Məhkəmə qərarları › İş №2-1(3-6)-510/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-510/2026

14.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-510/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X14 (sədrlik edən və məruzəçi), X11 və X15 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçının vəkili (nümayəndəsi) nümayəndə2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından ərizəçilər maraqlı şəxs2 İslam oğlu, Hacıyev İslam Zahid oğlu və üçüncü şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Dövlət Neft Şirkəti) qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş Biləcəri Bələdiyyəsinin ## ###### 2004-cü il tarixli **** nömrəli Qərarı əsasında ayrılmış Bakı ş, Biləcəri qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə iddiaçı İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan üçüncü şəxs üçüncü şəxs3 şirkəti tərəfindən və üçüncü şəxs Dövlət Neft Şirkəti tərəfindən ayrılıqda apellyasiya şikayəti verilmişdir. Sonradan üçüncü şəxs1 tərəfindən ərizə təqdim edilərək adıçəkilən qərarın ləğvi, üçüncü şəxs qismində həmin şəxsin qoşulması və işə mahiyyəti üzrə yenidən baxılması xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ## ###### 2005-ci il tarixli qərarı ilə X8 torpaq sahəsi ayrılmış və ilkin alqı-satqı müqaviləsi əsasında həmin sahənin bir hissəsi ona satılmışdır. Ona məlum olmuşdur ki, həmin sahəyə çıxarış verilmişdir. Sonradan maraqlı şəxs2 İslam oğlu tərəfindən vəsatət təqdim edilərək adıçəkilən qərarın ləğvi, üçüncü şəxs qismində həmin şəxsin qoşulması və işə mahiyyəti üzrə yenidən baxılması xahiş edilmişdir. Vəsatət onunla əsaslandırılır ki, ## ###### 2005-ci il tarixli qərarı ilə X8 torpaq sahəsi ayrılmış və ilkin alqı-satqı müqaviləsi əsasında həmin sahənin bir hissəsi ona satılmışdır. Ona məlum olmuşdur ki, həmin sahəyə çıxarış verilmişdir. Sonradan həmçinin, Hacıyev İslam Zahid tərəfindən ərizə təqdim edilərək adıçəkilən qərarın ləğvi, üçüncü şəxs qismində həmin şəxsin qoşulması və işə mahiyyəti üzrə yenidən baxılması xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ## ###### 2005-ci il tarixli qərarı ilə X8 torpaq sahəsi ayrılmış və ilkin alqı-satqı müqaviləsi əsasında həmin sahənin bir hissəsi ona satılmışdır. Ona məlum olmuşdur ki, həmin sahəyə çıxarış verilmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs qismində qoşulma, qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə ərizələr və vəsatət rədd edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan ərizəçilər maraqlı şəxs2 İslam oğlu, Hacıyev İslam Zahid oğlu və üçüncü şəxs1 ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti üçüncü şəxs qismində qoşulma, qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə ərizələr və vəsatətlərlə oxşar məzmunda olmaqla əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə icraatının digər iştirakçıları məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, habelə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərii təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Biləcəri bələdiyyəsinin ##.##.2004-cü il tarixli **** saylı Qərarı ilə Bakı şəhər X12 İcraiyyə Komitəsinin, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti memarının, «Binəqədineft» Neft və Qazçıxarma İdarəsinin razılığı nəzərə alınaraq Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində əlavə olunmuş cizgi əsasında 600,0 kv.m. torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə İddiaçı satılmışdır. Yerləşmə sxemindən görünür ki, torpaq sahəsini yerləşdiyi yer barədə sxem bələdiyyə tərəfindən təsdiq edilmişdir. Eləcə də həmin cizgi yerli icra hakimiyyəti orqanı tərəfindən də möhürlə təsdiqini tapmışdır. Dövlət Arxivinin Bakı Filialının ## ###### 2021-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsinin ayrılmasına dair Biləcəri bələdiyyəsinin qərarı, və ona əlavə edilmiş sənədlər (eləcə də plan-sxemlər) Filialda mövcuddur. Filialda mövcud olan plansxemlərdən görünür ki, həmin plan-sxem Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən də təsdiq edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin ## ###### 2021-ci il tarixli məktubundan görünür ki, X3 torpaq sahəsinin Biləcəri Bələdiyyəsi hüdudları daxilində olub-olmamasına dair müraciətə cavab olaraq bildirilmişdir ki, torpaq sahələri Biləcəri Bələdiyyəsi hüdudları daxilindədir. Çıxarış və qərardan görünür ki, Biləcəri Bələdiyyəsinin qərarı əsasında X6 aid torpaq sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İmtina məktubunda qeyd edilir ki, DTXK tərəfindən torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir.Yerləşmə cizgisində bələdiyyənin qərarına istinad edilməmişdir. Müayinə aktındaqeyd edilir ki, torpaq sahəsində bir ədəd iki mərtəbəli yaşayış evi mövcuddur. Faktiki sahə 615 kv.m təşkil edir. Bakı İnzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı və qeyrisinin, Cəbrayılov Mİkayıl Elnur oğlunun iddiaları qeyri-mümkün hesab edilmişdir. Həmin qərardadda qeyd edilir ki: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin ## ###### 2022-ci il tarixli məktubla məhkəməyə ünvanladığı mütəxəssis rəyində və həmin rəyə istinadla ## ###### 2022-ci il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin rəyində qeyd edilmişdir ki, naturada göstərilən ərazi Biləcəri qəsəbəsinin inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olmaqla Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış Kontrakt sahəsi hüdudları daxilində yerləşir, Bələdiyyə xəritələrinin təsdiqi prosesi səlahiyyətli orqan tərəfindən başa çatdırılmadığından naturada faktiki göstərilən torpaq sahələrinin Biləcəri Bələdiyyəsinin qərarları əsasında ayrılmış torpaq sahələri olmasına münasibət bildirilməsi mümkün olmamışdır. Biləcəri Bələdiyyəsinin 1031 və **** nömrəli qərarlarında torpaq sahələrinin ölçüləri qeyd edilsə də, sahələr koordinatlarla ayrılmadığı üçün yerləşməsini təyin etmək mümkün olmamışdır. X8 ayrılmış torpaq sahəsinin koordinatları baxımından da 1031 və **** nömrəli qərarlarla əlaqədar verilmiş suallar üzrə aydınlıq gətirildiyi bildirilmiş, adıçəkilən qərarlar əsasında torpaq sahələrinin naturada və ya sənəd üzrə üst-üstə düşüb-düşməməsi barədə suala cavab olaraq isə torpaq sahələrinin qeyd olunduğu kimi dəqiq yerləri bilinmədiyi və sahələr dövlət qeydiyyatına alınmadığı üçün üst-üstə düşmə olub-olmamasının məlum olmadığı göstərilmişdir. Biləcəri Bələdiyyəsinin ## ###### 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X3 və İddiaçı ayrılmış torpaq sahələrinin mövqeyi, verilən qərarların ayrılmas hissəsi olan situasiya planında birmənalı olaraq göstərilmişdir. Həmin situasiya planında daşınmaz, F=1400 milli metrlik Ceyranbatan-Bakı su kəməri əks etdirilmişdir. BU gündə mövcud daşınmaz istinad nöqtəsindən mübahisələndirilən torpaq sahələrinə istiqamətdə olan küçə ilə irəlilədikdə – küçənin perimetri ilə sol tərəfində isintaq nöqtəsindən 53 metr məsafədən sonra, 113 metr məsafəyədək 20m x 60 m=1200 kv.m torpaq sahəsi həmin şəxslərə ayrılmış torpaq sahələridir. Beləliklə, bələdiyyə qərarları ilə ayrılan torpaq sahələri situasiya planında əks etdirənlə, naturada ayrılmış torpaq sahələri ilə üst-üstə düşən torpaq sahələridir. Biləcəri Bələdiyyəsinin ## #### 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ayrılmış torpaq sahələrinin daşınmaz istinad nöqtəsindən (1000 mm diyametr içməli su xətti borusundan) yerləşdiyi mövqeyədək məsafələr Peyk vasitəsi ilə çəkilmiş foto üzərində “X1” proqramında olan alətlər vasitəsi ilə aparılır. X18 ## ###### 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X8 adına rəsmiləşdirilmiş sərəncamla ona torpaq sahəsinin ayrılması üçün verilsə də. Alqı-satqı müqaviləsini bağlamaqdan imtina etmiş və büdcəyə köçürülməli olan vəsait köçürülməmişdir. Təqdim edilən ****** nömrəli qəbz işə başqa şəxsin adına olan sənəddir. Şəxs torpaq vergisini bu günə qədər ödəməmiş, qeydiyyata belə düşməmişdir. Məhkəmənin ## #### 2021-ci il tarixli yerli baxış protokolunda qeyd edilmişdir ki, X3 və İddiaçı məxsus torpaq sahələrində, yəni Biləcəri qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi digər şəxs tərəfindən daş hasara alınmış, bir darvaza və bir giriş qapısı qoyulmuş, iki mərtəbəli ev tikilmiş, həmin şəxslərin torpaq sahəsinə girişi məhdudlaşdırılmışdır. Binəqədi Rayon Polis İdarəsinin ## ######## 2021-ci il tarixli məktunbunda qeyd edilmişdir ki, İddiaçı və X3 tərəfindən ərizə ilə müraciət edilərək onlara Bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahələrinin Bələdiyyələrlə əlbir fəaliyyət göstərən şəxslər tərəfindən saxta sənədlər əsasında zəbt edilərək satıldığı göstərilmişdir. ## #### 2024-cü il tarixli mübahisəli torpaq sahəsinin ətrafında və qonşuluğunda çıxarış verilmiş torpaq sahələrinə dair müvafiq sənədlərin təqdim edilməsinə dair məhkəmə sorğusuna cavab xarakterli ## ###### 2024-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəinin ## ###### 2024-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Biləcəri Bələdiyyəsinin **** nömrəli ## ###### 2004-cü il tarixli qərarı əsasında X6 400 kv.m torpaq sahəsi X3 və İddiaçı torpaq sahələrinin ayrılmasına dair qərarlarında göstərilən oxşar əsaslandırma və istinadlarla ayrılmış və həmin sənəd əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməklə şəxsin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası İPM-nin: 27.0. Aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının **/**** nömrəli ## ###### 2022-ci il tarixli Qərardadının:

24. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.

25. Üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur.

33. İPM-in 28.1-ci maddəsi adi, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, zəruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir.

36. İnzibati məhkəmə icraatına cəlb edilməli olan şəxsin adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməli olduğunu fərqləndirmək üçün istifadə olunan əsas meyarlardan biri “hüquqi maraq” meyarıdır. Belə ki, zəruri cəlbetmə zamanı tələb olunan hüquqi maraqla, adi cəlbetmə zamanı tələb olunan maraq bir-birindən fərqlidir. Həmin fərqin mövcud olduğunu İPM-in 28.1 və 28.2-ci maddələrindəki müddəalar da təsdiq edir.

37. Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur.

38. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.

39. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir.

42. Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur.

43. Vahid qərardan isə o zaman söz edilə bilər ki, çıxarılmış qərar üçüncü şəxsin hüquqi statusuna birbaşa təsir edə bilsin. Əgər məhz məhkəmə qərarının çıxarılması nəticəsində hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verirsə, hüquqi statusa həmin qərarla birbaşa təsir edilmiş olur.

52. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı olaraq isə “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2017-ci il tarixli qərarı və həmin qərardakı hüquqi mövqelər nəzərə alınmalıdır. Həmin qərara görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı hüquqi mövqelərə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. Başqa sözlə, əgər adi qaydada cəlbetmə həyata keçirilməlidirsə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilə bilməz.

76. Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Qanunvericiliyin tələbindən də göründüyü kimi mahiyyəti üzrə yekunlaşmamış işlərdən fərqli olaraq mahiyyəti üzrə yekunlaşmış iş üzrə məhkəmə qərarının üçüncü şəxs qismində qoşulmaqla ləğvi yalnız o halda mümkündür ki, həmin iş üzrə qoşulma əsası şəxsin zəruri cəlbetmə qaydasında cəlb edilməsi üçün əsas mövcud olmuş olsun. Nəzərə alınmalıdır ki, adıçəkilən torpaq sahəsinə bələdiyyə qərarının ləğvi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ərizəçilər ilə ilkin alqı-satqı müqaviləsinin digər tərəfi olan şəxsin torpaq sahəsinə subyektiv hüququnun olmadığı müəyyən edilmişdir ki, subyektiv hüququ olmayan şəxslə bağlanılmış ilkin alqı-müqavilələrinə istinadən zəruri cəlb etməyə əsas olan hüquqi marağın mövcudluğundan da söhbət gedə bilməz. Məhkəmə Kollegiyası həmçinin, nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli Qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, 2(001)- **/**** nömrəli qətnaməsi ilə (hakim İ.Əliyev) iddianın qismən təmin edilməsi, cavabdehlər X8, Hacıev İslam Zahid oğlunun, Hacıyev Sabir İslam oğlunun, maraqlı şəxs2 İslam oğlunun və üçüncü şəxs1 Bakı şəhəri Biləcəri Bələdiyyəsinin ## ###### 2004-cü il tarixli 1031 və **** nömrəli qərarları əsasında iddiaçılar İddiaçı və X3 ayrılmış torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və köməkçi tikilinin maraqlı şəxs2 İslam oğlunun hesabına sökülərək ərazidən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər üçüncü şəxs1, Hacıev İslam Zahid İslam oğlu və maraqlı şəxs2 İslam oğlu ayrı-ayılıqda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər M.Məmmədov və F.Talışınski) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli Qərarı ilə cavabdehlər maraqlı şəxs2 İslam oğlu, Hacıev İslam Zahid oğlu və üçüncü şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli Qərarında qeyd edilmişdir ki: “62. Kassasiya şikayətlərinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, kassatorlar mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla, iddiaçıların həmin torpağa münasibətdə subyektiv hüquqlarının olmamasını göstərsələr də, özlərinin də bu sahələrə hər hansı hüquqlarının olmasını sübut edə bilməmişlər. 63. Əksinə, qanuni qüvvəyə minmiş inzibati məhkəmənin qərarı ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinin ## ###### 2004-cü il tarixli qərarları iddiaçılara ayrılmış mübahisəli torpaq sahəsi həmin bələdiyyənin hüdudları daxilində olduğu halda, X8 torpaq sahəsi Bakı şəhəri Binəqədi rayon Bələdiyyəsi tərəfindən qəbul edilmişdir. 64. Həmçinin, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehlər torpaq sahəsinə dair mübahisə olduğunu bilərək, həmin sahəyə qanunsuz sahibliyi davam etdirmiş, məhkəmənin müvəqqəti təminat tədbiri barədə qərardadına zidd torpaq sahəsində tikinti və təmir işləri aparmışdır. Bununla da, onlar hüquq və vəzifələrini vicdanla həyata keçirməli olmasına dair mülki qanunvericilikdən irəli gələn vəzifələrini pozmuşlar.” Beləliklə, məhkəmə Kollegiyası işin faktiki hallarını, iddiaçı, cavabdeh və ərizəçilər arasında yaranmış faktiki və hüquq münasibətlərini, habelə yuxarıda adıçəkilən qanunvericiliyin müddəalarını nəzərə alaraq ərizəçilərin zəruri zəruri cəlbetmə qaydasında üçüncü şəxs kimi cəlb edilməli olması ilə bağlı ərizələrini və vəsatətlərini, o cümlədən apellyasiya şikayətlərini əsassız hesab edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar