Məhkəmə qərarları › İş №2-1(3-6)-398/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-398/2026

07.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-398/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Hakimlər: X3 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Iddiaçı X4, Cavabdehin nümayəndəsi nümayəndə1 Vəli oğlunun iştirakı ilə, Iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: IŞIN HALLARI:

1. Iddiaçı X4 ## ###### 1978-ci il təvəllüdlüdür.

2. Iddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən: -Zavoda qəbul olmamışdan əvvəl ##.##.1976-cı ildən ##.##.1978-ci ilədək ** saylı ŞPTM təhsil alıb. -##.##.1978-ci il tarixdə Birneft ÜSB Volodarski adına Maşınqayırma zavoduna lay sınaqları bölməsinə 2-ci dərəcəli tokar kimi qəbul olunub. -##.##.1979-ci il tarixdə eyni yerdə 3-cü dərəcəli tokar təyin edilib. -##.##.1979-cu il tarixdə sovet ordularında xidmətlə əlaqədar işdən azad edilib. -##.##.1979-cu il tarixdən ##.##.1981-ci il tarixədək sovet ordusu sıralarında xidmət keçmişdir. -##.##.1982-ci il tarixdə “Tikbaşidarəsi”nin * saylı ev tikintisi kombinatı əsas korpusunda 2-ci kateqoriya dəmir-beton qəlibçi kimi qəbul olunub. -##.##.1982-ci il tarixdə 3-cü dərəcəli dəmir-beton qəlibçisi dərəcəsi verilib. -05.01.01983-cü il tarixdə Tikbaşidarəsi iri panelli mənzil tikintisi üçün istehsalat tikintiquraşdırma birliyinin yaradılması haqqında əmrinə uyğun olaraq, DSK-2 Tikinti Baş Idarəsi DSK-2 PSMO KPD GBS adlandırıldı. DSK-2 PSMO KPD Tikbaşidarəsi adının qismən dəyişdirilməsi ilə əlaqədar olaraq DSK-2 POID Tikbaşidarəsi adlandırıldı. -##.##.1985-ci il tarixdə sexə 3-cü dərəcəli tokar kimi köçürülüb. -##.##.1993-ci il tarixdə TKK 4-cü dərəcə verilib. -##.##.2008-ci il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

3. Iddiaçı ##.##.2025-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan ##.##.2025-ci il tarixli *-**-*/*- R*****/**** nömrəli "yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında"”məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. ##.##.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il ######ın #-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz sənədlərin surətlərində qeyd olunan məlumatlara əsasən əmək fəaliyyəti dövrləriniz, o cümlədən 01,09.1976-cı il tarixindən ##.##.1978-ci il tarixinədək əyani təhsil aldığınız illər və ##.##.1979-cu il tarixindən ##.##.1981-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla cəmi sığorta stajınız 14 il 11 ay 22 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Həmin Qanunun 23.2-ci maddəsinin tələblərinə əsasən 1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Əmək kitabçanızda ##.##.1982-ci il tarixindən ##.##.2008-ci il tarixinədək əmək fəaliyyətinizin olduğu qeyd edilsə də, ##.##.2006-cı il tarixindən ##.##.2008-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızda qeyd edilmiş ##.##.1982-ci il tarixindən ##.##.2008-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (müəssisənin özəlləşdirilməsinə dair qeyd olmadığından) ##.##.1992-ci il tarixindən ##.##.2006-cı il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Sözügedən dövr üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış) DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən sizə ##.##.2025-ci il tarixindən proaktiv qaydada 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Təyin olunmuş sosial müavinətin ödənilməsi üçün plastik kartı şəxsiyyət vəsiqənizi təqdim etməklə sizə yaxın DOST Mərkəzindən və ya “xxxx” ASC-nin istənilən filialından ala bilərsiniz.

BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT:

5. Iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 əmək pensiyasının təyin edilməməsi barədə qərarın ləğv edilməsi, ona ##.##.2025-ci il tarixdən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, X6 ##.##.1960-cı il təvəllüdlüdür. Iddiaçı ##.##.1976-##.##.1978-ci tarixinədək texniki peşə məktəbində təhsil aldıqdan sonra Bakı “Valadarski” adına tikiş kombinatında əmək faliyyətinə başlamışdır. ##.##.1979-##.##.1981-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra ##.##.1982-ci il tarixdə Bakı Şəhər Icra Hakimiyyəti Sənayeləşdirilmiş Istehsalat Birliyinin * saylı Evtikmə Kombinatında tornaçı kimi işə qəbul olunmuşdur. Həmin kombinat ##.##.2008-ci il tarixdə “xxxx” ASC çevriləndən sonra kombinatın bir çox işçiləri kimi iddiaçı da ##.##.2008-ci ildə işdən azad edilmişdir. Ondan sonra iddiaçının rəsmi iş yeri olmamışdır. 2025-ci ilin fevral ayında iddiaçı əmək pensiyasının təyin edilməsi üçün cavabdeh qurum Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh qurum tərəfindən verilmiş ## #### 2025-ci il tarixli məktubla iddiaçıya əmək pensiyasının verilməsindən imtina olunmuş, ona sosial müavinət təyin edilmişdir. Cavabdeh tərəfindən verilmiş imtina onunla əsaslandırılır ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən əmək fəaliyyəti dövrü, o cümlədən ##.##.1976-cı il tarixdən ##.##.1978-ci il tarixinədək iddiaçının əyani təhsil aldığı illər və ##.##.1979-cu il tarixindən ##.##.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 14 il 11 ay 22 gün təşkil edir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyyatlarında olan məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabında pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasında ##.##.1982-ci il tarixdən ##.##.2008-ci il tarixinədək əmək kitabçasında iddiaçının əmək fəaliyyəti qeyd edilsə də, ##.##.2006-cı il tarixdən ##.##.2008- ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin iddiaçının “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş ##.##.1992-ci il tarixdən ##.##.2008-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün müsəssisənin özəlləşdirilməsinə dair qeyd olmadığından ##.##.1982-ci il tarixindən ##.##.2008-ci il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

7. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1- ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsində 65 yaşına çatmış kişilərin və 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci 1 iyul tarixədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. ##.##.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib). Həmin Qanunun 23.2ci maddəsinin tələbinə əsasən 1992-ci il ######ın #-dək keçmiş SSRI- nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Iddiaçının təqdim etdiyi sənədlərin surətinə əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən ##.##.1976-cı il tarixdən ##.##.1978-ci il tarixədək əyani təhsil aldığı illər və ##.##.1979-cu il tarixdən ##.##.1981-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 14 il 11 ay 22 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən-25 ildən azdır. Əmək kitabçasında ##.##.1982-ci il tarixdən ##.##.2008-ci il tarixədək əmək fəaliyyəti olduğu qeyd edilsə də, ##.##.2006-cı il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin, işçilərin əmək kitabçasının forması və onun tərtib edilməsi” Qaydalarına əsasən əmək kitabçasında qeyd edilmiş ##.##.1982-ci il tarixdən ##.##.2008-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (müəssisənin özəlləşdirilməsinə dair qeyd olmadığından) ##.##.1992-ci il tarixdən ##.##.2006-cı il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Həmçinin 2006-cı ilin # ###### tarixinədək bitmiş əyani təhsil müddəti həmin tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununur 67ci maddəsinə uyğun olaraq sığorta stajına daxil edilir. X1 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidər hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığort; hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Işçilərin əmək kitabçasının forması və onun tərtib edilməsi” Qaydalarının təsdiq edilməs barədə ## ###### 1996-cı il Nazirlər kabinetinin *** nömrəli Qərarının 3.1 -ci maddəsinə əsasə əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliki müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Həmin Qərarın 3.11-ci maddəsinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. Işəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Həmin Qərarın 3.2-ci maddəsinə əsasən işəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Maddənin məzmunundan göründüyü kimi, əmək pensiyası həmin pensiya təyin olunmazdan öncə alınan əmək haqlarının kompensasiyası hesabına təyin edilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Belə ki, ##.##.2025-ci il tarixdən Ə.Rəhimova müddətsiz 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib. Beləliklə, iddiaçı Ə.Rəhimovun əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər sığorta stajı kimi öz təsdiqini tapmadığı və sığorta stajı tələb olunan müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə uyğun olaraq, 2019-cu il ######ın #-dən etibarən sığortaolunana əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Iddiaçının fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz.

8. Bakı Inzibati Məhkəməsinin Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, iddiaçı X4 65 yaşdan, yəni ##.##.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

9. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI VƏ MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

10. Apellyasiya şikayəti iddia tələbinə yazılı etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Ə.Rəhimov tərəfindən qanunla müəyyən edilmiş yaş həddi tələbi ödənilmiş, lakin sosial sığorta stajı tələbi ödənilmədiyindən ona yaşa görə pensiya təyin edilməsi mümkün hesab edilməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qərar qəbul edilmişdir. Belə ki, Ə.Rəhimovun təqdim etdiyi əmək kitabçasındakı ##.##.1982 – ##.##.2008-ci illər arasındakı əmək fəaliyyəti dövrü Nazirlər Kabinetinin təsdiq etdiyi “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nauyğun olmadığından həmin dövrlərin müəyyən edilməsi əmək kitabçası əsasında mümkün deyildir. Bu səbəbdən həmin dövr və hal-hazırda qüvvədə olan pensiya qanunvericiliyi əsasında Ə.Rəhimovun əmək fəaliyyəti dövrünün müəyyən edilməsi zərurəti mövcuddur. Mübahisəli dövr ##.##.1982-ci il tarixindən ##.##.2008-ci il tarixinədək olan dövrü əhatə edir. Ə.Rəhimovun əmək kitabçasının surətinə əsasən ##.##.1982-ci il tarixində “Tikbaşidarəsi”nin * saylı ev tikintisi kombinatı əsas korpusunda işə qəbul olunub. ##.##.1983-cü il tarixdə Tikbaşidarəsi iri panelli mənzil tikintisi üçün istehsalat tikintiquraşdırma birliyinin yaradılması haqqında əmrinə uyğun olaraq, DSK-2 Tikinti Baş Idarəsi DSK-2 PSMO KPD GBS adlandırıldı. DSK-2 PSMO KPD Tikbaşidarəsi adının qismən dəyişdirilməsi ilə əlaqədar olaraq DSK-2 POID Tikbaşidarəsi adlandırıldı. Lakin müəssisənin adı sonradanda dəyişdirilmiş və ##.##.2004-cü il tarixində özəlləşdirilərək dövlət qeydiyyatına alınmışdır. Belə ki, “Bakı Şəhər Icra Hakimiyyəti Sənayeləşdirilmiş Istehsalat Birliyinin * saylı Evtikmə Kombinatı” çevrilərək “xxxx” ASC adlandırılmış və ##.##.2004-cü il tarixində dövlət qeydiyyatından keçmişdir. Müəssisə hal-hazırda aktiv faəliyyət göstərir. Birinci instansiya məhkəməsi qərarında göstərir ki, “##.##.1982-ci il tarixdən ##.##.2008-ci il tarixədək olan dövrə aid işə qəbul, vəzifənin dəyişdirilməsi və işdən azad edilmə tarixləri və əmrlərin nömrələri göstərilmiş, əmrlər müəssisənin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmişdir. Kitabçada qeyd edilən həmin dövrün yazılma ardıcıllığı pozulmamış, həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala (qaralama və s.) isə məhkəmə icraatında rast gəlinməmişdir. Başqa sözlə, nə qədər ki, iddiaçının mübahisələndirilən dövr üzrə fəaliyyəti əmək kitabçasında olan qeydlərdə öz əksini tapmış və hazırkı əmək kitabçasının mötəbərliyini şübhə altına alacaq sübut təqdim edilmədiyi nəzərə alındıqda, o zaman əmək kitabçası əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən iş stajı faktına dair həqiqi vəziyyəti dəqiq əks etdirməklə özü özlüyündə şübhə doğurmur.” Lakin Ə.Rəhimovun əmək kitabçası Nazirlər Kabinetinin *** nömrəli Qərarı ilə təsdiqlənmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın3.2-ci bəndinin tələbini pozur. Belə ki, əmək kitabçasında işə daxiloma və azadolma tarixlərinin, həmçinin əmrlərin tarixlərin göstərilməsi həmin qaydalar əsasında formalaşmış tələbdir. Qaydalarda həmçinin işəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklərin işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılması göstərilmişdir. Ə.Rəhimovun əmək kitabçasının bu tələbə cavab verməməsi birbaşa olaraq əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına alır. Birinci instansiya məhkəməsi bu halı düzgün müəyyənləşdirməyərək əsassız nəticəyə gəlmişdir. Ə.Rəhimovun əmək kitabçasında müəssisənin adının dəyişməsi və özəlləşdirilməsi haqqında məlumatlar olmadığından əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr meydana gəlmişdir. Məhkəmə tərəfindən sözügedən dövrün araşdırılması üzrə müvafiq olaraq Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Vergi Xidməti, Dövlət Arxivinə sorğular göndərilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti cavabında “səhmdar cəmiyyətin mövcud qanunvericiliyə uyğun olaraq tərtib edilmiş özəlləşdirmə planında X4 ## #### 1983-cü il tarixində işə qəbul olunduğu və tokar vəzifəsini icra etdiyi əksini tapmışdır.” Dövlət Arxivinin Bakı Filialı cavabında “1992, 1993, 1994, 1995, 1996 və 1997-ci illərə dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar vardır. Dövlət Arxivinin Bakı filialında saxlanılan BBTI * saylı Evtikmə kombinatının natamam arxiv sənədlərinin 1998, 1999 və 2000-ci illərə dair əmək haqqı cədvəllərində vət. X4 əmək haqqı hesablanması barədə heç bir məlumat yoxdur.” Birinci instansiya məhkəməsi qərarında göstərir ki, “emissiya prospektində (özəlləşmə planında) iddiaçının adının əmək kollektivinin sırasında göstərilməsi onu deməyə əsas verir ki, iddiaçı həmin müəssisədə tornaçı vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuş, o tutduğu vəzifəyə uyğun ştat vahidi, əmək haqqı və s. ilə təmin olunmuşdur. Əks halda əmək kollektivinin sırasında adı çəkiləməməklə bərabər özəlləşmədə güzəştli şərtlərlə çıxış etmək imkanı tanınmazdı.” Göründüyü kimi sözügedən dövrlə bağlı aparılan araşdırma zamanı konkret olaraq Ə.Rəhimovun həmin müəssisədə işləməsi faktı müəyyən edilməmişdir. Həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin verdiyi cavab məktubu da işin hallarının hərtərəfli müəyyən edilməsinə imkan vermir. Belə ki, cavab məktubunda yalnız Ə.Rəhimovun özəlləşmə planında adının olduğu göstərilsə də, özəlləşdirilmə prosesinin hansı tarixdən etibarən başlaması ilə bağlı məlumat verilməmişdir. Belə ki, özəlləşmə prosesinin başlanma tarixi şəxsin həqiqətən həmin prosesin başladığı dövrdə aktiv əmək fəaliyyəti ilə məşğul olduğunu göstərir. Həmçinin özəlləşdirmə prosesinin başladığı tarixdə Ə.Rəhimovun adının özəlləşmə planında əks olunması şəxsin prosesin başladığı tarixdən əvvəlki dövr üzrə həmin müəssisədə işlədiyi faktını sübut edən hal deyil. Bundan əlavə, Dövlət Arxivinin Bakı Filialı da öz cavabında müəssisənin əmək haqqı cədvəllərində1998, 1999 və 2000-ci illər üzrə Ə.Rəhimovun adının olmadığını qeyd edir. 1998-ci ildən əvvəlki 5 il üzrə əmək haqqı cədvəllərində Ə.Rəhimovun adının olduğu nəzərə alındıqa, əsas iş yeri həmin müəssisə olan şəxsin sonrakı illərdə qeyd olunmamasına məhkəmə heç bir münasibət bildirməmişdir. Həmçinin Dövlət Arxivinin Bakı Filialı cavabında2000-ci ildən sonra müəssisənin arxiv sənədlərinin təhvil verilmədiyini qeyd etsə də, məhkəmə bu cavabı 1982-2008-ci illər üzrə əmək fəaliyyətini təsdiq edən sübut kimi göstərmişdir. Mübahisəli dövr üzrə qüvvədə olan “Vətəndaşların pensiya təminatı” haqqında Qanuna əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçasında qeydlər tam olmadıqda iş stajının müəyyən edilmə qaydasını Nazirlər Kabineti müəyyən edir. Nazirlər Kabinetinin təsdiq etdiyi “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə göstərilir ki, əmək kitabçasında lazımı qeydlər olmadıqda, iş stajını arayışlar əmək haqqı cədvəlləri və.s təsdiq edir. Birinci instansiya məhkəməsi tərəfindən arxiv arayışı əsasında Ə.Rəhimovun yalnız 1992-1997-ci illər üzrə əmək haqqı aldığı müəyyən edilib. Odur ki, məhkəmə tərəfindən maddi hüquq normalarının tələbləri pozularaq 1982-1991 və 1998-2006-cı illər də iş stajı kimi təsdiq edilib. Həmçinin hal-hazırda qüvvədə olan “Əmək pensiyaları” haqqında Qanuna əsasən şəxsin sosial sığorta stajına məhz məcburi dövlət sosial sığorta haqları ödədiyi dövrlər daxil edilir. Lakin hazırda qüvvədə olan pensiya qanunvericiliyində ##.##.2006-cı il tarixinədək olan dövr üzrə sosial sığorta stajının müəyyən edilmə qaydası təsbit edilmişdir. Belə ki, Nazirlər Kabinetinin təsdiq etdiyi“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nagörə ##.##.2006-cı il tarixinədək olan dövr üzrə sosial sığorta stajı əmək kitabçasına əsasən, əmək kitabçasında lazımi qeydlər olmadıqda və ya əmək kitabçası mötəbər sənəd olaraq qəbul edilmədikdə isə işəgötürən və dövlət arxivinin arayışına əsasən müəyyən edilir. Hazırkı qanunvericilik əsasında da dövlət arxivinin arayışı rəhbər tutularaq, ##.##.1982 – ##.##.2006-cı illər üzrə bütün dövrlərin Ə.Rəhimovun sosial sığorta stajına daxil edilməsi mümkünsüzdür. Nəticədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüməhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığı və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilmədiyi qərar qəbul edilmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi qərarında göstərir ki, “iddiaçı barəsində ##.##.2006-cı ildə sonra ##.##.2008-ci il tarixədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi iddiaçının ##.##.1982-ci ildən ən azı fərdi uçotun yarandığı ##.##.2006cı il tarixədək həmin müəssisədə əmək fəaliyyəti ilə məşğul olmasını şübhə altına almağa və ##.##.2006-cı il tarixədək olan dövrün onun ümumi stajına daxil edilməsinə mane olmur.” Lakin burada məhkəmə Inzibati Prosessual Məcəllənin 12-ci maddəsində nəzərdə tutulanişin hallarının obyektiv araşdırılması prinsipinin tələbini pozmuşdur. Belə ki, Ə.Rəhimovun##.##.2006-cı il tarixindən ##.##.2008-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü məhz eyni müəssisə ilə bağlı olduğundan məhkəmə tərəfindən IPM-in 12-ci maddəsi rəhbər tutularaq həmin dövr üzrə hansı səbəbdən sosial sığorta haqlarının ödənilməməsi araşdırılmalı, həmçinin hal-hazırda aktiv fəaliyyət göstərən müəssisə iş üzrə üçüncü şəxs qismində cəlb edilməli idi. Sözügedən məsələnin araşdırılması ilə bağlıDövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına xidməti məktub ünvanlanmış, SSFUMF tərəfindən*-**-*/*-*-*****/**** nömrəli ##.##.2025-ci il tarixli verilən cavabda “xxxx” ASCnin (SUN:10110011292; VÖEN:1000539441)2006-2008-ci illər üçün təqdim etdiyi məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda müəssisənin digər əməkdaşlarına aid məlumat aşkar edilsə də, X4 aid məlumatın aşkar edilmədiyi bildirilmişdir. Həmçinin SSFUMF tərəfindən bununla bağlı “xxxx” ASC-yə sorğu göndərilsə də, müəssisə tərəfindən heç bir cavab təqdimedilməmişdir. Hazırki qanunvericilik ##.##.2006-cı il tarixinədək sosial sığorta stajının müəyyən edilməsini şəxsin faktiki əmək fəaliyyəti dövrü ilə müəyyən edir. ##.##.2006-cı il tarixindən sonra isə sosial sığorta stajını məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr əhatə edir. Yəni, ##.##.2006-cı il tarixindən sonra şəxs faktiki əmək fəaliyyəti ilə məşğul olsa belə, əgər məcburi dövlət sosial sığorta haqları ödənilməyibsə həmin əmək fəaliyyəti dövrü onun sosial sığorta stajına daxil edilmir. Ə.Rəhimova münasibətdə ##.##.1982- ##.##.2008-ci illər üzrə fasiləsiz əmək fəaliyyəti dövrü müəyyən edilmədiyindən ##.##.2006-##.##.2008-ci illər aralığında sosial sığorta haqlarının ödənilməmə səbəbi iş üzrə əhəmiyyət kəsb edir. Odur ki, işin bu halı yalnız müəssisənin iştirakı ilə müəyyən edilə biləcəyindən, həmçinin “Əmək pensiyaları” haqqında Qanunun 22-1-ci maddəsinə əsasən həmin haqlar ödənildiyi halda 2006-cı il tarixinədək Ə.Rəhimovun 25 il sosial sığora stajı müəyyən edilərək onun hüquqi marağı təmin olunacağından “xxxx” ASC iş üzrə üçüncü şəxs qismində cəlb edilməli idi. Beləliklə, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli Qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

Apellyasiya şikayətinə etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Tərəflərin izahatları

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 Vəli oğlunun apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.

13. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

TƏTBIQ EDILƏN HÜQUQ

14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 21.1.Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2. 1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

15. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu (qüvvədən düşmüşdür)

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. # ###### 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

69. Iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tərixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”

3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il ######ın #-dək qazanmış olsunlar.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

18. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI

19. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

20. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

21. Iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi ##.##.2025-ci il tarixdir. Iddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın vaxtında verildiyini nəzərə alaraq hesab edir ki, iddia mümkündür.

22. Işin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “ona yaşa görə əmək pensiyasının təyin edilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçı barəsində ##.##.2006-cı ildə sonra ##.##.2008-ci il tarixədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi iddiaçının ##.##.1982-ci ildən ən azı fərdi uçotun yarandığı ##.##.2006-cı il tarixədək həmin müəssisədə əmək fəaliyyəti ilə məşğul olmasını şübhə altına almağa və ##.##.2006-cı il tarixədək olan dövrün onun ümumi stajına daxil edilməsinə mane olmur. Yuxarıda da qeyd edildiyi kimi məcburi dövlət sosial sığorta haqları hesabına formalaşan fərdi uçot ##.##.2006-cı il tarixdən yaranmış və təkcə ##.##.2006-cı il tarixədək iddiaçının hərbi xidmət, təhsil və əmək kitabçasında qeyd edilən dövrlər ümumilikdə 29 il 11 gün olmaqla yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 25 il sığorta stajından çoxdur.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

24. Iddiaçı X6 ##.##.1960-cı il tarixdə doğulduğundan onun 65 yaşının tamam olduğu ##.##.2025-ci il tarixə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərti mövcud olmalıdır. 1) Iddiaçının pensiya yaşının tamam olması, 2) Iddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı.

25. Iddiaçıya məxsus hərbi bilet və əmək kitabçası qeydlərinə əsasən iddiaçının ##.##.1976-##.##.1978-ci il tarixlərdə təhsil müddəti 01 il 10 ay 19 gün, ##.##.1979- ##.##.1981-ci il tarixədək hərbi xidmət müddəti 02 il 01 ay 13 gün, ##.##.1978- ##.##.1979-cu il tarixədək 01 il 02 ay 19 gün, ##.##.1982-##.##.2008-ci il tarixədək olan əmək fəaliyyəti dövründən ##.##.2006-cı il taixədək olan dövr üzrə stajı 23 il 09 ay 20 gün təşkil edir.

26. Cavabdeh hesab edir ki, iddiaçının cəmi sığorta stajı 14 il 11 ay 22 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən-25 ildən azdır. Belə ki, əmək kitabçasında ##.##.1982-ci il tarixdən ##.##.2008-ci il tarixədək əmək fəaliyyəti olduğu qeyd edilsə də, ##.##.2006-cı il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış bu əsasdan bütövlükə həmin dövrün -##.##.1992-ci il tarixdən ##.##.2006-cı il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

27. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

29. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

30. Birinci instansiya məhkəməsi qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq düzgün olaraq hesab etmişdir ki, iddiaçının əmək kitabçasında mübahisələndirilən ##.##.1982-ci il tarixdən ##.##.2008-ci il tarixədək olan dövrə aid işə qəbul, vəzifənin dəyişdirilməsi və işdən azad edilmə tarixləri və əmrlərin nömrələri göstərilmiş, əmrlər müəssisənin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmişdir. Kitabçada qeyd edilən həmin dövrün yazılma ardıcıllığı pozulmamış, həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala (qaralama və s.) isə məhkəmə icraatında rast gəlinməmişdir. Başqa sözlə, nə qədər ki, iddiaçının mübahisələndirilən dövr üzrə fəaliyyəti əmək kitabçasında olan qeydlərdə öz əksini tapmış və hazırkı əmək kitabçasının mötəbərliyini şübhə altına alacaq sübut təqdim edilmədiyi nəzərə alındıqda, o zaman əmək kitabçası əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən iş stajı faktına dair həqiqi vəziyyəti dəqiq əks etdirməklə özü özlüyündə şübhə doğurmur.

31. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli 3-21-3/2-R-0182- **/**** nömrəli məktubunda göstərilmişdir ki, X6 adı mövcud qanunvericiliyə uyğun olaraq özəlləşdirmə prosesində yaradılmış “xxxx” ASC-nin özəlləşdirmə planında əsas iş yeri həmin müəssisə olan işçilərin siyahısında əksini tapmış, və işə qəbul olunma tarixi kimi ##.##.1983-cü il qeyd olunmuşdur.

32. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Siğorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktubunda göstərilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində Ə.Rəhimovun siğortaolunan kimi uçot məlumatları aşkar edilməmişdir.

33. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ##.##.2025-ci il tarixli *-**-*F/*-R-****-**- ****/**** nömrəli Arxiv arayışında göstərilmişdir ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan BBTI * saylı Evtikmə kombinatının natamam arxiv sənədlərinin əmr kitablarında 1960-cı il təvəllüdlü vət. X4 ##.##.1982-ci il tarixli, **-sk saylı əmrlə ##.##.1982-ci il tarixdən Baş Korpusa 2-ci dərəcəli dəmir beton məmulatlarının qəlibçisi 1992, 1993, 1994, 1995, 1996 və 1997-ci illərə dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması vəzifəsinə işə qəbul olunması, barədə məlumatlar vardır. Dövlət Arxivinin Bakı filialında saxlanılan BBTI * saylı Evtikmə kombinatının natamam arxiv sənədlərinin 1998, 1999 və 2000-ci illərə dair əmək haqqı cədvəllərində vət. X4 əmək haqqı hesablanması barədə heç bir məlumat yoxdur. BBTI * saylı Evtikmə kombinatının natamam arxiv sənədlərinin 2000-ci ildən sonrakı dövrlərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir.

34. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat Idarəsinin ##.##.2025-ci il tarixli *-**-*-*- */*-*****/**** nömrəli məktubunda göstərilmişdir ki, ##.##.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: 1000539441) X12 Birliyinin * saylı Evtikmə Kombinatının çevrilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir. Həmçinin bildiririk ki, "xxxx" ASC-nin hazırda fəaliyyəti aktiv vəziyyətdədir və ləğv olunması barədə məlumat aşkar edilməmişdir.

35. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli *-**-*/*-****/**** nömrəli məktubunda göstərilmişdir ki, səhmdar cəmiyyətin mövcud qanunvericiliyə uyğun olaraq tərtib edilmiş özəlləşdirmə planında X6 ## #### 1983-cü il tarixində işə qəbul olunduğu və tokar vəzifəsini icra etdiyi əksini tapmış, eyni zamanda onun adı əsas iş yeri “xxxx” ASC olan işçilərin siyahısında qeyd olunmuşdur.

36. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən təqdim edilmiş icraat materiallarından görünür ki, X4 ##.##.2025-ci il tarixdə AzAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. -**** nömrəli attestatın surətinə əsasən X4 ##.##.1976-19.071978-ci il tarixlərdə tornaçı peşəsi üzrə təhsil almışdır. -H3 seriyalı ******* nömrəli Hərbi biletdən görünür ki, X4 ##.##.1979-cu il tarixdən ##.##.1981-ci il tarixədək hərbi xidmət keçmişdir.

37. Beləliklə, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq verilmiş cavab məktublarından da görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan BBTI * saylı Evtikmə kombinatının natamam arxiv sənədlərinin əmr kitablarında X4 ##.##.1982-ci il tarixli, **-sk saylı əmrlə ##.##.1982-ci il tarixdən Baş Korpusa 2-ci dərəcəli dəmir beton məmulatlarının qəlibçisi təyin olunduğu, 1992, 1993, 1994, 1995, 1996 və 1997-ci illərə dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məluatların olduğu qeyd edilmiş, eyni zamanda BBTI * saylı Evtikmə kombinatının natamam arxiv sənədlərinin 2000-ci ildən sonrakı dövrlərə dair arxiv sənədlərinin Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi vurğulanmışdır.

38. Göründüyü kimi arxiv saxlaycısı olan qurum da qeyd etmişdir ki, mübahisələndirilən dövrə aid müəssisəsinin sənədləri arxivə tam şəkildə təhvil verilməmişdir. Bundan əlavə, məhkəmə sorğusu ilə əldə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin sorğuya cavabından müəyyən olunur ki, iddiaçının işlədiyi müəssisə X12 Birliyinin * saylı Evtikmə Kombinatı özəlləşərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş, səhmdar cəmiyyətin mövcud qanunvericiliyə uyğun olaraq tərtib edilmiş özəlləşdirmə planında X6 ## #### 1983-cü il tarixində işə qəbul olunduğu və tokar vəzifəsini icra etdiyi əksini tapmış, eyni zamanda onun adı əsas iş yeri “xxxx” ASC olan işçilərin siyahısında qeyd olunmuşdur. Başqa sözlə, özəlləşmə zamanı müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən emissiya prospektində müəssisənin, onun əmlakının özəlləşməsində güzəştli şərtlərlə iştirak etmək hüququ olan əmək kollektivi üzvlərinin siyahısı tərtib olunmuşdur ki, əsas iş yeri “xxxx” ASC olan həmin kollektivin üzvü kimi X6 adı da qeydə alınmışdır.

39. Beləliklə, emissiya prospektində (özəlləşmə planında) iddiaçının adının əmək kollektivinin sırasında göstərilməsi iddiaçının həmin müəssisədə tornaçı vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğunu, o tutduğu vəzifəyə uyğun ştat vahidi, əmək haqqı və s. ilə təmin olunduğunu göstərmişdir. Əks halda əmək kollektivinin sırasında adı çəkilməməklə bərabər özəlləşmədə güzəştli şərtlərlə çıxış etmək imkanı tanınmazdı.

40. Iddiaçı barəsində ##.##.2006-cı ildə sonra ##.##.2008-ci il tarixədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi iddiaçının ##.##.1982-ci ildən ən azı fərdi uçotun yarandığı ##.##.2006-cı il tarixədək həmin müəssisədə əmək fəaliyyəti ilə məşğul olmasını şübhə altına almağa və ##.##.2006-cı il tarixədək olan dövrün onun ümumi stajına daxil edilməsinə mane olmur. Yuxarıda da qeyd edildiyi kimi məcburi dövlət sosial sığorta haqları hesabına formalaşan fərdi uçot ##.##.2006-cı il tarixdən yaranmış və təkcə ##.##.2006-cı il tarixədək iddiaçının hərbi xidmət, təhsil və əmək kitabçasında qeyd edilən dövrlər ümumilikdə 29 il 11 gün olmaqla yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 25 il sığorta stajından çoxdur.

41. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Iddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübutu nə birinci, nə də ki apellyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir.

42. Nəzərə alınmalıdır ki, “Inzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

43. Iddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir.

44. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmaması dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil də əsassızdır. Belə ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin # ###### tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin # ##### tarixdə tam məbləğdə silinmiş olurdu.

45. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X4 65 yaşdan, yəni ##.##.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur.

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar