idarəsinə qarşı “əmək haqqının yenidən hesablanması” tələbinə dair *-*(***)-*****/**** nömrəli iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması baş idarəsi əsl olan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əvəz edilməsi qərara alınmışdır.
19. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı ##.##.2018-ci il tarixli **************** nömrəli, ##.##.2018-ci il tarixli **************** nömrəli, ##.##.2018-ci il tarixli **************** nömrəli, ##.##.2019-cu il tarixli **************** nömrəli, ##.##.2020-ci il tarixli ****************** nömrəli, ##.##.2021-ci il tarixli **************** nömrəli, ##.##.2021-ci il tarixli **************** nömrəli, ##.##.2022-ci il tarixli **************** nömrəli, ##.##.2023-cü il tarixli **************** nömrəli, ##.##.2023-cü il tarixli **************** nömrəli və ##.##.2024-cü il tarixli 249104********** nömrəli əmrlərlə verilmiş əmək məzuniyyəti vaxtı üçün orta əmək haqqının mükafat və vəzifə maaşına əlavələr nəzərə alınmaqla, yenidən hesablanaraq öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi qərara alınmışdır.
20. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
21. Apellyasiya şikayəti iddia tələbinə yazılı etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Məhkəmə qeyd etmişdir ki, “cavabdehin istinad etdiyi Qaydalar “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.1-ci maddəsinin mənasında normativ hüquqi akt hesab edilmir. X13 78 və 85-ci maddələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları yalnız Azərbaycan Respublikasının X3 Reyestrində qeydiyyata alındıqdan və rəsmi qaydada dərc edildikdən sonra hüquqi qüvvə əldə edir. İş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası vergilər nazirinin ##.##.2017-ci il tarixli 171704********** №-li №-li əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” və ##.##.2023-cü il tarixli, 231704********** №-li əmrlə təsdiq edilmiş Qayda Azərbaycan Respublikasının X3 Reyestrində qeydiyyata alınmamışdır. Bu səbəbdən, qeyd olunan qaydalar hüquqi qüvvəyə malik normativ hüquqi akt kimi çıxış edə bilməz və Azərbaycan Respublikasının Əmək Məcəlləsində, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1999-cu il tarixli *** №-li qərarında nəzərdə tutulmuş əmək hüquqlarını məhdudlaşdıran hüquqi əsas kimi tətbiq edilə bilməz.” Məhkəmənin qeyd olunan dəlili ilə razılaşmayaraq bildiririk ki, Azərbaycan Respublikası vergilər nazirinin ##.##.2017-ci il tarixli, 171704********** №-li əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın Azərbaycan Respublikasının X3 Reyestrində qeydiyyata alınmalı olması ilə bağlı qanunvericilikdə hər hansı bir tələb mövcud deyil. Qeyd edirik ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 20-ci maddəsinə əsasən belə qaydaların X3 Reyestrində qeydiyyata alınması tələb olunmur. Çünki bu Qaydalar daxili istifadə üçün nəzərdə tutulmuşdur və yalnız vergi orqanının vəzifəli şəxslərinə tətbiq olunur. Qeyd olunan Qaydaların hazırlanması və imzalanması, habelə vergi orqanının vəzifəli şəxslərinə tətbiqinin normativ əsasları isə aşağıdakı qanunvericilik aktlarında əks olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 22-1.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədi ilə, habelə dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin və məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışından əldə edilən vəsaitin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına, qalan hissəsi isə dövlət büdcəsinə köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il ## ###### tarixli *** №-li Fərmanın 1.1-1-ci bəndinə əsasən həmin Məcəllənin 22-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini vəsaitlərin orqanlar arasında bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (vergi orqanları işçilərinə münasibətdə) həyata keçirirlər. Bu normaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli *** №-li qərarı ilə “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilmişdir. Həmin Qaydaların 3.1.2-ci yarımbəndinə görə büdcədənkənar vəsaitdən vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsinin xərclənmə istiqamətlərindən biri kimi işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli *** №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmitexniki potensialının artırılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 3.1.2-ci yarımbəndinin tətbiqi məqsədi ilə DVX-nın ##.##.2023-cü il tarixli 231704********** №-li əmri ilə “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin hesablanması və ödənilməsi qaydasını müəyyən edir. Qeyd olunan Qaydanın 2.4-cü bəndində konkret olaraq göstərilmişdir ki, əmək məzuniyyəti, yaradıcılıq və təhsil məzuniyyəti, hamiləliyə və doğuşa görə ödənişli məzuniyyət, xidməti ezamiyyət, həmçinin sahə kollektiv sazişə əsasən işçilərə verilən ödənişli məzuniyyət dövrü işçinin hesabat ayındakı iş günləri kimi nəzərə alınaraq aylıq vəzifə maaşına əlavə ödənilir. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən əməkdaşın məzuniyyət dövrü əmək haqqına əlavələrin ödənilməsi məqsədləri üçün iş günləri kimi nəzərə alınaraq bu günlər üçün ona əlavənin tam məbləğdə ödənilməsi qanunvericiliyin tələblərindən irəli gəlmişdir. İddiaçı isə məhkəməyə iddia ərizəsi təqdim etməklə məzuniyytədə oluğu dövrdə tam məbləğdə aldığı əmək haqqına əlavələrin onun məzuniyyət üçün orta əmək haqqın hesablanmasında təkrar nəzərə alınmasını tələb edir. Buna görə də hesab edirik ki, iddiaçının tələbi qanunsuz və əsassızdır. Məhkəmə qeyd edir ki, tələb edilən əmək haqqının düzgün hesablanması ilə bağlı iddia tələbi öhdəliyin icrası haqqında iddia növündə olduğundan bu növ iddialara münasibətdə iddia müddəti tətbiq edilmir. Bildiririk ki, iddiaçıya ##.##.2018-ci il tarixli *************** №-li, ##.##.2018-ci il tarixli **************** №li, ##.##.2018-ci il tarixli **************** №-li, ##.##.2019-cu il tarixli **************** №-li, ##.##.2020-ci il tarixli ***************** №-li, ##.##.2021-ci il tarixli **************** №-li, ##.##.2021-ci il tarixli **************** №-li, ##.##.2022-ci il tarixli **************** №-li, ##.##.2023-ci il tarixli **************** №-li əmrlərlə verilmiş əmək məzuniyyəti vaxtı üçün orta əmək haqqının ödənilməsi tarixindən iddia ərizəsi tarixinə bir ildən artıq müddət ötdüyündən qeyd olunan əmrlərlə əlaqədar pul tələbinə münasibətdə qanunvericiliklə nəzərdə tutulan tələbetmə müddətləri bitmişdir. Hesab edirik ki, məhkəmənin mövqeyi yanlışdır və bu növ mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci, 373.4-cü, 373.5-ci, 375.2ci, 377.1-ci və 384-cü maddələri, Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsi, 296-cı maddəsinin 4-cü hissəsi və “Vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 2-ci və 2- 1-ci maddələri tətbiq edilməklə iddia tələbi rədd edilməli idi. Hesab edirik ki, iddiaçı tərəfindən maddi hüquq normalarında nəzərdə tutulmuş müddət ötürüldüyündən iddia tələbi təmin oluna bilməzdi. Məlum olduğu kimi, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrıayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 373.5-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: eyd edək ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli Qeyd edək ki, Əmək Məcəlləsinin 296cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Hazırkı iddia tələbi üzrə mübahisələndirilən məsələ ilə bağlı münasibətlər spesifik xarakter daşımış və mübahisəyə inzibati məhkəmədə baxılmasına baxmayaraq özündə əmək hüquq münasibətlərinin xüsusiyyətlərini daşımışdır. İnzibati məhkəmədə baxılan digər iddialardan fərqli olaraq mübahisə predmeti üzrə mövcud olmuş münasibətlər inzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində deyil, əmək hüququ sahəsində yaranmışdır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Beləliklə, qeyd olunan işdə iddiaçı tərəfindən maddi hüquq normalarında nəzərdə tutulmuş müddət, yəni Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində qeyd olunan işçinin işə götürənə qarşı pul tələbi ilə bağlı məhkəməyə 1 il ərzində müraciət etmə müddəti ötürüldüyündən iddia tələbi təmin oluna bilməz.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Tərəflərin izahatları
23. Cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
24. İddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
25. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamə:
1. Vergi orqanlarında xidmət – Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra «vətəndaşlar» adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.
2. Vergi orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, Azərbaycan Respublikasının Əmək Məcəlləsindən (bundan sonra – Əmək Məcəlləsi), Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunundan, bu Əsasnamədən və vergi orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. 2-1. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Əmək Məcəlləsinin və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normaları ilə tənzimlənir. 54-1. Vergi orqanlarının vəzifəli şəxslərinin əməkhaqqı aylıq vəzifə maaşından, xüsusi rütbəyə görə maaşdan, xidmət illərinə görə əlavələrdən və normativ hüquqi aktlarda nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. 54-3. Vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir.
26. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu:
34. Dövlət qulluğu keçmənin digər məsələləri Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin Geniş Siyahısı”: Nəzərə alınan ödənişlər: faktiki işlənmiş vaxtı üzrə tarif (vəzifə) maaşı; müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar.
28. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 139.1 Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. 139.2. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir 159.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
29. “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmitexniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”: (mübahisənin yarandığı zaman qüvvədə olan redaksiya) 3.1. Büdcədənkənar vəsaitdən vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir: 3.1.2. işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə; 3.1.6. vergi orqanı işçilərinə məzuniyyət haqlarının və ezamiyyə xərclərinin ödənilməsinə;(..)
30. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd. 78.1. Hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X3 Reyestrinə (bundan sonra – X3 Reyestri) daxil edilməlidir. 78.2. Hüquqi aktlar onları qəbul etmiş dövlət orqanı tərəfindən X3 Reyestrinə daxil edilmək məqsədi ilə həmin aktların qəbul edildiyi gündən üç gün keçənədək göndərilir. 78.3. X3 Reyestrinə daxil edilmək məqsədi ilə hüquqi aktlar kağız daşıyıcısında onların əslinin həqiqi surəti formasında və eyni zamanda elektron daşıyıcılarında mətn faylları formasında təqdim edilir. 78.4. X3 Reyestrinə daxil edilmiş hüquqi aktlara Dövlət Reyestrinin qeydiyyat nömrəsi verilir. 78.5. X3 Reyestrinə daxil edilməsi məqsədi ilə təqdim edilən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara müvafiq hüquqi ekspertizanın rəyi əlavə olunur. 85.1. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 85.2. X7 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda X3 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. 85.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi aktda onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir. Müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərti ilə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi akt onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ... 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
33. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
34. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, cavabdeh apellyasiya şikayətində Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə müəyyən edilmiş bir illik iddia müddətinin ötürülməsi halına istinad etmişdir.
35. Nəzərə alınmalıdır ki “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnaməyə əsasən vergi orqanlarında xidmət dövlət qulluğunun xüsusi növüdür. İnzibati Prosessual Məcəllə inzibati orqanla ... dövlət qulluqçusu ... arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə əlaqədar həmin orqana qarşı qaldırılmış iddialarla bağlı hüquqi tənzinlənməni həyata keçirir. Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir.
36. “Normativ hüquqi aktlar haqqında” Qanunun tələbinə əsasən ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir.
37. Məhkəmə kollegiyası yuxarıda qeyd edilmiş qanunvericilik aktlarını nəzərə alaraq bildirir ki, hazırkı tələb üzrə İnzibati Prosessual Məcəllə xüsusi norma hesab edildiyindən ümumi norma qismində Əmək Məcəlləsinin müddəalarına istinad edilməsi düzgün deyildir. Odur ki, hazırkı iş üzrə normativ baza qismində İnzibati Prosessual Məcəllənin müddəaları tətbiq edilməlidir.
38. İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. Qanunverici inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddiaları öhdəliyin icrasına aid iddialar hesab edir.
39. Hazırda inzibati mübahisə verilmiş əmək məzuniyyəti vaxtı üçün orta əmək haqqının mükafat və vəzifə maaşına əlavələr nəzərə alınmaqla, yenidən ödənilməsi ilə bağlı olduğundan öhdəliyin icrası barədə iddia növünə aiddir. Başqa sözlə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə hər hansı
40. Bu növ iddiaların mümkün sayılması ilə bağlı inzibati prosessual qanunvericilikdə müəyyən edilən yeganə şərt məhkəməyə müraciət edilməzdən əvvəl müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsidir. Yəni, inzibati prosessual qanunvericilik öhdəliyin icrası haqqında iddia növü ilə əlaqədar iddia tələbinin irəli sürülməsi üçün hər hansı müddət müəyyən etməmişdir.
41. İş materiallarından da görünür ki, iddiaşı iddianı qaldırmamışdan öncə inzibati orqana həmin tələblə müraciət etmiş, imtina almış və bundan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtləri də ödənildiyi üçün iddia mümkün iddiadır.
42. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *- *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarında da ifadə olunmuşdur.
43. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı tələbi “##.##.2018-ci il tarixli **************** nömrəli, ##.##.2018-ci il tarixli **************** nömrəli, ##.##.2018-ci il tarixli **************** nömrəli, ##.##.2019-cu il tarixli **************** nömrəli, ##.##.2020-ci il tarixli ****************** nömrəli, ##.##.2021-ci il tarixli **************** nömrəli, ##.##.2021-ci il tarixli **************** nömrəli, ##.##.2022-ci il tarixli **************** nömrəli, ##.##.2023-cü il tarixli **************** nömrəli, ##.##.2023-cü il tarixli **************** nömrəli və ##.##.2024-cü il tarixli 249104********** nömrəli əmrlərlə verilmiş əmək məzuniyyəti vaxtı üçün orta əmək haqqının mükafat və vəzifə maaşına əlavələr nəzərə alınmaqla, yenidən hesablanaraq ödənilməsi” barədədir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etmişdir.
44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
45. İşin faktiki hallarına görə iddiaçı İddiaçı vergi orqanlarında xidmətdə olduğu müddət ərzində bir neçə dəfə əmək məzuniyyətinə buraxılmışdır. Lakin həmin məzuniyyət dövrləri üçün orta əmək haqqı hesablanarkən iddiaçıya xidməti fəaliyyəti dövründə daimi və sistematik xarakter daşıyan vəzifə maaşına ödənilən əlavələr və mükafatlar nəzərə alınmamışdır.
46. Belə ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin ##.##.2024-cü il tarixli *-**-*-*/*-****/**** nömrəli məktunda göstərilmişdir ki, iddiaçı İddiaçı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 3-cü şöbəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsində çalışmış və “İşdən azad edilmə haqqında” ##.##.2024-cü il tarixli 241704********** nömrəli əmrlə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 5-1-ci bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə ##.##.2024cü il tarixindən xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Qeyd olunan əmrin icrası məqsədilə iddiaçı ilə müvafiq təhvil-təslim işləri aparılmış və qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq sabiq əməkdaş İddiaçı istifadə etmədiyi 228 əsas əmək məzuniyyəti günləri nəzərə alınmaqla 29 970,60 manat vəsait hesablanaraq ödənilmişdir. Sonradan İddiaçı əsas əmək məzuniyyətindən qalıq qalmış ##.##.2022- ##.##.2023-cü iş ili üçün 12 gün əsas və ##.##.2023-##.##.2024-cü iş ili üçün 1 gün əsas məzuniyyət günlərinə görə 1708,85 manat vəsait hesablanaraq ödənilmişdir. İddiaçı cəmi istifadə etdiyi 275 təqvim günü əmək məzuniyyətinə görə 11 357,0 manat vəsait hesablanaraq ödənilmişdir. Həmin vəsaitin tərkibi əməkdaşın vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə aldığı əlavələrdən və Azərbaycan Respublikası Prezidentinin # #### 2022-ci il tarixli **** nömrəli Fərmanının tələbinə əsasən aylıq vəzifə maaşına həmin maaşın 1 misli həcmində əlavə ödənişlərdən ibarət olmuşdur.
47. Halbuki qüvvədə olan əmək qanunvericiliyinə əsasən məzuniyyət vaxtı üçün orta əmək haqqı hesablanarkən birdəfəlik xarakter daşıyan ödənişlər istisna edilməklə, əmək haqqı anlayışına daxil olan bütün növ ödənişlər nəzərə alınmalıdır. Qanunvericiliyə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1999-cu il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin Geniş Siyahısı”na əsasən faktiki işlənmiş vaxt üzrə vəzifə maaşı, habelə müəssisə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən daimi və sistematik xarakter daşıyan əlavələr və mükafatlar orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə daxildir.
48. Cavabdeh hazırda iddiaçının məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı vəzifə maaşına ödənilən əlavələrin nəzərə alınmamasının hüquqi əsası olaraq Azərbaycan Respublikası vergilər nazirinin ##.##.2017-ci il tarixli 171704********** nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2023-cü il tarixli, 231704********** nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin verilməsi Qaydası”nı göstərir.
49. Lakin qeyd olunmalıdır ki, hər iki hüquqi akt normativ akt deyil. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 78 və 85-ci maddələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları yalnız Azərbaycan Respublikasının X3 Reyestrində qeydiyyata alındıqdan və rəsmi qaydada dərc edildikdən sonra hüquqi qüvvə əldə edir.
50. İstinad olunan Azərbaycan Respublikası vergilər nazirinin ##.##.2017-ci il tarixli _171704********** nömrəli nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” və ##.##.2023-cü il tarixli, 231704********** nömrəli əmrlə təsdiq edilmiş Qayda Azərbaycan Respublikasının X3 Reyestrində qeydiyyata alınmamışdır.
51. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq qeyd olunan qaydaları hüquqi qüvvəyə malik normativ hüquqi akt kimi çıxış edə bilməməsinə istinad edərək hesab etmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1999-cu il tarixli *** nömrəli qərarında nəzərdə tutulmuş əmək hüquqlarını məhdudlaşdıran hüquqi əsas kimi tətbiq edilə bilməz.
52. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “iddiaçının ##.##.2018-ci il tarixli *************** nömrəli, ##.##.2018-ci il tarixli **************** nömrəli, ##.##.2018-ci il tarixli **************** nömrəli, ##.##.2019-cu il tarixli **************** nömrəli, ##.##.2020-ci il tarixli ***************** nömrəli, ##.##.2021-ci il tarixli **************** nömrəli, ##.##.2021-ci il tarixli **************** nömrəli, ##.##.2022-ci il tarixli **************** nömrəli, ##.##.2023-ci il tarixli **************** nömrəli əmrlərlə verilmiş əmək məzuniyyəti üçün orta əmək haqqının mükafat və vəzifə maaşına əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi tələbinə münasibətdə qanunvericiliklə nəzərdə tutulan 1 illik tələbetmə müddətinin keçməsi” dəlilinə münasibətdə qeyd edir ki, qanunvericilidə bunla bağlı məhdudiyyət nəzətdə tutulmamışdır.
53. Bununla yanaşı ##.##.2024-cü il tarixli 241704********** nömrəli “İşdən azad edilmə haqqında” əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək iddiaçı vergi orqanında tutduğu vəzifədən azad edilmiş, bu zaman iddiaçının işdən azad edildiyi günə keçmiş dövr üzrə verilməmiş, əksik qalan məbləğin son haqq hesab olaraq ödənilməsinə gözlənti hüququ yaranmışdır.
54. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır.
55. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev