Məhkəmə qərarları › İş №2-1(3-6)-466/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-466/2026

06.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-466/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı (üçüncü şəxs Üçüncü şəxs) “arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), X9 və X12 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Həsənov İlyas Hüsən oğlunun iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Cavabdeh imtina məktubunda qeyd edilmişdir ki, torpaqların X4 İnformasiya Sistemində Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədləri barədə məlumat mövcud olmadığından araşdırma aparılması tərəfimizdən mümkün olmamışdır. Bundan başqa, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır.

2. “X5 və Ekspertiza Mərkəzi” MMC-i tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *** nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, Üçüncü şəxs *** saylı ##.##.2006-cı il tarixli qərarı ilə Həsənov Qəşəm İmdad oğlunun adına rəsmiləşdirilmiş torpaq sahəsinin koordinatlan müəyyən olunaraq rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edildi. Həmin torpaq sahəsi tərtib olunmuş cizgi-sxemə uyğundur. Naturada təqdim olunmuş torpağın sahəsi 3000 kv.metr təşkil edir. Həmin torpaq sahəsi digər qonşu torpaq sahələri ilə üst-üstə düşmür. Qeyd olunan torpaq sahəsinin ətrafında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahələri mövcuddur (bu barədə məlumat rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir). Həmin torpaq sahəsi kommunikasiya xətlərinin (su, işıq, qaz) və dəmir yolunun mühafizə zolağına düşmür.

3. Məhkəmə sorğusu əsasında Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş Bakı şəhəri Binəqədi rayon X14 ##.##.2006-cı il tarixli *** nömrəli sərəncamında qeyd edilmişdir ki, Bələdiyyə ərazi hüdudlarında vətəndaşlar X7 və Həsənov Qəşəm İmdad oğlunun razılıq ərizələri və müraciətləri nəzərə alaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyətinin tikintisi üçün nəzərdə tutulmuş 3000 m torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları vətəndaş Həsənov Qəşəm İmdad oğlunun adına keçirilməsinə dair sərəncam verilmişdir.

4. Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş vətəndaş X7 fəaliyyəti üçün ayrılmış 3000 kv.m. torpaq sahəsinin cizgi planında qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon X14 ##.##.2006-cı il tarixli *** nömrəli sərəncam əsasında vətəndaş X7 fəaliyyəti üçün ayrılmış torpaq sahəsinin yerləşdiyi yerin cizgiləri tərtib edilmişdir.

5. Ədliyyə Nazirliyi Bakı şəhəri ** saylı notariat ofisinin cavabdehə ünvanladığı ##.##.2021-ci il tarixli *** nömrəli məktubunda qeyd edilmişdir ki, X3 İmdad oğlunun ##.##.2020-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı ərizəsi əsasında tərəfindən vərəsəlik işi açılmışdır. Vərəsələrin dairəsi müəyyən edilmişdir. İddiaçı - Həsənov Qəşəm İmdat oğlunun vərəsəsidir. X3 İmdad oğlunun adına olan torpaq sahəsinə çıxarışın verilməsi xahiş edilmişdir.

6. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Binəqədi qəsəbəsində yerləşən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 3000 kv.m, faktiki sahəsi 3000 kv.m təşkil etmişdir. Faktiki olaraq göstərilən torpaq sahəsi mişar daş hasarla və üzərindəki mövcud tikililərin çöl divarları ilə sərhədlənib. Torpaq sahəsi üzərində qeyri/yaşayış obyekti, ofis binası, s/q-ı və anbar mövcuddur ki, yarı hissəsi qonşu sahə üzərində (bir damın altında) yerləşir. Faktiki olaraq göstərilən torpaq sahəsinin qərb tərəfindən 2.0m-1.2tn məsafədən 6-10kV-lıq elektrik hava xətti keçir.Torpaq sahəsinin yerləşməsinə dair təqdim edilmiş cizgidə dəqiq istinad və məsafələr qeyd olunmayıb. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatları baxılması üçün sənədlər/toplusuna əlavə olundu.

7. Cavabdehin ##.##.2025-ci il tarixli 3-21-3-30/2- *****/**** nömrəli məktubunda, torpaq sahəsinin qonşuluğunda olan torpaq sahələrinə dair sənədlərdən görünür ki, qonşuluqda yerləşən sahə üzrə Bakı şəhəri Binəqədi rayon X14 ##.##.2006-cı il tarixli *** nömrəli sərəncam əsasında 6000 kv.m sahibkarlıq fəaliyyətinin tikintisi üçün sahiblik və ondan istifadə hüquqları vətəndaş Ş.T. Nəbiyevə alqı-satqı yolu ilə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair Ş.T. Nəbiyevin xüsusi mülkiyyət hüququ ##.##.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış və sonuncuya ******* nömrəli çıxarış verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon X14 ##.##.2006-cı il tarixli *** saylı sərəncamı ilə X14 ərazi hüdudlarında mərhum atası Həsənov Qəşəm İmdad oğlunun mülkiyyətinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyətinin tikintisi üçün nəzərdə tutulmuş 3000 m2 torpaq sahəsinə mülkiyyət hüququnun Həsənov Qəşəm İmdad oğlunun adına arayışın və plan ölçü sənədinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

9. Məhkəmənin qərardadı ilə Üçüncü şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon X14 ##.##.2006cı il tarixli *** saylı sərəncamı ilə X14 ərazi hüdudlarında vətəndaşlar X7 və Həsənov Qəşəm İmdad oğlunun razılıq ərizələri və müraciətləri nəzərə alaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyətinin tikintisi üçün nəzərdə tutulmuş 3000 m torpaq sahəsinə sahiblik və ondan istifadə hüquqları Həsənov Qəşəm İmdad oğlunun adına keçirilmişdir. Bildirir ki, Həsənov Qəşəm İmdad oğlu onun atasıdır. O, ##.##.2020-ci il tarixində vəfat etmişdir. Ərizəsi əsasında Bakı şəhəri ** saylı notariat ofisində vərəsəlik işi açılmış, ##.##.2021-ci il tarixində onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan başqa cavabdeh orqana müraciət edərək Bakı şəhəri Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsi ərazisində yerləşən 3000 m torpaq sahəsinə dair hüquqlarını dövlət qeydiyyatına alaraq, plan və ölçü sənədi tərtib edilərək onun adına müvafiq çıxarış verilməsini xahiş etdi. Lakin qeyd olunan qurum tərəfindən ##.##.2025-ci il tarixli məktubla müraciətinə cavab verilərək “Ərizəyə əlavə olunan sənədlərin surət olduğu, bildirilmiş, həmçinin məktubda torpaqların X4 İnformasiya Sistemində Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sənədləri barədə məlumat mövcud olmadığından araşdırma aparılması mümkün olmadığı, bundan başqa torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmadığı və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmadığı, qeyd edilmiş, həmçinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastırının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrinin qərar qəbul edilməsi üçün əsas olduğu qeyd edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması hüquqlarının dövlət qeydiyyatından imtina edilmişdir.”

11. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Eləcə də təqdim edilmiş X14 ##.##.2006-cı il tarixli, *** nömrəli sərəncamında torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün iddiaçının atasına “sahiblik və istifadə hüquqlarının keçməsi qaydasında adına və istifadəsinə verilməsi haqqında” verildiyi qeyd edilsə də, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Həmçinin sahəyə dair təqdim edilmiş yerləşmə sxemində dəqiq istinad və istinad məsafələri qeyd olunmamış, sxemdə bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. İdarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi üzərində qeyri-yaşayış binası, ofis binası və anbar mövcuddur.

12. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon X14 ##.##.2006-cı il tarixli *** saylı sərəncamı ilə X14 ərazi hüdudlarında X3 İmdad oğlunun mülkiyyətinə ayrılmış sahibkarlıq fəaliyyətinin tikintisi üçün nəzərdə tutulmuş 3000 kv.m torpaq sahəsinin X3 İmdad oğluna mülkiyyət hüququnun məxsus olmasına dair arayışın iddiaçı İddiaçı verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

13. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Eləcə də təqdim edilmiş X14 ##.##.2006-cı il tarixli, *** nömrəli sərəncamında torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün iddiaçının atasına “sahiblik və istifadə hüquqlarının keçməsi qaydasında adına və istifadəsinə verilməsi haqqında” verildiyi qeyd edilsə də, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Həmçinin sahəyə dair təqdim edilmiş yerləşmə sxemində dəqiq istinad və istinad məsafələri qeyd olunmamış, sxemdə bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. İdarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi üzərində qeyri-yaşayış binası, ofis binası və anbar mövcuddur.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

23. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 18-20-ci bəndləri) əsaslanaraq hesab edir ki, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

24. Belə ki, iddiaçı Bakı şəhəri Binəqədi rayon X14 ##.##.2006-cı il tarixli *** saylı sərəncamı ilə X14 ərazi hüdudlarında mərhum atası Həsənov Qəşəm İmdad oğlunun mülkiyyətinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyətinin tikintisi üçün nəzərdə tutulmuş 3000 m2 torpaq sahəsinə mülkiyyət hüququnun Həsənov Qəşəm İmdad oğlunun adına arayışın və plan ölçü sənədinin verilməsini tələb edir.

25. Cavabdeh orqan isə iddia ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Həmçinin sahəyə dair təqdim edilmiş yerləşmə sxemində dəqiq istinad və istinad məsafələri qeyd olunmamış, sxemdə bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır.

26. İş materiallarından görünür ki, Binəqədi rayonu X14 ##.##.2006-cı il tarixli *** nömrəli sərəncamı ilə Bələdiyyə ərazi hüdudlarında vətəndaşlar X7 və Həsənov Qəşəm İmdad oğlunun razılıq ərizələri və müraciətləri nəzərə alaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyətinin tikintisi üçün nəzərdə tutulmuş 3000 kv.m torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları vətəndaş Həsənov Qəşəm İmdad oğlunun adına keçirilməsinə dair sərəncam verilmişdir. O, ##.##.2020-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri ** saylı notariat ofisində vərəsəlik işi açılmış, ##.##.2021-ci il tarixində onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda iddiaçı Həsənov Qəşəm İmdad oğlunun vərəsəsidir.

27. Qeyd olunan halların araşdırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının *-*(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə məhkəmə tikintitexniki ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli **/**** saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi Bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahələrinin eskiz cizgisini nəzərə alaraq, iddiaçının faktiki istifadəsində oln 3000 kv.m torpaq sahəsi, Bakı şəhər İcra Hakimiyyətinin ##.##.2000-ci il tarixli, *** saylı sərəncamı ilə Binəqədi bələdiyyəsinə ayrılmış inzibati ərazinin hüdudları daxilində yerləşməklə, Binəqədi Bələdiyyəsinin mülkiyyətində olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Binəqədi rayon X14 ərazi hüdudlarında iddiaçının mülkiyyətinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyətinin tikintisi üçün nəzərdə tutulmuş 3000 kv.metr torpaq sahəsi faktiki vəziyyəti üzrə digər torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Təqdim olunan torpaq sahələrinin baxış zamanı əldə olunan texniki parametrləri ilə Bakı şəhəri, Binəqədi bələdiyyəsi tərəfindən tərtib olunmuş cizginin göstəriciləri müqayisə edilərkən, həmin torpaq sahəsinin cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq olmadığı müəyyən edilmişdir. Baxış zamanı Bakı şəhəri, Binəqədi rayon X14 ərazi hüdudlarında iddiaçının mülkiyyətinə ayrılmış, sahəsi 3000 kv.metr olan torpaq sahəsinin ətrafından elektrik xəttinin keçdiyi müəyyən edilmişdir. Həmin elektrik xəttinin gərginliyini və iddia olunan sahənin mühafizə zonasına düşüb-düşməməsi müvafiq qurumlar tərəfindən müəyyən oluna bilər.

28. Kollegiya qeyd edir ki, Bakı şəhəri Binəqədi rayon X14 ##.##.2006-cı il tarixli *** nömrəli sərəncamı iddiaçının mərhum atasının qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktdır.

29. Eyni zamanda həmin torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Binəqədi rayon X14 ##.##.2006-cı il tarixli *** nömrəli sərəncamı (inzibati akt) ləğv edilməmiş, geri çağrılmamış, dəyişdirilməmiş və hal-hazırda öz hüquqi qüvvəsini saxlayır.

30. X7 ayrılmış 3000 m2 torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınmadan onun razılığı ilə X14 ## ### 2006-cı il tarixli *** saylı Sərəncamı ilə Həsənov Qəşəm İmdat oğlunun adına rəsmiləşdirilməsini məhkəmə kollegiyası mümkün hesab edir.

31. Belə ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 4-cü bəndinin ## ####### 2008-ci il tarixinədək olan redaksiyasında Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.6-cı bəndinin ## ####### 2007-ci ilədək olan redaksiyasında Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2007-ci il tarixli Qərarı ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci dəyişiklik edildi və bilavasitə sözü çıxarıldı. Başqa sözlə desək, bələdiyyələrin ## ####### 2007-ci ilədək torpaq sahələrini bilavasitə satmaq səlahiyyətləri mövcud olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Binəqədi qəsəbə bələdiyyəsi ## ### 2006-cı il yarixli Sərəncamı ilə hazırki, torpaq sahəsinin Elmira Zeynalovanın adından bilavasitə Qəşəm Həsənovun adına rəsmilşdirilməsi səlahiyyətinə malik olmuş və həmin hüququn həyata keçirilməsi üçün hər hansı bir məhduddiyət mövcud olmamışdır. Başqa sözlə desək ## ### 2006-cı il tarixli Sərancam torpaq sahəsinin yenidən ayrılması məqsədi daşımamışdır və bu həmin sərəncamın adından da görünür.

32. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1 (***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarında öz əksinin tapmışdır. Belə ki, qeyd olunan qərarın 40-cı bəndində torpaq sahəsinin ayrılması ilə bağlı ikinci 2004-cü il tarixli Sərəncamın qəbul edilməsi Suraxanı rayon İcra Hakimiyyətinin niyyətinin torpaq sahəsinin yenidən ayrılmasına deyil, həmin sahənin iddiaçının adına dəyişdirilməsinə yönəldilməsi kimi fikir ifadə edilmişdir.

33. Eyni zamanda torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri yaşayış məntəqələri torpaqlarına aid edilmiş və həmin sahələrə dair digər şəxsin adına bələdiyyə sərəncamı əsasında çıxarış verilmişdir. Lakin, iddiaçıya münasibətdə fərqli rəftarın göstərilməsi bərabərlik prinsipinin pozulmasına gətirib çıxarır. 34.Beləliklə də tədqiq olunan sübutlarla və müəyən edilən hallarla cavabdehin istinad etdiyi dəlillərin əsassız olduğu sübuta yetirilir. 35.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilmir. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 36.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 37.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 38.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar