Məhkəmə qərarları › İş №2-1(3-6)-531/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-531/2026

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-531/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X5 və X9 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçı Iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil/Nümayəndə, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, Iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə (hazırkı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh) qarşı Üçüncü şəxs MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *- *(***)-****/**** nömrəli, ## ###### 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 419, *** nömrəli bağ sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınması və buna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və ünvan 1 ünvanında yerləşən 421 və *** nömrəli bağ sahələri üzərində hüququn ölmüş şəxsə, yəni X4 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2021-ci il tarixli qərarı ilə (hakim Ş.Həsənova) iddia təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin *-*(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı Iddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. AR IPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin *-*(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı Iddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması mümkün hesab edildikdən sonra müəyyən edilmişdir ki, apellyasiya şikayəti bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur, belə ki, iş materiallarından müəyyən olunur ki, apellyasiya şikayəti qərarın elan olunduğu və tərəfə göndərildiyi tarixdən 4 ildən çox müddət keçdikdən sonra, yəni onun verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verilmiş, ötürülmüş prosessual müddətin üzrlü hesab edilməsi barədə ərizə məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Həmin Məcəllənin 85.3-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etdilər. Əlavə olaraq izahatda bildirdilər ki, məhkəmə qərarı rəsmi olaraq iddiaçıya təqdim edilməmiş, yalnız vəkilin müraciətindən sonra ##.##.2026-cı il tarixdə ona təqdim edilmiş, apellyasiya şikayəti də onun verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmədən məhkəməyə poçt rabitəsi vasitəsilə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə kollegiyası əvvəla diqqətə çatdırır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu qayda eynilə apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin apellyasiya şikayətinin mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə kollegiyası eyni zamanda diqqətə çatdırır ki, apellyasiya şikayətinin mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 23-cü maddəsinə əsasən hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən inzibati məhkəmə icraatının iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. Iş materiallarından müəyyən edilir ki, iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 419, *** nömrəli bağ sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınması və buna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və ünvan 1 ünvanında yerləşən 421 və *** nömrəli bağ sahələri üzərində hüququn ölmüş şəxsə, yəni X4 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin ## ### 2021-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı ünvan 1 ünvanında yerləşən 419, *** nömrəli bağ sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınması və buna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi və ünvan 1 ünvanında yerləşən 421 və *** nömrəli bağ sahələri üzərində hüququn ölmüş şəxsə, yəni X4 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi üzrə icraatlar ayrılmışdır. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2021-ci il tarixli və *-*(***)-***/**** nömrəli ## ###### 2021-ci il tarixli qərarları ilə iddia tələbləri təmin edilməmişdir. Apellyasiya instansiya icraatı zamanı sorğu ilə Bakı Inzibati Məhkəməsindən *-*(***)- ***/**** nömrəli inzibati iş tələb olunmuş və həmin inzibati işin materiallarına baxış keçirilmişdir. Iş materiallarından müəyyən edilir ki, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2021-ci il tarixli və *-*(***)-***/**** nömrəli, ## ###### 2021-ci il tarixli qərarları qəbul edilən zaman, yəni ## ###### 2021-ci il tarixli məhkəmə iclaslarında iddiaçının səlahiyyətli nümayəndəsi və vəkili X2 iştirak etmiş, bununla da iddiaçı tərəf məhkəmənin sözügedən qərarından məlumatlı olmuşdur. Belə ki, iddiaçının hüquqlarını təmsil və müdafiə etdiyi şəxsə verdiyi etibarnamənin müddəti ##.##.2021-ci il tarixinədək qüvvədə olmuşdur. Bununla belə apellyasiya şikayəti məhkəmə qərarı elan olunduqdan 4 ildən çox müddət keçdikdən sonra verilmişdir. Iş materiallarına əlavə edilmiş Bakı Inzibati Məhkəməsindən göndərilən sənədlərin reyestrindən görünür ki, ##.##.2021-ci il tarixdə məhkəmənin sözügedən qərarları iddiaçı Iddiaçı ünvanına göndərilmişdir. Bununla belə apellyasiya instansiya icraatı zamanı müvafiq sorğu ünvanlanmış, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” X3 “xxxx” MMC tərəfindən verilmiş **-*-**/*-****/**** nömrəli ##.##.2026-cı il tarixli məktubu ilə bildirilmişdir ki, müraciətdə qeyd olunan tarixin üzərindən uzun müddət keçdiyi üçün SS773271184AZ, SS773271198AZ, SS773271207AZ və SS773271215AZ ştrix kodlu məktublar barədə məlumatların təqdim olunması texniki baxımdan imkan xaricindədir. Belə ki, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2 bəndinə əsasən, poçt göndərişinin çatdırılmaması, gecikdirilməsi, oğurlanması, zədələnməsi və itirilməsi ilə bağlı istifadəçinin iradı göndərişin qəbulu günündən keçən 6 (altı) ay ərzində müvafiq poçt rabitəsi operatorunun istənilən poçt məntəqəsinə verilə bilər. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçı tərəfindən qərarların konkret olaraq əldə olunub-olunması, hansı tarixdə əldə olunması müəyyən edilməsə belə, təkcə bu hal iddiaçı tərəfindən 4 il sonra verilən şikayət üzrə apellyasiyanın mümkün hesab edilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin məhkəmə kollegiyası tərəfindən *-*(***)-***/**** nömrəli inzibati işin materiallarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, ##.##.2023-cü il tarixdə iddiaçı Iddiaçı sənədlərin əslinin ona verilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmiş və müraciəti təmin edilmişdir. Göründüyü kimi, iddiaçı ən geci 2023-cü ildən onun tərəfindən eyni əsaslarla qaldırılmış və eyni tarixdə yekunlaşmış yekun məhkəmə aktı barədə məlumatlı olmuşdur. O da qeyd edilir ki, eyni iddiada qaldırılmış tələblər üzrə məhkəmə gedişatında icraat ayrılsa da eyni tarixli məhkəmə iclaslarında araşdırmalar aparılaraq işlərdən birinin yekunlaşması digərinin isə iddiaçının deyimi ilə “baxılmamış saxlanılması” halı mümkünsüzdür və məntiqi deyildir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sözügedən qərardan məlumatlı olmaması ağlabatan hesab olunmur. Eyni zamanda iş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 verilmiş ##.##.2025-ci il tarixli cavab məktubu ilə hazırda sözügedən qərarla, yəni Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2021-ci il tarixli qərarı ilə iddiaçının iddia tələbinin təmin olunmadığı bildirilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəf sözügedən qərardan hətta ##.##.2025-ci il tarixdə məlumatlı olsa belə (məhkəmə iclası zamanı noyabrda cavab məktubu əldə edildiyi bildirildi), yenə də apellyasiya şikayəti müddət ötürülməklə ##.##.2026cı il tarixdə poçt rabitəsinə verilməklə ##.##.2026-cı il tarixdə dəftərxanaya daxil olmuşdur. Oxşar iş üzrə Ali Məhkəmənin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadında qeyd edilmişdir ki: “31.Kollegiya onu da qeyd edir ki, məhkəmə qərarı ilə iddia tələbi təmin edilmiş iddiaçının həmin qərarın icra edilməsi üçün 6 ildən çox müddət ərzində cavabdehi hər hansı (yazılı və ya şifahi) qaydada xəbərdar etməməsi də ağlabatan hesab olunmur.

32. Nəzərə alınmalıdır ki, cavabdehin 6 ildən çox müddət ərzində işin taleyi ilə maraqlanmaması, bununla bağlı heç bir prosessual hərəkət etməməsi adi və vicdanlı prosessual davranış standartlarına uyğun hesab edilə bilməz. Uzun müddət davam edən tam passivlik tərəfin öz hüquqlarına münasibətdə lazımi diqqət və qayğı göstərmədiyini göstərən hal kimi qiymətləndirilməlidir.

33. Əks yanaşma qəbul edilərsə, bu hüquqi müəyyənlik prinspini zəiflədər, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının uzun illər sonra yenidən mübahisələndirilməsi üçün qeyri-məhdud imkan yaradar və məhkəmə aktlarının sabitliyinə xələl gətirər. Apellyasiya məhkəməsi tərəfindən isə cavabdehin şikayəti üzrə apellyasiyanın mümkünlüyünə düzgün hüquqi qiymət verilməmiş, bu qərarda qeyd olunan hallar nəzərə alınmadan şikayətə mahiyyəti üzrə baxılmışdır.” Göründüyü kimi, hazırkı iş üzrə də iddiaçı 4 ildən çox müddət ərzində işin taleyi ilə maraqlanmamış, bununla bağlı heç bir prosessual hərəkət etməməklə adi və vicdanlı prosessual davranış standartlarını sərgiləməmiş, qərardan apellyasiya şikayətini vaxtında verməmişdir. “X11 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu ## ### 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, «... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Hazırkı iş üzrə iddiaçı tərəfindən Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2021-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün müəyyən edilən müddətin üzürlü səbəblərdən buraxılmasına dair onun özünün iradəsindən asılı olmayan, habelə, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxan sübutlar təqdim edilməmişdir. Beləliklə, iddiaçı Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2021ci il tarixli qərarından apellyasiya şikayəti verməsi üçün nəzərdə tutulan prosessual müddətin 4 ildən çox ötürülməsinin üzürlü səbəblərini göstərmədiyindən və buna dair müvafiq sübutlar təqdim etmədiyindən apellyasiya şikayəti mümkün hesab edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməli, həmçinin apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin *-*(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2, 80, 85.2, 87, 90 və 94 və AR MPM-in 384.0.6-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı Apellyasiya Məhkəməsinin *-*(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2021-ci il tarixli qərardadından iddiaçı Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar