Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-501/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (3-cü şəxs: Üçüncü şəxs MTK) “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:
1. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən əmlak İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə ##.##.1995-ci il tarixində qeydiyyat aparılmışdır.
2. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə ##.##.2025-ci il tarixdə müraciət edərək ünvan 2 ünvanında yerləşən mənzilə fərdi yaşayış evi kimi və onun altında yerləşən torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, lakin cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli məktubla tələbin təminindən imtina olunaraq bildirilmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” -Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Yuxarıda qeyd olunan müvafiq hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətimizə yenidən qanunamüvafiq qaydada baxılacaqdır.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
3. İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək iddia tələbinin “ünvan 1 ünvanında yerləşən mənzilin texniki pasportunda göstərilən ümumi 35 kv.m ölçü nəzərə alınmaqla fərdi yaşayış evi kimi həmin ölçüdə tikintinin altındakı torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla buna dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 3 ünvanında yerləşən əmlakın mülkiyyətçisidir. Bu barədə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş ##.##.1999-cu tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Lakin çıxarışda əmlakın olduğu yer ünvan 3 nömrəsiz mənzil kimi göstərilmişdir. Halbuki, qeyd edilən əmlak mənzil deyil, fərdi yaşayış evidir. İddiaçı hesab edir ki, ünvan 3 ünvanında yerləşən əmlak mənzil yox, fərdi yaşayış evidir və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqları cavabdeh inzibati orqan tərəfindən qeydə alınmalıdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etiraz verilərək iddia tələbinin rədd olunması xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, müvafiq torpaq sahəsinin üzərində yerləşən daşınmaz əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir. Həmçinin mənzilin yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, müvafiq daşınmaz əmlak təyinatı üzrə istifadə edilmir və iddiaçı iddia ərizəsində fərdi yaşayış evi kimi qeydiyyata alınmasını qeyd etsə də, faktiki qeyri-yaşayış kimi istifadə edir.
7. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Üçüncü şəxs MTK üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
9. Həmin qərardan narazı qalan iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarla razı deyil və ədalətsiz hesab edir. Belə ki, iddia tələbinin rədd edilməsi üçün əsas kimi həmin yaşayış sahəsinin mənzil kimi xidmət edən daşınmaz əmlak olması və əmlakın yerləşdiyi binanın altındakı torpaq sahəsinin isə ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərinə mənsub olması qeyd edilmişdir. Lakin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş ##.##.1999-cu tarixli qeydiyyat vəsiqəsində ünvan 3 kimi qeyd olunub və onun mənzil olmasına dair heç bir digər qeyd yoxdur.Əlavə olaraq təqdim olunmuş evin texniki pasportundanda aydın olaraq görünür ki, ev ayrıca tikilidir, üzərində digər yaşayış sahəsi mövcud deyil, ayrıca bir başa küçədən girişi var,heç kimlə birgə kommunal və digər ehtiyacları ödəyəcək sahələri yoxdur, yəni tam olaraq ayrıca sahədir. Sonra məhkəməsinin təşəbbüsü və qərardadı ilə hazırki iş üzrə həmin ərazidə tikinti işləri aparan Üçüncü şəxs MTK üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Çox maraqlıdır ki, o müraciət edərək mülkiyyətində olan daşınmaz əmlaka məhkəmə tərəfindən yerində baxış keçirilməsi və ümumiyyətlə evin yerləşdiyi sahənin ayrıc aktı ilə Üçüncü şəxs MTK ayrılmış sahənin hüdudlarında olub–olmamasına dair ekspertiza keçirilməsinə dair vəsatətləri təmin edilməmişdir. Belə olan halda Üçüncü şəxs MTK üçüncü şəxs qismində cəlb olunması hansı məqsədlə edilməsi təəcüb doğurur. Qanunverici hansı yaşayış sahəsinin mənzil olduğunu dəqiq müəyyən edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.3-cü maddəsinə əsasən Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında: 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetlərinin qərarları (həmin qərarlarda torpaq sahəsinin ölçüsü göstərilmədiyi halda, yaşayış evinin (mənzilin) altında olan torpaq sahəsi nəzərə alınmaqla). Məhkəmə, onun tərəfindən təqdim edilən yaşayış sahəsinə aid çıxarış və texniki pasportu araşdırmamış, vəsatətlərimi təmin etməmiş və bununla əlaqədar yalnış nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. Tərəflərin izahatları
12. ##.##.2026-cı il tarixli məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
13. İddiaçının nümayəndəsi X1 iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarını ləğv edib iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
14. Üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
16. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: (-)
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən verilmiş torpaq sahələrinə mülkiyyət, sahiblik, istifadə hüquqlarına dair dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il ######ın #-dan 1995-ci il ######ın ##-dək qəbul edilmiş qərar; 2.3. 2001-ci il ######ın #-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar; 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il ######ın #-dək qəbul edilmiş qərarlar; 2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il ######ın #-dək qəbul edilmiş qərarlar; 2.8. yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarlar və fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi (layihədə torpaq sahəsinin ölçüsü göstərildikdə. Layihə olmadığı və ya həmin layihədə torpağın ölçüsü göstərilmədiyi hallarda yaşayış evi və onun altında olan torpaq sahəsi əsas götürülməklə)
17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
88. Çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir.
18. Azərbaycan Respublikası Mənzil Məcəlləsi; 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.
19 “Azərbaycan Respublikası Mülki Məcəlləsi: 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
22. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
23. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi ##.##.2025-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.
24. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “ünvan 1 ünvanında yerləşən mənzilin texniki pasportunda göstərilən ümumi 35 kv.m ölçü nəzərə alınmaqla fərdi yaşayış evi kimi həmin ölçüdə tikintinin altındakı torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla buna dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədədir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
26. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı “ünvan 1 ünvanında yerləşən mənzilin fərdi yaşayış sahəsi kimi nəzərə alınaraq, onun altındakı və həyətyani torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasıdır.”
27. İş materiallarından da müəyyən olunur ki, Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən əmlak İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə ##.##.1995-ci il tarixində qeydiyyat aparılmışdır.
28. Cavabdeh tərəfindən verilmiş birinci instansiya məhkəməsinin sorğusuna cavab məktubuna mənzilə dair hüquqmüəyyənedici sənədlər əlavə olunmuşdur ki, həmin sənədlərdən də göründüyü kimi mənzilin mülkiyyətçisi İqor Bozunov ilə İddiaçı arasında alqısatqı müqaviləsi bağlanmışdır ki, iddiaçın mənzilin dəyərini satıcıya ödəmişdir.
29. Beləliklə, iş materiallarında olan sənədlərdən aydın olur ki, iddiaçının mülkiyyətində olan əmlak daşınmaz əmlakın dövlət reyestrində “fərdi yaşayış evi” kimi deyil, “mənzil” kimi qeydiyyata alınmışdır. Ona görə də həmin əmlakın yerləşdiyi və ətrafdaki (bir hasar daxilində) torpaq sahəsini onun həyətyani torpaq sahəsi kimi nəzərə almaq mümkün deyildir.
30. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, əhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyriyaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir.
32. Birinci instansiya məhkəməsi düzgün olaraq qərarında qeyd etmişdir ki, hazırki halda mənzilin fərdi yaşayış evi olması nə müvafiq hüquqmüəyyənedici sənədlərlə, nə də faktiki istifadə vəziyyəti ilə təsdiqini tapmamışdır. İş materiallarında olan cavabdehin mütəxəssisləri tərəfindən tərtib edilmiş daşınmaz əmlakın texniki vəziyyəti əks etdirən mayinə (baxış) aktından da görünür ki, mübahisəli torpaq sahəsi hər tərəfdən mövcud tikilinin çöl daş divarı ilə sərhədlənib. Torpaq sahəsi üzərində bir mərtəbəli qeyri-yaşayış (market) tikilisi vardır.
33. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi də izahatında həmin sahədən qeyri-yaşayış sahəsi kimi istifadə etdiklərini bildirmişdir.
34. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sözügedən əmlak faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edilmişdir.
35. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi “mülkiyyətində olan daşınmaz əmlaka məhkəmə tərəfindən yerində baxış keçirilməsi və ümumiyyətlə evin yerləşdiyi sahənin ayrıc aktı ilə Üçüncü şəxs MTK ayrılmış sahənin hüdudlarında olub–olmamasına dair ekspertiza keçirilməsinə dair vəsatətləri təmin edilməməsi”nə münasibətədə qeyd edir ki, iş materallarında olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli, *** nömrəli Sərəncamından görünür ki, Üçüncü şəxs MMC-nin ##.##.2014-cü il tarixli ** saylı müraciəti nəzərə alınaraq, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli, Mərdanov qardaşları, Abbas Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Cəmiyyətə icazə verilmişdir.
36. Bakı Şəhər İcra Hakimiyyəti (İcarəyəverən) ilə Üçüncü şəxs MMC (İcarəçi) arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında ##.##.2015-ci il tarixli **** nömrəli müqavilədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli, *** nömrəli Sərəncamı, ##.##.2014-cü il tarixli, ***** nömrəli inşaat pasportu əsasında Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli, Mərdanov qardaşları, Abbas Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən 11699 kv.metr olan torpaq sahəsi İcarəyəverən tərəfindən 49 il müddətinə İcarəçinin istifadəsinə verir, İcarəçi isə onu qəbul edir. İcarə haqqının ## #### 2014-cü il tarixdən hesablanması, hər il 9.344 manat 23 qəpik icarə haqqı ödəniləcəyi şərtləşdirilmişdir.
37. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına təqdim olunmuş üçüncü şəxsin vəkilinin verdiyi sorğuya cavab olaraq cavabdeh inzibati orqan tərəfindən ##.##.2026ci il tarixli məktubla bildirimişdir ki, müraciətlə əlaqədar olaraq aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən bütövlüklə Üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin adına veriliş Ayrıc Aktının hüdudları daxilində yerləşir.
38. İşin apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzil boşaldılaraq sökülməsi üçün iddiaçı Üçüncü şəxs MTK-ya təhvil verilməsi, Üçüncü şəxs MTK tərəfindən həmin mənzilin əvəzinə hazırda tikilmiş vəziyyətdə olan, Abbas Səhhət küçəsinə baxan H blokunda, 8-ci mərtəbədə yerləşən (liftdən çıxanda soldan 1-ci mənzil), daxili sahəsi 84,8 m2, tikintialtı sahəsi 99 m2 olan 2 otaqlı təmirli mənzil 24 ay müddətinə cavabdeh İddiaçı təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verildiyi gündən başlayaraq iddiaçı tərəfindən cavabdeh yeni mənzil ilə təmin olunan günədək iddiaçı Üçüncü şəxs MTK tərəfindən cavabdeh İddiaçı hər ay 1.200 (bir min iki yüz) manat məbləğində kirayə haqqı ödənilməsi, cavabdeh İddiaçı iddiaçı Üçüncü şəxs MTK tərəfindən yeni mənzil ilə təmin edilən andan onun ünvan 3 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüquqlarına xitam verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
39. Beləliklə, müəyyən olunur ki, əmlakın yerləşdiyi və həyətyanı torpaq sahəsi olan ərazi üçüncü şəxs Üçüncü şəxs MMC-yə icarəyə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Ona görə də birinci instansiya məhkəməsinin mütəxəssis və ya ekspert rəyinin alınmasına hüquqi baxımdan zərurət mövcud olmamasına dair qənaəti düzgün olmuşdur.
40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia predmeti olan əmlakın fərdi yaşayış evi olması müəyyən olunmadığından, iddiaçının həmin mənzilin yerləşdiyi torpaq sahəsi və həyətyanı sahə üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
41. Belə olan halda cavabdeh inzibati orqanın imtina etməsi qanuna zidd olmamış və buna görə də iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.
42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
43. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını qeyri-mümkün edir.
44. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsasli sayılmalı, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Pərviz Hüseynov Elvin Əliyev