Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-461/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyatı” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Fərid İlham oğlu Mədətlinin sədrliyi və məruzəsi ilə, X10 və X7 ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı Üçüncü şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ## ###### 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:
1. Üçüncü şəxs “Vət. İddiaçı bağ evi tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” ##.##.2006-cı il tarixli, 40/160 Sərəncamından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Albalılıq l” bağ massivində 1000 kv.m. torpaq sahəsi fərdi bağ evinin tikintisi üçün vət. İddiaçı ayrılmışdır.
2. Üçüncü şəxs ##.##.2006-cı il tarixli, **/*** №-li Qərarı ilə İddiaçı ayrılması nəzərdə tutulmuş 1000 kv.metr torpaq sahəsinin yerləşmə sxemi bələdiyyə tərəfindən tərtib və təsdiq olunmuşdur.
3. Üçüncü şəxs tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** №-li “Arayış”da göstərilmişdir ki, İddiaçı verilmiş **/*** saylı ##.##.2006-cı il tarixli sərəncam Maştağa Bələdiyyəsinin arxivində mövcuddur.
4. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi İdarəsinə hazırki tələblə müraciət etmiş, lakin tələbi təmin olunmamışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli, ************ nömrəli cavab məktubunda bildirilmişdir ki, “... Torpaqların X3 İnformasiya Sistemində Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədləri barədə məlumat mövcud olmadığından araşdırma aparılması tərəfimizdən mümkün olmamışdır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer qurluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.”
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
5. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR * saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən sahəsi 1000 kv. metr olan torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin DƏDKR * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 1000 kv.m. olan torpaq sahəsi ona Sabunçu rayonu Maştağa bələdiyyəsi tərəfindən verilmişdir, verildiyi vaxtdan onun və ailəsinin daimi istifadəsindədir. Bağ sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Müraciətinə ##.##.2025-ci il tarixli məktubla bildirilmişdir ki, torpaq sahəsinin X3 İnformasiya Sistemində Bakı şəhərində yerləşən torpaq sahələri sərhədləri barədə məlumat mövcud olmadığından araşdırma aparılması mümkün olmadığına görə imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və məhkəmə qaydasında onun torpaq sahəsi çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilə bilər. Belə ki, torpaq sahəsinə dair sənəd bələdiyyə sərəncamıdır, ##.##.2006-cı ildə verilmişdir, bununla yanaşı cizgi və müvafiq sənədlərdə təqdim edilmişdir.
7. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə Üçüncü şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və məhkəmənin eyni tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxs Maştağa Bələdiyyəsinə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxs Maştağa Bələdiyyəsindən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər və üçüncü şəxs işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.
8. Məhkəmənin ##.##.2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi İdarəsi hüquqi varislik qaydasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir.
9. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpaqlarına aid olmaqla, Vişnyovka (Albalılıq) bağ massivinin ərazisidir. Təqdim olunmuş yerləşmə cizgisində dəqiq istinadlar, istinad məsafələri qeyd edilməmişdir. Torpaq sahəsinin ətrafindakı sahələr “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7- ci maddəsinə uyğun sənədlərlə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur.
10. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ## ###### 2026-cı il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
11. Həmin qərardan narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
Cavabdehin apellyasiya şikayətinin dəlilləri:
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıda qeyd edilənlərə görə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməlidir. Birinci növbədə qeyd edir ki, bərabərlik prinsipləri pozulmuşdur, beləki bələdiyyə qərarları ilə verilmiş torpaqlara dair bir sıra Ali Məhkəmənin qərarları vardır ki, vətəndaşlara çıxarışların verilməsi öhdəlikləri cavabdeh orqanın üzərinə qoyulmuşdur. Bundan başqa torpaq sahəsinə dair heç bir mübahisə yoxdur, verildiyi vaxtdan torpaq sahəsi hasarlanmış və içərisində fərdi yaşayış evi tikilərək istifadə edilməkdədir, kommunal xidmətlər çəkilmişdir. Bundan başqa iş üzrə mütəxəssis rəyidə verilmişdir. Rəydə qeyd edilir ki, torpaq sahəsi hər hansısa dövlət təsisatları balansında olması barədə məlumat yoxdur, torpaq sahəsi dövlət mülkiyyətində olması qeyd edilmişdirş Mütəxəssis rəyini cavabdeh təşkilat vermişdir. ( bu oxşar iş olmuş və Ali məhkəmənin ##.##.2024 cü il tarixli 2-1(102)- ****/**** saylı qərarı olmuşdur, o işdə də vətəndaşa bələdiyyə qərarı ilə torpaq ayrılmışdır. Cavabdeh bildirir ki, torpaq sahəsi dövlət mülkiyyətidir, ancaq məhkəmələr vətəndaşın xeyrinə qərarlar qəbul etmişdirlər. Ali məhkəmədə bələdiyyələrlə bağlı bir sıra qərarları vardır, onların bir hissəsini hazırki işə əlavə edir. 1. Ali Məhkəmənin ##.##.2024- cü il tarixli *-*(***)-****/**** saylı qərarı , həmin qərarla vətəndaşa bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmışdır, qəran alqı -satqı müqavilə və qəbz vardır bununla da aşağı instansiyalar iddianı təmin etmişdir, Ali Məhkəmədə qüvvədə saxlamışdır. 2. Ali Məhkəmənin formalaşmış qərarları oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğunu nəzərə alaraq Ali məhkəmənin İnzibati kollegiyasının 2- 1 (***)-l***/**** saylı qərardadı vardır. 3. Ali Məhkəmənin oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğunu nəzərə alaraq Ali məhkəmənin İnzibati kollegiyasının 2-l(102)-2311/2025 sayh qərardadı vardır. 4. Ali məhkəmənin bələdiyyə qərarı ilə icarəyə verilmiş torpaq sahəsi üzərində hüququların dövlət qeydiyyatına alınması barədə yekun ##.##.2024- cü il tarixli 2-l(102)-l695/2024 sayh qərarı. 5. Ali Məhkəmənin oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğunu nəzərə alaraq Ali məhkəmənin İnzibati kollegiyasının 2-1(102)-1302/2025 sayh ##.##.2025-ci il tarixli qərardadı vardır. 6. Ali Məhkəmənin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** saylı qərarı (qərar bilavasitə bağ massivində yerləşən bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinə dairdir.) 7. Ali Məhkəmənin ##.##.2025- ci il tarixli 2-1 (102)-1349/2025 sayh qərarı (məsələ ondan ibarətdirki, birinci instansiya iddianı rədd edib, yuxarı instansiyalar vətəndaşın xeyrinə qərarlar qəbul etmişdir.) 8. Ali Məhkəmənin ##.##.2024- cü il tarixli 2-1 (102)-2481/2024 sayh qərarı. 9. Ali Məhkəmənin yenədə formalaşmış məhkəmə təcrübəsinin olması barədə ##.##.2024-cü il tarixli *-*(***)-****/**** saylı qərardadı. 10. Ali Məhkəmənin ##.##.2024 cü il tarixli 2-1 (***)-****/**** saylı qərarı olmuşdur, (o işdə də vətəndaşa bələdiyyə qərarı ilə torpaq ayrılmışdır. Cavabdeh bildirir ki, torpaq sahəsi dövlət mülkiyyətidir, ancaq məhkəmələr vətəndaşın xeyrinə qərarlar qəbul etmişdirlər). 11. Ali Məhkəmənin ##.##.2024cü il tarixli 2-1(102)-1211 /**** saylı qərarı. 12.Ali Məhkəmənin ##.##.2020-ci il tarixli *- *(***)-***/**** saylı qərarı Hörmətli məhkəmə kollegiyası bu siyahını dahada uzatmaq mümkündür 100-lərlə belə qərarlar vardır ki, onlarıda məhkəməyə təqdim etmək mümkündür. Hazırki iş üzrə birinci instansiya məhkəməsi bərəbərlik prinsiplərini pozmuş və bundan qanuni əsaslarla əldə edilmiş torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyini cavabdehə həvalə etməmişdir. Beləki torpaq sahəsi bələdiyyə tərəfindən ayrılıb pulu ödənilməklə əldə edilmişdir. İddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli dövlət orqanının qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda da qüvvədədir. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək həmin sənədin məzmununa uyğun davranmış, qeyd olunan ərazidə torpaq sahəsinin ayrılması və rəsmiləşdirilməsi ilə bağlı sənədlərdə nəzərdə tutulmuş, eləcə də torpaq sahəsinin ayrılması məqsədlərinə uyğun olan fəaliyyətlə məşğul olmaq üçün lazımi tədbirlər həyata keçirmişdir.
Tərəflərin izahatları
13. ##.##.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə üçüncü şəxs Üçüncü şəxs nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.
14. İddiaçının nümayəndəsi X5 iddia tələbinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
15. Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 10.2.1. Hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
21. Hazırki işdə apellyatorlar birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
22. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi ##.##.2025-ci il tarixdir. Həmin məktubun iddiaçıya nə vaxt təqdim olunması iş materiallarından müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.
23. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “ünvan 2 ünvanında yerləşən sahəsi 1000 kv. metr olan torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” ilə bağlı olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur.
26. İş materiallarında olan Üçüncü şəxs “Vət. İddiaçı bağ evi tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” ##.##.2006-cı il tarixli, 40/160 Sərəncamından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Albalılıq l” bağ massivində 1000 kv.m. torpaq sahəsi fərdi bağ evinin tikintisi üçün vət. İddiaçı ayrılmışdır. Üçüncü şəxs ##.##.2006cı il tarixli, **/*** №-li Qərarı ilə İddiaçı ayrılması nəzərdə tutulmuş 1000 kv.metr torpaq sahəsinin yerləşmə sxemi bələdiyyə tərəfindən tərtib və təsdiq olunmuşdur. Üçüncü şəxs tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** №-li “Arayış”da göstərilmişdir ki, İddiaçı verilmiş **/*** saylı ##.##.2006-cı il tarixli sərəncam Maştağa Bələdiyyəsinin arxivində mövcuddur.
27. Birinci instansiya məhkəməsinin sorğusu əsasında əldə edilmiş cavabdehin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin ##.##.2025-ci il tarixli, 3-48-2F/2- ****/**** №-li cavab məktubunda göstərilmişdir ki, Sabunçu rayonu Maştağa Bələdiyyəsinin arxiv fondu üzrə ##.##.2006-cı il tarixli, **/*** saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Üçüncü şəxs ##.##.2025-ci il tarixli, *** №-li məktubu ilə Üçüncü şəxs ##.##.2006-cı il tarixli, 40/160 Sərəncamın surəti məhkəməyə təqdim olunmuşdur.
28. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqı-satqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir.
29. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
30. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
31. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
32. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrıayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir.
33. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir.
34. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.
35. Həmin Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.
36. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
37. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin ##.##.2002ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər.
38. Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
39. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.
40. Məhkəmə kollegiyası iş materiallarını və təqdim edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, iddia təmin edilə bilməz.
41. İş üzrə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi 2006-cı ildə bələdiyyə tərəfindən iddiaçıya ayrılmışdır. Lakin həmin tarixdə torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olmuşdur.
42. Belə ki, birinci instansiya məhkəməsində icraatı zamanı mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində, yoxsa bələdiyyənin mülkiyyətində olub olamaması ətraflı araşdırılmışdır. Məhkəməyə DƏDKR * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, 3- 21-3-30/2- *****/**** №-li məktubu ilə təqdim edilmiş ##.##.2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Albalı – İ bağ massivində yerləşən torpaq sahəsi mişar daşı ilə hasarlanmışdır. Bir tərəfi yoldur, digər tərəfi üç tərəfi qonşudur. Müraciət olunan torpaq sahəsi üzərində bir mərtəbəli, mansardlı fərdi yaşayış evi, həyət tikililəri və anbar inşa olunmuşdur.
43. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin ##.##.2025-ci il tarixli, 3-35-1/2- ****/**** №-li cavab məktubundan müəyyən olunur ki, arxiv sənədləri içərisində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı 1 bağ massivi ərazi hüdudları daxilində yerləşən 1000 kv.metr torpaq sahəsinin İddiaçı ayrılması ilə bağlı rəyin alınması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilməsi və rəyin verilməməsi ilə bağlı sənədlər aşkar edilməmişdir.
44. * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, 3-21-3-30/2- *****/**** №-li məktubu ilə təqdim edilmiş “Mütəxəssis rəyi”ndə göstərilmişdir ki, torpaq sahəsi hasardaxili 0.0951 ha təşkil edir. Torpaq sahəsi üzərində birmərtəbəli+mansardlı yaşayış evi və köməkçi tikililər mövcuddur. Göstərilən torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyətini əks etdirən baş plan rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazi Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ərazisidir. Qonşu və ətraf sahələr bağ sənədləri ilə qeydiyyata alınmışdır. Göstərilən sahə Dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Bundan əlavə sahədəki tikililərin qeydiyyatı barədə bazada məlumat aşkar edilməmişdir.
45. Birinci instansiya məhkəməsi də mütəxəssis rəyinə istinad edərək hesab etmişdir ki, mübahisəli torpaq sahəsi Maştağa bələdiyyəsinin sərəncamı əsasında iddiaçıya ayrılsa da, iddia olunan torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmamış, dövlət mülkiyyətində olmaqla, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivinin istifadəsinə verilmiş ərazidə yerləşir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, ümumiyyətlə iddia olunan torpaq sahəsinin zamanında bələdiyyənin mülkiyyətində olması ilə əlaqədar hər hansı məlumat da mövcud deyil.
46. Apellyasiya baxışı zamanı iddiaçının qonşuluğunda yerləşən torpaq sahələrinə mülkiyyət hüquqlarının qeydiyyata alınıb–alınmaması araşdırılmış və cavabdeh orqan tərəfindən təqdim edilən sənədlərdən mübahisə predmeti olan torpaq sahəsinin qonşuluğunda inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahələrinin olması aşkar edilməmişdir.
47. Belə ki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Cavabdeh * saylı Bakı Ərazi İdarəsinin *-**-*-**/*-*****/**** nömrəli ## #### 2026-cı il tarixli məktubu ilə bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatına əsasən koordinatlarla verilmiş sahə Vişnyovka bağ massivində yerləşməklə dövlət mülkiyyətindədir. O cümlədən, sözügedən ərazinin qonşuluğunda (300 metr radiusda) bələdiyyə sənədi ilə çıxarış almış sahə aşkar olunmamışdır.
48. Daha sonra müəyyən olunmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsinin qonşuluğunda inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri olsa da, onlar bələdiyyə qərarı əsasında deyil, digər hüquqmüəyyənedici sənədllər əsasında qeydə alınmışdır.
49. Belə ki, cavabdeh *-**-*-**/*-*****/**** nömrəli # ###### 2026-cı il tarixli məktubla bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan sahələr həmsərhəddir. Bundan əlavə Vişnyovka-1 bağ massivi, ***T saylı bağ sahəsinə dair sənəd surətləri və ortofoto görüntüsü məhkəmə kollegiyasına göndərilmişdir.
50. Həmin məktuba əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlardan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -1, 125T və 125B bağ sahələri mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşir, 125 T nömrəli bağ sahəsi ##.##.2016cı il tarixdə X4 adına və ***B nömrəli bağ sahəsi də X9 və X1 adına ##.##.2014-cü il tarixdə, İsgəndərova X6 adına xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır.
51. Həmin sənədlərdən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -1 ərazisində yerləşən 125T və 125B bağ sahələrinə verilmiş çı çıxarışların verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər qismində Maştağa bələdiyyəsinin deyil, Bakı Şəhər İcra Hakimiyyəti başçısı X16 İnkişafı və İstisamrı Birliyinin bağın istifadəyə verilməsi haqqında 2006-cı tarixli müqavilə, eyni zamanda Bakı şəhər İK-nın qərar və orderi olmuşdur.
52. Torpaq Məcəlləsinin 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.
53. Həmin Məcəllənin 47.1-ci maddəsinə görə isə bələdiyyə mülkiyyəti bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada digər torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
54. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir
55. Qeyd olunan normalardan da aydındır ki, bələdiyyənin sərəncam vermək səlahiyyəti onun mülkiyyətində olan torpaqlara münasibətdə mövcud olmuşdur. Dövlət mülkiyyətində olan torpaq sahəsinin bələdiyyənin qərarı ilə birbaşa vətəndaşın xüsusi mülkiyyətinə verilməsi üçün isə qanunla nəzərdə tutulmuş ayrıca hüquqi əsas və prosedur tələb olunurdu.
56. Hazırki işdə mübahisəli torpaq sahəsinin 2006-cı ildə qanunla müəyyən edilmiş qaydada dövlət mülkiyyətindən çıxarılaraq bələdiyyə mülkiyyətinə verilməsini təsdiq edən sənədlər nə iddiaçı, nə də ki, inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş müvafiq bələdiyyə tərəfindən təqdim olunmamışdır. Əksinə, torpağın həmin tarixdə dövlət mülkiyyətində olmasını təsdiq edən sənədlər mövcuddur. (Mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən, İsgəndərova X6 istifadəsinə torpaq ayrılmasını nəzərdə tutan ***B nömrəli bağın istifadəyə verilməsi haqqında müqavilə Bakı Şəhər İcra Hakimiyyəti başçısı X16 İnkişafı və İstisamrı Birliyi ilə vətəndaş arasında 06 Sentyabr 2006-ci il tarixdə bağlanmışdır.)
57. Bu baxımdan məhkəmə kollegiyası bələdiyyənin mübahisəli torpaq sahəsi barədə sərəncam verməsi üçün mülkiyyət və sərəncam səlahiyyətinin mövcud olmadığı nəticəsinə gəlir.
58. İddiaçının əsas dəlillərindən biri ondan ibarətdir ki, 2006-cı ildə bələdiyyənin rəsmi qərarına əsaslı şəkildə etibar etmiş, həmin qərarın qanuni olduğuna inanmış və bu səbəbdən onun etimad hüququ qorunmalıdır.
59. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilinə münasibətdə qeyd edir ki, etimadın qorunması prinsipi qanunsuz inzibati akt əsasında hər bir halda maddi hüququn yaranmasını təmin edən universal əsas deyil. Etimadın müdafiəsi zamanı həm şəxsin qanuni gözləntiləri, həm də publik maraq, əmlakın hüquqi statusu, inzibati orqanın səlahiyyəti və digər şəxslərin və dövlətin hüquqları nəzərə alınmalıdır.
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2021ci il tarixli X.Mustafayevanın şikayəti üzrə qərarında da etimadın qorunması prinsipinin mahiyyəti açıqlanmış və şəxsin inzibati akta etibar etmək, inzibati orqanın davranışını və qəbul etdiyi aktı qanunauyğun hesab etmək hüququnun olduğu bildirilmişdir. Həmin qərarda məhkəmələrin şəxsin qanuni gözləntiləri ilə publik maraqlar arasında ədalətli tarazlıq yaratmasının zəruriliyi də vurğulanmışdır. Lakin həmin hüquqi mövqenin tətbiqi üçün inzibati orqanın hərəkətlərinin onun səlahiyyətləri çərçivəsində həyata keçirilməsi və bunun nəticəsində şəxsdə publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntinin yaranması mühüm şərtdir. Konstitusiya Məhkəməsi sonrakı qərarlarında da bu yanaşmanı təkrar təsdiq etmişdir.
61. Hazırkı işdə isə məhkəmə arşdıması nəticəsində bələdiyyənin sərəncam verdiyi torpaq sahəsinin onun mülkiyyətində olmadığı müəyyən edilmişdir. Başqa sözlə, bələdiyyə dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində öz mülkiyyət hüququndan irəli gələn sərəncam səlahiyyətinə malik olmamışdır. Bu səbəbdən iddiaçının bələdiyyə qərarına etimad göstərməsi faktı həmin qərarla dövlət mülkiyyətində olan torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun yaranması üçün müstəqil hüquqi əsas kimi qəbul edilə bilməz. Əks yanaşma dövlət mülkiyyətində olan daşınmaz əmlakın qanunda nəzərdə tutulmayan qaydada xüsusi mülkiyyətə keçirilməsinə və qanunla müəyyən edilmiş sərəncam prosedurunun etimad prinsipi vasitəsilə aradan qaldırılmasına səbəb olardı.
62. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı yalnız qanunda nəzərdə tutulmuş hüquqi əsaslar mövcud olduqda həyata keçirilir. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən bələdiyyə orqanının aktı dövlət qeydiyyatı üçün o halda əsas ola bilər ki, həmin akt qanunla müəyyən edilmiş qaydada bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi, icarəsi, istifadəsi və ya ipotekaya qoyulmasına dair qəbul edilmiş olsun. Qanunun 10.2.1-ci maddəsi də qeydiyyat üçün 8-ci maddədə nəzərdə tutulan əsaslardan birinin təqdim edilməsini tələb edir.
63. Deməli, bələdiyyə aktının mövcudluğu təkbaşına həmin aktın qeydiyyat üçün kifayət edən hüquqi əsas olmasını şərtləndirmir. Aktı qəbul edən orqanın müvafiq əmlak torpaq sahəsi üzərində sərəncam səlahiyyətinin olması da zəruridir.
64. Hazırkı işdə isə bələdiyyə qərarının predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətində olduğu müəyyən edildiyindən həmin qərar iddiaçının torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun əmələ gəlməsi və dövlət qeydiyyatına alınması üçün qanunda nəzərdə tutulmuş hüquqi əsas kimi qiymətləndirilə bilməz.
65. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
66. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
67. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını qeyri-mümkün edir.
68. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsasli sayılmalı, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
69. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev