Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-508/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X4 və X7 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı ##.##.1963-cü il tarixdə anadan olmuşdur.
2. Diplomdan görünür ki, iddiaçı ##.##.1981-ci il tarixdən ##.##.1982-ci il tarixədək tornaçı ixtisası üzrə təhsil almışdır.
3. Hərbi biletindən görünür ki, ##.##.1982-##.##.1984-cü il tarixlərdə hərbi xidmətdə olmuşdur.
4. Əmək kitabçasından görünür ki, iddiaçı ##.##.1982-##.##.1982-ci il tarixlərdə tornaçı; ##.##.1984-##.##.1994-cü il tarixlərdə tornaçı, çilingər, dispetçer; ##.##.2006- ##.##.2021- ci il tarixədək “xxxx” MMC-də növbə rəisi; ##.##.2021-ci il tarixdən ##.##.2023-cü il tarixədək “xxxx” firmasında usta; ##.##.2023-cü il tarixdən Bakı Ağır Cinayətlər Məhkəməsində baş mütəxəssis (sürücü) vəzifəsində işləyir.
5. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina olunmuşdur.
6. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, iddiaçı ##.##.2006-cı il tarixindən ##.##.2021-ci il tarixinə kimi “xxxx” MMC istehsal sahəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş zərərli peşələrin siyahısına daxil olan və 14.8-ci bəndində nəzərdə tutulan sahə üzrə usta-istehsal sahəsi (zərərli) vəzifəsində çalışmışdır.
7. “xxxx” firması tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, iddiaçı ##.##.2021-ci il tarixindən ##.##.2023-cü il tarixə kimi “xxxx” firmasına məxsus “xxxx” İstehsalat sahəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş zərərli peşələrin siyahısına daxil olan və 14.8-ci bəndində nəzərdə tutulan sahə üzrə usta-istehsal sahəsi (zərərli) vəzifəsində çalışmışdır.
8. “xxxx” firması tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, “xxxx (Kərpic Zavodu)” İstehsalat sahəsi “xxxx” Firmasının struktur bölməsi olaraq firmanın nəzdində fəaliyyət göstərir. “xxxx” Firmasının “xxxx (Kərpic Zavodu)” İstehsalat sahəsinin iş funksiyası gil kərpic istehsal edilməsindən ibarətdir və firmanın sabiq işçisi usta (istehsalat sahəsi) İddiaçı ##.##.2021-ci il tarixindən ##.##.2023-cü il tarixinədək həmin İstehsalat sahəsində usta (istehsalat sahəsi) vəzifəsində işləmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Qərarın 14.8-ci bəndində gil kərpici, kirəmit və keramik blok istehsalında fəhlələr göstərilmiş, lakin usta və böyük usta ilə bağlı vəzifələr qeyd olunmamışdır və bu səbəbdən firma tərəfindən verilmiş *** saylı ## ######## 2024-ci il tarixli arayışda usta (istehsalat sahəsi) zərərli vəzifə kimi qeyd olunmasını texniki nöqsan kimi qəbul edilməsi xahiş olunur.
9. “xxxx” firması tərəfindən verilmiş ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Qobu kərpic zavodu “xxxx” Firmasının nəzdində fəaliyyət göstərir. Zavod yalnız 1 çeşiddə, yəni gil kərpic blok istehsal edir. İstehsal prosesində yalnız təbii qazdan istifadə olunur. Kərpic bişirilməsində heç zaman mazut, bərk yanacaq və büzüşdürücü materiallardan istifadə olunmur. Vətəndaş İddiaçıMahmud oğlu ##.##.2006-cı il tarixindən ##.##.2021-ci il tarixinə kimi istehsal sahəsində usta vəzifəsində çalışmışdır. İstinad olunan qərarın 14.8 bəndində “Güzəştli şərtlərlə, yaşa görə əmək pensiyası hüququ verən peşələr”xxxx“xxxx* Firması tərəfindən ##.##.2024-cü il tarixində *** saylı arayışda ustazərərli vəzifə kimi qeyd olunmasını texniki səhv kimi qəbul edilməsi xahiş olunur.
10. “xxxx” firması tərəfindən verilmiş ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, vətəndaş İddiaçı ##.##.2006-cı ildən ##.##.2021-ci ilədək X3 usta vəzifəsində çalışmışdır. İddiaçı usta işləməsinə baxmayaraq, kərpic bişirmə prosesində usta, baş usta və fəhlələr eyni funksiyanı həyata keçirməli olurlar. Bu, istehsal zəruriyyətindən irəli gəlir. X3 istehsal prosesində 2018-ci ilin dekabr ayından etibarən təbii qazdan istifadə olunmağa başlanmışdır. İddiaçı işlədiyi dövrdə isə əsasən bərk yanacaqdan və büzüşdürücü materiallardan istifadə olunurdu. Gil və kərpic zavodlarının istehsal prosesində qeyd olunan bütün peşə sahibləri yəni ustalar, baş usta və fəhlələr - iş prosesinə görə oxşar xarakterli əmək funksiyasını həyata keçirirlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun işlədiyi illər nəzərə alındıqda onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
13. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, təqdim olunan “xxxx” MMC-nin ## ######## 2024-cü il tarixli arayışında ##.##.2006-##.##.2021-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə, “xxxx” firmasının iddiaçıya dair ## ######## 2024-cü il tarixli *** nömrəli arayışında isə ##.##.2021-##.##.2023-cü il tarixləri arasındaki dövr ərzində usta vəzifəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışlarda gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındaki uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyəti istiqaməti və s.) barədə hər hansı məlumat göstərilməyib. Eyni zamanda, işlədiyi usta vəzifəsi sözügedən arayışlarda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının tikinti materialları istehsalı bölməsinin gil kərpici, kirəmit və keramik blok istehsalı bəndində nəzərdə tutulmayıb. Cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
14. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından da görünür ki, iddiaçı 60 yaşına çatmışdır və 1981-ci ildən oxuduğu illər və hərbi xidmət, həmçinin 60 yaşına çatdığı dövrə qədər əmək fəaliyyəti nəzərə alınmaqla 25 il ümumi stajı mövcuddur ki, həmin hallar cavabdeh tərəfindən mübahisələndirilmir. Tərəflər arasında mübahisə açan məsələ, iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır.
16. Beləliklə, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə pensiya təyinindən imtinanın əsasında duran güzəştli iş stajının mövcudluğu ilə əlaqədar mübahisənin həlli baxımından güzəştli iş stajına dair arayışın mövcudluğu zəruridir ki, iş materiallarından da göründüyü kimi məhkəməyə və inzibati orqana həmin arayış təqdim edilmişdir. Lakin, cavabdeh tərəf həmin arayışda qeyd edilən məlumatların mötəbərliyini qəbul etməmiş, iddiaçının güzəştli iş stajının mövcud olmaması barədə mövqe nümayiş etdirmişdir.
17. Məhkəmə araşdırması zamanı isə güzəştli iş stajına dair arayışda qeyd edilənlərə münasibətdə əlavə araşdırmanın aparılması zəruri hesab edilmiş, müvafiq sorğu ilə müraciət edilərək iddiaçının işlədiyi dövrdə bərk yanacaq, büzüşdürücü materiallardan istifadə edilib-edilməməsi, iddiaçının əmək kitabçası və digər əlaqəli sənədlərdə usta kimi göstərilsə də, faktiki olaraq fəhlə kimi gil kərpici, kirəmit və keramik blok istehsalında onun tərəfindən dairəvi sobalarda kərpic bişirilməsində və eləcə də bərk yanacaqla işləyən, tunel sobalarında məşğul olan divar və büzüşdürücü materialları yandıranlar peşəsi üzrə işləyib-işləməməsi, ümumiyyətlə həmin sahədə fəhlə və usta arasında əmək funksiyalarının xarakteri baxımından hansı fərq və oxşar cəhətlərin olması barədə məlumatın təqdim edilməsi tələb edilmişdir.
18. Sonuncu sorğuya cavab məktubu ilə müəyyən olunmuşdur ki, iddiaçı ##.##.2006-cı ildən ##.##.2021-ci ilədək X3 usta vəzifəsində işləməsinə baxmayaraq, kərpic bişirmə prosesində usta, baş usta və fəhlələr eyni funksiyanı həyata keçirməli olurlar. Bu, istehsal prosesinin təbiəti və zəruriyyətindən irəli gələn bir haldır. X3 istehsalın daha səmərəli həyata keçirilməsi məqsədilə 2018-ci ilin dekabr ayından başlayaraq təbii qazdan istifadə olunmağa başlanmışdır. Lakin İddiaçı çalışdığı dövrdə əsasən bərk yanacaq və büzüşdürücü materialları ilə istehsal həyata keçirilirdi. Gil və kərpic istehsalının hər bir mərhələsində iştirak edən bütün peşə sahibləri — yəni ustalar, baş ustalar və fəhlələr — həmçinin müvafiq iş prosesində oxşar funksional vəzifələri yerinə yetirirlər. Göründüyü kimi sorğuya cavab məktubunda müəssisə faktiki olaraq iddiaçının ##.##.2006- ##.##.2021-ci illərdə işlədiyi peşə ilə Siyahıda 14-cü bölmədə nəzərdə tutulan gil kərpici, kirəmit və keramin blok istehsalında iştirak edən fəhlələr ilə funksional baxımından eyni olduğunu təsdiq etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
19. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin *-*(***)- ****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
20. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007- ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin ## ######## 2024-cü il tarixli arayışında ##.##.2006- ##.##.2021-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə, "xxxx" firmasının iddiaçıya dair ## ######## 2024-cü il tarixli *** nömrəli arayışında isə ##.##.2021- ##.##.2023- cü il tarixləri arasındakı dövr ərzində usta vəzifəsində işlədiyi qeyd olunub. Lakin sözügeden arayışlarda gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) barədə hər hansı məlumat göstərilməyib. Eyni zamanda, işlədiyi usta vəzifəsi sözügedən arayışlarda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının tikinti materialları istehsalı bölməsinin gil kərpici, kirəmit və keramik blok istehsalı bəndində nəzərdə tutulmayıb. Göstərilən səbəblərdən də onun güzəştli iş stajı yoxdur. Eyni zamanda, “xxxx” Firmasına ünvanlanmış sorğuda cavab olaraq bildirilmişdir ki, İddiaçı ##.##.2006-cı il tarixdən ##.##.2021-ci il tarixə kimi istehsal sahəsində usta vəzifəsində çalışmışdır. İstinad olunan 14.8 bəndində əmək qərarın "Güzəştli şərtlərlə, yaşa görə pensiyası hüququ verən peşələr"-in vəzifələrin siyahısında usta nəzərdə tutulmamışdır. Qeyd edilir ki, Qobu kərpic zavodu "xxxx” Firmasının nəzdində fəaliyyət göstərir. Son olaraq bildirirlər ki, iddiaçının ümumi sosial sığorta stajı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Belə ki, ##.##.2006-cı il tarixədək 12 il 08 ay 08 gün, ##.##.2006-cı il tarixdən sonra isə ümumi sosial sığorta stajı 16 il 10 aytəşkil edir. İstinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınmaqla, iddiaçının iddia tələbinin əsassız və qanunazidd olduğu nəticəsinə gəlmək mümkündür.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatları
22. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 9.1-ci maddəsinin ## ### 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin ## ### 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun: 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.
“Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
26. Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
29. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir əsas gətirmişdir:
1. Güzəştli iş stajının olmaması.
30. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və o, yaşa görə əmək pensiyasının güzəştli şərtlərlə təyin olunmasını xahiş etmişdir. Lakin, iddiaçının güzəştli iş stajının olmaması səbəbindən, ona yaşa görə əmək pensiyasının güzəştli şərtlərlə təyin edilməsindən imtina olunmuşdur.
31. Məhkəmə Kollegiyası mübahisənin həlli ilə bağlı vurğulamağı zəruri hesab edir ki, iddiaçıya ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi müddətin nə qədər olduğunu dəqiq müəyyənləşdirmək lazımdır. Bu, həmin şəxsə güzəştli şərtlərlə pensiya təyin olunması hüququnun olub-olmamasını müəyyən etmək üçün əsas təşkil edir.
32. Məhkəmə diqqətə çatdırır ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: a)İddiaçının 60 yaşına çatması; b)İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c)İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması
33. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının yaş və ümumi staj ilə bağlı şərtlərin ödənilməsi işin mübahisələndirilməyən hallarına aiddir.
34. İş materiallarından da görünür ki, iddiaçı 60 yaşına çatmışdır və 1981-ci ildən oxuduğu illər və hərbi xidmət, həmçinin 60 yaşına çatdığı dövrə qədər əmək fəaliyyəti nəzərə alınmaqla 25 il ümumi stajı mövcuddur ki, həmin hallar cavabdeh tərəfindən mübahisələndirilmir.
35. Tərəflər arasında mübahisəli məsələ, iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinə münasibət bildirir.
36. İlkin olaraq qeyd olunmalıdır ki, ## ###### 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na * nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
37. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.
38. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.
39. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
40. Beləliklə, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə pensiya təyinindən imtinanın əsasında duran güzəştli iş stajının mövcudluğu ilə əlaqədar mübahisənin həlli baxımından güzəştli iş stajına dair arayışın mövcudluğu zəruridir ki, iş materiallarından da göründüyü kimi məhkəməyə və inzibati orqana həmin arayış təqdim edilmişdir. Lakin, cavabdeh tərəf həmin arayışda qeyd edilən məlumatların mötəbərliyini qəbul etməmiş, iddiaçının güzəştli iş stajının mövcud olmaması barədə mövqe nümayiş etdirmişdir.
41. Məhkəmə araşdırması zamanı isə güzəştli iş stajına dair arayışda qeyd edilənlərə münasibətdə əlavə araşdırmanın aparılması zəruri hesab edilmiş, müvafiq sorğu ilə müraciət edilərək iddiaçının işlədiyi dövrdə bərk yanacaq, büzüşdürücü materiallardan istifadə edilib-edilməməsi, iddiaçının əmək kitabçası və digər əlaqəli sənədlərdə usta kimi göstərilsə də, faktiki olaraq fəhlə kimi gil kərpici, kirəmit və keramik blok istehsalında onun tərəfindən dairəvi sobalarda kərpic bişirilməsində və eləcə də bərk yanacaqla işləyən, tunel sobalarında məşğul olan divar və büzüşdürücü materialları yandıranlar peşəsi üzrə işləyib-işləməməsi, ümumiyyətlə həmin sahədə fəhlə və usta arasında əmək funksiyalarının xarakteri baxımından hansı fərq və oxşar cəhətlərin olması barədə məlumatın təqdim edilməsi tələb edilmişdir.
42. Apellyasiya şikayətində göstərilmişdir kİ, “xxxx” Firmasına ünvanlanmış sorğuda cavab olaraq bildirilmişdir ki, İddiaçı ##.##.2006-cı il tarixdən ##.##.2021-ci il tarixə kimi istehsal sahəsində usta vəzifəsində çalışmışdır. İstinad olunan 14.8 bəndində əmək qərarın "Güzəştli şərtlərlə, yaşa görə pensiyası hüququ verən peşələr"-in vəzifələrin siyahısında usta nəzərdə tutulmamışdır. Qeyd edilir ki, Qobu kərpic zavodu "xxxx” Firmasının nəzdində fəaliyyət göstərir. Son olaraq bildirirlər ki, iddiaçının ümumi sosial sığorta stajı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Belə ki, ##.##.2006cı il tarixədək 12 il 08 ay 08 gün, ##.##.2006-cı il tarixdən sonra isə ümumi sosial sığorta stajı 16 il 10 aytəşkil edir. İstinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınmaqla, iddiaçının iddia tələbinin əsassız və qanunazidd olduğu nəticəsinə gəlmək mümkündür.
43. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmənin sonuncu sorğusuna cavab məktubu ilə müəyyən olunmuşdur ki, iddiaçı ##.##.2006-cı ildən ##.##.2021-ci ilədək X3 usta vəzifəsində işləməsinə baxmayaraq, kərpic bişirmə prosesində usta, baş usta və fəhlələr eyni funksiyanı həyata keçirməli olurlar. Bu, istehsal prosesinin təbiəti və zəruriyyətindən irəli gələn bir haldır. X3 istehsalın daha səmərəli həyata keçirilməsi məqsədilə 2018-ci ilin dekabr ayından başlayaraq təbii qazdan istifadə olunmağa başlanmışdır. Lakin İddiaçı çalışdığı dövrdə əsasən bərk yanacaq və büzüşdürücü materialları ilə istehsal həyata keçirilirdi. Gil və kərpic istehsalının hər bir mərhələsində iştirak edən bütün peşə sahibləri — yəni ustalar, baş ustalar və fəhlələr — həmçinin müvafiq iş prosesində oxşar funksional vəzifələri yerinə yetirirlər. Göründüyü kimi sorğuya cavab məktubunda müəssisə faktiki olaraq iddiaçının ##.##.2006-##.##.2021-ci illərdə işlədiyi peşə ilə Siyahıda 14-cü bölmədə nəzərdə tutulan gil kərpici, kirəmit və keramin blok istehsalında iştirak edən fəhlələr ilə funksional baxımından eyni olduğunu təsdiq etmişdir.
44. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının güzəştli pensiya hüququnun təmin olunması üçün tələb edilən iş stajına dair şərtin yerinə yetirildiyini göstərir. Əmək funksiyalarının məzmun və məqsəd baxımından eyniyyəti, işçinin faktiki olaraq güzəştli staj yaratmağa xidmət edən fəaliyyətlə məşğul olduğunu təsdiqləyir. Buna görə də, yalnız vəzifə adlarının uyğunluğu deyil, həm də işçinin icra etdiyi funksiyaların və istehsalat şəraitinin nəzərə alınması hüquqi baxımdan zəruri hesab olunur.
45. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının güzəşli iş stajı 12 il 06 aydan çox təşkil etdiyi müəyyən edir.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
47. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.