Məhkəmə qərarları › İş №2-1(3-6)-507/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-507/2026

22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycaņRespublikası̧adından Qərar Bakı̧şəhəri İş̧№̧2-1(3-6)-507/2026 22.07.2026 BAKI̧APELLYASIYA̧MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı̧Apellyasiya̧Məhkəməsiniņİnzibati̧kollegiyası HakimləŗAğalarov̧HəmiḑAzəŗoğlunuņsədrliyi̧və̧məruzəsi̧ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə̧iclasınıņkatibi̧Şirinova̧Lamiyə̧Fehruz̧qızınıņkatibliyi, iddiaçı̧İddiaçı, cavabdehiņnümayəndəsi̧Nümayəndə̧iştirakı̧ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında̧baxaraq̧aşağıdakı̧qərarı̧qəbuļetdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ##.##.1963-cü il təvəllüdlü İddiaçı ona 57 yaşının tamam olduğu tarixdən (##.##.2020-ci il) güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi və həmin tarixdən hesablanıb ona ödənilməmiş pensiyanın ödənilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına etdiyi müraciət, iddiaçınıņgüzəştli̧iş̧stajınıņolmaması̧əsası̧ilə̧təmiņedilməmişdir. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2020-ci il tarixdən pensiya hüququnun yarandığını nəzərə alaraq müraciət edildiyi tarixdən əvvəlki 3 il müddətinə pensiyanın hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini̧xahiş̧etmişdir. Daha sonra, iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə verərək, ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi ##.##.2025-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməmiş pensiya məbləğiniņödənilməsi̧barədə̧qəraŗqəbuļedilməsini̧xahiş̧etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə ##.##.2025-ci il tarixli qərardadı ilə, iddianıņdəyişdirilməsi̧qeyḑediləņməzmunda̧qəbuļedilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.1963-cü il tarixdə doğulmuşdur. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə ##.##.2025-ci il tarixində 587,39 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı ##.##.2023-cü il tarixindən hesablanmışdır. Yəni ki, pensiya 60 yaşı tamam olduğu vaxtdan hesablanmışdır. ##.##.2024-cü il tarixindən “Əmək pensiyaları haqqında” AR-sı Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. İddiaçının əmək pensiyasının məbləği hal-hazırda 634,97 manat təşkil etmişdir. Əmək pensiyasının 57 yaşından yarandığını sonradan (məhkəmə qərarı çıxarıldıqdan sonra) bildiyindən cavabdehə müraciət edərək pensiyasının ilkin müraciət tarixindən (##.##.2023-cü il tarixdən) hesablanmasını xahiş etsə də, cavabdeh ##.##.2025-ci il tarixli məktubla müraciətinə imtina etmişdir. İddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının 57 yaşı ##.##.2020-ci il tarixində olmuş və 2020-ci ildə faktiki 25 ildən artıq ümumi və azı 12 il 6 aydan artıq güzəştli iş stajı artıq mövcud olmuşdur. Hərbi bilet və əmək kitabçasına əsasən iddiaçının ##.##.1981 - ##.##.1983-cü ilədək hərbi xidmət dövrü, əmək fəaliyyəti dövrü ##.##.1980 - ##.##.1981-ci ilədək, ##.##.1981 - ##.##.1981-ci ilədək, ##.##.1984 - ##.##.1984-cü ilədək, ##.##.1984 - ##.##.1987-ci ilədək, ##.##.1987 - ##.##.1987-ci ilədək, ##.##.1987 - ##.##.1990-cı ilə dək, ##.##.1990 - ##.##.2023-cü ilədək (60 yaşı tamam olduğu tarixədək)̧ümumilikdə̧stajı̧42̧iļ07̧ay̧07̧güņtəşkiļedir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı İddiaçı ## ###### 2025-ci il tarixində Mərkəzi Filiala müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, Mərkəzi Filial tərəfindən # ###### 2025-ci il tarixli 3-17-1 /*-A-*****/**** nömrəli imtina məktubu ilə ona işlədiyi vəzifənin Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na Nazirlər Kabinetinin # ###### 2024-cü il tarixli ** nömrəli Qərarı ilə əlavə edildiyi, bu səbəbdən də # ###### 2024-cü il tarixindən əvvəlki tarixlərdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan İşlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8ci maddəsinə əsasən ## ###### 2006-cı il tarixədək Qanunun 9.1 -ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının # #### 2007-ci il tarixli ***-IIIQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. ## #### 1997-ci il tarixli ***-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № *, maddə 453) ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il ######un #-dən başlayaraq 2000-ci il ######un #-dək hər il altı ay artırılır. Qanunun 9.8-ci maddəsi üzrə qadınlara 52 yaşdan pensiya təyin edilməsi üçün isə aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunur: 1. iddiaçının 57 yaşı tamam olmalıdır (yaş tələbi); 2. iddiaçı ##.##.2006-cı il tarixədək ən azı 25 il ümumi sığorta stajına malik olmalıdır (ümumi staj tələbi); 3. İddiaçı 2-ci bənddə qeyd edilən stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * nömrəli siyahı üzrə müəyyən edilmiş zərərli və ağır oian işlərdə toplamalıdır (güzəştli staj tələbi). İşin faktiki hallarından məlum olur ki, iddiaçı ## ### 1963-cü il tarixdə doğulmuş və ## ### 2020-ci il tarixində 57 yaşı tamam olmuşdur. Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 47-ci maddəsinə əsasən bu Qanun ##.##.2006-cı il tarixdən qüvvəyə minmişdir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iddiaçı ##.##.2006-cı il tarixədək həmin qanunla tələb olunan ümumi və güzəştli sığorta stajını qazanmış olmalıdır. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Fondun İdarə Heyətinin Fondun İdarə Heyətinin sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Hazırkı halda iddiaçının ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı tələbi onun işlədiyi vəzifənin # ###### 2024-cü tarixində müvafiq siyahıya daxil edilməsi və iddiaçının 57 yaşının ## ### 2020-ci il tarixində tamamlanması səbəbindən qanuni və əsaslı deyil. İddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu̧isə̧cavabdeḩtərəfindəņverilmiş̧imtina̧ilə̧sübuta̧yetirilmişdir.̧ Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçı İddiaçı 57 yaşının tamam olduğu ##.##.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddiaçı İddiaçı ##.##.2022-ci il tarixdən hesablanaraq pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş̧etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi “əmtəə operatoru” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi haqqında # ###### 2024-cü il tarixli ** nömrəli qərarına əsasən müvafiq siyahıya əlavə edildiyindən, ondan əvvəlki tarixlər üzrə iddiaçının güzəştli iş stajının olmasını istisna edir. Dəyişiklik edilməsinə dair müvafiq Qərarın 3.3-cü bəndinə əsasən bu Qərarın 1.2.1-ci (1.2.1.1.1- 1.2.1.1.3-cü abzaslar istisna olmaqla) və 1.2.4-cü yarımbəndlərində nəzərdə tutulmuş yeni peşə və vəzifələr bu Qərarın qüvvəyə mindiyi tarixdən əvvəlki dövr üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə nəzərə alınmır. Qeyd olunanlardan müəyyən olunur ki, əvvəlki tarix üzrə tətbiq edilməyən vəzifələr sırasına “əmtəə operatoru” vəzifəsi də daxildir. Bu halda iddiaçının ona 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün güzəştli stajı mövcud olmayacaqdır. Digər tərəfdən prosessual hüquq normalarının pozulmasına münasibətdə, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır. Məhkəmənin də istinad etdiyi güzəştli arayışdan görünür ki, iddiaçının işlədiyi əmtəə operatoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (10.2) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsində əmtəə operatoru vəzifəsinə uyğun hesab etmişdir. Buna baxmayaraq iddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair iddia tələbinin təmin edilməsinə yönələn mövqeyini əsaslandıran məhkəmə həmin vəzifəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Siyahda ******** nömrəli kod üzrə neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı sahəsinin 2130301a—***** nömrəli kod üzrə əmtəə operatoru vəzifəsinə uyğunlaşdırmışdır. Əvvəlki və sonrakı müvafiq siyahılar üzrə sahələr birbirindən fərqli olmaqla başqa-başqa fəaliyyətdir. Belə ki, adlarından da göründüyü kimi əvvəlki siyahı üzrə sahə emal, sonrakı siyahı üzrə isə hasilat, qəbul və saxlanmadır. Yuxarıda qeyd olunan sahələrin bir-birindən fərqli cəhətlərini nəzərdə keçirdikdə müəyyən olunur ki, hasilat, qəbul və saxlanma sahəsi xammalın əldə edilməsi və qorunması ilə məşğul olmaqla ilkin mərhələ hesab olunur. Xammalın çıxarılması, daşınması, boşaldılması və anbarlanması kimi prosedurları əhatə edir. Ondan fərqli olaraq emal əldə olunmuş və müvafiq qaydada saxlanılmış xammalın işlənməsi, dəyişdirilməsi və çevrilməsi yolu ilə bazar dəyərinin yüksəldilməsini hədəfləyən prosedurdur. Bütün bunlar iki sahə arasında olan fərqləri kəskinləşdirir və həmin fəaliyyətlə məşğul olan müəssisələrdəki işçilərin vəzifələrinin və əmək funksiyalarının formalaşmasına təsir göstərir. Bütün bunlara baxmayaraq məhkəmənin əvvəlki siyahı üzrə uyğunlaşdırması qanunsuzluğunu̧onda̧da̧göstəriŗki,̧həmiņsiyahıda̧ayrılıqda̧********̧nömrəli̧koḑüzrə neft-qaz və qaz kondensatının hasilatı sahəsi nəzərdə tutulsa da, həmin sahədə əmtəə operatoru̧vəzifəsi̧nəzərdə̧tutulmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi̧barədə̧qəraŗqəbuļedilməsini̧xahiş̧etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarınıņdəyişdirilmədəņsaxlanılmasını̧xahiş̧etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə̧baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir,̧şikayətiņmümküņsayılmaması̧üçüņəsaslaŗyoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümküņhesab̧edilir.̧ Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı̧qaydasında̧baxılmalıdır.̧̧ İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia)̧baxılır.̧ Həmin Məcəllənin 33.1-ci maddəsindən görünür ki, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə̧qoymağı̧məhkəmədəņtələb̧edə̧bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi̧yaranmışdır.̧ Faktiki hallar və sübutlar: İş̧materiallarında̧olaņvə̧məhkəmə̧baxışında̧tədqiq̧edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı ##.##.1963-cü il təvəllüdlüdür; İddiaçı İddiaçı məxsus əmək kitabçasının surəti iş materiallarına əlavə olunmuşdur; Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı 60 yaşdan, yəni ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabliyində Dövlət Sosial Müfaiə Fondunun Xüsusi Şərtlərlə̧Təyinaţüzrə̧Mərkəzi̧Filialına̧həvalə̧edilmişdir;̧ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır;̧ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarından verilmiş kassasiya̧şikayəti̧mümküņsayılmamışdır;̧ Əmək pensiyasının təyin edilməsi haqqında ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarına əsasən İddiaçı ##.##.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir (Ümumi iş stajı: 43 il 2 ay 16 gün, güzəştli iş stajı 33 il, 8 ay, 8 gün; ** nömrəli qərar: 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması̧sahəsi:̧əmtəə̧operatorları); Əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2025-ci il tarixli *-**-*/*- *-****/**** nömrəli Qərarı ilə İddiaçı 595,70 manat məbləğində əmək pensiyası yenidən hesablanaraq̧587,39̧manaţmüəyyəņedilmişdir; SOCAR “Azneft” İstehsalat Birliyi “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş “şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışa əsasən, İddiaçı “28 May” Neft və Qazçıxarma İdarəsində çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na nəzərdə tutulmuş müvafiq peşəyə uyğundur; İşlədiyi̧vəzifəniņpeşəniņadı̧-̧Əmtəə̧operatorları Siyahının bölməsi və Siyahıda müvafiq peşənin adı Vəzifəyə (peşəyə) təyin edilmə tarixi̧-10.2.̧(a)̧əmtəə̧operatorları Vəzifədəņ(peşədən)̧azaḑedilmə̧tarixi-̧Hal-hazıradək Əmriņ(sərəncamın)̧nömrəsi̧və̧tarixi̧-̧№̧***-k ##.##.1990. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə̧38.̧Sosiaļtəminaţhüququ İ.̧Həŗkəsiņsosiaļtəminaţhüququ̧vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş̧digəŗhallarda̧sosiaļtəminaţhüququna̧malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq̧surətdə̧bu̧Qanuna̧uyğuņolaraq̧təyiņedilir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq̧qanunvericiliklə̧sığorta̧stajına̧daxiļediləņdigəŗdövrləriņməcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi̧xidməţvə̧ya̧digəŗfəaliyyəţmüddətləri̧sığorta̧stajına̧daxiļedilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)̧xidməţmüddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar,̧günlər)̧əsasında̧həyata̧keçirilir. 23.2. 1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə̧13.̧Əməķşəraitinə̧görə̧güzəştli̧pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya̧hüququna̧aşağıdakılaŗmalikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan *̧̧nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə̧çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmiņişlərdə̧çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindəņtəsdiq̧olunaņ*̧nömrəli̧siyahısı̧üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmiņişlərdə̧çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmiņişlərdə̧çalışarsa. ... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il ## #### tarixli 321-IQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il ######un #-dən başlayaraq̧2000-ci̧iliņ######uņ#-dəķhəŗiļ6̧ay̧artırılması̧nəzərdə̧tutulmuşdur. Maddə̧67.̧̧İş̧stajına̧daxiļediləņəməķfəaliyyətiniņnövləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti̧xarakterindəņvə̧müddətindəņasılı̧olmayaraq̧ümumi̧iş̧stajına̧daxiļedilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına̧görə̧faktiķmüddəţüzrə̧nəzərə̧alınır. İş̧stajına̧bunlardaņbaşqa̧aşağıdakılaŗdaxiļedilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, ̧Dövləţ̧sərhədini̧̧̧mühafizə̧̧və̧Prezidenti̧mühafizə̧orqanlarında̧xidməţmüddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında,̧̧aspiranturada,̧̧doktoranturada̧və̧kliniķordinaturada̧təhsiļmüddəti; ... Maddə̧69.̧İş̧stajınıņtəsdiq̧edilməsi̧qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasəņtəsdiq̧edilir.̧İş̧stajını̧sübuţedəņəsaşsənəḑəməķkitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübuţetməķqaydasını̧AzərbaycaņRespublikasınıņNazirləŗKabineti̧müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara̧əsasəņmüəyyəņedilir: 4.1.1.̧2006-cı̧iļ######ıņ#-dəķolaņdövŗüzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində̧tərtib̧olunaņakta̧əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanıņarayışına̧əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə̧və̧ya̧bu̧Qaydaya̧*̧nömrəli̧Əlavəyə̧əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv̧arayışı̧və̧s.)̧əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydiņolması̧şərtilə)̧əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi̧uçoţ(bundaņsonra̧–̧fərdi̧uçot)̧məlumatlarına̧əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta̧haqqı̧ödəniləņiş̧müddəti̧–̧fərdi̧uçoţməlumatlarına̧əsasən; ...

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (##.##.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış̧əməķpensiyası̧hüquqlarınıņnəzərə̧alınması̧üçüņümumi̧iş̧stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı̧tarixədəķolaņmüddəţüzrə̧sosiaļsığorta̧stajı. 3.2. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara̧əsasəņmüəyyəņedilir: 3.2.1.̧əməķkitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda,̧məhkəməniņqanuni̧qüvvəyə̧minmiş̧qərarı; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunuņqüvvəyə̧mindiyi̧2006-cı̧iļ######ıņ#-dəķqazanmış̧olsunlar.

“Qaydalar”a * nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına̧daiŗiş̧yeriniņarayışı̧təqdim̧edilməlidir.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsaşolmuş̧səbəbləŗgöstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla̧əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində̧dəyişdirilə̧bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə̧münasibəţbildirilməlidir.

Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının yerinə yetirdiyi vəzifə konkret və aydın şəkildə siyahıda qeyd olunmuş, habelə bu vəzifələr işəgötürən tərəfindən təqdim olunmuş arayışla təsdiqlənmiş və İddiaçı işlədiyi vəzifə ilə uyğunlaşdırılmışdır. Bu əsasla məhkəmə müəyyən edir ki, iddiaçının güzəştli əmək stajı mövcuddur və bu, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasına hüquqi əsas yaradır. İddiaçı İddiaçı münasibətdə qəbul edilmiş və qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli Qərarı ilə müəyyən edilmişdir ki, “...Məhkəmə iddiaçının işlədiyi vəzifənin adı, aid olduğu sahə və işəgötürən müəssisənin təqdim etdiyi güzəştli arayışı nəzərə alaraq iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsahalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 10.5.1 (a) - əmtəə operatoru̧vəzifəsinə̧uyğuņhesab̧edir...”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakılarıņqeyḑedilməsini̧zəruri̧hesab̧edir. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hu̧quqi aktlar sosial təminat hu̧ququnu əsas insan və vətəndaş hu̧quqlarından biri kimi təsbit edir. Sosial təminat hu̧ququ qanunla mu̧əyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hu̧ququnu da ehtiva edir. Pensiya hu̧ququ sosial təminatın tərkib hissəsi və onun qanunla̧mu̧əyyəņolunmuş̧əņmu̧hu̧m̧formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə veriləņpuļödənişidir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə̧mövcud olmalıdır: a) İddiaçının ##.##.2006-cı il tarixə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının ##.##.2006-cı il tarixə qədər azı 12 il 6 ay güzəştli iş stajının (* nömrəli siyahı̧üzrə)̧mövcuḑolması. İş materiallarından görünür ki, iddiaçının ##.##.2006-cı il tarixə qədər ümumi iş stajı 25 ildən çoxdur, bu, cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Cavabdehin mübahisə̧etdiyi̧məsələ̧iddiaçınıņgüzəştli̧iş̧stajınıņolmaması̧ilə̧bağlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli, *-***/** saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi̧funksionaļvəzifəniņ(işin)̧eyniliyiņmüəyyəņolunmasındaņgedir.̧ İddiaçının işlədiyi “əmtəə operatoru” vəzifənin güzəştli olub-olmamasına münasibətdə məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir, iddiaçının daha əvvəlki “60 yaşdan pensiya təyini” ilə bağlı icraatda həmin dəlillər cavabdeh tərəfindən irəli sürülmüş və üç instansiya məhkəmə tərəfindən cavabdehin dəlilləri qəbul edilməmiş̧və̧həmiņvəzifə̧zərərli̧hesab̧edilərəķiddia̧təmiņedilmişdir. Digər tərəfdən cavabdeh özü də bildirir ki, iddiaçının işlədiyi vəzifə Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na Nazirlər Kabinetinin # ###### 2024-cü il tarixli ** nömrəli Qərarı ilə əlavə edilmişdir. Həmin vəzifənin siyahıya əlavə edilməsinin səbəbinin həmin vəzifə üzrə əmək funksiyalarında baş verən hansısa dəyişikliklə bağlı olması cavabdeh tərəfindən irəli sürülməmişdir. Belə olan halda, o qənaətə gəlmək olur ki, bu vəzifə iddiaçının işlədiyi dövrdə də zərərli vəzifə olmuşdur, lakin siyahıda olmaması ilə bağlı çatışmazlıq̧sonradaņaradaņqaldırılmışdır. Beləliklə, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvvəllər qüvvədə olmuş qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün lazım olan yaş həddi, ümumi iş stajı və güzəştli peşədə̧iş̧stajı̧mövcuddur,̧cavabdeḩinzibati̧orqanıņimtina̧dəlili̧əsaslı̧deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədəņsaxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü̧maddələrini̧rəhbəŗtutaraq,̧məhkəmə̧kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi̧Filialı̧tərəfindəņverilmiş̧apellyasiya̧şikayəti̧təmiņedilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədəņsaxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti̧verilə̧bilər.̧̧̧̧̧̧̧

Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar