Məhkəmə qərarları › İş №2-1(3-6)-457/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-457/2026

23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-457/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh üçüncü şəxs2blikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), X8 və X13 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddianın nümayəndəsi və vəkili Vəkil, 3-cü şəxs Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsininin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. üçüncü şəxs3ann Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının ##.##.1998-ci il tarixli, **** nömrəli Sərəncamından görünür ki, Səbail RİH başçısının ****a saylı, ##.##.1995-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün X4 adına ayrılmış 600 kv.m torpaq sahəsi İddiaçı adına sənədləşdirilmişdir.

2. Səbail rayon İcra Hakimiyyəti tərəfindən RİH başçısının ##.##.1995-ci il tarixli, ****a nömrəli Sərəncamı ilə X4 ayrılmış, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ****a nömrəli, 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir.

3. Bakı şəhəri Səbail RİHB-nin Badamdar qəsəbəsində nümayəndəliyi tərəfindən ##.##.2005-ci il tarixdə Səbail RİH tərəfindən RİH başçısının ##.##.1998-ci il tarixli, **** nömrəli Sərəncamı ilə İddiaçı ayrılmış, Badamdar qəsəbəsi, 1- ci yaşayış massivi, *** nömrəli, 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir.

4. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən İddiaçı adına tərtib edilmiş ##.##.2000-ci il tarixli Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, 1-ci döngə küçəsində yerləşən *** nömrəli evin texniki pasportunun surətindən görünür ki, evin yerləşdiyi torpaq sahəsi 600 kv.m təşkil edir.

5. Cavabdeh idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi 390 kv.m təşkil edir. Ayrılmış torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi təqdim olunmamışdır. Həmçinin elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi tamamilə neft kəmərinin mühafizə zonasında yerləşir. Bundan başqa sözügedən ünvana dair müayinə aktının təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Həmin məktuba əlavə edilmiş ##.##.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, ərizədə qeyd olunan mobil nömrə ilə əlaqə saxlanılmış, ərizəçi sözügedən JN-*****D saylı şəhadətnamənin naturada faktiki yerləşdiyi ərazini bilmədiyini bildirərək ilkin sənədi olan sərəncamın öz adına (İddiaçı) olduğunu qeyd etmiş və baxış zamanı faktiki 390.0 kv (dörd tərəfdən mişar daş hasarla sərhədlənmiş, üzərində üç mərtəbəli fərdi yaşayış evi olan) sahəni göstərmişdir. Sözügedən sahənin faktiki koordinatlari baxılması üçün akta əlavə olunmuşdur.

6. Səbail RİH tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 600,0 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi üçün əsas olmuş sənədlər Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat.

7. İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Səbail Rayon İcra Hakimiyyəti başçısının **** saylı ## ### 1995-ci il tarixli sərəncamı əsasında adına sənədləşdirilmiş ünvan 4 ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. üçüncü şəxs2blikası İqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, *-**/*-*-F***/**** nömrəli əmri ilə cavabdeh üçüncü şəxs2blikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin fəaliyyətinə xitam verilməsini və funksiyalarının onun hüquq varisi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə verilməsi nəzərə alınaraq məhkəmə iclasının qərardadı ilə iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə əvəz edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, JN-*****D saylı, KOD ******** saylı torpağın Dövlət Notariat Kontorunun ## ######## 2005-ci il tarixli, **/*** saylı alqı-satqı müqaviləsinə əsasən 0.06 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün ## ####### 2005-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. Səbail Rayon İcra Hakimiyyəti başçısının **** saylı, ## #### 1998-ci il tarixli sərəncamından görünür ki, Abdulrzakov X3 Rayon İcra Hakimiyyəti başçısının ****a saylı, ## ### 1995-ci il tarixli sərəncamı əsasında ona ayrılmış torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsinə razılıq verərək, həmin torpaq sahəsi üzərində olan hüquqlarından ## #### 1998-ci il tarixdə rəsmi olaraq imtina etmişdir. X4 torpaq sahəsindən rəsmi olaraq imtina etməsinə baxmayaraq, qüvvədən düşmüş Səbail Rayon İcra Hakimiyyəti başçısının **** saylı, ## #### 1998-ci il tarixli sərəncamına əsasən ##.##.2005-ci il tarixdə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu üçüncü şəxs2blikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində qeydiyyata aldırmış və buna dair “Torpağın mülkiyyətə verilməsinə dair” JN-24178DD KOD-******** saylı şəhadətnamə verilmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilməsi, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, ünvan 2 ünvanında yerləşən torpağa dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın və ünvanın verilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması barədə iddia tələbi ilə çıxış etmişdir. Bakı İnzibati Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *-*(***)-***/**** saylı qərarına əsasən iddia qismən təmin edilmişdir. Belə ki, icraatda olan iş üzrə cavabdehin üzərinə olan olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-24178DD KOD-******** saylı şəhadətnamə ləğv olunmuşdur. O vaxtdan etibarən sözügedən torpaq sahəsi üzərində ünvan 4 ünvanında yerləşən torpaq sahəsi üzərində iddiaçının hüquqları yaranmışdır. İddiaçı bu torpaq sahəsindən öz mülkiyyəti kimi istifadə etmiş, öz hesabına, öz xərclərilə daşınmaz əmlakın abadlaşdırılması, onun səmərəli istifadəsi üçün tədbirlər görmüşdür. Beləliklə, sözügedən əmlak üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zərurəti yaranmışdır. Bu məqsədlə, iddiaçı üçüncü şəxs2blikasının Milli Arxiv İdarəsinə ##.##.2019-cu il tarixində müraciət edərək, sənədlərin ona təqdim edilməsini xahiş etmişdir. Müraciətinə əsasən, ##.##.2019-cu il tarixdə müvafiq sənədlər iddiaçıya təhvil verilmişdir. İddiaçı sənədlərlə birlikdə cavabdeh orqana torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün ********** nömrəli, ##.##.2022-ci il tarixli ərizə ilə müraciət etmiş, lakin müraciətdən imtina cavabı verilmişdir. Əsas olaraq o gətirilmişdir ki, torpaq sahəsinin coğrafi mövqeyini müəyyənləşdirən yerləşmə cizgisi təqdim olunmamış, torpağa baxış zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsi hüquqmüəyyənedici sənədlərə əsasən 600 kv.m, faktiki isə 390 kv.m təşkil edir. Elektron kadastr məlumatına əsasən sözügedən torpaq sahəsi neft kəmərinin mühafizəsi zonasında yerləşir. İddiaçı bu əsaslarla razılaşmır və hesab edir ki, cavabdeh İdarənin hərəkətsizliyi onun konstitusion hüquqlarını pozur. Mübahisəli torpaq sahəsinə verilən sənədlər qanunidir və bu sənədlər səlahiyyətli orqan tərəfindən verilmişdir.

10. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, ayrılmış torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi təqdim olunmamışdır. Həmçinin, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi sənəd üzrə 600 kv.m olsa da, faktiki isə 390 kv.m təşkil edir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən, göstərilən torpaq sahəsi tamamilə neft kəmərinin mühafizə zonasında yerləşir. Bundan əlavə bildirilir ki, iddiaçı tərəfindən təqdim edilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının **** saylı, ##.##.1998-ci il tarixli sərəncamında istinad olunan Səbail Rayon İcra Hakimiyyəti başçısının ****a saylı, ##.##.1995-ci il tarixli sərəncamına əsasən başqa ərazidə yerləşən torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” JN-24178D, KOD******** saylı şəhadətnamə verilmiş, daha sonra digər şəxslərə özgəninkiləşdirilmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarına əsasən X6 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-24178D, KOD-******** saylı şəhadətnamə ləğv olunmuş, sözügedən qərarın icrası barədə məlumat məhkəməyə göndərilmişdir. Lakin qeyd edilən əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində sonradan aparılan qeydiyyatlara münasibət bildirilməmişdir.

11. Bakı İnzibati Məhkəməsinin müxtəlif tarixli müvafiq qərardadları ilə üçüncü şəxs2blikası Dövlət Neft Şirkəti (SOCAR) və üçüncü şəxs1 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

12. Sonradan məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə üçüncü şəxs2blikası Dövlət Neft Şirkətinin (SOCAR) "Neft Kəmərləri" İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, üçüncü şəxs2blikası Dövlət Neft Şirkətinin (SOCAR) iş üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir.

13. Üçüncü şəxs üçüncü şəxs2blikası Dövlət Neft Şirkətinin (SOCAR) "Neft Kəmərləri" İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, İddiaçı fərdi evin tikilməsi üçün çıxarışın verilməsinə dair müraciət etdiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci y/m, 7-ci döngə, *** saylı ünvanda olan torpaq sahəsi SOCAR-ın Neft Kəmərləri İdarəsinin istismarında olan 1906-cı ildən istismara verilmiş Bibiheybət-Yasamal Dş – 300 mmlik magistral neft kəmərinin mühafizə zonası daxilində yerləşir. İddia edilən ev də həmin magistral kəmərin üzərində inşa edilmişdir. Həmçinin torpaq sahəsinin daş hasarının (qarşısından və yanından) və inşa olunmuş tikilinin 0.1 metr məsafəsindən yanmayan materialdan olan dayaqlar (polad) üzərində quraşdırılmış SOCAR-ın “Azəriqaz” İB-nin istismarında olan d-108 mm-lik yerüstü orta təzyiqli qaz kəməri keçir. İddia edilən torpaq sahəsi və üzərində olan tikili neft kəmərinin mühafizə zonasının və təhlükəsizlik zonasının daxilində olmaqla, tikili neft kəmərinin üzərində inşa edilmişdir. Həmin torpaq sahəsi üzərində olan tikili magistral kəmər üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin torpaq sahəsindən və tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır.

14. Bakı İnzibati Məhkəməsinin *-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

15. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildildirilmişdir ki, məhkəmə araşdırması zamanı əsas hüquqi prinsip olan “bərabərlik prinsipi” tam şəkildə nəzərə alınmamışdır. Belə ki, eyni ünvanda, yəni ünvan 3 döngə, 362-ci sahə üzrə X1 ## #### 2021- ci il tarixində “Daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında çıxarış” almışdır. Maraqlıdır ki, həmin ərazi də SOCAR-ın Neft Kəmərləri İdarəsinin istismarında olub, xüsusi təhlükə və əhəmiyyət daşımasına baxmayaraq, həmin şəxsin çıxarış alması məhkəmə tərəfindən hüquqi baxımdan nəzərə alınmışdır.

c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

f) Proses iştirakçılarının izahatları

18. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini, 3-cü şəxs Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsininin nümayəndəsi nümayəndə1 isə apellyasiya şikayıtinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını məhkəmədən xahiş etdi.

19. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və digər 3-cü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbələri barədə hər hansı bir məlumat verməmişdirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin və digər 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20.“İnzibati İcraat Haqqında” üçüncü şəxs2blikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

21.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” üçüncü şəxs2blikası Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

22. üçüncü şəxs2blikası Prezidentinin ## ###### 2015-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” üçüncü şəxs2blikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”ndan:

1. üçüncü şəxs2blikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə üçüncü şəxs2blikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948ci il ######un ##-dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il ######un ##-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il ######un ##-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetlərinin qərarları (həmin qərarlarda torpaq sahəsinin ölçüsü göstərilmədiyi halda, yaşayış evinin (mənzilin) altında olan torpaq sahəsi nəzərə alınmaqla); 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. üçüncü şəxs3an SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. üçüncü şəxs2blikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə üçüncü şəxs2blikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” üçüncü şəxs2blikasının Qanunu qüvvəyə minənədək olan dövrdə üçüncü şəxs2blikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən verilmiş torpaq sahələrinə mülkiyyət, sahiblik, istifadə hüquqlarına dair dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il ######ın #-dan 1995-ci il ######ın ##-dək qəbul edilmiş qərar; 2.3. 2001-ci il ######ın #-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar; 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənziltikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il ######ın #-dək qəbul edilmiş qərarlar; 2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il ######ın #-dək qəbul edilmiş qərarlar; 2.8. yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarlar və fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi (layihədə torpaq sahəsinin ölçüsü göstərildikdə. Layihə olmadığı və ya həmin layihədə torpağın ölçüsü göstərilmədiyi hallarda yaşayış evi və onun altında olan torpaq sahəsi əsas götürülməklə).

23. üçüncü şəxs2blikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

26.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən) 27.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 20-23-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. 28.Belə ki, iddiaçı Səbail Rayon İcra Hakimiyyəti başçısının **** saylı ## ### 1995-ci il tarixli sərəncamı əsasında adına sənədləşdirilmiş ünvan 4 ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsi və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb edir. 29.Cavabdeh orqan isə ayrılmış torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisinin təqdim olunmadığını, torpaq sahəsinin sənəd üzrə 600 kv.m olsa da, faktiki isə 390 kv.m təşkil etdiyini bildirərək, imtina cavabı vermişdir. 30.İş materiallarından görünür ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının **** saylı, ##.##.1998-ci il tarixli “Səbail Rayon İcra Hakimiyyəti başçısının ****a saylı, ##.##.1995-ci il tarixli sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncamına əsasən, X4 razılıq ərizəsini və İddiaçı torpağa olan tələbatını nəzərə alaraq, Səbail RİH başçısının ****a saylı, ##.##.1995-ci il tarixli sərəncamı ilə fərdi evin tikintisi üçün X4 adına ayrılmış 600 kv.m torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsinə sərəncam verilmişdir. Həmin vaxtdan torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilərək İddiaçı istifadəsinə verilmiş və həmin torpaq sahəsində onun tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir və həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birgə hazırda iddiaçının istifadəsindədir. 31.İşin apellyasiya baxışı zamanı üçüncü şəxs2blikası Dövlət Neft Şirkətinin (SOCAR) "Neft Kəmərləri" İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, 39T 398376 ******* saylı koordinat üzrə yerləşən cəmi uzunluğu 6.453 km olan Bibi-Heybət-Yasamal Dş-300 mm-lik yerüstü magistral neft kəmərinin tikintisinə 1906-cı ildə başlanılmış və həmin ildə tikintisi başa çatdırılaraq istismara buraxılmışdır. Kəmərin ilkin layihə təzyiqi 2.5 MPa, işçi təzyiqi isə 1.8 MPadır. Hal-hazırda kəmərlə SOCAR-ın "Azneft İstehsalat Birliyinin Bibi-Heybət NQÇİ-si tərəfindən hasil edilən neftlər H.Əliyev adına Bakı Neft Emalı Zavoduna təhvil verilir. Neft kəməri hal-hazırda işlək vəziyyətdədir və Qaradağ İstehsalat Bölümü tərəfindən istismar olunur. Neft kəməri 1906-cı ildən bu günə kimi tikildiyi marşrut üzrə yerləşir (Səbail və Yasamal rayonlarının ərazisi) və "Neft Kəmərləri" İdarəsinin balansındadır. "X9 İstismarında Texniki Təhlükəsizlik Qaydaları"nın 6-cı bəndinə əsasən magistral boru kəmərlərinin İstismarı üçün şərait yaratmaq və onların düşdüyü şəraitdən asılı olaraq, zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə borunun marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi və kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən torpaq sahələri şərti xətlərlə məhdudlaşdırılır. 32.Göründüyü kimi iddiaçı hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd kimi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının ##.##.1998-ci il tarixli, **** nömrəli sərəncamını və Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən tərtib edilmiş fərdi yaşayış evinə dair ##.##.2000-ci il tarixli texniki pasportunu təqdim etmişdir. 33.Belə olan halda kollegiya qeyd edir ki, hazırki mübahisə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” üçüncü şəxs2blikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə üçüncü şəxs2blikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanının müddəalarına uyğun həll edilməlidir. Həmin Fərmanının 2-ci bəndində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. 34.İş materiallarından görünür ki, təqdim edilən koordinatlarda yerləşən torpaq sahəsi tamamilə SOCAR-ın Neft Kəmərləri İdarəsinin istismarında olan (1906-cı ildən istismara verilmiş və hazıradək isitfadədə olan) Bibiheybət-Yasamal Dş–300 mm-lik magistral neft kəmərinin mühafizə zonası daxilində yerləşməklə dövlət mülkiyyətindədir. 35.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia olunan torpaq sahəsinin neft kəmərinin mühafizə zonasında yerləşməsi (hüququn yarandığı vaxtdan əvvəl) barədə cavabdeh inzibati orqanın dəlilləri neft şirkətinin təqdim etdiyi məlumatlar və izahatlarla təsdiq olunduğundan torpaq sahəsinə hüququn qeydiyyatından imtina olunması barədə cavabdehin imtinasının qanuni olması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 36.üçüncü şəxs2blikası İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 37.Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 38.Yuxarıda göstərilənlərə əsasən və üçüncü şəxs2blikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə üçüncü şəxs2blikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar