Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-397/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və X6 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının nümayəndəsi nümayəndə3, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. -AZE seriyalı ******** nömrəli Şəxsiyyət Vəsiqəsi məlumatına əsasən ##.##.1960-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
2. -*** nömrəli Attestata əsasən İddiaçı ##.##.1990-cı il tarixdə * nömrəli texniki peşə məktəbinə axşam şöbəsinə daxil olmuş və ##.##.1991-ci ildə Teplovoz-elektrovozlu maşinist köməkçisi ixtisası üzrə tam kursu bitirmişdir. İxtisas komissiyasının ##.##.1991-ci il tarixli qərarı ilə İddiaçı teplovozelekrovozlu maşinist köməkçisi ixtisası verilmişdir.
3. -H3 seriyalı Hərbi Biletə əsasən İddiaçı ##.##.1978-ci il tarixdən ##.##.1980-cı il tarixədək hərbi xidmət keçmişdir.
4. -1184 TÇ-* nömrəli Xidməti Vəsiqədən müəyyən olunur ki, İddiaçı xxxx QSC Biləcəri Lokomativ Deposunda “Teplovoz maşinist köməkçisi” vəzifəsində çalışmışdır. Xidməti vəsiqə ##.##.2014-cü il tarixdə verilmiş və ##.##.2016-cı il tarixədək etibarlılıq müddəti göstərilmişdir.
5. -*** nömrəli Şəhadətnaməyə əsasən İddiaçı Azərbaycan Dövlət Dəmir Yolunun təyin etdiyi nəzəri sınaq imtahanından keçərək Teplovoz maşinist köməkçisi vəzifəsinə yiyələnmişdir. Şəhadətnamə ##.##.2009-cu il tarixdə Bakı Lokomativ Deposunun ##.##.2009-cu il tarixli ** nömrəli nəzəri sınaq aktı əsasında verilmişdir.
6. -ИТ ******* nömrəli Əmək Kitabçasına əsasən İddiaçı iş haqqında məlumatlarına aiddir:
7. ##.##.****-* nömrəli qaynaq sexinin qazanxanasına 1-ci dərəcəli təmizləyici qəbul edilmişdir, ##.##.1978-sovet ordusu sıralarına çağırılması ilə əlaqədar olaraq Azərbaycan SSR ƏQM-in 36-cı maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilib.
8. ##.##.1981-##.##.1978-ci ildən ##.##.1980-cı ilədək sovet ordusu sıralarında xidmət etmişdir, 4.##.##.1981-Teplovozların hərəkətli tərkibinin təmiri üzrə birinci dərəcəli çilingər qəbul edilmişdir.
9. ##.##.1981-Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, ##.##.1981-Azərbaycan SSR Sənaye Tikinti Materialları Nazirliyinin Maştağa Kombinati ** nömrəli elektromexanika sexinə 2-ci dərəcəli sarıyıcı fəhlə qəbul edilmiş, ##.##.1981-öz xahişi ilə işdən azad edilmişdir.
10. ##.##.1981-Bakı Aqreqat İstehsalat Birliyi ** nömrəli sahəyə dördüncü dərəcəli təmiz metal kəsicisi qəbul edilmiş, ##.##.1981-Azərbaycan SSR ƏQM-in 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir.
11. ##.##.1981-Bakı Soyuducu Zavodu Yığma sexinə k/t stavkası üzrə birinci dərəcəli quraşdırıcı-çilingər qəbul edilmiş, 11.##.##.1982-Azərbaycan SSR ƏQM-in 38-ci maddəsinin 1-ci hissəsinə əsasən ştatların ixtisara salınması ilə əlaqədar işdən azad edilmişdir, daha sonra 24.02.1982ci il tarixli əmrlə işdən çıxma ləğv edilmişdir.
12. ##.##.1982-Azərbaycan SSR ƏQM-in 37-ci maddəsinə əsasən Bakı şəhərindən getməsi ilə əlaqədar işdən azad edilmiş, ##.##.1982-Güzgü sexinə şüşə kəsən şagirdi qəbul edilmişdir.
13. ##.##.1983-Güzgü sexinin 1-ci dərəcəli şüşəkəsəninə kvalifikasiya verilmişdir. .##.##.1983-Geniş istifadə malları sexinə 1-ci dərəcəli fasetçi keçirilmiş, Azərbaycan SSR ƏQM-in 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir.
14. ##.##.1984-Petrov ad.maşınqayırma zavodu * nömrəli çilingər-quraşdırmaqaynaq sexinə 2(ikinci) dərəcəli rəngsaz qəbul edilmiş, .##.##.1985-Azərbaycan SSR ƏQMnin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir.
15. ##.##.1985-Qırma-çeşidləmə qurğusunun 3-cü dərəcəli bunkerçi işinə qəbul edilmiş, ##.##.1988-Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir.
16. ##.##.1988-dəqiq döymə sexinə plazma qurğusunda kəsici fəhlənin şagirdi qəbul edilmiş, ##.##.1988-2-ci dərəcəli plazma qurğusunda kəsici fəhləyə 2-ci dərəcə verilmiş, ##.##.****-* nömrəli kilid sexi xarrat şagirdi təyin olunmuş, ##.##.1988-2-ci dərəcəli xarrat verilmiş, ##.##.1988-Azərbaycan SSR ƏQM-in 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir.
17. ##.##.1988-Azərbaycan SSR SN * nömrəli Psixiatriya Xəstəxanasına sanitar qəbul edilmiş, ##.##.1989-Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir.
18. ##.##.1989-Qırma-çeşidləmə qurğusunun 4-cü dərəcəli maşınısit işinə qəbul edilmiş, ##.##.1990- Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir.
19. ##.##.****-* nömrəli texniki baxış məntəqəsinə-ETR 3-cü dərəcəli reduktorçu çılingər qəbul edilmiş, ##.##.****-* nömrəli texniki baxış məntəqəsinin 4-cü dərəcəli reduktorçu müəyyən edilmiş, ##.##.1991-Bakı Lokomativ Deposu-Böyük Şor st.rəisinin sərəncamına keçirilməklə işdən azad edilmişdir.
20. ##.##.1991-Sexə 4-cü dərəcəli hərəkətli tərkibin təmiri üzrə çilingər qəbul edilmiş, ##.##.1991-istismar sexinə maşinist köməkçisinin dublyoru keçirilmişdir.
21. ##.##.1991-NVS maşinist köməkçisi keçirilmiş, ##.##.1994-Bakı metropoliteni Nərimanov stansiyası elektrik deposuna keçirilməsi ilə əlaqədar işdən azad edilmişdir.
22. ##.##.1994-Bakı Lokomativ Deposundan köçürmə yolu ilə elektrik sexinə 3-cü dərəcəli elementlərin sarıyıcısı işinə qəbul edilmiş, ##.##.1995-Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən Bakı Lokomativ Deposuna köçürmə yolu il işdən azad edilmişdir.
23. ##.##.1995-Bakı Metropolitenindən köçürmə yolu ilə periodik sexə 3-cü dərəcəli mexanik çilingər işinə qəbul edilmiş, ##.##.1995-Motovaqon seksiyasının maşinisti köməkçisinin dublyoru keçirilmişdir. ##.##.1995-Motorvaqon seksiyasının maşinisisti köməkçisi sərbəst işə buraxılmışdır. ##.##.2009-Teplovoz maşinist köməkçisi şəhadətnaməsi verilmişdir.##.##.2009-AR ƏQM-nin 69/3 maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir.
24. ##.##.2009-Teplovoz maşinisti köməkçisi dublyor işə qəbul olunmuş,##.##.2009teplovoz maşinisti köməkçisi sərbəst işə buraxılır, ##.##.2015-AR ƏM-nin 68-ci maddəsinin II hissəsinin “a” bəndinə əsasən öz xahiş ilə işdən azad olunmuşdur.
25. ##.##.2015-“xxxx” MMC-yə bağban vəzifəsinə işə qəbul edilmiş, ##.##.2017- AR ƏMnin 69-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq işdən azad olunmuşdurlar.
26. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial Siğorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktubunda göstərilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili ##.##.2006-cı il tarixdən başlamışdır.
27. Həmin məktubla təqdim edilmiş Siğortaolunanın hesab məlumatlarına əsasən İddiaçı ##.##.2006-02.2015, 2015-ci ilin iyul ayından 2017-ci ilin iyul ayı da daxil olmaqla məcburi dövlət sosial sığort haqları ödənilmişdir.
28. Cavabdeh orqan tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş icraat materiallarından görünür ki: -##.##.2023-cü il tarixli müraciətdən görünür ki, İddiaçı ##.##.2023- cü il tarixdə * saylı Bakı Dost Agentliyində rəsmi müraciət ərizəsi ilə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmçinin hazırda işləmədiyini və 2020ci ildə verilən imtinada motovaqonlarda maşinist köməkçisi işlədiyi qeyd edilmişdi, lakin elektrik qatarının maşinist köməkçisi vəsifəsində işlədiyini qeyd etmişdir. -Azərbaycan Dəmiryolları QSC Biləcəri Lokomativ Deposu tərəfindən verilmiş ##.##.2020-ci il tarixli *** nömrəli Arayışda göstərilmişdir ki, ##.##.1960-cı il təvəllüdlü İddiaçı ##.##.2009-##.##.2015-ci il aralığında teplovoz maşinist köməkçisi olaraq işə qəbul olub. ##.##.2015-ci il tarixdə öz xahişi ilə işdən azad olunub. Ümumi: Teplovoz maşinist köməkçisi peşəsində iş stajı 05 il, 10 ay, 04 gün təşkil edir. Bu da AR NK-nin ** nömrəli ##.##.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” qərarına uyğundur. 21 Nəqliyyat-Teplovoz maşinisti və teplovoz maşinist köməkçiləri. -“ Azərbaycan Dəmiryolları QSC Biləcəri Lokomativ Deposu tərəfindən verilmiş ##.##.2020-ci il tarixli *** nömrəli Açıqlama-Arayışda göstərilmişdir ki, ##.##.1960-cı il təvəllüdlü İddiaçı aşağıda qeyd olunan illərdə Bakı lokomotiv deposunda göstərilən peşələrdə işləmişdir: ##.##.1991-##.##.1994-cü və ##.##.1995- ##.##.2009-cu elektrik qatarının maşinist köməkçisi, İddiaçı əmək kitabçası üzrə Bakı lokomotiv deposunda güzəştli iş stajı: maşinist köməkçisi kimi 17 il 21 gün təşkil edir. Yuxarıda qeyd olunan müddət İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-il tarixli ** saylı Qərarının Nəqliyyat bölməsinin 21.4 maddəsinə əsasən güzəştli təqaüd almasına imkan verir.
29. Məhkəmə sorğusuna cavab olaraq “xxxx” QSC-nin ##.##.2022-ci il tarixli **-*/*- ****/**** nömrəli məktubunda göstərilmişdir ki, qeyd edilən İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) Bakı lokomotiv deposunda ##.##.1991-ci il tarixindən ##.##.1991-ci il tarixinədək işlədiyi hərəkət heyətinin təmiri üzrə çilingər və ##.##.1991-ci il tarixindən ##.##.1994-cü il tarixinədək, ##.##.1995-ci il tarixindən ##.##.2009-cu il tarixinədək işlədiyi elektrik qatarı (MVS, MVHH) maşinist köməkçisi peşələri müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21.4-cü bəndinin 15-ci (18-ci) və 20-ci və Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş (##.##.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda 28-ci bölmənin 16-cı və 18-ci (kod: 23001000—16887 və 23001000—18540) abzaslarında göstərilən “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” və “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşələrinə uyğundur. Həmçinin İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq peşələr üzrə güzəştli iş stajı 17 il 4 ay 29 gün təşkil edir. Məlumat üçün bildiririk ki, sözügedən peşələr üzrə iş yerlərində aparılmış sonuncu attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə işçilərin əməkhaqlarına 8% əlavə müəyyən edilmişdir. Zərərli və ağır əmək şəraitinə malik peşələr olması səbəbindən bu peşələrdə çalışan işçilərə il ərzində 6 təqvim günü müddətində əlavə ödənişli məzuniyyət verilməkdədir. Bununla yanaşı, İddiaçı ADYdə çalışdığı digər peşələr adıçəkilən normativ aktlarda təsbit olunmamışdır. Qeyd edirik ki, “MVS (motor-vaqon seksiyası)” və “MVHH (motor-vaqon hərəkət heyəti)” elektrik qatarı qrupuna daxil olan dəmir yolu nəqliyyat vasitələridir. Bu baxımdan İddiaçı ADY-də çalışdığı MVS və MVHH maşinist köməkçisi peşəsi üzrə yerinə yetirilən işlərin xüsusiyyətləri hal-hazırda ADY-nin Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Lokomotiv briqadalarında əmək fəaliyyəti göstərməkdə davam edən elektrik qatarının maşinist köməkçisi peşəsinə aid işlərin xüsusiyyətləri ilə eynidir. Müxtəlif dövrlərdə sözügedən eyni peşənin adı ADY-yə aid sənədlərdə fərqli olaraq göstərilmişdir.
30. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyıinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinin ## #### 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim edilən ##.##.1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda “Bakı Lokomotiv Deposu”nda ##.##.1991-##.##.1994-cü il və ##.##.1995- ##.##.2009-cu il tarixləri arasındakı dövrlər ərzində motorvaqonlarda maşinist köməkçisi vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsində (21) nəzərdə tutulmamışdır. Bu səbəbdən sizin güzəştli iş stajınız 12 il 6 aydan az (5 il 10 ay 4 gün (##.##.2009-##.##.2015-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
31. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyıinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək onun 57 yaşı tamam olduğu ##.##.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyıinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Bakı lokomativ deposunda ##.##.1991-ci ildən ##.##.1194-cü il tarixədək və ##.##.1995-ci il tarixdən ##.##.2009cu il tarixədək teplovoz maşinist köməkçi kimi işləmişdir. Bakı lokomotiv deposunda onun güzəşli iş stajı 17 il 21 gün təşkil edir, lakin onun sistemdə qeyd olunan əmək müqaviləsinə əsasən onun orda elektirik qatarının maşinist köməkçisi kim qeyd olunmuşdur. Buna görə də o müraciət etmişdir ki, sistemdə olan yanlışlığı aradan qaldırılsın. Çünki o, ##.##.2009-cu il tarix aralığında elektirik qatarının maşinist köməkçisi kimi çalışmışdır. X2 Xitdmətinin ##.##.2025-ci il tarixli imtinası qanunsuz və əsassızdır.
33. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı İddiaçı Mərkəzi Filiala güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizəsinə cavab olaraq Mərkəzi Filial tərəfindən ünvanlanmış ##.##.2023-cü il tarixli *-**-*/*-R-******/**** nömrəli məktubda bildirilmişdir ki, onun güzəştli iş stajı 12 il 6 aydan az (5 il 10 ay 4 gün (##.##.2009-##.##.2015-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı iddia ərizəsində 57 yaşının tamam olduğu ##.##.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarından məlum olur ki, iddiaçı İddiaçı ##.##.1960-cı il tarixdə doğulmuş, beləliklə də ##.##.2017-ci il tarixdə 57 yaşı tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin ##.##.2017- ci il tarixdə qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır". İstinad olunan normanın müddəaları baxımından İddiaçı ##.##.2017-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu: İddiaçının 60 yaşı tamam olmalıdır (yaş tələbi); iddiaçı iş stajının ən azı 12 il 6 ayını müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli iş stajı tələbi); İddiaçı ən azı 25 il ümumi sığorta stajına malik olmalıdır (ümumi iş stajı tələbi); Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ##.##.1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında onun “Bakı Lokomotiv Deposu’’nda ##.##.1991-##.##.1994-cü il və ##.##.1995-##.##.2009-cu il tarixləri arasındakı dövrlər ərzində motorvaqonlarda maşinist köməkçisi vəzifəsində işlədiyi, “xxxx" QSC-nin ##.##.2020-ci il tarixli, *** nömrəli arayışında isə həmin dövrdə elektrik qatarının maşinist köməkçisi peşəsində işlədiyi qeyd olunmuşdur. Qeyd olunan sənədlərdə eyni dövrə dair göstərilən vəzifə və peşələr ziddiyyət təşkil edir. Beləliklə, iddiaçı İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (5 il 10 ay 4 gün (##.##.2009-##.##.2015-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Həmin icmal məktubunda qeyd olunur ki, bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin ##.##.2017-ci il tarixdə qüvvədə olmuş redaksiyasına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olun yaş 60 olduğu halda iddiaçının müvafiq tarixdə 57 yaşı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubomadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Məlumdur ki, cavabdehin imtinasının hüquqi baxımdan qanuni olub-olmadığını müəyyənləşdirmək üçün aşağıdakı hallar yoxlanılmalıdır: İmtinanın hüquqi əsasını təşkil edən səlahiyyətverici normanın dispozisiya şərtlərinin müvafiq iş üzrə mövcud olub-olmaması; Cavabdehin müvafiq norma üzrə yol verilən hüquqi nəticəni seçibseçməməsi. Mövcud icraat materiallarına əsasən İddiaçı güzəştli iş stajı ##.##.2017ci il tarixində qüvvədə olan “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən tələb olunan staja uyqun gəlmədiyindən, habelə iddiaçının pensiya təyin olunması ilə bağlı iddia etdiyi tarixə (09.07,2017) münasibətdə yaşı, yəni 57 yaş həmin dövrə münasibətdə yaş tələbinə uyqun gəlmədiyindən pensiya təyinatı aparılması mümkün olmamışdır. Müvafiq normanın bütün dispozisiya şərtlərinin hazırkı iş üzrə mövcud olub-olmadığını yoxladıqdan sonra növbəti mərhələdə cavabdehin düzgün hüquqi nəticəni seçib- seçmədiyi müəyyən olunmalıdır. Mərkəzi Filialın imtinasının hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş, güzəştli iş stajı, ümumi iş stajı və pensiya kapitalı tələbi ilə bağlı qeyd olunan dörd şərtin hər biri mövcud olmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə pensiya təyinatından imtina etməkdə haqlıdır. İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az olduğuna görə “Əmək pensiyaları haqqında” Qanunun müddəaları əsasında ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı da qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Deməli, Mərkəzi Filial düzgün hüquqi nəticəyə gəlmişdir.
34. İddiaçının nümayəndəsi nümayəndə3 ##.##.2025-ci il tarixdə açıq məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək İddiaçı 57 yaşdan yəni ##.##.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi ##.##.2023-cü il tarixdən əvvəlki 3 il üçün ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir.
35. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
36. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işəgötürənin iddiaçı barəsində təqdim etdiyi güzəştli arayışlarında göstərilmişdir ki, qeyd edilən İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) Bakı lokomotiv deposunda ##.##.1991-ci il tarixindən ##.##.1991-ci il tarixinədək işlədiyi hərəkət heyətinin təmiri üzrə çilingər və ##.##.1991-ci il tarixindən ##.##.1994-cü il tarixinədək, ##.##.1995-ci il tarixindən ##.##.2009-cu il tarixinədək şlədiyi elektrik qatarı (MVS, MVHH) maşinist köməkçisi peşələri müvafiq olaraq Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda 23000000 XXVIII. Nəqliyyat bölməsində kod: 23001000—16887 və 23001000—18540 göstərilən “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” və “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşələrinə uyğundur.
37. Belə ki, MVS (motor-vaqon seksiyası)” və “MVHH (motor-vaqon hərəkət heyəti)” elektrik qatarı qrupuna daxil olan dəmir yolu nəqliyyat vasitələridir. Bu baxımdan İddiaçı ADY-də çalışdığı MVS və MVHH maşinist köməkçisi peşəsi üzrə yerinə yetirilən işlərin xüsusiyyətləri hal-hazırda ADY-nin Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Lokomotiv briqadalarında əmək fəaliyyəti göstərməkdə davam edən elektrik qatarının maşinist köməkçisi peşəsinə aid işlərin xüsusiyyətləri ilə eynidir.
38. İddiaçı ilə eyni sözügedən peşələr üzrə iş yerlərində aparılmış sonuncu attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə işçilərin əməkhaqlarına 8% əlavə müəyyən edilmiş, zərərli və ağır əmək şəraitinə malik peşələr olması səbəbindən bu peşələrdə çalışan işçilərə il ərzində 6 təqvim günü müddətində əlavə ödənişli məzuniyyət verilir.
39. Cavabdeh iddiaçının motorvaqonlarda maşinist köməkçisi vəzifəsinin siyahıda “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” və “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” vəzifəsində iddiaçının güzəştli iş stajının olmamasına istinad etsə də bu hansı əsaslara görə qeyd edilən vəzifənin siyahıdakı vəzifəyə uyğun gəlməməsinin əsaslarını bildirməmişdir.
40. Beləliklə, iddiaçının işlədiyi hər iki vəzifənin əmək funksiyaları, həmin vəzifələrdə əmək şəraitinin zərərli xüsusiyyətləri vəzifələrin güzəştli iş stajına hesablanmasına əsas verir. Belə olan halda iddiaçının güzəştli iş stajı ##.##.1991-##.##.1991, ##.##.1991- ##.##.1991, ##.##.1995-##.##.2006-cı ilədək 15 il 01 ay 28 gün təşkil edir. İddiaçı hüququnun yarandığı ##.##.2017-ci il tarixədək tələb olunan 12 il 06 aydan çox güzəştli iş stajını toplamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
41. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin *- *(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
42. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.2023-cü il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmin müraciət Mərkəzi Filial tərəfindən ##.##.2023-cü il tarixli *-**-*/*-R-******/**** nömrəli məktubla cavablandırılmış və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İşin faktiki hallarından məlum olur ki, iddiaçı İddiaçı ##.##.1960-cı il tarixində doğulmuş, beləliklədə ##.##.2017-ci il tarixində 57 yaşı tamam olmuşdur. İnzibati icraat materiallarından da aydın olur ki, iddiaçı İddiaçı yaş və ümumi iş stajı tələblərini ödəsə də, güzəştli iş stajı ilə bağlı şərtlər ona münasibətdə mövcud olmamışdır. Belə ki, iddiaçı İddiaçı hazırkı tarixədək güzəştli iş stajı 5 il 10 ay 4 gün təşkil edir və qanunvericiliklə tələb edilən 12 il 6 aydan azdır. Belə olan halda iddiaçının güzəştli iş stajı ##.##.2006-cı il tarixinədək tamamlanmır. İddiaçının mübahisələndirilməyən güzəştli iş stajına onun ##.##.2009-##.##.2015-ci il tarixləri arasındakı əmək fəaliyyəti dövrləri daxildir. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)- ****/**** nömrəli qərarından da aydın olur ki, iddiaçı İddiaçı güzəştli iş stajı ilə bağlı mübahisələndirilən dövrlər onun ##.##.1991-##.##.1994-cü il və ##.##.1995- ##.##.2009-cu il tarixləri arasındakı dövrlər ərzində “Bakı Lokomotiv Deposu”nda işlədiyi dövrlə bağlıdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi ##.##.1978-ci il tarixli ИТ-İ ******* nömrəli əməkkitabçasında mübahisələndirilən dövrlər ərzində motorvaqonlarda maşinist köməkçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsində (21) nəzərdə tutulmamışdır. Göründüyü kimi, iddiaçı İddiaçı işlədiyi vəzifə yuxarıda qeyd olunan siyahıda nəzərdə tutulan vəzifələrə uyğun deyil. Bu səbəbdən iddiaçının işlədiyi vəzifə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edilə bilməz.
43. Apellyasiya baxışı zamanı cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə təqdim olunmuş və onunla əsaslandırılmışdır ki, belə ki, həmin apellyasiya şikayətində iddiaçı İddiaçı hazırkı tarixədək güzəştli iş stajının 5 il 10 ay 4 gün təşkil etdiyi, mübahisələndirilməyən güzəştli iş stajına onun ##.##.2009-##.##.2015-ci il tarixləri arasındakı əmək fəaliyyəti dövrlərinin daxil olduğu qeyd edilmişdir. Bununla belə, iş birinci instansiya məhkəməsinin icraatında olarkən “xxxx” QSC tərəfindən inzibati icraat zamanı təqdim edilən arayışlardan fərqli olan ##.##.2025-ci il tarixli *-**-*/*- ******/**** nömrəli yeni arayış təqdim edilmişdir. Həmin arayışda iddiaçının işlədiyi ##.##.1991-ci il tarixindən ##.##.1991-ci il tarixinədək hərəkət heyətinin təmiri üzrə çilingər və ##.##.1991-ci il tarixindən ##.##.1994-cü il tarixinədək, ##.##.1995-ci il tarixindən ##.##.2009-cu il tarixinədək elektrik qatarı maşinist köməkçisi vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bölməsinə aid olduğu göstərilmişdir. Bildirirlər ki, sözügedən Siyahının 21.4-cü bölməsində elektrik qatarlarının (seksiyyalarının) maşinist köməkçisi nəzərdə tutulmamışdır. Bundan əlavə, ##.##.1993-cü il tarixinədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSRİ Nazirlər Sovetinin ## ###### 1956-cı il tarixli **** nömrəli və ## ###### 1991ci il tarixli ** nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq siyahılar əsasında həyata keçirilirdi. Motorvaqon maşinisti vəzifəsi məhz sözügedən siyahıların “Nəqliyyat bölməsi”ndə nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunvericilikdə yalnız ##.##.1993-cü il tarixinədək qüvvədə olan ^Siyahılarda elektrik qatarlarının (seksiyyalarının) maşinist köməkçisi vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunurdu. Buna görə də İddiaçı işlədiyi vəzifə SSRİ Nazirlər Sovetinin **** nömrəli Qərarının qüvvədən düşdüyü ##.##.1993-cü il tarixinədək güzəştli is stajı kimi nəzərə alına bilər. Qeyd olunan səbəbdən iddiaçının qeyd olunan arayışa əsasən güzəştli iş stajı 5 il 10 ay 4 gün deyil, 7 il 11 ay 15 gün təşkil edir. Onun mübahisələndirilməyən güzəştli iş stajına ##.##.1991-##.##.1991-ci il, ##.##.1991-##.##.1993-cü il, ##.##.2009-##.##.2015-ci il tarixləri arasındakı əmək fəaliyyəti dövrləri daxildir. Beləliklə, hazırda cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı kimi ##.##.1993- ##.##.1994-cü il və ##.##.1995-##.##.2009-cu il tarixləri arasında “Bakı Lokomotiv Deposu”nda işlədiyi dövrlər mübahisələndirilir. 19.01,2026cı il tarixli *-**-*/*-*****/**** nömrəli apellyasiya şikayətində iddiaçının güzəştli iş stajının mübahisələndirilməsinin səbəbləri ilə bağlı digər hallara münasibət bildirdiklərinə görə təkrarən qeyd etməyi zəruri hesab etmirlər. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
d) Prosses iştirakçılarının izahatları
45. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
46. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
47. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
48. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının ## #### 1997-ci il tarixli ***-IQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il ######un #-dən başlayaraq 2000-ci il ######un #-dək hər il altı ay artırılır.
49. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
50. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
51. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
53. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbi ona ##.##.2016-cı il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğu üçün məhkəmə hazırkı iddia tələbini ƏPQ-nun 9.8-ci maddəsi və ##.##.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq qiymətləndirir.
54. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı 57 yaş həddinə çatmalı, ##.##.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməlidir ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı ##.##.1960-cı il təvəllüdlü olmaqla ##.##.2017ci il tarixdə 57 yaşını tamamlamışdır.
55. İşdən görünür ki, yuxarıda qeyd olunan hərbi bilet, əmək kitabçasına əsasən iddiaçının ##.##.2006-cı il tarixədək ##.##.1978-ci il tarixdən ##.##.1980-cı il tarixədək hərbi xidmət dövrü 02 il 01 ay 11 gün, əmək fəaliyyəti dövrü ##.##.1978- ##.##.1978, ##.##.1981- ##.##.1981, ##.##.1981-##.##.1981, ##.##.1981- ##.##.1981, ##.##.1981- ##.##.1982, ##.##.1982-##.##.1983, ##.##.1984- .##.##.1985, ##.##.1985-##.##.1988, ##.##.1988- ##.##.1988, ##.##.1988- ##.##.1989, ##.##.1989- ##.##.1990, ##.##.1990- ##.##.1991, ##.##.1991- ##.##.1994, ##.##.1994- ##.##.1995, ##.##.1995-.##.##.2006-cı ilədək 26 il 06 ay 16 gün ümumi stajı var.
56. İddiaçının güzəştli şərtlərlə pensiya təyini üçün tələb olunan ümumi iş stajı mübahisələndirilmir.
57. Cavabdehin imtinası və etirazının əsasında onun tələb olunan güzəştli iş stajının olmaması ilə bağlıdır.
58. Belə ki, cavabdehin mövqeyinə görə iddiaçının “Bakı Lokomotiv Deposu”nda ##.##.1991-##.##.1994-cü il və ##.##.1995- ##.##.2009-cu il tarixləri arasındakı dövrlər ərzində motorvaqonlarda maşinist köməkçisi vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajınız 12 il 6 aydan az (5 il 10 ay 4 gün (##.##.2009-##.##.2015-ci il tarixləri arasındakı dövr)) təşkil edir.
59. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli, *-***/** saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir.
60. İşəgötürənin iddiaçı barəsində təqdim etdiyi güzəştli arayışlarında göstərilmişdir ki, qeyd edilən İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) Bakı lokomotiv deposunda ##.##.1991-ci il tarixindən ##.##.1991-ci il tarixinədək işlədiyi hərəkət heyətinin təmiri üzrə çilingər və ##.##.1991-ci il tarixindən ##.##.1994-cü il tarixinədək, ##.##.1995-ci il tarixindən ##.##.2009-cu il tarixinədək işlədiyi elektrik qatarı (MVS, MVHH) maşinist köməkçisi peşələri müvafiq olaraq Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda 23000000 XXVIII. Nəqliyyat bölməsində kod: 23001000—16887 və 23001000—18540 göstərilən “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” və “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşələrinə uyğundur.
61. Belə ki, MVS (motor-vaqon seksiyası)” və “MVHH (motor-vaqon hərəkət heyəti)” elektrik qatarı qrupuna daxil olan dəmir yolu nəqliyyat vasitələridir. Bu baxımdan İddiaçı ADY-də çalışdığı MVS və MVHH maşinist köməkçisi peşəsi üzrə yerinə yetirilən işlərin xüsusiyyətləri hal-hazırda ADY-nin Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Lokomotiv briqadalarında əmək fəaliyyəti göstərməkdə davam edən elektrik qatarının maşinist köməkçisi peşəsinə aid işlərin xüsusiyyətləri ilə eynidir.
62. İddiaçı ilə eyni sözügedən peşələr üzrə iş yerlərində aparılmış sonuncu attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə işçilərin əməkhaqlarına 8% əlavə müəyyən edilmiş, zərərli və ağır əmək şəraitinə malik peşələr olması səbəbindən bu peşələrdə çalışan işçilərə il ərzində 6 təqvim günü müddətində əlavə ödənişli məzuniyyət verilir.
63. Cavabdeh iddiaçının motorvaqonlarda maşinist köməkçisi vəzifəsinin siyahıda “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” və “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” vəzifəsində iddiaçının güzəştli iş stajının olmamasına istinad etsə də bu hansı əsaslara görə qeyd edilən vəzifənin siyahıdakı vəzifəyə uyğun gəlməməsinin əsaslarını bildirməmişdir.
64. Beləliklə, iddiaçının işlədiyi hər iki vəzifənin əmək funksiyaları, həmin vəzifələrdə əmək şəraitinin zərərli xüsusiyyətləri vəzifələrin güzəştli iş stajına hesablanmasına əsas verir. Belə olan halda iddiaçının güzəştli iş stajı ##.##.1991-##.##.1991, ##.##.1991- ##.##.1991, ##.##.1995-##.##.2006-cı ilədək 15 il 01 ay 28 gün təşkil edir. İddiaçı hüququnun yarandığı ##.##.2017-ci il tarixədək tələb olunan 12 il 06 aydan çox güzəştli iş stajını toplamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur.
65. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iş birinci instansiya məhkəməsinin icraatında olarkən “xxxx” QSC tərəfindən inzibati icraat zamanı təqdim edilən arayışlardan fərqli olan ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli yeni arayış təqdim edilmişdir. Həmin arayışda iddiaçının işlədiyi ##.##.1991-ci il tarixindən ##.##.1991-ci il tarixinədək hərəkət heyətinin təmiri üzrə çilingər və ##.##.1991-ci il tarixindən ##.##.1994-cü il tarixinədək, ##.##.1995-ci il tarixindən ##.##.2009-cu il tarixinədək elektrik qatarı maşinist köməkçisi vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bölməsinə aid olduğu göstərilmişdir. Bildirirlər ki, sözügedən Siyahının 21.4-cü bölməsində elektrik qatarlarının (seksiyyalarının) maşinist köməkçisi nəzərdə tutulmamışdır. Bundan əlavə, ##.##.1993-cü il tarixinədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSRİ Nazirlər Sovetinin ## ###### 1956-cı il tarixli **** nömrəli və ## ###### 1991- ci il tarixli ** nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq siyahılar əsasında həyata keçirilirdi. Motorvaqon maşinisti vəzifəsi məhz sözügedən siyahıların “Nəqliyyat bölməsi”ndə nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunvericilikdə yalnız ##.##.1993-cü il tarixinədək qüvvədə olan ^Siyahılarda elektrik qatarlarının (seksiyyalarının) maşinist köməkçisi vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunurdu. Buna görə də İddiaçı işlədiyi vəzifə SSRİ Nazirlər Sovetinin **** nömrəli Qərarının qüvvədən düşdüyü ##.##.1993-cü il tarixinədək güzəştli is stajı kimi nəzərə alına bilər. Beləliklə, hazırda cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı kimi ##.##.1993- ##.##.1994-cü il və ##.##.1995-##.##.2009-cu il tarixləri arasında “Bakı Lokomotiv Deposu”nda işlədiyi dövrlər mübahisələndirilir.
66. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq “xxxx” QSC-nin ##.##.2022-ci il tarixli **-*/*-****/**** nömrəli məktubunda göstərilmişdir ki, qeyd edilən İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) Bakı lokomotiv deposunda ##.##.1991-ci il tarixindən ##.##.1991-ci il tarixinədək işlədiyi hərəkət heyətinin təmiri üzrə çilingər və ##.##.1991-ci il tarixindən ##.##.1994-cü il tarixinədək, ##.##.1995-ci il tarixindən ##.##.2009-cu il tarixinədək işlədiyi elektrik qatarı (MVS, MVHH) maşinist köməkçisi peşələri müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21.4-cü bəndinin 15-ci (18-ci) və 20-ci və Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş (##.##.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda 28-ci bölmənin 16-cı və 18-ci (kod: 23001000—16887 və 23001000—18540) abzaslarında göstərilən “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” və “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşələrinə uyğundur. Həmçinin İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq peşələr üzrə güzəştli iş stajı 17 il 4 ay 29 gün təşkil edir. Məlumat üçün bildiririk ki, sözügedən peşələr üzrə iş yerlərində aparılmış sonuncu attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə işçilərin əməkhaqlarına 8% əlavə müəyyən edilmişdir. Zərərli və ağır əmək şəraitinə malik peşələr olması səbəbindən bu peşələrdə çalışan işçilərə il ərzində 6 təqvim günü müddətində əlavə ödənişli məzuniyyət verilməkdədir. Bununla yanaşı, İddiaçı ADY-də çalışdığı digər peşələr adıçəkilən normativ aktlarda təsbit olunmamışdır. Qeyd edirik ki, “MVS (motor-vaqon seksiyası)” və “MVHH (motor-vaqon hərəkət heyəti)” elektrik qatarı qrupuna daxil olan dəmir yolu nəqliyyat vasitələridir. Bu baxımdan İddiaçı ADY-də çalışdığı MVS və MVHH maşinist köməkçisi peşəsi üzrə yerinə yetirilən işlərin xüsusiyyətləri halhazırda ADY-nin Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Lokomotiv briqadalarında əmək fəaliyyəti göstərməkdə davam edən elektrik qatarının maşinist köməkçisi peşəsinə aid işlərin xüsusiyyətləri ilə eynidir. Müxtəlif dövrlərdə sözügedən eyni peşənin adı ADY-yə aid sənədlərdə fərqli olaraq göstərilmişdir.
67. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
68. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.