Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-535/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar X7, iddiaçı1 Ilyaz oğlunun və iddiaçı2 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “ərizənin verilməsi öhdəliyinin həvalə edilməsI” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər: X4 (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Iddiaçı X7, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsnün nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı X7, iddiaçı1 Ilyaz oğlu və iddiaçı2 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Üçüncü şəxs və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs üçüncü şəxslər qismində göstərilməklə “ərizənin verilməsi öhdəliyinin həvalə edilməsi” tələbinə dair Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT:
1. Iddiaçılar X7, iddiaçı1 Ilyaz oğlu və iddiaçı2 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Üçüncü şəxs və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs üçüncü şəxslər qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən ** saylı mənzilə Ipoteka saxlayan Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Üçüncü şəxs ərizənin verilməsi öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişlər.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər X2, Əsgərova Əbdül ilyas oğlu, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs və iddiaçı2 qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 27.788,94 manat borcun, bundan 14 984,75 manat əsas. 2.025,31 manat faiz borcu 4.673,52 manat cərimə və AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 6051,36 manat faiz borcu, ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün istifadə edilən 51 manat dövlət rüsumu, ilkin mediasıya sesiyasının keçirilməsi ilə bağlı ödənilmiş 174 manat məbləğində xərcin cavabdeh İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ iddiaçı2 Tərxan qızına X2 və iddiaçı1 məxsus olan ünvan 2 ünvanında yerləşən ** saylı mənzilinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tutulması ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ləğv prosesində olan “xxxx” ASC eyni məzmunlu iddia ilə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. Qazax Rayon Məhkəməsi ## #### 2017-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinə əsasən cavabdeh İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs 14984.75 manat əsas, 2395,13 manat faiz cəmi 17379.88 manat, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçı ləğv prosesində olan “xxxx”ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, iddiaçı2. X2 və iddiaçı1 xüsusi mülkiyyət hüquqi ilə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində 0,426 ha torpaq sahəsində yerləşən **/*** nömrəli, ** nömrəli mənzilə yönəldilməsi, həmin evin açıq hərrac vasitəsi ilə satılmağı və satışdan əldə edilən vəsaitin ödənişə yönəldilməsi və evin satışından sonra boşaldılaraq banka təhvil verilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
4. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun olaraq əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, hakim qərar qəbul edərkən, işdə olan yazılı sübutlara və məhkəmə iclası vaxtiı və yeri barədə bizə məlumat bildirmədən, həmin iş üzrə birtərəfli yanaşaraq, hal- hazırda qüvvədə olan maddi və prosessual hüquq normalarına əməl etmədən iddianın mükün sayılmaması barədə ## ###### 2026-cı il tarixli 2-1(1 12)- *****/**** saylı qərardadı qəbul etmişdir. Hakim məhkəmə iclasın vaxtı və yeri barədə tərəflərə məlumat vermədən ## ###### 2026-cı il tarixli *-*(***)-*****/**** saylı qərardad qəbul etmişdir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Insan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi - dövlət daxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə ## ### 2007-ci il tarixli Qərar). Ancaq iş matiralına baxanda ğörəsiniz ki,mən tərəfindən təqdim olunmuş sübutlar əsasında aparılmış məhkəmə araşdırmaları nəticəsində toplanmış sübutlar, məhkəmə zalında verilmiş ifadələrlə acıq aydın görünür ki, Bakı Inzibatı Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-*****/**** saylı qərardad qeyri qanuni qəbul olunmuş bir qərardaddır. Gəncə Apelliyasiya Məhkəməsinin 26 sentiyabr 2017-ci il tarixli 2(104)- ****/**** saylı qərardadı ilə Qazax Rayon Məhkəməsi ## #### 2017-ci il tarixli *(***)- ****/**** saylı qətnaməsi qismən ləğv edilərək iddiaçıya izah edilmişdir ki, iddia ərizəsinin ipoteka predmetmə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair hissəsi üzrə yenidən məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Apelliyasiya Məhkəməsinin 26 sentiyabr 2017-ci il tarixli 2(104)- ****/**** saylı qərardadı qanuni qüvvəsinin aldığı tarixdən bu günə kimi 8 (səgiz) il müddət ötüb. Bu müddət ərzində iddiaçı Ləğv prosesində olan “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə müraciət etməmişdir və sözügedən mənzil barədə heç bir mübasələndirmə aparmamışdır. Bundan başqa Ləğv prosesində olan “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Gəncə Kommersiya Məhkəməsinə eyni məzmunlu iddia tələbi ilə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsi tərəfindən ##.##.2025-ct il tarixli e-2- *(***)-***/**** saylı qətnaməsi ilə Ləğv prosesində olan “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası rədd edilmişdir. Biz tərəfdən Mülkiyyətimizdə olan Azadlıq prospekti ev 14/ 166 ünvanında yerləşən ** saylı mənzilə Ipoteka saxlayan Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyistri PHŞ-in * saylı Bakı Ərazi Idarəsiə ərizənin verilməsi barədə müraciət etmişdik. Əmanətlərin Sığortalanması Fondu tərəfindən bizim müraciətimizə aşağıda qeyd olunan qanunun müvafiq maddələri pozulmaqla imtina edilmişdir.
Tərəflərin izahatları
6. ##.##.2026-cı il tarixli məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər iddiaçılar və digər üçüncü şəxs məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Inzibati məhkəmə icraatının iştirakçıları hazırki işə digər iddiaçıların və digər üçüncü şəxsin iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası IPM-nə əsaslanaraq hazırki işə cavabdeh üçüncü şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsinin və iddiaçılar iddiaçı1 Ilyaz oğlunun və iddiaçı2 iştirakı olmadan baxılmasını mümkün saymışdır.
7. Iddiaçı X7 iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və iddianın mümkün sayılmasını xahiş etmişdir.
8. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
9. Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsnün nümayəndəsi X1 apellyasiyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
10. Azərbaycan Respublikası Konstitusiyası
60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.
62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
11. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 3.5. Apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi nəzərindən qiymətləndirməlidirlər. 4.1. IPM-in 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
12. HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/532/28-inzibati-vemulki-huquq-munasibetlerinden-ireli-gelen-mubahiselerin-mehkeme-aidiyyetinedair.pdf" Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarı:
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 5.1. Inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır
13. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
15. Ilk növbədə qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
16. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
17. Hazırda iddiaçının tələbi “mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən ** saylı mənzilə Ipoteka saxlayan Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Üçüncü şəxs ərizənin verilməsi” barədə olmuşdur. Birinci instansiya məhkəməsi yaranmış münasibətlərin xüsusi hüququn nizamasalma predmetinə aid olub, publik hüquq münasibətləri olmadığından hazırki iddiaya inzibati icraat qaydasında baxıla bilməməsinə istinad edərək iddia tələbini mümkün saymamışdır.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
19. Mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24-26 və 30-cu maddələri, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra – IPM) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XIX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.
20. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.
21. Hazırki inzibati işdə, tərəflər arasında olan mübahisə xüsusi hüququn nizamasalma predmetinə aiddir və həmin növ hüquq münasibətlərinə aid mübahisələrin məhkəmədə (ümumi məhkəmədə) mülki məhkəmə icraatı qaydasında həll edilməsi nəzərdə tutulmuşdur.
22. Ona görə də birinci instansiya məhkəməsinin iddiaya inzibati icraat qaydasında baxıla bilməməsinə istinad edərək iddianı mümkün saymamasına dair qənaəti düzgündür.
23. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
24. Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev