Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-401/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və X8 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçının nümayəndəsi nümayəndə1, Cavabdehin nümayəndəsi nümayəndə2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X6 barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyasının 2017-2023-cü il dövr üzrə yenidən hesablanması və keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi, barəsində hesablanmış borcun ləğv edilməsi, tutulan pul vəsaitinin geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, X6 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alırdı. O, “Əmək pensiyaları haqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən mülki aviasiyadan pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra işləməyə davam edirdi. Hər növbəti altı ildən bir işləyən pensiyaçının pensiyası yenidən hesablanır. 2023-cü il tarixdən hesablanmaqla altı il stajın tamamlanması ilə bağlı onun müraciəti əsasında pensiyasının yenidən hesablanması icra edilib, 6 illik dövr üzrə onun sığorta kapitalının 72 aya bölünməsi ilə hesablanması aprılmışdı. Lakin cavabdeh qurum qanuna zidd olaraq onun pensiyasının 72 aya bölünməsini 2024-cü ildə ləğv edərək barəsində borc hesablamışdır. Sağ ikən o, səhhəti ilə bağlı hər hansı tədbir görmədən azaldılmış məbləğdə pensiya almağa davam edirdi. Onun ölümündən sonra barəsində borc hesablandığı barədə və borcun tutulması ilə bağlı ona məktub təqdim edilmişdir. Qeyd olunanlar ilə bağlı narazıdır. Hesab edir ki, onun barəsində hesablanmış borc əsassızdır. Cavabdeh qurum tərəfindən qanun səhb tətbiq edilir, pensiyaya çıxdıqdan sonra onun qazandığı pensiya kapitalı 72 aya bölməkdən imtina edilir. Bununla qəti razı deyildir. Bu səbəbdən də, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Sonradan iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edilərək iş üzrə iddiaçı X1 əsl iddiaçı nümayəndə1 ilə əvəz edilməsi, cavabdehin ##.##.2024-cü il tarixli *- **-*/*-*-****/**** nömrəli qərarının ləğv edilməsi, mərhum X6 barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq keçmiş dövr ərzində ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, mərhum İ.X3 tərəfindən ##.##.2006-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun ##.##.2023-cü il tarixli müraciəti əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası # ######## 2023-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 8522.00 manat məbləğində müəyyən edilmişdir (*-**-*/*-*-*****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərar əsasında). Həmçinin, əmək pensiyalarının # ###### 2024-cü il tarixindən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar aylıq 9476.47 manat təşkil etmişdir. Eyni zamanda bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1-ci bəndinə əsasən əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq mərhum İ.Eyvazov barəsində inzibati icraat başlanmış, həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən mərhumun ##.##.2023-cü il tarixli müraciəti əsasında # ######## 2023-cü il tarixindən əmək pensiyası yenidən hesablanaraq 7525.78 manat (indeksləşdirilmə nəzərə alınmaqla hazırda 8366.66 manat) məbləğində müəyyən edilməli olduğu halda, 8522.00 manat məbləğində müəyyən edildiyi aşkar olunmuşdur. Belə ki, Qanunun 45-ci maddəsinin ##.##.2022-ci il tarixinədək qüvvədə olmuş müddəasına əsasən Qanunun 9-cu maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı (Azərbaycan Respublikasının ## #### 2022-ci il tarixindən qüvvəyə minmiş ## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır). Eyni zamanda, Azərbaycan Respublikasının ## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən, qeyd olunan 1.11-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də, həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiaysının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Mərhum İ.Eyvazova ##.##.2022-ci il tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 121 aya (188782,99:121 ay (65 il – 60 il 11 ay = 49 ay + (144 ay – 72 ay))) bölünməli olduğu halda, 72 aya bölünmüş, nəticədə ona yalnız ##.##.2023 – 31.05.20214-cü il tarixləri arasındakı dövr ərzində 6967.87 manat artıq pul vəsaiti ödənilmişdir. Göstərilənlərə əsasən, Mərkəzi Filial tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2024-cü il tarixli *-**-*/*-****/**** nömrəli qərarı əsasında mərhum X6 pensiyası yenidən hesablanmaqla 8368.66 manat məbləğində müəyyən edilmişdir. “Inzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən yuxarıda müəyyən edilmiş hallarla əlaqədar Mərkəzi Filial tərəfindən mərhum İ.Eyvazova ##.##.2024-cü il tarixli məktub ünvanlanaraq mülahizələrinin dinlənilməsi üçün ## #### 2024-cü il tarixinədək mülahizələrini və eyni zamanda ona artıq ödənilmiş 6967.87 manat vəsaitin əmək pensiyasından tutulmasına dair yazılı razılığının təqdim edilməsi xahiş olunmuşdur. Inzibati icraat materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli akta əsasən maraqlı şəxs İ.Eyvazov ##.##.2024-cü il tarixində Mərkəzi Filiala gəlmiş və vəzifəli şəxslər tərəfindən qəbul edilmişdir. Maraqlı şəxsə fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının qanunvericiliyə uyğun olaraq 121 aya bölünməli olduğu halda, 72 aya bölünməsi barədə ətraflı məlumat verilmişdir. Daha sonra maraqlı şəxsin mülahizələri dinlənilmişdir. Maraqlı şəxs aktda qəbul edilmiş qərarla razı olmadığını bildirmişdir. Yuxarıda da, qeyd olunanlardan göründüyü kimi, cavabdeh Mərkəzi Filial tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərar qanuni və əsaslıdır. Buna görə də, hesab edir ki, iddiaçı tərəfindən X1 “Əmək pensiyasını yenidən hesbalanması və digər” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin, iddiaçı iddia tələbində keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi, hesablanmış borcun ləğv edilməsi və tutulan pul vəsaitlərinin geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Hesab edirlər ki, iddia tələbi əmək pensiyasının yenidən hesablanması hissəsində əsassız olduğundan digər hissələrdə də əsassızdır və təmin edilməməlidir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması barədə” ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli nömrəli qərarının ləğv edilməsi və mərhum X6 barəsində “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək qüvvədə olmuş 2-ci cümləsi, həmin normanın qüvvədə olduğu dövrdə pensiya hüququ yaranmış şəxslərə münasibətdə tətbiq oluna bilərdi. Iddiaçının mərhum atasının pensiya hüququ isə ##.##.2006-cı ildə yaranmışdır və həmin ildən də ona müvafiq növdə pensiya təyin olunmuşdur. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır və bu zaman həmin Qanunun 29.2-ci maddəsi və 45-ci maddəsinin 2-ci cümləsi iddiaçının mərhum atasına münasibətdə tətbiq oluna bilməzdi. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-*****/**** nömrəli qərarı qanunazidd və mümkünsüz olduğundan ləğv edilərək, iddia tələbinin mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməlidir: ilk olaraq inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Bildiririk ki, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin, yəni mümkünlük şərtlərinin mövcud olub-olmadığını yoxlamalıdırlar. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. Iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iş üzrə icraat materiallarından aydın olur ki, iddiaçının mərhum atası İ.Eyvazov ##.##.2025-ci il tarixində vəfat etmişdir. Qeyd edilmişdir ki, mərhum İ.Eyvazovun əmək pensiyası Mərkəzi Filialın ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarı ilə Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 8522 manat məbləğində müəyyən edilmişdir. Daha sonra mərhum İ.X4 müraciət edərək, əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmayan sığorta ödənişlərinin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filialın ##.##.2023-cü il tarixli *-**-*/*E-******/**** nömrəli güzəştli şərtlərlə pensiyanın yenidən hesablanması haqqında məktubu ilə mərhum İ.Eyvazova əmək pensiyasının yenidən hesablanması qaydası haqqında ətraflı məlumat verilmişdir. Bundan sonra, mərhum İ.Eyvazovun əmək pensiyası Mərkəzi Filialın ##.##.2024-cü il tarixli *-**-*/*-*- ****/**** nömrəli qərarı ilə Qanunun ##.##.2022-ci il tarixinədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq yenidən hesablanmaqla 8368,66 manat məbləğində müəyyən olunmuşdur. Mərhum İ.Eyvazov bu hesablanma qaydası ilə razılaşmış, narazılığını nə Mərkəzi Filiala bildirmiş, nə də ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan hal ona dəlalət edir ki, mərhum İ.Eyvazov həmin qərarla razılaşmışdır. Iddiaçı tərəfindən həmin inzibati aktın mübahisəndirilməsi üçün onun prossesual varisliyinin mövcud olması iddianı mümkün edən əsas tələblərdən biridir. Şəxsə prossesual varislik hüququnun verilməsi və həmin hüququn realizə edilməsini tənzimləyən norma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 58-ci maddəsidir. Həmin maddədə qeyd olunmuşdur: “Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.” Göründüyü kimi mərhum İ.Eyvazov öz əmək pensiyasının yenidən hesablanması barədə narazılığını nə Mərkəzi Filiala bildirmiş, nə də eyni tələblə bağlı məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də iddiaçının prosessual hüquqi varisliyi yaranmamışdır. Iddiaçının iddiasının mümkünlüyü ilə bağlı digər məsələ isə onun subyektiv hüququnun olmaması ilə əlaqədardır. Belə ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 36.6-cı maddəsində “iştirakçının şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqların hüquqi varislik qaydasında keçməsinə yol verilmir” qeyd olunmuşdur. Göründüyü kimi mərhum İ.Eyvazovun oğlu iddiaçı nümayəndə1 həmin inzibati aktı mübahisənləndirmək üçün subyektiv hüququ qanunvericilik tərəfindən tanınmamışdır. Yəni, iddia edilən inzibati icraatın iştirakçısı mərhum İ.Eyvazov olduğu halda iştirakçının şəxsiyyəti ilə bağlı olan hüquqlarının oğlu tərəfindən tələb edilməsi üçün subyektiv hüququnun yaranması mümkün deyildir. Beləliklə, inzibati hüquq münasibəti Mərkəzi Filialla mərhum İ.Eyvazov arasında yaranmış, davam etmiş və mərhumun ölümü ilə həmin münasibətə xitam verilmişdir. Yuxarıda göstərilənlərə əsasən, hesab edirlər ki, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olması ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Həmçinin məlumat üçün bildirilmişdir ki, mərhum İ.X3 tərəfindən ##.##.2006-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1-ci bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, mərhum İ.Eyvazov barəsində inzibati icraat başlanmış, həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən mərhumun ##.##.2023-cü il tarixli müraciəti əsasında # ######## 2023-cü il tarixindən əmək pensiyası yenidən hesablanaraq 7525,78 manat (indeksləşdirilmə nəzərə alınmaqla hazırda 8368,66 manat) məbləğində müəyyən edilməli olduğu halda, 8522,00 manat məbləğində müəyyən edildiyi aşkar olunmuşdur. Belə ki, Qanunun 45-ci maddəsinin ##.##.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinə əsasən, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Mərhum İ.Eyvazova ##.##.2022-ci il tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq,əmək pensiyası yenidən hesablanarkən, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 121 aya (188782,99:121 ay (65 il-60 il 11 ay=49 ay+(144 ay-72 ay))) bölünməli olduğu halda, 72 aya bölünmüş, nəticədə, ona yalnız ##.##.2023-##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində 6967,87 manat artıq pul vəsaiti ödənilmişdir. Göstərilənlərlə əlaqədar, Mərkəzi Filial tərəfindən qəbul edilmiş əmək pensiaysının yenidən hesablanması haqqında ##.##.2024-cü il tarixli 3- **-*/*-*-****/**** nömrəli qərarı əsasında mərhum X6 pensiyası yenidən hesablanmaqla 8368,66 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli 2-1(112)- *****/**** nömrəli qərarı mümkünsüz olduğundan ləğv edilməli, iddiaçı nümayəndə1 iddia tələbi mümkün hesab edilməməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında iddiaçı ərizə təqdim edərək hal-hazırda ailə başçısını itirməyə görə əmək pensiyasını bacısı İddiaçı aldığını bildirmiş, əsl iddiaçı qismində bacısı İddiaçı iştirak etməsini və özünün də onun nümayəndəsi qismində qəbul edilməsini xahiş etmişdir. Ərizə icraat qəbul edilmiş, Bakı Apellyasiya Məkhəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı əsl iddiaçı İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Inzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Iddia mümkün iddiadır. Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsində iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan iddiaçının iddia tələbinə qarşı öz etirazını müdafiə etmiş, hətta apellyasiya şikayətində də iddia tələbinin mahiyyəti üzrə şikayətinin dəlillərini qeyd etmişdir. IPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. IPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası eyni zamanda diqqətə çatdırır ki, Ali Məhkəmənin Inzibati Kollegiyasının analoji işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən də pensiya təyini tələbi öhdəliyin icrası haqqında iddia olmaqla bu cür işlərə iddia müddətinin tətbiq edilməməsinə dair hüquqi mövqe sərgilənməkdədir. Məhkəmə kollegiyası inzibati işin mahiyyəti üzrə qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası əvvəla iş materiallarında olan sənədlərə diqqət yetirir: - Cavabdeh inzibati orqan tərəfindən mərhum İ.Eyvazova “Inzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında” ##.##.2024-cü il tarixli, 3-17-1/2- 141666/2024 məktub ünvanlanmışdır. - Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən ##.##.2025-ci il tarixdə AZ-II seriyalı ****** nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X6 ##.##.2025-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2025-ci il tarixində 129 nömrə ilə qeyd aparılmışdır. - Cavabdeh inzibati orqan tərəfindən iddiaçı nümayəndə1 ##.##.2025-ci il tarixli, *- **-*/*-E-*****/**** nömrəli məktub ünvanlanaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Eyni zamanda bildirilmişdir ki, mərhum atası X12 artıq ödənilmiş 6967.87 manat pul vəsaiti müəyyən olunub. Həmin artıq ödənilmiş pul vəsaiti ilə əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar 2024-cü ilin yanvar ayı üçün hesbanmış 677.86 manat fərq məbləği əvəzləşdirilərək büdcəyə bərpa edilib (qalıq artıq ödəmə 6290,01 manat). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Mərkəzi Filiala müraciətinə əsasən Qanunun 42.2-ci maddəsinə uyğun olaraq, Israyıl Eyvazovun vəfat etməsi ilə əlaqdar ona ölkə üzrə minimum əmək pensiysının (280.00 manat) üç misli məbləğində 840.00 manat dəfn üçün müavinət hesablanıb. Həmin dəfn üçün müavinət məbləği X5q artıq ödənilmiş 6290.01 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. X5q artıq ödənilmiş pul vəsaiti 5450.01 manat təşkil edir. Qanunun 39.4-cü maddəsinə əsasən “borc ödənilib qurtarmamış əmək pensiyası və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır”. - Bakı şəhəri * saylı notariat ofisi tərəfindən verilmiş **** nömrəli ##.##.2025-ci il tarixli arayışa əsasən ##.##.1962-ci il tarixində anadan olmuş, ##.##.2025-ci il tarixində ölmüş X6 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri * saylı notariat ofisinə oğlu nümayəndə1 tərəfidən müraciət daxil olmuş və tərəflərindən **/**** nömrəli vərəsəlik işi açılmışdır. Miras qoyan X6 vərəsəsi oğlu nümayəndə1dur. - Cavabdeh tərəfindən inzibati icraat materiallarının və X5 məxsus pensiya işinə dair materialların təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən: ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarla mərhum X6 əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45ci maddəsi tətbiq edilməklə yenidən hesablanmış və yenidən hesablanma nəticəsində onun 9476.47 manat təşkil edən əmək pensiyası 8368.66 manat məbləğində müəyyən edilmişdir. - Apellyasiya baxışı zamanı müvafiq sorğu əsasında cavabdeh inzibati orqan tərəfindən *-**-*/*-******/**** nömrəli ##.##.2026-cı il tarixli məktubla İddiaçı pensiya işinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı ##.##.2025-ci il tarixli müraciəti əsasında ##.##.2025-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilmiş və ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarla əmək pensiyası 37.3.1 (istifadə olunmamış psk) səbəbi ilə yenidən hesablanmış və yenidən hesablanma nəticəsində onun 9046 manat 52 qəpik təşkil edən əmək pensiyası 9299 manat 11 qəpik məbləğində müəyyən edilmişdir. Işin araşdırılmış hallarından görünür ki, iddiaçının mərhum atası X6 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əvvəllər qüvvədə olmuş 9ci maddəsinə əsasən ##.##.2006-cı il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. O, eyni zamanda işləməyə davam etmişdir. Atası 6 ildən çox işlədiyindən 2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək əmək pensiyasının yenidən heslanmasını xahiş etmişdir. Iddiaçının mərhum atasının müraciəti nəzərə alınmaqla ##.##.2023-cü il tarixli qərarla onun pensiyası yenidən hesablanaraq 8522.00 manat müəyyən edilmişdir. ##.##.2024-cü il tarixindən isə indekləşdirilmə ilə əlaqədar aylıq 9476.47 manat təşkil etmişdir. Sonradan cavabdeh tərəfindən inzibati icraat başlanılmaqla ##.##.2024-cü il tarixli qərarla iddiaçının mərhum atasının əmək pensiyası yenidən hesablanmış, lakin bu zaman qanunvericiliyin tələblərinə uyğun hesablanmamışdır. Belə ki, ##.##.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Bundan əlavə müəyyən edilmişdir ki, iddiaçının əmək pensiyası cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli qərarla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə istinad edilməklə yenidən hesablanaraq indeksləşdirmə nəzərə alınmaqla 8368.66 manat müəyyən edilmişdir və mərhum İ.Eyvazova qalıq artıq ödəmə (6290.01 manat) hesablanmışdır. O, ##.##.2025-ci il tarixində vəfat etdiyindən vərəsəsi olan iddiaçı nümayəndə1 dəfn pulunun ödənilməsi üçün müraciət etmiş, bu zaman onun müraicətinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq Israyıl Eyvazovun vəfat etməsi ilə əlaqədar ölkə üzrə minimum əmək pensiyasının (280 manat) üç misli məbləğində 840 manat dəfn üçün müavinət hesablanmışdır. Həmin dəfn üçün müavinət məbləği mərhum İ.Eyvazova qalıq artıq ödənilmə kimi hesablanmış 6290.01 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalıq artıq ödənilmiş pul vəsaitinin miqdarının 5450.01 manat təşkil etməsi bildirilərək şəxsdən həmin məbləğin ödənilməsi tələb olunmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının əmək pensiyası yenidən hesablanarkən mövcud qanunvericilik normalarının tələblərinin pozulması ilə aparılmasına istinad edərək iddia tələbini təmin etmişdir. Cavabdeh inzibati orqanın apellyasiya şikayətində qeyd etdiyi dəlilləri əsassız hesab edən məhkəmə kollegiyası diqqətə çatdırır ki, iş materiallarından da müəyyən edilir ki, mübahisələndirilən inzibati qərar mərhumun sağlığında qəbul edilmiş, lakin mərhum həmin qərardan qanunla müəyyən edilmiş müddətdə məhkəmə qaydasında şikayət verməmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, mərhum tərəfindən mübahisələndirilən qərarın sağlığında məhkəmə qaydasında mübahisələndirilməməsi, hazırkı iş üzrə onun hüquqi varisinin belə qərarın qanuniliyini məhkəmə nəzarətinə çıxarmaq hüququnu öz-özlüyündə istisna etmir. Belə ki, hazırkı mübahisənin predmeti mərhumun şəxsiyyəti ilə ayrılmaz bağlı olan şəxsi qeyri-əmlak hüququ deyil, onun pensiya təminatı ilə əlaqədar əmlak xarakterli hüquq və mənafelərinə toxunan inzibati qərardır. Hansı ki, həmin qərar hazırkı iddiaçının pensiya məbləğinə təsir edir. Mərhumun sağlığında qəbul edilmiş həmin qərarın hüquqi nəticələri onun pensiya hüququnun həcminə təsir etdiyindən, bu hüquq münasibətindən irəli gələn və hüquqi varislik qaydasında keçməsi mümkün olan tələbin şəxsin ölümü ilə avtomatik olaraq xitam olunması kimi qəbul edilə bilməz. Iddiaçının mərhumun vərəsəsi və konkret iş üzrə prosessual hüquq varisi kimi tanınması onun məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsi üçün kifayət qədər hüquqi əsas təşkil edir. Prosessual hüquq varisliyi iş üzrə tərəfin şəxsində dəyişiklik yaratmaqla yanaşı, hüquq münasibətinin məhkəmə mübahisəsi predmeti olmaq xüsusiyyətini aradan qaldırmır. Əksinə, hüquqi varis əvvəlki tərəfin prosessual vəziyyətinə daxil olaraq onun ölümünədək mövcud olmuş və varislik qaydasında keçmiş hüquq və qanuni mənafelərin müdafiəsini davam etdirir. Məhkəmə kollegiyası xüsusi olaraq nəzərə alır ki, iddiaçıya mərhum atasının pensiyasının sonradan təyin edilməsi hazırkı iddianın hüquqi əsasını təşkil edən yeganə hal deyildir. Həmin fakt iddiaçının mərhumun pensiya hüququndan irəli gələn hüquqi münasibətlərdə varis kimi çıxış etdiyini təsdiq edən hallardan biri olmaqla, mübahisələndirilən qərarın hüquqi nəticələrinin onun üçün əhəmiyyət kəsb etdiyini göstərir. Iddiaçının məhkəməyə müraciət etmək hüququ isə ilk növbədə mərhumun sağlığında yaranmış, onun ölümü ilə xitam olunmamış və hüquqi varislik qaydasında keçmiş hüququn mövcudluğu ilə şərtlənir. Pensiya hüququ ilə bağlı formalaşmış hüquqi mövqeyə əsasən, şəxsin pensiyasının təyin edilməsi və ya təyin edilmiş pensiyanın yenidən hesablanması ilə bağlı məsələlər pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş qanunvericilik normaları nəzərə alınmaqla həll edilməlidir. Həmçinin Ali Məhkəmə qeyd etmişdir ki, şəxs tərəfindən artıq əldə edilmiş “qazanılmış hüquqlar” sonradan qəbul edilmiş tənzimləmələrlə əvəzsiz şəkildə aradan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının prosessual hüquq varisi kimi mübahisəli inzibati qərarın qanuniliyinin məhkəmə qaydasında yoxlanılmasını tələb etmək hüququnun mövcud olduğu qənaətinə gəlir və mübahisənin mahiyyəti üzrə araşdırılmasını zəruri hesab edir. Cavabdehin nümayəndəsi apellyasiya baxışı zamanı verdiyi izahatında apellyasiya şikayətində qeyd olunan dəlillərlə yanaşı hazırda mübahisənin yaranma səbəbi “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ##.##.2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsi ilə bağlı olduğunu bildirmişdir. Cavabdeh öz imtinasında və qərarında bildirmişdir ki, iddiaçının əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinə əsasən 45-ci maddəsinin ikinci cümləsi tətbiq edilməklə hesablanmalıdır və buna uyğun olaraq da iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticə ilə bağlı qanunvericiliyin aşağıdakı tələblərini diqqətə çatdırır: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə; 37.3. Işləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.
45. (##.##.2017-ci il tarixədək qüvvədə olan redaksiyada). Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə # #### 2006-cı il tarixli *** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur). Əmək pensiyaları haqqında Qanununun 45-ci maddəsinə ##.##.2017-ci il tarixli ***- VQD nömrəli Qanunla (##.##.2017-ci ildən qüvvəyə minmişdir) 45-ci maddəsinə əsasən aşağıdakı məzmunda ikinci cümlə əlavə edimişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.” ##.##.2022-ci il tarixli ***-VIQD nömrəli Qanunun (##.##.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə Əmək pensiyaları haqqında Qanununun 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. Məhkəmə kollegiyası hazırkı işə baxarkən əvvəla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 2022-ci il ## ### tarixli, ***-VIQD nömrəli Qanunun 1.11-ci maddəsinin və həmin Qanunun keçid müddəalarının 2.2-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının **/**** nömrəli ## ##### 2026-cı il tarixli qərardadı diqqət önünə çəkir. Belə ki, həmin qərardadla mübahisəli hüquqi məsələyə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyi təmin edilmişdir. “14. Məhkəmələr iddianın təmin olunmasının əsası kimi ona istinad etmişlər ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin 2017-ci il ## #### tarixdən 2022- ci il 29 iyun tarixədək qüvvədə olmuş ikinci cümləsi yalnız pensiyanın ilk dəfə təyin edilməsi qaydasını tənzimləyir, pensiyanın yenidən hesablanmasına şamil olunmur. Pensiyanın yenidən hesablanması adı çəkilən Qanunun 37.3.1-ci maddəsi ilə tənzimlənir. Buna görə də, 2022-ci il ## #### tarixdən ləğv edilmiş norma əsasında pensiyanın yenidən hesablanması hüquqi cəhətdən yolverilməzdir, çünki hüquqi normanın tənzimləmədiyi münasibətə ultraaktivliyin tətbiq edilməsi hüququn əsas prinsiplərinə ziddir.
15. Kollegiya qeyd edir ki, sözügedən məsələyə münasibətdə bənzər hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** saylı qərarında, eləcə də çoxsaylı oxşar mübahisələr üzrə çıxarılmış məhkəmə aktlarında əks olunmuşdur.
16. Kollegiya hesab edir ki, sözügedən hüquqi mövqeyə yenidən baxmaq, başqa sözlə, hüququn tətbiqi üzrə təcrübənin vahidliyini təmin edən əvvəlki hüquqi mövqeləri inkişaf etdirən fərqli yanaşmanı tətbiq etmək zərurəti yaranmışdır. ...
31. Nəticədə, keçid müddəaları ##.##.2022-ci il tarixədək “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən təyin edilmiş pensiyaların yenidən hesablanması, eləcə də bu tarixə kimi hüquq qazanmış, lakin ##.##.2022-ci il tarixdən sonra təyinat üçün müraciət edənlərə pensiya təyinatı zamanı tətbiq edilməli, onların pensiyasının məbləği müəyyənləşdirilərkən Qanunun ##.##.2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmalıdır.
32. Keçid müddəalarının məqsədi vaxtilə aparılmış təyinatların sabitliyini təmin etməyə yönəlib, yəni qeyd edilən qaydada təyinat aparılmış və ya hüququ yaranmış şəxslərə eyni yanaşma ilə (gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmaqla) təyinatı nəzərdə tutur. Qanunvericinin iradəsi məhz 45-ci maddənin ikinci cümləsi çıxarılmasına yönəlir, əks yanaşma həmin dəyişikliyi əhəmiyyətsiz edərdi. Odur ki, keçid müddəaları əvvəlki qaydada təyin edilmiş və ya təyin edilməsə də, hüququ yaranmış şəxslərə münasibətdə aparılmış (ilkin) təyinatı və məhz həmin (ilkin) təyinatın yenidən hesablanmasında istisnanı tənzimləyir.” Beləliklə, sözügedən qərardadla vahid məhkəmə təcrübəsi dəyişdirilərək aşağıdakılar qərara alınmışdır:
1. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ 2022-ci il ## #### tarixindən əvvəl yaranmış şəxslərə pensiya təyinatı və ya onların əmək pensiyasının yenidən hesablanması zamanı həmin Qanunun 45-ci maddəsinin 2017-ci il ## #### tarixdən 2022-ci il ## #### tarixədək qüvvədə olmuş ikinci cümləsi tətbiq edilməli, bu zaman gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmalıdır.
2. Hüquqi müəyyənliyi və məhkəmə aktlarının sabitliyini təmin etmək üçün qanunvericiliyin tətbiqinə dair müəyyən edilmiş yeni hüquqi mövqelər bu Qərardadın qəbul edildiyi tarixdən sonra məhkəmələrə verilən yeni iddia ərizələrinə, habelə bu Qərardadın qəbul edildiyi tarixədək verilmiş, lakin birinci instansiya məhkəmələrində icraatı yekunlaşdırılmamış iddia ərizələrinə münasibətdə tətbiq edilməlidir.
3. Apellyasiya və ya kassasiya məhkəməsinin icraatında olan işlər üzrə əgər şikayət verilmiş məhkəmə aktları qanunvericiliyin tətbiqinə dair əvvəlki hüquqi mövqelərə uyğun çıxarılmışlarsa, yalnız yeni müəyyən edilmiş hüquqi mövqelərə istinadla məhkəmə aktları ləğv olunmamalı, yaxud dəyişdirilməməlidir. Yeni hüquqi mövqelərə istinadla məhkəmə aktının qanuniliyinə qiymət verilməsi bu Qərardadın qəbul edildiyi tarixdən sonra birinci instansiya məhkəmələri tərəfindən yekunlaşdırılmış işlər üzrə veriləcək apellyasiya və ya kassasiya şikayətlərinə münasibətdə tətbiq edilməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının **/**** nömrəli ## ##### 2026-cı il tarixli qərardadı nəzərə alınaraq hazırkı inzibati iş üzrə qanunvericiliyin tətbiqinə dair əvvəlki hüquqi mövqeyə uyğun birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar yeni müəyyən edilmiş hüquqi mövqeyə istinadla ləğv olunmamalı, yaxud dəyişdirilməməlidir. Belə ki, məhkəmələr tərəfindən formalaşmış əvvəlki hüquqi mövqe ondan ibarət olmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin 2017-ci il ## #### tarixdən 2022-ci il ## #### tarixədək qüvvədə olmuş ikinci cümləsi yalnız pensiyanın ilk dəfə təyin edilməsi qaydasını tənzimləyir, pensiyanın yenidən hesablanmasına şamil olunmur. Pensiyanın yenidən hesablanması adı çəkilən Qanunun 37.3.1-ci maddəsi ilə tənzimlənir. Buna görə də, 2022-ci il ## #### tarixdən ləğv edilmiş norma əsasında pensiyanın yenidən hesablanması hüquqi cəhətdən yolverilməzdir, çünki hüquqi normanın tənzimləmədiyi münasibətə ultraaktivliyin tətbiq edilməsi hüququn əsas prinsiplərinə ziddir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə (##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli) qəbul etdiyi qərarında qeyd edilirdi ki: “21. Kassator həmçinin bildirir ki, iddiaçıya hazırda 479,35 manat pensiya ödənilir ki, bu da yığılan kapitala mütənasibdir. 22. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli iş üzrə qərarında qeyd edilmişdir: Iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ilə yanaşı, həm də həmin Qanunun 45-ci maddəsinin 2-ci cümləsinə də istinad edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 2-ci cümləsi, həmin normanın qüvvədə olduğu dövrdə pensiya hüququ yaranmış şəxslərə münasibətdə tətbiq oluna bilərdi. Iddiaçının pensiya hüququ isə 2008-ci ildə yaranmışdır və həmin ildən də ona müvafiq növdə pensiya təyin olunmuşdur. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış 16719,79 manat pensiya kapitalı əsasında əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır və bu zaman həmin Qanunun 29.2-ci maddəsi və 45-ci maddəsinin 2-ci cümləsi iddiaçıya münasibətdə tətbiq oluna bilməz. 23. Məhkəmə kollegiyası oxşar iş üzrə Ali Məhkəmənin qərarını rəhbər tutaraq bildirir ki, iddiaçı xx.xx.2009-cu ildə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra faktiki olaraq 3 il 9 ay 7 gün (45 ay) işləmişdir. (xx.xx.2009 – xx.xx.2010, xx.xx.2010 – xx.xx.2012, xx.xx.2014 – xx.xx.2016) Sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq pensiya təyinolunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı 99 (144 ay-45 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı) aya bölməklə (yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiya təyin edildikdən sonra işlədiyi ayların sayı qədər azaldılmaqla) qanuni əmək pensiyanın üzərinə əlavə edilərək və qanunvericiliyin tələblərinə uyğun olaraq indeksləşdirilərək ödənilməlidir.” Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla təmin edilməməli, lakin apellyasiya baxışı zamanı iddiaçı əsl iddiaçı ilə əvəz edildiyindən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Inzibati Prosessual Məcəllənin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanması” barədə iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması barədə” ##.##.2024-cü il tarixli *-**- */*-*-****/**** nömrəli nömrəli qərarı ləğv edilsin və mərhum X6 barəsində “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli