Məhkəmə qərarları › İş №2-1(3-6)-418/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-418/2026

12.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(3-6)-418/2026 12.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İddiaçı Bəşir oğlundan (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Strateji X1rşı “istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyasının vəzifə və rütbəyə görə maaş və xidməti illərə görə əlavələr nəzərə alınmaqla hesablanıb indeksləşdirmə aparılmaqla ödənilməsi″ tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11811/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavbadeh Azərbaycan Respublikasının Strateji X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Strateji X4 Agentliyində zabit heyətində həqiqi hərbi xidmətdə olduğu 1991-2021-ci təqvim illəri üzrə istifadə etmədiyi növbəti məzuniyyətlərə görə ona çatacaq pul kompensasiyasının məbləğinin vəzifə maaşı, rütbəyə görə maaşı və xidmət illərinə görə əlavələr nəzərə alınmaqla hesablanıb, indeksləşdirilmə aparılmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı bildirir ki, o, 1991-2021-ci illərdə Azərbaycan Respublikasının xüsusi dövlət mühafizə orqanlarında zabit heyətində həqiqi hərbi xidmət etmiş və polkovnik-leytenant rütbəsində ehtiyata buraxılmışdır. Həqiqi hərbi xidmətə 1991-ci ildə başladığı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yanında Ali dövlət hakimiyyət və idarəetmə orqanlarının mühafizəsi şöbəsinin adı, fəaliyyət sahəsi və tabelik qaydaları yaradılandan indiyədək dəfələrlə dəyişdirilmişdir. Sonuncu fərmalar ilə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilmiş, onun əsasında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi yaradılmışdır. İddiaçı müvafiq əmrlə Azərbaycan Respublikasının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b" bəndinə müvafiq olaraq (yaşa görə) Şəxsi Mühafizə İdarəsinin Xarici İşlər nazirinin şəxsi mühafizə şöbəsinin böyük mühafizə zabiti VMİE polkovnik-leytenant kimi xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilməklə, şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və hərbi qeydiyyata alınmaqla, Bakı Şəhəri Sabunçu Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə göndərilmişdir. Həmin dövlət orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılanda 1991-2021-ci təqvim illəri üzrə ona istifadə etmədiyi hər ilin növbəti məzuniyyətinə görə pul kompensasiyası hesablanıb ödənilməmişdir. O, hazırkı tələblə müraciət etmiş, bununla bağlı vəsaitin ayrılması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edildiyi bildirilmişdir. İddiaçı bundan sonra Nazirliyə müraciət etmiş, sonucu isə Xidmət tərəfindən müvafiq sənədlər təqdim edilməli olduğu bildirilmişdir. O, yenidən işlədiyi quruma xx.xx.2023-cü il tarixdə müraciət etsə də, nəticə əldə edə bilməmişdir. İddiaçı birinci dəfə Azərbaycan Respublikasının Prezidentinin Təhlükəsizlik Xidmətinə qarşı iddia qaldırmış, məhkəmənin müvafiq qərardadı ilə iddia düzgün olmayan cavabdehə qarşı qaldırıldığı əsası ilə iddiası mümkünsüz sayılmış və yuxarı instansiya məhkəməsi tərəfindən də həmin qərardad qüvvədə qalmışdır. İddiaçı ikinci dəfə Azərbaycan Respublikasının Strateji X1rşı iddia qaldırmış və məhkəmənin müvafiq qərardadı ilə inzibati orqana müraciətinin olmaması əsası ilə iddiası ilə iddiası mümkünsüz sayılmış və yuxarı instansiya məhkəməsi tərəfindən də həmin qərardad qüvvədə qalmışdır. Cavabdeh orqan iddiaya dair hər hansı bir münasibət bildirməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11811/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadında iddianın mümkün sayılmaması ilə bağlı əsaslandırma ondan ibarət olmuşdur ki, iddiaçının hüquqlarının pozulduğu son anı 2007-ci ildə bitmiş və iddiaçı hüquqlarının pozulduğunu bildiyi andan 1 ay müddətində məhkəməyə müraciət etmək hüququndan istifadə etməmişdir. Bu səbəbdən də iddia mümkünsüz hesab edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi qulluqçu qismində həqiqi hərbi xidmətdə olduğu dövr üzrə növbəti məzuniyyətindən istənilən səbəbdən istifadə etmədiyinə görə ona kompensasiyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı hüquqi tənzimləmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2012-ci il tarixli 217 nömrəli və 26 dekabr 2014-cü nömrəli 399 nömrəli qərarları ilə həyata keçirilməyə başlamışdır. Məhkəmənin qəbul etdiyi qərardadda əsaslandığı hallardan biri də ondan ibarətdir ki, iddiaçı iddia ərizəsində ümumi şəkildə 1991-2021-ci illər üzrə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya tələb etsə də, məhkəmə araşdırması zamanı onun məhz həmin dövrlər üzrə əmək məzuniyyələrindən tam istifadə etmədiyi müəyyən edilmişdir. Bununla təsdiq edilir ki, İddiaçı 1993-cü ildən 2007-ci ilə qədər deyil, xx.xx.2021-ci il tarixli əmrlə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılanda məhz həmin tarixədək əmək məzuniyyətlərinə görə kompensasiya ödənilmədiyini zənn etmişdir. Çünki, 1991-2021-ci illər üzrə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiyanın ödənilməsinə dair onun yazılı ərizəsinə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəhbərliyinin xx.xx.2022-ci il tarixli 54/2165 nömrəli cavab məktubunda maliyyə vəsaitinin ayrılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edildiyi, maliyyə vəsaiti ayrıldıqdan sonra xidmət etdiyi illər ərzində istifadə etmədiyi məzuniyyət günləri üçün pul kompensasiyası ilə təmin ediləcəyi bildirilmişdir. Şərh edilən hallara görə iddia müddəti ötürülmüş sayılmamalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilat məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin etməmişdir. Qanunverciliyin tələbləri baxımından məhkəmə kollegiyası iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən əsaslı olduğuna görə, birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilərək iddia tələbinin 2011-ci ildən 2021-ci ilə qədər olan dövr üzrə mahiyyəti üzrə baxılması üçün inzibati iş həmin məhkəməyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəmədə qaldırılan iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq olan və prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) qaydasında, cavabdehliyi qanunvericiliklə müəyyən olunan inzibati orqana qarşı qaldırıldıqda və formal olaraq hüquq və azadlıqların pozulması (müvafiq sübutlar da əlavə edilməklə) əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarında qeyd etmişdir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir (b.b. 1.1;1.4; 2.3). Konkret halda, iddiaçının cavabdehə qarşı “istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyasının vəzifə və rütbəyə görə maaş və xidməti illərə görə əlavələr nəzərə alınmaqla hesablanıb indeksləşdirmə aparılmaqla ödənilməsi″ tələbinə dair hazırkı iddiasının məhkəmə icraatını mümkün edən əsasların mövcudluğu müəyyən olunmur. Belə ki, iddiaçının hazırki hüquqi marağı Azərbaycan Respublikasının Strateji X4 Agentliyində zabit heyətində həqiqi hərbi xidmətdə olduğu 1991-2021-ci təqvim illəri üzrə istifadə etmədiyi növbəti məzuniyyətlərə görə ona çatacaq pul kompensasiyasının məbləğinin vəzifə maaşı, rütbəyə görə maaşı və xidmət illərinə görə əlavələr nəzərə alınmaqla hesablanıb, indeksləşdirilmə aparılmaqla ödənilməsindən ibarətdir. İş materiallarından olan iddiaçının xidmət etdiyi dövr üzrə növbəti əmək məzuniyyətlərinə buraxılaraq istifadə etmədiyi məzuniyyət günləri barədə məlumat cədvəlindən görünür ki,, iddiaçı 1993-cü ildən 2007- ci ilə qədər hər il 15 gün olmaqla, ümumilikdə 225 gün növbəti əmək məzuniyyətindən istifadə etməmişdir. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, sabiq hərbi qulluqçu İddiaçı Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində 1993- 2007-ci təqvim illərində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya ödənilməmişdir. Göründüyü kimi iddiaçı 1993-cü ildən 2007-ci ilə qədər, yəni Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qüvvəyə mindiyi vaxta qədər hər il 15 gün növbəti əmək məzuniyyətlərindən istifadə etməmişdir. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Göründüyü kimi iddiaçının hüquqlarının pozulması ilə bağlı Mülki Prosessual Məcəllənin 2011-ci ilin 30 iyun tarixinədək qüvvədə olan normasına əsasən inzibati orqanların hərəkətlərindən verilən şikayət üçün nəzərdə tutulmuş 1 aylıq müddət ötürülmüşdür. Lakin o da nəzərə alınmalıdır ki, 2011-ci ilin yanvar ayının 1-dən sonra qüvvəyə minmiş İnzibati Prosessual Məcəllədə inzibati orqanların hərəkətlərindən (İPM 2.2.3) şikayət verilməsi üçün prosessual müddət nəzərdə tutulmamışdır. Belə olduğu təqdirdə kollegiya hesab edir ki, iddia tələbinin 2011-ci ilin yanvar ayının 1-dən iddiaçının həqiqi hərbi xidmətdən ehtiyyata buraxıldığı xx.xx.2021-ci ilədək olan dövrü üçün isitifadə edilməyən növbəti məzuniyyətlərə görə nəzərdə tutulmuş pul kompensasiyasının verilməsi məsələsinə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməlidir. Beləliklə də, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyinin tələblərinə lazımi qaydada hüquqi qiymət verilməməsi, əsassız olaraq iddianın 2011-ci ildən 2021-ci ilədək olan dövrü üçün müddətin keçməsi ilə bağlı iddianın mümkün saymaması ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11811/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı qismən ləğv edilməli, iddia tələbinin 2011-ci ildən 2021-ci ilədək isitifadə edilməyən növbəti məzuniyyətlərə görə nəzərdə tutulmuş pul kompensasiyasının verilməsi məsələsinə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməsi üçün inzibati iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11811/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı qismən ləğv edilsin. İddia tələbinin 2011-ci ildən 2021-ci ilədək isitifadə edilməyən növbəti məzuniyyətlərə görə nəzərdə tutulmuş pul kompensasiyasının verilməsi məsələsinə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməsi üçün inzibati iş birinci instansiya məhkəməsinə geri qaytarılsın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11811/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı digər hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardadın dəyişdirilmədən qüvvədə saxlanılan hissəsindən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar