Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-416/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “öz arzusu ilə ehtiyata buraxılma” tələbinə dair Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinin (öz arzusu ilə) tələblərinə uyğun olaraq onun ehtiyata buraxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2009-cu ildə Azərbaycan Tibb Universitetinə daxil olmuş, ## #### 2013-cü ildə avadanlıq xidmətə qəbul olunaraq hərbi xidmətini kursant qismində Hərbi Tibb Fakültəsində davam etdirmişdir. Müdafiə nazirinin ## #### 2015-ci il tarixli, **** nömrəli əmrinə əsasən ona R rütbəsi verilərək, kadr zabit kimi xidmətə başlamışdır. Hazırda da Mövcud Tibb tabeçiliyə olan Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Patoloji Anatomiya bölməsinin məhkəmətibb eksperti (patoloqanatom) vəzifəsində R rütbəsində xidmətini davam etdirir. Zabit kimi xidmətinin 10 ili ## #### 2025-ci il tarixində tamamlanmışdır. ## #### 2025-ci il tarixdə kadr zabit kimi xidmətinin 10 ilinin tamam olması ilə əlaqədar ordu sıralarından tərxis olunaraq ehtiyata buraxılmağı məqsədi ilə ## ##### 2025-ci il tarixdə raportla komanda üzrə xidmət etdiyi mərkəzin rəisinə müraciət etmiş və raportu həmin tarixdə 1678 daxil olan nömrə ilə qeydiyyata alınaraq Müdafiə Nazirliyi Tibb idarəsinə göndərilmişdir. ##.##.2025-ci il tarixdə Müdafiə Nazirliyi Tibb idarəsindən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə daxil olmuş Tibb idarəsi rəisinin vəzifəsini icra edən R Anar Ismayılov tərəfindən imzalanmış ##.##.2025-ci il tarixli **/**** nömrəli məktuba əsasən, onun tərxis olunaraq ehtiyata buraxılmaq haqqında raportu icra olunmadan geri qaytarılmışdır. Belə ki, rəsmi müraciətindən 35 gündən çox müddət keçməsinə baxmayaraq indiyə kimi ehtiyata buraxılmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçı ## #### 2013-cü il tarixdən təhsilini Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində dinləyici kimi davam etdirmiş, ## #### 2015-ci il tarixdən Azərbaycan Ordusu sıralarında N nömrəli hərbi hissənin tibb məntəqəsinin həkimi vəzifəsində R hərbi rütbəsində xidmətə başlamış və rezidentura təhsilinə qədər ordu sıralarında zabit kimi xidmətdə olmuşdur. Bundan sonra iddiaçı ## ######## 2018-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və ## ####### 2020-ci il tarixdə təhsilini bitirərək müvafiq əmrə əsasən N nömrəli hərbi hissə komandirinin sərəncamına verilmiş, ## ###### 2020-ci il tarixədək komandirinin sərəncamında olmuş və həmin tarixdən ## ###### 2021 -ci il tarixdə yenidən rezidentura təhsilini davam etdirmişdir. Həmçinin, ## ###### 2021-ci il tarixdən hal-hazırki tarixədək Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin tabeliyində xidmətdədir. Iddiaçı 2 il 1 ay 9 gün müddətində rezidentura təhsildə olmuş və onun 10 il zabit kimi Azərbaycan Ordusunda xidməti olmamış, belə ki, onun hal-hazırda Azərbaycan Ordusunda zabit kimi xidməti 7 il 10 ay təşkil edir və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə ehtiyata buraxılması üçün yuxarı komandanlığa müraciəti əsassızdır. O, 10 il zabit kimi Azərbaycan Ordusundan tərxis olunması hüququnu əldə etməmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1997-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində hərbi qulluqçuların öz arzusu ilə ehtiyata buraxılması hüququ açıq şəkildə nəzərdə tutulmuşdur. Lakin birinci instansiya məhkəməsi bu normanın mahiyyətini və hüquqi məzmununu düzgün şərh etməmiş, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin tələblərini ciddi şəkildə pozaraq, sonradan 2024-cü ildə bu Əsasnaməyə edilmiş dəyişikliyi ağırlaşdırıcı halda zamana münasibətdə əsassız olaraq geriyə tətbiq etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə istinad edərək göstərmişdir ki, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qərarında qeyd edilmişdir ki, hazırki iş üzrə mübahisəli hüquq münasibəti iddiaçının rezidentura təhsili aldığı dövrdə deyil, məhz onun öz arzusu ilə ehtiyata buraxılmaq üçün cavabdehə müraciət etdiyi vaxt yaranmışdır. Halbuki, onun rezidentura təhsil müddəti 2018-2021-ci illəri əhatə etmiş və həmin dövrdə qüvvədə olmuş maddi hüquq normasına (“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi) əsasən rezidentura təhsil müddəti onun Azərbaycan Ordusunda R hərbi rütbəsində zabit kimi həqiqi hərbi xidmətkeçmə müddətinə daxil olmaqla birlikdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində göstərilən 10 il müddətə daxil olmuşdur. O, həmin dövrdə zabit kimi bütün növ təminatlara, o cümlədən pul təminatına qoyularaq müvafiq pul təminatı (maaş) almışdır. Odur ki, məhkəmənin onun rezidentura təhsilini başa vurduqdan 2 il sonra qanunvericiliyə edilmiş dəyişikliyin özündən əvvəlki dövrə şamil etməsi qanunsuz olmuşdur. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə edilmiş yeni dəyişiklikdə özündən əvvəlki dövrə şamil olunmasına dair hər hansı bir müddəa yoxdur. Başqa sözlə, cavabdeh inzibati orqanın həmin dəyişiklik əsasında onun zabit kimi xidmətkeçmə müddətinin yenidən hesablamaq öhdəliyi meydana gəlməyib. Deməli, cavabdehin belə bir tələblə çıxış etmək hüququ da yoxdur. Odur ki, məhkəmənin və cavabdeh inzibati orqanın zamana münasibətdə bu Əsasnamədən irəli gəlməyən bir öhdəliyi təsis edib və ona şamil etməsi qanunsuzdur. Bu qənaət hüquq normalarının mahiyyətinə və konstitusion prinsplərə ziddir. 2024-cü ildə həmin maddəyə əlavə edilmiş qeyd hissəsi iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran yeni məhdudiyyətlər müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vll hissəsinə əsasən şəxsin hüquqi vəziyyətini ağırlaşdıran qanunların geriyə qüvvəsi yoxdur. Bu baxımdan, qanuna 2024-cü ildə edilmiş dəyişikliyin 2021-ci ildə qazanılmış olduğu hüququnu (rezidentura təhsil müddətinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində göstərilən 10 il müddətə daxil olmasını) pozaraq ona şamil edilməsi yolverilməzdir. Bundan əlavə, iddiaçının “hüquqi gözlənti” prinspi pozulmuşdur. Iddiaçı rezidentura təhsilini bitirdiyi dövrdə mövcud olan qanunvericiliyə əsaslanaraq təhsil müddətinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində göstərilən 10 il müddətə daxil olmasını əsas götürərək öz arzusu ilə ehtiyata buraxılma hüququndan istifadə edəcəyinə legitim gözləntiyə malik olmuşdur. Sonradan qəbul edilmiş normanın bu gözləntini pozacaq şəkildə tətbiqi “hüquqi sabitlik” və “ədalətlilik” prinsplərinə ziddir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vll hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda da mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Buradan belə nəticəyə gəlinir ki, 2024-cü ildə qanunvericiliyə edilmiş dəyişiklik əvvəlki təhsil münasibətlərinə deyil, 2024-cü ildən sonra yaranmış təhsil münasibətlərinə şamil edilməlidir. O, həqiqi hərbi xidmətə daxil olduğu zaman, eləcə də rezidentura təhsilinə başladığı zaman, həmçinin rezidentura təhsilini bitirdiyi dövrdə onun 10 il zabit kimi xidmət etmək öhdəliyim olmuşdur. Cavabdeh- Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun qanuni müraciətinə baxmayaraq, ehtiyata buraxılma ilə bağlı qanunvericiliyə 2024-cü ildə edilmiş dəyişikliyi bəhanə edərək qanuni inzibati qərar qəbul etməmişdir. Bu hal isə özlüyündə “Inzibati icraat haqqında” Azərbaycan RespublikasıQanununun tələblərinə, inzibati orqanın qanunla müəyyən edilmiş vəzifələrinə ziddir. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin bu hərəkətsizliyinə lazımi hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilən sübutları və arqumentləri tam və obyektiv araşdırmamış, yalnız cavabdehin mövqeyinə üstünlük vermişdir. Həmin dövrdə R hərbi rütbəsində həqiqi hərbi xidmətdə olmaqla bütün növ təminatlarda, o cümlədən pul təminatında olmuş, Hərbi Tibb Fakültəsində fakültə üzrə növbətçi kimi fəaliyyət göstərmiş, Müdafiə Nazirliyinin Işlər Idarəsinin Tibb Məntəqəsində növbətçi həkim kimi xidmət etmiş, üzərinə düşən tədrisdənkənar bütün xidməti öhdəlikləri və vəzifələri yerinə yetirmişdir. Yəni təhsil müddətində həqiqi hərbi xidməti dondurulmayıb, onun təhsil aldığı dövr fəal hərbi xidmətlə paralel aparılmış və hüquqi baxımdan da xidmət stajının davamı olmuşdur. Belə ki, bu təhsil müddəti ad baxımından təhsil dövrü olub, faktiki olaraq isə hərbi xidmətin ayrılmaz hissəsi kimi həyata keçib. Onun tərəfindən məhkəməyə yazılı qaydada ## #### 2025-ci il tarixli etiraz, ## #### 2025-ci il tarixli məlumat, ## ####### 2025-ci il tarixli ərizə, ## ###### 2025-ci il tarixli mülahizə və ## ###### 2025-ci il tarixli ərizə təqdim edilmiş, məhkəmə qərarında qeyd edilən sübutlara münasibətdə tərəfindən təqdim edilmiş sübutlara hüquqi mövqe bildirməmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Iddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. IPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən müraciətə cavab verilmədiyindən məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: - 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. - 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində on illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. - 22-ci maddəsinin 2-ci bəndinə əsasən Müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: - 37.1-ci maddəsinə əsasən aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.4. müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün. - 40.3-cü maddəsinə əsasən zabitlər, Rlər və Rlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 41-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma: 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X2”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Qanunun 41.0.9-cu maddəsində nəzərdə tutulmuş müddətə daxil edilmir. (## ###### 2023-cü il tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 41-ci maddəyə yeni məzmunda “Qeyd” hissəsi əlavə edilmişdir) Azərbaycan Respublikasının # ####### 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir. (## ###### 2023-cü il tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 156-cı maddəyə yeni məzmunda “Qeyd” hissəsi əlavə edilmişdir)
Apellyasiya şikayətinin dəlillərinə münasibət:
Hazırkı inzibati işin hallarından müəyyən edilir ki, iddiaçı ##.##.2015-ci ildə ordu sıralarında zabit kimi hərbi xidmətə başlamışdır. O, ##.##.2018-ci ildən ##.##.2020-ci ilədək, həmçinin ##.##.2020-ci ildən ##.##.2021-ci ilədək (ümumilikdə 3 il) rezidentura təhsili almışdır. Iddiaçı zabit heyəti vəzifəsində 10 ildən artıq xidmət etdiyinə istinad edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrindən öz arzusu ilə ehtiyata buraxılması barədə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan isə iddiaçının iddia tələbinin təmin olunmasından imtina edərək iddiaçıya ünvanlanan imtina məktubunda iddiaçının rezidentura təhsili aldığı dövr onun ümumi xidmət dövründən çıxıldıqda iddiaçının hərbi xidmət dövrü təxminən 7 il təşkil edir ki, bu onun öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması üçün kifayət deyildir. Iddiaçının iddia tələbinin əsası və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, qanunvericilikdə müvafiq dəyişiklik 2024-cü ildə edildiyindən və o, həmin dövrdən əvvəl (2018-2021-ci illər arası) rezidentura təhsili aldığından qeyd olunan dəyişiklik ona şamil edilə bilməz. Kollegiya cavabdeh inzibati orqanın imtinasını və müvafiq olaraq iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Bununla bağlı kollegiya iş materiallarına əlavə edilmiş sənədləri - birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Cavabdeh Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin ##.##.2025-ci il tarixli cavab məktubu ilə məhkəməyə ünvanladığı iddiaçının hərbi xidmətə qəbulu, xidmət illəri barədə məlumat və təxris olunması ilə bağlı müraciəti ilə bağlı sənədləri nəzərdən keçirir: - ##.##.2025-ci il tarixli arayışa əsasən iddiaçı ##.##.2013-ci ildən ##.##.2015-ci ilədək ATU HTF nömrəli hərbi hissənin dinləyicisi, ##.##.2015-ci ildən ##.##.2017-ci ilədək N nömrəli hərbi hissənin Tibb məntəqəsinin (20 çarpayılıq) həkimi, ##.##.2017-ci ildən ##.##.2018-ci ilədək N nömrəli hərbi hissənin Tibb məntəqəsinin həkimi, ##.##.2018-ci ildən ##.##.2020-ci ilədək ATU HTF-D nömrəli hərbi hissənin Rezidentura və təkmilləşdirmə kursunun rezidenti, ##.##.2020-ci ildən ##.##.2020-ci ilədək N nömrəli hərbi hissənin Hərbi hissə komandirinin sərəncamında, ##.##.2020-ci ildən ##.##.2021ci ilədək ATU HTF-D nömrəli hərbi hissənin Rezidentura və təkmilləşdirmə kursunun rezidenti, ##.##.2021-ci ildən ##.##.2022-ci ilədək MTE və PAM nömrəli hərbi hissənin Gəncə regional məhkəmə-tibbi ekspertiza bölməsinin məhkəmə-tibb eksperti, ##.##.2022-ci ildən isə MTE və PAM nömrəli hərbi hissənin Patoloji anatomiya bölməsinin məhkəmətibb eksperti (patoloqanatom) kimi Silahlı Qüvvələrdə Hərbi Xidməti olmuşdur. O, HTF rəisinin ** nömrəli ##.##.2013-cü il tarixli əmri ilə “kursant”, Azərbaycan Respublikası Müdafiə nazirinin **** nömrəli ##.##.2015-ci il tarixli əmri ilə “R”, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ***r nömrəli ##.##.2018-ci il tarixli əmri ilə “R”, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ***r nömrəli ##.##.2022-ci il tarixli əmri ilə “R” hərbi rütbəsini almışdır. - Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi rəisinin ##.##.2013-cü il tarixli ** nömrəli əmrindən çıxarışa əsasən 2013/2014-cü tədris ili üçün adları çəkilən (siyahıda İddiaçı da var) Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsinin 5-ci kurs kursantları ##.##.2013-cü il tarixdən bütün növ təminatlara qoyularaq, ilkin təlim – toplanışa cəlb edilmişdir. - N nömrəli hərbi hissə komandirinin ##.##.2015-ci il tarixli *** nömrəli əmrindən çıxarışa əsasən R İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin ## #### 2015-ci il tarixli **** nömrəli əmri ilə tibb məntəqəsinin həkimi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün Bakı şəhəri, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsindən gəlmiş hesab olunmuş, ## #### 2015-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilmiş və vəzifəsinin icrasına başlamışdır. - N nömrəli hərbi hissə komandirinin ##.##.2017-ci il tarixli *** nömrəli əmrindən çıxarışa əsasən R İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin Birinci Müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ## ### 2017-ci il tarixli **** nömrəli əmri ilə tibb məntəqəsinin həkimi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Ağcabədi rayonu) gəlmiş hesab edilmiş, ## #### 2017-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. - ##.##.2025-ci il tarixli çıxarışa əsasən iddiaçı həmin tarixdə cavabdehin “qaynar xətt” telefon nömrəsinə zəng etməklə müraciət edərək ordu sıralarından ehtiyata buraxılması məsələsində köməklik göstərilməsini xahiş etmişdir. - Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakütləsinin rəisinin ##.##.2018-ci il tarixli *** nömrəli əmrindən çıxarışa əsasən 2018/2019-cu tədris ili üçün baza ali tibb təhsili əsasında Rezidenturaya qəbul olunmuş və qeydiyyatdan keçmiş Azərbaycan Respublikası Müdafiə nazirinin ## ######## 2018-ci il tarixli **** nömrəli əmri ilə Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsinin rezidenturasının İ kurs rezidentləri siyahısına daxil edilmiş aşağıda adları çəkilən zabitlər (siyahıda İddiaçı adı var) gəlmiş hesab edilmiş, ## ######## 2018-ci il tarixdən fakültənin rezidentləri siyahısına, bütün növ təminatlara daxil edilmişlər. - Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakütləsinin rəisinin ##.##.2020-ci il tarixli *** nömrəli əmrindən çıxarışa əsasən Azərbaycan Respublikası Müdafiə nazirinin ## ####### 2020-ci il tarixli **** nömrəli əmrinə əsasən döyüş əməliyyatları ilə əlaqədar adları çəkilən zabitlər (siyahıda İddiaçı adı var) döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifələrinə qaytarılmaqla və vəzifə maaşı saxlanılmaqla müvafiq hərbi hissə komandirlərinin sərəncamına göndərilmişdir. - Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakütləsinin rəisinin ##.##.2020-ci il tarixli *** nömrəli əmrindən çıxarışa əsasən Azərbaycan Respublikası Müdafiə nazirinin ## ####### 2020-ci il tarixli **** nömrəli şəxsi heyət üzrə əmrinə əsasən, döyüş əməliyyatları ilə əlaqədar (döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifələrinə qaytarılmaqla və vəzifə maaşı saxlanılmaqla) N nömrəli hərbi hissədən komandirinin sərəncamına göndərilmiş Hərbi Tibb Fakültəsinin adları qeyd edilən rezidentləri (siyahıda İddiaçı adı var) Azərbaycan Respublikası Müdafiə nazirinin ## ###### 2020-ci il tarixli ***** nömrəli əmrinə uyğun olaraq əvvəlki vəzifələrinə qaytarılmış və ## ###### 2020-ci il tarixdən vəzifəsinin icrasına başlamışdır. - Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin rəisinin ##.##.2021-ci il tarixli *** nömrəli əmrindən çıxarışa əsasən Müdafiə Nazirinin ## ###### 2021-ci il tarixli ***** nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “v” bəndinə müvafiq olaraq, 2021-ci ilin dekabr ayında Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin rezidentura və təkmilləşdirmə kursunu bitirmiş R İddiaçı, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Gəncə Regional Məhkəmə Tibbi Ekspertiza bölməsinin məhkəmə tibb eksperti vəzifəsinə təyin edilmiş hesab edilmiş və həmin tarixdən şəxsi heyətin siyahısına, Müdafiə Nazirliyi Baş Klinik Hospitalında bütün növ təminatlara daxil edilmiş və vəzifəsini icra etməklə işlərinin qəbuluna başlamışdır. - Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin rəisinin ##.##.2022-ci il tarixli *** nömrəli əmrindən çıxarışa əsasən R İddiaçı, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Gəncə Regional Məhkəmə Tibbi Ekspertiza bölməsinin məhkəmə tibb eksperti, “Hərbi xldmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə müvafiq olaraq (bərabər vəzifəyə), Azərbaycan Respublikası Müdafiə Nazirinin İ müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ##.##.2022ci il tarixli müvafiq nömrəli əmri ilə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Patoloji Anatomiya bölməsinin məhkəmə tibb eksperti (patoloqanatom) vəzifəsinə təyin edilmiş hesab edilmiş, təyin olunduğu vəzifənin qəbuluna və icrasına başlamışdır. Iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş ##.##.2025-ci il tarixli raportdan görünür ki, İddiaçı Patoloji anatomiya bölməsinin rəisinə ##.##.2025-ci il tarixli raportla müraciət edərək “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) əsasən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, lakin hərbi hissə komandiri tərəfindən rəsmi cavab verilməmişdir. Işin faktiki hallarından göründüyü kimi iddiaçı ##.##.2015-ci ildə ordu sıralarında zabit kimi hərbi xidmətə başlamışdır. O, ##.##.2018-ci ildən ##.##.2020-ci ilədək, həmçinin ##.##.2020-ci ildən ##.##.2021-ci ilədək (ümumilikdə 3 il) rezidentura təhsili almışdır. Iddiaçının rezidentura təhsili aldığı dövr onun ümumi xidmət dövründən çıxıldıqda iddiaçının hərbi xidmət dövrü təxminən 7 il təşkil edir ki, bu onun öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması üçün kifayət deyildir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək birinci instansiya məhkəməsinin iddiaçının iddia tələbinə “işə baxılarkən tətbiq edilməli olan hüquq” və “hüquqi gözlənti” prinsiplərinə uyğun qiymət verilməli olması barədə gəldiyi qənaəti düzgün, qanuni və əsaslı sayır. Belə ki, hazırkı inzibati işin materiallarından da görünür ki, iddiaçı öz arzusu ilə ehtiyata buraxılması barədə raportunu ##.##.2025-ci il tarixdə müvafiq komanda üzrə rəhbərliyinə təqdim etmişdir. Ona görə də tərəflər arasında yaranmış mübahisəyə həmin tarixdə qüvvədə olan qanunvericilik norması tətbiq edilməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, yuxarıda istinad olunan qanunvericilik normalarının məzmunundan da göründüyü kimi kadr hərbi qulluqçularının hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması üçün qanunverciliklə bir sıra hallar müəyyən edilmişdir ki, onlardan biri də onların öz arzusu ilə ehtiyata buraxılmalarıdır. Yəni kadr hərbi qulluqçuların öz arzuları ilə ehtiyata buraxılmaları üçün qanunvericilik 10 il xidmət dövrü müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında mübahisəli hüquq münasibəti iddiaçının rezidentura təhsili aldığı dövrdə deyil, məhz onun öz arzusu ilə tərxis edilmək üçün cavabdehə müraciət etdiyi vaxt yaranmışdır. Çünki iddiaçı kadr zabit olaraq hərbi xidmətə başlamışdır. O, xidmətə başladığı vaxt hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmaq üçün zəruri olan yaş və hərbi xidmət dövrləri ilə bağlı tələbləri bilirdi və bunları könüllü surətdə qəbul etmişdi. Iddiaçı ona əsaslana bilməz ki, rezidentura təhsili aldığı vaxt məhz 10 il hərbi xidmət etməklə hərbi xidmətdən ehtiyata buraxılacağını əvvəlcədən planlaşdırmışdı və həmin dövrün öz arzusu ilə ehtiyata buraxılmaq üçün qanunla nəzərdə tutulan müddətə aid edilməyəcəyini bilsəydi, təhsil almazdı. Çünki alınan təhsil iddiaçının bilik səviyyəsinin yüksəldilməsi və karyera irəliləyişi üçün lazımdır və ehtiyata buraxılma məsələləri ilə bilavasitə əlaqəli deyil. Beləliklə, işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçı öz arzusu ilə ehtiyata buraxılması barədə raportunu müvafiq komanda üzrə rəhbərliyinə təqdim etdiyi ##.##.2025-ci il tarixə qanunveciliklə tələb olunan təqvim hesabı ilə azı 10 il zabit kimi xidmət etməmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli