Məhkəmə qərarları › İş №2-1(3-6)-451/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-451/2026

09.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-451/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 və X5 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, istefada olan R İddiaçı 2019-cu ilin aprel ayından 2024-cü ilin aprel ayınadək N №-li hərbi hissədə zabit kimi Mi-35 Vertolyot eskadrilyası komandirinin mühəndis aviasiya xidməti üzrə müavini vəzifəsində xidmət keçmişdir. Bu vəzifədə xidmət keçərkən 44 günlük Vətən Müharibəsində iştirak etmişdir. Xidmət keçdiyi N №-li hərbi hissə AR Müdafiə nazirinin *** №-li, ##.##.2021-ci il tarixli əmri ilə 44 günlük Vətən müharibəsində döyüş əməliyyatlarına cəlb olunmuş hərbi hissə hesab edilir. Iddiaçı N №-li hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** №-li əmrilə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Goran və Şəmkir aviasiya komendaturalarına döyüş əməliyyatlarında iştirak etmək üçün ezam olunmuşdur (ezamiyyət vərəqi №-1575/25, ##.##.2020-ci il tarixli). Döyüş fəaliyyəti isə həmin aviasiya komendaturalarında yerləşən və həmin komandaturalardan döyüş zonasına döyüş uçuşları həyata keçirən N №-li hərbi hissənin döyüş vertolyotlarının döyüş hazırlığının və döyüş sursatları ilə təmin olunmasından ibarət olmuşdur. Lakin iddiaçıya bu günə qədər “müharibə veteranı" adı və müvafiq vəsiqəsi verilməmişdir. O, ##.##.2025-ci il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə cavabdehə ərizə ilə müraciət edərək “müharibə veteranı" adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Iddiaçı müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir. Imtinanı isə əsassız və qanunsuz hesab edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddia ərizəsi mümkünsüz sayılmalıdır, çünki iddiaçı komissiyanın rəyini almadan, hər hansı imtinanı mübahisələndirmədən məhkəməyə müraciət etmişdir. Müharibə veteranı adı müvafiq komissiyanın rəyi əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu - on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X11 Xidməti və Azərbaycan Respublikasının Strateji X8 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması məhkəmədən xahiş edilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının faktiki vəziyyəti Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndindəki dispozisiya şərtinə (2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslər) uyğun gəlir. Əsasnamənin istinad olunan yarımbəndində aviasiya sahəsi ilə bağlı döyüş təminatı üzrə tapşırıqların həyata keçirilməsi üçün ərazi meyarı məhdudiyyəti nəzərdə tutulmamışdır. Əsas məsələ döyüş əməliyyatlarının yerinə yetirilməsi üçün döyüş təminatı üzrə tapşırıqların həyata keçirilməsi ilə bağlı olmalıdır ki, bu hal iddiaçıya münasibətdə təsdiqini tapmışdır. Belə olan halda, döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazidən asılı olmayaraq müvafiq sənədlər təqdim edildiyi halda “Müharibə veteranı” adı və vəsiqəsi verilir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı tam ləğv olunmalı və iddia mümkünsüz sayılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən həm maddi hüquq normaları, həm də prosessual hüquq normaları düzgün tətbiq edilməyərək əsassız qərar qəbul edilmişdir. Çünki iddiaçı komissiyanın rəyini almadan, hər hansı imtinanı mübahisələndirmədən məhkəməyə müraciət etmişdir. Belə ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən iddiaçı İddiaçı barəsində onun hüquq və qanuni mənafelərini məhdudlaşdıran hər hansı inzibati akt qəbul edilməmişdir. Müharibə veteranı adı müvafiq komissiyanın rəyi əsasında verilir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqlarını yerinə yetirmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Lakin iddia tələbinə baxan birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almadan birbaşa müharibə veteranı və adının verilməsi öhdəliyini Müdafiə Nazirliyinin üzərinə qoymuşdur. Bildirilmişdir ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2026-cı il tarixli *-**-**/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən məqsədəuyğun hesab edilmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmamasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırkı işdə söhbət Inzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. IPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Hərbi qulluqçuların statusu haqqında” ##.##.1991-ci il tarixli Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1- ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin ikinci-səkkizinci abzaslarında qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X11 Xidməti və Azərbaycan Respublikasının Strateji X8 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

Apellyasiya şikayətinin dəlillərinə münasibət:

Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, cavabdeh inzibati orqan apellyasiya şikayətinə əlavədə Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2026-cı il tarixli *-**-**/*-***/**** nömrəli məktubuna istinad edərək qeyd etmişdir ki, vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən məqsədəuyğun hesab edilmişdir. Bu əsasla iddia mümkün hesab edilməməlidir. Qeyd edilən hal mübahisənin məhkəmədən kənar həllinə və bu əsasla IPM-in 67.3cü maddəsinə əsasən məhkəmə baxışına xitam verilməsinə əsas ola biləcəyindən Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası *-*(*-*)-***/**** nömrəli ## ### 2026-cı il tarixli məhkəmə sorğusu ilə Cavabdeh müraciət edərək Cavabdeh Şəxsi Heyət Baş Idarəsinin ##.##.2026-cı il tarixli, 3- **-**/*-***/**** nömrəli məktubuna əsasən vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı hansı tədbirlərin görüldüyü barədə məlumatın 3 gün ərzində məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Lakin sorğuya cavab məktubu məhkəməyə təqdim edilməmişdir. Bununla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(*-*)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə Cavabdeh Şəxsi Heyət Baş Idarəsinin ##.##.2026-cı il tarixli, *-**-**/*- ***/**** nömrəli məktubuna əsasən vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı hansı tədbirlərin görüldüyü barədə məlumat Cavabdeh tərəfindən 5 iş günü müddətində Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi qərara alınmışdır. Apellyasiya icraatı zamanı Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı *-**-*-*/*- ***/** nömrəli ##.##.2026-cı il tarixli məktubla bildirilmişdir ki, vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair təqdim edilmiş sənədlərə yeni tərkibdə yaradılmış Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən # #### 2026-cı il tarixli iclasında (Protokol №*) baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, təqdim edilmiş sənədlər “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli Qərarın 1-ci hissəsinin onuncu və on birinci abzaslarının tələblərinə (meyarlara) uyğun gəlmədiyinə görə sənədlərinin razılaşdırılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan *-**-*-*/*-***/** nömrəli ##.##.2026-cı il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Baş nazirinin # #### 2026-cı il tarixli *-*/*-****/**** nömrəli dərkənarına əsasən vətəndaşlara “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının məcburi olduğunu nəzərə alaraq, məhkəmələr tərəfindən qəbul edilmiş qərarların Nazirlər Kabinetinə təqdim edilmədən icra olunması həvalə edilmişdir. Eyni zamanda, İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair iddia ərizəsinə məhkəmə orqanlarında baxıldığından, “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 72.2-ci maddəsinə əsasən inzibati orqanında başlanılmış icraata xitam verilmişdir. Göstərilənləri nəzərə alaraq, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş Idarəsinin # ###### 2026-cı il tarixli *-**-**/*-***/**** nömrəli məktubu əsasında vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı hansı tədbirlərin görüldüyü barədə məlumatın məhkəməyə təqdim edilməsi mümkün deyildir. Göründüyü kimi, tərəflər arasında hazırda real mübahisə mövcuddur. Apellyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqlarını yerinə yetirmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Lakin iddia tələbinə baxan birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almadan birbaşa müharibə veteranı və adının verilməsi öhdəliyini Müdafiə Nazirliyinin üzərinə qoymuşdur. Bununla bağlı da məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarında işə baxan məhkəmə kollegiyası müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adın müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində məhkəmə qərarını dəyişdirmiş və həmin iş üzrə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Cavabdeh həvalə edilməli olduğu qənaətinə gəlmişdir. Qərarda qeyd edilmişdir ki, “...Əsasnamənin Qeyd hissəsində həm də belə bir tənzimləmə öz əksini tapmışdır ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

32. Qeyd olunan normanın tətbiqinə münasibətdə kollegiya hesab edir ki, həmin müddəa hakimiyyətlər bölgüsünə və icra hakimiyyətinin vahidliyinə dair konstitusion prinsiplər nəzərə alınmaqla təfsir olunmalıdır. Bu mənada, normanın məqsədi də nəzərə alındıqda o, müstəsna olaraq icra hakimiyyətinin öz daxilində müharibə veteranı adının verilməsi ilə bağlı aparılan inzibati icraat daxilində tətbiq edilən qayda kimi çıxış edir. Başqa sözlə, inzibati icraat daxilində şəxsə müharibə veteranı adının verilməsi ilə bağlı məsələni həll edərkən Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla hərəkət edə bilər. Bu qaydada davranma vahid icraat daxilində şəxs üçün əlverişli inzibati aktın çıxarılması ilə nəticələndiyi hallarda yol veriləndir.

33. Bundan fərqli olaraq, şəxsə müharibə veteranı adının verilməsindən imtina olunduqda, hazırkı işin hallarına münasibətdə həmin imtina icra hakimiyyətinin adından Müdafiə Nazirliyi tərəfindən edilir. Öz növbəsində, məhkəmə tərəfindən iddianın təmin olunması ilə bağlı qərar işin hallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmiş faktlara müvafiq maddi hüquq normalarının tətbiq edilməsi ilə çıxarılır. Belə qərar iddiaçının müharibə veteranı adının verilməsi ilə bağlı tələbinin artıq təmin edilməli olduğu nəticəsini yaradır. Ona görə də, məhkəmə mübahisələri yarandıqda cavabdeh qismində də imtinanı verən orqan çıxış etməlidir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına lüzumsuz olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi həmişə bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.” Bununla da məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılaraq qərar qəbul etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Inzibati işin mahiyyəti ilə bağlı isə ilk olaraq məhkəmə kollegiyası aşağıdakı sənədləri nəzərdən keçirir. - Bakı Inzibati Məhkəməsinin sorğuya əsasən Cavabdeh Şəxsi Heyət Baş Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli sorğuya cavab məktubu ilə R İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair N nömrəli hərbi hissədən təqdim edilmiş iddiaçının döyüş əməliyyatlarında iştirakı ilə bağlı müvafiq sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş: N nömrəli hərbi hissənin komandiri tərəfindən təsdiq edilmiş “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hərbi aviasiya tərkibində döyüş əməliyyatların döyüş təminatı üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə” arayışməlumatdan görünür ki, 2-ci aviasiya eskadrilyasının (MI-35) mühəndisi-eskadirilya komandirinin mühəndis-aviasiya xidməti üzrə müavini (bort mühəndisi-təlimatçı) R İddiaçı (xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması ##.##.2007-ci il tarixli, *** №-li əmr) ##.##.2020-ci il tarixdən (*** nömrəli Əmr), ##.##.2020-ci il tarixədək (əmr nömrə 309) xidmət etdiyi N №-li hərbi hissədən N nömrəli hərbi hissəyə (X6) ezam edilmişdir. Arayışın 7-9-cu bəndlərində qeyd edilir ki, ezam olunduğu hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə): Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələri Komandanının ##.##.2020-ci il *** №-li əmri, N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il 02№-li əmri, Müdafiə Nazirinin ##.##.2021-ci il 02№-li əmri. Ezam olunduğu hərbi hissələrə daxil olması və çıxması (nizami hissə üzrə əmrlərin nömrələri və tarixləri göstərilməklə): ##.##.2020 №***, ##.##.2020 №***. Ezamiyyət vəsiqəsində aparılan qeydlər (hərbi hissələr, daxil olması və çıxması tarixləri göstərilməklə); N nömrəli hərbi hissə, ##.##.2020, ##.##.2020 döyüş əməliyyatlarında iştirak etmək məqsədi ilə. Arayışın 10-cu bəndindən görünür ki, Dəllər manevr aerodromunda döyüş əməliyyatları yerinə yetirilən zaman aviasiya texnikasına tələb olunan lazımı avadanlıqlar (yanacaq və vağ sürtkü materialları və.s) ilə təmin edilməsinə nəzarət etmək, döyüş uçuşu verinə yetirən vertolyotların gecə və gündüz qısa zaman ərzində uçuşqabağı baxışın keçirilməsi, döyüş uçuşunu verinə yetirəndən sonra həmin vertolyotlara uçuş sonrası baxışların keçirilməsi, yaranan çatışmazlıqların və nasazlıqların qısa bir zamanda aradan qaldırılmasına nəzarət etmək, aviasiya texnikasının döyüş uçuşunu nasazlıq yaranmadan effektiv şəkildə döyüş tapşırığının yerinə yetirə bilməsi üçün vertolyotun bütün sistem və avadanlıqlarının normal işinə nəzarət etmək və yoxlamaq, aviasiya texnikasında çatışmayan və yaxud reqlament tələb edən işlərin görülməsi barədə sifarişləri dəqiqləşdirərək mühəndis aviasiya təminatı üzrə xidmətə çatdırmaq, aviasiya texnikasının mühafizə olunmasına nəzarət etmək üzrə tapşırıqları yerinə yetirmişdir. - Cavabdeh N saylı hərbi hissə komandirinin ##.##.2007-ci il tarixli 162 №li nizami hissə üzrə əmrindən çıxarışın surətindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 72-ci maddəsinin V bəndinə müvafiq olaraq Təlim-döyüş briqadasında (*** №-li hh) X2 Təlim Mərkəzinin zabit ixtisas kurslarını bitirmiş aşağıda adları çəkilən zabitlər ##.##.2007-ci ildən şəxsi heyətin ad siyahısına salınsınlar və bütün növ təminatlara qoyulsunlar. - R İddiaçı, N nömrəli hərbi hissənin mühəndis aviasiya təminat bölməsinin aviasiya xidmət dəstəsinin (Mi-24) manqanın texniki istismar hissəsinin bort-texnik atıcısı ##.##.2007-ci ildən uçuş norması ilə qazan təminatına qoyulsun. Əsas: Azərbaycan Respublikası Müdafiə Nazirinin **** saylı ##.##.2007-ci il tarixli əmrindən çıxarış. - 843-cü X7 “Aviasiya bazasının və bölmələrinin şəxsi heyətinin düşmənin irimiqyaslı təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirməsi, əks-hücum əməliyyatlarında iştirak edəcək hərbi qulluqçuların siyahısının tərtib edilməsi haqqında” ##.##.2020-ci il tarixli, ** №-li əmrindən çıxarışın surətindən görünür ki: ...

6. Aşağıda adları qeyd olunan hərbi qulluqçular döyüş əməliyyatlarında iştirak etsinlər:

35. 2-ci aviasiya eskadrilyasının (MI-35) mühəndisi-eskadirilya komandirinin mühəndis-aviasiya xidməti üzrə müavini (bort mühəndisi-təlimatçı), R İddiaçı. - N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, 299 №li nizami hissə üzrə əmrindən çıxarışın surətindən görünür ki, ## ###### 2020-ci il tarixdən getmiş hesab edilsinlər. Azərbaycan Respublikası Müdafiə Nazirinin Müavini-Hərbi Hava Qüvvələri Komandanının ## ######## 2020-ci il tarixli *** nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin aşağıda adları qeyd olunan hərbi qulluqçuları Döyüş əməliyyatlarında iştirak etmək məqsədilə adları qeyd olunan hərbi hissələrə ezam olunsunlar. 1. R İddiaçı, 2-ci aviasiya eskadrilyasının (MI-35M) mühəndisi eskadirlya komandirinin mühəndis-aviasiya xidməti üzrə müavini (bort mühəndis təlimatçı), ezamiyyətə, N nömrəli hərbi hissənin X6na, 22 (iyirmi iki) gün müddətinə. Əsas: R P.Hacızadənin raportu. Uçuş heyəti ##.##.2020-ci il tarixdən uçuş norması ilə 417 H\H-də qazan təminatından çıxarılsınlar. - N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, 284 №li nizami hissə üzrə əmrindən çıxarışın surətindən görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçuları ##.##.2020-ci il tarixdən N nömrəli hərbi hissənin uçuş norması ilə qazan təminatından çıxarılmış hesab edilsinlər: 1. R İddiaçı. Əsas: N nömrəli hərbi hissə komandirinin məktubu (d.o. 8693). - N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, 293 №li nizami hissə üzrə əmrindən çıxarışın surətindən görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçuları ##.##.2020-ci il tarixdən N nömrəli hərbi hissənin uçuş norması ilə qazan təminatına qoyulmuş hesab edilsinlər: 5. R İddiaçı. Əsas: N nömrəli hərbi hissə komandirinin məktubu. - N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, 309 №li nizami hissə üzrə əmrindən çıxarışın surətindən görünür ki, ## ###### 2020-ci il tarixdə gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilsinlər. 5. R İddiaçı, 2-ci aviasiya eskadrilyasının (MI-35M) mühəndisi eskadirlya komandirinin mühəndis-aviasiya xidməti üzrə müavini (bort mühəndis təlimatçı), ezamiyyətdən, N nömrəli hərbi hissənin X6ndan. Əsas: ##.##.2020-ci il tarixli **** nömrəli ezamiyyət vəsiqəsi. Uçuş heyəti ##.##.2020-ci il tarixdən uçuş norması ilə 417 H\H-də qazan təminatına qoyulsunlar. - N nömrəli hərbi hissə komandiri tərəfindən Bakı Inzibati Məhkəməsinə təqdim edilmək üçün verilmiş arayışdan görünür ki, İddiaçı ##.##.2020-ci il tarixindən ##.##.2020-ci il tarixinədək N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarının aparılması zamanı Dəllər manevr aerodromunda döyüş əməliyyatları yerinə yetirilən zaman aviasiya texnikasına tələb olunan lazımi avadanlıqlar (yanacaq və yağ sürtkü materialları və s.) ilə təmin edilməsinə nəzarət etmək. Döyüş uçuşu yerinə yetirən vertolyotların gecə və gündüz qısa zaman ərzində uçuşqabağı baxışın keçirilməsi, döyüş uçuşunu yerinə yetirəndən sonra həmin vertolyotlara uçuş sonrası baxışların keçrilməsi, yaranan çatışmamazlıqların və nasazlıqların qısa bir zamanda aradan qaldırılmasına nəzarət etmək. Aviasiya texnikasının döyüş uçuşunu nasazlıq yaranmadan effektiv şəkildə döyüş tapşırığının yerinə yetirə bilməsi üçün vertolyotun bütün sistem və avadanlıqlarının normal işinə nəzarət etmək və yoxlamaq. Aviasiya texnikasında çatışmayan və yaxud reqlament tələb edən işlərin görülməsi barədə sifarişləri dəqiqləşdirilərək mühəndis aviasiya təminatı üzrə xidmətə çatdırmaq. Aviasiya texnikasının mühafizə olunmasının nəzarət etmək üzrə döyüş tapşırıqlarını yerinə yetirərək Vətən Müharibəsində iştirak etmişdir. Həmçinin, apellyasiya baxışı zamanı cavabdeh inzibati orqana sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədilə, 843-cü X7 ** nömrəli, ##.##.2020-ci il tarixli əmrinə əsasən döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçular barədə siyahıda 1-ci sıradan 35-ci sırayadək olan hərbi qulluqçular barədə məlumatın və həmin hərbi qulluqçulara “Müharibə veteranı” adının və vəsiqəsinin verilib-verilməməsi, verilmişdirsə bununla bağlı bütün inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Cavabdeh ***-cü nömrəli hərbi hissə tərəfindən məhkəməyə təqdim edilən məxfi və qeyri-məxfi sənədlərə məhkəmə kollegiyası tərəfindən baxış keçirilmiş və tədqiq olunaraq müəyyən edilmişdir ki, həmin sənədlər birinci instansiya məhkəməsinə də təqdim edilərək iş materiallarına əlavə olunmuşdur. Əlavə olaraq 843-cü Aviasiya bazası komandirirnin “Aviasiya bazasının və bölmələrinin şəxsi heyətinin düşmənin irimiqyaslı təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığının yerinə yetirməsi, əkshücum əməliyyatlarında iştirak edəcək hərbi qulluqçuların siyahısının tərtib edilməsi haqqında” ** nömrəli ##.##.2020-ci il tarixli əmrin məzmunu ilə kollegiya tanış olmuş və həmin əmrdən də aydın görünür ki, döyüş əməliyyatlarında iştirak edən şəxslər siyahısında 35-ci sırada hazırkı iddiaçının adı qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının faktiki vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin on birinci abzasındakı dispozisiya şərtinə uyğun gəlir. Belə ki, sözügedən Əsasnamənin 1-ci hissəsinin on birinci abzasına əsasən, 2020ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə– hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Iş materiallarına əlavə edilmiş sənədlərdən (hərbi bilet, ezamiyyət əmri, arayışlar, izahat, məhkəmə sorğusuna cavab məktubu və s.) aydın görünür ki, iddiaçı hərbi əməliyyatların aparıldığı bölgələrə ezam olunmaqla döyüş əməliyyatlarında iştirak edərək döyüş tapşırıqlarını yerinə yetirmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X10 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Belə ki, iddiaçının 02.11-##.##.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində 2-ci aviasiya eskadrilyasının (MI-35M) mühəndisi eskadirlya komandirinin mühəndis-aviasiya xidməti üzrə müavini (bort mühəndis təlimatçı) kimi döyüş əməliyyatlarında bilavasitə iştirak edən hərbi aviasiya vasitələrinin mühəndisaviasiya təminatının təşkil olunması üzrə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi üçün cəlb olunması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Iş materiallarında olan, iddiaçının xidmət etdiyi N №-li hərbi hissə komandiri tərəfindən təsdiq edilmiş arayış məlumatdan və digər əlaqədli sənədlərdən də göründüyü kimi, o, Vətən müharibəsi dövründə döyüş əməliyyatları yerinə yetirilən zaman mühəndis aviasiya təminatı üzrə ona həvalə edilən (döyüş texnikalarının döyüşə hazır vəziyyətdə saxlanılması, sazlanması və s.) döyüş tapşırıqlarını yerinə yetirmişdir. Məhkəmə qeyd edir ki, hərbi doktrina nöqteyinəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı- silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Hazırkı mübahisəyə münasibətdə də iddiaçının döyüş əməliyyatları zonasına döyüş təminatı məqsədi ilə göndərilməsi və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Əsasnamənin istinad olunan yarımbəndində aviasiya sahəsi ilə bağlı döyüş təminatı üzrə tapşırıqların həyata keçirilməsi üçün ərazi meyarı məhdudiyyəti nəzərdə tutulmamışdır. Əsas məsələ döyüş əməliyyatlarının yerinə yetirilməsi üçün döyüş təminatı üzrə tapşırıqların həyata keçirilməsi ilə bağlı olmalıdır ki, bu hal iddiaçıya münasibətdə təsdiqini tapmışdır. Belə olan halda, döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazidən asılı olmayaraq müvafiq sənədlər təqdim edildiyi halda “Müharibə veteranı” adı və vəsiqəsi verilir. Məhkəmə kollegiyası onu da qeyd etməyi vacib sayır ki, 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazidən asılı olmayaraq müvafiq sənədlər təqdim edildiyi halda “Müharibə veteranı” adı və vəsiqəsi verilir. Əsasnamənin istinad olunan yarımbəndində aviasiya sahəsi ilə bağlı döyüş təminatı üzrə tapşırıqların həyata keçirilməsi üçün ərazi meyarı məhdudiyyəti nəzərdə tutulmamışdır. Əsas məsələ döyüş əməliyyatlarının yerinə yetirilməsi üçün döyüş təminatı üzrə tapşırıqların həyata keçirilməsi ilə bağlı olmalıdır ki, bu hal iddiaçıya münasibətdə öz təsdiqini tapmışdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDI: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar