Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-428/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçının nümayəndə və vəkilləri vəkil1 və vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respubilkasının Prezidenti yanında Antiinhisar və Istehlak Bazarına X10rşı “xxxx” şirkəti zəruri və Üçüncü şəxs adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh (hazırda Azərbaycan Respubilkasının Prezidenti yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Agentliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tətbiq edilmiş ##.##.2024-cü il tarixli qərar üzrə 158675,98 maliyyə sanksiyasının ləğv edilərək, 3609,67 məbləğində maliyyə sanksiyasının müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadları ilə “xxxx” şirkəti zəruri və Üçüncü şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MMC uzun müddətdir ki, Azərbaycanda kommersiya fəaliyyəti ilə məşğuldur. Cavabdeh inzibati orqanın əsassız olaraq əmtəə nişanından qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin dördüncü abzasının tələblərini pozduğuna görə, həmin Qanunun 12-ci maddəsininin 1-ci hissəsinin ikinci abzasına əsasən ##.##.2024-cü il tarixli qərar əsasında 158675,98 (bir yüz əlli səkkiz min altı yüz yetmiş beş manat doxsan səkkiz qəpik) maliyyə sanksiyası tətbiq edilmişdir. Hesab edirlər ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərar əsassızdır və tətbiq edilmiş maliyyə sanksiyası dəyişdirilməlidir. Belə ki, “xxxx” şirkətinə məxsus “IMPRA TEA” əmtəə nişanından qanunsuz istifadə edilməsi barədə Üçüncü şəxs patent müvəkkili Tura Yaqubovanın Xidmətə **-*** nömrəli ##.##.2023-cü il tarixli müraciəti daxil olmuşdur. Həmin müraciət əsasında Xidmətin ##.##.2024-cü il tarixli *-**-*/*-*-F-l*/**** nömrəli əmri ilə antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiya yaradılmış və həmin Komissiya tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı ekspert rəyi alınmış və tərəflərindən məhsulun əldə edilməsinə dair sənədlər təqdim edilmişdir. Işin halları ilə bağlı bildirilmişdir ki, “INPRA TEA” adlı çayların alışı və satışı tərəflərindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Belə ki, AG****** nömrəli ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Hindistan Respublikasında fəaliyyət göstərən “xxxx" “INPRA TEA” məhsullarının Azərbaycan ərazisində satışı məqsədilə ilə İddiaçı MMC tərəfindən sifariş olunmuşdur. ##.##.2023-cü il tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sifariş etdikləri məhsulun adı, tərkibi, sayı, məhsula aid qablaşmanın şəkilləri, sertifikatlar tərəflərindən təqdim edilmişdir. Bunun da nəticəsi olaraq AQTA IDO********* nömrəli Qida Təhlükəsizliyi Sertifikatını onlara təqdim etmişdir. Bununla yanaşı, ##.##.2023-cü il tarixli *************** nömrəli gömrük bəyannaməsinə əsasan sifariş olunan məhsul Azərbaycan Respublikasına idxal olunmuş, ölkə ərazisində satışı həyata keçirilmiş və qanunvericiliyin tələblərinə əsasən vergi rüsumları ödənilmişdir. Həmçinin “xxxx’' MMC-nin bənzər əmtəə nişanı ilə çay satışı həyata keçirən başqa bazar subyektinin olmasından ümumiyyətlə xəbəri olmamış, satışı həyata keçirmək üçün müraciət etdikləri müvafıq qurumların heç birində onlara bununla bağlı hər hansı informasiya verilməmişdir. Yuxarıda da qeyd edildiyi kimi, AQTA-ya müraciət edilən zaman bütün zəruri sənədlər təqdim edilmiş və həmin qurum tərəfindən müvafiq sertifikatla təmin edilmişlər. Eyni zamanda, İddiaçı MMC “INPRA TEA” adlı çayları ölkəyə cəmi bir dəfə gətirilmiş və artıq həmin çayların satışı ilə məşğul deyildir. Bundan başqa, tərəflərindən məhsulun satışından xxxx barədə Komissiyaya arayış təqdim edilmişdir. Cavabdeh “INPRA TEA” adlı çay məhsullarının satışından xxxxin ##.##.2023-cü il tarixli *************** nömrəli gömrük bəyannaməsinə əsaslanaraq 158675,98 manat məbləğində müəyyən etmişdir. Halbuki, qeyd olunan sənəddə göstərilən məbləğ məhsulun ümumi dəyəri olaraq göstərilmişdir və məhsuldan xxxx həmin sənəddə göstərilə bilməzdi. Həmçinin, məhsulun əldə edilməsinə dair müqavilə və maliyyə sənədləri tərəflərindən təqdim edilmiş və həmin sənədlərdə də, məhsulun dəyəri göstərilmişdir. Cavabdehin iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Bakı Inzibati Məhkəməsinə müraciət edərək Xidmətin onun barəsində qəbul etdiyi Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında ##.##.2024-cü il tarixli Qərarın dəyişdirilməsini xahiş etmişdir. Iddiaçı onun barəsində tətbiq edilmiş 158675,98 manat maliyyə sanksiyasının dəyişdirilərək 3609,67 manat məbləğində müəyyən edilməli olduğunu bildirir. Lakin iddiaçının bu tələbi əsassız və qanunsuzdur. Belə ki, “xxxx” şirkətinə məxsus “IMPRA TEA” əmtəə nişanından qanunsuz istifadə edilməsi barədə Üçüncü şəxs patent müvəkkili Tura Yaqubovanın Xidmətə **-*** nömrəli ##.##.2023-cü il tarixli müraciəti (daxilolma qeydiyyatı: 3-21-1/1- 14903/2023, ##.##.2023cü il) daxil olmuşdur. Müraciətdə “IMPRA TEA” əmtəə nişanın sahibi olan “xxxx” şirkətinin (ünvan: 121A, Biyagama Road, Kelaniya, Sri Lanka (LK)) yerli “xxxx” şirkəti ilə Azərbaycan Respublikasında çayın satışı üçün onun tədarükü ilə bağlı müqavilələrin bağlandığı, Bakı şəhərində “Meyvəli” adlanan topdansatış bazarının 28 və ** nömrəli mağazalarında Hindistanda istehsalı olan “INPRA” adlı çayların satıldığı, bu çayların qablaşdırmasının “IMPRA” adlı çayların qablaşdırmasına qarışdırılacaq dərəcədə oxşar olduğu bildirilmişdir. Eyni zamanda təqdim edilmiş 2007 **** nömrəli əmtəə nişanının şəhadətnaməsinə əsasən “IMPRA TEA” əmtəə nişanı (iddia sənədinin nömrəsi: 2007 1016, ilkinlik tarixi: ##.##.2007, əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti: ##.##.2027, dövlət reyestrində qeyd olunub: ##.##.2007) “xxxx” şirkətinin adına qeydiyyata alınmışdır. Həmin əmtəə nişanı 30cu sinif - “qəhvə, çay, kakao, qənd, düyü, tapioka (manioka), saqo, qəhvə əvəzediciləri; un və taxıl məmulatları, çörək-bulka məmulatları, qənnadı məmulatları, dondurma; bal, patokadan sirop; maya, çörəkçilik tozları; duz, xardal; xuruşlar; ədviyyatlar; qida buzu; 30cu sinfə daxil edilmiş bütün mallar”, əmtəələri, 35-ci sinif -“ reklam, biznes sahəsində menecment (satış üzrə xidmətlər); biznes sahəsində inzibati fəaliyyət; ofis xidməti üzrə qeydiyyata alınmışdır. Aparılmış araşdırma zamanı və təqdim edilmiş məlumatlara (daxilolma qeydiyyatı: 3-21- 1/1-22587/2023, ##.##.2023-cü il) əsasən “IMPRA” adlı çayların idxalının və satışının "xxxx" MMC tərəfindən həyata keçirildiyi müəyyən edilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş cədvəl məlumatına əsasən “INPRA TEA” adlı çay məhsulları satışdan xxxx (ƏDV-siz) 158675,98 manat (bir yüz əlli səkkiz min altı yüz yetmiş beş manat doxsan səkkiz qəpik) təşkil etdiyi müəyyən edilmişdir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunu haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilati - hüquqi əsaslarını müəyyən edir, sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır, bazar subyektlərinin haqsız rəqabət metodlarından istifadəyə görə məsuliyyətini nəzərdə tutur. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasına əsasən eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi rəqibin təsərrüfat fəaliyyətinin təqlididir və bu hərəkətlərə yol verilmir. Habelə həmin Qanunun 9-cu maddəsinin ikinci abzasına əsasən əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş hərəkətləridir və bu hərəkətlərə yol verilmir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər, qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər, habelə qeyd olunan Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə, tətbiq edilmiş maliyyə sanksiyaları ödəməyə borcludurlar. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən bazar subyektlərinə bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə — haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) xxxxin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə — iki misli həcmində maliyyə sanksiyaları tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Cavabdeh Əsasnaməsi”nin 3.0.3-cü, 3.0.6-cı və 3.0.26-ci bəndlərinə əsasən antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı antiinhisar qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş tədbirləri görmək, habelə antiinhisar qanunvericiliyinin pozulması və sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması haqqında işlərə baxmaq, bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının, təsərrüfat subyektlərinin kartel sövdələşmələrinin aşkarlanması və aradan qaldırılması, bazarda ilkin vəziyyətin bərpa edilməsi, həmçinin qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək, habelə özgənin ticarət markalarından və əmtəə (xidmət) nişanlarından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan qeyri-qanuni istifadə olunmasına qarşı qanunla səlahiyyətlərinə aid edilmiş tədbirlər görmək, o cümlədən aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanlarına təqdimatlar vermək, reklam subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək Xidmətin vəzifələrindən biri kimi müəyyən edilmişdir. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) xxxx 158675,98 manat (bir yüz əlli səkkiz min altı yüz yetmiş beş manat doxsan səkkiz qəpik) təşkil etdiyi müəyyən edildiyindən və məhz qanunun tələbinə əsasən maliyyə sanksiyasının birbaşa gəlirdən hesablanması qeyd olunduğundan iddiaçı barəsində onun bu çayın satışından əldə etdiyi gəlirin bir misli həcmində maliyyə sanksiyası hesablanmışdır. Qeyd olunanlar nəzərə alınmaqla iddianın rədd olunması və Xidmətin ##.##.2024-cü il tarixli Qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Iddiaçı sonradan (nümayəndəsi və vəkili vasitəsilə) ##.##.2025-ci il tarixdə məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Xidmətin ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı (hakim N.Abıyev) ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı həm ilkin, həm də dəqiqləşdirilmiş tələblərində tətbiq olunmuş maliyyə sanksiyasının məbləğinin düzgün hesablanmadığına istinad etmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) xxxxin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində maliyyə sanksiyalarının tətbiq olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.12-ci maddəsində gəlirin anlayışı aşağıdakı kimi qeyd olunmuşdur: Gəlir– malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri. Beləliklə, hazırda iddiaçı tərəfindən mübahisələndirilən inzibati akt, yəni cavabdeh inzibati orqanın qəbul etdiyi hər iki qərar həm formal-hüquqi baxımdan, həm maddi-hüquqi baxımdan qanunvericiliyin tələblərinə uyğun olmaqla, həmin inzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlir, həmin qərar səlahiyyətli orqan tərəfindən qəbul edilərkən icraat və forma ilə bağlı bütün müddəalara riayət olunmuş, mübahisələndirilən qərarlar qüvvədə olan hüquqa uyğun olmuş, inzibati orqan tərəfindən əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtlərinə əməl olunmuşdur. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gömrük Məcəlləsinin 280.1-ci maddəsinə əsasən hüquq sahibi və ya onun maraqlarını təmsil edən şəxs (ərizəçi) tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar gömrük sərhədindən keçirilərkən onun əqli mülkiyyət hüquqlarının obyektinə olan hüquqlarının pozulduğu və ya pozula biləcəyi barədə kifayət qədər əsası olduqda, pirat və kontrafakt malların buraxılışının dayandırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına əqli mülkiyyət hüquqlarının qorunması və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil edilməsi barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Nəzərə alınmalıdır ki, əgər qanun pozuntusu olmuşdursa, həmin malların idxalı mümkün olmazdı. İddiaçı MMC AG****** nömrəli ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Hindistan Respublikasında fəaliyyət göstərən “xxxx" şirkətindən çay məhsulları almışdır. Göründüyü kimi, əgər burada hər hansı pozuntu olmuş olsaydı belə, əsl cavabdeh Hindistan Respublikasında fəaliyyət göstərən “xxxx" şirkəti olmalı idi. Məhkəmə, iş üzrə əhəmiyyətli olan faktları tədqiq etmədən, Əqli Mülkiyyət Agentliyinin iştirakı olmadan və onları mövqeyini və dəlillərini araşdırmadan Qərar qəbul etmişdir. Iddiaçının nümayəndəsi və vəkili tərəfindən Məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə iki dəfə vəsatətlə məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən heç bir əsaslandırma göstərilmədən vəsatət təmin edilməmiş və Qərarda bunlara toxunulmamışdır. Antiinhisar orqanının antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxan Komissiya tərəfindən tərtib edilən Qərarlardakı imzalar “Antiinhisar orqanının antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxan Komissiyası”nın üzvlərinə məxsus deyilsə, Inzibati icraat haqqında Qanunun 65.1.3-cü maddəsinə əsasən Qərarlar etibarsız hesab edilir. Iş üzrə Komissiyanın sədri X3, Komissiyanın üzvləri isə X6, X11, X9, X12 və X8 olmuşdur. Qeyd edilməlidir, təqdim olunan Qərarlarda icra edilmiş imzalar gözlə seçilə bilən dərəcədə müxtəlif görünüşə malikdir və başqa-başqa şəxslər tərəfindən icra edilməsinə dəlalət edir. “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın 2.14-cü bəndinə əsasən işin icraatına onun mahiyyəti üzrə qərar çıxarılmamışdan aşağıdakı hallarda xitam verilə bilər: antiinhisar qanunvericiliyinin pozulmasına yol vermiş şəxs qanun pozuntusunu könüllü surətdə aradan qaldırdıqda. Qeyd edilməlidir ki, qeyd edilən pozuntu ərizə verilməmişdən əvvəl aradan qaldırılmış və işə baxılan müddət ərzində heç bir fakt aşkarlanmamışdır. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən Komissiyanın iclası Komissiyanın sədri tərəfindən aparılır. Komissiyanın iclasında işə baxılması sədr tərəfindən elə aparılmalıdır ki, işdə baxılan halların ən geniş təhlili və qiymətləndirilməsi, antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və qarşısının alınması, işdə iştirak edən şəxslərin hüquqlarına və qanuni mənafelərinə riayət olunması təmin edilsin. Əgər qanun pozuntusu mövcud olsaydı, onda, Komissiya iclaslarında bu məsələ qaldırılardı, və ya maraqlı tərəflər bu pozuntunun aradan qaldırılması üçün müvəqqəti təminat tədbiri ilə əlaqədar məhkəməyə müraciət edərdi. Qanun pozuntusunun İddiaçı heç bir aidiyyəti yoxdur, belə ki, məhsul və onun paketləri ölkə hüdudlarından kənarda digər şəxs tərəfindən hazırlanmışdır. Hətta İddiaçı təqsiri sübuta yetirilsəydi belə, şirkətə qarşı tətbiq olunan maliyyə sanksiyası yüngülləşdirilməli idi. Belə ki, ərizəçi tərəfindən barışıq əldə olunmuş, rəqabət qanunvericiliyinin pozulması hallarının könüllü aradan qaldırılmış, tələb olunan sənəd və məlumatların bazar subyekti tərəfindən tam və vaxtında təqdim edilmiş, işə baxılma zamanı rəqabat komissiyası ilə tam əməkdaşlıq edilmişdir. "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin dördüncü abzasının tələblərini pozduğuna görə, həmin Qanunun 12-ci maddəsininin 1-ci hissasinin ikinci abzasına əsasən ##.##.2024-cü il tarixli qərar əsasında 158675,98 (bir yüz əlli səkkiz min alti yüz yetmiş beş manat doxsan sokkiz qəpik) maliyyə sanksiyası tatbiq edilmişdir. Cavabdeh tərəfindən INPRA TEA" adlı çay məhsullarının satışından xxxxin 158 675,98 manat məbləğində müəyyən edilməsi mübahisə predmetidir. Belə ki, 158 675,98 manat vəsait nədən təşkil olunduğu araşdırılmamış və həqiqətən bu məbləğdə gəlirin mövcud oluması digər sənədlərlə öz təsdiqini tapmalıdır. Məhkəmə və ya Dövlət Xidməti ən azından Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim olunan bəyannamələri tələb edərək həcmi düzgün müəyyən etməli idi. Bundan əlavə, nə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nazarət Dövlət Xidməti, nə də ki, məhkəmə 15 008 ka məhsulun aqibəti ilə maraqlanmamışdır. Belə ki, "xxxx" şirkətinin şikayəti olduqdan sonra məhsulların ticarət dövriyyəsindən geri çağırılması və qablaşdırmanın dəyişdirilməsi həyata keçirilmiş və bu fakt rəsmiləşdirilmişdir. Əmtəə nişanına dair hüquqların pozulması hallarının aradan qaldırılması və daxil olmuş şikayətin təmin edilməsi məqsədilə, “xxxx" MMC tərəfindən “INPRA" bağlamalı çaylar dövriyyədən geri çağırılmış və şahidlərin iştirakı ilə “INPRA" adı olan çay mahsulları orijinal qablaşdırmalarından çıxarılaraq neytral (adsız və markasız) kisələrə yerləşdirilmişdir. Məhkəmə bu faktı dərindən araşdırmalı və dəyərləndirməli idi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə və vəkilləri apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozuntusu ilə qərar qəbul edildiyindən, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. IPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. Iddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. IPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. IPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. IPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddiaçı həmin aktın qəbul edilməsi əsaslarını mübahisələndirir. Iddiaçı cavabdeh inzibati orqanın onun barəsində qəbul etdiyi “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” ##.##.2024-cü il tarixli qərarını ##.##.2024-cü il tarixdə məhkəmədə iddia qaldırmaqla mübahisələndirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iddia tələbinin irəli sürülməsinə dair müddət ötürülməmişdir. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: Iddianın mümkün iddia olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə haqlı olmamış, maddi və prosessual hüquq normalarının pozuntusu ilə qərar qəbul etmişdir. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisələndirilən qərarın qəbul olunduğu zaman qüvvədə olan “Haqsız Rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu (##.##.2024-cü il tarixədək qüvvədə olmuşdur): Bu Qanun haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilatihüquqi əsaslarını müəyyən edir, sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır, bazar subyektlərinin haqsız rəqabət metodlarından istifadəyə görə məsuliyyətini nəzərdə tutur. Maddə 1. Əsas anlayışlar Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: haqsız rəqabət — bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri; Maddə 3. Haqsız rəqabətin formaları Sahibkarlıq fəaliyyətində haqsız rəqabətin formalarına aşağıdakılar aid edilir: rəqibin təsərrüfat fəaliyyətinin təqlidi; ... Maddə 4. Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: ... eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi ... Maddə 9. Istehlakçıların çaşdırılması Bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş aşağıdakı hərəkətlərinə yol verilmir: əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi; ... Maddə 11. Bu Qanuna riayət olunması sahəsində antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətləri və bazar subyektlərinin vəzifələri
1. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə: müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər; qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər; haqsız rəqabət nəticəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə iddia ilə müraciət edə bilər; bu Qanunun pozulması ilə bağlı cinayət əlamətləri olduqda materialları cinayət işi qaldırılması məsələsinin həlli məqsədilə prokurorluğa göndərə bilər.
2. Bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri: qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə; qanunsuz əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada büdcəyə ödəməyə; vurulmuş zərəri ödəməyə; tətbiq edilmiş maliyyə sanksiyaları ödəməyə borcludurlar. Maddə 12. Maliyyə sanksiyaları
1. Bu Qanunun tələblərinin pozulmasına görə bazar subyektlərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir: bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə — haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) xxxxin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə — iki misli həcmində maliyyə sanksiyaları;
“Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın: 1.1-ci bəndinə əsasən antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının habelə, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə, Antiinhisar orqanının təşəbbüsü ilə də baxıla bilər. 2.1-ci bəndinə əsasən Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə Antiinhisar orqanının rəisi tərəfindən antiinhisar qanunvericiliyinin pozulması haqqında konkret işə baxılması üzrə Komissiya (bundan sonra Komissiya) yaradılması və onun sədrinin təyin edilməsi barədə əmr verilir. Komissiyanın tərkibi üç nəfərdən az olmamalıdır. 2.2-ci bəndinə əsasən komissiya antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxarkən Antiinhisar orqanının adından çıxış edir. 2.5-ci bəndinə əsasən Antiinhisar qanunvericiliyinin pozulması haqqında işə Komissiya tərəfindən qanunun pozulması əlamətləri üzrə iş qaldırılması haqqında qərar çıxarıldığı vaxtdan üç ay müddətinə baxılır. Zəruri hallarda işə baxılması müddəti Komissiya tərəfindən həmin müddətin qurtardığı vaxtından altı aydan çox olmayaraq uzadıla bilər. 2.12-ci bəndinə əsasən Komissiya işə mahiyyəti üzrə baxılmasının nəticəsinə uyğun qərar (* nömrəli əlavə) qəbul edir. Qərarda işin Komissiya tərəfindən müəyyən edilən hallar və komissiyanın çıxardığı nəticələr əks etdirilir. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları nəzərdən keçirir:
Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Xidmətin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” ##.##.2024-cü il tarixli qərarından müəyyən olunur ki, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri üzrə hüquqi ünvanı AZ 1018, ünvan 1 olan İddiaçı MMC (VÖEN: **********) haqqında qaldırılmış ##.##.2024-cü il tarixli *-**-*/*-*-F-**/**** nömrəli işə baxaraq, İddiaçı MMC-nin (VÖEN: **********) “xxxx” şirkətinə məxsus “IMPRA TEA” əmtəə nişanından qanunsuz istifadə etdiyi və bununla da “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının tələblərini pozaraq rəqibin təsərrüfat fəaliyyətini təqlid etməklə haqsız rəqabətə yol verdiyi, habelə həmin haqsız rəqabətə yol verilməsi nəticəsində 158675,98 manat (bir yüz əlli səkkiz min altı yüz yetmiş beş manat doxsan səkkiz qəpik) gəlir (ƏDV çıxmaqla) əldə etdiyi müəyyən edilmişdir. Qeyd olunan qərarla hüquqi ünvanı AZ 1018, ünvan 1 olan İddiaçı MMC-yə (VÖEN: **********) “xxxx” şirkətinə məxsus “IMPRA TEA” (iddia sənədinin nömrəsi: 2007 1016, ilkinlik tarixi: ##.##.2007, əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti: ##.##.2017, dövlət reyestrində qeyd olunub: ##.##.2007) əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabət hərəkətlərinə yolverməməsi haqqında göstəriş verilməsi və əmtəə nişanından qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının tələblərini pozduğuna görə, həmin Qanunun 12-ci maddəsinin 1 -ci hissəsinin ikinci abzasına əsasən 158675,98 manat (bir yüz əlli səkkiz min altı yüz yetmiş beş manat doxsan səkkiz qəpik) maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. - Xidmətin “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” ## #### 2024-cü il tarixli “Göstəriş”indən müəyyən olunur ki: Hüquqi ünvanı AZ 1018, ünvan 1 olan İddiaçı MMC-nin (VÖEN: **********) Xidmətin ##.##.2024-cü il tarixli *-**-*/*-*-F-**/**** nömrəli əmri ilə yaradılmış antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyasının ##.##.2024-cü il tarixli Qərarı ilə onun barəsində tətbiq edilmiş 158675,98 manat (bir yüz əlli səkkiz min altı yüz yetmiş beş manat doxsan səkkiz qəpik) maliyyə sanksiyasını 30 (otuz) gün ərzində Xidmətin hesabına köçürülməsinin təmin edilməsi tələb olunmuşdur.
Apellyasiya şikayətinin dəlillərinə münasibət:
Inzibati işin faktiki hallarından göründüyü kimi, “xxxx” şirkətinə məxsus “IMPRA TEA” əmtəə nişanından qanunsuz istifadə edilməsi barədə Üçüncü şəxs patent müvəkkili Tura Yaqubovanın cavabdeh inzibati orqana **-*** nömrəli ##.##.2023-cü il tarixli müraciəti daxil olmuşdur. Müraciətdə “IMPRA TEA” əmtəə nişanın sahibi olan “xxxx” şirkətinin (ünvan: 121A, Biyagama Road, Kelaniya, Sri Lanka (LK)) yerli “xxxx” şirkəti ilə Azərbaycan Respublikasında çayın satışı üçün onun tədarükü ilə bağlı müqavilələrin bağlandığı, Bakı şəhərində “Meyvəli” adlanan topdansatış bazarının 28 və ** nömrəli mağazalarında Hindistanda istehsalı olan “INPRA” adlı çayların satıldığı, bu çayların qablaşdırmasının “IMPRA” adlı çayların qablaşdırmasına qarışdırılacaq dərəcədə oxşar olduğu bildirilmişdir. Eyni zamanda təqdim edilmiş 2007 **** nömrəli əmtəə nişanının şəhadətnaməsinə əsasən “IMPRA TEA” əmtəə nişanı (iddia sənədinin nömrəsi: 2007 1016, ilkinlik tarixi: ##.##.2007, əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti: ##.##.2027, dövlət reyestrində qeyd olunub: ##.##.2007) “xxxx” şirkətinin adına qeydiyyata alınmışdır. Həmin əmtəə nişanı 30cu sinif - “qəhvə, çay, kakao, qənd, düyü, tapioka (manioka), saqo, qəhvə əvəzediciləri; un və taxıl məmulatları, çörək-bulka məmulatları, qənnadı məmulatları, dondurma; bal, patokadan sirop; maya, çörəkçilik tozları; duz, xardal; xuruşlar; ədviyyatlar; qida buzu; 30cu sinfə daxil edilmiş bütün mallar”, əmtəələri, 35-ci sinif -“ reklam, biznes sahəsində menecment (satış üzrə xidmətlər); biznes sahəsində inzibati fəaliyyət; ofis xidməti üzrə qeydiyyata alınmışdır. Aparılmış araşdırma zamanı və təqdim edilmiş məlumatlara (daxilolma qeydiyyatı: 3-21- 1/1-22587/2023, ##.##.2023-cü il) əsasən “IMPRA” adlı çayların idxalının və satışının "xxxx" MMC tərəfindən həyata keçirildiyi müəyyən edilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş cədvəl məlumatına əsasən “INPRA TEA” adlı çay məhsulları satışdan xxxx (ƏDV-siz) 158675,98 manat (bir yüz əlli səkkiz min altı yüz yetmiş beş manat doxsan səkkiz qəpik) təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) xxxx kimi 158675,98 manat (bir yüz əlli səkkiz min altı yüz yetmiş beş manat doxsan səkkiz qəpik) təşkil etdiyi müəyyən edildiyindən iddiaçı barəsində onun bu çayın satışından əldə etdiyi gəlirin bir misli həcmində maliyyə sanksiyası hesablanmışdır. Iddiaçı hazırda maliyyə sanksiyasının hesablanmasına əsas olan inzibati aktı mübahisələndirir. Kollegiya əvvəla qeyd edir ki, mübahisələndirilən inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. Inzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. Inzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir:
1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik);
2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. Inzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Yuxarıda sadalanan qanunvericilik normalarından aydın olduğu kimi antiinhisar orqanı daxil olmuş müraciətlər, məlumatlar əsasında və ya öz təşəbbüsü ilə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırır, antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması ilə bağlı müvafiq Komissiya yaradır. Həmin Komissiya antiinhisar orqanının adından çıxış edir. Komissiya işə baxılma ilə əlaqədar tərəflərdən müvafiq sənəd və məlumatları tələb etmək hüququna malikdir. Komissiya işə baxılmanın nəticəsində mahiyyəti üzrə müvafiq qərar qəbul etmək və həmin qərara uyğun olaraq icrası məcburi olan göstərişlər vermək səlahiyyətinə malikdir. Göstərişdə antiinhisar orqanının müvafiq orqanlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən tələb etdiyi qanun pozuntusunun dayandırılması və ya onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlər sadalanır. Göstərişlərin ünvanladığı şəxslər tərəfindən yerinə yetirilməməsi qanunla nəzərdə tutulmuş müvafiq nəticələrə səbəb olur. Hazırki iş üzrə 2 məsələyə diqqət yetirilməlidir: 1) Haqsız rəqabətə yol verilməsi halının müəyyən edilməsi; 2) Haqsız rəqabətə yol verənə tətbiq edilən maliyyə sanksiyasının məbləği. Iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılan zamanı ilk dəfə irəli sürülmüş tələbin məzmununa əsasən onun tərəfindən haqsız rəqabətə yol verilməsinin mübahisəsiz hal olduğu müəyyən edilir. Belə ki, iddiaçının ilkin hüquqi marağı və istəyi tətbiq olunmuş maliyyə sanksiyasının məbləğinin düzgün hesablanmasına yönəlmişdir. Məhz maliyyə sanksiyası məbləğinin 3609,67 manat hissəsi ilə razılaşması və həmin həcmdə tətbiq edilməsinin xahiş edilməsi iddiaçının özü tərəfindən haqsız rəqabətə yol verilməsində təqsirinin olmasının qəbul olunmasının sübutudur. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə irəli sürülmüş ərizədə iddiaçı tərəfindən haqsız rəqabətə yol verilmədiyi iddia oluraq mübahisələndirilən qərarın ləğvi xahiş edilmişdir. Buna baxmayaraq iş materiallarındakı sənədlərdən (aktdan) və apellyasiya icraatı zamanı iddiaçının nümayəndələri və vəkilləri tərəfindən verilən izahatlarında da sözügedən adda olan çay məhsullarının bir neçə ay satışda olduğu, “xxxx” şirkətinin şikayəti olduqdan sonra məhsulların ticarət dövriyyəsindən geri çağrılması və qablaşdırılmanın dəyişdirilməsi həyata keçirildiyi və bu faktın aktla rəsmiləşdirildiyini bildirdilər. Həmçinin iş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli məhsulların ticarət dövriyyəsindən geri çağırılması və qablaşdırmanın dəyişdirilməsi barədə aktdan görünür ki, əmtəə nişanına dair hüquqların pozulması hallarının aradan qaldırılması və daxil olmuş şikayətin təmin edilməsi məqsədilə, “xxxx" MMC tərəfindən “INPRA" bağlamalı çaylar dövriyyədən geri çağırılmış və şahidlərin iştirakı ilə “INPRA" adı olan çay mahsulları orijinal qablaşdırmalarından çıxarılaraq neytral (adsız və markasız) kisələrə yerləşdirilmişdi və “INPRA" adı olan məhsulların qablaşdırmaları ləğv edilmişdir. Ümumi 13000 kq “INPRA" adlı çay məhsulu qablaşdırmadan tamamilə azad edilərək mülki dövriyyədən çıxarılmış və adsız kisələrə yığılmışdır. Belə olan halda cavabdehin haqsız rəqabət qanunvericiliyinin pozulmasının mövcudluğu barədə gəldiyi nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası iddiaçı tərəfindən haqsız rəqabətə yol verildiyini, lakin işin mübahisəli halının tətbiq edilmiş maliyyə sanksiyasının düzgün hesablanmaması ilə bağlı olduğunu diqqətə çatdırır. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmaqla, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Kollegiya öz mövqeyini aşağıdakılarla əsaslandırır. Işin faktiki hallarından, aparılan məhkəmə araşdırmalarından və eyni zamanda birinci instansiya məhkəməsi zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş auditor rəyində qeyd olunmuş cədvəldən müəyyən olunur ki, iddiaçı tərəfindən ölkəyə 15008 kq çəkidə “INPRA TEA” markalı qara çay idxal olunmuş, onun alış dəyəri 135.517,47 manat (79716.16 USD), daşınma xərcləri 3.048,37 manat, satış xərcləri 6.775,87 manat, ƏDV 1.363,00 manat, əməkhaqqı, DSMF xərcləri 4.539,69 manat, maya dəyərinin ümumi məbləği 151.244, 40 manat, əldə olunmuş satış pulunun (ümumi gəlirin) məbləği 158.675,98 manat, əldə olunmuş gəlirin (mənfəətin) məbləği 7.432,00 manat, gəlir vergisi 1.486,40 manat, əldə olunmuş xalis gəlirin (mənfəətin) məbləği isə 5.945,60 manat təşkil etmişdir. Iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən aktdan da görünür ki, idxal edilmiş mallardan cəmi 2008 kq satılmış, 13000 kq dövriyyədən çıxarılmışdır. Yuxarıda istinad olunan qanunvericilik normalarından görünür ki, iddia tələbinin qanuni əsasını təşkil edən (mübahisələndirilən qərarın qəbul edildiyi vaxt qüvvədə olan) “Haqsız Rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində ilk dəfə haqsız rəqabətə yol verildikdə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) xxxxin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində maliyyə sanksiyalarının tətbiq olunması nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan tərəfindən isə maliyyə sanksiyasının hesablanması zamanı 158.675,98 manat məbləğ məhsulun satışından əldə edilmiş ümumi pul daxilolması kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası tərəfindən qiymət verilməli məsələ qanunun məqsədi baxımından sözügedən maliyyə sansksiyasının hesablanması ilə bağlıdır. Məhkəmə kollegiyası bildirir ki, hazırkı işin halları maliyyə sanksiyası ilə bağlı qiymətləndirmənin məhkəmə tərəfindən müdaxilə edilməsinə imkan verir. Həm inzibati orqanın, həm də birinci instansiya məhkəməsinin yanaşması ondan ibarətdir ki, gəlirin anlayışı vergilər qanunvericiliyində aydın şəkildə nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.12-ci maddəsində gəlirin anlayışı aşağıdakı kimi qeyd olunmuşdur: Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri. Lakin nə inzibati orqan, nə də ki birinci instansiya məhkəməsi qanunvericinin güddüyü məqsəd baxımından istinad olunan 12-ci maddədəki xxxx anlayışının hüquqi məzmununa düzgün qiymət vermişdir. Yəni, inzibati orqan tərəfindən sanksiyanın tətbiqi üçün əsas olan iqtisadi göstərici düzgün müəyyən edilməmişdir. Bu səbəbdən mübahisələndirilən inzibati akt maliyyə sanksiyasının məbləğinin müəyyən edilməsi hissəsində qanuni və əsaslı hesab edilə bilməz. Kollegiya bir daha diqqətə çatdırır ki, Qanunun 12-ci maddəsində maliyyə sanksiyasının hesablanması zamanı satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) xxxxin anlayışı işlədilir. Deməli, bu maddədə qanunvericinin istinad etdiyi gəlir anlayışı ilə VM-nin 13.2.12-ci maddəsində qeyd edilən gəlir anlayışları fərqlidir. Mübahisə predmetinə istinad olunan normada əslində xalis iqtisadi nəticədən söhbət gedir. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırmaq üçün Konstitusiya Məhkəməsinin «Dövlət vergi xidməti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin üçüncü bəndinin şərhinə dair # ######## 2000-ci il tarixli Qərarına istinad edir. Həmin Qərarın məzmunundan göründüyü kimi aidiyyəti məsələ üzrə maliyyə sanksiyası hesablanan zamanı nəzərə alınan gəlirin nədən ibarət olması ilə bağlı müvafiq qanun normasının şərhinə ehtiyac olmuş və Qərarda qeyd edilmişdir ki, «Dövlət vergi xidməti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin üçüncü bəndində nəzərdə tutulmuş «gəlirin məbləği» dedikdə onun əldə edilməsi üçün çəkilmiş xərclər çıxıldıqdan sonra qalan gəlir başa düşülməlidir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, maliyyə sanksiyasının tətbiqi üçün əsas göstərici ümumi dövriyyə deyil, hüquq pozuntusu nəticəsində əldə edilmiş real iqtisadi faydadır. Hazırki mübahisədə də kollegiyanın mövqeyi ondan ibarətdir ki, iddiaçı tərəfindən törədilmiş təqsirli hərəkətə görə o həmin hərəkət nəticəsində əldə etdiyi iqtisadi faydadan bir növ məhrum olmalıdır. Deməli, “xxxx” anlayışı dövriyyə və ya ümumi daxilolma ilə eyniləşdirilə bilməz. Hüquqi məsuliyyət tədbirlərinin tətbiqi zamanı hüquq pozuntusu nəticəsində əldə edilmiş iqtisadi faydanın real həcmi müəyyən edilməli, həmin məqsədlə gəlirin formalaşmasına təsir edən iqtisadi göstəricilər nəzərə alınmalıdır. Əks yanaşma yəni məhsulun alış dəyəri, daşınma, satış, əməkhaqqı və digər təsdiq edilmiş xərclər çıxılmadan ümumi dövriyyənin maliyyə sanksiyasının tətbiqi obyekti kimi qəbul edilməsi proporsionallıq və hüquqi müəyyənlik prinsiplərinə uyğun hesab edilə bilməz. Bir daha diqqətə çatdırılır ki, qanunverici gəlir anlayışını deyil, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) xxxx anlayışını işlədir. Deməli, məhz ifadədən aydın olur ki, qanunvericinin güddüyü məqsəd şəxsi təqsirli hərəkət nəticəsində əldə etdiyi iqtisadi faydadan məhrum etməkdir. Beləliklə, kollegiyanın qənaəti ondan ibarətdir ki, iddiaçı barəsində təqsirli hərəkətə yol verməsi əsası ilə qəbul edilən inzibati akt maliyyə sanksiyasının məbləği hissəsində qanunvericinin güddüyü məqsədə xidmət etmədiyindən əsaslı və qanuni sayıla bilməz. Bu zaman məhkəmə kollegiyası tərəfindən müəyyən edilməli hal maliyyə sanksiyasının məbləği ilə bağlıdır. Iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Auditorlar Palatasının auditoru Ekspert tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunan ##.##.2025-ci il tarixli auditor rəyinin nəticə hissəsində qeyd edilir ki: “1. xxxx” anlayışı dedikdə, həmin gəlirin əldə edilməsi ilə bağlı olan və mövcud qanunvericilik aktları ilə nəzərdə tutulmuş çəkilmiş xərclər (yaranmış maya dəyəri) çıxıldıqdan sonra qalan pul vəsaitinin məbləği və ya malların pərakəndə satışından əldə edilmiş ümumi gəlir (satış və ya xidmətdən əldə olunmuş pul vəsaitləri) məbləği ilə həmin mallara çəkilmiş xərclərin (yaranmış maya dəyərinin) ümumi məbləği arasındakı yaranmış fərq məbləği başa düşülür. Eyni zamanda, aparılmış mal-pul əməliyyatları nəticəsində toplanmış (yaranmış) ümumi gəlirlərin, ümumi xərclərin və ümumi mənfəətin məbləğləri X7 Planında ayrı-ayrılıqda uçota alınır və yekun gəlirin (mənfəətin) müəyyən edilməsində əsas kimi götürülür.
2. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ##.##.2024-cü il tarixli *-**-*/*-*-f-**/**** saylı əmri ilə yaradılmış “Antiinhisar qanunvericiliyin pozulması haqqında işlərə baxılması üzrə Komissiyası”nın üzvləri tərəfindən “Maliyyə Sanksiyası”nın tətbiqi üçün əsas götürülmüş 158.675,98 (yüz əlli səkkiz min altı yüz yetmiş beş) manat məbləğində gəlir (mənfəət) məbləği mövcud qanuni əsaslarla ziddiyyət təşkil edir və həqiqəti düzgün əks etdirmir.
3. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ##.##.2024-cü il tarixli *-**-*/*-*-f-**/**** saylı əmri ilə yaradılmış “Antiinhisar qanunvericiliyin pozulması haqqında işlərə baxılması üzrə Komissiyası”nın üzvləri tərəfindən “Maliyyə Sanksiyası”nın tətbiqi üçün əsas götürülməli olan gəlir (mənfəət) məbləği 5.945,60 (beş min doqquz yüz qırx beş) manat təşkil edir.” Maliyyə sanksiyası kimi tutulmalı məbləğin müəyyən edilməsi istiqamətində məhkəmə kollegiyası apellyasiya araşdırması zamanı Dövlət Gömrük Komitəsinə müvafiq sorğu ünvanlanaraq İddiaçı MMC ilə “xxxx" şirkəti arasında bağlanmış AG****** nömrəli ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ölkəyə idxal olunmuş “Qara çay”ların ümumi gömrük dəyərinin nə qədər təşkil etməsi barədə ətraflı məlumatın (aidiyyəti gömrük bəyannamələri ilə birlikdə) məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Dövlət Gömrük Komitəsi tərəfindən *-**/*-******/**** nömrəli ##.##.2026-cı il tarixli sorğuya cavab məktubu ilə Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən ##.##.2019-cu il tarixdən ##.##.2026-cı il tarixədək olan dövr ərzində İddiaçı MMC ilə (VÖEN: **********) “xxxx" şirkəti arasında bağlanmış AG****** nömrəli ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən idxal edilmiş mallar haqqında məlumatları, həmin malların gömrük rəsmiləşdirilməsi üçün tərtib olunmuş gömrük bəyannaməsinin və müşayiət sənədlərinin surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası tərəfindən təqdim olunan sənədlərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 2023-cü ildə iddiaçı tərəfindən invoys dəyəri 79716.16 ABŞ dolları olan 15008 kq çəkidə sözügedən çay məhsulları ölkəyə idxal edilmiş, gömrük bəyannaməsi ilə rəsmiləşdirilərək sərbəst dövriyyəyə buraxılmışdır. Cavabdeh inzibatin orqan tərəfindən müvafiq yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, sözügedən malların təqdimi ilə bağlı bütün əməliyyatların ümumi dəyəri 158675,98 manat olmuş və bura həm malların alışına çəkilən xərclər ( invoys dəyəri, daşınma xərcləri, ədv və s.) həm də həmin malın satışı nəticəsində əldə edilmiş mənfəət daxil edilmişdir. O da diqqətə çatdırılır ki, 158.675,98 manat məbləğ (onu formalaşdıran məbləğlərlə birlikdə) malların təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyərini təşkil edir ki, bu hal mübahisələndirilmir. Lakin yuxarıda da qeyd edildiyi kimi kollegiya maliyyə sanksiyası kimi tutulmalı məbləğ olaraq malların təqdimi ilə bağlı bütün əməliyyatların deyil, məhz iddiaçının malların daxili bazarda satışı nəticəsində əldə etdiyi mənfəətin məbləğini müəyyənləşdirir. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Auditorlar Palatasının auditoru Ekspert tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunan ##.##.2025-ci il tarixli auditor rəyi apellyasiya baxışı zamanı təhlil edilmiş və rəydə qeyd olunan məqamların araşdırılması məqsədilə auditor məhkəmə iclas zalına dəvət edilərək dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən auditor Ekspert izahatında bildirmişdir ki, 1995-ci ildən auditor kimi fəaliyyət göstərir, hazırkı işdə də “xxxx” anlayışına və MMC-nin əldə etdiyi gəlir məbləğinin müəyyən edilməsi məqsədilə keçirilmiş auditin nəticələri barədə rəy vermişdir. Audit rəyi ona iddiaçı tərəfindən eyni zamanda məhkəməyə də təqdim edilmiş iş materialları və qanunvericiliyin normaları əsasında verilmişdir. Gəlirin məbləği dedikdə, çəkilmiş xərclər çıxıldıqdan sonra qalan pul vəsaiti başa düşülür. Rəyin 3.3 hissəsində də qeyd olunduğu kimi, məhsulların alış dəyəri 135.517,47 manat (79716.16 USD), daşınma xərcləri 3.048,37 manat, satış xərcləri 6.775,87 manat, ƏDV 1.363,00 manat, əməkhaqqı, DSMF xərcləri 4.539,69 manat, maya dəyərinin ümumi məbləği 151.244, 40 manat, əldə olunmuş satış pulunun (ümumi gəlirin) məbləği 158.675,98 manat, əldə olunmuş gəlirin (mənfəətin) məbləği 7.432,00 (158.676-151.244) manat, gəlir vergisi 1.486,40 manat, əldə olunmuş xalis gəlirin (mənfəətin) məbləği isə 5.945,60 manat təşkil etmişdir. xxxx anlayışı dedikdə, həmin gəlirin əldə edilməsi ilə bağlı olan və mövcud qanunvericilik aktları ilə nəzərdə tutulmuş çəkilmiş xərclər (yaranmış maya dəyəri) çıxıldıqdan sonra qalan pul vəsaitinin məbləği və ya malların pərakəndə satışından əldə edilmiş ümumi gəlir (satış və ya xidmətdən əldə olunmuş pul vəsaitləri) məbləği ilə həmin mallara çəkilmiş xərclərin (yaranmış maya dəyərinin) ümumi məbləği arasındakı yaranmış fərq məbləği başa düşülür. Əldə olunmuş xalis gəlirin (mənfəətin) məbləği dedikdə, tətbiq edilmiş gəlir (mənfəət) vergisini çıxdıqdan sonra qalan məbləğ başa düşülür. Məhkəmə kollegiyası auditor rəyi ilə qismən razılaşsa da Qanunun məqsədi baxımından hazırki iş üzrə maliyyə sanksiyasının məbləği qismində 5945,60 manat məbləğin göstərilməsi ilə razılaşmır. Belə ki, auditor sözügedən məbləği iddiaçı tərəfindən əldə etdiyi mənfəətdən mənfəət vergisi çıxılandan sonra qalan xalis mənfəət kimi hesablamışdır. Kollegiya isə auditorun xxxx anlayışına sahibkarın malların satışı zamanı əldə etdiyi fayda şəklində yanaşması ilə o məqamla razılaşaraq qənaətini onunla əsaslandırır ki, qanunverici mənfəət vergisinin çıxılmasını nəzərdə tutmamışdır. Belə ki, istinad olunan Qanunun 12 –ci maddəsində xxxxin maliyyə sanksiyası kimi nəzərə alınması zamanı ədv, sadələşdirilmiş və aksiz vergisinin çıxılmalı olduğu qeyd edilsə də mənfəət vergisinin çıxılması göstərilməmişdir. Bir sözlə sahibkar tərəfindən əldə etdiyi mənfəətdən dövlət büdcəsinə ödənilməli mənfəət vergisinin çıxılması hazırki mübahisə üzrə maliyyə sanksiyası kimi xxxxin formalaşması zamanı nəzərə alınmamalıdır. Nəzərə alınmalı məbləğ məhz sahibkarın bir malı satması nəticəsində əlinə keçən məbləğdir ( mənfəət vergisinin ödənilib-ödənilməməsindən asılı olmayaraq). Azərbaycan Respublikası Vergilər Nazirinin hal-hazırda qüvvədə olan ## ###### 2018-ci il tarixli **************** saylı əmri ilə təsdiq edilmiş “X13” hesabat formasının 200.1.1, 220, 221 və 236 maddələrində göstərilir ki, gəlir (mənfəət) məbləği dedikdə, malların pərakəndə satışından əldə edilən ümumi gəlir məbləği ilə həmin mallara çəkilmiş xərclərin ümumi məbləği arasındakı fərq başa düşülməlidir. Beləliklə, cavabdeh tərəfindən maliyyə sanksiyasının hesablanması zamanı əsas götürülmüş 158.675,98 manat məbləğ məhsulun satışından əldə olunmuş ümumi pul daxilolmasını əks etdirmişdir. Halbuki həmin məbləğdən məhsulun maya dəyərinin ümumi məbləği olan 151244,40 manat məbləğ, yəni məhsulun əldə edilməsi, daşınması, satışı və digər təsdiq edilmiş xərclər çıxıldıqdan sonra əldə edilmiş mənfəət 7.432 (7431,58) manat təşkil etmişdir. Məhkəmə kollegiyası həmçinin onu da diqqətə çatdırır ki, iddiaçı sözügedən dövrdə təkcə mübahisə predmeti olan çayların deyil, digər malların satışı, təqdimi fəaliyyəti ilə məşğul olmuş, iş materiallarına əlavə edilmiş 2023-cü ilin X13ndən aydın görünür ki, iddiaçı şirkətin 2023-cü il üzrə malların təqdim edilməsindən gəliri 3327404,34 manat olmuş, gəlirdən çıxılan xərcləri 3185685,58 manat, mənfəəti isə 141355,34 manat olmuşdur. Qeyd edilən rəqəmlərə münasibətdə isə cəmi 2008 kq çayın satışı nəticəsində 7432 manat mənfəətin əldə edilməsi tam ağlabatandır. Yekunda, məhkəmə kollegiyası hesab edir ki,maliyyə sanksiyasının məbləği kimi xxxxin məbləği olan 7432 manat (158676-151244 manat) məbləğin müəyyən edilməsi ədalətlidir. Bunun əksi isə ədalət prinsipinə ziddir. Məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunu formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yardacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. Inzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Oxşar iş üzrə Ali Məhkəmənin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarında qeyd edilmişdir ki: “134. Belə ki, maliyyə sanksiyasının məbləği ilə bağlı nəzərə alınmalıdır ki, “Inzibati icraat haqqında” Qanunun 17-ci maddəsində təsbit olunmuş mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
135. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Beləliklə, Məhkəmə kollegiyası iddiaçının iddia tələbini qismən əsaslı hesab edərək bildirir ki, cavabdeh inzibati orqanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” ##.##.2024-cü il tarixli qərarı 7.432,00 manat maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, şikayət qismən təmin edilməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iddia tələbi qismən təmin edilsin. Azərbaycan Respubilkasının Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (hazırkı Azərbaycan Respubilkasının Prezidenti yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Agentliyi) “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” ##.##.2024-cü il tarixli qərarı 7.432,00 manat maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissədə ləğv edilsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli