Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-520/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X1 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı Iddiaçı iştirakı ilə, Iddiaçı Iddiaçı cavabdeh Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı (üçüncü şəxs üçüncü şəxs1, * saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi) “arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə iddiaçı Iddiaçı cavabdeh Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı (üçüncü şəxs üçüncü şəxs1, * saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi) “arayışın verilməsi” tələbinə dair iddia təmin edilmiş, iddiaçı Iddiaçı ünvan 1 ünvanına dair mənzilə dair hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayışın- Forma * nömrəli arayışın verilməsinin təmin edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinə həvalə edilmişdir. Qərar qanuni qüvvəyə minmiş və icra olunması üçün cavabdeh inzibati orqana göndərilmişdir. Cavabdehin ## ###### 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, * saylı Forma arayışın təqdim olunması üçün iddiaçı dəfələrlə aidiyyəti üzrə *** saylı MKIS-ə dəvət olunmuşdur, lakin özü və ya səlahiyyətli nümayəndəsi MIKS-ə gəlməmişdir. Bu səbəbdən də * saylı Forma arayış poçt vasitəsi ilə ünvana göndərilmişdir (Həmin arayışın və poçt qəbzinin surəti məktuba əlavə edilmişdir). Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Inzibati Məhkəməsinin qəbul etdiyi qərarın düzgün icra edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə qəbul edilmş Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qərarının icra icraatına xitam verilmiş, məhkəmə qərarının icra edilməməsi ilə bağlı ərizə rədd edilmişdir. Hazırda həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti məhkəmənin qərarını icra etməmişdir. Məhkəməyə qanuni qüvvəsini almış ##.##.2024 ci il tarixli *-*(***)-****/**** saylı qərarının icra edilməsi barədə hər hansı məlumat verilməmişdir. Sadəcə olaraq cavabdeh məhkəmə qərarının icrasını *** saylı MKIS-ə həvalə etmiş və o da istədiyi kimi Forma 2 arayışını tərtib edərək iddiaçının ünvanına Poçt vasitəsi ilə göndərmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı Iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişlər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının HYPERLINK "https://eqanun.az/framework/46945" \o "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi"Mülki Prosessual Məcəlləsinin və “HYPERLINK "http://eqanun.az/framework/1406" \o "Azərbaycan Respublikasının 2001-ci il 27 dekabr tarixli 243- IIQ nömrəli Qanunu"Icra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. 117.1. Icra aşağıdakı sənədlər əsasında həyata keçirilir: 117.1.1. qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarı:
2. IPM-in 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “Icra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə isə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəaları tətbiq olunur. Sözügedən normaların mənasına görə inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının icrası ilk növbədə IPM-də təsbit edilmiş müddəalar rəhbər tutulmaqla həyata keçirilməlidir. Bununla yanaşı, bir sıra hallarda məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM), eləcə də “Inzibati icraat haqqında” və “Icra haqqında” Azərbaycan Respublikası Qanunlarının müvafiq müddəalarının tətbiqi də mümkün və zəruridir.
6. IPM-in 3.1 və 3.2-ci maddələrinə görə inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Bu Məcəllənin XV, XVI, XVII, XVIII, XVIII-İ, XIX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Həmin Məcəllənin 116.2 və 118.2-ci maddələrində isə təsbit edilmişdir ki, məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Icranın “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır. Sözügedən normaların mənasına əsasən məhkəmə qərarlarının icrası məhz birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr tərəfindən təmin edilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə məhkəmə qərarının icrası həmin məhkəmələr tərəfindən təmin olunmalıdır. Inzibati məhkəmələrdə birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə isə inzibati məhkəmənin hakimi icra orqanı sayılır və məhkəmə qərarının icrasını təmin etməyə dair hərəkətlər də onun tərəfindən yerinə yetirilməlidir. Birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apellyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir. Müvafiq olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi və ya icraat materiallarının (apellyasiya və kassasiya şikayəti verilmiş işlər üzrə) məhkəməyə daxil olduğu gündən sonra birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr təxirə salınmadan məhkəmə qərarının icrasını təmin etməyə yönəlmiş vəzifələrini həyata keçirməlidirlər. Bu, həmin məhkəmələrin xidməti vəzifəsinə görə (ex officio) yerinə yetirməli olduğu borcunu təşkil edir. Iş materiallarından göründüyü kimi, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçı Iddiaçı ünvan 2 ünvanına dair mənzilə dair hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayışın- Forma * nömrəli arayışın verilməsinin təmin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Cavabdeh tərəfindən də məhkəməyə ünvanlanmış məktubundan görünür ki, həmin arayışın təqdim olunması üçün iddiaçı dəfələrlə dəvət olunmuş, lakin özü və ya səlahiyyətli nümayəndəsi gəlmədiyi üçün həmin * saylı Forma arayış poçt vasitəsi ilə ünvanına göndərilmişdir. Bu fakt iddiaçı tərəfindən də təsdiq edilir. Lakin iddiaçı həmin arayışda müvəqqəti qeydiyyatda olan şəxslər kimi Füzuli rayonundan məcburi köçkün düşmüş şəxslərin adının qeyd olunması ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarı ilə Forma * nömrəli arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur ki, həmin arayış da cavabdeh tərəfindən tərtib edilmiş və iddiaçıya təqdim edilmişdir. Göründüyü kimi, məhkəmə qərarı cavabdeh tərəfindən qərarda göstərildiyi kimi icra olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.