Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-43/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və X12 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X9, Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs iştirakları ilə, Iddiaçı İddiaçı Alfrat qızının cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə (hazırkı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh) qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı Alfrat qızı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ***** saylı, ##.##.2007-ci il tarixli “11/12 – ****/**** nömrəli bağın istifadəyə verilməsi haqqında müqavilə”yə əsasən İddiaçı istifadəsinə verilmiş torpaq sahəsinin yerinin müəyyən edilərək həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “iddiaçının mülkiyyətinə aid olan Ləhiş (Ləhic) bağlar massivindəki 975 kv.m torpaq sahəsinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər XDS IK-nin */*** saylı ##.##.1990-ci il tarixli qərarına əsasən Əzizbəyov (hazırda - Xəzər) rayonu, Şüvəlan qəsəbəsi, “Şimal” DRES-in cənub-şərq ərazisindən Kosmik Tədqiqatlar EIB-in (hazırda - Azərbaycan Milli Aerokosmik Ağentliyinin) nəzdində yaradılmış Bağçılıq yoldaşlığına (“Günəş-3” Bağçılıq yoldaşlığına) torpaq sahəsi ayrılmışdır. Bakı şəhər XDS IK-nin */*** saylı ##.##.1990-ci il tarixli qərarının icrası ilə əlaqədar Memarlıq-planlaşdırma idarəsi tərəfindən ##.##.1991-ci il tarixdə ərazinin memarlıq-planlaşdırma sənədi təsdiq edilmiş, ayrılmış ümumi sahə 4,68 ha olmaqla, sahənin sərhədləri, istinad nöqtələri müəyyən edilmişdir. Bundan sonra “Günəş-3” Bağçılıq yoldaşlığının üzvlərinə onlara ayrılmış torpaq sahələrinə dair üzvlük kitabçaları verilmişdir. 90-cı illərdə “Günəş-3” Bağçılıq yoldaşlığının bəzi üzvləri, xüsusilə digər millətlərdən olan üzvləri işdən çıxaraq ölkəni tərk etdiyindən, bu və digər bu kimi səbəblərdən sahədən təyinatı üzrə istifadə etmədiyinə görə ##.##.1999-cu il tarixdə Azərbaycan Milli Aerokosmik Ağentliyinin (AMAKA) nəzdində yaradılmış “Günəş-3” Bağçılıq yoldaşlığının ümumi yığıncağı keçirilmişdir. Həmin tarixli ümumi yığıncağın qərarına əsasən AMAKA-nin baş direktorunun birinci müavini Tofiq Süleymanov tərəfindən “Günəş-3” Bağçılıq yoldaşlığının üzvlərinin bölgü sxemi tərtib və təsdiq edilmişdir. Bundan sonra “Günəş-3” Bağçılıq yoldaşlığının üzvlərinin bölgü sxemi əsasında sahə naturada ayrılaraq üzvlərə təhvil verilmiş, o cümlədən AMAKA-nın elmi işçisi, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan X2 AMAKA-nın Bağçılıq yoldaşlığı üzvlərinin ##.##.1999-cu il tarixli * saylı protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və ona üzvlük kitabçası verilmiş və **/** nömrəli bağ sahəsi naturada ayrılaraq ona təhvil verilmişdir. Həmin vaxt sahə naturada ayrılaraq üzvlərə təhvil verilərkən eyni vaxtda bağçılıq üzvlərin ümumi (üzvlük) vəsaiti hesabına, o cümlədən X2 vəsaiti hesabına “Günəş-3” Bağçılıq yoldaşlığının sədri mərhum Elmar Hacıyevin rəhbərliyi ilə bütün bağ sahələri 5 daş hündürlüyündə hasarlanmışdır. Belə ki, həmin dövrdə Bakı şəhər IHBA APBTID X19 və Istismarı Birliyi tərəfindən bağçılıq üzvlərindən üzvlük kitabçaları əsasında müvafiq bağ sahələrinin ən azı 5 daş hündürlüyündə hasarlanması tələb edilirdi. X14 Inkişafı və Istismarı Birliyinin ərazi üzrə nümayəndəsi həmin sahəyə baxış keçirdikdən və müvafiq bağ sahəsinin istifadəçisi tərəfindən hasara alındığını müəyyən etdikdən sonra üzvlük kitabçaları əsas sənəd kimi qəbul edilirdi. Bildirirlər ki, X2 ##.##.2005-ci il tarixli **** qeydiyyat nömrəli ərizə ilə Bakı şəhər IHBA APBTID X19 və Istismarı Birliyinə müraciət edərək, Şüvəlan qəsəbəsi ərazisindəki AMAKA tərəfindən verilmiş **/** nömrəli bağının üzvlük kitabçasını sahəsinin müqavilə ilə əvəz edilməsini xahiş etmişdir. ##.##.2005-ci il tarixli **** qeydiyyat nömrəli həmin ərizənin üzərindəki qeydlərdən göründüyü kimi, ərizə verilən tarixdə, yəni ##.##.2005-ci il tarixdə **/**-****/**** nömrəli bağ sahəsi X2 istifadəsində olmuş və bağ sahəsinin hasarı mövcud olmuş, X19 və Istismarı Birliyinə müəyyən olunmuş ödəniş edilmiş və bağ sahəsi dördüncü sırada yerləşir. Qeyd edirlər ki, həmin dövrdə Bakı şəhər IHBA APBTID X19 və Istismarı Birliyi tərəfindən bağçılıq üzvlərindən üzvlük kitabçaları əsasında müvafiq qaydada müqavilə bağlanması tələb edilirdi. Hazırkı iddianın predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisindəki 0,12 ha torpaq sahəsində yerləşən **/** nömrəli bağ sahəsi də eyni qaydada Bakı şəhər IHBA APBTID X19 və Istismarı Birliyi ilə bağlanmış ***** saylı ##.##.2005-ci il tarixli 11/12- ****/**** nömrəli “Bağın istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən 10 il müddətinə X2 istifadəsinə verilmişdir. 2007ci ilin yanvar ayında X2 istifadəsində olan **/**-****/**** nömrəli bağın İddiaçı istifadəsinə verilməsi barədə razılığa gəlir. Bu məqsədlə, X2 * saylı DNK-da ##.##.2007-ci il tarixli, reyestrdə 7k08/783 nömrə ilə qeyd edilmiş ərizə ilə müraciət edərək, Şüvəlan qəsəbəsi ərazisindəki 0,12 ha sahəsi olan **/**-****/**** nömrəli bağ sahəsinin İddiaçı adına keçirilməsinə razı olduğunu bildirmişdir. Eyni zamanda, X2 ailə üzvü olan anası X1 da, * saylı DNK-da ##.##.2007-ci il tarixli, reyestrdə 7k08/784 nömrə ilə qeyd edilmiş ərizə ilə müraciət edərək, Şüvəlan qəsəbəsi ərazisindəki 0,12 ha sahəsi olan **/**-****/**** nömrəli bağ sahəsinin İddiaçı adına keçirilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra, İddiaçı ##.##.2007-ci il tarixli *** qeydiyyat nömrəli ərizə ilə Bakı şəhər IHBA APBTID X19 və Istismarı Birliyinə müraciət edərək, Şüvəlan qəsəbəsi ərazisindəki **/**-****/**** nömrəli bağ sahəsinin onun adına keçirilməsini xahiş etmişdir. ##.##.2007-ci il tarixli *** qeydiyyat nömrəli ərizənin üzərindəki qeydlərdən göründüyü kimi, ərizə verilən tarixdə, yəni ##.##.2007-ci il tarixli, **/**-****/**** nömrəli bağ sahəsi X2 istifadəsində olmuş və bağ sahəsinə görə ##.##.2007-ci il tarixdə X19 və Istismarı Birliyinə müəyyən olunmuş ödəniş edilmişdir. Bundan sonra, həmin bağ sahəsinə dair Bakı şəhər IHBA APBTID X19 və Istismarı Birliyi ilə bağlanmış ***** saylı ##.##.2007-ci il tarixli **/**-****/**** nömrəli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən 10 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. Həmin sahə 2007-ci ildə İddiaçı ayrılandan sonra X2 tərəfindən əvvəllər inşa edilmiş 5 daş hasara İddiaçı tərəfindən əlavə 5 daş hörülmüş, lakin sonradan maddi imkanı olmadığına görə ev tikə bilməmişdir. Lakin İddiaçı mütəmadi olaraq bağ sahəsinə baş çəkmişdir. 2018-ci ilin əvvəllərində İddiaçı maddi imkanı nisbətən düzəldiyindən, həmin sahəyə dair yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində ilkin dövlət qeydiyyata alınması (mülkiyyət sənədi verilməsi) ilə bağlı AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin * saylı Bakı şəhər Ərazi Idarəsinə müraciət etmişdir. Həmin müraciətə DƏDRX-in* saylı Bakı şəhər Ərazi Idarəsinin ##.##.2018-ci il tarixli məktubu ilə cavab verilərək, həmin sahəyə dair başqa şəxsin, yəni X3 adına qeydiyyat aparıldığı bildirilmişdir. Qeyd edirlər ki, həmin sahəyə DƏDRX-in * saylı Bakı şəhər Ərazi Idarəsinin mütəxəssisinin iştirakı ilə baxış keçirilən zaman, həqiqətən İddiaçı tərəfindən inşa edilmiş hasarın naməlum şəxs tərəfindən sökülərək, yeni hasar inşa edildiyi müəyyən edilmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, həmin sahə tam qanuni əsaslarla İddiaçı istifadəsində olmuşdur. Belə ki, “Günəş-3” Bağçılıq yoldaşlığının üzvlərinin bölgü siyahısı və bölgü sxemində mübahisə predmeti olan X6 adına **(**/****) saylı bağ torpaq sahəsi, ümumiyyətlə mövcud olmamışdır. Beləliklə, təqdim edilən sənədlərlə müəyyən edilir ki, Bağçılıq yoldaşlığının üzvlərinin bölgü siyahısı və bölgü sxemində həmin sahə tam qanuni əsaslarla İddiaçı istifadəsində olmuş, Natavan Məmmədovanın adına isə bağ sahəsi olmamışdır. Sonradan o da, müəyyən edilmişdir ki, həmin bağ torpaq sahəsi X6 adına * saylı Bakı Ərazi Idarəsi tərəfindən ##.##.2015-ci il tarixdə qeydiyyata alındıqdan cəmi 23 gün sonra sonuncu tərəfindən Bakı, Gəncə pr. ev 105 mənzil 42-də qeydiyyatda olan X7 Bakı şəhəri * saylı Notariat Kontorunda ##.##.2015-ci il tarixdə verilmiş etibarnamə əsasında həmin şəxs tərəfindən ##.##.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3, həmin alqısatqı müqaviləsi Bakı şəhəri * saylı Xüsusi Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında X3 RX seriyalı ******* saylı ##.##.2015-ci il tarixli çıxarış verilmişdir. Beləliklə, göründüyü kimi, İddiaçı qanuni istifadəsində olan həmin sahənin başqa şəxslərə vermiş vəzifəli şəxslər, vəzifələrindən sui-istifadə edərək, qanunla onun mülkiyyətinə verilmiş bağ sahəsinin özgəninkiləşdirilməsinə nail olmuşlar. Yuxarıda qeyd edilənlərdən görünür ki, hazırkı iş üzrə iddiaçıya verilən torpaq sahəsinin ayrılması qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilmişdir. Beləliklə, iddiaçı tərəfindən torpaq sahəsinin sənədlərin təsdiq olunmuş surəti təqdim edilməklə, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə müraciət edilərək, Bakı şəhər IHBAAPBTID X19 və Istismarı Birliyi ilə bağlanmış **** saylı ##.##.2007-ci il tarixli **/**-****/**** nömrəli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən İddiaçı istifadəsinə verilmiş torpaq sahəsinin yerinin müəyyən edilməsi, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi xahiş edilmiş, lakin Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubu ilə bundan imtina edilmişdir. Həmin imtina onunla əsaslandırılmışdır ki, Idarənin mütəxəssislərinin iştirakı ilə texniki baxış keçirilərkən göstərilən torpaq sahəsinin onun qanuni istifadəsində olmadığı müəyyən edilmişdir, belə ki, sahə digər şəxs tərəfindən hasarlanmış və digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı ##.##.2019-cu il tarixli qərarı ilə iddiaçı İddiaçı tərəfindən cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı “bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddia təmin edilməmişdir, Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı ##.##.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin imtinanı qanunsuz və əsassız hesab edirlər. Imtinanın birinci əsası ondan ibarətdir ki, Idarənin mütəxəssislərinin iştirakı ilə texniki baxış keçirilərkən göstərilən torpaq sahəsinin onun qanuni istifadəsində olmadığı müəyyən edilmişdir, belə ki, sahə digər şəxs tərəfindən hasarlanmış və digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Imtinanın həmin hissəsi tamamilə əsassızdır. Əvvəla ona görə ki, göstərilən torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olub-olmadığını müəyyən etmək Idarənin mütəxəssislərinin səlahiyyətləri daxilində deyil. Belə ki, nə qədər ki, həmin bağ sahəsinə dair Bakı şəhər IHBA APBTID X19 və Istismarı Birliyi ilə bağlanmış ***** saylı, ##.##.2007-ci il tarixli “**/**-****/**** nömrəli bağın istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən İddiaçı istifadəsinə verilmişdir və həmin müqavilə qüvvədə olarkən konkret olaraq həmin müqavilənin qüvvəyə minməsindən cəmi 3 ay sonra Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” # ### 2007-ci il tarixli Sərəncamının 2-ci bəndinə əsasən həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görülməsi müvafiq icra hakimiyyəti orqanına tapşırılmışdır, bu halda iddiaçıya verilən torpaq sahəsinin ayrılmasının qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi və göstərilən torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması işin mübahisəsiz halıdır. Digər tərəfdən, ən yaxşı halda Idarənin mütəxəssisləri göstərilən torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olub-olmadığını müəyyən edə bilərdi. Belə olan halda, iddiaçı qanuni əsaslarla istifadəsinə verilmiş torpaq sahəsinin yerinin müəyyən edilməsi, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsini tələb etməkdə tamamilə haqlıdır. Imtinanın ikinci əsası ondan ibarətdir ki, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı ##.##.2019-cu il tarixli qərarı ilə iddiaçı İddiaçı tərəfindən cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı “bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddia təmin edilməmişdir, Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı, ##.##.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hesab edirlər ki, bu halın da işin nəticəsinə heç bir təsiri ola bilməz. Ona görə ki, hazırkı iddia tələbi həmin iddia tələbi ilə eyni deyildir. Nəhayət, imtinanın sonuncu, hüquqi əsaslandırması da iddiaçıya münasibətdə tamamilə əsassızdır. Hazırda iddiaçı da qeyd olunan qanunvericilik aktlarını rəhbər tutub, özünün qanuni istifadəsində olan həmin bağ sahəsini əvəzsiz qaydada onun mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görməsini, yəni torpaq sahəsinin yerinin müəyyən edilərək, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsini tələb edir. Cavabdeh isə formal əsaslar gətirərək bundan imtina edir. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, cavabdehin imtinası qanunsuzdur. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Cavabdeh tərəfindən verilmiş iddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddiaçılar iddia tələbində qeyd olunanlar ilə bağlı 1118030303 və ********** nömrəli ərizələrlə Idarəyə müraciət etmiş 183020427105 və 253020602256 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən göstərilən torpaq sahəsinin iddiaçı qanuni istifadəsində olmadığı müəyyən edilmişdir. Belə ki, sahə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsində iddiaçı İddiaçı “bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddia qaldırmış, * saylı Bakı Inzibati – Iqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı, ##.##.2019-cu il tarixli Qərarı ilə iddia təmin edilməmişdir. Iddiaçı İddiaçı * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı, ##.##.2019-cu il tarixli qərarından apellyasiya şikayəti vermiş. Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli Qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı, ##.##.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, məhkəmə tərəfindən bu məsələyə qiymət verilmişdir, lakin iddiaçı yenidən eyni iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “21. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: - Ilk öncə mübahisə ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarının olmasına münasibətdə məhkəmə qeyd edir ki, həmin inzibati mübahisə üzrə iddiaçının tələbi onun tərəfindən faktiki olaraq göstərilmiş **/**-****/**** saylı bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması olmuş, hazırki mübahisədə də, iddiaçının hüquqi marağı faktiki olaraq **/**-****/**** saylı bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması olsa da, o, tərəfindən əvvəllər göstərilmiş eyni torpaq sahəsi üzərində hüquqların qeydiyyatını mübahisələndirmir, əksinə torpaq sahəsinin yerinin cavabdeh tərəfindən müəyyənləşdirilərək hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş edir. Göründüyü kimi, tələblər faktiki olaraq eynilik təşkil etmir.
22. Məhkəmə cavabdehin digər dəlilinə münasibətdə isə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçının iddia etdiyi **/**-****/**** saylı bağ sahəsi faktiki olaraq onun istifadəsində deyildir. Onun əvvəllər **/**- ****/**** saylı bağ sahəsi kimi göstərdiyi sahə 13/3756 sayı altında digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmışdır. Iddiaçı hazırda ona ayrılmış **/**-****/**** saylı bağ sahəsinin yerini dəqiq bilmir və həmin bağ sahəsinin yerinin cavabdeh tərəfindən müəyyən edilməsini xahiş edir. Torpaq sahəsinin dəqiq koordinatları mövcud olmadığından onun naturada dəqiq yerini müəyyənləşdirmək də mümkün olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsi barəsində bazada məlumat olmaması və torpaq sahəsinin yerinin onun tərəfindən tam bilinməməsi, yerində müayinə üçün şərait yaradılmaması iddianın rədd edilməsi üçün əsas təşkil edir.” Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin nəticəsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddianın predmetindən göründüyü kimi, iddiaçı yenidən eyni iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir, yəni iddianın predmeti fərqlidir. “Günəş-3” Bağçılıq yoldaşlığının üzvlərinin bölgü sxemi əsasında sahə naturada ayrılaraq üzvlərə təhvil verilmiş, o cümlədən AMAKA-nın elmi işçisi, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan X2 AMAKA-nın Bağçılıq yoldaşlığı üzvlərinin ##.##.1999-cu il tarixli * saylı protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və ona üzvlük kitabçası verilmiş və **/** nömrəli bağ sahəsi naturada ayrılaraq ona təhvil verilmişdir. Həmin vaxt sahə naturada ayrılaraq üzvlərə təhvil verilərkən eyni vaxtda bağçılıq üzvlərin ümumi (üzvlük) vəsaiti hesabına, o cümlədən X2 vəsaiti hesabına “Günəş-3” Bağçılıq yoldaşlığının sədri mərhum Elmar Hacıyevin rəhbərliyi ilə bütün bağ sahələri 5 daş hündürlüyündə hasarlanmışdır. Belə ki, həmin dövrdə Bakı şəhər IHBA APBTID X19 və Istismarı Birliyi tərəfindən bağçılıq üzvlərindən üzvlük kitabçaları əsasında müvafiq bağ sahələrinin ən azı 5 daş hündürlüyündə hasarlanması tələb edilirdi. X14 Inkişafı və Istismarı Birliyinin ərazi üzrə nümayəndəsi həmin sahəyə baxış keçirdikdən və müvafiq bağ sahəsinin istifadəçisi tərəfindən hasara alındığını müəyyən etdikdən sonra üzvlük kitabçaları əsas sənəd kimi qəbul edilirdi. X2 ##.##.2005-ci il tarixli **** qeydiyyat nömrəli ərizə ilə Bakı şəhər IHBA APBTID X19 və Istismarı Birliyinə müraciət edərək, Şüvəlan qəsəbəsi ərazisindəki AMAKA tərəfindən verilmiş **/** nömrəli bağının üzvlük kitabçasını sahəsinin müqavilə ilə əvəz edilməsini xahiş etmişdir. ##.##.2005-ci il tarixli **** qeydiyyat nömrəli həmin ərizənin üzərindəki qeydlərdən göründüyü kimi, ərizə verilən tarixdə, yəni ##.##.2005-ci il tarixdə 11/12- ****/**** nömrəli bağ sahəsi X2 istifadəsində olmuş və bağ sahəsinin hasarı mövcud olmuş, X19 və Istismarı Birliyinə müəyyən olunmuş ödəniş edilmiş və bağ sahəsi dördüncü sırada yerləşir. Həmin dövrdə Bakı şəhər IHBA APBTID X19 və Istismarı Birliyi tərəfindən bağçılıq üzvlərindən üzvlük kitabçaları əsasında müvafiq qaydada müqavilə bağlanması tələb edilirdi. Hazırkı iddianın predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisindəki 0,12ha torpaq sahəsində yerləşən **/** nömrəli bağ sahəsi də eyni qaydada Bakı şəhər IHBA APBTID X19 və Istismarı Birliyi ilə bağlanmış ***** saylı ##.##.2005-ci il tarixli **/**-****/**** nömrəli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən 10 il müddətinə X2 istifadəsinə verilmişdir. 2007ci ilin yanvar ayında X2 istifadəsində olan **/**-****/**** nömrəli bağın İddiaçı istifadəsinə verilməsi barədə razılığa gəlir. Bu məqsədlə, X2 * saylı DNK-da ##.##.2007-ci il tarixli, reyestrdə 7k08/783 nömrə ilə qeyd edilmiş ərizə ilə müraciət edərək, Şüvəlan qəsəbəsi ərazisindəki 0,12 ha sahəsi olan **/**-****/**** nömrəli bağ sahəsinin İddiaçı adına keçirilməsinə razı olduğunu bildirmişdir. Eyni zamanda X2 ailə üzvü olan anası X1 da * saylı DNK-da ##.##.2007-ci il tarixli, reyestrdə 7k08/784 nömrə ilə qeyd edilmiş ərizə ilə müraciət edərək, Şüvəlan qəsəbəsi ərazisindəki 0,12 ha sahəsi olan **/**-****/**** nömrəli bağ sahəsinin İddiaçı adına keçirilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra, İddiaçı ##.##.2007-ci il tarixli *** qeydiyyat nömrəli ərizə ilə Bakı şəhər IHBA APBTID X19 və Istismarı Birliyinə müraciət edərək, Şüvəlan qəsəbəsi ərazisindəki **/**-****/**** nömrəli bağ sahəsinin onun adına keçirilməsini xahiş etmişdir. ##.##.2007-ci il tarixli *** qeydiyyat nömrəli ərizənin üzərindəki qeydlərdən göründüyü kimi, ərizə verilən tarixdə, yəni ##.##.2007-ci il **/**-****/**** nömrəli bağ sahəsi X2 istifadəsində olmuş və bağ sahəsinə görə ##.##.2007-ci il tarixdə X19 və Istismarı Birliyinə müəyyən olunmuş ödəniş edilmişdir. Bundan sonra, həmin bağ sahəsinə dair Bakı şəhər IHBA APBTID X19 və Istismarı Birliyi ilə bağlanmış ***** saylı ##.##.2007-ci il tarixli **/**-****/**** nömrəli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən 10 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. Həmin sahə 2007-ci ildə İddiaçı ayrılandan sonra X2 tərəfindən əvvəllər inşa edilmiş 5 daş hasara İddiaçı tərəfindən əlavə 5 daş hörülmüş, lakin sonradan maddi imkanı olmadığına görə ev tikə bilməmişdir. Lakin İddiaçı mütəmadi olaraq bağ sahəsinə baş çəkmişdir. 2018-ci ilin əvvəllərində İddiaçı maddi imkanı nisbətən düzəldiyindən, həmin sahəyə dair yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində ilkin dövlət qeydiyyata alınması (mülkiyyət sənədi verilməsi) ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in * saylı Bakı şəhər Ərazi Idarəsinə müraciət etmişdir. Həmin müraciətə DƏDRX-in * saylı Bakı şəhər Ərazi Idarəsinin ##.##.2018-ci il tarixli məktubu ilə cavab verilərək, həmin sahəyə dair başqa şəxsin, yəni X3 adına qeydiyyat aparıldığı bildirilmişdir. Qeyd edək ki, həmin sahəyə DƏDRX-in * saylı Bakı şəhər Ərazi Idarəsinin mütəxəssisinin iştirakı ilə baxış keçirilən zaman, həqiqətən İddiaçı tərəfindən inşa edilmiş hasarın naməlum şəxs tərəfindən sökülərək, yeni hasar inşa edildiyi müəyyən edilmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, həmin sahə tam qanuni əsaslarla İddiaçı istifadəsində olmuşdur. Belə ki, “Günəş-3” Bağçılıq yoldaşlığının üzvlərinin bölgü siyahısı və bölgü sxemində mübahisə predmeti olan X6 adına 13 (**/****) saylı bağ torpaq sahəsi, ümumiyyətlə mövcud olmamışdır. Beləliklə, təqdim edilən sənədlərlə müəyyən edilir ki, Bağçılıq yoldaşlığının üzvlərinin bölgü siyahısı və bölgü sxemində həmin sahə tam qanuni əsaslarla İddiaçı istifadəsində olmuş, Natavan Məmmədovanın adına isə bağ sahəsi olmamışdır. Sonradan o da müəyyən edilmişdir ki, həmin bağ torpaq sahəsi X6 adına * saylı Bakı Ərazi Idarəsi tərəfindən ##.##.2015-ci il tarixdə qeydiyyata alındıqdan cəmi 23 gün sonra sonuncu tərəfindən Bakı, Gəncə pr. ev 105 mənzil 42-də qeydiyyatda olan X7 Bakı şəhəri * saylı Notariat Kontorunda ##.##.2015-cı il tarixdə verilmiş etibarnamə əsasında həmin şəxs tərəfindən ##.##.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3, həmin alqı-satqı müqaviləsi Bakı şəhəri * saylı Xüsusi Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında X3 RX seriyalı ******* saylı ##.##.2015-ci il tarixli çıxarış verilmişdir. Beləliklə, göründüyü kimi, İddiaçı qanuni istifadəsində olan həmin sahənin başqa şəxslərə vermiş vəzifəli şəxslər, vəzifələrindən suiistifadə edərək, qanunla onun mülkiyyətinə verilmiş bağ sahəsinin özgəninkiləşdirilməsinə nail olmuşlar.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə X5 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı.
Əsaslandırıcı hissə:
Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir:
Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Iş materiallarından görünür ki, iddiaçının əvvəllər də eyni bağ nömrəsi ilə bağlı hüquqların qeydiyyata alınaraq çıxarışın verilməsi tələbi olmuş, iddia etdiyi bağ sahəsinə dair digər şəxsin hüquqlarının qeydiyyata alınması və çıxarışının qüvvədə olması əsası ilə iddiası təmin edilməmişdir. Hazırki tələbində isə iddiaçı bağ sahəsinin yerinin müəyyən edilməsi ilə ona mülkiyyət hüquqlarının qeydiyyatı barədə çıxarışın verilməsini xahiş edir ki, artıq tələb fərqli olduğundan kollegiya hesab edir ki, iddia mümkündür. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. IPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir:
Iddia mümkün olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
Məhkəmə Kollegiyası ilk olaraq aşağıdakı qanunvericilik normalarına nəzər yetirir:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir:
Işin faktiki hallarından görünür ki, iddiaçının iddia etdiyi - **/**-****/**** saylı bağ sahəsi ilk öncə X2 ayrılmış, sonradan tərəflərin razılığı ilə ##.##.2007-ci il tarixli, ***** saylı “Bağın istifadəyə verilməsi haqqında” müqavilə əsasında həmin bağ sahəsi iddiaçı İddiaçı istifadəsinə verilmişdir. O, ona ayrılmış **/**-****/**** saylı bağ sahəsi üzərində hüquqların qeydiyyatını əvvəllər inzibati məhkəmə icraatında mübahisələndirsə də, onun tələbi qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən təmin edilməmişdir. Məhkəmələrin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mübahisələndirdiyi **/**** saylı bağ sahəsinə hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş, 0.12 ha sahəsi olan bağ **/**** saylı bağ sahəsi kimi üçüncü şəxsin adına qeydiyyata alınmışdır. Iddiaçı torpaq sahəsinin üst-üstə düşmədiyini bildirsə də, bu dəlilini sübuta yetirə bilməmişdir. Beləliklə, iddiaçının faktiki olaraq göstərdiyi bağ sahəsi əvvəlcə “13/3756” sayı altında İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına, sonradan isə notarial qaydada təsdiq edilmiş müqavilə əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Iddiaçı bağ sahəsinin yerinin müəyyən edilərək dövlət reyestrində qeydiyyata almaq məqsədi ilə cavabdeh inzibati orqana rəsmi qaydada müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasında, etirazında o hallara istinad etmişdir ki: - Idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən göstərilən torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmadığı müəyyən edilmişdir. Belə ki, sahə digər şəxsin - X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - məhkəmə tərəfindən hazırkı məsələyə qiymət verilmişdir, lakin iddiaçı yenidən eyni iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etmişdir. Belə ki, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsində iddiaçı İddiaçı “bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddia qaldırmış, * saylı Bakı Inzibati – Iqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı, ##.##.2019-cu il tarixli Qərarı ilə iddia təmin edilməmişdir. Iddiaçı İddiaçı * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı, ##.##.2019-cu il tarixli qərarından apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli Qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı, ##.##.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Habelə birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi bağlı gəldiyi nəticədə o hallara istinad etmişdir ki: - iddiaçının torpaq sahəsi barəsində bazada məlumat olmaması və torpaq sahəsinin yerinin onun tərəfindən tam bilinməməsi, yerində müayinə üçün şərait yaradılmaması iddianın rədd edilməsi üçün əsas təşkil edir. Iddiaçı hazırda tələbində inzibati orqanın imtinasını mübahisələndirir və hüquqmüəyyənedici sənədlər əsasında ona məxsus olan **/**-****/**** saylı bağ sahəsi üzərində hüquqlarının torpaq sahəsinin faktiki yerinin cavabdeh tərəfindən müəyyən edilməklə dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək mövqeyini aşağıdakı kimi əsaslandırır. Iş materiallarından görünür ki: - Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina olaraq verilmiş *-**-*-**/*-B-****-*/**** nömrəli, ##.##.2025-ci il tarixli məktub ilə bildirilmişdir ki, Idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən göstərilən torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmadığı müəyyən edilmişdir. Belə ki, sahə digər şəxs tərəfindən hasarlanmış və digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, * saylı Bakı Inzibati – Iqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli, *-*(**)-***/**** nömrəli qərarı ilə iddiaçının cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı “bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli, *-*(**)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Bakı Inzibati Məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən *-**-*-**/*- *****/**** nömrəli, ##.##.2025-ci il tarixli məktubla X19 və Istismarı Birliyinin ##.##.2007ci il tarixli ***** saylı müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən **/**-****/**** saylı bağ sahəsinə dair arxiv qovluğunda mövcud olan sənədlərin təsdiq edilmiş surətləri və ortofo görüntüsü məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi - **/**-****/**** saylı bağ sahəsi ilk öncə X2 ayrılmış, sonradan tərəflərin razılığı ilə ##.##.2007-ci il tarixli, ***** saylı müqavilə əsasında həmin bağ sahəsi iddiaçı İddiaçı istifadəsinə verilmişdir. Iddiaçının faktiki olaraq göstərdiyi bağ sahəsi isə əvvəlcə “13/3756” sayı altında İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına, sonradan isə notarial qaydada təsdiq edilmiş müqavilə əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının 2-1(103)- ****/**** saylı, ##.##.2019-cu il tarixli qararına əsasən müəyyən edilmişdir ki, iddiaçı əvvəllər cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən **/**-****/**** nömrəli bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı, ## ##### 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının sözügedən qərarına əsasən * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 2- *(**)-***/**** saylı, ## ##### 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mübahisələndirdiyi **/**** saylı bağ sahəsinə hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş, 0.12 ha sahəsi olan bağ **/**** saylı bağ sahəsi kimi üçüncü şəxsin adına qeydiyyata alınmışdır. Iddiaçı torpaq sahəsinin üst-üstə düşmədiyini bildirsə də, bu dəlilini sübuta yetirə bilməmişdir - Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə (üçüncü şəxslər: İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs və X3) qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsni xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Ali Məhkəmənin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Birinci imtina dəlilinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini haqlı sayaraq diqqətə çatdırır ki, həmin inzibati mübahisə üzrə iddiaçının tələbi onun tərəfindən faktiki olaraq göstərilmiş **/**-****/**** saylı bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması olmuş, hazırkı inzibati işdə isə iddiaçının hüquqi marağı faktiki olaraq **/**-****/**** saylı bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması olsa da, o, tərəfindən əvvəllər göstərilmiş eyni torpaq sahəsi üzərində hüquqların qeydiyyatını mübahisələndirmir, əksinə torpaq sahəsinin yerinin cavabdeh tərəfindən müəyyənləşdirilərək hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş edir. Inzibati işin materiallarından aydın olduğu kimi, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi üzrə bir neçə mübahisəsi olmuşdur, belə ki, **/**-****/**** nömrəli bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, həmin bağ sahəsinin yerini **/**** saylı bağ sahəsinin yeri olaraq göstərmişdir. Digər imtina əsasına gəldikdə isə məhkəmə kollegiyası diqqətə çatdırır ki, işin hallarından göründüyü kimi, iddiaçının iddia etdiyi **/**-****/**** saylı bağ sahəsi faktiki olaraq onun istifadəsində deyildir. Onun əvvəllər **/**-****/**** saylı bağ sahəsi kimi göstərdiyi sahə 13/3756 sayı altında digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmışdır. Iddiaçı hazırda ona ayrılmış **/**-****/**** saylı bağ sahəsinin yerini dəqiq bilmir və həmin bağ sahəsinin yerinin cavabdeh tərəfindən müəyyən edilməsini tələb edir. Torpaq sahəsinin dəqiq koordinatları mövcud olmadığından onun naturada dəqiq yerini müəyyənləşdirmək də mümkün olmamışdır. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, torpaq sahəsinə dair hüquqların qeydə alınması üçün həmin torpaq sahəsinin təsdiqlənmiş cizgisinin təqdim edilməsi zəruridir. Belə ki, torpaq sahəsinə hüquqların qeydiyyata alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi torpaq sahəsinin cizgisinin ərizəyə əlavə edilməsini birbaşa nəzərdə tutur. Bu səbəbdən də torpaq sahəsinin səlahiyyətli qurum tərəfindən təsdiqlənmiş cizgisinin təqdim edilmədiyi təqdirdə, həmin torpaq sahəsinə hüquq qeydiyyata alına bilməz. Apellyasiya baxışı zamanı iddiaçı tərəfin və üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs verdiyi izahatlardan aydın olmuşdur ki, hazırda da iddiaçı tərəf **/**-****/**** saylı bağ sahəsinin yerini 13/3756 sayı altında digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində hüququ qeydiyyata alınan bağ sahəsinin yerinə uyğun gəldiyini bildirmiş, həmin yeri işarət etmişdir. Iş materiallarına əlavə edilmiş Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2023-cü il tarixli qərarından görünür ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli **/**** nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ərazidə hasarlama işləri plan üzrə aparılmadığından İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına qeydə alınmış bağ sahəsinin iddiaçıya ayrılmış **/** saylı bağ sahəsinin yerinə uyğun gəlməsini müəyyən etmək mümkün olmamışdır. Aydın olmuşdur ki, həm “Günəş-3” bağçılıq yoldaşlıq birliyinə dair sxematik xəritə (bölgü sxemi) arxiv qovluğunda olmadığından, həm də ərazidə hasarlama işləri plan üzrə aparılmadığından nə **/** saylı, nə də ** saylı bağ sahəsinin naturada ilkin yerləşmə yerinin müəyyən edilməsi mümkündür. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına qeydə alınmış ** saylı bağ sahəsinin D.Əliyeva, daha sonra isə iddiaçıya ayrılmış **/** saylı bağ sahəsinin yerinə uyğun gəlməsi sübuta yetirilmir. Bakı Inzibati Məhkəməsi tərəfindən “Günəş-3” bağçılıq yoldaşlıq tərəfindən ayrı-ayrı şəxslərə verilmiş bağ sahələrinin qeydiyyata alınması zamanı həmin bağ sahələrinə dair verilmiş bölgü sxemlərin məhkəməyə təqdim edilməsi barədə sorğu göndərilmiş, sorğuya cavab olaraq təqdim edilmiş bölgü sxemlər tədqiq edildikdə onların bir-birindən fərqləndiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin mövqeyini haqlı və düzgün sayaraq qeyd edir ki, iddiaçının torpaq sahəsi barəsində bazada məlumat olmaması və torpaq sahəsinin yerinin onun tərəfindən tam bilinməməsi, yerində müayinə üçün şərait yaradılmaması iddianın rədd edilməsi üçün əsas təşkil edir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli