Məhkəmə qərarları › İş №2-1(3-6)-480/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-480/2026

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-480/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və X7 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin 2023-cü ilin mənfəət vergisi üzrə ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə”, 2023-cü ilin avqust ayının ƏDV bəyənnaməsi üzrə ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə”, 2023-cü ilin oktyabr ayının ƏDV bəyənnaməsi üzrə ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə”, 2023-cü ilin noyabr ayının ƏDV bəyənnaməsi üzrə ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qəbul edilmiş qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçının nümayəndəsi bir neçə dəfə iddianı dəyişdirərək, sonuncu dəfə ##.##.2025- ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, cavabdeh Dovlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin 2023cü ilin mənfəət vergisi üzrə ##.##.2025-ci il tarixli *-**-*-***-*********** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə", 2024-cü ilin yanvar ayının ƏDV bəyannaməsi üzrə ##.##.2024-cü il tarixli *-**-*-***-******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə", 2023-cü ilin avqust ayının ƏDV bəyannaməsi üzrə ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə", 2023- cü ilin oktyabr ayının ƏDV bəyannaməsi üzrə ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə", 2023-cü ilin noyabr ayının ƏDV bəyannaməsi üzrə ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** saylı "Vergilərin, sosial sığorta ve işsizlik sığortası haqlarının hesablanması barədə", 2024-cü ilin iyun ayı üzrə ##.##.2025-ci il tarixli *-**-*-***-******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qəbul edilmiş qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, üçüncü şəxs2 və üçüncü şəxs3 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi cəmiyyətin barəsində 2023-cü ilin mənfəət vergisi üzrə ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edərək 65 760.20 manat mənfəət vergisi, 2023-cü ilin avqust ayının ƏDV bəyannaməsi üzrə ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edərək 48 599.88 manat ƏDV, 2023-cü ilin oktyabr ayının ƏDV bəyənnaməsi üzrə ##.##.2024-cü il tarixli 3-21-2-3/2- ******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edərək 19 213.43 manat ƏDV və 2023-cü ilin noyabr ayının ƏDV bəyənnaməsi üzrə ##.##.2024-cü il tarixli 3-21-2-3/2- ******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edərək 31 330.77 manat ƏDV üzrə hesablamalar aparmaqla, cəmi 164 904.28 manat məbləğində əlavə vergilər hesablamışdır. Kameral hesablamalara səbəb olaraq aşağıdakı cədvəldə göstərilə şirkətlər ilə aparılmış maliyyə əməliyyatları olmuşdur. Mənfəət vergisinin hesablanılması ilə bağlı olaraq cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** saylı kameral uyğunsuzluq məktubu göndərilmişdir. Kameral uyğunsuzluq məktubunda ÖMV üzrə kənarlaşma olması bildirilmişdir. Lakin Kameral hesablama barədə ##.##.2024-cü il tarixli qərarda ÖMV ilə bərabər əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-cü il ərzində 328 801 manat məbləğində elektron qaimə fakturaların xərc kimi nəzərə alınmaması bildirilmiş və buna münasibətdə 65 760.20 manat əlavə mənfəət vergisi hesablanılmışdır. Kameral hesablama barədə qərarın əsaslandırma hissəsində ÖMV üzrə də uyğunsuzluq qeyd olunmasına baxmayaraq bu hissədə hesablama aparılmamışdır. ƏDV məbləğlərinin hesablanılması ilə bağlı ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** saylı kameral uyğunsuzluq məktubu göndərilərək 2023-cü ilin oktyabr ayı üzrə EBDO ****** saylı e-qf üzrə 19 213.43 manat, 2023-cü ilin noyabr ayı üzrə EBDT ****** saylı e-qf üzrə 12 970.8 manat, 2023-cü ilin avqust ayı üzrə isə EBDM ****** saylı e-qf üzrə 27 000 manat ƏDV məbləğinin riskli əməliyyatlar çərçivəsindən əldə olunduğu bildirilmişdir. Cavabdehin “Əldə edilmiş riskli elektron-qaimə fakturalar barədə məlumat” adlı məktublarından görünür ki, xxxx MMC ##.##.2024-cü il tarixində, xxxx MMC ##.##.2024-ci il tarixində, xxxx MMC isə ##.##.2024-cü il tarixində riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Eyni zamanda iş materiallarına əlavə olunmuş həmin şirkətlərdən mal, iş və xidmətlərin əldə edilməsinə dair elektron qaimə fakturalardan görünür ki, bütün maliyyə əməliyyatları qarşı müəssisələrin riskli hesab edilməsindən öncə aparılmışdır. Təqdim edilmiş sənədlərdən göründüyü kimi müəssisə tərəfindən alqı-satqı əməliyyatları aparılarkən sonradan riskli hesab edilmiş hər üç müəssisə riskli vergi ödəyiciləri siyahısında olmamışlar. MMC-nin malların alq-satqı əməliyyatları aparılarkən malları qarşı tərəfin elektron qaimə faktura və ya idxal əməliyyatları nətiəsində əldə edib etməməsini müəyyənləşdirmək imkanı mövcud olmamış, elektron qaimə fakturalar yazılarkən və ƏDV depozit hesabı vasitəsi ilə ödənişlər aparılarkən sistemdə həmin vergi ödəyicilərinin riskli hesab olunması ilə bağlı heç bir xəbərdarlıq çıxmamışdır. Cavabdeh iddiaçıya təqdim etdiyi uyğunsuzluq məktubunda əməliyyatların riskli hesab olunmasına istinad etməklə həmin iş və xidmətləri şübhə altına almış və aparılmış əməliyyatların tam dəyərini nəzərə almamışdır. Halbuki, aparılan əməliyyatlar tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında iş, xidmət müqavilələri bağlanmış və təhvil-təslim aktları əsasında işlər görülmüş, sifarişçi tərəfindən podratçıya elektron qaimə-faktura təqdim olunmuşdur. Sonradan həmin vergi ödəyicisi vergi orqanı tərəfindən riskli vergi ödəyicisi qrupuna salınmış və iddiaçı ilə həmin şəxs arasında aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşmələr nəzərə alınmamışdır. Cavabdeh iddia tələbinə dair yazılı mülahizəsində (etirazında) göstərilmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2023-cü il ərzində aparılmış 328801,00 manat (ƏDV-59184,23 manat) məbləğində qarşılıqlı əməliyyatlar zamanı malların və xidmətlərin həcminin və seçiminin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə ##.##.2024-cü il tarixli 2419120824203300 (riskli əməliyyatla bağlı) nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən 2023-cü il mənfəət vergisi bəyannaməsi üzrə xərclərə salınmış 328801,00 manat məbləğində (EBDM seriyalı ****** nömrəli-150000 manat, EBDO seriyalı ****** nömrəli- 106741,28 manat, EBDT seriyalı ****** nömrəli- 72060 manat) riskli elektron qaimə fakturaların xərc sənədi kimi nəzərə alınmayaraq 65760,20 manat əlavə vergi məbləği (328801,00 * 20%) hesablanaraq, bu barədə vergi ödəyicisinə ##.##.2024-cü il tarixli **************** nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. ƏDV bəyannamələri üzrə: ##.##.2024-cü il tarixli 3-21-2-3/2- 283123/2024 Vergi ödəyicisi tərəfindən 2023-cü il ərzində əldə edilmiş riskli elektron qaimə fakturalar ƏDV bəyannamələri üzrə əvəzləşməyə salınması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən elektron qaimə fakturaların ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü ("Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ elektron qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, (EBDM seriyalı ****** nömrəli-150000 manat*18%) 27000,00 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin avqust ayı üzrə əvəzləşdirilməyə salınmış EBDM seriyalı ****** nömrəli elektron qaimə faktura üzrə 27000,00 manat vergi məbləği 2023-cü ilin avqust ayı üzrə 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrə qeyd edilərək əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə ##.##.2024-cü il tarixli *- **-*-*/*-******/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. ##.##.2024-cü il tarixli 3-21-2-3/2- 283120/2024, ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarlar üzrə: Əvəzləşməyə salınmış riskli elektron qaimə fakturalar üzrə 2023-cü ilin oktyabr və noyabr ayı ƏDV bəyannamələri üzrə kənarlaşma yaratmışdır. Bu barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin oktyabr ayı üzrə əvəzləşdirilməyə salınmış EBDO seriyalı ****** nömrəli elektron qaimə faktura üzrə 19213,43 manat vergi məbləği 2023-cü ilin oktyabr ayı üzrə, EBDT seriyalı ****** nömrəli elektron qaimə faktura üzrə 12970,80 manat vergi məbləği 2023-cü ilin noyabr ayı üzrə 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrə qeyd edilərək əlavə vergi məbləği hesablanaraq, həmçinin bu barədə vergi ödəyicisinə ##.##.2024-cü il tarixli 2419120855690100, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərar üzrə: iddiaçı tərəfindən "Iyun 2024 ƏDV” dövrü üzrə elektron qaydada ##.##.2025-ci ildə dəqiqləşmiş bəyannamə təqdim edilmişdir. Müvafiq bəyannaməyə münasibət bildirildiyi təqdirdə, əsaslar üzrə etiraza əlavə təqdim ediləcəkdir. Iddiaçının qarşılıqlı əməliyyat apardığı riskli vergi ödəyiciləri üzrə: 1.üçüncü şəxs1 (VÖEN: **********)- aparılan təhlillər zamanı üçüncü şəxs1 (VÖEN: **********) həyata keçirdiyi əməliyyatların riskli olmasına dair şübhə yaranmışdır. Məlum olmuşdur ki, vergi ödəyicisinin Dövlət Vergi Xidmətinin uçotbaza məlumatlarında qeydiyyatda olan və Tərtər rayonu, Söylən kəndi ərazisində yerləşən obyektində hər hansı təsərrüfat subyekti (obyekti) müəyyən edilməmişdir. Eyni zamanda obyektin icarəyə götürülməsinə baxmayaraq, cəmiyyətə məxsus təsərrüfat subyektinin (obyektinin) olmadığı və fəaliyyət göstərmədiyi barədə qeyd edilən təsərrüfat subyektini (obyekti) üçüncü şəxs1 MMC-yə icarəyə vermiş vergi ödəyicisi X3 VÖEN: 1501033352) tərəfindən iltizam təqdim edilmiş, onun iştirakı ilə akt tərtib edilmişdir. Qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı tərəfinizdən təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Qoşmalarda sənədlər əlavə edilir. 2. "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********)- aparılan təhlillər zamanı üçüncü şəxs2 (VÖEN: **********) həyata keçirdiyi əməliyyatların riskli olmasına dair şübhə yaranmışdır. Məlum olmuşdur ki, vergi ödəyicisinin Dövlət Vergi Xidmətinin uçot-baza məlumatlarında qeydiyyatda olan və Qaradağ rayonu, Lökbatan ŞTQ, Dadaş Bünyadzadə (Lökbatan) 2 D ünvanında yerləşən anbarda mal qalığı aşkar edilməmişdir. Ödəyiciyə dəfələrlə araşdırmalarda iştirak etmək üçün dəvət məktubu göndərilsədə araşdırmalarda iştirak etməmişdir. Qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı tərəfinizdən təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq müvafiq risk meyarlarına əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur. Qoşmalarda sənədlər əlavə edilir. 3. üçüncü şəxs3 (VÖEN: **********)- aparılan təhlillər zamanı üçüncü şəxs3 (VÖEN: **********) həyata keçirdiyi əməliyyatların riskli olmasına dair şübhə yaranmışdır. Məlum olmuşdur ki, vergi ödəyicisinin Dövlət Vergi Xidmətinin uçotbaza məlumatlarında qeydiyyatda olan aktiv təsərrüfat subyekti (obyekti) yoxdur və eyni zamanda cəmiyyətin rəhbəri X1 ilə əlaqə saxlamaq mümkün olmayıb. Bu səbəbdən ödəyicinin vergi orqanında qeydiyyatda olan hüquqi (ünvan 1) ünvanında da baxış keçirilmişdir və yaşayış obyekti olduğu müəyyən edilmişdir. Qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı tərəfinizdən təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq müvafiq risk meyarlarına əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur. Cavabdeh həmçinin etiraza əlavə təqdim edərək bildirmişdir ki, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü il mənfəət vergisi bəyannaməsi üzrə xərclərə salınmış 792097,00 (o cümlədən 328801,00 manat məbləğində (EBDM seriyalı ****** nömrəli-150000 manat, EBDO seriyalı ****** nömrəli-106741,28 manat, EBDT seriyalı ****** nömrəli- 72060 manat riskli elektron qaimə fakturalar)) xərc sənədi kimi nəzərə alınmayaraq, həmçinin 283199,00 manat borca görə faizlər və onunla bağlı olan xərclərdən 225587,71 manatı vergi ödəyicisinin **************** nömrəli cavabı üzrə nəzərə alınmış, 57611,09 manatı kənarlaşma qalmışdır, amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir məbləği (201) ilə təqdim edilmiş əsas vəsaitlərin dəyəri (227.9) arasında 3875 manat fərq üzrə cəmi 170716,59 manat əlavə vergi məbləği (853583,09 * 20%) hesablanaraq, bu barədə vergi ödəyicisinə ##.##.2025-ci il tarixli **************** nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. ƏDV bəyannamələri üzrə, vergi ödəyicisi tərəfindən 2023-cü il ərzində əldə edilmiş riskli elektron qaimə fakturalar ƏDV bəyannamələri üzrə əvəzləşməyə salınması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən elektron qaimə fakturaların ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü ("Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ elektron qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, (EBDM seriyalı ****** nömrəli-150000 manat*18%) 27000,00 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023cü ilin avqust ayı üzrə əvəzləşdirilməyə salınmış EBDM seriyalı ****** nömrəli elektron qaimə faktura üzrə 27000,00 manat vergi məbləği 2023-cü ilin avqust ayı üzrə 324-cü ("Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrə qeyd edilərək əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə ##.##.2023cü il tarixli **************** nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Əvəzləşməyə salınmış riskli elektron qaimə fakturalar üzrə 2023-cü ilin oktyabr və noyabr ayı ƏDV bəyannamələri üzrə kənarlaşma yaratmışdır. Bu barədə vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin oktyabr ayı üzrə əvəzləşdirilməyə salınmış EBDO seriyalı ****** nömrəli elektron qaimə faktura üzrə 19213,43 manat vergi məbləği 2023-cü ilin oktyabr ayı üzrə, EBDT seriyalı ****** nömrəli elektron qaimə faktura üzrə 12970,80 manat vergi məbləği 2023-cü ilin noyabr ayı üzrə 324-cü ("Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrə qeyd edilərək əlavə vergi məbləği hesablanaraq, həmçinin bu barədə vergi ödəyicisinə ##.##.2024-cü il tarixli 2419120855690100, **************** nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. EBDO seriyalı ****** nömrəli elektron qaimə faktura üzrə 19213,43 manat vergi məbləği 2023-cü ilin oktyabr ayı üzrə, EBDT seriyalı ****** nömrəli elektron qaimə faktura üzrə 12970,80 manat vergi məbləği 2023-cü ilin noyabr ayı üzrə 324-cü ("Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrə qeyd edilərək əlavə vergi məbləği hesablanaraq, həmçinin bu barədə vergi ödəyicisinə ##.##.2024-cü il tarixli 2419120855690100, **************** nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. 2024-cü il yanvar ayı ədv bəyannaməsi üzrə yaranmış kənarlaşmalar üzrə vergi ödəyicisinə 2419021168223100, **************** nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü ilin yanvar ayı üzrə təqdim edilmiş ədv bəyannaməsində 308-ci "VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ" sətrində 1400896,14 manat ƏDV məbləği qeyd edilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar (e-VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğlərinin 522053,83 manat göstərilməsi, həmçinin EBDX seriyalı ****** nömrəli 6302,56 manat məbləğində riskli elektron qaimə fakturanın əvəzləşməyə salınması kənarlaşma yaradaraq 885144,84 manat əlavə vergi məbləği hesablanaraq, ##.##.2024-cü il tarixli 2419120575044500, ##.##.2024-cü il tarixli **************** nömrəli qərarlar göndərilmişdir. 2024-cü il iyun ayı ədv bəyannaməsi üzrə yaranmış kənarlaşmalar üzrə vergi ödəyicisinə **************** nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən EBDX seriyalı ****** nömrəli riskli elektron qaimə fakturanın əvəzləşməyə salınması kənarlaşma yaradaraq 24487,47 manat əlavə vergi məbləği hesablanaraq, ##.##.2025ci il tarixli **************** nömrəli qərar göndərilmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı (hakim S.Qənbərova) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, iddiaçının üçüncü şəxs1 MMC, üçüncü şəxs2 MMC və üçüncü şəxs3 MMC ilə apardığı əməliyyatlar real təsərrüfat fəaliyyəti ilə müşayiət olunmamışdır. Kontragentlər tərəfindən təqdim edildiyi göstərilən mallar və xidmətlər faktiki istehsal, alış və ya idxal əməliyyatları ilə əsaslandırılmamışdır. Elektron qaimə-fakturalar istisna olmaqla, əməliyyatların yerinə yetirildiyini təsdiq edən müstəqil və obyektiv sübutlar mövcud deyildir. Bu hal əməliyyatların yalnız formal sənədləşmə yolu ilə aparıldığını göstərir. Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan kontragentlərin fəaliyyət dövründə işçiləri olmamış, əmək müqavilələri bağlanmamış, istehsal və ya xidmət göstərilməsi üçün zəruri texniki baza və maddi resursları mövcud olmamışdır. Eyni zamanda, iri həcmli malların daşınması üçün nə mülkiyyətində, nə də icarəsində nəqliyyat vasitələri olmuş, daşıma ilə bağlı elektron əmtəə-nəqliyyat qaiməsi və yük avtonəqliyyatı üçün elektron yol vərəqi təqdim etməmişdir, həmçinin təqdim edilmiş mənfəət vergisi bəyannamələrində daşıma ilə əlaqədar çəkilmiş xərclər müvafiq sətirlər üzrə bəyan edilməmişdir. Bu faktlar kontragentlərin iddia edilən əməliyyatları faktiki olaraq icra etmək imkanında olmadığını açıq şəkildə ortaya qoyur. Kontragentlərin fəaliyyət sahələrinə uyğun olaraq tələb olunan lisenziya və icazələrə malik olmamaları da əməliyyatların əmtəəsizliyini təsdiqləyən mühüm haldır. Xüsusilə qum-çınqıl istehsalı, tikinti və elektrik-quraşdırma işləri kimi fəaliyyətlər üçün müvafiq dövlət orqanlarında qeydiyyatdan keçmiş texnika, avadanlıq və icazələrin mövcudluğu zəruri olduğu halda, bu tələblərin heç biri yerinə yetirilməmişdir. Uçot-baza məlumatlarında istehsal fəaliyyəti, elektrik enerjisi sərfiyyatı və faktiki iş prosesini təsdiqləyən göstəricilər qeydə alınmamışdır. Qeyd olunan MMC-lər fəaliyyət göstərdikləri dövrdə vergi bəyannamələri təqdim etməmiş, dövlət büdcəsinə vergi ödənişlərindən yayınmış və vergi orqanının sorğularına cavab verməmişdir. Əmtəəsiz əməliyyatların araşdırılması məqsədilə göndərilən rəsmi məktublara və dəvətlərə məhəl qoyulmaması, operativ vergi nəzarəti zamanı obyektlərin faktiki olaraq fəaliyyət göstərməməsi müəyyən edilmişdir. Nəticədə, həmin kontragentlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş meyarlara əsasən riskli vergi ödəyicisi kimi tanınmışdır. Yuxarıda sadalanan hallar bütövlükdə əməliyyatların bir neçə vergi ödəyicisi arasında zəncirvari şəkildə, real mal və xidmət dövriyyəsi olmadan aparıldığını göstərir ki, bu da ƏDV karuseli sxeminin tipik əlamətləridir. Vergi Məcəlləsinin 175.11-ci və 109.9-cu maddələrinə əsasən, əmtəəsiz əməliyyatlar üzrə əldə edilmiş sənədlər nə ƏDV-nin əvəzləşdirilməsinə, nə də gəlirdən çıxılan xərclərin tanınmasına əsas verə bilməz. Bu baxımdan, vergi orqanı tərəfindən iddiaçıya münasibətdə əlavə vergi məbləğlərinin hesablanması qanunvericiliyin tələblərinə uyğun və hüquqi cəhətdən əsaslıdır. Qeyd olunaların nəzərə alınaraq, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs üçüncü şəxs3 MMC məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Digər üçüncü şəxslər üçüncü şəxs1 MMC və üçüncü şəxs2 MMC-yə göndərilən məhkəmə bildirişlərinin olduğu zərf “köçüb” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və üçüncü şəxlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. IPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. Iddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktların ləğv edilməsini xahiş edir. IPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. IPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. IPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. IPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə verilmiş, prosessual müddətə əməl edilməklə iddia qaldırılmışdır. Iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: ...12.1.2. vergitutma bazası;... 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən uydurma və (və ya) yalan əqd çərçivəsində aparılan əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.3 Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; ... 23.1.5. qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək; Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. ... Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1 Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4 Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: ...83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; ... 83.7 vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur.

175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt;. ... 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il ## ###### tarixli ****-VQD nömrəli Qanunun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ###### tarixli *** nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti ## #### 2020-ci il tarixdə *** nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Həmin Meyarların 1.3-cü bəndində qeyd edilmişdir ki, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə görə VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

Hazırkı inzibati işin faktiki hallarından görünür ki, iddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli *-**-*-*/*- ******/**** saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə”, ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə”, ##.##.2024-cü il tarixli *-**-*-*/*- ******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə”, ##.##.2024-cü il tarixli 3-21-2-3/2- ******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə”, ##.##.2025-ci il tarixli *-**-*-*/*- ******/**** nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” və ##.##.2025-ci il tarixli 3-21-2-3/2- ******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları mübahisələndirir və əsas kimi vergi orqanı tərəfindən əvəzləşdirilməsi qəbul edilməyən e-qaimələr üzrə əməliyyatların real olmasına və əməliyyat aparılan şirkətlərin riskli vergi ödəyicisi hesab olunmayan dövrdə aparılmasına istinad edir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş imtinanın əsasını və apellyasiya şikayətinin əsas dəlilini qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatların aparılması faktının aşkar edilməsi təşkil edir. Belə ki, cavabdeh orqan e-qaimə fakturaların riskli hesab edildiyini və bunun nəticəsində iddiaçının qarşılıqlı əməliyyat apardığı müəssisələrin riskli vergli ödəyicisi hesab olunmasını əsas gətirmişdir. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı, apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kollegiya əvvəla diqqətə çatdırır ki, IPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd edilən prinsipdən çıxış edərək məhkəmə kollegiyası iş materiallarında mövcud olan sənədlərə diqqət yetirir: - ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, cavabdeh Yanvar 2024-cü ilin ƏDV hesabatı üzrə iddiaçıya 6.302,56 manat əlavə ƏDV hesablanmışdır. Qərar bununla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ƏDV bəyannaməsində (01.2024) əvəzləşmə üçün təqdim edilmiş EBDX seriyalı ****** nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 6302.56 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324- cü sətrində bərpa edilən ƏDV məbləinin 0.0 manat olması nəticəsində 6302.56 manat kənarlaşma yaranmışdır. - ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, cavabdeh 2023cü ilin avqust ayı üzrə iddiaçıya əlavə 48.599,88 manat ƏDV hesablanmışdır. Qərar bununla əsaslandırılmışdır ki, tərəfinizdən ƏDV bəyannaməsində (08.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDM seriyalı ****** nömrəli elektron qaimə-laktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktııra üzrı 27000.0 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdiriIdiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ODV məbləğinin 0.0 manat olması nəticəsində 27000.0 manat kənarlaşma yaranmışdır. Təqdim etdiyiniz bəyannamənin 308-ci ":VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş mobləğ": sətrində 697.230.28 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar (e-VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğlərinin cəmi 675.630.40 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır. - ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, cavabdeh 2023cü ilin oktyabr ayı üzrə iddiaçıya əlavə 19.213,43 manat ƏDV hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, ƏDV bəyannaməsində (10.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDO seriyalı ****** nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 19213.43 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 19213.43 manat kənarlaşma yaranmışdır. - ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, cavabdeh 2023cü ilin noyabr ayı üzrə iddiaçıya əlavə 31.330,77 manat ƏDV hesablanmışdır. Qərar bununla əsaslandırılmışdır ki, təqdim olunan bəyannamənin 308-ci ":VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesabfakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ": sətrində 870.797.93 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar (e-VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğlərinin cəmi 852.437.96 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (11.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDT seriyalı ****** nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 12970.8 manat ƏDV məbləğinin tərəllnizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üyün təqdim edilmiş bəyannamənin 324-ci sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 12970.8 manat kənarlaşma yaranmışdır. - ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, cavabdeh 2023cü il hesabat dövrü üzrə iddiaçıya 170716,59 mnat əlavə mənfəət vergisi hesablanmışdır. Qərar bununla əsaslandırılmışdır ki, Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023- cü il mənfəət (gəlir) vergisi bəyannamənin xərclər hissəsində 792097,00 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Əmtəəsiz əməliyyatlar çərçivəsində 2023ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 328801,00 manat tərəfinizdən təqdim edilmiş 2023-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Tərəfinizdən təqdim edilmiş 2023-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir məbləği (201) ilə təqdim edilmiş əsas vəsaitlərin dəyəri (227.9) arasında 3875 manat fərq yaranmışdır. Tərəfinizdən təqdim edilmiş 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsində göstərilmiş 57611,29 manat borca görə faizlər və onunla bağlı olan xərclər barədə təsdiqedici sənədləri ilə birgə ətraflı izahın təqdim edilməsinə zərurət yaranmışdır. - ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, cavabdeh 2024-cü ilin iyun ayı üzrə iddiaçıya əlavə 24487,47 manat ƏDV hesablanmışdır Qərar bununla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən təqdim edilən dəqiqləşmiş ƏDV bəyannaməsində dövriyyə məbləğində kənarlaşma müəyyən edilmiş, təsdiqedici sənədlər təqdim edilməmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarının təhlilindən aydın olur ki, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatların həyata keçirildiyi vergi orqanı tərəfindən sübuta yetirildikdə, həmin əməliyyatlar əmtəəsiz əməliyyatlar hesab edilir və qeyd olunan əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmədiyindən, vergi ödəyicisinin xərcləri Vergi Məcəlləsinin 14-cü, 14-1-ci və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən edilir. Riskli əməliyyatlarla bağlı isə aşağıdakılar qeyd edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Hazırda Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrini təsbit etmiş, həmin vəzifələrin arasında malların alınması zamanı satıcının idxalında və ya onun tərəfindən rəsmi qaydada həmin malların alınmasının araşdırılması göstərilməmiş, o cümlədən rəsmi qaydada alış sənədləri olmayan satıcıdan malların alınmasını qadağan edən də hər hansı imperativ norma mövcud deyildir. Digər tərəfdən nəzərə alınmalıdır ki, hətta mülki əqdlər qüvvədə olduğu zaman həmin şəxs riskli vergi ödəyicisi olsaydılar belə, bu hal hər bir halda iddiaçının ziyanına şərh edilə bilməzdir. Belə ki, iddiaçı həmin şəxslə müqavilə bağlayarkən müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə görə cavabdehlik daşımış, bu müqavilə üzrə öhdəliklərini icra etməməsi səbəbindən digər tərəfə vurduğu zərərə görə qanunvericiliyə əsasən tam məsuliyyət daşımışdır. Həmin müəssisələrin riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi isə iddiaçıya yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”ına əsasən, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edildikdən məlum ola bilərdi. Hazırkı işin hallarından görünür ki, iddiaçı tərəfindən müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair mübahisəli elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı üçüncü şəxs1 MMC, üçüncü şəxs2 MMC və üçüncü şəxs3 MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə Internet Vergi Idarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əldə edilmiş riskli elektron-qaimə fakturalar barədə xəbərdarlıqdan görünür ki, üçüncü şəxs3 MMC (**********) ##.##.2024-cü il tarixli **************** nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, iddiaçının həmin vergi ödəyicisindən əldə etdiyi (##.##.2023 tarixli EBDM seriyalı ****** nömrəli, ##.##.2024 tarixli EBDX seriyalı ****** nömrəli, ##.##.2023 tarixli EBDM seriyalı ****** nömrəli) elektron qaimə- faktura əmtəəsiz və riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verməmişdir. - Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əldə edilmiş riskli elektron-qaimə fakturalar barədə xəbərdarlıqdan görünür ki, “xxxx” MMC (**********) ##.##.2024-cü il tarixli **************** nömrəli Qərara əsasən riskli vergi ödəycisi hesab edildiyindən, iddiaçının həmin vergi ödəyicisindən əldə etdiyi (##.##.2023 tarixli EBDO seriyalı ****** nömrəli) elektron qaimə-faktura əmtəəsiz və riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verməmişdir. - Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əldə edilmiş riskli elektron-qaimə fakturalar barədə xəbərdarlıqdan görünür ki, üçüncü şəxs1 MMC (**********) ##.##.2024-cü il tarixli **************** nömrəli Qərara əsasən riskli vergi ödəycisi hesab edildiyindən, iddiaçının həmin vergi ödəyicisindən əldə etdiyi (##.##.2024 tarixli EBDX seriyalı ****** nömrəli, ##.##.2024 tarixli EMDX seriyalı ****** nömrəli) elektron qaimə-faktura əmtəəsiz və riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verməmişdir. Riskli hesab edilmiş müəssisələr ilə aparılmış əməliyyatlara dair elektron qaimə fakturalarından görünür ki, - ##.##.2023 tarixli EMDO seriyalı ****** nömrəli, ##.##.2023 tarixli EMDM seriyalı ****** nömrəli, ##.##.2024 tarixli EBDX seriyalı ****** nömrəli, ##.##.2023 tarixli EBDM seriyalı ****** nömrəli, ##.##.2024 tarixli EBDX seriyalı ****** nömrəli, ##.##.2024 tarixli EMDX seriyalı ****** nömrəli elektron qaimələri etibarsızdır. Cəmi əsas məbləğ - 672,671.28 manat, ƏDV məbləği – 121,080.83 manat, ödənilmiş ƏDV məbləği 99,956.79 manat qeyd edilmişdir. Cavabdeh vergi orqanı iddiaçı İddiaçı MMC ilə üçüncü şəxs1 MMC, üçüncü şəxs2 MMC və üçüncü şəxs3 MMC arasında baş tutmuş əməliyyatların faktiki olaraq baş tutub tutmadığını və malların faktiki olaraq təqdim edilib-edilmədiyini araşdırmadan və həmin əməliyyatların başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirilib-keçirilmədiyini müəyyən etmədən, sadəcə malları təqdim edən hüquqi şəxsdə həmin malların alışına dair təsdiqedici sənədin olmadığını və həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri siyahısında olduğunu əsas götürərək, iddiaçı tərəfindən aparılmış e-qaimələr üzrə əməliyyatları əvəzləşdirməyi qəbul etməkdən imtina etmişdir. Halbuki , vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın (xidmətin) alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın (iş, xidmətin) alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların (iş, xidmətin) faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları (iş, xidməti) satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü IPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Bundan başqa qeyd edilməlidir ki, vergi qanunvericiliyinə görə riskli vergi ödəyiciləri olan şəxslər barəsində digər vergi ödəyicilərini rəsmi qaydada xəbərdar etmək vergi orqanının vəzifəsidir. Həmçinin o da nəzərə alınmalıdır ki, hətta hər hansı sahibkarlıq subyektinin riskli vergi ödəyicisi hesab edilməsi belə, həmin sahibkarlıq subyektləri ilə əməliyyatların aparılmasını qadağan etmir. Qanunvericilikdə belə bir qadağanedici norma mövcud deyildir. Buna görə də iddiaçının riskli vergi ödəyicisi ilə əməliyyatlar apardığını əsas götürməklə qeyd olunan əməliyyatların hətta məhz bu səbəbdən əmtəəsiz əməliyyat hesab edilməsi yol verilməzdir. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası iş materiallarında olan sənədləri nəzərdən keçirərək diqqətə çatdırır ki, üçüncü şəxs1 MMC, üçüncü şəxs2 MMC və üçüncü şəxs3 MMC ilə iddiaçı İddiaçı MMC arasında 2023-cü ilin iyul, avqust və sentyabr aylarında müqavilələr bağlanılmış, həm müqavilələrdən, onlara əlavələrdən, həm də elektron-qaimə fakturalardan göründüyü kimi müqavilələrin predmeti müxtəlif tikinti materialları (qum-çınqıl, qapı-pəncərə, generator, elektrik kabelə və s.), həmçinin, müxtəlif elektrik işlərinin görülməsi və s. olmuşdur. Həmçinin, müvafiq dövrə dair İddiaçı MMC tərəfindən təqdim edilmiş sənədlərdən aydın görünür ki, MMC “xxxx” MMC ilə birlikdə “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” publik hüquqi şəxsi ilə Ağdam şəhəri * nömrəli yaşayış massivi və müxtəlif yaşayış binalarının tikintisi işlərinin satın alınması üzrə müqavilə bağlamış və həmin müqavilə üzrə təhvil-təslimlər həyata keçirilmişdir. Bundan əlavə iddiaçı İddiaçı MMC ilə “xxxx” MMC arasında ## #### 2023-cü il tarixli Füzuli şəhərində 8,90 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksinin sahədaxili kommunikasiya (elektrik enerjisi, sukanalizasiya, istilik, qaz) şəbəkəsinin tikintisi, abadlaşdırılma və ərazinin yaşıllaşdırılması, istirahət parkının salınması ilə bağlı podrat müqaviləsinə əsasən 2024-cü ilin müxtəlif aylarında podratçı kimi hazırkı iddiaçı tərəfindən yerinə yetirilmiş işlər barədə hesabatlar təqdim edilmişdir. Qeyd edilənlər onu göstərir ki, hazırkı mübahisələndirilən dövr üzrə iddiaçı üçüncü şəxs1 MMC, üçüncü şəxs2 MMC və üçüncü şəxs3 MMC ilə həqiqətən müqavilə münasibətlərində olmuş və müvafiq müqavilə predmetlərinə aid olan alqı-satqı, işlər icra edilmiş, təhvil-təslim olmuş və iddiaçı da öz növbəsində digər vergi ödəyiciləri qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etmişdir (müqavilələr, onlara əlavələr, təhviltəslim aktları, e-qaimələr, müxtəlif fotoşəkillər iş materiallarına əlavə olunmuşdur). Inzibati orqan isə inzibati icraat zamanı qeyd edilən məqamları nəzərdən keçirmədən, araşdırmadan mübahisələndirilən qərarlar qəbul etmişdir. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, hər hansı vergi ödəyicisinin riskli vergi ödəyicilər siyahısına daxil edilməsi üçün hüquqi əsas yalnız həmin vergi ödəyicisi barəsində müvafiq qərarın qəbul edildiyi andan yaranır. Həmin qərarın isə əvvəlki əməliyyatlara tətbiq edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğun deyil (Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2021-ci il tarixli *-*(***)-****/**** nömrəli, ## ### 2023-cü il tarixli *-*(***)-****/**** nömrəli və ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli Qərarları). Həmçinin, məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, hazırkı mübahisə üzrə məhkəmə icraatı gedişatında iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktların icrasının dayandırılması barədə ərizə təqdim edilmiş və həmin ərizə üzrə müvəqqəti xarakterli təminat tədbiri görülmüşdür. Həmin ərizə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının **(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qərardadında qeyd edilmişdir ki: “12. Həmçinin formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən, iddiaçının qarşılıqlı əməliyyat apardığı şəxsin digər şəxslərlə riskli əməliyyatlar aparması və ya sonradan onun riskli vergi ödəyicisi hesab olunması iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. Həmçinin, şəxsin riskli vergi ödəyicisi qrupunda olması da, onunla aparılan əməliyyatın birmənalı olaraq əmtəəsiz və ya riskli əməliyyat olması anlamına gəlmir. Yəni iddiaçının riskli vergi ödəyicisi qrupunda olan şəxslə (məsələn, şəxsin obyekti uçota aldırmadığına görə, beşdən artıq müəssisədə direktor olmasına görə və s. əsaslarla riskli qrupa salındığı hallarda) alqı-satqı əməliyyatı apardığı hallarda da, həmin əməliyyatın real olduğu istisna olunmur və oluna bilməz. Başqa sözlə, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olmasına istinad yetərli deyil, bu zaman həm də əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Həmçinin iddiaçının və ya onun mal aldığı şəxslərin alışında həmin malların rəsmi şəkildə görünməməsi, əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli əsas qismində çıxış edə bilməz. Bununla bağlı faktiki olaraq mal (iş, xidmət) təqdim olunmadan əməliyyat aparıldığını cavabdeh müvafiq nəzarət tədbirləri vasitəsi ilə sübuta yetirməlidir. Eyni zamanda, cavabdeh əməliyyatı əmtəəsiz hesab edirsə, onda həmin şəxsin gəlirlərini də nəzərə almamalı idi. Bundan başqa, iddiaçının mal aldığı şəxsin də gəlirləri azaldılmalı idi. Lakin, cavabdeh əməliyyatı əmtəəsiz hesab etməsinə rəğmən, iddiaçının və iddiaçıya mal satan şəxsin gəlirini qəbul etmişdir və onun bu davranışı əməliyyatın əmtəəsiz hesab olunması ilə bağlı yanaşmaya uyğun deyildir. Başqa sözlə, gəlir qəbul olunursa, onun əldə olunmasında iştirak edən xərcin mövcudluğu da qəbul edilməlidir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024cü il tarixli 2-1(102)- **/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları). Beləliklə, “Inzibati icraat haqqında” Qanunun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən qərarlar qəbul olunarkən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi, nəticədə əsassız vergi məbləğləri hesablandığı müəyyən edildiyindən, sübutetmə yükü daşıyan cavabdeh tərəfindən qəbul edilmiş qərarla əlavə vergilərin hesablanmasının əsaslı olması barədə sübutlar təqdim edilmədiyindən, təqdim edilən sübutlar məhkəmə araşdırması ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar