Məhkəmə qərarları › İş №2-1(3-6)-5/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-5/2026

10.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(3-6)-5/2026 10.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğvi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X4 və Ceyhun Bəşir oğlu Məmmədovdan ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5975/2025 saylı, 01 dekabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablaması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-2/2-9961/2024 nömrəli Qərarına əsasən iyul 2024 bəyannamə və hesabat dövründə əlavə dəyər vergisi üzrə hesablanmışdır:

2. Təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı: - 1.656.294,85 manat

3. Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəicəsində müəyyən edilmiş vergi və sığorta haqqı: - 1.652.000,05 manat

4. Kameral yoxlama nəticəsində hesablanmış vergi və ya sığorta haqqı məbləği: 4.294,80 manat

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarına əsasən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə xx.xx.2024-cü iltarixli inzibati şikayət təmin edilməmişdir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablaması barədə” xx.xx.2024-cü il tarixli 3- 21-2-2/2-9961/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli 3-21-2- 3/2- 138399/2024 nömrəli Qərara əsasən veri ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı «Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 26 sentyabr 2024-cü il tarixli 3-21-2-2/2-9961/2024 nömrəli v ə İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 04 dekabr 2024-cü il tarixli **********322900 nömrəli qərarlarının ləğv edilməsi, 2022-ci ilin oktyabr ayının ƏDV bəyannaməsində əvəzləşdirilmiş 4 294,80 (dörd min iki yüz doxsan dörd manat 80 qəpik) manat ƏDV məbləğinin, 2024-cü ilin iyul ayının ƏDV bəyannaməsində əks etdirilməklə, əvəzləşməsinin ləğv edilməsini əsassız hesab edirək əvəzləşmənin bərpa edilməsini və şəxsi vərəqədə əks olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (ADY), (Sifarişçi) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (İcraçı) arasında xx.xx.2022-ci il tarixli, 232494 nömrəli xidmətlərin satın alınması ilə bağlı müqavilə imzalanmışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən İcraçı Sifarişçinin sifarişinə əsasən Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə №1-də göstərilən formada Ağdam rayonu ərazisində təməlqoyma mərasiminin təşkili xidmətlərini həyata keçirməyi (bundan sonra – Xidmət), Sifarişçi isə öz növbəsində Müqaviləyə müvafiq qaydada göstərilən Xidmətin nəticələrini təhvil alıb Müqavilədə müəyyən olunan qiymətini İcraçıya ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən Müqavilə üzrə göstəriləcək Xidmət müqabilində Sifarişçi tərəfindən İcraçıya ödəniləcək ümumi məbləğ tətbiq edilən qanunvericilikdə nəzərdə tutulan bütün vergi və digər xərclər daxil 28 154,80 (iyirmi səkkiz min yüz əlli dörd manat 80 qəpik) manat təşkil edir. ADY ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış xx.xx.2022-ci il tarixli xidmətlərin təhvil-təslim aktına əsasən, Müqavilənin 1 nömrəli əlavəsində nəzərdə tutulmuş bütün xidmətlər ADY-yə göstərilmiş və buna müvafiq olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli EBCH seriyalı, 288968 nömrəli elektron qaimə - faktura ünvanlanmışdır. Məhkəmənin nəzərinə çatdırırıq ki, qeyd edilən elektron qaimə - faktura əsasında xx.xx.2022-ci il tarixdə ADY tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına 23 860 (iyirmi üç min səkkiz yüz altmış) manat məbləğində xidmət haqqı ödənilmiş, həmin xidmətə görə ödənilməli olan 4 294,80 (dörd min iki yüz doxsan dörd) manat məbləğində olan əlavə dəyər vergisi (ƏDV) isə əvəzləşdirilmişdir. Bildirilir ki, 2024-cü ilin iyul ayı üçün ADY tərəfindən dəqiqləşdirilərək təqdim edilmiş ƏDV bəyannaməsinin Azərbaycan Respublikasının yanında İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin kameral araşdırılmasının aparılması barədə xx.xx.2024-cü il tarixli 3-21-2-2/2- 8843/2024 nömrəli məktubu daxil olmuşdur. Həmin məktubda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2022-ci il tarixli EBCH seriyalı, 288968 nömrəli elekton qaimə - fakturaya əsasən əldə edilmiş 23 860 (iyimi üç min səkkiz yüz altmış) manat pul vəsaitinin və 4 294,80 (dörd min iki yüz doxsan dörd) manat ƏDV məbləğinin, 2022-ci ilin oktyabr ayı üçün təqdim edilən ƏDV bəyannaməsində düzgün əvəzləşdirilmədiyi müəyyən edilərək, aparılmış əvəzləşdirilmənin 2024-cü ilin iyul ayı üçün təqdim edilən ƏDV bəyannaməsinin müvafiq sətrində (324) əks edilməklə ləğv edilməsi tələb edilmişdir. Əvəzləşdirilmənin ləğv edilməsinə əsas kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli **********971300 nömrəli Qərarla riskli vergi ödəyicisi hesab edilməsi olmuşdur. ADY tərəfindən qeyd edilən məktuba xx.xx.2024-cü il tarixli **********331400 nömrəli cavab məktubu ilə izah edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ADY ilə əməkdaşlıq etdiyi zaman, yəni 2022ci ilin oktyabr ayında riskli vergi ödəyicisi siyahısında olamamışdır. Lakin bu xüsusat Azərbaycan Respublikasının yanında İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən ümumiyyətlə nəzərə alınmamışdır. 26 sentyabr 2024-cü il tarixli 3-21-2-2/2-9961/2024 nömrəli Qərara əsasən 2024-cü ilin iyul ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsi üzrə 4 294,80 (dörd min iki yüz doxsan dörd) manat məbləğində əvəzləşdirilmiş ƏDV ləğv edilərək ADY-yə əlavə vergi hesablanmışdır. Qərarın əsaslandırma hissəsində qeyd edilmişdir: “... Tərəfinizdən ƏDV bəyannaməsində (10.2022) əvəzləşmə üçün təqdim edilmiş EBCH seriyalı 288968 nömrəli elektron qaimə - faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Qeyd edilən elektron qaimə - faktura üzrə 4 294,80 (dörd min iki yüz doxsan dörd) manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq sentyabr ayı üçün təqdim edilmiş bəyannamənin 324cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 (sıfır) manat olması nəticəsində 4 294,80 (dörd min iki yüz doxsan dörd) manat kənarlaşma yaranmışdır.” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin sözügedən qərarı tamamilə əsassız və qanunsuz olaraq qəbul edilməsi səbəbindən tərəfimizdən həmin qərardan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə xx.xx.2024-cü il tarixli **********830900 nömrəli şikayət ünvanlanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin xx.xx.2024-cü il tarixli **********322900 nömrəli Qərarı ilə inzibati şikayətin təmin edilməsindən imtina edilmişdir. Həmin qərar üzrə gəlinmiş nəticəni əsassız hesab edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edirik: Sözügedən elektron qaimə faktura "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətitərəfindən 2022-ci ilin oktyabr ayında ADYyə təqdim edilmişdir. Təqdim edilmiş elektron qaimə-fakturada qeyd edilən xidmətlər tam həcmdə yerinə yetirildiyindən həmin qaimə iddiaçı tərəfindən təsdiq edilmişdir. Həmin elektron qaimə - fakturaya əsasən ödəniş edilən zaman "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adının riskli vergi ödəyicilərinin siyahısında olubolmaması tərəfimizdən yoxlanılmışdır. Məhkəmənin nəzərinə çatdırırıq ki, tərəfimizdən yoxlama aparılarkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı riskli vergi ödəyicilərinin siyahısında ümumiyyətlə mövcud olmamışdır. Eyni zamanda, ƏDV məbləği depozit hesabından ödənilərkən “ödəniş sistemində” hər hansı bir xəbərdarlıq görünməmiş, nəticədə 2022-ci ilin oktyabr ayının ƏDV bəyannaməsində elektron qaimə-fakturanın məlumatları göstərilməklə əvəzləşmə aparılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində “Riskli vergi ödəyiciləri barədə məlumatların verilməsi” bölməsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı ödənişin aparıldığı və əvəzləşdirlən dövrdə olmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətni in 18 sentyabr 2024-cü il tarixli **********971300 nömrəli Qərarla riskli vergi ödəyicisi hesab edilməsi barədə məlumat isə həmin qərarın tərəfimizdən qəbul edildiyi andan, yəni bütün əməliyyatların aparılmasından 2 (iki) il müddət keçdikdən sonra olmuşdur. Göründüyü kimi, 2022-ci ilin oktyabr ayında tərəflər arasında əməkdaşlıq edilən və əməliyyatlar aparılan zaman 2024-cü ilin sentyabr ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində vergi orqanı tərəfindən riskli vergi ödəyicisi kimi vergi orqanı tərəfindən qərarın qəbul ediləcəyi barədə öncədən güman edilə bilməzdi. Hesab edirik ki, ədalət mühakiməsinin səmərəliyinin yüksəldilməsinə xidmət edən vahid məhkəmə təcrübəsi məhkəmələr tərəfindən işlərə baxılarkən böyük əhəmiyyət kəsb edir. Elektron məhkəmə informasiya sisteminə anonimləşdirilərək yerləşdirilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)- 1234/2023 saylı qərarı məhz eyni mahiyyətli mübahisə üzrə məhkəmələr tərəfindən formalaşdırılmış mövqeni göstərir.

9. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddia tələbi “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 26 sentyabr 2024-cü il tarixli 3-21-2-2/2-9961/2024 nömrəli qərarının ləğv edilməsi, cavabdehin üzərinə 2022-ci ilin oktyabr ayının ƏDV bəyannaməsində əvəzləşdirilmiş 4294,80 manat ƏDV məbləğinin, 2024-cü ilin iyul ayının ƏDV bəyannaməsində əks etdirilməklə əvəzləşməsinin ləğv edilməsinin əsassız hesab edərək əvəzləşmənin bərpa edilməsini və şəxsi vərəqədə əks olunması öhdəliyinin qoyulması” kimi icraata qəbul olunmuşdur.

10. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci tarixli Qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 26 sentyabr 2024-cü il tarixli 3-21-2-2/2-9961/2024 nömrəli qərarın ləğv edilməsi” kimi dəyişdirilmişdir.

11. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, aparılmış kameral vergi yoxlaması zamanı vergi ödəyicisi "xxxx" QSC-nin 2024- cü ilin iyul ayı üzrə təqdim etdiyi əlavə dəyər vergisinə dair hesabatlarda uyğunsuzluq olduğu aşkar edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, cəmiyyət tərəfindən "xxxx" MMC (VÖEN: **********) ilə əmtəəsiz əməliyyatlar aparılmış və həmin əməliyyatlar nəticəsində müvafiq vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısına aid edilməsinə dair xx.xx.2024-cü il tarixli, **********971300 nömrəli qərar qəbul edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (10.2022) əvəzləşmə üçün təqdim edilmiş EBCH seriyalı, 288968 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 4 294,80 manat ƏDV məbləğlərinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay (2024-cü il iyul ayı) üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 4 294,80 manat kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 3-21-2-2/2-8843/2024 nömrəli məktub göndərilərək müvafiq təsdiqedici sənədlər və ətraflı izahat məktubu tələb edilmiş, vergi ödəyicisi tərəfindən təqdim edilmiş izahat məktubu tam və dolğun olmadığından Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü ilin iyul ayı üçün 4 294,80 manat vergi məbləğinin hesablanması barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli, 3-21- 2-2/2-9961/2024 nömrəli qərar qəbul edilmiş və vergi ödəyicisinə təqdim edilmişdir. Dövlət Vergi Xidməti tərəfindən aparılan inzibati araşdırma zamanı elektron qaimə-faktura məlumatlarına əsasən Cəmiyyətə "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində 23860,0 manat (ƏDV-si 4294,8 manat) dəyərində “Bilboard (2 metr x 3 metr)”, “Təməlqoyma avadanlıqları: məhəccər 10 metr, navalça 3 metr, kapsula, kapsula qabı, tumba, siqnal düyməsi, beton qarışdırmaq üçün dəmir konstruksiya, bel (montaj, demontaj daxil) - istifadə”, “Çatdırılma və digər xərclər, VİP Çadır Ölçüsü: 10m x 10 (montaj, demontaj daxil) -istifadə”, “10m X 6m ölçüdə təməlqoyma konstruksiyası (montaj, demontaj daxil) -istifadə”, “Bayraq konstruksiya: 2,5 diametr x 5m hündürlük (8 ədədli) - istifadə” adlı malların və ya iş xidmətlərin təqdim edilməsi müəyyən edilmişdir. Lakin, 2022- ci ildə əmək müqaviləsi bildirişlərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin xidmətləri göstərə bilən işçilərinin olmadığı (işçilərinin yalnız mühasib, vergi agenti, qeydiyyatçı menecer olduğu) halda "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təmir quraşdırma işlərinin icra edildiyi müəyyən edilmişdir. "xxxx" MMC-yə araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə müvafiq məktub göndərilmiş, 28.11,2024-cü il tarixdə vergi ödəyicisinin Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilməsinə baxmayaraq, vergi ödəyicisinin rəhbəri və ya səlahiyyətli nümayəndələri inzibati araşdırmada iştirak etməmiş və tələb edilən müvafiq təsdiqedici sənədlər inzibati araşdırmaya təqdim edilməmişdir. Qeyd olunan hal müvafiq aktla rəsmiləşdirilmişdir. Məlum olduğu kimi Vergi Məcəlləsinin 13.2.81 -ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Vergi Məcəlləsinin 175.11 -ci maddəsinə əsasən isə əmtəəsiz əməliyyatlar üzrə əlavə dəyər vergisi əvəzləşmələri nəzərə alınmır. Qeyd olunanlar və qanunvericiliyin tələbləri əsas götürülməklə ümumilikdə vergi ödəyicisinə 4 294,80 manat əlavə vergi hesablanması həyata keçirilmişdir. Hesab edirik ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. İddiaçının ərizəsində qeyd olunan müddəalara münasibətdə bildiririk ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin Məcəllənin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarf’nın təsdiq edilməsi haqqında Qərarı ilə müəyyən edilmiş Meyarlarda əməliyyatın riskli və əmtəəsiz əməliyyat hesab olunması üçün əsas göstəricilər müəyyən edilmişdir. Həmin Meyarların 2.1.2-ci bəndinə əsasən aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə ödəyici riskli vergi ödəyiciləri siyahısına aid edilir. 3.1 -ci bəndinə əsasən, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə və vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) həmin əməliyyatlar əmtəəsiz əməliyyatlar hesab olunur. Nəzərə almaq lazımdır ki, vergi orqanı tərəfindən qəbul edilmiş vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarlar hal-hazırda qüvvədədir və həmin qərarla təsdiq edilmiş yuxarıda qeyd olunan vergi ödəyicləri tərəfindən aparılmış əməliyyatların əmtəəsiz əməliyyatlar olması, həmçinin müvafiq ödəyicinin riskli ödəyicilər siyahısına aid edilməsi faktiki olaraq iş üzrə mübahisələndirilən hallara aid edilməmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi barədə qərarın əməliyyatdan sonra qəbul edilməsi aparılmış əməliyyatların riskli və ya əmtəəsiz əməliyyatlar hesab edilməməsinə əsas ola bilməz. Belə ki, əməliyyat aparıldığı anda onun riskli və ya əmtəəsiz əməliyyat olub-olmaması və onu aparan tərəfin riskli vergi ödəyicisi olub-olması müəyyən edilir və qərar əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olması barədə yox, ödəyicinin riskli vergi ödəyici olması barədə çıxarılır. Yəni, ödəyicinin riskli vergi ödəyicisi olması əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olmasına deyil, əksinə əməliyyatın riskli və ya əmtəəsiz olması ödəyicinin riskli vergi ödəyici olmasına səbəb olur. Odur ki, riskli vergi ödəyicisi siyahısına daxil edilmə barədə qərarın əməliyyatların aparılmasından sonra qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Nəticə etibarı ilə, qərarın əməliyyatdan sonra və ya əvvəl qəbul edilməsi əməliyyatın özlüyündə riskli və ya əmtəəsiz əməliyyat olması nəticəsini dəyişdirmir. "xxxx" QSC ilə "xxxx" MMC arasında aparılmış əməliyyatların əmtəəsiz əməliyyat olması və vergi qanunvericiliyinin tələblərinə əsasən "xxxx" QSC tərəfindən əldə edilmiş sənədlərin əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilməsi səbəbindən müvafiq sənədlər üzrə ƏDV əvəzləşmələri nəzərə alınmamışdır. Belə ki, Vergi Məcəlləsinin 175.11 -ci maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Yuxarıda qeyd olunan müddəaları və qanunvericiliyin müvafiq tələblərini rəhbər tutaraq iddia tələbinin təmin olunmaması barədə qərarın qəbul edilməsi xahiş edilir.

12. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5975/2025 saylı, 01 dekabr 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, EBCH seriyalı 288968 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə-faktura əsasında iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə "xxxx" MMC tərəfindən 23860,0 manat (ƏDV-si 4294,8 manat) dəyərində “Bilboard (2 metr x 3 metr)”, “Təməlqoyma avadanlıqları: məhəccər 10 metr, navalça 3 metr, kapsula, kapsula qabı, tumba, siqnal düyməsi, beton qarışdırmaq üçün dəmir konstruksiya, bel (montaj, demontaj daxil) - istifadə”, “Çatdırılma və digər xərclər, VİP Çadır Ölçüsü: 10m x 10 (montaj, demontaj daxil) -istifadə”, “10m X 6m ölçüdə təməlqoyma konstruksiyası (montaj, demontaj daxil) -istifadə”, “Bayraq konstruksiya: 2,5 diametr x 5m hündürlük (8 ədədli) - istifadə” adlı malların və ya iş xidmətlərin təqdim edilməsi həyata keçirilmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli elektron qaimə-faktura əldə olunarkən "xxxx" MMC-nin riskli vergi ödəyiciləri siyahısında olmadığı, yalnız vergi orqanı tərəfindən bildiriş daxil olduqdan sonra iddiaçının bu fakt barədə məlumatlandığı müəyyən edilmişdir. Belə ki, müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır.

14. Məhkəmə xüsusilə nəzərə alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

15. Belə olan halda, iddiaçınn "xxxx" MMC ilə apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq edilmədiyindən iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, və həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir.

16. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçının aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyicisi ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu və ya Nazirlər Kabinetinin qeyd edilən qərarına əsasən risk meyarlarına cavab verməsi müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyicisi ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC (VÖEN: **********) riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicisinin - "xxxx" MMC (VÖEN: **********) digər şəxslərlə riskli əməliyyatlar aparmış olması və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunması iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

17. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-5975/2025 saylı, 01 dekabr 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, birinci instansiya icraatı zamanı nəzərə alınmamışdır ki, Dövlət Vergi Xidməti tərəfindən aparılan inzibati araşdırma zamanı elektron qaiməfaktura məlumatlarına əsasən Cəmiyyətə "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində 23860,0 manat (ƏDV-si 4294,8 manat) dəyərində “Bilboard (2 metr x 3 metr)”, “Təməlqoyma avadanlıqları: məhəccər 10 metr, navalça 3 metr, kapsula, kapsula qabı, tumba, siqnal düyməsi, beton qarışdırmaq üçün dəmir konstruksiya, bel (montaj, demontaj daxil) - istifadə”, “Çatdırılma və digər xərclər, VİP Çadır Ölçüsü: 10m x 10 (montaj, demontaj daxil) -istifadə”, “10m X 6m ölçüdə təməlqoyma konstruksiyası(montaj, demontaj daxil) - istifadə”, “Bayraq konstruksiya: 2,5 diametr x 5m hündürlük (8 ədədli) - istifadə” adlı malların və ya iş xidmətlərin təqdim edilməsi müəyyən edilmişdir. Lakin, 2022-ci ildə əmək müqaviləsi bildirişlərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin xidmətləri göstərə bilən işçilərinin olmadığı(işçilərinin yalnız mühasib, vergi agenti, qeydiyyatçı menecer olduğu) halda "xxxx" QapalıSəhmdar Cəmiyyətinə təmir quraşdırma işlərinin icra edildiyi müəyyən edilmişdir. "xxxx" MMC-yə araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə müvafiq məktub göndərilmiş, xx.xx.2024-cü il tarixdə vergi ödəyicisinin Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilməsinə baxmayaraq, vergi ödəyicisinin rəhbəri və ya səlahiyyətli nümayəndələri inzibati araşdırmada iştirak etməmiş və tələb edilən müvafiq təsdiqedici sənədlər inzibati araşdırmaya təqdim edilməmişdir. Məhkəmənin digər bir mövqeyinə əsasən, riskli qərar qəbul edilməzdən əvvəl iddiaçı"xxxx" QSC ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi iddiaçının üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır. Nəzərə alınmalıdır ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi barədə qərarın əməliyyatdan sonra qəbul edilməsi aparılmış əməliyyatların riskli və ya əmtəəsiz əməliyyatlar hesab edilməməsinə əsas ola bilməz. Belə ki, əməliyyat aparıldığı anda onun riskli və ya əmtəəsiz əməliyyat olub-olmaması və onu aparan tərəfin riskli vergi ödəyicisi olub-olmamasımüəyyən edilir və qərar əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olması barədə yox, ödəyicinin riskli vergi ödəyici olması barədə çıxarılır. Yəni, ödəyicinin riskli vergi ödəyicisi olması əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olmasına deyil, əksinə əməliyyatın riskli və ya əmtəəsiz olması ödəyicinin riskli vergi ödəyici olmasına səbəb olur. Odur ki, riskli vergi ödəyicisi siyahısına daxil edilmə barədə qərarın əməliyyatların aparılmasından sonra qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Nəticə etibarı ilə, qərarın əməliyyatdan sonra və ya əvvəl qəbul edilməsi əməliyyatın özlüyündə riskli və ya əmtəəsiz əməliyyat olması faktını dəyişdirmir. Nəticə etibarilə "xxxx" QSC ilə "xxxx" MMC arasında aparılmış əməliyyatların əmtəəsiz əməliyyat olması isə vergi qanunvericiliyinə əsasən "xxxx" QSC tərəfindən ödənilmiş əlavə dəyər vergisinin əvəzləşdirilməsini mümkünsüz etmişdir. Bununla yanaşı, vergi orqanı tərəfindən qəbul edilmiş 3-21-2-3/2- 138399/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı hal-hazırda qüvvədədir və iş üzrə mübahisələndirilən hallara aid edilməmişdir. Mahiyyət etibarı ilə vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi barədə qərarın əməliyyatdan sonra qəbul edilməsi aparılmış əməliyyatların riskli və ya əmtəəsiz əməliyyatlar hesab edilməməsinə əsas ola bilməz. Yekun nəticə olaraq hesab edirlər ki, vergi orqanı tərəfindən qərarın əməliyyatlar aparıldıqdan sonra qəbul edilməsi işin hallarına uyğun olaraq əməliyyatların əmtəəsiz olması faktını dəyişdirmir və qanunvericiliyin tələblərinə uyğun olaraq əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər əlavə dəyər vergisinin əvəzləşdirilməsinə əsas vermir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

d) Prosses iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

22. Vergi Məcəlləsindən: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

28. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı «Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-2/2- 9961/2024 nömrəli qərarının ləğv edilməsini tələb etmişdir.

29. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-2/2-9961/2024 nömrəli Qərarına əsasən kameral vergi yoxlaması nəticəsinə iddiaçı «Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə münasibətdə 4.294,80 əlavə dəyər vergisi hesablanmışdır.

30. Mübahisənin yaranmasının səbəbi iddiaçı «Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) arasında aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin dəyərinin nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

31. Həmin əməliyyatlar ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aparılmış əməliyyatlar) Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır.

32. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli 3-21-2- 3/2- 138399/2024 nömrəli Qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

33. Cavabdeh tərəfindən riskli hesab edilən vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli əməliyyat apardığı tarix aralıqlarında məhz iddiaçı «Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə təqdim etdikləri mallar (iş, xidmət) üzrə elektron qaimə-fakturalarda qeyd olunan malların e-qaimə üzrə alışında müəyyən edilməməsi, yəni vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadığı halının konkret olaraq iddiaçıya münasibətdə müəyyən edilməsinə dair sübutlar təqdim edilməmişdir.

34. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, EBCH seriyalı 288968 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə-faktura əsasında iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə "xxxx" MMC tərəfindən 23860,0 manat (ƏDV-si 4294,8 manat) dəyərində “Bilboard (2 metr x 3 metr)”, “Təməlqoyma avadanlıqları: məhəccər 10 metr, navalça 3 metr, kapsula, kapsula qabı, tumba, siqnal düyməsi, beton qarışdırmaq üçün dəmir konstruksiya, bel (montaj, demontaj daxil) - istifadə”, “Çatdırılma və digər xərclər, VİP Çadır Ölçüsü: 10m x 10 (montaj, demontaj daxil) -istifadə”, “10m X 6m ölçüdə təməlqoyma konstruksiyası (montaj, demontaj daxil) -istifadə”, “Bayraq konstruksiya: 2,5 diametr x 5m hündürlük (8 ədədli) - istifadə” adlı malların və ya iş xidmətlərin təqdim edilməsi həyata keçirilmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli elektron qaimə-faktura əldə olunarkən "xxxx" MMC-nin riskli vergi ödəyiciləri siyahısında olmadığı, yalnız vergi orqanı tərəfindən bildiriş daxil olduqdan sonra iddiaçının bu fakt barədə məlumatlandığı müəyyən edilmişdir. Belə ki, müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır.

35. Məhkəmə xüsusilə nəzərə alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

36. Belə olan halda, iddiaçınn "xxxx" MMC ilə apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq edilmədiyindən iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, və həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir.

37. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçının aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyicisi ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu və ya Nazirlər Kabinetinin qeyd edilən qərarına əsasən risk meyarlarına cavab verməsi müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyicisi ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC (VÖEN: **********) riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicisinin - "xxxx" MMC (VÖEN: **********) digər şəxslərlə riskli əməliyyatlar aparmış olması və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunması iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır.

38. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

39. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsini İnzibati Kollegiyasının 2- 1(102)-1509/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, 2-1(102)-1644/2024 nömrəli, 2- 1(102)-462/2021 nömrəli, 2-1(102)-1045/2023 nömrəli, 2-1(102)- 1757/2024 nömrəli, qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş verməsi halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. İnzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). 12. Vergi orqanı vergi ödəyicisinə Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən mənfəət vergisi hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərin (mal aldığı şəxslərin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqlarının müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilib-edilməməsi ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır”.

40. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.

41. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyası əlavə olaraq onu da qeyd edir ki, iddiaçınn "xxxx" MMC ilə apardığı əməliyyatlara dair müqavilələr var və müqavilələr üzrə ödənişlər də aparılıb.Lakin cavabdehin yeganə dəlili odur ki, "xxxx" MMC-nin işçisi yoxdur.Amma cavabdeh iddiaçının təmir-tikinti işlərinin mövcudluğu ilə bağlı araşdırma aparmamışdır.

42. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçınn "xxxx" MMC ilə müqavilələri üzrə tikintinin Ağdam rayonunda aparlması və bu barədə saytlarda məlumat verilməsi, yəni faktiki işin görülməsi təkzib olunmur.

43. Odur ki, məhkəmə Kollegiyası nəzərə alır ki, "xxxx" MMC-nin işçilərlə əmək müqaviləsi bağlayıb-bağlamadığını müəyyən etmək iddiaçının məsuliyyət sferasına daxil deyildir.

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

45. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5975/2025 saylı, 01 dekabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5975/2025 saylı, 01 dekabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar