Məhkəmə qərarları › İş №2-1(3-6)-41/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-41/2026

04.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(3-6)-41/2026 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, X12 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli 2-1(112)-223/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdeh tərəfindən ona təkrar əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qərarının etibarsız hesab edilməsi və orqanizmin funksiyasının 61-80 faiz pozulmasına görə təkrar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci ildən - xx.xx.2021-ci ilə kimi ikinci dərəcəli əlilliyə görə əmək pensiyası almışdır. Əlilliyi sonuncu dəfə cavabdeh tərəfindən xx.xx.2022-cü il tarixində qiymətləndirilmiş, ona əlillik təyin edilməsindən imtina edilmiş, səbəb kimi əlavə müalicəyə ehtiyacın olması və xəstənin ixtisaslaşdırılmış tibb müəssisəsində müayinə və müalicə olunmağa ehtiyacın olması göstərilmişdir. Xəstəliyinin diaqnozu: Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin üzvü xəstəliyi nəticəsində ifadəli şəxsiyyət dəyişkənliyi, nəzərə çarpan ağıl zəifliyi və kəskin davranış pozuntuları, tez-tez dekompensasiya. F07.0 Cavabdehin bu imtinasını qanunsuz və ədalətsiz hesab edir. Belə ki, xəstəliyinin diaqnozu ona təkrar əlilliyin təyin edilməsinə imkan verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13.05.tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarında xəstəliyimin diaqnozu sıra 7.7 və F07.0 kodla göstərilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək cavabdehin 02 fevral 2023-cü il tarixli əlilliyin təyinindən imtina barədə qəbul edilmiş qərarının ləğv edilərək ona orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə təkrar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş etiraza əsasən, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: F07.0 üzvü mənşəli şəxsiyyət pozuntusu, Baş beyinin üzvi xəstəliyi nəticəsində ifadəli şəxsiyyət dəyişkənliyi, nəzərə çarpan ağıl zəifliyi və kəskin davranış pozuntuları, tez-tez dekompnsasiyalarla; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: Xəstənin ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunmağa ehtiyacı var.” Səbəbi ilə imtina verilmişdir. İddiaçının sağlamlıq vəziyyətinin yenidən, əyani müayinəyə əsasən qiymətləndirilməsi nəticəsində barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli 2-1(112)-223/2025 nömrəli qərarı (hakim A.Abdullayeva) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə və MHHK qərarında qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “F07-Üzvi mənşəli şəxsiyyət pоzuntusu” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7.6-cı bəndinə əsasən Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. Bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə-35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında MPEM əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin hüquqlarını pozmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbinə uyğun məzmunda izahat verərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 28 yanvar 2023-cü il tarixli sonuncu göndəriş tarixi nəzərə alınmaqla iddiaçıya orqanizmin funksiyalarının pozulmasının 65-80% qeyd olunmaqla 2 il müddətinə əlillik təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ərizə icraata qəbul edildi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı Cəlilabad rayonu, Əliqasımlı kəndində qeydiyyatda olsa da, iş materiallarına əlavə olunmuş müvəqqəti qeydiyyat vəsiqəsinə əsasən Xəzər rayonu ərazisində Qala qəsəbəsində müvəqqəti qeydiyyatda olmuşdur. Göründüyü kimi, iddia düzgün olaraq Bakı İnzibati Məhkəməsində qaldırılmışdır. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati iş materiallarından görünür ki, əlillik müddətinin bitməsi ilə əlaqədar tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında şəxsin sağlamlıq vəziyyəti xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “əlavə müalicəyə ehtiyacın olması” barədə imtina qərarı qəbul edilmişdir. Həmin qərarda hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmamışdır. Hazırkı iş üzrə cavabdeh tərəfindən belə bir aktın, həmçinin hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti barədə məlumatın iddiaçıya təqdim edilməsi aydın görünmür. İnzibati orqan da imtina qərarının iddiaçıya təqdim edilməsinə dair sübutlar təqdim etməmişdir. Bununla belə iddiaçının hazırkı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmə dəftərxanasına daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş imtina qərarının iddiaçıya təqdim edilməsinə və ya bu barədə yazılı məlumatın verilməsinə dair sübutların olmaması iddiaçı tərəfindən hazırkı iddia tələbinin irəli sürülməsinə dair müddətin ötürülməmiş hesab edilməsinə əsas verir. Həmçinin məhkəmə kollegiyası diqqətə çatdırır ki, “İnzibati İcraat haqqında” Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Birinci instansiya məhkəməsi iddianın mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qaya nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası əvvəla aşağıdakı sənədlərə diqqət yetirir: Müayinə məlumatlarından görünür ki, iddiaçıya: - xx.xx.2009-cu il tarixdə aparılmış qiymətləndirmə nəticəsində “Baş beyin travmatik xəstəliyi nəticəsində yaranan davranış pozuntularla tez tez təkrar olunan qıcolma tutmaları ilə” diaqnozu ilə ümumi xəstəlik səbəbilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. - xx.xx.2014-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində “Baş beyin travmatik xəstəliyi nəticəsində yaranan davranış pozuntularla tez tez təkrar olunan qıcolma tutmaları ilə” diaqnozu ilə ümumi xəstəlik səbəbilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. - xx.xx.2015-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində F00-F09 Simptomatik forma da daxil olmaqla üzvi psixi pozğunluqlar= F07 Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində .....”Baş beyin travmatik xəstəliyi nəticəsində yaranan davranış pozuntularla tez tez təkrar olunan qıcolma tutmaları ilə” diaqnozu ilə ümumi xəstəlik səbəbilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. - xx.xx.2016-cı il tarixdə aparılmış qiymətləndirmə nəticəsində F00-F09 Simptomatik forma da daxil olmaqla üzvi psixi pozğunluqlar= F07 Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində .....”Baş beyin travmatik xəstəliyi nəticəsində yaranan davranış pozuntularla tez tez təkrar olunan qıcolma tutmaları ilə” diaqnozu ilə ümumi xəstəlik səbəbilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. - xx.xx.2022-cı il tarixdə aparılmış qiymətləndirmə nəticəsində göndərişin natamam doldurulması əsasında imtina verilmişdir. - xx.xx.2023-cü il tarixli Forma 88 (tibbi göndərişdə) qeyd olunmuşdur: Əsas diaqnoz və ağırlaşması: F07.8 – Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Baş beynin üzvü xəstəliyinin davamlı qalıq əlamətləri, kəskin ifadəli şəxsiyyət və davranış pozuntusu. Yaddaş və intelektin inkişafdan qalması, İQ əmsalı 50%-dır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışa əsasən “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beyinin üzvi xəstəliyi nəticəsində ifadəli şəxsiyyət dəyişkənliyi, nəzərə çarpan ağıl zəifliyi və kəskin davranış pozuntuları, tez-tez dekompensasiyalarla.” diaqnozuna əsasən G00069697DQS nömrəli forma 88 əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilərək xx.xx.2023-cü il tarixdə ona əlillik dərəcəsinin təyin edilməsindən “Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Xəstənin ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunmağa ehtiyacı var” əsası ilə imtina edilmişdir. - Birinci instansiya məhkəməsinin 2-1(112)-8868/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-4/2-8067/2024 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində 2 nömrəli Tibbi-sosial ekspert komissiyasının həkim-eksperti tərəfindən yaşadığı ünvanda müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X8-sosial ekspertiza komissiyasına göndərilmişdir. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. - Birinci instansiya məhkəməsinin 2-1(112)-1042/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsi tərəfindən 1514 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla təqdim edilmiş İddiaçı “Sağlamlıq vəziyyətinin təyininə dair” tərtib edilmiş T201/2025 saylı ekspert rəyinə əsasən, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş G0006969DQS nömrəli Forma 088 göndərişində qeyd edilən “F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvü xəstəliyi nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, nəzərə çarpan ağıl zəifliyi və kəskin davranış pozuntuları, tez-tez dekompansasiyalarla” diaqnoz ona stasionarda anamnestik, klinik və psixi status əsasında müəyyən edilmiş və dəfələrlə də həmin diaqnozla müxtəlif Psixitriya Klinikalarında müayinə və müalicədə olmuşdur - Birinci instansiya məhkəməsinin 2-1(112)-223/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspretiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən 3876 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla təqdim edilmiş İddiaçı haqqında olan xx.xx.2025-ci il tarixli 2309 saylı ambulator məhkəmə psixiatriya ekspertizasının rəyi məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş rəyə əsasən, yoxlanılan şəxs İddiaçı baş-beynin üzvi xəstəliyi nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, nəzərəçarpan ağıl zəifliyi və kəskin davranış pozuntuları, tez-tez dekompensasiyalarla F(07.8) aşkar olunur. Bunu anamnestik məlumatlar – “kTM” publik hüquqi şəxsində “B/b travmatik xəstəliyi nəticəsində yaranan davranış pozuntuları F07.8” diaqnozu ilə qeydiyyatda olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamələtlər – kontakta çətin daxil olması, emosional qeyri-sabitliyi, təfəkküründə məsuldarlığın zəifləməsi, mühakimələrin primitivliyi, davranışının qeyri-sabitliyi və sair sübut edir. Nəticədə yoxlanılan şəxs İddiaçı Baş-beynin üzvü xəstəliyi nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, nəzərəçarpan ağıl zəifliyi və kəskin davranış pozuntuları, tez-tez dekompensasiyalarla F(07.8) aşkar olunur. Hazırkı işin hallarından göründüyü kimi, iş üzrə iddiaçının hüquqi marağı ona əlillik dərəcəsinin təyin edilməsindən imtinanın əsassız hesab edilməklə ona əlillik dərəcəsinin təyin edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul edilmiş “diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qərarı qanunsuz və əsassız olmuşdur. Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının daha əvvəllər 8 il 2ci dərəcə əlilliyi olmamış, əlillik vəziyyəti sonuncu dəfə G00069697DQS nömrəli forma 88 (göndəriş) əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilərək “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beyinin üzvi xəstəliyi nəticəsində ifadəli şəxsiyyət dəyişkənliyi, nəzərə çarpan ağıl zəifliyi və kəskin davranış pozuntuları, tez-tez dekompensasiyalarla.” diaqnozunun “Əlavə müalicəyə ehtiyacın olması, Xəstənin ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunmağa ehtiyacı var” əsası ilə imtina edilmişdir. Halbuki, iş materiallarında olan iddiaçı barəsində tibb müəssisələri tərəfindən tərtib edilmiş xəstəlik vərəqələrindən, iddiaçıya təyin edilmiş əvvəlki əlillik dərəcələrindəki diaqnozlardan və iş materiallarına əlavə olunmuş ekspert rəylərindən də göründüyü kimi, İddiaçı “Baş-beynin üzvü xəstəliyi nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, nəzərəçarpan ağıl zəifliyi və kəskin davranış pozuntuları, tez-tez dekompensasiyalarla F(07.8)” müəyyən edilir. Anamnestik məlumatlar – tibb müəssisəsində“B/b travmatik xəstəliyi nəticəsində yaranan davranış pozuntuları F07.8” diaqnozu ilə qeydiyyatda olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamələtlər – kontakta çətin daxil olması, emosional qeyrisabitliyi, təfəkküründə məsuldarlığın zəifləməsi, mühakimələrin primitivliyi, davranışının qeyri-sabitliyi və sair bu halı sübut edir. Əlavə olaraq məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tibbi ekspertizalarının T201/2025 saylı və 2309 nömrəli rəylərində iddiaçıda “Baş-beynin üzvü xəstəliyi nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, nəzərəçarpan ağıl zəifliyi və kəskin davranış pozuntuları, tez-tez dekompensasiyalarla F(07.8)” diaqnozunun müəyyən edildiyi qeyd edilmişdir ki, sözügedən diaqnozda göstərilən xəstəliklərin həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapması sübuta yetirilmişdir. Məhkəmə kollegiyası rəylərin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrıayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə kollegiyası ekspert rəylərini məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edildiyindən, digər sübutlarla dəstəkləndiyindən iş üzrə mötəbər sübut qismində qiymətləndirir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, oxşar işlər üzrə məhkəmə praktikası ondan ibarətdir ki, məhkəmə araşdırmaları zamanı iddiaçıya əllillik təyin edilməsi öhdəliyi müəyyən edilərkən həmçinin orqanizmin funksiyalarının pozulması faizi və müddətinin müəyyən edilməsi istiqamətində də araşdırma aparılır. Əlbəttə ki, bu, yalnız iddiaçının hüquqi marağı həddində həyata keçirilir. İş materiallarından da göründüyü kimi ekspertlər tərəfindən onun səlahiyyətlərinə aid olmaması səbəbindən qarşısına qoyulmuş iddiaçıda orqanizmin funksiyalarının pozulması faizi və müddətinin müəyyən edilməsi barədə sualları cavablandırmamışdır. Apellyasiya baxışı zamanı qeyd edilən məqamların ətraflı araşdırılması həyata keçirilmişdir. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə uyğun xidməti vəzifədən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım göstərərək iddiaçının hüquqi marağının nəyə yönəldiyini bir daha dəqiqləşdirmişdir. İddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsində 28 yanvar 2023-cü il tarixli sonuncu göndəriş nəzərə alınmaqla ona orqanizmin funksiyalarının pozulmasının 65-80% qeyd olunmaqla 2 il müddətinə əlillik təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. Diqqətə çatdırılmalıdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şəxsin sağlamlıq vəziyyəti ilə bağlı faktiki halların müəyyənləşdirilməsində mülahizə sərbəstliyi (qiymətləndirmə azadlığı) vardır. Bununla da inzibati orqan işin faktiki vəziyyətinin qiymətləndirilməsini həyata keçirir, yəni qəbul ediləcək inzibati aktın səbəb ünsürünü müəyyən edir. Bu hal mövcud qanunvercilikdə inzibati orqanın qiymətləndirmə azadlığı kimi qəbul edilir. İnzibati orqanın qiymətləndirmə azadlığına malik olduğu hallarda İPM-in 73.3-cü maddəsinə əsasən məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilmir. Başqa sözlə, bu kimi hallarda daha çox İPM-in 73.2-ci maddəsində nəzərdə tutulmuş prosessual institutdan (məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən müvafiq inzibati aktın qəbul edilməsi öhdəlinin qoyulmasına dair) istifadə edilir. Bununla bağlı qeyd etmək lazımdır ki, İPM-in 73.3-cü maddəsində söhbət məhkəmənin “bir qayda olaraq” iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməməsindən gedir. Bu, o anlama gəlir ki, məhkəmə istisna hallarda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edə bilər. Başqa sözlə, inzibati orqanın diskresion səlahiyyətə və qiymətləndirmə azadlığına malik olduğu hallarda məhkəmə işin xüsusiyyətlərindən (hallarından) asılı olaraq yalnız bir hakimiyyət tədbirini yararlı, zəruri və mütənasib hesab edərsə, iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edə bilər. Bununla belə məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırda qüvvədə olan qanunvericilik normalarına əsasən xəstəliyin şəxsdə özü-özlüyündə mövcud olması əlillik təyinatının aparılması üçün kifayət etmir, mütləq şəxsdə ağırlaşmaların mövcudluğu müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş və hazırda da qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na əsasən orqanizmin funksiyalarının pozulması 30 faizdən (ayrı-ayrı xəstəliklər üzrə müxtəlif faiz göstəricisi olmaqla) yuxarı olduqda əlillik təyinatının aparılması mümkün hesab edilir. Göründüyü kimi hazırki diaqnoz üzrə minimum 35 faiz orqanizm pozulması müəyyən edilməlidir ki, müvafiq xəstəliklər əlillik təyinatına əsas versin. Hazırkı mübahisə üzrə mövcud tibbi sənədlər və ekspert rəyindən aydın olur ki, şəxsdə üzvi mənşəli şəxsiyyət pozuntusu XBT-10 kodu F07.0 mövcuddur. Sözügedən Meyarlara diqqət edilsə: 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)- orqanizmin funksiyalarının pozulmasının 35-60 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. Meyarlardan da aydın olur ki, 7.6.2-ci bəndə qeyd edilən xəstəlik məhz 7.6.2.1 və 7.6.2.2-ci bəndlərdə göstərilən qiymətləndirmələr çərçivəsində əlilliyin təyininə əsas verir. Sırf qeyd edilən xəstəlik üzrə orqanizmin funksiyalarının ən azı 35 faiz pozuntusu müəyyən edilməlidir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması, iddiaçıya təyin edilmiş diaqnozun Əlilliyin müəyyən olunması Meyarlarında hansı xəstəliyə uyğun olması və orqanizmin funksiyalarının neçə faiz pozulmasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasına məktub ünvanlanaraq Azərbаycаn Respublikаsı Səhiyyə Nаzirliyi Məhkəmə-Tibbi Ekspertizа və X6 Publik Hüquqi şəxsinə məktub ünvanlanaraq T 201/2025 saylı ekspert rəyini imzalamış ekspert X1 və Azərbаycаn Respublikаsı Səhiyyə Nаzirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə məktub ünvanlanaraq 2309 saylı ekspert rəyini imzalamış ekspert X2 məhkəmə iclasında iştirakının təmin edilməsi xahiş olunmuşdur. Apellyasiya baxışı zamanı videokonfrans vasitəsilə iclasa qoşulmuş ekspert X3 ifadəsində qeyd etmişdir ki, şəxsdə olan xəstəliklə bağlı ətraflı, izahedici məlumatı məhkəmə psixiatrik ekspertiza mərkəzinin ekspertləri verə bilər, çünki onların ixtisas sahəsinə aid olan xəstəlikdir. Lakin bildirmişdir ki, müayinə zaman şəxs qeyri-adekvat hərəkətlər edirdi, əqli geriliyi də vardı, onunla kontakta girə bilməmiş, o, şəxsə hər hansı suallar verə bilməmişdir. Həmçinin sözü gedən şəxsin kənar şəxsin köməyinə də ehtiyacı olduğunu da qeyd etmişdir. Apellyasiya baxışı zamanı videokonfrans vasitəsilə iclasa qoşulmuş ekspert X4 ifadəsində qeyd etmişdir ki, şəxs müayinədə olan zaman qeyri-adekvat hərəkətlər etmiş, verilən sualları dərk edə bilməmiş, sualları cavablandıra bilməmişdir. Həmçinin bildirmişdir ki, şəxsin hərəkətlərində impulsivlik, davranış pozuntvar idi, yəni birdən-birə gözlənilməz, aqresiv hərəkətlər edirdi. Şəxsi gigiyenaya laqeydlik aydın müşahidə olunurdu. Kənar şəxsin köməyinə, müşahidəsinə ehtiyacı vardır. Məhkəmə kollegiyası qeyd edilənlərlə yanaşı diqqətə çatdırır ki, iddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak edərkən qeyri-adekvat hərəkətlər etmiş, ümumiyyətlə kontakta daxil olmamış, məhkəmə tərəfindən suallar ünvanlanması mümkün olmamış, kənar şəxsin köməyi ilə iclas zalında əyləşmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəliklərdən (üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0) əziyyət çəkməsi işin mübahisəsiz halı olmaqla xəstəlik tarixindən Çıxarışlarında öz təsdiqini tapmış, həmin tibbi göndəriş həkim müayinəsinə əsaslanmışdır. İddiaçı qeyd edilən xəstəliklərlə bağlı illər ərzində mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində müayinə və müalicələrdə olmuş, həmin müayinənin nəticəsi digər tibb müəssisələri tərəfindən də təsdiqlənmişdir. İddiaçının həmin xəstəliklərdən uzun müddət əziyyət çəkməsi işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, hazırki mübahisə üzrə xüsusi diqqət yetirilməli olan digər bir məsələ əlilliyin təyinat tarixinin müəyyənləşdirilməsi ilə bağlıdır. Nəzərə alınmalıdır ki, əlillik təyinatı göndərişin tarixi nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin dəyişdirilməsinə dair ərizəsini nəzərə alaraq qeyd edir ki, şəxsə əlillik statusunun verilməsinin təmin edilməsi sonuncu xx.xx.2023-cü il tarixli göndəriş nəzərə alınmaqla müəyyən olunmalıdır. Belə ki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə əsasən əlilliyin təyinat tarixini inzibati orqan göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. Beləliklə, iş materiallarına əlavə edilmiş müxtəlif tibb sənədlərindən, ekspert rəylərindən, Forma 88 (tibbi göndərişin) status localis hissəsindən, həmçinin həkimmütəxəssisin və ekspertin ifadələrindən aydın olur ki, iddiaçıda olan xəstəlik Meyarların 7.6.2.2-ci bəndinə uyğun gəlir, yəni orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulması halı mövcuddur. Meyralara əsasən də həmin pozuntu halında əlillik təyinatı 2 illik müddətə aparılır. İddiaçının da hüquqi marağı məhz orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulması müəyyən edilməklə 2 il müddətə əlillik təyinatının aparılmasından ibarətdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli 2-1(112)-223/2025 nömrəli qərarı dəyişdirilməli, iddia dəqiqləşdirilmiş formada təmin edilməklə iddiaçıya 28 yanvar 2023-cü il tarixli sonuncu göndəriş nəzərə alınmaqla ona orqanizmin funksiyalarının pozulmasının 65-80% qeyd olunmaqla 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli 2-1(112)-223/2025 nömrəli qərarı dəyişdirilsin. İddiaçı xx.xx.1981-ci il təvəllüdlü İddiaçı 28 yanvar 2023-cü il tarixli sonuncu göndəriş nəzərə alınmaqla ona orqanizmin funksiyalarının pozulmasının 65-80% qeyd olunmaqla 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar