Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-493/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” firmasının Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının Hakimlər: X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı “xxxx” firmasının cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: IŞIN HALLARI:
1. “xxxx” MMC müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokollarında göstərilən razılaşdırılmış miqdarda müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcı “xxxx” firmasına satmağı, alıcı isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq protokolda müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş * nömrəli Əlavə olan qiymətlərin razılaşdırma protokoluna əsasən 1 ədədin dəyəri 420 manat olmaqla, 500 ədəd Led işıqlandırıcı 150 W (fermada markalı led işığı- Leningrad versiyası) 247800 (ƏDV 37800 manat) manata iddiaçıya satılmışdır.
2. Işdə olan ##.##.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, məhsullar həmin tarixdə təhvil-təslim edilmişdir.
3. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli **************** nömrəli qərarından görünür ki, cavabdeh “xxxx” firmasına 2024-cü il mart ayı hesabat dövrü üzrə 37800 manat əlavə dəyər vergisi hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği") sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 37800.0 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir.
4. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə ##.##.2024-cü il tarixli *-**-*-*/*-*****/**** nömrəli qərardan görünür ki, cavabdeh iddiaçıya 2023-cü il hesabat dövrü üzrə 58200,02 manat əlavə mənfəət vergisi hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 291000.00 manat tərəfinizdən təqdimedilmiş 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır.
5. Cavabdehin iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubundan görünür ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 291000,00 manat tərəfinizdən təqdim edilmiş 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır.
BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT:
6. Iddiaçı “xxxx” firması cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə ## ###### 2024-cü il tarixli, *-**-*- */*-*****/**** saylı qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Firması ## ######## 1997- ci il tarixində VÖEN ********** ilə dövlət qeydiyyatına alınmışdır. Həmin dövrdən başlayaraq bu günə kimi müxtəlif təyinatlı elektrik mallarını respublikaya ixrac etmiş, digər müəssisələrdən o tipli məhsulları almış və həmin məhsulların sifarişçilərə satışını həyata keçirir. Vicdanlı vergi ödəyicisi olaraq “xxxx” Firması tərəfindən vergilər düzgün hesablanmış və onların qanunvericiliklə nəzərdə tutulmuş müddətdə dövlət büdcəsinəödənilməsi təmin edilmişdir. Növbəti dəfə sifarişçinin sifarişi əsasında digər elektrik malları ilə yanaşı 500 ədəd 150 W-lıq led işıqlandırıcılarının əldə edilməsinə zərurət yaranmışdır. Həmin led işıqlandırıcılarının “xxxx” MMC-də olduğunu bildikdən sonra, müqavilə bağlamamışdan əvvəl “xxxx” Firması tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) “Riskli vegi ödəyicilərinin siyahıs”ında olmadığı müəyyən edilmiş və bundan sonra həmin müəssisə ilə “xxxx” Firması arasında ## #### 2023-cü il tarixli “Alqı satqı Müqaviləsi № ****MA****” bağlanmışdır. ## #### 2023-cü il tarixində Seriya EBDJ № ****** saylı “Elektron qaiməfaktura” ilə hər birinin qiyməti (ƏDV-siz) 582,00 manat olmaqla cəmi 291 000,00 (iki yüz doxsan bir min) manat dəyərində 500 ədəd 9405401000 – led işiqlandırıcı 150 W (FERMADA markalı led işığı – Leninqrad versiyası) “xxxx” MMC tərəfindən “xxxx” Firmasına təhvil verilmişdir. Sonradan “xxxx” MMC və “xxxx” Firması arasında imzalanmış “Qiymətlərin razılaşdırma protokolu”na əsasən 500 ədəd 9405401000 – 150 W-lıq led işiqlandırıcının (FERMADA markalı led işığı – Leninqrad versiyası) hər birinin qiyməti (ƏDV-siz) 420,00 manat müəyyən edilmişdir və malların qaytarılması istisna olmaqla AR VM-nin 163. maddəsinin tələbləri nəzərə alınaraq “Elektron qaiməfakturanın formasının, tətbiqi, uçotu və istifadə Qaydaları”-na * nömrəli əlavədə nəzərdə tutulmuş ## #### 2023-cü il tarixli Seriya EBDJ № ****** saylı “Elektron qaiməfaktura” qiymət fərqi ilə əvəzinə dəqiqləşdirilmiş ## ###### 2023-cü il tarixli Seriya QD2312 №******** saylı “Elektron qaimə-faktura” ilə hər birinin qiyməti (ƏDV-siz) 420,00 manat olmaqla cəmi 210 000,00 (iki yüz on min) manat dəyərində 500 ədəd 9405401000 – led işıqlandırıcı 150 W (FERMADA markalı led işığı – Leninqrad versiyası) “xxxx” MMC tərəfindən “xxxx” Firmasına satılmışdır. ## #### 2023-cü il tarixli, “Ödəniş tapşırığı № OD*” ilə 11 300,00 manat, ## #### 2023-cü il tarixli, “Ödəniş tapşırığı № OD*” ilə 101 700,00 manat və ## ###### 2023-cü il tarixli, “Ödəniş tapşırığı № OD*” ilə 97 000,00 manat olmaqla cəmi 210 000,00 (iki yüz on min) manat məbləğində pul vəsaiti “xxxx” Firması tərəfindən “xxxx” MMC-nin “xxxx” ASC-nin Memar Əcəmi filialında olan hesablaşma hesabına köçürülmüşdür. ## #### 2023- cü il tarixində **************** saylı “Köçürmənin aparılması haqqında bildiriş”-lə 20 340,00 manat və ## ###### 2023-cü il tarixində **************** saylı “Köçürmənin aparılması haqqında bildiriş” ilə 17 460,00 manat manat olmaqla cəmi 37 800,00 (otuz yeddi min səkkiz yüz) manat ƏDV məbləği “xxxx” Firması tərəfindən “xxxx” MMC-nin ƏDV subuçot hesabına köçürülmüşdür. Məhz bu səbəblərə görədə “xxxx” Firması tərəfindən 2023-cü il üzrə “xxxx” vergi orqanına təqdim edilərkən 210 000,00 (iki yüz on min) manat müəssisənin xərci olaraq gəlirlərdən çıxılmışdır. Lakin Seriya EBDJ № ****** saylı “Elektron qaimə-faktura”-ya qiymət dəyişiklikləri ilə əlaqədar dəqiqlədirmə verildiyi üçün həmin qaimə-fakturada nəzərdə tutlmuş 291 000,00 (iki yüz doxsan bir min) “xxxx” Firması tərəfindən 2023-cü il üzrə “xxxx”-ndə xərclərdən çıxılmamışdır. ## ### 2024-cü il tarixində cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsi (bundan sonra mətndə cavabdeh vergi orqanı adlandırılacaqdır) tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar № ****************” ilə “xxxx” Firmasına “Əlavə dəyər vergisi” üzrə 37 800,00 manat həcmində əlavə vergi məbləği hesablamış və həmin məbləği müəssisənin “Şəxs hesab vərəqəsi”-nə işləmişdir. Bundan sonra cavabdeh vergi orqanı tərəfindən “Əlavə dəyər vergisi” üzrə əlavə hesablanmış 37 800,00 manat həcmində vergi məbləği “xxxx” Firmasının hesablaşma hesabından silinmişdir. Daha sonra cavabdeh vergi orqanı “xxxx” Firmasına məktub ünvanlayaraq dəqiqləşdirilmiş “xxxx” verilməsini və 210 000,00 manatın müəssisənin xərclərinə daxil edilməməsini təklif etmişdir. “xxxx” Firması həmin təklifi qəbul etmiş və dəqiqləşdirilmiş “Mənfəətvergisinin bəyannaməsi”-ni vergi orqanına təqdim etmişdir. Hesablanmış vergi məbləğini araşdırarkən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ## ##### 2024-cü il tarixli, **************** saylı qərarı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) riskli vergi ödəyicisi hesab edildiyi müəyyən olunmuşdur. Göstərilənlərə əsasən müəyyən edilir ki, nə “xxxx” MMC ilə “xxxx” Firması arasında ## #### 2023-cü il tarixli “Alqı satqı Müqaviləsi № ****MA****” bağlanarkən, nə də həmin müqavilə üzrə ## ###### 2023-cü il tarixli Seriya QD2312 №******** “Elektron qaimə faktura” ilə hər birinin qiyməti (ƏDV-siz) 420,00 manat olmaqla cəmi 210 000,00 (iki yüz on min) manat dəyərində 500 ədəd 9405401000 – 150 W-lıq led işiqlandırıcının (FERMADA markalı led işığı – Leninqrad versiyası) alınması, nə də həmin malların haqqının ödənildiyi zaman “xxxx” MMC “Riskli vergi ödəyicisi” olmamışdır. Vergi orqanı ilə münaqişəli münasibət yaratmamaq məqsədi ilə ## ### 2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar № ****************” “xxxx” Firması tərəfindən mübahisələndirilməmişdir. Bununla da kifayətlənməyən cavabdeh vergi orqanı ## ###### 2024-cü il tarixində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar № *-21-2-3/2-50913/2024” qəbul etmiş və “xxxx” Firmasına 2023- cü ilin “Mənfəət vergisi” üzrə 58 200,20 (əlli səkkiz min iki yüz.20) manat həcmində əlavə vergi məbləği hesablamışdır. Həmin məbləğ də cavabdeh vergi orqanı tərəfindən “xxxx” Firmasının hesablaşma hesabından silinmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 104., 108. və 166. maddələrinin tələblərini rəhbər tutaraq “xxxx” Firmasına 58 200,20 (əlli səkkiz min iki yüz.20) manat həcmində əlavə vergi məbləğinin hesablanmasına dair qəbul edilmiş Qərarın ləğv edilməsi xahişi ilə həmin müəssisə tərəfindən ## ###### 2024-cü il tarixində cavabdeh vergi orqanına şikayətlə müraciət olunmuşdur. Həmin şikayətin cavabı olaraq cavabdeh vergi orqanı tərəfindən “xxxx” Firmasına ünvanlanmış ## ######## 2024-cü il tarixli, 3-21-2- */*-B- ****-**/**** saylı məktubda bildirilmişdir ki, “əmtəəsiz əməliyyatlar çərçivəsində 2023cü il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 291 000,00 manat tərəfinizdən təqdim edilmiş 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır.
8. Cavabdeh tərəfindən yazılı etiraz verilmiş və iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən cəmiyyətin ##.##.1997-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, ərizəsinə əsasən əsas fəaliyyət növünün "Digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış topdansatış”dan ibarət olduğu və ünvan 1 ünvanında ofis və Binəqədi ŞTQ, (dəmir yolunun yanında) ünvanında yerləşən “Anbar” adlı təsərrüfat subyektinin (obyektinin) vergi orqanında ##.##.2015-ci il tarixdən qeydiyyatda olduğu müəyyən edilmişdir. Mübahisələndirilən qərar, iddiaçının ##.##.2025-ci il tarixdə təqdim etmiş olduğu 2023 cü il üzrə mənfəət vergisinin kameral yoxlanılması nəticəsində qəbul edilmişdir. Belə ki, iddiaçının həmin bəyannamə üzrə göstəriciləri aşağıdakı kimi olmuşdur:. -Gəlir 29 111 545,98 manat -Xərclər 20 042 758,05 manat - Mənfəət 8 711 793,17 manat - Mənfəət vergisinin məbləği 1 742 358,63 manat olaraq bəyan edilmişdir. Lakin, vergi orqanı tərəfindən kameral vergi yoxlaması aparılan zaman 2023-cü il üzrə iddiaçının riskli əməliyyatlar aparması aşkar edilmişdir. Belə ki, ##.##.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN **********) tərəfindən "Led işıqlandırıcı 150 W (Fermada markalı led işığı - Leningrad versiyası)" adlı mallar iddiaçıya təqdim edilmiş, lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı həmin əməliyyatların şübhəli, əmtəəsiz olduğu müəyyən edilmişdir. Odur ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-ci il ərzində əldə edilmiş elektron qaimə faktura üzrə 291 000,00 manat xərc nəzərə alınmamışdır. Obyektə baxış zamanı həmin müəssisənin orada fəaliyyət göstərmədiyi aşkarlanmış və bununla bağlı təsərrüfat subyektini icarəyə verən şəxdən izahat alınmışdır. Qeyd olunanları nəzərə alaraq vergi ödəyicisinin təqdimetmə əməliyyatları riskli hesab edilmişdir. Belə ki, “xxxx” MMC-yə məxsus təsərrüfat subyektində keçirilmiş vergi nəzarəti tədbirləri və icarədarın verdiyi izahatdan, foto şəkillərdən müəyyən olunur ki, müəssisə həm ünvanda fəaliyyət göstərməmişdir. (akt və foto əlavə olunur) Həmçinin, iddiaçıya malların təqdim edilməsi əməliyyatı “xxxx” MMC-nin fəaliyyətinə uyğun olmamışdır. Belə ki, uçot-baza məlumatlarına əsasən “xxxx” MMC-nin tək bir ünvan üzrə “icarə obyekti” müəyyən edilmişdir. Bundan başqa “xxxx” MMC-nin fəaliyyəti üzrə Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin olduğu və borc materiallarının icrası ilə əlaqədar rəhbər və ya səlahiyyətli şəxsləri tapmaq mümkün olmadığı üçün Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinə müraciət edilmişdir. Əlavə olaraq, “xxxx” MMC tərəfindən ##.##.2023-cü il tarixli EBDJ seryalı ****** saylı elektron qaimə-faktura üzrə ##.##.2023-cü il tarixli QD2312 seryalı ******** saylı dəqiqləşdirilmiş e-qaimə tərtib edilmiş və bu zaman əvvəlki e-qaimədə göstərilən malın məbləği dəyişdirilmiş, lakin bununla bağlı vergi orqanına müvafiq dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir. Həmçinin, həmin əməliyyat üzrə vergi orqanı tərəfindən 2024-cü ilin mart ayının ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması aparılmış, əlavə 37 800,0 manat vergi məbləği hesablanması barədə ##.##.2024 cü il tarixli **************** saylı qərar qəbul edilmişdir. Həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməmiş və hal hazırda qüvvədədir. Bundan başqa iddiaçı ilə satıcı arasında tərtib edilmiş ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinin tələblərinə əsasən malların çatdırılması satıcının vəzifəsi olaraq müəyyən edilmişdir. Odur ki, satıcının bu öhdəliklərini yerinə yetirməsi üçün malların daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi olmalıdır. Lakin, vergi orqanın uçotbaza məlumatlarına əsasən riskli vergi ödəyicisi olan “xxxx” MMC-nin balansında nəqliyyat vasitəsi aşkar olunmamışdır. (məlumat əlavə olunur) Həmçinin, məhkəmədə olan iş materiallarında iddiaçının istifadəsində nəqliyyat vasitələrinin olmasına dair qeydiyyat sənədləri və ya yol vərəqələri barədə sənədlər aşkar edilməmişdir. Xüsusi olaraq qeyd edilməlidir ki, riskli əməliyyatlara münasibətdə qanunvericiliyin tələbi həmin riskli qaimələrin əvəzləşdirilməməsi və xərc kimi tanınmaması şəklindədir. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmin məcəllənin 175.11-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Bundan başqa, 2023-cü il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin bank xidməti üzrə xərclərin 98 830,36 manat bəyan edilməsinə baxmayaraq, bank məlumatlarınıa əsasən qeyd olunan xərclərin yalnız 62 439,37 manat hissəsi öz təsdiqini tapmışdır. Həmçinin, bəyannamənin mənfi məzənnə fərqi üzrə 15 179,44 manat xərc bəyan edilməsinə baxmayaraq, müvafiq izahat məktubu vergi orqanına təqdim edilməmişdir. Yuxarda qeyd olunanları nəzərə alaraq, iddiaçıya ##.##.2024-cü il tarixli **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədlər təqdim etməmişdir. Beləliklə vergi orqanı tərəfindən 2023-cü il mənfəət vergi bəyannaməsi üzrə: - Gəlir 29 111 545,98 manat -Xərclər 19 832 758,05 manat - Mənfəət 8 921 793,17 manat - Mənfəət vergisinin məbləği 1 784 358,63 manat olaraq hesablanmışdır. Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin mənfəət vergisi bəyannaməsi üzrə 42 000,40 manatməbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 3.##.##.2024- cü il tarixli *-**-*-*/*-*****/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Yuxarıda göstərilən faktlar, yəni malların daşınması, saxlanması üçün anbar, nəqliyyat vasitəsinin olmaması, malların digər ödəyici tərəfindən daşınması ilə bağlı yol nəqliyyat vərəqəsi və elektron qaimə fakturanın təqdim etməməsi, iddiaçı ilə yuxarıda göstərilən hüquqi şəxs arasında satışın aparılmadığını, ümumiyyətlə belə əməliyyatın mövcud olmadığını, yalnız iddiaçı üçün vergitutulan mənfəətin azaldılması məqsədilə xərc sənədinin rəsmiləşdirilməsi üçün saxta e-qaimə fakturanın əldə edilməsi məqsədi daşıdığını sübuta yetirir.
9. Işin birinci instansiya məhkəməsində icraatı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə ## #### 2025-ci il tarixli 3-21- *-*/*-******/**** saylı qərardan qəbul edilmiş və iddiaçıya 2023-cü il hesabat dövrü üzrə 42000 manat əlavə mənfəət vergisi hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, təqdim edilmiş bəyannamənin * nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi (19301650.75 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə tərəfinizdən idxal edilmiş ( 16244847.01 manat), elektron-qaimə fakturalar (riskli e-qaimə fakturalar üzrə alınmış mallar (291000.00 manat) istisna olmaqla) 2532833.05 manat) və alış aktları (0.00 manat) əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan cəmi (18777680.07 manat) məbləğdən -523970.68 manat fərqli olduğu üçün kənarlaşma yaranmışdır. Mənfəət vergisi bəyannaməsinin hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.5.1.1-ci (Icarə haqqı hüquqi şəxslər üzrə) sətrindəki 74400.00 manat məbləğ, Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin (təqvim ili üzrə 4 rübün cəmi) 1607.1.1-ci (Hesabat ilinə aid olan hüquqi şəxslər üzrə daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı) sətirlərindəki cəmi 0.00 manat məbləğdən böyük olduğuna görə kənarlaşma aşkar edilmişdir.
10. Iddiaçının nümayəndəsi ##.##.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ərizə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.
11. Bakı Inzibati Məhkəməsinin Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ## #### 2025-ci il tarixli *-**-*-*/*-******/**** saylı qərarın ləğv edilməsi qərara alınmışdır.
12. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI VƏ MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
13. Apellyasiya şikayəti iddia tələbinə etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaarq bildirilmişdir ki, məhkəmənin mövqeyi: 1. Iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair mübahisəli elektron qaimə-fakturalar tərtib edilən zaman onun əməliyyat apardığı hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən cavabdehin hesablaması qanunsuzdur. Cavabdehin münasibəti: Məhkəmə əsassız və qanuna zidd şəkildə qərar qəbul etməklə işin faktiki hallarına qiymət vermədən, riskli vergi ödəyicilərinin riskli hesab edilməsi barədə qərarın tarixini əsas götürməklə qərar qəbul etmiş və ədaləti məhkəmə baxışı prinsipini pozmuşdur. Belə ki, məhkəmə iş üzrə həqiqətin aşkar edilməsi məqsədilə ilk öncə qanunvericiliyin tələblərinə uyğun olaraq əmtəəsiz əməliyyatın müəyyən edilmə əsaslarından biri kimi qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi ödəyicisinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmaması halının qanunauyğunluğunu qəbul etməli olduğu halda, bu hissəni diqqətə almayaraq müvafiq araşdırma aparmamış, birbaşa olaraq birinci instansiya məhkəməsinin qərarında formal dəlil olaraq göstərilən iddiaçının qarşılıqlı əməliyyat apardığı yuxarda adları qeyd olunan vergi ödəyiciləri ilə müvafiq əməliyyatlar aparılan dövrdə riskli vergi ödəyicisi olmaması faktını əsas tutmuşdur. Həmçinin, məhkəmədə olan iş materiallarında iddiaçının istifadəsində nəqliyyat vasitələrinin olmasına dair qeydiyyat sənədləri və ya yol vərəqələri barədə sənədlər aşkar edilməməsi məhkəmə araşdırılmasından kanar qalmışdır. Göründüyü kimi, vergi orqanında aparılan araşdırmalar zamanı yuxarıda adı qeyd olunan vergi ödəyicisinin iddiaçı ilə apardıqları əməliyyatların əmtəəsiz olunması müəyyən edilmiş, bu səbəbdən də həmin vergi ödəyicisi riskli vergi ödəyici siyahısına daxil edilmiş, bu barədə müvafiq qərar qəbul edilmişdir. Cavabdeh əməliyyatı əmtəəsiz hesab edərək xərcini qəbul etməsə də, həmin hissəyə mütənasib olan gəlir hissəsini bəyannamədə saxlamışdır. Belə ki, əgər əməliyyat əmtəəsizdirsə, onda gəlirin də formalaşmadığı nəzərə alınmalıdır. Cavabdehin münasibəti: Riskli əməliyyatlara münasibətdə qanunvericiliyin tələbi həmin riskli qaimələrin əvəzləşdirilməsi və xərc kimi tanınmaması şəklindədir. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Odur ki, qanunvericiliyin təlblərinə əsasən iddiaçının həmin ödəyicilərdən (riskli vergi ödəyicisindən) əldə etdiyi riskli qaimələri Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən xərc sənədi kimi rəsmiləşdirməsi qanunsuzdur. Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 16.1.11-14-cü maddəsinə əsasən təsərrüfat əməliyyatları aparılan zaman malları (işləri, xidmətləri) ona təqdim edən vergi ödəyicilərinin işgüzar nüfuzunun, maliyyə vəziyyətinin, qanuni sahibliyində müvafiq malların mövcudluğunun, habelə iş və xidmətlərin təqdim edilməsi üçün müvafiq işçi və digər resurslara, bilik və bacarığa malik olmasının yoxlanılması məqsədilə həmin vergi ödəyicilərindən müvafiq təsdiqedici sənədlər əldə etmək vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən edilmişdir. Yekun əsaslandırma: Aşağıda qeyd olunan əsaslara görə hesab eidirik ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, birinci instansiyasının qərarı ləğv olunmalı və iddia təmin olunmamalıdır. 1. Əmtəəsiz əməliyyat aparan vergi ödəyicisinin aktiv obyektinin müəyyən edilməməsi və faktiki olaraq fəaliyyət göstərməməsi; 2. Iddiaçı ilə əməliyyat aparan vergi ödəyicisinin əsas fəaliyyət sahəsi ilə əlaqədar olmayan müqavilə bağlaması; 3. Əmtəəsiz əməliyyat aparan vergi ödəyicisinin malların daşınması həyata keçirmək üçün nəqliyyat vasitələrinin mövcud olmaması, digər şəxslər tərəfindən nəqliyyat vasitəsinin cəlb edilməsi ilə bağlı e qaimə fakturanın, yol nəqliyyat qaiməsinin olmaması.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz iddia tələbinin məzmununa uyğundur və əlavə olaraq bildirilmişdir ki, cavabdeh vergi orqanı ## ###### 2024-cü il tarixində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar № *-21-2-3/2-50913/2024” qəbul etmiş və “xxxx” Firmasına 2023-cü ilin “Mənfəət vergisi” üzrə 58 200,20 (əlli səkkiz min iki yüz.20) manat həcmində əlavə vergi məbləği hesablamışdır. Həmin məbləğ də cavabdeh vergi orqanı tərəfindən “xxxx” Firmasının hesablaşma hesabından silinmişdir. Həmin Qərardan narazı qaldığımız üçün iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2024-cü il tarixində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar № *-21-2-3/2-50913/2024” Qərarının ləğv edilməsini xahiş etmişdik. Sonradan müxtəlif vaxtlarda cavabdeh vergi orqanı tərəfindən sonuncu dəfə “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ## #### 2025-ci il tarixli *-**-*-*/*-******/**** saylı qərar qəbul edilmişdir. Bakı Inzibati Məhkəməsinin (hakim Səlma Qənbərova) ## ####### 2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı Qərarı ilə iddiamızın təmin edilmiş və cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş Idarəsinin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” 3-21-2-3/2- ******/**** saylı, ## #### 2025-ci il tarixli qərarı ləğv edilmişdir. Həmin Qərardan narazı qalan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş Idarəsi tərəfindən məhkəmənizə apellyasiya şikayəti verilmişdir. Aşağıda qeyd edilən səbəblərə görə hesab edirəm ki, cavabdeh vergi orqanı tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır və o, təmin edilə bilməz. Cavabdeh vergi orqanı öz apellyasiya şikayətində qeyd edir: “Yekun əsaslandırma: Aşağıda qeyd olunan əsaslara görə hesab eidirik ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, birinci instansiyasının qərarı ləğv olunmalı və iddia təmin olunmamalıdır. 1. Əmtəəsiz əməliyyat aparan vergi ödəyicisinin aktiv obyektinin müəyyən edilməməsi və faktiki olaraq fəaliyyət göstərməməsi; 2. Iddiaçı ilə əməliyyat aparan vergi ödəyicisinin əsas fəaliyyət sahəsi ilə əlaqədar olmayan müqavilə bağlaması; 3. Əmtəəsiz əməliyyat aparan vergi ödəyicisinin malların daşınması həyata keçirmək üçün nəqliyyat vasitələrinin mövcud olmaması, digər şəxslər tərəfindən nəqliyyat vasitəsinin cəlb edilməsi ilə bağlı e qaimə fakturanın, yol nəqliyyat qaiməsinin olmaması. Yuxarıda göstərilən faktlar, yəni malların daşınması, saxlanması üçün anbar, nəqliyyat vasitəsinin olmaması, malların digər ödəyici tərəfindən daşınması ilə bağlı yol nəqliyyat vərəqəsi və elektron qaimə fakturanın təqdim etməməsi, iddiaçı ilə yuxarıda göstərilən hüquqi şəxs arasında satışın aparılmadığını, ümumiyyətlə belə əməliyyatın mövcud olmadığını, yalnız iddiaçı üçün vergitutulan mənfəətin azaldılması məqsədilə xərc sənədinin rəsmiləşdirilməsi üçün saxta e-qaimə fakturanın əldə edilməsi məqsədi daşıdığını sübuta yetirir.” Bunun əksi olaraq hesab edirəm ki, birinci instansiya məhkəməsi haqlı olaraq həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-na istinad etməklə əsaslandırmışdır. Həmin Qərarda göstərilir: “Bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyüanbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FIN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla).” Bundan başqa bildirirəm ki, tərəfimizdən birinci instansiya məhkəməsinə təqdim edilmiş “xxxx” MMC və “xxxx” MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə, qaimə-fakturaya və “Gömrük bəyənnaməsi”-nə əsasən həqiqətən də ## #### 2023-cü il tarixində 500 ədəd 9405401000 – 150 W-lıq led işiqlandırıcının (FERMADA markalı led işığı – Leninqrad versiyası) Türkiyə Respublikasından idxal edilməsi və həmin malların ## #### 2023-cü il tarixdə “xxxx” MMC-nə satılması rəsmi qaydada sübuta yetirilmişdir.Yəni həmin malların ilkin mənşəyi məlum olduğu tərəfimizdən sübut edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının digər – ## #### 2024-cü il tarixli, 2-1(102)- **/**** saylı Qərarında da qeyd olunmuşdur ki, Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, cavabdeh heç bir nəzarət tədbiri ilə aşkar etmədiyi halda, iddiaçının mal aldığı əməliyyatı əmtəəsiz əməliyyat kimi qiymətləndirmişdir. Bunun əsası qismində mal satan "xxxx" MMC-nin rəsmi mülkiyyətində həmin malın olmadığına istinad olunmuşdur. Halbuki, iddiaçının mal alarkən ona mal satan şəxsin həmin malı hansı qaydada aldığına dair hər hansı bir məlumat almaq imkanına malik olmadığı nəzərə alınmalıdır. Həmçinin, belə məlumatlar satıcının kommersiya sirrini təşkil edir və yalnız könüllü şəkildə təqdim oluna bilər. Vergi orqanının əməliyyatın əmtəəsiz olduğuna istinad etməsi üçün əməliyyat baş verən anda bunun əmtəəsiz həyata keçirildiyini real olaraq müəyyən etməsi tələb olunur. Həmin malın yalnız satıcıda olmaması halı əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli sayıla bilməz. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Bundan başqa, cavabdeh əməliyyatı əmtəəsiz hesab edərək iddiaçının 17930,91 manat həcmində xərcini bəyannamədən silsə də, həmin hissəyə mütənasib olan gəlir hissəsini bəyannamədə saxlamışdır. Belə ki, əgər əməliyyat əmtəəsizdirsə, onda gəlirin də formalaşmadığı nəzərə alınmalıdır. 32. Iddianı təmin edən məhkəmələr yalnız iddiaçı ilə “xxxx" MMC arasında əməliyyat aparılarkən sonuncunun riskli vergi ödəyicisi qrupunda olmadığına istinad etmişdir. Iş materialları ilə qeyd olunan fakt təsdiqini tapsa da, xüsusilə qeyd olunmalıdır ki, şəxsin riskli vergi ödəyicisi qrupunda olması onunla aparılan əməliyyatın birmənalı olaraq əmtəəsiz və ya riskli əməliyyat olması anlamına gəlmir. Yəni iddiaçının riskli vergi ödəyicisi qrupunda olan şəxslə (məsələn, şəxsin obyekti uçota aldırmadığına görə, beşdən artıq müəssisədə direktor olmasına görə və s. əsaslarla riskli qrupa salındığı hallarda) alqı-satqı əməliyyatı apardığı hallarda da həmin əməliyyatın real olduğu istisna olunmur və oluna bilməz. Başqa sözlə, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olmasına istinad yetərli deyil, bu zaman həm də əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Hazırkı iş üzrə cavabdeh əməliyyatın əmtəəsiz olmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. 34. Məhkəmə kollegiyası həmçinin bildirir ki, iddiaçının mal aldığı “xxxx” MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərarı mübahisələndirməməsi iddiaçının ziyanına təfsir oluna və qiymətləndirilə bilməz. Yəni başqasının öz hüququndan istifadə etməməsi qarşı tərəf üçün vergi öhdəliyi yaranmasının əsası kimi çıxış edə bilməz.”
Tərəflərin izahatları
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən iddiaçı Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBIQ EDILƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar (mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Maddə 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir (mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Maddə 83.9. Vvergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. (# ###### 2023-cü il tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 83.9-cu maddə ləğv edilmişdir). Maddə 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: -94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür Maddə 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: Maddə 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Maddə 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14- cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: Maddə 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; Maddə 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”: 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FIN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
19. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1 inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2 qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3 qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
20. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI
21. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
22. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
23. Iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir.
24. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
26. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
27. Hazırda mübahisələndirilən ## #### 2025-ci il tarixli *-**-*-*/*-******/**** saylı qərar işin birinci instansiya məhkəməsində icraatı zamanı cavabdeh tərəfindən qəbul edilmiş və iddiaçı tərəfindən də ##.##.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verilərək həmin qərarın ləğvi tələb olunmuşdur. Ona görə də “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür.
28. Işin mahiyyətinə gəldikdə isə hazırda iddiaçı “xxxx” firmasının cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı tələbi “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarının ləğv edilməsi” barədədir. Işə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etmişdir.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
30. Hazırki mübahisənin yaranma səbəbi iddiaçının riskli vergi ödəyicisi hesab edilən “xxxx” MMC ilə apardığı əməliyyatlar üzrə təqdim etdiyi sənədi (##.##.2023-cü il tarixli ****** nömrəli elektron qaimə-faktura) xərc sənədi kimi qəbul etməməsi, buna görə də həmin məbələğə vergi hesablanması təşkil etmişdir. Nəticədə mübahisələndirilən qərar qəbul olunmuşdur.
31. Mübahisənin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin əlavə vergi hesablanan hesabat dövründə qüvvədə olan 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
32. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FIN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
33. Cavabdeh iddiaçıya münasibətdə 2023-cü il üzrə əlavə mənfəət vergisinin hesablanmasını riskli hesab edilən e-qaiməyə istinad etsə də, iddiaçı “xxxx” MMC ilə əməliyyat apardığı dövrdə həmin hüquqi şəxs riskli vergi ödəyicisi olmamışdır. Belə ki, əməliyyatlar 2023-cü ilin iyun ayında aparılmış, “xxxx” MMC isə ##.##.2024-cü ildə riskli vergi ödəyicisi hesab edilmişdir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir.
35. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Internet Vergi Idarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.
36. Göründüyü kimi, qanunvericiliyə əsasən vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat Internet Vergi Idarəsi portalında elektron qaiməfaktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.
37. Iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair mübahisəli elektron qaimə-fakturalar tərtib edilən zaman onun əməliyyat apardığı hüquqi şəxslər riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə Internet Vergi Idarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə Internet Vergi Idarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Ona görə də iddiaçı da həmin əməliyyatlar üzrə e-qaimələri xərc sənədi kimi nəzərə almış, bu hal vergi qanunvericiliyinə uyğun olmuşdur.
38. Cavabdeh tərəfindən bu yanaşmanın əsası kimi mal satan həmin müəssisələrin mülkiyyətlərində həmin malların olmadığına istinad edilmişdir. Iddiaçı mal alarkən ona mal satan şəxsin həmin malı hansı qaydada aldığına dair heç bir məlumat almaq imkanına malik deyil. Həmçinin belə məlumatlar satıcının kommersiya sirrini təşkil edir və yalnız könüllü şəkildə təqdim oluna bilər. Nəzərə alınmalıdır ki, cavabdeh vergi orqanı əməliyyatın əmtəəsiz olduğuna istinad etmək üçün, həmin əməliyyat baş verən anda bunun əmtəəsiz həyata keçirildiyini real olaraq müəyyən etməlidir. Yalnız satıcının mülkiyyətində həmin malın olmaması əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli sayıla bilməz.
39. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır.
40. Bundan başqa, cavabdeh əməliyyatları əmtəəsiz hesab edərək iddiaçının bununla bağlı xərcini bəyannamədən silsə də, həmin hissəyə mütənasib olan gəlir hissəsini bəyannamədə saxlamışdır və bu da həmin yanaşma ilə ziddiyyət təşkil edir. Əgər əməliyyatlar əmtəəsizdirsə, onda gəlirin də formalaşmadığı nəzərə alınmalıdır. Bunun əksinə, işdə olan sənədlərdən müəyyən edilir ki, “xxxx” MMC Türkiyə Respublikasından ##.##.2023-cü il tarixdə 500 ədəd Fermada markalı işıqlandırma avadanlığı idxal etmiş, ##.##.2023-cü il tarixdə həmin məhsulları “xxxx” MMC-yə təqdim etmişdir.
41. Işin apellyasiya baxışı zamanı iddiaçı tərəfindən həmin malların idxalına əsas olmuş “xxxx” MMC ilə “xxxx” MMC-arasında bağlanan ##.##.2023-cü il tarixli alqısatqı müqaviləsi, ödəmə tapşırığı, ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi, ##.##.2023-cü il taixli təhvil təslim aktı, elektron-qaimə fakturalar, “Bakı Şəhər Işığı” EŞM-ilə “xxxx” firması arasında bağlanan 24.012.2023-cü il tarixli satınalma müqaviləsi, ##.##.2023-cü il tarixli təhvil təslim aktı və elktron qaimə fakturalar məhkəmə kollegiyasına təqdim olunmuşdur.
42. Qeyd olunanlara əsasən cavabdeh inzibati orqanın iddiaçı ilə “xxxx” MMC arasında mübahisəli dövrdə aparılan əməliyyatları riskli hesab etməsi işin hallarına uyğun olmamışdır.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının **(***)- ***/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadında da qeyd olunmuşdur ki, “formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən, şəxsin riskli vergi ödəyicisi qrupunda olması da onunla aparılan əməliyyatın birmənalı olaraq əmtəəsiz və ya riskli əməliyyat olması anlamına gəlmir. Yəni iddiaçının riskli vergi ödəyicisi qrupunda olan şəxslə (məsələn, şəxsin obyekti uçota aldırmadığına görə, beşdən artıq müəssisədə direktor olmasına görə və s. əsaslarla riskli qrupa salındığı hallarda) alqı-satqı əməliyyatı apardığı hallarda da həmin əməliyyatın real olduğu istisna olunmur və oluna bilməz. Başqa sözlə, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olmasına istinad yetərli deyil, bu zaman həm də əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Həmçinin iddiaçının və ya mal aldığı şəxslərin alışında həmin malların rəsmi şəkildə görünməməsi əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli əsas qismində çıxış edə bilməz. Bununla bağlı faktiki olaraq mal (iş, xidmət) təqdim olunmadan əməliyyat aparıldığını cavabdeh müvafiq nəzarət tədbirləri vasitəsi ilə sübuta yetirməlidir. Eyni zamanda, cavabdeh əməliyyatı əmtəəsiz hesab edirsə, onda həmin şəxsin gəlirlərini də nəzərə almamalı idi. Bundan başqa, iddiaçının mal aldığı şəxsin də gəlirləri azaldılmalı idi. Lakin cavabdeh əməliyyatı əmtəəsiz hesab etməsinə rəğmən, iddiaçının və iddiaçıya mal satan şəxsin gəlirini qəbul etmişdir və onun bu davranışı əməliyyatın əmtəəsiz hesab olunması ilə bağlı yanaşmaya uyğun deyildir. Başqa sözlə, gəlir qəbul olunursa, onun əldə olunmasında iştirak edən xərcin mövcudluğu da qəbul edilməlidir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, xx.xx.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, xx.xx.2024- cü il tarixli *-*(***)-***/**** nömrəli, xx.xx.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, xx.xx.2024-cü il tarixli *-*(***)- ***/**** nömrəli qərarları).”
44. “Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
45. Həmin Qanunun 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Inzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
46. Inzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
47. Hazırki işdə cavabdeh mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
50. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev