Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-521/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Hakimlər: X6 (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızından və X4 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsiNümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: IŞIN HALLARI:
1. Iddiaçı İddiaçı ##.##.1959-cu il təvəllüdlüdür.
2. Iddiaçıya məxsus H3 seriyalı ******* nömrəli Hərbi biletdən görünür ki, İddiaçı ##.##.1978-ci il tarixdən ##.##.1980-ci il tarixədək hərbi xidmət keçmişdir.
3. Iddiaçıya məxsus ##.##.1982-ci il tarixli, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı ##.##.1982-ci il tarixdə Qirki heyvandarlıq sovxozuna fəhlə qəbul edilmiş, ##.##.1988-ci il tarixdə işdən azad edilmişdir. ##.##.1989-cu il tarixdə Kirov adına meyvə tərəvəz ticarət kontoruna fəhlə işinə qəbul edilmiş, ##.##.1989-cu ildə işdən azad edilmişdir. ##.##.1989-cu ildə işə qəbul edilmiş, ##.##.1989-cu ildə işdən azad edilmişdir. ##.##.1989-cu ildə işə qəbul edilmiş, ##.##.1989-cu ildə işdən azad edilmişdir. ##.##.1990-cı ildə işə qəbul edilmiş, ##.##.1991-ci ildə işdən azad edilmişdir. ##.##.1991-ci ildə işə qəbul edilmiş, ##.##.1991-ci ildə işdən azad edilmişdir. ##.##.1991-ci ildə Qəlibləmə sexinə iə qəbul edilmiş, ##.##.1995-ci ldə işdən azad edilmişdir. ##.##.2001-ci ildə Bakı Tikintiservis ATSC * saylı Yol tikinti sahəsinə 4-cü dərəcə yol fəhləsi qəbul edilmiş, ##.##.2004-cü ildə işdən azad edilmişdir. ##.##.2005-ci ildə xxxx ATSC * saylı YTT sahəsinə fəhlə qəbul edilmiş, ##.##.2007-ci ildə işdən azad edilmişdir. ##.##.2007-ci ildə Yolnəqliyyatservis Departamenti ** saylı X5 2-ci dərəcəli fəhlə işinə qəbul edilmiş, ##.##.2013-cü ildə işdən azad edilmişdir. ##.##.2013-cü ildə MQS MMC-yə usta işinə qəbul edilmiş, ##.##.2014-cü ildə işdən azad edilmiş, ##.##.2014-cü ildə “xxxx” ASC ** saylı Yol Istismarı MMC-yə 4-cü dərəcəli yol fəhləsi peşəsinə qəbul edilmiş, ##.##.2014-cü ildə işdən azad edilmişdir. ##.##.2015-ci ildə “xxxx” ASC ** saylı Yol Istismarı MMC-yə 5-ci dərəcəli yol fəhləsi işinə qəbul edilmiş, ##.##.2021-ci ildə işdən azad edilmişdir. ##.##.2021-ci ildə ITM Istehsalat Tikinti Mexanizasiya Şirkəti MMC-yə fəhlə (asfaltyayan) işinə qəbul edilmişdir.
4. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli **-*/*-***-**/**** nömrəli Arayışda göstərilmişdir ki, İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “xxxx” MMC-də ##.##.2015-ci il tarixdən **/k nömrəli əmrlə yol fəhləsi vəzifəsinə daxil olmuş, ##.##.2021-ci il tarixindən **/k nömrəli əmrlə yol fəhləsi vəzifəsindən azad olunmuşdur. Işlədiyi vəzifə üzrə sosial (və ya iş) stajı 6 il 1 ay təşkil edir. Işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri-yol inşaaqtı, asfalt-beton örtüyünün döşənməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndində b yarımbəndində fəhlə vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.
5. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli **-*/*-***-**/**** nömrəli arayışda göstərilmişdir ki, İddiaçı “** saylı X7” (hazırki "4№-li X9" MMC-də) ##.##.2007-ci il tarixdən ***/K nömrəli əmrlə fəhlə peşəsinə və ##.##.2013-cü il tarixdən */**/k nömrəli əmrlə fəhlə peşəsindən işdən azad edilmişdir. Işlədiyi peşə üzrə sosial (və ya iş) stajı 6 il işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri-yol inşaatı, asfaltbeton örtüyünün döşənməsindən ibarət olmaqla, Azərbaycan Respublikası kası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndində / b yarımbəndində fəhlə vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidi.
6. xxxx” ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ** nömrəli Arayışdan görünür ki, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətində ##.##.2005-ci il tarixdən **/k nömrəli əmrlə isti asfalt yayma üzrə yol fəhləsi peşəsinə qəbul edilmiş və ##.##.2007-ci il tarixli **/k nömrəli əmrlə işdən aza dedilmişdir. Işlədiyi peşə üzrə iş stajı 2(iki) il təşkil edir. Işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri - yol inşaatı, asfalt-beton örtüyünün döşənməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndinin > yarımbəndində fəhlə vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.
7. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ** nömrəli güzəştli arayışdan görünür ki, İddiaçı "xxxx” Açıq Səmdar Cəmiyyətinə ##.##.2001 ci il tarixdən İ/** №-li əmrlə 5-ci dərəcəli isti asfalt yayma üzrə yol fəhləsi peşəsinə qəbul edilmiş və ##.##.2004-cü il tarixində öz xahişi ilə işdən azad edilmişdir. Işlədiyi peşə üzrə iş stajı 3 (üç) il təşkil edir. Işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri yol inşaatı, asfalt-beton örtüyünün döşəməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007- ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndinin "b" yarımbəndinədə fəhlə vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.
8. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ona yaşa görə əmək pensiyasının təyin olunması tələbi ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli 3-17-1/2-+Q-+****/**** nömrəli məktubla bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə. əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək perisiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun Respublikasının olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respub tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərınanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X1 qərarlarını, X1 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" ASC-nin sizə dair # ###### 2025-ci il tarixli ** nömrəli arayışında ##.##.2001- ##.##.2004-cü il tarixləri arasındakı dövr ərzində, "xxxx" ASC-nin sizə dair ## ###### 2024-cü il tarixli ** nömrəli arayışında ##.##.2005-##.##.2007-ci il tarixləri arasındakı dövr ərzində, "4 X3 Istismarı" MMC-nin sizə dair ## ###### 2024-cü il tarixli **-*/*-***- **/**** nömrəli arayışında ##.##.2007-##.##.2013-cü il tarixləri arasındakı dövr ərzində və "xxxx" MMC-nin sizə dair ## ###### 2024-cü il tarixli 11-1/2-105- **/**** nömrəli arayışında isə ##.##.2015-##.##.2021-ci il tarixləri arasındakı dövr ərzində yol fəhləsi vəzifəsində işlədiyiniz qeyd olunub. Işlədiyiniz yol fəhləsi vəzifəsi sözügedən arayışlarda istinad olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) mütəxəssislər bəndində (b) nəzərdə tutulmayıb. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (3 il 2 ay 1 gün (##.##.2021- ##.##.2024-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.
BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT:
9. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək İddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yarandığı, yəni 60 yaşının tamam olduğu ##.##.2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh orqan üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə açıq məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir.
11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, ##.##.1959- ci ildə anadan olmuşdur. Sovet ordu sıralarında xidməti və müxtəlif vəzifələrdə çalışaraq 25 il ümumi sığorta stajı və 17 il 1 ay 12 gün güzəştli iş stajını tamamlayaraq yaşa görə güzəştli şərtlərlə pensiya hüququnu qazanmışdır. Qanunvericiliyin tələb etdiyi güzəştli iş stajı mövcud olduğundan ona 60 yaşından yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Bununla bağlı tərəfindən ərizə ilə cavabdeh orqana müraciət olunmuş, lakin cavabdeh ##.##.2025-ci il tarixli imtina məktubu ilə cavab vermişdir. Imtina məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin ona dair # ###### 2025-ci il tarixli ** nömrəli arayışında ##.##.2001-##.##.2004-cü il tarixləri arasındakı dövr ərzində, “xxxx” ASC-nin ona dair ## ###### 2024-cü il tarixli ** nömrəli arayışında ##.##.2005-##.##.2007-ci il tarixləri arasındakı dövr ərzində, “4 №li X9" MMC-nin ona dair ## ###### 2024-cü il tarixli **-*/*-***-**/**** nömrəli arayışında ##.##.2007-##.##.2013-cü il tarixləri arasındakı dövr ərzində və “xxxx” MMC-nin ona dair ## ###### 2024- cü il tarixli **-*/*-***-**/**** nömrəli arayışında isə ##.##.2015-##.##.2021-ci il tarixləri arasındakı dövr ərzində yol fəhləsi vəzifəsində işlədiyi qeyd olunub. Işlədiyi yol fəhləsi vəzifəsi sözügedən arayışlarda istinad olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007- ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı ilə nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (3 il 2 ay 1 gün (##.##.2021-##.##.2024-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh inzibati orqanın imtina məktubu ilə razılaşmayaraq, qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adları çəkilən yerlərdə zərərli sahədə yol fəhləsi kimi tam 8 saat işləmişdir və yol fəhləsi vəzifəsi də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş yuxarıda göstərilən və cavabdehin məktubunda istinad olunan Siyahının 29-cu bölməsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” hissəsində fəhlələr vəzifə koduna uyğundur. Bu kateqoriyaya aid işlər, həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** saylı ##.##.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli, ağır olan işlərdə çalışanlara, yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * saylı Siyahısının “XXVII” bölməsində nəzərdə tutulmuş, 22900000 və 2290000а kodlarına uyğundur. Bu səbəbdən hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur.
12. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən ##.##.1959-cu il təvəllüdlü iddiaçı İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin ##.##.2025-ci il tarixli məktubuna əsasən, iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidən imtina edilmişdir. Mərkəzi Filiala təqdim edilmiş "xxxx" ASC-nin # ###### 2025-ci il tarixli ** nömrəli arayışında ##.##.2001- ##.##.2004-cü il tarixləri arasındakı dövr ərzində, "xxxx" ASC-nin ## ###### 2024-cü il tarixli ** nömrəli arayışında ##.##.2005- ##.##.2007-ci il tarixləri arasındakı dövr ərzində, "4 X2 Istismarı" MMC-nin ## ###### 2024-cü il tarixli **-*/*-***-**/**** nömrəli arayışında ##.##.2007-##.##.2013-cü il tarixləri arasındakı dövr ərzində və "xxxx" MMCnin ## ###### 2024-cü il tarixli 11-1/2-105- **/**** nömrəli arayışında isə ##.##.2015- ##.##.2021-ci il tarixləri arasındakı dövr ərzində yol fəhləsi vəzifəsində işlədiyi qeyd olunub. Iddiaçının işlədiyi yol fəhləsi vəzifəsi sözügedən arayışlarda istinad olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin SiyahısTnın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) mütəxəssislər bəndində (b) nəzərdə tutulmayıb. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (3 il 2 ay 1 gün (##.##.2021-##.##.2024-cü il tarixləri arasındakı dövr) təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bu səbəbdən, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir
13. Bakı Inzibati Məhkəməsinin Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, iddiaçı İddiaçı ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
14. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI VƏ MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
15. Apellyasiya şikayəti iddia tələbinə qarşı etirazın məzmununa uyğun əsaslandırılmaqla əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi hüququn tətbiqində səhvə yol verdiyindən, yuxarıda qeyd olunan qərarı ləğv edilməli, iddiaçının iddia tələbi isə təmin olunmamalıdır. Belə ki, iş materiallarına əsasən ##.##.1959-cu il təvəllüdlü iddiaçı İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin ##.##.2025-ci il tarixli məktubuna əsasən, iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidən imtina edilmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, “cavabdeh məhz yol fəhləsi adının güzəştli vəzifə kimi siyahıda nəzərdə tutulmadığını qeyd etmiş, halbuki yuxarıda da adıçəkiıdiyi kimi Siyahının 29-cu bölməsi Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsi olmaqla həmin sahədə a) bəndində fəhlələr adı qeyd edilmiş, zərərli vəzifə heab edilən fəhlələr peşəsinin təsnifatı verilmiş və asfalt və beton döşəyənlər vəzifəsi həmin təsnifatda sadalananalar içərisində göstərilmişdir.Cavabdeh yalnız peşə adının uyğunsuzluğunu əsas gətirməklə müraciəti araşdırmadan müraciətin təminində imtina etmiş, bununla da “Inzibati icraat haqqında” Qanunun 23, 24-cü maddələrinin tələblərini pozmuşdur” Məhkəmə mövqeyi ilə razılaşmayaraq bildiririk ki, "xxxx" ASC, "xxxx" ASC, "4 N-li X9" MMC, "xxxx" MMC tərəfindən iddiaçıya dair verilmiş və inzibati orqana təqdim edilmiş arayışlarda onun yol fəhləsi işləməsi və bu peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) mütəxəssislər bəndində (b) göstərildiyi qeyd olunmuşdur. Lakin 29-cu bölmənin b bəndində qeyd edilən mütəxəsislər peşəsi iddiaçının işlədiyi yol fəhləsi peşəsi ilə uyğun olmadığından inzibati orqan tərəfindən təyinat aparılmasından imtina edilmişdir. Bundan sonra məhkəmə sorğusuna cavab olaraq yuxarıda adları çəkilən müəssisələr yenidən eyni arayışları təqdim etmişdir. Daha sonra məhkəmə yenidən sorğular ünvanlamış və 16-## ### 2025-ci il tarixlərdə eyni müəssisələr heç bir əsaslandırma etmədən iddiaçının işlədiyi yol fəhləsi peşəsini bu dəfə Siyahının 29-cu bölməsinin a bəndindəki fəhlələr - asfalt və beton döşəyənlər vəzifəsi ilə uyğunlaşdıran arayışlar təqdim etmişlər (müvafiq cavab məktubları iş materiallarında mövcuddur). Məhkəmənin diqqətinə Siyahının eyni bölməsinin 2 fərqli bəndinə istinad etməklə verilmiş ziddiyyətli arayışlar olması çatdırılsa da, məhkəmə araşdırmanı yetərli hesab etmişdir. Bundan başqa tərəfimizdən iddiaçının işlədiyi həmin 4 müəssisəyə sorğular ünvanlanmış, müvafiq vəzifənin vəzifə təlimatları, həmin vəzifələrdə işləməsi ilə əlaqədar ona tətbiq olunan güzəştlər (əlavə məzuniyyət, əlavə əməkhaqqı və s.) barədə məlumatlar tələb edilmişdir. Bunlardan "xxxx" ASC və "xxxx" ASC-yə ünvanlanmış məktublar ünvanın düzgün olmaması və bu ünvanda yerləşməməsi əsasları ilə geri qayıtmışdır (müvafiq ünvanlar arayışların tərtib olunduğu blankların üzərində qeyd edilmişdir). "xxxx" MMC-nin ##.##.2025-ci il tarixli 11-1/2-51- **/**** nömrəli cavab məktubuna əsasən İddiaçı orada yol fəhləsi işlədiyi ##.##.2015- ##.##.2021-ci il tarixləri arasındakı dövr ərzində həmin vəzifədə işləməsi ilə əlaqədar olaraq heç bir güzəşt tətbiq olunmadığı qeyd olunmuşdur. "4 N-li X9" MMC-nin ##.##.2025-ci il tarixli **-*/*-**-**/**** nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “İddiaçı ##.##.2007-ci il tarixindən ##.##.2013-cü il tarixinə kimi işlədiyi ** saylı yol istismarı müəssisəsi “xxxx” ASC Idarə Heyətinin ** saylı ##.##.2016-cı il tarixli qərarına əsasən ləğv edildiyindən müəssisədə digər müvafiq məlumatlar yoxdur. İddiaçı iş yeri və işlədiyi vəzifənin xüsusiyyətləri barədə ünvanınıza müvafiq arayış göndərilmişdir”. Beləliklə müəssisələr tərəfindən iki fərqli və ziddiyyətli arayışlar verilməsinə aydınlıq gətirilməmiş və əlavə məlumatlar da təqdim olunmamışdır. Kollegiyanın diqqətinə xüsusilə çatdırırıq ki, müvafiq hallar məhkəmə icraatının gedişində məhkəmənin diqqətinə çatdırılmış, məhkəmə əlavə araşdırma zərurəti olmaması əsası ilə işin araşdırılmasını yekunlaşdırmışdır. Iddiaçının işlədiyi vəzifə üzrə vəzifə təlimatları, ona tətbiq edilən güzəştlər barədə hər hansı araşdırılma aparılmamışdır. Istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınmaqla, iddiaçının iddia tələbinin əsassız və qanunazidd olduğu olduğu halda məhkəmə tərəfindən təmin edilmişdir.
Tərəflərin izahatları
16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsiNümayəndə apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
17. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
TƏTBIQ EDILƏN HÜQUQ
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; ... 9.1. ##.##.2022-ci ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
19. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı
29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri a) fəhlələr. asfalt və beton döşəyənlər.
20. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI
21. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
22. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
23. Iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi ##.##.2025-ci il tarixdir. Iddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 38.2-ci, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.
24. Işin mahiyyətinə gəldikdə isə hazırda iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “İddiaçı ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədədir. Cavabdeh “iddiaçının güzəşli iş stajının 12 il 6 aydan az (3 il 2 ay 1 gün (##.##.2021-##.##.2024-cü il tarixləri arasındakı dövr) təşkil etməsinə” istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Işə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “məhkəmə icraatı gedişində iddiaçı barəsində güzəştli arayış təqdim etmiş müəssisələrə sorğu verilərək iddiaçının işlədiyi vəzifə və həmin vəzifənin konkret siyahıdakı uyğun gəldiyi kod dəqiqləşdirilmiş və nəticə etibarı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” MMC, “xxxx” ASC, “xxxx” ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 4№-li X9 MMC tərəfindən verilmiş arayışlarda iddiaçının işlədiyi vəzifələrin məhz siyahıda asfalt və beton döşəyənlər vəzifəsinə uyğunluğu öz təsdiqini tapmışdır.”
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
26. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
27. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır.
28. Hazırki işdə iddiaçı ##.##.1959-cu il təvəllüdlü olmaqla ##.##.2022-ci il tarixdə 62 yaş 06 ay 16 gün tamamlamışdır.
29. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
30. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir.
31. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
32. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....)
34. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və müvafiq güzəştli arayışı təqdim etmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçının ##.##.2006-cı il tarixədək ##.##.1978-ci il tarixdən ##.##.1980-ci il tarixədək hərbi xidmət dövrü əmək fəaliyyəti dövrü ##.##.1982- ##.##.1988-ci il, ##.##.1989- ##.##.1989-cu ilədək, ##.##.1989- ##.##.1989, ##.##.1989-##.##.1989, ##.##.1990- ##.##.1991, ##.##.1991- ##.##.1991, ##.##.1991- ##.##.1995, ##.##.2001- ##.##.2004, ##.##.2005- ##.##.2006-cı il tarixədək 18 il 08 ay 25 gün, ##.##.2006-cı il tarixdən sonra məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr:mart 2006-dekabr 2006-cı il, yanvar 2007- dekabr 2008-ci il, yanvar-dekabr 2009-cu il, yanvar-dekabr 2010, yanvar-dekabr 2011, yanvar 2013-aprel 2014-cü il üzrə, may 2014-cü il-iyun 2021-ci il üzrə, iyul 2021- ##.##.2022-ci il tarixədək ümumilikdə 25 ildən sığorta stajı toplamışdır.
35. Cavabdeh orqan iddiaçının ümumi iş stajını mübahisələndirmir. Hazırda inzibati mübahisə "xxxx" ASC-nin # ###### 2025-ci il tarixli ** nömrəli arayışında ##.##.2001-##.##.2004-cü il tarixləri arasındakı dövr ərzində, "xxxx" ASC-nin ## ###### 2024-cü il tarixli ** nömrəli arayışında ##.##.2005- ##.##.2007-ci il tarixləri arasındakı dövr ərzində, "4 X2 Istismarı" MMC-nin ## ###### 2024-cü il tarixli **-*/*- ***-**/**** nömrəli arayışında ##.##.2007-##.##.2013-cü il tarixləri arasındakı dövr ərzində və "xxxx" MMC-nin ## ###### 2024-cü il tarixli 11-1/2-105- **/**** nömrəli arayışında isə ##.##.2015-##.##.2021-ci il tarixləri arasındakı dövr ərzində yol fəhləsi vəzifəsində işlədiyi dövrün iddiaçının güzəştli stajına aid edilib-edilməməsi ilə bağlıdır.
36. Bununla yanaşı, Kollegiya iddiaçı güzəştli şərtlərlə ona yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması məqsədilə Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini də yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir.
37. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na * nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur.
38. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir.
39. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli **-*/*-***-**/**** nömrəli Arayışda göstərilmişdir ki, İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “xxxx” MMC-də ##.##.2015-ci il tarixdən **/k nömrəli əmrlə yol fəhləsi vəzifəsinə daxil olmuş, ##.##.2021-ci il tarixindən **/k nömrəli əmrlə yol fəhləsi vəzifəsindən azad olunmuşdur. Işlədiyi vəzifə üzrə sosial (və ya iş) stajı 6 il 1 ay təşkil edir. Işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri-yol inşaaqtı, asfalt-beton örtüyünün döşənməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndində b yarımbəndində fəhlə vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.
40. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli **-*/*-***-**/**** nömrəli Arayışda göstərilmişdir ki, İddiaçı “** saylı X7” (hazırki "4№-li X9"MMC-də) ##.##.2007-ci il tarixdən ***/K nömrəli əmrlə fəhlə peşəsinə və ##.##.2013-cü il tarixdən */**/k nömrəli əmrlə fəhlə peşəsindən işdən azad edilmişdir. Işlədiyi peşə üzrə sosial (və ya iş) stajı 6 il işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri-yol inşaatı, asfaltbeton örtüyünün döşənməsindən ibarət olmaqla, Azərbaycan Respublikası kası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndində / b yarımbəndində fəhlə vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidi.
41. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ** nömrəli Güzəştli Arayışdan görünür ki, İddiaçı "xxxx” Açıq Səmdar Cəmiyyətinə ##.##.2001 ci il tarixdən İ/** №-li əmrlə 5-ci dərəcəli isti asfalt yayma üzrə yol fəhləsi peşəsinə qəbul edilmiş və ##.##.2004-cü il tarixində öz xahişi ilə işdən azad edilmişdir. Işlədiyi peşə üzrə iş stajı 3 (üç) il təşkil edir. Işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri yol inşaatı, asfalt-beton örtüyünün döşəməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007- ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndinin "b" yarımbəndinədə fəhlə vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.
42. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ** nömrəli Arayışdan görünür ki, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətində ##.##.2005-ci il tarixdən **/k nömrəli əmrlə isti asfalt yayma üzrə yol fəhləsi peşəsinə qəbul edilmiş və ##.##.2007-ci il tarixli **/k nömrəli əmrlə işdən azad edilmişdir. Işlədiyi peşə üzrə iş stajı 2(iki) il təşkil edir. Işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri - yol inşaatı, asfalt-beton örtüyünün döşənməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndinin > yarımbəndində fəhlə vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.
43. Işin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəməyə təqdim olunmuş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 4№-li X9 MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **-*/*-Q-*-**/*-*/**** nömrəli Arayışda göstərilmişdir ki, İddiaçı "** saylı X7” (hazırki "4№-li X9 "MMC-də) ##.##.2007-ci il tarixdən ***/K nömrəli əmrlə fəhlə peşəsinə və ##.##.2013-cü il tarixdən */**/k nömrəli əmrlə fəhlə peşəsindən işdən azad edilmişdir. Işlədiyi peşə üzrə sosial (və ya iş) stajı 6 il işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri-yol inşaatı, asfalt- beton örtüyünün döşənməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndində / a yarımbəndində asfalt-beton örtüyünün döşəməsi vəzifə kodunda müəyyən ədilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidi.
44. Işin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəməyə təqdim olunmuş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 4№-li X9 MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ** nömrəli Arayışda göstərilmişdir ki, İddiaçı (Fin:*******,AA6684912) həqiqətən ##.##.2001 ci ildən ##.##.2004-cü il qədər “xxxx” Açıq Səmdar Cəmiyyətininin Yol- tikinti sahəsində asfalt-beton döşəyən fəhlə peşəsi üzrə işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin" Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın təsdiq edilməsi haqqında ##.##.2007- ci il tarixli ** saylı Qərarının 29-cu maddəsinin “a” bəndinə əsasaən (asfalt-beton döşəyənlər) İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir.
45. Işin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəməyə təqdim olunmuş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin * nömrəli X9 MMC-nin ##.##.2025-ci il tarixli **-*/*-**-**/**** nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı ##.##.2007-ci il tarixdən ##.##.2013-cü il tarixə kimi Işlədiyi ** saylı yol istismarı müəssisəsi "xxxx" ASC Idarə Heyətinin ** saylı ##.##.2016-cı il tarxili qərarına əsasən ləğv edildiyindən müəssisəmizdə digər müvafiq məlumatlar yoxdur. İddiaçı iş yeri və işlədiyi vəzifənin xüsusiyyətləri barədə ünvanınıza müvafiq arayış göndərilmişdir. "4-N-li X8” MMCnin fəaliyyəti Bakı-Şamaxı-Yevlax avtomagistralı istiqamətində yolların istismarı, saxlanılması,təmiri və təhlükəsiz hərəkətin təmin edilməsindən ibarətdir.
46. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli **-li nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı ##.##.2005-ci ildən ##.##.2007-ci ilə qədər “xxxx” ASC-nin yol tikinti sahəsində asfalt-beton döşəyən fəhlə peşəsi üzrə işləmişdir. AR Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi haqqında” ** saylı ##.##.2007-ci il tarixli Qərarının 29-cu maddəsinin a bəndinə əsasən (asfalt-beton döşəyənlər) İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alma hüququna malikdir.
47. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq “xxxx” ASC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ** nömrəli Arayışda göstərilmişdir ki, İddiaçı (Fin:*******, AA6684912) ##.##.2001-ci il tarixdən ##.##.2004-cü il tarixədək "xxxx "Ascdə 5-ci dərəcəli isti asfalt yayma üzrə yol fəhləsi peşəsində işləmişdir və ##.##.2004cü tarixdən isə öz xahişi ilə işdən azad edilmişdir. Işlədiyi peşə üzrə iş stajı 3 (üç) il təşkil etmişdir. Işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri yol inşaatı, asfalt-beton örtüyünün döşəməsindən ibarətolmaqla,Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007- ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndinin "b" yarımbəndinədə fəhlə vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.
48. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “* nömrəli X9 MMC” tərəfindən verilmiş ##.##.2025-ci il tarixli 11- */*-**-**/**** nömrəli məktubunda göstərilmişdir ki, ##.##.2025-ci il tarixli 2-1(112)- ****/**** nömrəli məktubunda əsasən İddiaçı “4№li X9” MMC-nin sistemində adı çıxmadığına və onlarda yaşadığı ünvan olmadığına görə məlumat verə bilmirlər.
49. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli *-**-*/*-*****/**** nömrəli məktubunda göstərilmişdir ki, mart 2006-dekabr 2006cı il, yanvar, mart, may 2007-ci il ayları Bakı Yol tikinti -1 ASC tərəfindən, * nömrəli Magistral Yolların istismarı MMC tərəfindən 2007-ci il aprel-dekabr 2008-ci il, yanvar 2009-cu il, aprel 2013-cü il, MQS MMC tərəfindən aprel 2013-aprel 2014-cü il üzrə, xxxx MMC tərəfindən may 2014-cü il-iyun 2021-ci il üzrə, ITM Istehsalat Tikinti Mexanizasiya Şirkəti MMC tərəfindən iyul 2021-dekabr 2024-cü il üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir.
50. Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndinə əsasən bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri a) fəhlələr böməsində asfalt və beton döşəyənlər vəzifəsi zərərli iş stajı kimi nəzərdə tutulmuşdur.
51. Iş yerindən təqdim edilmiş güzəştli arayışlarda ilkin olaraq iddiaçının vəzifəsi yol fəhləsi kimi qeyd edilsə də lakin müəssisələrin təqdim etdiyi həmin arayışlarda iddiaçının işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri kimi yol inşaatı, asfaltbeton örtüyünün döşəməsindən ibarət olduğu xüsusi qeyd edilmiş və siyahıda 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri a) fəhlələr bölməsində olduğu qeyd edilmişdir.
52. Kollegiya qeyd edir ki, qeyd olunanlarla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
53. Beləliklə, iddiaçının zərərli iş stajının yarandığı müəssislərin verdiyi arayışlardan iddiaçının pensiya hüququnun yarandığı ##.##.2022-ci il tarixədək tələb olunan-12 il 06 ay güzəştli iş stajının olduğu müəyyən edilir. Ona görə də iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.
54. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
55. Odur ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
56. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev