Məhkəmə qərarları › İş №2-1(3-6)-409/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-409/2026

14.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-409/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı: İddiaçı Cavabdeh: * saylı Bakı ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “ölüm faktının reyestrdə qeydə alınması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X5 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarına əlavə olunmuş Ölüm haqqında Şəhadətnamədə qeyd olunmuşdur ki, ## ###### 1953-cü il tarixində Azərbaycanda anadan olmuş Azərbaycan vətəndaşı X1 ## #### 2025-ci il tarixində vəfat etmişdir. Bu barədə 2025-ci il mart ayının 17-ci günündə 17026991000********** saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm yeri: Rusiya Federasiyası, Krım Respublikası, Armyansk ş.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İddiaçı cavabdeh * saylı Bakı ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək X1 ##.##.2025-ci il tarixində Krım Muxtar Respublikasının Armyansk şəhərində vəfat etməsi faktını reyestrdə qeydə almaq vəzifəsinin cavabdeh tərəfindən icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının əri X1 ##.##.2025-ci il tarixində Krım Muxtar Respublikasında, hazırda Rusiya Federasiyasının faktiki idarəçiliyi altında olan Armyansk şəhərində ölmüşdür. Bu ölüm faktı Rusiya Federasiyasının müvafiq səlahiyyətli orqanları tərəfindən tərtib edilmiş ölüm haqqında şəhadətnamə və arayışlarla təsdiq edilir. İddiaçının əri Cavabdehspublikası vətəndaşı olmuşdur. Onun ölümünün dövlət qeydiyyatının aparılmasının zəruri olması səbəbindən iddiaçı tərəfindən * saylı Bakı ASAN Xidmət Mərkəzində qeydiyyat şöbəsinə müvafiq məzmunda müraciət edilmişdir. Qeydiyyat şöbəsi ##.##.2025-ci il tarixli cavab məktubu ilə ölümün qeydə alınmasından imtina etdiyini bildirmişdir. Səbəb kimi Krım Muxtar Respublikasının Cavabdehspublikası tərəfindən Rusiya deyil, Ukrayna ərazisi kimi tanınması göstərilmişdir. İddiaçının ölümünü təsdiq edən yeganə sənəd Rusiya Federasiyasının müvafiq səlahiyyətli orqanlarının təqdim etdiyi sənəddir. Bu ölüm faktı ilə bağlı iddiaçının əlində olan və əldə etmək imkanı olan digər bir sənəd mövcud deyil.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdehspublikası beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir. BMT və dünya ölkələri tərəfindən sözügedən Krım Muxtar Respublikası Ukrayna ərazisi kimi tanınır. Göstərilənləri nəzərə alaraq bildirilir ki, təqdim edilən sənədin Ədliyyə Nazirliyi Vətəndaşlıq X7 Qeydiyyat və İnformasiya Sisteminə daxil edilməsi mümkün deyildir.

5. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdehspublikası vətəndaşı olan ərinin ölümü barədə Cavabdehspublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarəsinə müraciət edilmədiyini bildirmiş və bunu vəfat etdiyi ölkənin səlahiyyətli orqanlarında ölümün qeydə alınması ilə əlaqələndirmişdir. Qeyd edilən şəhadətnamə Rusiya Federasiyası, Krım Respublikası, Simferopol şəhər VVAQ şöbəsi tərəfindən qeydə alınmış və şəxsin ölüm yeri “Rusiya Federasiyası, Krım Respublikası, Armyansk şəhəri” kimi qeyd olunmuşdur.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

7. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin *-*(***)- *****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, Qaydanın tələbinə əsasən, Cavabdehspublikası vətəndaşının xarici ölkədə öldüyü və ölüm həmin səlahiyyətli orqanlarında və konsulluq idarəsində qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında qeydiyyat şöbəsi tərəfindən aparılır. Hazırki vəziyyədə iddiaçının ərinin ölümü həmin ölkənin səlahiyyətli orqanlarında və ya konsulluq idarəsində qeydə alınmamışdır. Bu o deməkdir ki, bu halda qaydanın tələbinə uyğun olaraq şəxsin ölüm faktı onun öldüyü ölkədə verilmiş ölüm faktını təsdiqləyən tibbi sənədlər əsasında cavabdeh dövlət orqanı tərəfindən aparılmalıdır. Onun əri öldüyü ölkənin (ərazinin) hüquqi statusu şəxsin ölümünü qeydiyyata alınmasından imtinaya səbəb olmamalıdır. Qaydanın tələblərinə uyğun olaraq isə ölümün baş verdiyi ölkədə həmin vaxt bu cür təsdiqedici sənədi verə bilən yalnız Rusiya Federasiyanın səlahiyyətli orqanları olub və onlar da belə sənədi təqdim ediblər. Ukrayna səlahiyyətli orqanlarının belə bir sənəd təqdim etməsi isə heç bir halda mümkün olmamışdır və heç indi də mümkün deyil. Hüquqi cəhətdən qaydanın tələbləri gözlənilmişdir. İnzibati orqan obyektiv halları tam və hərtərəfli araşdırsaydı görərdi ki, iddiaçının təqdim etdiyi ölümü təsdiqləyən sənəd ölüm faktı üzrə əldə edilə biləcək yeganə mümkün sənəd olmuşdur. İddiaçının öz ərinin ölümünü təsdiqləyən digər bir sənəd əldə etməsi heç bir halda mövcud olmamışdır. Digər obyektiv hal isə iddiaçının ərinin həqiqətən də qeyd edilən yer və vaxtda vəfat etməsi olmuşdur. Bütün bu faktlar birlikdə Azərbaycan vətəndaşı olan X1 ölümünün dövlət qeydiyyatına alınmalı olduğunu sübut edir. Məhkəmə iş üzrə reallığı nəzərə alaraq Krımda mövcud reallığın, hüquqi və faktiki vəziyyətin necə olmasını, şəxsin həqiqətən də vəfat etməsi faktını lazımi qədər araşdırmamışdır.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Prosses iştirakçılarının izahatları

10. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar olunmuş tərəflər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Cavabdehspublikasının Ailə Məcəlləsinin: 195.2-ci maddəsinə əsasən Cavabdehspublikası vətəndaşının, Cavabdehspublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.

12. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Cavabdehspublikası Nazirlər Kabinetinin ##.##.2003-cü il tarixli *** nömrəli Qərarı: 8.5-1. Cavabdehspublikası vətəndaşının, Cavabdehspublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və konsulluq idarəsində qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında qeydiyyat şöbəsi tərəfindən aparılır.

13. Cavabdehspublikasının qoşulduğu "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyanın: “Vətəndaşlıq vəziyyəti haqqında sənədlərin və digər sənədlərin ötürülməsi” adlı 13cü maddəsinə əsasən:

1. Razılığa gələn Tərəflər vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında sənədlərin bilavasitə Razılığa gələn Tərəflərin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üzrə orqanlar vasitəsilə və sənədlərin ötürülməsi haqqında vətəndaşları məlumatlandırmaqla, sorğu əsasında bir-birinə tərcüməsiz və pulsuz ötürülməsi öhdəliyini öz üzərlərinə götürürlər.

2. Razılığa gələn Tərəflər sorğu alan Razılığa gələn Tərəfin vətəndaşlarının və onun ərazisində yaşayan digər şəxslərin təhsili, əmək stajı haqqında sənədlərin və onların şəxsi, əmlak və qeyri-əmlak hüquq və maraqlarına aid olan digər sənədlərin sorğu əsasında birbirinə tərcüməsiz və pulsuz ötürülməsi öhdəliyini öz üzərlərinə götürürlər.

14. Cavabdehspublikasının ## #### 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Cavabdehspublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilənin təsdiq edilməsi barədə” müqavilənin: 1-ci maddəsinə əsasən razılığa gələn Tərəflər onların suverenliyinə və müstəqilliyinə qarşılıqlı hörmət edilməsi, hüquq bərabərliyi və bir-birinin daxili işlərinə qarışmamaq, iqtisadi və digər təzyiq vasitələri də daxil olmaqla zor işlətməmək və zor işlədəcəyi ilə hədələməmək, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, mübahisələrin dinc yolla həll edilməsi, insan hüquqlarına və əsas azadlıqlarına hörmət edilməsi, qəbul edilmiş öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsiplərinə, habelə beynəlxalq hüququn digər hamı tərəfindən tanınmış prinsiplərinə əməl edilməsini öhdələrinə götürürlər.

15. Cavabdehspublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əri Cavabdehspublikası vətəndaşı X1 ##.##.2025-

19. ci il tarixində Armyansk şəhərində vəfat etmiş və bu Rusiya Federasiyası, Krım Respublikası Simferopol şəhər VVAQ şöbəsi tərəfindən qeydə alınmaqla ölüm haqqında şəhadətnamə verilmişdir.

20. İddiaçının tələbi ərinin ölümü haqqında şəhadətnamənin reyestrdə qeydə alınması ilə bağlıdır.

21. İddiaçı Cavabdehspublikası vətəndaşı olan ərinin ölümü barədə Cavabdehspublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarəsinə müraciət edilmədiyini bildirmiş və bunu vəfat etdiyi ölkənin səlahiyyətli orqanlarında ölümün qeydə alınması ilə əlaqələndirmişdir.

22. Qeyd edilən şəhadətnamə Rusiya Federasiyası, Krım Respublikası, Simferopol şəhər VVAQ şöbəsi tərəfindən qeydə alınmış və şəxsin ölüm yeri “Rusiya Federasiyası, Krım Respublikası, Armyansk şəhəri” kimi qeyd olunmuşdur.

23. Beləliklə, Cavabdehspublikası vətəndaşı X1 ##.##.2025-ci il tarixində Armyansk şəhərində vəfat etməsi ilə bağlı qeydiyyatın hazırkı iş üzrə cavabdeh tərəfindən aparılması tələbi o zaman əsaslı olardı ki, bu Rusiya Federasiyası, Krım Respublikası Simferopol şəhər VVAQ şöbəsi tərəfindən qeydə alınmaqla ölüm haqqında şəhadətnamə verilməmiş olsun.

24. Cavabdehspublikası vətəndaşının, Cavabdehspublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. (Cavabdehspublikasının Ailə Məcəlləsinin 195.2-ci maddəsi)

25. Göründüyü kimi, başqa ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd təqdim edilməməklə yanaşı, iddiaçının ərinin ölüm faktı Rusiya Federasiyası, Krım Respublikası Simferopol şəhər VVAQ şöbəsi tərəfindən qeydə alınmaqla ölüm haqqında şəhadətnamə verilmişdir.

26. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, inzibati orqan obyektiv halları tam və hərtərəfli araşdırsaydı görərdi ki, iddiaçının təqdim etdiyi ölümü təsdiqləyən sənəd ölüm faktı üzrə əldə edilə biləcək yeganə mümkün sənəd olmuşdur. İddiaçının öz ərinin ölümünü təsdiqləyən digər bir sənəd əldə etməsi heç bir halda mövcud olmamışdır. Digər obyektiv hal isə iddiaçının ərinin həqiqətən də qeyd edilən yer və vaxtda vəfat etməsi olmuşdur. Bütün bu faktlar birlikdə Azərbaycan vətəndaşı olan X1 ölümünün dövlət qeydiyyatına alınmalı olduğunu sübut edir. Məhkəmə iş üzrə reallığı nəzərə alaraq Krımda mövcud reallığın, hüquqi və faktiki vəziyyətin necə olmasını, şəxsin həqiqətən də vəfat etməsi faktını lazımi qədər araşdırmamışdır.

27. Bununla bağlı, o cümlədən iddiaçının ərinin ölümünü təsdiqləyən digər bir sənəd əldə etməsi mümkünlüyü ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, nəzərə almaq lazımdır ki, Cavabdehspublikasının qoşulduğu "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyanın “Vətəndaşlıq vəziyyəti haqqında sənədlərin və digər sənədlərin ötürülməsi” adlı 13-cü maddəsinə əsasən:

1. Razılığa gələn Tərəflər vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında sənədlərin bilavasitə Razılığa gələn Tərəflərin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üzrə orqanlar vasitəsilə və sənədlərin ötürülməsi haqqında vətəndaşları məlumatlandırmaqla, sorğu əsasında bir-birinə tərcüməsiz və pulsuz ötürülməsi öhdəliyini öz üzərlərinə götürürlər.

2. Razılığa gələn Tərəflər sorğu alan Razılığa gələn Tərəfin vətəndaşlarının və onun ərazisində yaşayan digər şəxslərin təhsili, əmək stajı haqqında sənədlərin və onların şəxsi, əmlak və qeyri-əmlak hüquq və maraqlarına aid olan digər sənədlərin sorğu əsasında birbirinə tərcüməsiz və pulsuz ötürülməsi öhdəliyini öz üzərlərinə götürürlər.

28. Bundan başqa Cavabdehspublikasının ## #### 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Cavabdehspublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilənin təsdiq edilməsi barədə” müqavilənin 1-ci maddəsinə əsasən razılığa gələn Tərəflər onların suverenliyinə və müstəqilliyinə qarşılıqlı hörmət edilməsi, hüquq bərabərliyi və bir-birinin daxili işlərinə qarışmamaq, iqtisadi və digər təzyiq vasitələri də daxil olmaqla zor işlətməmək və zor işlədəcəyi ilə hədələməmək, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, mübahisələrin dinc yolla həll edilməsi, insan hüquqlarına və əsas azadlıqlarına hörmət edilməsi, qəbul edilmiş öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsiplərinə, habelə beynəlxalq hüququn digər hamı tərəfindən tanınmış prinsiplərinə əməl edilməsini öhdələrinə götürürlər.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

30. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Cavabdehspublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Cavabdehspublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar