Məhkəmə qərarları › İş №2-1(3-6)-445/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-445/2026

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-445/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əskik ödənilən və əvəzləşdirilən pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əskik ödənilən və əvəzləşdirilən pensiya məbləğinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı ##.##.2007-ci il tarixdən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2015-ci il tarixli, *- *(**)-****/**** nömrəli qərarı nəzərə alınmaqla pensiyası yenidən hesablanmışdır. İddiaçı İddiaçı əskik ödənilən və əvəzləşdirilən pensiya məbləğinin ödənilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına etdiyi müraciət, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 və 39.1-ci maddələrinə istinad edilməklə təmin edilməmişdir. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunun aliliyini əsas tutaraq ona ödənilməyən, tutulan və qanuna zidd olaraq razılığı olmadan əvəzləşdirilən məbləğlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə verərək, iddiaçıya ödənilməyən ##.##.2019-##.##.2021-ci il dövr üzrə hesablanmış 3180,51 manat əskik pul vəsaitinin və ##.##.2022-##.##.2022-ci il tarixlərində 3943,05 manat qanunsuz olaraq əvəzləşdirilmə edilən məbləğin geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, pensiyanın düzgün hesablanmaması ilə bağlı dəfələrlə Dövlət Sosial Müdafiə Fondu Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə müraciət etməsinə, hər dəfəsində məsələ ilə bağlı tam şəkildə və ətraflı məlumat verməsinə baxmayaraq müraciətlərinə eyni məzmunlu cavab verilməklə aşağıda qeyd etdiyi məsələnin qanuni və hüquqi yolla bərpası üçün heç bir addım atılmır. Bu məsələ ilə bağlı, bir müddət əvvəl 2020-ci ilin dekabr ayında pensiyasının azalması səbəbindən Dövlət Sosial Müdafiə Fondu Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə müraciət ünvanlamışdır. Müraciətinə ## ###### 2021-ci il tarixli (21630075884) məktubla cavab verildikdən sonra pensiyasının hesablanmasında nöqsana yol verildiyi, 2015-ci ildən bəri “Müalicə pulu” ilə bağlı məhkəmə qərarının pensiyasına əlavə olunmadığı və bu qərarın nəzərə alınmadığı aşkar olunmuşdur. Bununla bərabər həmin məktubda, ona qurum tərəfindən “26701,12 manat” artıq ödənilmiş pensiya məbləğinin olduğu bildirilmişdir. Bu cavabdan dərhal sonra aidiyyəti quruma ərizə ilə müraciət etməyi və məhkəmə qərarını təqdim etməyi səbəbindən, qurum tərəfindən edilən nöqsan aradan qaldırılaraq müalicə pulu pensiyasına əlavə olunmuş, lakin 2015-ci ildən bəri ödənilməyən müalicə pulu fərqinin, əvvəlki müraciətləri zamanı ona qurum tərəfindən “26701,12” manat artıq ödənilmiş məbləğ ilə əvəzləşdirilərək, artıq ödəmənin “2524.77” manata endirildiyini bildirmişdilər. Nəticədə 2015-ci il müalicə pulu ilə bağlı məhkəmə qərarının əvvəlki illərdə icra olunmaması və yaranan fərqin ödənilməməsi səbəbindən məhkəməyə müraciət edilmiş və iclas zamanı vətəndaş müracətinin haqlı olması əsas göstərilərək məhkəmə tərəfindən icraya yönləndirilməsi qərarı verilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının əmək pensiyası üzrə hazırda qalıq artıq ödənilmiş pul vəsaiti mövcud olmadığından onun müraciətində göstərdiyi qaydada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tətbiqi ilə hər hansı yenidən hesablama aparılması mümkün deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı ödənilməyən ##.##.2019-##.##.2021-ci il dövr üzrə hesablanmış 3180,51 manat əskik pul vəsaitinin və ##.##.2022-##.##.2022-ci il tarixlərində 3943,05 manat qanunsuz olaraq əvəzləşdirilmə edilən məbləğin geri qaytarılması vəzifəsinin cavabdeh Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. İddiaçının əmək pensiyasının dayandırılmasına (azaldılmasına) əsas olan hallar tərəflərindən ##.##.2024-cü il tarixində aşkarlanmış və həmin tarixdə də iddiaçıya məktubu göndərilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ##.##.1957ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2014-cü il tarixli, *-*(**)-****/**** nömrəli qərarına əsasən İddiaçı pensiya hesablanmasında «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununa ##.##.2010-cu il tarixdə edilmiş əlavə və dəyişikliklərə əsasən Azərbaycan Respublikası birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşlarının 15 %-i miqdarında vergidən azad olunan pul təminatının ##.##.2010-cu il tarixdən, hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinətin pensiya hüququnun yarandığı tarixdən nəzərə alınaraq pensiyasının yenidən hesablanması və həmin tarixdən hazıradək yaranmış fərqin birdəfəyə ona ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır; * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2015-ci il tarixli, *-*(**)-****/**** nömrəli qərarına əsasən İddiaçı pensiya hesablanmasında hakimlərə müalicə üçün iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ona ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır; Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının Bakı İnzibati Məhkəməsinə ünvanlanmış ## ######## 2023-cü il tarixli 3-17-1/2- ******/**** nömrəli məktubdan görünür ki, “ ərizəçi İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən ## ###### 2007-ci il tarixdə sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək pensiyası Azərbaycan Respublikası * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin # #### 2015-ci il tarixli *-*(**)-****/**** nömrəli qərarı nəzərə alınmaqla yenidən hesablanıb. Belə ki, # ####### 2010-cu il tarixdə İddiaçı vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1071,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 481,95 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 160,65 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əməkhaqqı məbləğindən hesablanan müavinəti 258,83 manat, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əməkhaqqı məbləğindən hesablanan 258,83 manat əlavəsi olmaqla orta aylıq əməkhaqqısı 2231,26 manat təşkil etmişdir. Bununla əlaqədar ərizəçinin əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin ## ###### 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 16 il 1 ay 18 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əməkhaqqının (2231,26 manat) 80 faizi-1785,00 manat məbləğində hesablanmalı olduğu halda, 1827,84 manat müəyyən edilməklə ##.##.2010-##.##.2013-cü il tarixləri arasındakı dövr üçün müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üçün ona 1627,92 manat artıq pul vəsaiti ödənilib. “Hakimlərin vəzifə maaşlarının artırılmasına” dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən # ###### 2013-cü il tarixdən İddiaçı vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1242,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 558,90 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 186,30 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əməkhaqqı məbləğindən hesablanan müavinəti 300,15 manat, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əməkhaqqı məbləğindən hesablanan 300,15 manat əlavəsi olmaqla orta aylıq əməkhaqqısı 2587,50 manat təşkil etmişdir. Bununla əlaqədar ərizəçinin əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin ## ###### 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 16 il 1 ay 18 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əməkhaqqının (2587,50 manat) 80 faizi-2070,00 manat məbləğində müəyyən edilmişdir. Lakin 2013-cü il dekabr ayı üçün ərizəçiyə 2119,68 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin ay üçün ona 49,68 manat artıq pul vəsaiti ödənilib. “Hakimlərin vəzifə maaşlarının artırılmasına" dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən # ###### 2014-cü il tarixdən İddiaçı vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1449,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 652,05 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 aizi miqdarında əlavəsi 217,35 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əməkhaqqı məbləğindən hesablanan müavinəti 350,17 manat, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əməkhaqqı məbləğindən hesablanan 350,17 manat əlavəsi olmaqla orta aylıq əməkhaqqısı 3018,75 manat təşkil etmişdir. Bununla əlaqədar ərizəçinin əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında" Qanunun 109-cu maddəsinin ## ###### 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 16 il 1 ay 18 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əməkhaqqının (3018,75 manat) 80 faizi-2415,00 manat məbləğində hesablanmalı olduğu halda, 2472,96 manat müəyyən edilməklə ##.##.2014-##.##.2018-ci il tarixləri arasındakı dövr üçün müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üçün ərizəçiyə 3013,92 manat artıq pul vəsaiti ödənilib. “Hakimlərin vəzifə maaşlarının artırılmasına” dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən # ### 2018-ci il tarixdən ərizəçinin vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1596,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 718,20 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 239,40 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əməkhaqqı məbləğindən hesablanan müavinəti 385,70 manat, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əməkhaqqı məbləğindən hesablanan 385,70 manat əlavəsi olmaqla orta aylıq əməkhaqqısı 3325,00 manat təşkil etmişdir. Bununla əlaqədar ərizəçinin əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin ## ###### 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 16 il 1 ay 18 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əməkhaqqının (3325,00 manat) 80 faizi-2660,00 manat məbləğində hesablanmalı olduğu halda, 2723,36 manat müəyyən edilməklə ##.##.2018-##.##.2019-cu il tarixləri arasındakı dövr üçün müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üçün İddiaçı 1013,76 manat artıq pul vəsaiti ödənilib. “Hakimlərin əmək haqlarının artırılmasına” dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən # ######## 2019-cu il tarixdən İddiaçı vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1732,50 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 779,63 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 433,13 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əməkhaqqı məbləğindən hesablanan müavinəti 418,69 manat, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əməkhaqqı məbləğindən hesablanan 418,69 manat əlavəsi olmaqla orta aylıq əməkhaqqısı 3782,64 manat təşkil etmişdir. Bununla əlaqədar ərizəçinin əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin ## ###### 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 16 il 1 ay 18 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əməkhaqqının (3782,64 manat) 80 faizi-3026,11 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən İddiaçı ##.##.2019-##.##.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 57496,09 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 54315,58 manat ödənilmişdir. Bu səbəbdən də ərizəçiyə yuxarıda qeyd olunan dövr ərzində 3180,51 manat əskik pul vəsaiti ödənilib. Qeyd olunan xüsusatlara əsasən, İddiaçı ##.##.2010-##.##.2019-cu il tarixləri arasındakı dövr ərzində 5705,28 manat artıq, ##.##.2019-##.##.2021-ci il tarixləri arasındakı dövr ərzində isə 3180,51 manat əskik pul vəsaiti ödənildiyindən nəticədə ümumilikdə 2524,77 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilib. Eyni zamanda, hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar # #### 2022-ci il tarixdən vaxtilə İddiaçı işlədiyi vəzifə üzrə vəzifə maaşı 2485,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1118,25 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 621,25 manat, digər növ əlavələri 1201,08 manat olmaqla orta aylıq əməkhaqqısı 5425,58 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin ## ###### 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 16 il 1 ay 18 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əməkhaqqının (5425,58 manat) 80 faizi-4340,46 manat məbləğində müəyyən edilmiş, həmçinin ##.##.2022-##.##.2022-ci il tarixləri arasındakı dövr üzrə ərizəçiyə ödənilməli olan ümumilikdə 3943,05 manat fərq məbləği hesablanmışdır. Həmin ona ödənilməli olan 3943,05 manat pul vəsaitinin 2524,77 manat artıq ödənilmiş vəsait çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalıq 1418,28 manat fərq məbləği 2022-ci ilin oktyabr ayında İddiaçı əmək pensiyasının (4340,46 manat) üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. Məhkəmə sorğusuna əsasən, DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya aid pensiya işi təqdim edilmişdir; X2 Sistemindən çıxarışdan görünür ki, 3943,05 manat əskik ödəmənin 2524,77 manat artıq ödəmə hissəsi ilə əvəzləşdirilmiş, qalan 1418,28 manat hissəsi ##.##.2022ci il tarixdə iddiaçının kart hesabına köçürülmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. … “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmək pensiyasının “əskik” və “artıq” ödənilmiş məbləğlərinin əvəzləşdirilməsi ilə bağlı inzibati icraat cavabdeh tərəfindən həm “İnzibati icraat haqqında” Qanunun, həm “Əmək pensiyaları haqqında” Qanunun tələbləri pozulmaqla həyata keçirilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda istinad edilən normalarına əsasən pensiyadan tutmalar yalnız pensiya alan şəxsin razılığı və ya məhkəmə qərarı əsasında icra edilə bilər. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış məktublarda iddiaçıya ödənilmiş artıq pul vəsaitlərinin geri qaytarılması (tutulması) ilə əlaqədar razılığının verilməsi xahiş edilmiş, lakin iddiaçı tərəfindən buna razılıq verilməmişdir. Sözügedən pensiya məbləğlərin əvəzləşdirilməsi, başqa sözlə isə iddiaçıdan tutulması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən məhkəməyə müraciət edilməmişdir. Bundan başqa iddiaçının pensiya işində ##.##.2019-##.##.2021-ci il dövr üzrə 3180,51 manat əskik pul vəsaitinin və ##.##.2022-##.##.2022-ci il tarixlərində 3943,05 manat artıq ödənilməsinin müəyyən edilməsinə, bu məbləğlərin əvəzləşdirilməsinə dair müvafiq inzibati aktlar aşkar edilməmişdir. Göründüyü kimi iddiaçıya əskik pul vəsaitinin ödənilməsi və artıq ödənilmiş məbləğ ilə əvəzləşdirilmə iddiaçının razılığı və məhkəmə qərarı olmadan aparılmışdir. Belə olan halda cavabdehin hazırki hərəkətləri qanunvericiliyin tələblərinə zidd olmaqla, hüquqi əsasdan məhrumdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Beləliklə, göründüyü kimi cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılması barədə nə iddiaçının razılığını almadan, nə də məhkəmədə müvafiq iddia qaldırmadan əvəzləşdirməni həyata keçirmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin tutulmaların (əvəzləşdirmələrin) aparılmasına dair hərəkətləri qanunsuz hesab olunduğundan onun nəticələri də aradan qaldırılmalı iddiaçıya ödənilən pensiyasından tutulan məbləğ geri qaytarılmalıdır. ##.##.2019-##.##.2021-ci il dövrü üzrə 3180,51 manat əskik ödənilən məbləğin iddiaçıya ödilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə doğru olsa da, ödənilməli olan əvəzləşdirilən məbləğin hesablanmasında səhvə yol vermişdir. Belə ki, iş materiallarında olan cavabdehin özünün təqdim etdiyi və iddiaçının mübahisələndirmədiyi məlumatlara əsasən, iddiaçıya: - ##.##.2010-##.##.2013-cü il dövrü üzrə 1627,92 manat artıq, - 2013-cü il dekabr ayı üzrə 49,68 manat artıq, - ##.##.2014-##.##.2018-ci il dövrü üzrə 3013,92 manat artıq, - ##.##.2018-##.##.2019-cu il dövrü üzrə 1013,76 manat artıq, - ##.##.2019-##.##.2021-ci il dövrü üzrə 3180,51 manat əskik pul vəsaiti ödənilib. Göründüyü kimi, iddiaçıya ümumilikdə ##.##.2010-##.##.2019-cu il dövrü üzrə 5705,28 manat artıq, ##.##.2019-##.##.2021-ci il dövrü üzrə 3180,51 manat əskik pul vəsaiti ödənilmişdir. Cavabdeh əvəzləşdirmiş və 2524,77 (5705,28 – 3180,51) manat artıq ödəmə müəyyən etmişdir. Digər tərəfdən cavabdehin özünün təqdim etdiyi və iddiaçının mübahisələndirmədiyi məlumata əsasən ##.##.2022-##.##.2022-ci dövrü üzrə iddiaçıya ödənilməli olan 3943,05 manat fərq məbləği hesablanmışdır. Yəni 3943,05 manat əskik pul vəsaiti ödənilib. Cavabdeh inzibati orqan iddiaçıya ödəməli olduğu 3943,05 manatdan daha əvvəl müəyyən etdiyi 2524,77 (5705,28 – 3180,51) manat artıq ödəmə məbləğini əvəzləşdirmiş, qalıq hissə olan 1418,28 manatı ##.##.2022-ci il tarixdə iddiaçının kart hesabına köçürmüşdür. Birinci instansiya məhkəməsi əvəzləşdirilən məbləği müəyyən edərkən ona görə səhvə yol vermişdir ki, 3943,05 manatı artıq ödəmə kimi qəbul etmiş, halbuki o iddiaçıya ödənilməli olan əskik ödəmə məbləğidir, həmçinin 1418,28 manatın iddiaçıya ödənildiyini nəzərə almamışdır. Beləliklə, iddiaçıya ödənilməli olan 3180,51 manatdan (iddia tələbinin birinci hissəsi) əlavə, 3943,05 manat (iddia tələbinin ikinci hissəsi) da ödənilməli olan məbləğ vardır ki, onun 1418,28 manatı iddiaçıya ödənilmiş, 2524,77 manat hissəsi əvəzləşdirilmişdir. Yəni iddiaçıya ödənilməli olan əvəzləşdirilən məbləğ 3943,05 manat deyil, 2524,77 manatdır. Belə olan halda, birinci instansiya məhkəməsi iddianı 3943,05 manat əvəzləşdirilən məbləğin qaytarılması hissəsində tam təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı qismən – 3943,05 manat əvəzləşdirilən məbləğin qaytarılması hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli və 2524,77 manat əvəzləşdirilən məbləğin İddiaçı qaytarılması vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı qismən – 3943,05 manat əvəzləşdirilən məbləğin qaytarılması hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin və 2524,77 manat əvəzləşdirilən məbləğin İddiaçı qaytarılması vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar