Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-423/2026 02.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin bərpa edilməsi və digər” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçıTofiq oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. *UL*L***** nömrəli, ##.##.2006-cı il tarixli akta əsasən iddiaçıya müayinə zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət. Sağ qamış sümüyünün xroniki osteomieliti. Sağ topuq oynağının postravmatik artrozu. VisOD=0.4” diaqnozu qoyulmuş və ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
2. *******0002 nömrəli, ##.##.2023-cü il tarixli akta əsasən iddiaçıya əlilliyinin təyin edilməsindən onun tam reabilitasiya olunması əsası ilə imtina edilmişdir.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-sosial ekspert komissiyasının *-**-*/*-*- *****/**** saylı, ## #### 2023-cü il tarixli qərarına əsasən iddiaçı barəsində tam reabilitasiya olunma barədə qərar qəbul edilmişdir.
4. Məhkəmənin ##.##.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X2 T**/**** saylı, ##.##.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı qeyd edilən “Diaqnozun mətni: Çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət. Sağ qalmış sümüyünün xroniki osteomieliti. Sağ topuq oynağının posttravmatik artrozu. VisOD=0,4” diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik səviyyəsində olmadığından ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etmək mümkün olmadı.
5. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X2 T***/**** saylı, ##.##.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi məlumatlarında qeyd edilən “Diaqnozun mətni: Çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət. Sağ qamış sümüyünün xroniki osteomieliti. Sağ topuq oynağının posttravmatik artrozu VisOD= 0,4” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin ##.##.2023-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Şəxsin ##.##.2025-ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı hər iki aşağı ətraflarda içəri və bayır topuqlarda çapıqlar, sağ aşıq-baldır oynağında azacıq, sol ayaq barmaqlarında natamam bükmə, yerişin sərbəs olması izlənilmiş, hər iki aşağı ətraflarda atrofıya, parez müşahidə edilməmişdir. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinə zamanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilmiş və ##.##.2025-ci il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona “XBT 10 üzrə kod: Y36.4, M79.5, M86.6, L91, M19, M24.5, R52.2, R26.8- Odlu silah yaralamasından sonrakı vəziyyət. Sağ kürək nahiyəsində yad cisim (metal qəlpə). Sağ qamış sümüyünün xroniki osteomieliti. Sağ qamış sümüyünün aşağı lAnin bitişmiş sınığı. Sağ baldırın çapıq toxuması. Sağ aşıq-baldır oynağının artrozu, ilkin mərhələ. Sağ aşıq-baldır oynağının kontrakturası. Ağrı. Axsama (yerişin pozulması)” diaqnozu qoyulmuşdur. Qərardadın müvafiq yarımbəndlərində göstərilən hallar meyarların təyininə aid olduğundan onların həlli məhkəmə tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həvata keçirilir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun “tam reabilitasiya olunması” barədə qərarın ləğv edilməsi, onun ##.##.2023-cü il tarixdə dayandırılmış əlillik dərəcəsinin bərpa edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin elektron sənəd dövriyyəsi alt sistemində əmək zəmanəti bölümündə “əməyə qadir deyil” sözlərinin * saylı Tibbi sosial ekspert komissiyasının ##.##.2006ci il tarixli, *** nömrəli müayinə aktında qeyd edilən əməyin şəraiti və xarekteri barədə qərarda “adi şəraitdə əmək qabiliyyətsizdir və qısadılmış iş şəraitində hüquqşünas işləyə bilər” sözləri ilə əvəz edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildə hərbi xidmətə könüllü olaraq qatılmış, N nömrəli hərbi hissədə istehkamçı mühəndis (sapyor) olaraq döyüşlərdə iştirak etmişdir. ## #### 1994-cü il tarixdə döyüş tapşırığını yerinə yetiən zamanı minaya düşməsi nəticəsində ağır yaralanmışdır. 1995-ci il tarixdən ona 2-ci qrup əlillik təyin olunmuşdur. Hər il olaraq müalicə almış, lakin sağlamlığı bərpa olunmamış və hər il davamlı alaraq Tibbi sosial ekspert komissiyasının qərarına əsasən bir il müddətli 2-ci qrup əlililk təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyinin * saylıTibbi sosial ekspert komissiyasının SER TSE-01 № ****** arayışında ##.##.2006-ci il tarixli, *** nömrəli müayinə aktına əsasən 2-ci qrup əliliyi müddətsiz kimi müəyyən edilmişdir. Sonuncu ##.##.2006-ci il tarixli müayinə aktında qeyd edilən əməyin şəraiti və xarekteri barədə qərarda “adi şəraitdə əmək qabiiliyyətsizdir və qısadılmış iş şəratində hüquqşünas işləyə bilər” sözləri qeyd edilmişdir. İdiaçı 1996-cı ildə Azərbaycan Universitetinin hüquq fakültəsinə qəbul olunmuş, 2000-ci il də hüquq ixtisası üzrə bakalavr dərəcəsini və 2002-ci il də magistr dərəcəsini almışdır. Səhhətindəki çatışmazlıqları sağalmaz olmaqla yanaşı, müəyyən müddətə əmək fəaliyyəti ilə məşğul olmağa icazə verir. Belə ki, sonuncu ##.##.2006-cı il tarixli müayinə aktında qeyd edilən əməyin şəraiti və xarekteri barədə qərarda “adi şəraitdə əmək qalbiliyyətsizdir və qısaldılmış iş şəraitində hüquqşünas işləyə bilər” sözləri qeyd edilmişdir. Bu isə ona cəmiyyətin bir parçası olma hissini verir. İddiaçı 2000-ci ildən 2005-ci il tarixə kimi Bakı maşınqayırma zavodunda hüquq məsləhətçisi, 2005-ci ildən 2006-cı ilə kimi müəllimlərin Təhkimləşdirmə İnstitunda baş hüquqşunas vəzifəsində işləmişdir. 2006-cı il tarixdən hal hazıradək “Azəriqaz” İB-nin Hüquq Departamentindən böyük hüquq məsləhətçisi vəzifəsində qısaldılmış iş şəraitində işləyir. Lakin işlədiyi müəssisədən ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin elektron sənəd dövrüyəsi alt sistemində əmək zəmanəti bölümündə “əməyə qadir deyil” sözləri qeyd olunduğunu bildirdilər. Bu ziddiyyət aradan qaldırılması üçün ona bir ay vaxt veriilmişdir. Bundan sonra dəfələrlə həmin ziddiyyətin aradan qaldırılması ilə bağlı cavabdehə müraciət etmişdir. ##.##.2023-cü il tarixdə Agentlikdə onun sənədləriylə tanış olmuş və yaralarına baxdıqdan sonra onu göz müayinəsinə göndərmişlər. Göz müayinəsindən keçdikdən sonra ona bu barədə 15 gündən sonra məlumat verəcəklərini bildirmişlər. ##.##.2023-cü il tarixdə onun müraciətinə cavab olaraq tam reabilitasiya olması barədə qərar qəbul edildiyi bildirilmişdir. Ona əliliyə görə verilən pensiya dayandırılmışdır.
8. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək ** saylı şəhər Poliklinikası ##.##.2006cı il tarixli göndərişi əsasında baxılmış və X8: XIX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S82 - Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olm. Diaqnozun mətni: Çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət. Sağ qamış sümüyünün xroniki osteomieliti. Sağ topuq oynağının postravmatik artrozu. VisOD=0.4 səbəbi ilə imtina verilmişdir. İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. İddiaçının əlillik vəziyyəti ##.##.2006-cı il tarixdə qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2. bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Vətəndaş əlillik təyinatının əmək zəmanətinin dəyişdirilməsi üçün müraciət etmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.1994-cü il tarixli ***** nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ aşıq baldır oynağının postravmatik artrozu mülayim funksiya pozuntusu, hərəkət məhdudiyyəti ilə. Birincili xroniki osteomiyelit, sağ kürək nahiyyəsinin yumşaq toxumasının yad cismi” diaqnozlu travmanın səbəb əlaqəsi “Yaralanma, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ayaqlarında hərəki məhdudluqdan və görmə zəifliyindən şikayətlənmişdir. Anamnezində minik avtomobili ilə təmin olunduğunu bildirmişdir. Baxış zamanı hər iki baldırın orta və aşağı 1/3-də, hər iki kürəkdə, sağ beldə, sağ sağrıda çapıqlar izlənmiş, heç bir hərəkət məhdudluğu, osteomielitə məxsus klinik əlamətlər aşkar edilməmişdir. Nevroloji müayinə zamanı aşağı ətraflarda atrofiya, parez qeyd edilməmiş, diz refleksləri bərabər və zəif çağrılmış, baldırlarda tük örtüyü seyrəlmiş, yerli hərarət dəyişiksiz olmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2023-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “ODBuynuz gişanın parasentral çapığı. Başlangıc katarakta. OS-Başlangıc katarakta. VİS OD=0.3 k/e, VİS OS=0.6 k/i 0.8” kimi qeyd olunmuşdur. Ekspertiza üçün əhəmiyyətli olan, ixtisaslaşmış tibb müəssisələrindən müayinə və müalicə sənədləri təqdim edilməmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin *-**-*/*-*-*****/**** saylı, ## #### 2023-cü il tarixli qərarının iddiaçı İddiaçı münasibətdə ləğv edilməsi, iddiaçı İddiaçı ləğv edilmiş ikinci qrup əlillik dərəcəsinin ləğv edildiyi tarixdən bərpa edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin elektron sənəd dövriyyəsi alt sistemində iddiaçının əmək zəmanəti bölümündə “adi şəraitdə əmək qabiliyyətsizdir və qısadılmış iş şəraitində hüquqşünas işləyə bilər” kimi qeyd edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X2 üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI b) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, müvafiq tibbi-ekspertizanın rəyinə əsaslanmışdır. Həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Belə ki, Agentlik müayinə-müalicə müəssisəsi deyil, həmin müəssisələr tərəfindən aparılmış laborator və instrumental müayinələrin nəticələrini və müalicə müddətlərinin qiymətləndirməsini həyata keçirən orqandır. Əyani müayinə zamanı vətəndaşın xəstəlik müddətində aldığı müalicələri əks etdirən sənədlər qiymətləndirilərək barəsində yekun qərar qəbul edilir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
13. Məhkəmədə iddiaçı ərizəsinə uyğun izahat verərək, apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun:
2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
17. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2 maddələrinə əsasən)
20. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 14-16-cı bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır.
21. Belə ki, iddiaçı onun “tam reabilitasiya olunması” barədə qərarın ləğv edilməsi, onun ##.##.2023-cü il tarixdə dayandırılmış əlillik dərəcəsinin bərpa edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin elektron sənəd dövriyyəsi alt sistemində əmək zəmanəti bölümündə “əməyə qadir deyil” sözlərinin * saylı Tibbi sosial ekspert komissiyasının ##.##.2006-ci il tarixli, *** nömrəli müayinə aktında qeyd edilən əməyin şəraiti və xarekteri barədə qərarda “adi şəraitdə əmək qabiliyyətsizdir və qısadılmış iş şəraitində hüquqşünas işləyə bilər” sözləri ilə əvəz edilməsini tələb edir. 22.Cavabdeh orqan isə iddiaçıda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilmədiyini bildirərək, tam reabilitasiya olunması barədə qərar qəbul etmişdir.
23. İş materiallarından göründüyü kimi iddiaçıya ilk dəfə 1995-ci ildə ikinci dərəcəli əlilik təyin edilmiş və növbəti illərdə yenidən qiymətləndirilməsi aparılaraq 2006-cı ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi * saylı (Sabunçu) Zona Tibbi-Sosial Ekspert Komissiyası SER TSE- 01 ****** nömrəli arayışında iddiaçıya ##.##.2006-cı il tarixli müayinə aktına əsasən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlilliyin təyin edildiyi qeyd edilmişdir. Arayışda “əməyin şəraiti və xarakteri barədə qərar” qrafasında “adi şəraitdə əmək qabiliyyətsizdir, qısaldılmış iş şəraitində hüquqşünas işləyə bilər” qeyd edilmişdir.
24. Eyni zamanda işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən İddiaçı ##.##.2006-cı il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə əmək zəmanətinin dəyişdirilməsi məqsədilə vətəndaş ##.##.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətində əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq ##.##.2023-cü il tarixindən tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Bildiririk ki, “Əlillik” altsistemində ##.##.2023-cü il tarixli qərarla şəxsə əlillik müəyyən edilmədiyindən “Əmək zəmanəti” bölümündə hər hansı məlumat qeyd edilməmişdir.
25. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza rəyinin nəticəsi olaraq müəyyən edilmişdir ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun mütəxəsissləri tərəfindən iddiaçının ##.##.2025-ci il tarixdə müayinə zamanı onda “XBT 10 üzrə kod: Y36.4, M79.5, M86.6, L91, M19, M24.5, R52.2, R26.8 aşkar edilmişdir. Məhz elə bu səbəbdən iddia tələbi təmin edilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan xəstəliklərin bəzilərinin travmatologiya və ortopediya sahəsi ilə əlaqəli olmadığı nəzərə alınmamışdır. Belə ki, kod Y36.4, L91,R52.2 və R26.8 altında olan xəstəliklərə görə əlillik nəzərdə tutulmur, kod 79.5 altında olan xəstəliyə görə o halda əlillik nəzərdə tutulur ki, həmin xəstəlik “ürəyin köçürülməsindən” sonra əmələ gəlmiş olsun, kod 86.6 altında olan xəstəliyin (osteomielit-sümük iliyinin bakterial infeksiyası) qiymətləndirmə meyyarı müəyyən olunmur, kod M19 və M24.5 altında olan xəstəliklər amputasiya ilə (iddiaçının hər hansı bir orqanı amputasiya olunmuyub) müşayət olunmalıdır.
26. Bundan başqa o da nəzərə alınmalıdır ki, iddiaçıya təyin edilmiş müddətsiz əlilliyin ləğv edilməsi üçün əsas cavabdeh təşkilatın əsassız şübhələrindən deyil iddiaçının könüllü şəkildə müayinədən keçməsindən irəli gəlir. Belə olduğu təqdirdə əlilliyin mövcud olması ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür.
27. Ona görə də məhkəmə kollegiyası iddiaçının reabilitasiya olunması ilə bağlı ## #### 2023-cü il tarixli iddiaçıya aid olduğu hissədə qərarın ləğv edilməsini əsaslı saymır.
28. İddia tələbinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin elektron sənəd dövrüyəsi alt sistemində əmək zəmanəti bölümündə “əməyə qadir deyil” qrafasında dəyişikliyin edilməsi tələbi əsas tələbdən asılı olduğuna və əsas iddia tələbi təmin edilmədiyinə görə (hüquqi maraq itdiyinə) bu hissədə iddia tələbi Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə mümkünsüz hesab edilmişdir.
29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsasdır. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
30. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
31. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv olunmalı, iddia Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin *-**- */*-*-*****/**** saylı, ## #### 2023-cü il tarixli qərarının iddiaçı İddiaçı münasibətdə ləğv edilməsi, iddiaçı İddiaçı ləğv edilmiş ikinci qrup əlillik dərəcəsinin ləğv edildiyi tarixdən bərpa edilməsi hissəsində təmin edilməməlidir.
32. İddia tələbinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin elektron sənəd dövriyyəsi alt sistemində iddiaçının əmək zəmanəti bölümündə “adi şəraitdə əmək qabiliyyətsizdir və qısadılmış iş şəraitində hüquqşünas işləyə bilər” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”- hissəsində Bakı Apellyasiya Məhkəməsinin 02 apel 2026-cı il tarixli qərardadı ilə mümkünsüz hesab edilməsi nəzərə alınmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi-Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin *-**-*/*-*- *****/**** saylı, ## #### 2023-cü il tarixli qərarının iddiaçı İddiaçı münasibətdə ləğv edilməsi, iddiaçı İddiaçı ləğv edilmiş ikinci qrup əlillik dərəcəsinin ləğv edildiyi tarixdən bərpa edilməsi hissəsində təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.