Məhkəmə qərarları › İş №2-1(3-6)-439/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-439/2026

21.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-439/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “şəhid statusunun verilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər: X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “şəhid statusunun verilməsi” tələbinə dair Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, 06 oktyabr 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: IŞIN HALLARI:

1. . N №-li hərbi hissə komandirinin ** nömrəli ##.##.1993-cü il tarixli əmrinə əsasən Abbasov Elman Həmzə oğlu 1-ci tabora keçirilmişdir.

2. N №-li hərbi hissə komandirinin ** nömrəli ##.##.1993-cü il tarixli əmrinə əsasən ##.##.1993-cü il tarixdə Kəlbəcər bölgəsinə göndərilmiş zabit, serjant və əsgər heyəti (Abbasov Elman Həmzə oğlu daxil olmaqla) aprel ayı – 30 gün döyüş pulu ödənilmişdir.

3. N №-li hərbi hissə komandirinin *** nömrəli ##.##.1995-ci il tarixli əmrinə əsasən 4-cü MAT-ın tağ.koman. k/ı-t Abbasov Elman Həmzə oğlu ərzaq təminatından azad edilmişdir.

4. N №-li hərbi hissə komandirinin *** nömrəli ##.##.1995-ci il tarixli əmrinə əsasən Nərimanov RHK-da hərbi qeydiyyatda olan 4-cü MAT-ın III bölüyünün İ tağımının komandiri R Abbasov Elman Həmzə oğlu ##.##.1995-ci il tarixdə öz xidmət vəzifəsini yerinə yetirərkən avtomobil qəzası zamanı zədələndiyinə görə *** №-li hərbi hospitala göndərilmiş və hərbi hospitalda həlak olduğu üçün hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış, bütün növ təminatlarından azad edilmişdir

5. “Ölüm haqqında şəhadətnamədən görünür ki, Abbasov Elman Həmzə oğlu ##.##.1995-ci il tarixdə “ağır açıq kəllə beyin” travması nəticəsində vəfat etmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Hərbi Komissarı tərəfindən verilmiş 2007-ci il tarixli arayışdan görünür ki, mərhum Abbasov Elman Həmzə oğlu Azərbaycan Respublikasının suverenliyi, torpaqlarının ərazi bütövlüyü və azadlığı uğrunda gedən müharibədə Tər-tər rayonu ərazisində ##.##.1995-ci il tarixdə şəhid olmuşdur.

7. Cavabdeh tərəfindən verilmiş ##.##.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.1995-ci il tarixli, **** №-li əmrində ##.##.1995-ci il tarixdən ##.##.1995-ci il tarixədək N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmiş hesab edilməsi barədə məlumat vardır.

8. Iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə ərizə ilə cavabdeh Cavabdeh müraciət edərək mərhum həyat yoldaşı Abbasov Elman Həmzə oğlunun şəhid hesab edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş ##.##.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə komandirinin *** nömrəli ## ###### 1995-ci il tarixli nizami hissə üzrə əmrindən çıxarışdan, mərhum E.Abbasovun xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası zamanı zədələndiyinə görə *** nömrəli hərbi hospitala göndərilməsi və # ###### 1995-ci il tarixdə “Ağır açıq kəlləbeyin travması” diaqnozundan orada vəfat etməsi görünür. Lakin, E.Abbasovun avtomobil qəzasına düşməsinin şəraitini, yəni nəqliyyat vasitəsinin hərəkətdə olduğu istiqaməti, habelə hadisənin baş verdiyi zaman mərhumun döyüş tapşırığı və ya döyüş təminatı ilə tapşırıqların icrasında olmasını əks etdirən zəruri sənədlər məktuba əlavə olunmadığından, ona şəhid adının verilməsi məsələsinə hüquqi rəyin bildirilməsi mümkün olmamışdır.

BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT:

9. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ## ###### 1995-ci ildə vəzifə borcunu yerinə yetirərkən N saylı hərbi hissədə qəzada həlak olan Abbasov Elman Həmzə oğluna şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı Abbasov Elman Həmzə oğlu ## ##### 1965-ci ildə Ağstafa rayonu Köhnəqışlağ kəndində anadan olub. 1993-cü ilin mart ayından N saylı hərbi hissədə R rütbəsində çalışıb. Mərhum həyat yoldaşı, R Abbasov Elman Həmzə oğlu ## ###### 1995-ci ildə N saylı hərbi hissədə döyüş şəraitində xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası zamanı ağır yaralanmış və hərbi hospitalda vəfat etmişdir. Iddiaçının mərhum həyat yoldaşının öz xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası zamanı zədələnməsini və sonradan *** nömrəli hərbi hospitalda vəfat etməsini N nömrəli hərbi hissə komandirinin *** nömrəli əmrindən çıxarış da sübut edir. 14 May 2024-cü il tarixində cavabdeh inzibati orqana müraciət edərək mərhum həyat yoldaşının şəhid hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ancaq inzibati orqan indiyə kimi ona cavab verməyib. Iddiaçı hesab edir ki, bu hal əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin inzibati aktını almadan, ona imtina olunmadığı halda, həmin inzibati orqanı cavabdeh qismində cəlb edərək məhkəməyə müraciət etmişdir. Iddiaçının mərhum həyat yoldaşı Abbasov Elman Həmzə oğlunun şəhid statusu 2007ci ildə ləğv olunmuşdur (Yasamal rayon Hərbi Komissarlığının ##.##.2007-ci il tarixli məktubu) (iş nömrə 2-1(112)- 12337/2022, hakim Nəriman Abıyev), Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (##.##.2007-ci il tarixli məktubuna) məktubuna əsasən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1994-cü il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın müddəalarının pozulması halları ilə bağlı araşdırma aparılıb və hərbi qulluqçularln sənədlərin vermədiyi hallarda müavinətlərin dayandırılması barədə müraciət olunub. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmçinin keçmiş komissarlıqların əsasında yaradılmış Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarələri ayrı qurumlardır. Odur ki, bu səbəbdən onların səlahiyyətlərinə aid məsələlərlə bağlı Müdafiə Nazirliyi cavabdeh ola bilməz. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.

12. Bakı Inzibati Məhkəməsinin Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, 06 oktyabr 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

13. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI VƏ MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

14. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmışdır.

Apellyasiya şikayətinə etirazın dəlilləri:

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Tərəflərin izahatları

16. ## ##### 2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da iş üzrə tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə tərəflərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

17. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1994-cü il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”

1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. ## ###### 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Dövlət Mühafizə Xidmətində, Xüsusi Rabitə və X5 Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər. 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair ## ###### 2008-ci il tarixli Qərarı:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının ## ######## 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir.

20. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI

21. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

22. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

23. Iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın məktubunun tarixi ##.##.2024-cü il tarixdir. Həmin məktubun iddiaçı tərəfindən nə vaxt əldə olunması iş materiallarından müəyyən olunmur. Iddiaçı isə iddia ilə məhkəməyə ##.#.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 38.2-ci, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.

24. Işin mahiyyətinə gəldikdə isə, iddiaçının tələbi ## ###### 1995-ci ildə vəzifə borcunu yerinə yetirərkən N saylı hərbi hissədə qəzada həlak olan mərhum əri Abbasov Elman Həmzə oğluna şəhid statusunun verilməsi barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının ərinin vəfat etməsinə səbəb olan hal xidməti vəzifələrin icrası zamanı olsa da, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə, həmçinin də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olmamışdır.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

26. Işin faktiki hallarına əsasən iddiaçının mərhum əri Abbasov Elman Həmzə oğlu ##.##.1995-ci il tarixdə öz xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası zamanı zədələndiyinə görə *** nömrəli hərbi hospitala göndərilmiş və hərbi hospitalda həlak olduğu üçün hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış, bütün növ təminatlarından azad edilmişdir.

27. Işin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Yasamal rayon Idarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətininYasamal rayon idarəsində ##.##.1965-ci il təvəllüdlü Abbasov Elman Həmzə oğlunun həlak olmuş səxslərin siyahısından keçmir və onun şəhidlik statusunun ləğv edilməsinə dair heçbir məlumat aşkar olunmamışdır.

28. Həmçinin cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna verilmiş cavab məktubundan görünür ki, Nərimanov RHK-nın çağırışçısı, 1962-ci il təvəllüdlü, 3-cü taborun əsgəri Abbasov Elman Həmzə oğlu N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli ** №-li əmrilə (əsas: §-4, səh-24, sıra-1, əmrdə vəzifəsi qeyd olunmamışdır) 1-ci tabora keçirilərək bütün təminatlarla təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli ** №-li əmrində (əsas: §-2, səh-25, sıra-1) Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən ##.##.1993-cü il tarixdə Kəlbəcər bölgəsinə göndərilmiş və aprel ayı üçün (30 gün) döyüş pulu ödənilən hərbi qulluqçuların siyahısında tağım komandiri vəzifəsində, starşina Abbasov Elman Həmzə oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli *** №-li əmrində (əsas: §-4, səh-57, sıra-3, əmrdə hərbi rütbəsi “R” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) hərbi hissə komandirinin sərəncamında olan R Abbasov Elman Həmzə oğlunun “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.1995-ci il tarixli müvafiq nömrəli əmrinə əsasən, 4-cü MAT-da tağım komandiri vəzifəsinə təyin olunması qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli *** №-li əmrində (əsas: §-8, səh-72, sıra-7, əmrdə adı və atasının adı tam yazılmamışdır hərbi rütbəsi “R” yazılmışdır, adının qarşısında “Bakı-Qazax” qeyd olunmuşdur, əmr olduğu kimi köçürülmüşdür) 4-cü MAT-ın hərbi qulluqçusu, R E.H.Abbasovun ##.##.1995-ci il tarixdən ##.##.1995-ci il tarixədək qısamüddətli məzuniyyətə getmiş hesab edilərək ərzaq təminatından çıxarılması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli *** №-li əmrində (əsas: §-9, səh-12, sıra-3, əmrdə adı və atasının adı tam yazılmamışdır hərbi rütbəsi “R” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) 4-cü MAT-ın hərbi qulluqçusu, R E.H.Abbasovun ##.##.1995-ci il tarixdə qısamüddətli məzuniyyətdən qayıtmış hesab edilərək ərzaq təminatına qoyulması və vəzifəsinin icrasına başlaması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli *** №-li əmrilə (əsas: §-8, səh-19, əmrdə hərbi rütbəsi “R” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) 4-cü MAT-ın hərbi qulluqçusu, tağım komandiri, R Abbasov Elman Həmzə oğlu N №-li hərbi hissəyə müalicəyə getmiş hesab edilərək ərzaq təminatından azad edilmişdir. N №-li hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli *** №-li əmrilə (əsas: §-4, səh-21, sıra-2, əmrdə hərbi rütbəsi “R” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) Nərimanov RHK-da hərbi qeydiyyatda olan 4-cü MAT-ın 3-cü bölüyünün 1-ci tağımının komandiri, R Abbasov Elman Həmzə oğlunun ##.##.1995-ci il tarixdə öz xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası zamanı zədələndiyinə görə, *** №-li hospitala göndərilməsi və hərbi hospitalda həlak olduğu üçün hərbi hissənin həxsi heyətinin siyahısından çıxarılması, bütün növ təminatlardan azad edilməsi yazılmışdır. Qeyd olunmalıdır ki, N №-li hərbi hissə komandirinin noyabr 1995- ci il tarixli nizami hissə üzrə əmrlərində Abbasov Elman Həmzə oğlunun döyüş təminatı üzrə xidməti vəzifəsinin nədən ibarət olması, avtomobil qəzası baş verərkən hansı döyüş təminatı üzrə hansı xidməti vəzifəni yerinə yetirməsi, hara və hansı tapşırığı yerinə yetirmək üçün getməsi, döyüş tapşırığının nədən ibarət olması barədə məlumat qeyd olunmamışdır. Abbasov Elman Həmzə oğluna şəhidlik statusunun verilməsinə, şəhidlik statusunun ləğv edilməsinə dair aktin (qərarın), Yasamal Rayon Hərbi Komissarlığının bu barədə ##.##.2007-ci il tarixli statusunun ləğvinə dair məktubu, şəhid statusunun halhazırda verilməsindən imtinaya dair sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Arxivində yoxdur. Abbasov Elman Həmzə oğlunun xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciətlər əsasında aparılmışdır.

29. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının ərinin vəfat etməsinə səbəb onun xidməti vəzifələrin icrası ilə bağlı olsa da Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə, həmçinin də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olmamışdır.

30. Qüvvədə olan qanunvericiliyə əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər.

31. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair ## ###### 2008-ci il tarixli Qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1- ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.

32. Belə olan halda, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırkı iş üzrə iddiaçının mərhum oğluna münasibətdə müəyyən edilmədiyinə görə, inzibati orqanın iddiaçının mərhum ərinə şəhid statusu verilməsindən imtinası qanuni və əsaslıdır.

33. Qeyd edilənlərə əsasən, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarına uyğundur. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.

34. Odur ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, 06 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, 06 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar