Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-449/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X4 (sədrlik edən və məruzəçi), X6 və X5 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı İddiaçı İsa oğlunun iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı İddiaçı İsa oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “üçüncü şəxs2 İsa oğlunun adına verilən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hacıyev İlham küçəsi ünvanında yerləşən ** nömrəli yaşayış evinin * nömrəli mənzilinə dair 001011000057-05101-093001 daşınmaz əmlakın reyestr nömrəli, ********* qeydiyyat nömrəli ##.##.2006-cı il tarixli çıxarışla qeydə alınmış dövlət qeydiyyatının ləğv edilməsi ; üçüncü şəxs2 İsa oğlunun adına verilən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hacıyev İlham ünvanında yerləşən ** nömrəli yaşayış evinin * nömrəli mənzilinə dair 001011000057-05101-093002 daşınmaz əmlakın reyestr nömrəli, ********* qeydiyyat nömrəli ##.##.2006-cı il tarixli çıxarışla qeydə alınmış dövlət qeydiyyatını ləğv edilməsi ; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hacıyev İlham ünvanında yerləşən ** nömrəli yaşayış evinin 2 və * nömrəli mənzillərin İddiaçı İsa oğlunun adına dövlət qeydiyyatına alınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Muxtar Axundov küçəsi, ** saylı ev 2006-cı ildə satıldıqdan sonra, əldə edilmiş vəsait hesabına 2006-cı ildə Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində yerləşən ** nömrəli evin, 2 və * nömrəli mənzillərini almış, həmin mənzillər sökülərək, 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evi və onun arxasında olan digər ev iddiaçı tərəfindən tikilmişdir. Bundan sonra iddiaçı və uşaqları mübahisəli evdə, yaşadığı evin arxasındaki inşa edilmiş digər evdə isə qardaşı, Bayramov Elyaz İsa oğlu yaşamışdır. Mübahisəli evdə 2019-cu ildə oğurluq hadisəsi olduğundan, bir müddət başqa evdə kirayədə qalmış, evin açarlarını isə qardaşı oğluna evə nəzarət etməsi məqsədi ilə təhvil vermişdir. Lakin evə qayıtmaq istədikləri zaman üçüncü şəxs2 İsa oğlu iddiaçının mübahisəli evə yenidən köçməyinə və yaşamağına imkan verməmişdir. Mübahisəli və digər evin yerləşdiyi yerdə əvəllər yerləşən 2 və * saylı mənzillərin onun mülkiyyətində olan evin satışından əldə olunan vəsait hesabına alınmasına, hər iki evin iddiaçının vəsaiti hesabına inşa edilməsinə və 2007- 2019-cu illərdə fasiləsiz və maneəsiz yaşamağına, evlə bağlı bütün ödənişləri həyata keçirməyinə, üçüncü şəxs2 İsa oğlunun ümumiyyətlə orada yaşamamasına baxmayaraq, hazırda Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəzulzadə qəsəbəsi, Hacıyev İlham ünvanında yerləşən ** nömrəli yaşayış evinin * nömrəli mənzil və Bakı şəhəri. Binəqədi rayonu, M.Ə. Rəzulzadə qəsəbəsi, İ lacıyev İlham ünvanında yerləşən ** nömrəli yaşayış evinin 3 unömrəli mənzil üçüncü şəxs2 İsa oğlunun adına dövlət qeydiyyatına alınmışdır. Həmçinin, Binəqədi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli 2(001)- ***/**** saylı qətnaməsinin müəyyən etdi hissəsində həmin mənzillərin iddiaçının vəsaiti hesabına tikilməsi öz təsdiqini tapmışdır. *** saylı Mənzil Kommunal İstismar Sahəsinin 14 Fevral 2025-ci il tarixli № ** nömrəli məktubda keçirilən baxış əsasında 1926-cı ildə tikilmiş bu yaşayış binasının 2 və * saylı mənzillərinin söküldüyü və iddiaçı tərəfindən yeni tikili inşa edildiyi öz əksini tapmışdır. Qeyd edilən məsələ ilə bağlı, ## ###### 2025-ci il tarixində iddiaçının tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət olunmuşdur. Müraciətə əsasən, Bayramov Elyaz İsa oğluna verilmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəzulzadə qəsəbəsi, Hacıyev İlham ünvanında yerləşən ** nömrəli yaşayış evinin müvafiq olaraq 2 və * nömrəli mənzillərinə dair ##.##.2006-cı il tarixli çıxarışlarla qeydə alınmış (reyestr nömrələri: 001011000057- 05101-093001 və 001011000057-05101-093002; qeydiyyat nömrələri: ********* və 1 10601518) dövlət qeydiyyatlarının ləğv edilməsi və həmin mənzillərin İddiaçı İsa oğlunun adına dövlət qeydiyyatına alınması xahiş edilmişdir. Lakin, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda bildirilmişdir ki, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Yuxarıda da qeyd etdiyi kimi, hər iki ev iddiaçının vəsaiti hesabına inşa edilmişdir və bu fakt Binəqədi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinin müəyyən etdi hissəsində həmin mənzillərin iddiaçının vəsaiti hesabına tikilməsi öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bundan başqa, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən qeyd olunan mənzillərin sökülərək yerində iki ədəd fərdi yaşayış evinin inşa olunduğu müəyyən edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli Qərardadı ilə üçüncü şəxs1 ASC və üçüncü şəxs2 İsa oğlu məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10488/2025 ##.##.2025-ci iltarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin həmin qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia tələbi ilə oxşar məzmunda əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Həmçinin, bildirmişdir ki, mübahisəli mənzillər sökülərək məhv olunmuşdur və odur ki, həmin daşınmaz əmlakların qeydiyyatı da ləğv olunmalıdır. Məhkəmə icraatının digər tərəfləri məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən mövqeyini belə əsaslandırmışdır ki, “...Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzillərin üçüncü şəxs üçüncü şəxs2 İsa oğlunun adına dövlət qeydiyyatına alınması AN- İ seriyalı ******* nömrəli ## ###### 2005-ci il tarixli alqı- satqı müqaviləsi əsasında həyata keçirilmiş və həmin müqavilə qüvvədə olduğu müddətdə iddiaçının üçüncü şəxsin adına verilmiş həmin qeydiyyatların ləğvini tələb hüququ da mövcud deyildir. İddiaçının mübahisəli əmlakın mülkiyyətinə verilməsinə dair alqı- satqı müqaviləsinin ləğvinə nail olduğu, məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki mübahisəli mənzillərin üçüncü şəxs tərəfindən əldə edilməsi barədə AN-İ seriyalı ******* nömrəli ## ###### 2005-ci il tarixli alqı-satqı müqaviləsi qüvvədədir, iddiaçının hazırkı iddiası- çıxarışların ləğv edilməsi tələbi mümkün deyidir..... Bundan əlavə məhkəmə onuda qeyd edir ki, iddiaçının mübahisəli əmlaka dair hüquqmüəyyənedici sənədləri mövcud deyildir.” Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Binəqədi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı Qərarı) mübahisəli mənzillərin iddiaçının vəsaiti hesabına tikilməsi öz təsdiqini tapmışdır. Bundan başqa iş materiallarından, iddia ərizəsindən və məhkəmə kollegiyasının iclasında iddiaçının izahatından aydın olur ki, mübahisəli mənzillər sökülərək məhv olmuşdur və odur ki, iddiaçı hesab edir ki, həmin daşınmaz əmlakların dövlət reyestrində qeydiyyatı da ləğv olunmalıdır.Yəni iddiaçının hüquqi marağı mübahisəli mənzillər sökülərək məhv olduğundan həmin daşınmaz əmlakların dövlət reyestrində qeydiyyatı da ləğv olunmasından ibarətdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 18.1-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. 18.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 150.1-ci maddəsinəı əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. 150.2-ci maddəsinə əsasən istənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhkəmə Kollegiyası həmçinin, qeyd edir ki, mübahisəli mənzillərlə bağlı mülki mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı Qərarının 56-cı bəndində də məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203.1-ci maddəsinə istinad etmişdir.(İ/v-40) Məhkəmə Kollegiyası işin faktiki hallarından və yuxarıda istinad edilən hüquq normalarından çıxış edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12-ci, 13-cü və 48-ci maddələrində müəyyən edilmiş “məhkəmənin yardım etmək vəzifəsi “ və “İşin hallarının araşdırılması prinsipi” ilə bağlı tələblər pozulmuşdur. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil edir. İnzibati Prosessual Məcəllənin: 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №2-1(3-6)-449/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-449/2026
07.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver