Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-437/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, cavabdehin hüquq varisinin nümayəndəsi X13, üçüncü şəxsin nümayəndəsi vəkil1 iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə qarşı "ünvan 1-cu məhəllədə (yeni qaydalarla: M.Əliyev küçəsi 30) yerləşən 24 sot torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın verilməsi və plan-ölçüsünün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" barədə iddiasına dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsi, üçüncü şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və üçüncü şəxs üçüncü şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Bakı Şəhəri Nizami Rayonu Keşlə Bələdiyyəsinin ##.##.2004-cü il tarixli ** nömrəli iclasının qərarı ilə ünvan 1 məhəllə ünvanında yerləşən, ümumi sahəsi 2400 kv.m torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmışdır. Bakı Şəhəri Nizami Rayonu Keşlə Bələdiyyəsinin sədri tərəfindən eyni məzmunlu ##.##.2004-cü il tarixli **/** nömrəli sərəncam da verilmişdir. Bakı Şəhəri Nizami Rayonu Keşlə Bələdiyyəsi tərəfindən həmin torpaq sahəsi ilə bağlı "ünvan 2 məhəllə ünvanında 2400 kv.m istifadə olunan boş torpaq sahəsinin şərti ölçülü cizgisi" tərtib edilmişdir. İddiaçı ##.##.2025-ci ildə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə ərizə ilə müraciət edərək göstərilən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin həmin Idarə ##.##.2025-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, X17 X15 Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədləri barədə məlumat mövcud olmadığından araşdırma aparılması mümkün olmamış, bundan əlavə, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə qarşı "Bakı Şəhəri Nizami Rayonu Keşlə Bələdiyyəsinin ##.##.2004-cü il tarixli **/** nömrəli sərəncamı ilə ünvan 1-cu məhəllədə (yeni qaydalarla: M.Əliyev küçəsi 30) yerləşən 24 sot torpaq sahəsinə onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra o, iddiasını dəqiqləşdirərək, tələbini "ünvan 1-cu məhəllədə (yeni qaydalarla: M.Əliyev küçəsi 30) yerləşən 24 sot torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın verilməsi və plan-ölçüsünün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" kimi ifadə etmişdir. Iddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan torpaq sahəsi 21 ildir ki, fasiləsiz olaraq onun sahibliyində və istifadəsindədir. O, həmin torpaq sahəsinə görə müvafiq dövlət ödənişlərini, torpaq vergisini ödəyir. Cаvаbdеh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehn * saylı Bakı Ərazi Idarəsi iddianı qəbul etməmiş və iddiaya etirazında bildirmişdir ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) idarəyə təqdim edilməmiş, əlavə olunan yerləşmə cizgisində bələdiyyənin qərarına istinad olunmamışdır. Bundan başqa, yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmamış, torpaq sahəsinin faktiki vəziyyəti ilə perimetrik ölçü və konfiqurasiya fərqləri mövcuddur. Torpaq sahəsinin sərhədləri şərtidir. Eyni zamanda, elektron kadastr məlumatlarına əsasən, göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpaqlarına aiddir. Torpaq sahəsinin bir hissəsi neft kəmərinin, bir hissəsi qaz kəmərinin, bir hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Həmçinin torpaq sahəsinin yerləşdiyi ümumi əraziyə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müraciət olunmuşdur. Əlavə olaraq, sahə yol olaraq ümumi istifadə olunan əraziyə uyğun gəlir. Bundan başqa, cavabdeh məhkəmənin sorğusuna verdiyi ##.##.2025-ci il tarixli cavab məktubunda bildirmişdir ki, elektron baza məlumatlarına əsasən, sözügedən torpaq sahəsinin bir hissəsi ************ reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. Sahə qaz kəmərinin və elektrik xəttinin mühafizə zolağında yerləşir. Həmin məktuba əlavə olunmuş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, ünvan 3 ünvanında yerləşən, reyestr nömrəsi ************ olan 3,0405 ha torpaq sahəsinə X8 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Eyni zamanda, cаvаbdеh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehn * saylı Bakı Ərazi Idarəsi məhkəməyə vəsatət verərək, göstərilən torpaq sahəsinin bir hissəsinin neft kəmərinin mühafizə zolağında yerləşdiyini, həmçinin, torpaq sahəsinin yerləşdiyi ümumi əraziyə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müraciət olunduğunu bildirmiş və həmin qurumların üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, ünvan 1-cü məhəllədə (yeni qaydalarla: M.Əliyev küçəsi 30) ünvanında yerləşən 24 sot torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın verilməsi və plan ölçüsünün tərtib edilməsi vəzifəsi cavabdeh üçüncü şəxs1 Cavabdehn * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin aktı ilə verilmişdir və bələdiyyənin sözügedən inzibati aktı hal-hazırda da qüvvədədir. Cavabdeh tərəfindən torpaq sahəsinin yerləşdiyi ərazinin dövlət mülkiyyətində olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, mühafizə zonalarının müəyyən edilməsi həmin torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsinə səbəb olmur, habelə onlara dair əqdlərin bağlanmasına qadağa qoymur. Odur ki, cavabdehin iddiaya dair etirazında göstərilən hallar iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna etmir. Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Üçüncü şəxs üçüncü şəxs2, üçüncü şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsi Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər. Üçüncü şəxs üçüncü şəxs2 apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin üçüncü şəxs qismində cəlb edilməsi formal xarakter daşımış, faktiki olaraq üçüncü şəxsin iddiaya dair münasibətini bildirməsinə imkan yaradılmamışdır. Üçüncü şəxs iddiaya münasibət bildirilməsi üçün torpaq sahəsinin koordinatlarının ona göndərilməsini xahiş etsə də, bu vəsatət təmin edilməmişdir. Bundan sonra üçüncü şəxs üçüncü şəxs2 Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə verərək birinci instansiya məhkəməsinin qərarının qismən, 1822 kv.m-ə dair hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. O, həmin ərizədə bildirmişdir ki, apellyasiya instansiyasında təqdim edilmiş koordinatlar əsasında müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi SOCAR-ın daimi istifadəsinə verilmiş torpaqların hüdudları xaricində olsa da, sahənin 1822 kv.m hissəsi X4 istismarında olan kəmərlərin 35 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Üçüncü şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin apellyasiya şikayətində göstərilmişdir ki, iddia predmeti olan torpaq sahəsinin Bələdiyyə tərəfindən iddiaçının adına rəsmiləşdirilməsi qərara alınsa da, bununla bağlı müvafiq hüquqi əməliyyatlar başa çatdırılmamışdır (torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilməmiş, alqı-satqı müqaviləsi bağlanmamış və s). Bununla belə, birinci instansiya məhkəməsi tərəfindən bələdiyyənin ##.##.2004-cü il tarixli **/** nömrəli sərəncamının mahiyyətinin nə ilə bağlı olmasını (icarə, özəlləşdirmə) araşdırmamış, həmin sənədin qanunvericilikdə mülkiyyət hüququnun tanınması üçün müəyyən etdiyi tələblərə cavab verib-verməməsi məsələsinə hüquqi qiymət verilməmişdir. Bundan əlavə, satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və torpaqların alqı-satqısına dair akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Eyni zamanda, torpaq sahəsinin bir hissəsi ilkin olaraq keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi ilə X1 arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında qeydiyyata alınmış ************ reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Mübahisə predmeti olan torpaq sahəsi keçmiş "Azərsənayetikinti Dövlət Şirkəti"nin əmlak kompleksinin yerləşdiyi ərazi olmuş və qeyd olunan əmlak kompleksi Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış alqı-satqı müqaviləsi əsasında X1 xüsusi mülkiyyətinə verilmişdir. Daha sonra Komitə ilə bağlanmış ##.##.2013-cü il tarixli **** nömrəli alqı-satqı müqaviləsi əsasında əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi Kənan Əliyev tərəfindən özəlləşdirilmiş və buna dair sonuncuya yuxarıda qeyd olunan ************ qeydiyyat nömrəli çıxarış verilmişdir. Bununla belə, Bakı Inzibati Məhkəməsi tərəfindən qeyd olunan faktlarla bağlı hər hansı əlavə araşdırma aparmamış, üst-üstə düşmə halı nəzərə alınmamış, Kənan Əliyevin məhkəmə prosesinə cəlb olunması ilə bağlı hər hansı tədbir görülməmiş, nəticədə mübahisəli sahənin bir hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində Kənan Əliyevin adına qeydə alınmış xüsusi mülkiyyət hüququ qüvvədə olduğu halda, həmin sahəyə dair iddiaçının hüquqlarının qeydə alınması barədə qanunsuz qərar qəbul edilmişdir. Mübahisəli torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi bələdiyyə deyil, dövlət mülkiyyətində olmuşdur, bu səbəbdən iddia predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətində olması işin mübahisəsiz halıdır. Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsi apellyasiya şikayətində göstərmişdir ki, elektron kadastr məlumatlarına əsasən, göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpaqlarına aiddir. Torpaq sahəsinin bir hissəsi neft kəmərinin, bir hissəsi qaz kəmərinin, bir hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Həmçinin, torpaq sahəsinin yerləşdiyi ümumi əraziyə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müraciət olunmuşdur. Bundan əlavə, sahə yol olaraq ümumi istifadə olunan əraziyə uyğun gəlir. Bundan başqa, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) idarəyə təqdim edilməmişdir. Əlavə olunan yerləşmə cizgisində bələdiyyənin qərarına istinad olunmamışdır. Eləcə də yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmamış, torpaq sahəsinin faktiki vəziyyəti ilə perimetrik ölçü və konfiqurasiya fərqləri mövcuddur. Torpaq sahəsinin sərhədləri şərtidir. Bakı Inzibati Məhkəməsi tərəfindən etirazda yazılan həmin dəlillərlə bağlı ətraflı araşdırılma aparılmamışdır. TƏRƏFLƏRIN IZAHATLARI: Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının *-*(*-*)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadına əsasən, cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsi hüquq varisi olan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmə iclasında cavabdehin hüquq varisinin nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi vəkil1 izahatında bildirdi ki, iddia olunan torpaq sahəsi SOCAR-ın daimi istifadəsinə verilmiş torpaqların hüdudları xaricindədir, sahənin 1822 kv.m hissəsi X4 istismarında olan kəmərlərin 35 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Iddiaçının nümayəndəsi vəkil vəkil4 məhkəməyə ərizə verərək Kinematoqrafçılar Ittifaqının ümumi yığıncağında iştirakı ilə əlaqədar məhkəmə iclasının başqa tarixə keçirilməsini və iclasın vaxtının əvvəlcədən razılaşdırmaqla təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə kollegiyası göstərilən səbəbin iclasın təxirə salınmasına əsas vermədiyi qənaətinə gələrək iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Iddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi də dəvət edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə iclası onların iştirakı olmadan keçirildi. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə təsdiqlənməklə Sistem vasitəsilə EHIS-də yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "üçüncü şəxs1 Əsasnaməsi": 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: ... 3.0.50. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
22. Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar ...
3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi:
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:
Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Işdən görünür ki, iddiaçının tələbi "ünvan 1-cu məhəllədə (yeni qaydalarla: M.Əliyev küçəsi 30) yerləşən 24 sot torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın verilməsi və plan-ölçüsünün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi"ndən ibarət olmuş və birinci instansiya məhkəməsinin qərarı ilə həmin tələb təmin edilmişdir. Bundan sonra iddiaçının nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinə ərizə verərək, "ünvan 1-cu məhəllədə (yeni qaydalarla: M.Əliyev küçəsi 30) yerləşən 2385,67 kv.m torpaq sahəsi üzərində (üst-üstə düşən 14,33 kv.m nəzərə alınmadan) mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın verilməsi və plan-ölçünün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" barədə qərar qəbul olunmasını xahiş etmişdir. Iddiaçıya torpaq sahəsi Bakı Şəhəri Nizami Rayonu Keşlə Bələdiyyəsinin ##.##.2004cü il tarixli ** nömrəli iclasının qərarı ilə ayrılmış, həmin bələdiyyənin sədri tərəfindən də eyni tarixli **/** nömrəli sərəncam verilmişdir. Həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə, həm də "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, bu sənəd daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün əsas hesab edilir. Cаvаbdеhin imtinasının dəlilləri aşağıdakılar olmuşdur: - X17 X15 Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədləri barədə məlumat mövcud olmadığından araşdırma aparılması mümkün olmamışdır, - torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Cavabdeh iddiaya etirazında və apellyasiya şikayətində aşağıdakı əlavə dəlillərə də istinad etmişdir: - yerləşmə cizgisində bələdiyyənin qərarına istinad olunmamış, dəqiq istinad və məsafələr qeyd olunmamışdır, - torpaq sahəsinin faktiki vəziyyəti ilə perimetrik ölçü və konfiqurasiya fərqləri mövcuddur. - elektron kadastr məlumatlarına əsasən, göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpaqlarına aiddir. - torpaq sahəsinin bir hissəsi neft kəmərinin, bir hissəsi qaz kəmərinin, bir hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. - torpaq sahəsinin yerləşdiyi ümumi əraziyə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müraciət olunmuşdur, - sahə yol olaraq ümumi istifadə olunan əraziyə uyğun gəlir. Bundan başqa, üçüncü şəxs üçüncü şəxs2 apellyasiya şikayətinin dəlili aşağıdakıdır: - ayrılmış torpaq sahəsinin 1822 kv.m hissəsi X4 istismarında olan kəmərlərin 35 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Üçüncü şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin apellyasiya şikayətinin dəlilləri isə aşağıdakılardır: - torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçının adına rəsmiləşdirilməsi ilə bağlı hüquqi əməliyyatlar başa çatdırılmamışdır (torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilməmiş, alqı-satqı müqaviləsi bağlanmamış və s). - bələdiyyənin ##.##.2004-cü il tarixli **/** nömrəli sərəncamının mahiyyətinin nə ilə bağlı olması (icarə, özəlləşdirmə), dəyərinin ödənilib-ödənilməməsi, torpaqların alqı-satqısına dair akt tərtib edilib-edilməməsi araşdırılmamışdır, - torpaq sahəsi keçmiş "Azərsənayetikinti Dövlət Şirkəti"nin əmlak kompleksinin yerləşdiyi ərazi olmuş və həmin əmlak kompleksi Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış alqı-satqı müqaviləsi əsasında X1 xüsusi mülkiyyətinə verilmişdir. Daha sonra Komitə ilə bağlanmış ##.##.2013-cü il tarixli **** nömrəli alqı-satqı müqaviləsi əsasında əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi X1 tərəfindən özəlləşdirilmişdir. Əmlak kompleksi bələdiyyə deyil, dövlət mülkiyyətində olmuşdur, bu səbəbdən iddia predmeti olan torpaq sahəsi dövlət mülkiyyətindədir. - torpaq sahəsinin bir hissəsi keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi ilə X1 arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında qeydiyyata alınmış ************ reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Yuxarıda sadalanan bütün dəlillər məhkəmə kollegiyası tərəfindən araşdırılmışdır. Qeyd olunan torpaq sahəsinin bir hissəsinə X1 adlı şəxsin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bildirildiyinə, lakin üst-üstə düşən hissənin ölçüləri göstərilmədiyinə görə Bakı Apellyasiya Məhkəməsi tərəfindən cavabdehə sorğu edilərək bu barədə məlumat alınmışdır. Cavabdehin ##.##.2026-cı il tarixli məktubu ilə məhkəməyə göndərilmiş koordinat məlumatlarından aydın olmuşdur ki, üst-üstə düşən hissə 14,33 kv.m təşkil edir. Ona görə də iddiaçının nümayəndəsi məhkəmə kollegiyasına ərizə verərək iddia tələbinin həcmini azaltmış və tələbini həmin 14,33 kv.m istisna olmaqla qalan 2385,67 kv.m torpaq sahəsi ilə bağlı hissədə davam etdirdiyini bildirmişdir. Iddiaçıya ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olması məsələsi ilə əlaqədar kollegiya qeyd edir ki, cavabdehin özünün də məktubundan göründüyü kimi, X17 X15 Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədləri barədə məlumat mövcud deyil. Başqa sözlə, Bakı şəhərinin istənilən nöqtəsində olan bələdiyyə torpağı həmin informasiya sistemində dövlət torpağı kimi qeyd olunmuşdur. Belə olan halda, iddiaçıya ayrılmış torpaq sahəsinin də həmin informasiya sistemində bələdiyyə mülkiyyəti kimi göstərilməməsinin səbəbi anlaşılandır. Digər tərəfdən, üçüncü şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin apellyasiya şikayətində deyilir ki, iddiaçıya ayrılmış torpaq sahəsi keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X1 əmlak kompleksinin altında yerləşir və həmin torpaq da göstərilən şəxs tərəfindən özəlləşdirilmişdir; əmlak kompleksi dövlət mülkiyyətində olduğuna görə iddia predmeti olan torpaq sahəsi də dövlət mülkiyyətindədir. Kollegiya bildirir ki, iddiaçıya ayrılmış torpaq sahəsi ilə X1 torpaq sahəsi bütövlükdə deyil, yalnız 14,33 kv.m hissədə üst-üstə düşür və iddiaçı həmin hissədə tələbini davam etdirməkdən imtina etmişdir. Ona görə də üçüncü şəxsin qeyd olunan dəlili artıq əhəmiyyətini itirmişdir. Torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçının adına rəsmiləşdirilməsi ilə bağlı hüquqi əməliyyatların başa çatdırılmaması, o cümlədən alqı-satqı müqaviləsinin bağlanmaması, torpağın dəyərinin ödənilməməsi barədə dəlillərlə bağlı kollegiya qeyd edir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda bələdiyyə tərəfindən şəxsə ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas kimi alqı-satqı müqaviləsi, yaxud torpağın dəyərinin ödənilməsi barədə qəbz deyil, yalnız bələdiyyənin qərarı nəzərdə tutulmuşdur. Digər tərəfdən, Bakı Şəhəri Nizami Rayonu Keşlə Bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli **-k nömrəli məktubda göstərilmişdir ki, Keşlə Bələdiyyəsinin ##.##.2004-cü il tarixli **/** nömrəli sərəncamı ilə iddiaçının adına rəsmiləşdirilmiş 2400 kv.m torpaq sahəsinə çıxarışın alınması üçün iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə müraciət etməsinə Bələdiyyənin heç bir etirazı yoxdur. Göründüyü kimi, Keşlə Bələdiyyəsi torpaq sahəsinin iddiaçıya satıldığını bir daha təsdiqləmişdir. Ona görə də istinad olunan dəlillər əsaslı deyildir. Bundan başqa, kollegiya torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənədin təqdim edilməməsi, yerləşmə cizgisində bələdiyyənin qərarına istinad olunmaması, dəqiq istinad və məsafələrin qeyd olunmaması, torpaq sahəsinin faktiki vəziyyəti ilə perimetrik ölçü və konfiqurasiya fərqlərinin olması, sahənin yol olaraq ümumi istifadə olunan əraziyə uyğun gəlməsi barədə dəlilləri də araşdırmışdır. Kollegiya tərəfindən ##.##.2026-cı ildə torpaq sahəsinin yerində müayinəsi keçirilmişdir. Torpaq sahəsinin ayrılması barədə sənədlərdə koordinatlar yazılmadığına görə sahənin dəqiq yerini müəyyən etmək mümkün olmamış, iddiaçının nümayəndəsi vəkil vəkil4 boş torpaq sahəsini göstərərək iddiaçıya ayrılmış yer olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, həmin ərazi abadlaşdırılmamışdır və ərazidə hər hansı tikili yoxdur. Sahə dördbucaq formasındadır, sahənin ayrıca hasarı, yaxud mərz nişanları yoxdur. Sahənin tərəflərindən üzbəüz olan ikisində qonşu obyektlərin hasarları vardır, qalan iki tərəfi isə açıqdır. Qonşu obyektlərdən biri avtomobillər üçün duracaq, digəri isə bir müəssisədir. Sahənin yol olması müəyyən edilməmişdir. Eyni zamanda, naturada göstərilmiş torpaq sahəsinin döngə nöqtələrinin koordinatları cavabdeh tərəfindən tərtib olunaraq məhkəməyə təqdim edilmişdir (II cild, iş vərəq 67). Göründüyü kimi, Bakı Şəhəri Nizami Rayonu Keşlə Bələdiyyəsi tərəfindən tərtib edilmiş "ünvan 2 məhəllə ünvanında 2400 kv.m istifadə olunan boş torpaq sahəsinin şərti ölçülü cizgisi"ndə koordinatlar, dəqiq istinad və məsafələr qeyd olunmasa da, ayrılmış torpaq sahəsinin dəqiq yeri, koordinatları artıq bəllidir. Torpaq sahəsinin faktiki vəziyyəti ilə cizgi arasında olan perimetrik ölçü və konfiqurasiya fərqlərinə gəldikdə isə, torpaq istifadəçiliyində mövcud uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "üçüncü şəxs1 Əsasnaməsi"nin 3.0.50-ci bəndi ilə həmin Dövlət Xidmətinin vəzifələrinə aid edilmişdir. Nəhayət, kollegiya ayrılmış torpaq sahəsinin 1822 kv.m hissəsinin X4 istismarında olan kəmərlərin 35 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü hissəsinin birinci cümləsinə görə, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Ona görə də istinad olunan dəlil torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün maneə deyildir. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəldi ki, apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsas yoxdur, lakin iddiaçı tələbini dəyişdirdiyinə görə müvafiq olaraq birinci instansiya məhkəməsinin qərarı da dəyişdirilməli və dəyişdirilmiş iddia təmin olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Üçüncü şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Üçüncü şəxs üçüncü şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı dəyişdirilsin. Iddiaçı İddiaçı dəyişdirilmiş iddiası təmin edilsin. Bakı Şəhəri Nizami Rayonu Keşlə Bələdiyyəsinin ##.##.2004-cü il tarixli ** nömrəli iclasının qərarı ilə ayrılmış və ünvan 1-cu məhəllədə (yeni qaydalarla: M.Əliyev küçəsi 30) yerləşən 2385,67 kv.m torpaq sahəsi üzərində (üst-üstə düşən 14,33 kv.m nəzərə alınmadan) iddiaçı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış verilməsi və torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi öhdəliyi cavabdehin hüquq varisi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.