Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-452/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X8 və X3 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:
1. Silahlı Qüvvələrin Baş X9 şöbəsi Radiologiya bölməsi tərəfindən verilmiş ##.##.2018ci il tarixli müayinə nəticəsindən görünür ki, iddiaçıda ##.##.2017-ci il tarixdə çəkilmiş, təqdim edilən Torakal KT müayinəsi zamanı kəsiklər daxilində diafraqmanın qida borusu dəliyindən mədənin kardial hissəsi döş boşluğuna keçmiş geniş yırtığı aşkar edilmişdir.
2. ##.##.2018-ci il tarixli, *** nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçıya “Diafraqmanın qida borusu dəliyinin yırtığı. Qida borusu venalarının varikoz genişlənməsi ikinci dərəcə, funksiyanın mühüm dərəcədə pozulması ilə” diaqnoz, “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” təsdiq olunmuşdur.
3. Bakı Bakı Baş Səhiyyə Mərkəzinin R********XFU nömrəli ##.##.2024-cü il tarixli göndərişdən (Forma 88) görünür ki, iddiaçıda aşağıdakı xəstəliklər müşahidə olunur: Əsas diaqnoz I85.9 Qida borusu venalarının qanaxma müşahidə olunmadan varikoz genəlməsi, Qida borusu venalarının varikozu III dərəcə, Ağırlaşma K44.9 Diafraqma yırtığı, keçməməzlik və ya qanqrena olmadan, Diafraqmanın qida borusu dəliyindən mədənin kardial hissəsi döş boşluğuna keçən geniş yırtığı. K22.6 Mədə-qida borusunun cırılmış-hemorragik sindromu, Mellori-Veys sindromu R52.2 Digər daimi ağrı, Epiqastral sağ qabırğaaltı nahiyədə udma zamanı ağrıların olması K22.2 Qida borusu keçməməzliyi, Qida borusu funksiya pozğunluğu K21.0 Ezofagitlə birgə müşahidə olunan qastroezofaqeal reflüks, Reflüks ezofagit Yanaşı xəstəliklər D50.8 Digər dəmir defisitli anemiyalar, K22.0 Kardial hissənin axalaziyası, Kardiya çatışmazlığı K29.3 Xroniki səthi qastrit, Xronikii qastrit K26 Onikibarmaq bağırsağın xorası, Eroziv doodenit F48.0 Nevrasteniya, . K76.0 Qaraciyərin, başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası, Hepatosteatoz, K81.1 Xroniki xolesistit, Daxili babasil II mərhələ, G47.0 Yuxuya getmənin və davam etməsinin pozğunluğu [yuxusuzluq] , G47.1, Yuxu pozğunluğu
4. İddiaçı dair sonuncu dəfə dövlət tibb müəssisəsi tərəfindən ##.##.2024-cü il tarixli, R********XFU nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş və müraciəti əsasında vətəndaş ##.##.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X11-Sosial Ekspert Komissiyasının *******0009 nömrəli ##.##.2024-ci il tarixli qərarına əsasən diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik verilməsindən imtina edilmişdir.
5. Daha sonra Komissiyanın *-**-*/*-*-****/**** nömrəli ## #### 2024-cü il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhər sakini ##.##.1988-ci il təvəllüdlü İddiaçı (FİN: *******) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2018-ci il tarixli *** nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Diafraqmanın qida borusu dəliyinin yırtığı. Qida borusu venalarının varikoz genişlənməsi ikinci dərəcə, funksiyanın mühüm dərəcədə pozulması ilə.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı udma prosesində Çətinlikdən, çəki itirməsindən şikayət etmiş, qida borusunda yırtıq olmasını, varikoz genişlənməsi olduğunu bildirmişdir. Müayinə zamanı çəkisi 85 kq, boyu 175 sm, BÇİ 27,75 olmuşdur. X2 ##.##.2023-##.##.2023-c¸ il tarixli Çıxarışında diaqnoz “Qida borusu venalarının varikozu, III dərəcə. Mellori Veys sindromundan sonrakı vəziyyət. Qida borusunun funksional pozğunluğu. Qida borusu törəməsi? Yuxu pozulması. Daxili babasil, III mərhələ. Peronal dermatid. Eroziv qastroduodenit. Kataral ezofagit. ÷d kisəsinin polipi. Xroniki xolesistit.” kimi qeyd olunmuşdur. Diaqnoz klinikasının ##.##.2024-cü il tarixli Ezofaqoqastroduodenoskopiya müayinəsinin nəticəsi “Refleks ezofagit LA-A, Kardiya yetməzliyi. Kardial divertikul. Ezofagus varikoz venlər F2-3. Eroziv bulbit” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2024-c¸ il tarixli * nömrəli Qanın ümumi analizinin nəticəsi “WBC- Leykositlərin sayı 7.1 (norma 10.0), LYM-Limfositlər 37.7 (Norma 45), MON-Monosillər 10.0 (norma 11), GRA-Qranulositlər 52.3 (norma 75), RBCEritrositlərin sayı 4.72 (norma 4.5-5.8), HGB-Hemoqlobin 136 q/l (norma 135-175 q/l), HCT-Hemotakrit 41.6 % (norma 39-52%), MCV-Erit. Orta həcmi-88.1 fl (norma 98.0 fl), MCH-HGB. Erit. Orta tutumu 28.8 pg (Norma >27 pg), MCHC-HGB. Erit.Orta.konsen 327 q/l (norma 360 q/l), RDW-Erit.pay.enliyi 13.7% (norma 15.0%), PLT-Trombositlərin sayı167 (norma 400), MPV- Tromb.Orta həcmi 8.1 fl (norma 9.4 fl), PCT-Trombokrit 0.135% (norma 0.367), PDW- Tromp.pay.enliyi 16.6% (norma 18.0%)” kimi m¸əyyənləşdirilmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
6. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının yekun qərarı barədə ##.##.2025-ci il tarixli, *-**-*/*-M-****/**** nömrəli məktubla iddiaçı qərar barədə məlumatlandırılmışdır.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
7. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən ona əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş R********XFU №-li göndəriş əsasında orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq - (K22, K22.2, K26, İ85), (61-80 faiz arası) əlilliyi olan şəxs statusunun verilməsi və ##.##.2024-cü il tarixindən hesablanmaqla əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq, məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “İddiaçı İddiaçı ##.##.2024-cü il tarixli, R********XFU nömrəli tibbi göndəriş (Forma 88) əsasında orqanizmin funksiyalarının pozulma faizinə uyğun olaraq (65-80 % arası) müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ##.##.2006- cı ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə başlamışdır. ##.##.2018 tarixində hərbi xidmət dövründə ona Diafraqmanın qida borusu dəliyinin yırtığı, Qida borusu venalarının varikoz genişlənməsi 2-ci dərəcə, funksiyanın mühüm dərəcədə pozulması ilə diaqnozları qoyulmuşdur. Daha sonra AR Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının ##.##.2018 tarixli №*** nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən iddiaçıya Diafraqmanın qida borusu dəliyinin yırtığı, Qida borusu venalarının varikoz genişlənməsi 2-ci dərəcə, funksiyanın mühüm dərəcədə pozulması ilə diaqnozları qoyulmuşdur. Göstərilənlərlə yanaşı o, səhhətində olan xəstəliklərlə əlaqədar aşağıdakı tarixlərdə ambulator və stasionar müalicələr almışdır: ##.##.2018-##.##.2018- 31 Nömrəli Birləşmiş Şəhər Xəstəxanası, ##.##.2018-##.##.2018- 31 Nömrəli Birləşmiş Şəhər Xəstəxanası, ##.##.2019-##.##.2019- 5 Saylı Şəhər Klinik Xəstəxanası, ##.##.2023- ##.##.2023- X2 tibb müəssisələrində. Bundan sonra, Bakı ** nömrəli (qeydiyyatda olduğu) poliklinikasının ##.##.2024-cü il tarixli R********XFU nömrəli göndərişi əsasında iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qanunvericiliklə müəyyən olunmuş qaydada müraciət edilmişdir. Göndərişin ##.##.2024 tarixində göndərilməsinə baxmayaraq ##.##.2024-cü il tarixinədək ƏƏSMN-nin “əlillik alt sistemi”ndə əlilliyin qiymətləndirilməsinin nəticələrinə dair heç bir məlumat öz əksini tapmamışdır. Halbuki, AR Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 2.4 bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Yalnız ##.##.2024-cü il tarixində heç bir yoxlama həyata keçirmədən TSEK-in qərarına əsasən “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə əlillliyin təyin edilməsindən imtina edilmişdir. Qeyd edilir ki, ##.##.2019-cu il tarixindən ##.##.2024-cü il tarixinədək yuxarıda qeyd edilən diaqnozlara əsasən iddiaçıya TSEK tərəfindən 2-ci qrup əlillik təyin olunmuşdur. Bu müddət ərzində də xəstəliyi daha da ağırlaşmışdır. Təqdim edilən tibbi müayinə sənədləri, epikrizlər və s. bunu sübut edir. İddiaçı hesab edir ki, ona yuxarıda göstərilən müayinələr nəticəsində qoyulmuş diaqnoz AR-nın Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarları”nın 3.2.1,3.2.2,3.2.4 və 2.7-ci bəndlərinə uyğun gəlir. Belə ki, həmin bəndlər “Kardial hissənin axalizasiyası,qida borusu keçməməzliyi, 12 barmaq bağırsağının xorası, digər rubrukalarda təsnif olunmayan xroniki venoz çatışmazlığı ilə özünü göstərən venaların, limfa düyünlərinin xəstəlikləri diaqnozları ilə səhhətin pozulması hallarına görə əlilliyin təyin edilməsini mümkün hesab edir. Beləliklə də, iddiaçı cavabdehin “diqanoz əlillik əlaməti təyin etmir” əsası ilə ona əlilliyin təyin edilməsindən imtina etməsini qanunsuz hesab edir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi xahiş edilmişdir.
10. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2018-ci il tarixli *** nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Diafraqmanın qida borusu dəliyinin yırtığı. Qida borusu venalarının varikoz genişlənməsi ikinci dərəcə, funksiyanın mühüm dərəcədə pozulması ilə.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı udma prosesində çətinlikdən, çəki itirməsindən şikayət etmiş, qida borusunda yırtıq olmasını, varikoz genişlənməsi olduğunu bildirmişdir. Müayinə zamanı çəkisi 85 kq, boyu 175 sm, BÇİ 27,75 olmuşdur. X2 ##.##.2023-##.##.2023-cü il tarixli Çıxarışında diaqnoz “Qida borusu venalarının varikozu, III dərəcə. Mellori Veys sindromundan sonrakı vəziyyət. Qida borusunun funksional pozğunluğu. Qida borusu törəməsi. Yuxu pozulması. Daxili babasil, III mərhələ. Peronal dermatid. Eroziv qastroduodenit. Kataral ezofagit. Öd kisəsinin polipi. Xroniki xolesistit.” kimi qeyd olunmuşdur. Diaqnoz klinikasının ##.##.2024-cü il tarixli Ezofaqoqastroduodenoskopiya müayinəsinin nəticəsi “Refleks ezofagit LA-A, Kardiya yetməzliyi. Kardial divertikul. Ezofagus varikoz venlər F2-3. Eroziv bulbit” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2024-cü il tarixli * nömrəli Qanın ümumi analizinin nəticəsi “WBC- Leykositlərin sayı 7.1 (norma 10.0), LYM-Limfositlər 37.7 (Norma 45), MON-Monosillər 10.0 (norma 11), GRA-Qranulositlər 52.3 (norma 75), RBCEritrositlərin sayı 4.72 (norma 4.5-5.8), HGB-Hemoqlobin 136 q/l (norma 135-175 q/l), HCT-Hemotakrit 41.6 % (norma 39-52%), MCVErit. Orta həcmi-88.1 fl (norma 98.0 fl), MCH-HGB. Erit. Orta tutumu 28.8 pg (Norma >27 pg), MCHC-HGB. Erit.Orta.konsen 327 q/l (norma 360 q/l), RDW-Erit.pay.enliyi 13.7% (norma 15.0%), PLT-Trombositlərin sayı 167 (norma 400), MPV-Tromb.Orta həcmi 8.1 fl (norma 9.4 fl), PCT-Trombokrit 0.135% (norma 0.367), PDWTromp.pay.enliyi 16.6% (norma 18.0%)” kimi müəyyənləşdirilmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, R********XFU nömrəli tibbi göndəriş (Forma 88) əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.7.1.2-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
12. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
13. Apelyasiya şikayəti iddia tələbinə etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və məhkəmə-tibbi ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə və MHHK qərarında qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “I85.9- Qida borusu venalarının qanaxma müşahidə olunmadan varikoz genəlməsi, Qida borusu venalarının varikozu III dərəcə” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 2-cı bəndinə əsasən Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinik-funksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. Bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə-35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında MPEM əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.
Tərəflərin izahatları
14. ##.##.2026-cı il tarixli məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə icraatının iştirakçısı işə onun iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPM-nə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
15. İddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətininin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
16. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
18. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2016-cı il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək.
19. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.6-1. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 4.1. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin üçüncü hissəsinə əsasən həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31- 60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81- 100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. 4.4. “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
23. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
24. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddia onun mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir və mümkün iddiadır. Belə ki, ##.##.2024-cü il tarixli, R********XFU nömrəli tibbi göndəriş əsasında əlillik vəziyyəti qiymətləndirildikdən sonra nəticəsi üzrə qəbul edilmiş ##.##.2024-cü il tarixli qərar barəsində iddiaçıya ##.##.2025-ci il tarixli məktub vasitəsilə məlumat verilmişdir. İddiaçı ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə hazırki tələblə məhkəməyə müraciət etmişdir.
25. İşin mahiyyətinə gəldikdə hazırda iddiaçının tələbi “iddiaçı İddiaçı ##.##.2024-cü il tarixli, R********XFU nömrəli tibbi göndəriş (Forma 88) əsasında orqanizmin funksiyalarının pozulma faizinə uyğun olaraq (65-80 % arası) müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddia tələbini təmin etmişdir.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə qismən razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
27. İşin faktiki hallarından müəyyən olunur ki, ##.##.2018-ci il tarixli, *** nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən iddiaçının “Diafraqmanın qida borusu dəliyinin yırtığı. Qida borusu venalarının varikoz genişlənməsi ikinci dərəcə, funksiyanın mühüm dərəcədə pozulması ilə” “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” diaqnozu təsdiq olunmuşdur. İddiaçı barəsində eyni diaqnoz üzrə ilk dəfə ##.##.2019-cu il tarixdən ##.##.2024-cü il tarixədək 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş (cavabdeh tərəfindən bu halın əksini təsdiq edən hər hansı sübut təqdim olunmamışdır).
28. Bakı Bakı Baş Səhiyyə Mərkəzinin R********XFU nömrəli ##.##.2024-cü il tarixli göndərişindən (Forma 88) görünür ki, iddiaçıda aşağıdakı xəstəliklər müşahidə olunur: Əsas diaqnoz I85.9 Qida borusu venalarının qanaxma müşahidə olunmadan varikoz genəlməsi, Qida borusu venalarının varikozu III dərəcə, Ağırlaşma K44.9 Diafraqma yırtığı, keçməməzlik və ya qanqrena olmadan, Diafraqmanın qida borusu dəliyindən mədənin kardial hissəsi döş boşluğuna keçən geniş yırtığı. K22.6 Mədə-qida borusunun cırılmışhemorragik sindromu, Mellori-Veys sindromu R52.2 Digər daimi ağrı, Epiqastral sağ qabırğaaltı nahiyədə udma zamanı ağrıların olması K22.2 Qida borusu keçməməzliyi, Qida borusu funksiya pozğunluğu K21.0 Ezofagitlə birgə müşahidə olunan qastroezofaqeal reflüks, Reflüks ezofagit Yanaşı xəstəliklər D50.8 Digər dəmir defisitli anemiyalar, K22.0 Kardial hissənin axalaziyası, Kardiya çatışmazlığı K29.3 Xroniki səthi qastrit, Xronikii qastrit K26 Onikibarmaq bağırsağın xorası, Eroziv doodenit F48.0 Nevrasteniya, . K76.0 Qaraciyərin, başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası, Hepatosteatoz, K81.1 Xroniki xolesistit, Daxili babasil II mərhələ, G47.0 Yuxuya getmənin və davam etməsinin pozğunluğu [yuxusuzluq] , G47.1, Yuxu pozğunluğu
29. Həmin göndəriş rəsmiləşdirilmiş və idddiaçının müraciəti əsasında vətəndaş ##.##.2024-cü il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X11- Sosial Ekspert Komissiyasının *******0009 nömrəli ##.##.2024-ci il tarixli qərarına əsasən diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik verilməsindən imtina edilmişdir.
30. Daha sonra Komissiyanın *-**-*/*-*-****/**** nömrəli ## #### 2024-cü il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhər sakini ##.##.1988-ci il təvəllüdlü İddiaçı (FİN: *******) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2018-ci il tarixli *** nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Diafraqmanın qida borusu dəliyinin yırtığı. Qida borusu venalarının varikoz genişlənməsi ikinci dərəcə, funksiyanın mühüm dərəcədə pozulması ilə.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı udma prosesində Çətinlikdən, çəki itirməsindən şikayət etmiş, qida borusunda yırtıq olmasını, varikoz genişlənməsi olduğunu bildirmişdir. Müayinə zamanı çəkisi 85 kq, boyu 175 sm, BÇİ 27,75 olmuşdur. X2 ##.##.2023-##.##.2023-c¸ il tarixli Çıxarışında diaqnoz “Qida borusu venalarının varikozu, III dərəcə. Mellori Veys sindromundan sonrakı vəziyyət. Qida borusunun funksional pozğunluğu. Qida borusu törəməsi? Yuxu pozulması. Daxili babasil, III mərhələ. Peronal dermatid. Eroziv qastroduodenit. Kataral ezofagit. öd kisəsinin polipi. Xroniki xolesistit.” kimi qeyd olunmuşdur. Diaqnoz klinikasının ##.##.2024-cü il tarixli Ezofaqoqastroduodenoskopiya müayinəsinin nəticəsi “Refleks ezofagit LA-A, Kardiya yetməzliyi. Kardial divertikul. Ezofagus varikoz venlər F2-3. Eroziv bulbit” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2024-c¸ il tarixli * nömrəli Qanın ümumi analizinin nəticəsi “WBC- Leykositlərin sayı 7.1 (norma 10.0), LYM-Limfositlər 37.7 (Norma 45), MON-Monosillər 10.0 (norma 11), GRA-Qranulositlər 52.3 (norma 75), RBCEritrositlərin sayı 4.72 (norma 4.5-5.8), HGB-Hemoqlobin 136 q/l (norma 135-175 q/l), HCT-Hemotakrit 41.6 % (norma 39-52%), MCV-Erit. Orta həcmi-88.1 fl (norma 98.0 fl), MCH-HGB. Erit. Orta tutumu 28.8 pg (Norma >27 pg), MCHC-HGB. Erit.Orta.konsen 327 q/l (norma 360 q/l), RDW-Erit.pay.enliyi 13.7% (norma 15.0%), PLT-Trombositlərin sayı167 (norma 400), MPV- Tromb.Orta həcmi 8.1 fl (norma 9.4 fl), PCT-Trombokrit 0.135% (norma 0.367), PDW- Tromp.pay.enliyi 16.6% (norma 18.0%)” kimi m¸əyyənləşdirilmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
31. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəməpsixiatriya ekpertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ElmiTəcrübi və Tədris Birliyinin ekspertlərinə tapşırılmışdır. Həmin qərardada əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş T ***/**** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: - 1-5-ci suallar üzrə: Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçərkən “X2”nə göndərilmiş və 19-##.##.2025-ci il tarixlərdə aparılmış (Ezofaqus mədə-duodenum ikili kontrast, ezofaqoqastroduodenoskopiya) müayinələrdən sonra ona “Əsas xəstəlik: K44paraezofageal yırtıq, İ85.9-qida borusu venalarının varikozu Il-III dərəcə. Ağırlaşmalar: K22.2-qida borusunun funksiya pozğunluğu. Yanaşı xəstəliklər: K29.3-xroniki qastrit, eroziv bulbit. K22.1-eroziv ezofagit diaqnozu qoyulmuşdur. Onun adına “Bakı Baş Səhiyyə Mərkəzi” tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, R********XFU saylı (Forma 088) göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: İ85.9-qida borusu venalarının qanaxma müşahidə olunmadan varikoz genişlənməsi, qida borusu venalarının varikoz genişlənməsi III dərəcə. Ağırlaşmalar: K44.9- diafraqma yırtığı, keçməməzlik və ya qanqrena olmadan, diafraqmanın qida borusu dəliyindən mədənin kardial hissəsi döş boşluğuna keçən geniş yırtığı; K22.6-mədə-qida borusunun cırılmış-hemorragik sindromu, Mellori-Veys sindromu, R52.2-digər daimi ağrı, epiqastral sağ qabırğaaltı nahiyədə udma zamanı ağrıların olması, K22.2-qida borusu keçməməzliyi, qida borusu funksiya pozğunluğu, K21.0-ezofagitlə birgə müşahidə olunan qastroezofageal reflüks, reflüks ezofagit. Yanaşı xəstəliklər: D50.8-digər dəmir defisitli anemiyalar, K22.0-kardiaI hissənin axalaziyası, kardiya çatmamazlığı, K29.3-xroniki səthi qastrit, xroniki qastrit, K26onikibarmaq bağırsağın xorası, eroziv duodenit, F48.0-nevrasteniya, K76.O-qaraciyərin, başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası, hepatosteatoz” diaqnoz ona stasionarda aparılmış bütün funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Əsas diaqnoz xroniki hala keçdiyindən yuxarıda qeyd olunan xəstəliklərlə ağırlaşmışdır və ağırlaşmalarda olan xəstəliklərə də hazırda qismən rast gəlinir. - 6-cı sual üzrə: “Diafraqmanın qida borusu dəliyinin ezofagit olmadan qastroezofaqial reflükslü yırtığı” ilə “Diafraqmanın qida borusu dəliyindən mədənin kardial hissəsi döş boşluğuna keçən geniş yırtığı” diaqnozu, İddiaçı düçar olduğu ümumi xəstəlik olan “Diafraqmanın yırtığı” xəstəliyinin tərkib hissələri olduğundan eyni diaqnoz hesab oluna bilər. 7-10-cu suallar üzrə: Qərardadın müvafiq bəndlərinin sualları əlilliyin təyini ilə əlaqədar olduğundan onların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X11-sosial ekspertlərinin səlahiyyətlərinə aiddir
32. Beləliklə, yuxarıda qeyd edilən işin faktiki hallarının tədqiqindən müəyyən olunur ki, iddiaçı barəsində tərtib olunmuş ##.##.2024-cü il tarixli, *********XHE nömrəli tibbi göndərişdə (Forma 88) qeyd olunan əsas diaqnoz – K43-K46 XBT kodu altında nəzərdə tutulan “yırtıqlar” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.7-ci bəndində nəzərdə tutulmuşdur.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə 2022-ci il ####un #-dən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir.
34. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
35. “Əlilliyin müəyyən olunması Meyarları”nın 3.7-ci bəndində K43-K46 XBT kodu altında nəzərdə tutulan “yırtıqlar” əlilliyin təyin edilməsinə əsas verən xəstəlik kimi göstərilsə də, sadəcə diaqnozun iddiaçıda öz təsdiqini tapması əlilliyin təyininə əsas vermir. Əlilliyin təyini üçün həmin xəstəlik Meyarların ya 3.7.1.1-ci ya da 3.7.1.2-ci bəndində qeyd olunan əlamətlərlə müşahidə edilməlidir.
36. Belə ki, Meyarların 3.7-ci bəndinə əsasən iddiaçıya əlilik təyin olunması üçün həmin bəndə nəzərdə tutulmuş xəstəliklə yanaşı ağırlaşmalar da olmalıdır. Belə ki, buna müvafiq olaraq 3.7.1.1-ci bəndinə əsasən – qarın yırtıqları – xarici və daxili, o cümlədən diafraqma, diafraqmanın qida borusu dəliyinin ezofagit olmadan qastroezofaqial reflükslü yırtığı, həzm, tənəffüs və qan dövranı funksiyalarının yırtığın olduğu nahiyədə, eləcə də qarın boşluğunda və döş qəfəsində ağrı hissləri formasında təzahür edən mütəmadi mülayim pozuntuları, dispeptik hallar, bağırsaq keçməzliyi (ildə 4-5 dəfəyə qədər), tənəffüs pozuntusu, sistematik fiziki gərginliklə əlaqəli olan, 3.7.1.2-ci bəndə əsasən - qarın yırtıqları – xarici böyük (ölçüsü 21 sm-dən 30 sm-dək) və daha böyük (ölçüsü 30 sm-dən çox), daxili yırtıqlar, o cümlədən diafraqma yırtıqları, ezofaqitli və qastroezofaqial reflükslü yırtıqlar qida borusu dəliyi yırtığı və (və ya) qida borusu xorası, həzm, tənəffüs və qan dövranı funksiyalarının yırtığın olduğu nahiyədə, eləcə də qarın boşluğunda və döş qəfəsində ağrı hissləri formasında təzahür edən və mütəmadi təzahür edən pozuntuları, bağırsaq keçməzliyi ilə (ildə 6 dəfə və daha çox), yırtıq kisəsi ətrafında dərinin sulanması, xoralaşması ilə, cüzi fiziki gərginlik zamanı tənəffüsün və qan dövranının pozulması ilə ağırlaşmaları da olmalıdır.
37. İş materiallarından da görünür ki, iddiaçıda K43-K46 XBT kodu altında nəzərdə tutulan “yırtıqlar”müşayiət olunur.
38. Yuxarıda qeyd edilən ekspert rəyin nəticə hissəsində də qeyd iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı qeyd olunmuşdur ki, adıçəkilən diaqnoz xroniki hala keçdiyindən yuxarıda qeyd olunan xəstəliklərlə ağırlaşmışdır və ağırlaşmalarda olan xəstəliklərə də hazırda qismən rast gəlinir.
39. Beləliklə, məhkəmə araşırması nəticəsində müəyyən olunur ki, iddiaçının sağlamlıq vəziyyəti Meyarların 3.7.1.2-ci bəndinə uyğundur.
3.7.1.2 qarın yırtıqları – xarici böyük (ölçüsü 21 sm-dən 30 sm-dək) və daha böyük (ölçüsü 65-80 2 il 30 sm-dən çox), daxili yırtıqlar, o cümlədən diafraqma yırtıqları, ezofaqitli və qastroezofaqial reflükslü yırtıqlar, qida borusu dəliyi yırtığı və (və ya) qida borusu xorası, həzm, tənəffüs və qan dövranı funksiyalarının yırtığın olduğu nahiyədə, eləcə də qarın boşluğunda və döş qəfəsində ağrı hissləri formasında təzahür edən və mütəmadi təzahür edən pozuntuları, bağırsaq keçməzliyi ilə (ildə 6 dəfə və daha çox), yırtıq kisəsi ətrafında dərinin sulanması, xoralaşması ilə, cüzi fiziki gərginlik zamanı tənəffüsün və qan dövranının pozulması ilə ağırlaşmaları
40. Bununla yanaşı, apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçı İddiaçı Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, R********XFU nömrəli tibbi göndəriş (Forma 88) əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.7.1.2-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərarını qəbul etsə də iddiaçıya hansı tarixdən əlillik təyin olunmasını müəyyən etməmişdir.
41. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməlidir.
42. Nəzərə alınmalıdır ki, Əllilliyin qiymətləndirilməsi vahid məqsədə yönələn zəncirvari, ardıcıl və birinin digərindən asılılığı ilə müşayiət edilən, lakin hər biri müstəqil inzibati icraat qaydasında həyata keçirilən iki mərhələni əhatə edir: - əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi; - tibbi-sosial ekspert komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməklə, əlilliyin müəyyən edilməsi və ya bundan imtina edilməsi ilə bağlı yekun qərar qəbul edilməsi.
43. Şəxsə göndəriş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları tərəfindən verilir.
44. Göndərişin rəsmiləşdirilərək müvafiq reyestrə daxil edilməsi ilə əlilliyin qiymətləndirilməsi prosesinin sonrakı mərhələsi olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası ilə tənzimlənən tibbi-sosial ekspertiza fəaliyyəti başlanır.
45. Həmin Qaydaya əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X11-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyası tərəfindən göndəriş əsasında şəxsin əlilliyi qiymətləndirilir, əlilliyin müəyyən olunması və ya səbəblərini göstərməklə imtina edilməsinə dair qərar qəbul edilir.
46. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” İcmalda da qeyd olunmuşdur ki, “məhkəmə təcrübəsində qeyd olunan məsələ ilə bağlı bir neçə müxtəlif faktiki hallara malik işlərə rast gəlinir. Birinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciətin edildiyi vəziyyətdir. Məhkəmələr imtinanı qanunsuz hesab etdikləri və iddianı təmin etmək üçün digər bütün əsasların mövcudluğunu müəyyən etdikləri halda, cavabdehin üzərinə əlilliyin müəyyən edilməsinə dair qərar qəbul etmək öhdəliyini qoya bilərlər. Bu zaman, cavabdeh “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna ## #### 2021-ci il tarixdə əlavə edilmiş 3.3-1-ci maddəyə əsasən 6 ay ərzində əlilliyin qiymətləndirilməsi həyata keçirilmişsə, birbaşa qanunun göstərişinə görə şəxsə 6 ay daxilində əlilliyin hansı tarixdən təyin edilməsindən asılı olmayaraq o, əlilliyin müddətinin bitdiyi əvvəlki tarixdən əlilliyi olan şəxs sayılır. Ona görə də, 6 ay ərzində aparılmış əlillik təyinatı zamanı əlilliyə görə edilən ödəmələr qərarın tarixindən asılı olmayaraq müddətin bitdiyi tarixdən davam etdirilməlidir.”
47. İş materiallarından müəyyən olunur ki, ##.##.2024-cü il tarixli, R********XFU nömrəli tibbi göndəriş əsasında iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, lakin cavabdeh göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü müddətində iddiaçının əlliliyinin təyinatına qiymət verməli olduğu halda yalnız ##.##.2024-cü il tarixdə imtina barədə qərar qəbul etmiş və ##.##.2025-ci il tarixdə məktub vasitəsilə iddiaçıya məlumat vermişdir. İddiaçı ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə hazırki tələblə məhkəməyə müraciət etmişdir.
48. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməli olduğundan və iddiaçının son göndərişi isə ##.##.2024-cü il tarix olduğundan iddiaçıya ##.##.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.7.1.2ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla ##.##.2024-ci il tarixdən 2 il müddətinə əlillik təyin olunmalıdır.
49. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçı İddiaçı Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, R********XFU nömrəli tibbi göndəriş (Forma 88) əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.7.1.2-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla ##.##.2024-ci il tarixdən 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
50. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
51. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1c maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı İddiaçı Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, R********XFU nömrəli tibbi göndəriş (Forma 88) əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.7.1.2-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla ##.##.2024-cü il tarixdən 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Nigar Nəbizadə Elvin Əliyev