Məhkəmə qərarları › İş №2-1(3-6)-419/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-419/2026

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-419/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı Iddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ekologiya X2 Nazirliyinə və Azərbaycan Respublikasının Ekologiya X2 Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinə qarşı “pul mükafatının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVIRI HISSƏ: Iddiaçı Iddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ekologiya X2 Nazirliyinə və Azərbaycan Respublikasının Ekologiya X2 Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2013-cü il tarixində qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## ####### tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması” Qaydalarına əsasən pul mükafatının müəyyən edilərək iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Iddiaçı, uzun illər Azərbaycan xalqına geoloq kimi xidmət etmiş, neçə-neçə qiymətli X4 kəşfində misilsiz əməyi olmuş, mərhum Çələbi Həsən Əmir oğlunun həyat yoldaşıdır. Azərbaycan Respublikası Ekologiya X2 Nazirliyinin ***/ü saylı ##.##.2013- cü il tarixli əmrinə əsasən həyat yoldaşı mərhum Çələbi Həsən Əmir oğluna “xxxxnın kəşfçisi” statusu verilmişdir. Və bunun əsasında da Çələbi Həsən Əmir oğluna, nazirliyin ##.##.2013-cü il tarixli ** saylı X4 Kəşfçisi sertifikatı verilmişdir. Hal-hazırda “xxxx” X1 şirkəti tərəfindən istismar edilir. Mərhum həyat yoldaşı, Çələbi Həsən Əmir oğlu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## ####### tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması” Qaydalarının 3-cü bəndinə əsasən mükafatlandırılması üçün dəfələrlə Azərbaycan Respublikası Ekologiya X2 Nazirliyinə və Milli Geoloji Kəşfiyyat Xidmətinə müraciət etməsinə baxmayaraq, müraciəti əsassız olaraq təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## ####### tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması” Qaydalarının 7-ci bəndinin tələbinə əsasən, konkret faydalı qazıntı yatağı üzrə pul mükafatının müəyyən olunması və ödənilməsi haqqında qərar Azərbaycan Respublikası Ekologiya X2 Nazirliyi tərəfindən qəbul edilir. ##.##.2018-ci il tarixli və ##.##.2018-ci il tarixli cavab məktublarının surətlərindən də göründüyü kimi, ərizəçinin ərizəsi obyektiv araşdırılmamış və bunun nəticəsi olaraq həyat yoldaşı mərhum Çələbi Həsən Əmir oğlu həmin dövrdə qərarda nəzərdə tutulmuş pul mükafatını ala bilməmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## ####### tarixli *** saylı qərarı icra edilməmişdir. Cavabdehin ##.##.2018-ci il tarixli cavab məktubunda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 1999-cu il *** saylı qərarı ilə təsdiq edilmiş “Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması” Qaydalarına əsasən müfaviq sənədlər təqdim olunduqdan sonra baxılması qeyd edilsə də, cavabdehin ##.##.2018-ci il tarixli cavab məktubunda isə tam fərqli cavab verilmişdir. Cavab məktubundan belə aydın olur ki, “xxxx”nın istismarı ilə məşğul olan təşkilat tərəfindən qeyd olunan prosedurlar həyata keçirildiyi təqdirdə müraciətə yenidən baxılacağı nəzərdə tutulmuşdur. “xxxx”nın istismarı ilə məşğul olan təşkilat tərəfindən hansı prosedurların həyata keçirilməsi ilə bağlı məlumatların əldə edilməsi isə, ərizəçi üçün əl çatan deyil. Göründüyü kim, həmin dövrdə cavabdehlər pul mükafatının verilməsindən əsassız olaraq imtina etmişlər. Həyat yoldaşı Çələbi Həsən Əmir oğlu uzun sürən ağır xəstəlikdən sonra ##.##.2021-ci ildə vəfat etmiş, ona çatacaq pul mükafatının sahibi ola bilməmişdir. Iddiaçı hazırda ağır şəkər xəstəliyindən əziyyət çəkir. Bu mükafata iddiaçının maddi və mənəvi ehtiyacı olduğundan, ##.##.2024-cü il tarixində Azərbaycan Respublikasının Birinci vitseprezidentinə müraciət etmişdir. Həmin müraciətdən sonra iddiaçıya bir neçə dəfə zəng edilmiş və aidiyyəti üzrə poçtdan 550 manat vəsaitin götürülməsi bildirilmişdir. Həmin vəsaitin iddiaçıya maddi yardım kimi göndərildiyini zənn etmişdir. Çünki “Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması” Qaydalarına əsasən mükafatın məbləği kifayət qədər yüksəkdir. ##.##.2025-ci il tarixində yenidən cavabdehlərə müraciət edərək, həyat yoldaşı mərhum Çələbi Həsən Əmir oğluna çatacaq pul mükafatının müəyyən edilərək ona verilməsi barədə qərar qəbul etmələrini xahiş etmişdir. Cavabdehin ##.##.2025-ci il tarixli məktubu ilə imtina verilmişdir. Imtinanın səbəbi kimi, Azərbaycan Respublikası Ekologiya X2 Nazirliyinin 2024-cü il ## ###### tarixli Əmri ilə Çələbi Həsən Əmir oğlunun (ölümündən sonra) 550 (beş yüz əlli) manat məbləğində mükafatlandırılması olmuşdur. Iddiaçının belə bir Əmrdən xəbəri olmamışdır. Cavabdehin ##.##.2025-ci il tarixli məktubunu rəsmi qaydada ##.##.2025-ci il tarixində almışdır. Sübutlardan da göründüyü kimi, Azərbaycan Respublikası Ekologiya X2 Nazirliyinin ***/ü saylı ##.##.2013-cü il tarixli Əmrinə əsasən həyat yoldaşı mərhum Çələbi Həsən Əmir oğluna “xxxxnın kəşfçisi” statusu verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## ####### tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması” Qaydaları ## #### 2021-ci il tarixinə qədər qüvvədə olmuşdur. Buna görə də, iddiaçıya pul mükafatı ##.##.2013-cü il tarixində qüvvədə olmuş “Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması” Qaydalarına əsasən verilməlidir. Iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi, ##.##.2013-cü il tarixində həyat yoldaşı mərhum Çələbi Həsən Əmir oğluna “xxxxnın kəşfçisi” statusu verilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2021-cu il tarixli *** nömrəli Qərarı ilə, Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması” Qaydalarına edilmiş dəyişiklikdən sonra, Azərbaycan Respublikası Ekologiya X2 Nazirliyinin 2024-cü il ## ###### tarixli əmri ilə Çələbi Həsən Əmir oğluna (ölümündən sonra) 550 (beş yüz əlli) manat məbləğində pul mükafatı müəyyən edilmişdir. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, Qaydaların 5-ci hissəsinə əsasən bir nəfərə verilən pul mükafatının miqdarı 550 manatdan çox ola bilməz. Geoloji Kəşfiyyat Agentliyinin 2025-ci il ## #### tarixli məktubundan göründüyü kimi Azərbaycan Respublikası Ekologiya X2 Nazirliyinin 2024-cü il ## ###### tarixli Əmri ilə Çələbi Həsən Əmir oğlu (ölümündən sonra) 550 (beş yüz əlli) manat məbləğində mükafatlandırılmışdır. Həmin məbləğ Çələbi Həsən Əmir oğlunun vərəsəsi Iddiaçı təqdim edilmişdir. Iddiaçı ərziəsində həmin məbləği poçt vasitəsilə əldə etdiyini təsdiq etmişdir. Iddiaçının ##.##.2024-cü il tarixli müraciətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması Qaydaları’’na istinad etmiş və pul mükafatının ona ödənilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçının həmin qaydaların müddəaları ilə tanış olduğu aşkardır və pul mükafatının ödənilməsi barədə müraciətindən sonra poçt vasitəsilə əldə etdiyi 550 AZN məbləğin mərhum ərinin “Çovdar” qızıl yatağının kəşfi ilə əlaqədar olduğu ona məlum olmuşdur. Lakin iddiaçı bu məbləğin ödənilməsi ilə bağlı hər hansı bir etiraz bildirməmiş və məsələni inzibati və ya məhkəmə qaydasında mübahisələndirməmişdir. Bundan başqa iddiaçının vərəsəsi olduğunu bildirdiyi Çələbi Həsən Əmir oğlunun tələb olunan pula dair iddia hüququ ##.##.2013-cü il tarixində yaranmışdır. Lakin nə iddiaçının sağlığında, nə də ölümündən sonra vərəsəlik haqqında şəhadətnamə əldə edildiyi ## ###### 2021-ci il tarixindən bu günədək tələb olunan pulla bağlı məhkəmədə iddia qaldırılmamışdır. Nəticədə hüququn yarandığı tarixdən bu günə qədər 10 ildən artıq müddət keçmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı (hakim S.Qənbərova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad tamamilə qanunsuz və əsassızdır. Mərhum həyat yoldaşı Çələbi Həsən Əmir oğlu vəfat etdiyi ##.##.2021-ci ilə qədər qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## ####### tarixli *** saylı qərarı icra edilmədiyindən, onun vərəsəsi olaraq, həyat yoldaşı kimi dəfələrlə müraciət etməsinə baxmayaraq, sağlığında qəsdən verilməyən pul mükafatını tələb etməkdə haqlı olsa da, hüquqi savadsızlığından istifadə edərək, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2021-ci il tarixli *** nömrəli Qərarı ilə, “Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması” Qaydalarına edilmiş dəyişiklikdən sonra, niyə görə 2013-cü ildə verilməli olan pul mükafatının, 11 il sonra, həm də Çələbi Həsənin ölümündən sonra, Azərbaycan Respublikası Ekologiya X2 Nazirliyinin 2024-cü il ## ###### tarixli əmrinə əsasən verildiyini izah etmədən 550 manat pulu poçt vasitəsilə göndərmişlər. O, həmin pulun mükafat olduğunu bilmədiyindən və həmin vaxt xəstəliyi ilə əlaqədar təcili pul lazım olduğundan, götürüb müalicəsinə xərcləmişdir. Məhkəmə qərardadında qeyd edir ki: “Mərhum H.Çələbinin mükafatlandırılması barədə qərarın qəbul edildiyi ##.##.2024-cü il tarixdə mükafat məbləğinin 550 manatdan çox olması ilə bağlı qanunvericiliyin məhdudiyyəti qüvvədə olmuşdur. Işdən görünür ki, iddiaçı 2024-cü ildə olan deyil, sertifikat verilən 2013-cü ildəki redaksiyaya uyğun ödəniş edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçının həmin tarixdə olan qanunun tətbiqini tələb etmək üçün subyektiv hüququ mövcud deyil”. Onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması Qaydaları”nın tətbiqini tələb etmək üçün subyektiv hüququ mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2021-ci il tarixli *** nömrəli Qərarı ilə, “Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması” Qaydalarına edilmiş dəyişiklikdən sonra, hansı ki, o, ##.##.2024-cü il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə müraciət etdikdən sonra poçt vasitəsilə 550 manat pul vəsatini (həmin zaman xəstəliyi ilə əlaqədar təcili pul lazım olduğundan, mərhum həyat yoldaşına verilməli olacaq pul mükafatı olduğunu zənn etmədən) ona yardım kimi göndərildiyini zənn edib qəbul etmişdir. Sonradan isə “Azərbaycan Respublikası Ekologiya X2 Nazirliyinin 2024-cü il ## ###### tarixli əmri ilə Çələbi Həsən Əmir oğluna (ölümündən sonra) 550 (beş yüz əlli) manat məbləğində pul mükafatı müəyyən edildiyi” barədə məlumat verilmişdir. Ona isə pul verilərkən bunlar izah edilməmiş, əgər izah edilsəydi, əmr göndərilsəydi, həmin pulu qəti olaraq qəbul etməzdi. Iş materiallarından görünür ki, Bakı Inzibati Məhkəməsi qanunsuz, ədalətsiz qərar qəbul etmişdir. Məhz buna görə də, həmin qərardad ləğv olunmalı və iddia əsaslı olduğu üçün təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, cavabdehin mövqeyi qeyri-mötəbər, ziddiyyətli olmuş və buna baxmayaraq əsassız olaraq onun ziyanına qərardad qəbul edilmişdir. Iş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və məhkəmənin gəlmiş olduğu nəticə işin hallarına qətiyyən uyğun gəlmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdehlər nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HISSƏ: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərtinin ödənilməməsi əsası ilə mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bununla əlaqədar iddianın mümkünlüyü ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli, ## ##### 2015-ci il tarixli, Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. IPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. Iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Inzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Iş materiallarında olan sənədlərdən görünür ki: - ** nömrəli ##.##.2013-cü il tarixli sertifikatdan görünür ki, Çələbi Həsən Əmir oğluna Nazirliyin ***/ü saylı ##.##.2013-cü il tarixli əmrinə əsasən “xxxxnın kəşfçisi” statusu verilmişdir. - AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Çələbi Həsən Əmir oğlu ##.##.2021-ci il tarixində ölmüşdür. - Azərbaycan Respublikasının Ekologiya X2 Nazirliyinin ***/ü nömrəli, ##.##.2024cü il tarixli əmrindən görünür ki, Çələbi Həsən Əmir oğlu (ölümündən sonra) “Çovdar” qızıl yatağının kəşfinə görə 550.0 manat məbləğində mükafatlandırılmış, Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 2022-ci il ## ###### tarixli ************* nömrəli (reyestr nömrəsi 2V-9, vərəsəlik işinin nömrəsi V-57/2021) Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Çələbi Həsən Əmir oğlunun vərəsəsinin Iddiaçı olduğu nəzərə alınmışdır. - Azərbaycan Respublikasının Ekologiya X2 Nazirliyi Geoloji Kəşfiyyat Agentliyinin *-**/*-*-****-**/**** nömrəli ##.##.2025-ci il tarixli imtina məktubundan görünür ki, Azərbaycan Respublikası Ekologiya X2 Nazirliyinin 2024-cü il ## ###### tarixli Əmri ilə Çələbi Həsən Əmir oğlu (ölümündən sonra) 550 (beş yüz əlli) manat məbləğində mükafatlandırılmışdır. Çələbi Həsən Əmir oğlunun vərəsəsinin Iddiaçı olduğu nəzərə alınaraq sözügedən mükafat Iddiaçı təqdim edilmişdir. - Azərbaycan Respublikasının Ekologiya X2 Nazirliyi Geoloji Kəşfiyyat Agentliyinin ##.##.2025-ci il tarixli, *-**-**/*-***/**** nömrəli sorğuya cavab məktubundan görünür ki, Çələbi Həsən Əmir oğluna Azərbaycan Respublikası Ekologiya X2 Nazirliyinin 2013-cü il ## ###### tarixli ***/ü nömrəli Əmri ilə xxxxnın kəşfçisi statusu və 2013-cü il ## ####### tarixli ** nömrəli "X4 kəşfçisi” sertifikatı verilmişdir. Vətəndaş Iddiaçı "mərhum həyat yoldaşı Çələbi Həsən Əmir oğlunun xxxxnın kəşfçisi kimi mükafatının ailə üzvlərinə verilməsi barədə” 2024-cü il ## ##### tarixli müraciəti əsasında Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 2022-ci il ## ###### tarixli ************* nömrəli (reyestr nömrəsi 2V-9, vərəsəlik işinin nömrəsi V-57/2021) "Qanun üzrə vərəsəlik hüququ haqqında” şahadətnaməyə əsasən Çələbi Həsən Əmir oğlunun vərəsəsinin Iddiaçı olduğu nəzərə alınaraq Azərbaycan Respublikası Ekologiya X2 Nazirliyinin 2024-cü il ## ###### tarixli ***/ü nömrəli Əmri ilə Çələbi Həsən Əmir oğlu (ölümündən sonra) 550 (beş yüz əlli) manat məbləğində mükafatlandırılmışdır. Çələbi Həsən Əmir oğlunun vərəsəsinin Iddiaçı olduğu nəzərə alınaraq sözügedən mükafat Iddiaçı təqdim edilmişdir Beləliklə, hazırkı işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı Iddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ekologiya X2 Nazirliyinə və Azərbaycan Respublikasının Ekologiya X2 Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinə müraciət edərək ##.##.2013-cü il tarixində qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## ####### tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması” Qaydalarına əsasən pul mükafatının müəyyən edilərək ona ödənilməsini tələb etmişdir. Cavabdeh inzibati orqan tərəfindən imtina verilmişdir. Belə olan halda, iddiaçı cavabdehin bu hərəkət və hərəkətsizliyini məhkəmə qaydasında mübahisələndirmişdir. Iddiaçının iddiasının və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, mərhum həyat yoldaşı Çələbi Həsən Əmir oğluna (ölümündən sonra) 550 (beş yüz əlli) manat məbləğində pul mükafatı müəyyən edilməsi barədə “Azərbaycan Respublikası Ekologiya X2 Nazirliyinin 2024-cü il ## ###### tarixli əmrdən xəbərsiz olmuş, verilmiş pulun ona yardım kimi göndərildiyini zənn edərək qəbul etmişdir, həmin pulun pul mükafatı kimi verilməsinə dair nə izah, nə də əmr təqdim edilməmişdir. Iddiaçı hazırda hesab edir ki, ödənilən mükafatın məbləği düzgün hesablanmamışdır. Iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı mərhum həyat yoldaşının adına verilmiş pul mükafatının məbləği ilə razılaşmaması və həmin mükafatın məbləğinin yenidən düzgün hesablanaraq, yəni 2024-cü ildə olan dəyişikliyə əsasən deyil, həyat yoldaşı mərhum Çələbi Həsən Əmir oğluna “xxxxnın kəşfçisi” statusunun verildiyi ##.##.2013-cü il tarixdə qüvvədə olan redaksiyaya uyğun pul məbləğinin ona ödənilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası ilk öncə nəzərə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması Qaydaları"nın 2013-cü ildə olan redaksiyasına əsasən: - bənd 2. Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması pul mükafatı formasında olub, onlara ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəricilərinə görə sənaye əhəmiyyəti daşıdığı müəyyən edilən X4 aşkar edilməsinə, eləcə də məlum yataqda onun sənaye əhəmiyyətini xeyli artıran əlavə faydalı qazıntı ehtiyatlarının və ya yeni mineralxammalın olmasının elmi cəhətdən əsaslandırılmasına və aşkar edilməsinə görə verilir. - bənd 3. Pul mükafatı faydalı qazıntı yataqlarının sənaye əhəmiyyətindən asılı olaraq, müəyyən olunmuş qaydada təsdiq edilmiş texniki-iqtisadi əsaslandırmaya görə, faydalı qazıntıların və yeraltı suların aşkar edilmiş ehtiyatlarının istismarı nəticəsində bir ildə əldə edilə biləcək mənfəətin 0,5 faizi miqdarında müəyyən edilir. -bənd 5. Bir nəfərə verilən pul mükafatının miqdarı Azərbaycan Respublikası üzrə müəyyən edilmiş minimum əmək haqqının 500 mislindən çox ola bilməz. ##.##.2021-ci il tarixdə bu bəndə dəyişiklik edilmiş və “Azərbaycan Respublikası üzrə müəyyən edilmiş minimum əmək haqqının 500 mislindən” sözləri “550 manatdan” sözləri ilə əvəz edilmişdir. -bənd 7. Konkret faydalı qazıntı yatağı üzrə pul mükafatının müəyyən olunması və ödənilməsi haqqında qərar Azərbaycan Respublikasının Ekologiya X2 Nazirliyi tərəfindən qəbul edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının subyektiv hüquqa malik olmaması ilə bağlı dəlili ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı mərhum ərinin vərəsəsi olaraq ona çatası pul məbləğini tələb etmək hüququna malikdir. Lakin iddiaçı subyektiv hüquqa malik olsa belə, hazırki tələbi mümkün sayıla bilməz. Kollegiya qeyd edir ki, iddiaçının mərhum əri barəsində inzibati orqanın pul mükafatının verilməsi ilə bağlı inzibati aktı olmuşdur. Həmin inzibati aktla məhz hazırkı tələbdə qeyd edilən hallar nəzərə alınmaqla Çələbi Həsən Əmir oğlu (ölümündən sonra) 550 (beş yüz əlli) manat məbləğində mükafatlandırılmışdır. Çələbi Həsən Əmir oğlunun vərəsəsinin Iddiaçı olduğu nəzərə alınaraq sözügedən mükafat Iddiaçı təqdim edilmişdir. Qeyd edilən mükafatlandırma inzibati orqanın əmri (inzibati aktı) ilə müəyyən edilmişdir. Iddiaçının inzibati orqana sonrakı müraciətlərindən və onun səlahiyyətli nümayəndəsi və vəkilinin məhkəmə araşdırmaları zamanı verdiyi izahatlardan aydın olur ki, sözügedən pul mükafatı iddiaçı tərəfindən 2024-cü ilin yay aylarında təhvil alınmış, lakin inzibati akt həmin müddətdən sonra 30 gün ərzində mübahisələndirilməmişdir və ya iddiaçı iddiaçı verilmiş məbləğlə razılaşmayaraq daha yüksək məbləğlə mükafatlandırma barədə inzibati aktın qəbulunu tələb etməmişdir. Hazırda iddiaçı tərəf tələblərinin pul mükafatının müəyyən edilib ödənilməsi ilə bağlı olduğunu və bu tələbin öhdəliyin icrası haqqında iddia olduğunu bildirərək müddət tələbindən yan keçmək istəyir. Mahiyyət etibarilə bu məcburetmə haqqında iddiadır. Göründüyü kimi, iddiaçı verilmiş məbləğlə razılaşmayaraq daha yüksək məbləğlə mükafatlandırma barədə inzibati aktın qəbulunu tələb edir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Işin faktiki hallarından görünür ki, O.Çələbinin 550 manat məbləğində mükafatlandırılması iddiaçıya 2024-cü ilin avqust ayından, vəsaiti əldə etdiyi gündən məlum olmuş, həmin tarixdən qanuni qüvvəsini almış, iddiaçı həmin vaxtdan 1 ilə yaxın müddət keçdikdən sonra hazırkı iddianı qaldırmışdır. Iddiaçı hazırkı tələb ilə ## #### 2025-ci ildə də cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh ##.##.2025-ci il tarixli məktubla müraciəti təmin etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin bu imtinası iddiaçının hazırkı məzmunda iddia qaldırması üçün müddətin başlanğıc tarixi kimi qəbul edilə bilməz. Çünki 2024-ci ildə qəbul edilmiş inzibati akt şəxsə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxsə məlum olduğu andan hüquqi qüvvəyə minir və həmin andan etibarən müəyyən müddət (1 ay və ya hüquqi müdafiə vasitələri barədə məlumat yoxdursa 6 ay) ərzində mübahisələndirilə bilər. Həmin müddət keçdikdən sonra akt qanuni qüvvəsini almaqla, məcburi hüquqi qüvvəyə malik olur. Şəxs 2025-ci ildə müraciət etməklə, əslində məcburi hüquqi qüvvəsini almış ##.##.2024-cü il tarixli aktın hər hansı yeni hal olmadan yenidən araşdırılmasını tələb edir, hansı ki, qanunverici buna yol vermir. Göründüyü kimi, iddiaçı 2024-cü ildə pul mükafatını qəbul etməklə həmin dövrdən cavabdeh orqan tərəfindən qəbul edilmiş inzibati akt barədə məlumatlı olmuşdur. Hazırkı iddia tələbi isə ilk dəfə ##.##.2025-ci il tarixdə məhkəmədə irəli sürülmüşdür. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.

NƏTICƏVI HISSƏ:

Göstərilənlərə əsasən və IPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar