Məhkəmə qərarları › İş №2-1(3-6)-544/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-544/2026

23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-544/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “medalla təltif edilmə” tələbinə dair inzibati iş üzrə (Açar sözlər: qərarın icrası, cərimə tətbiq edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “medalla təltif edilmə” tələbinə dair inzibati iş üzrə “Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərarının icrası ilə bağlı ərizəyə” dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, iddiaçı İddiaçı “medallarla təltif edilmə” barədə müraciətinə yenidən baxılaraq inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq əsaslandırılmış cavabın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmiş və iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli 2-1(103)- ****/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin *- *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı qanuni qüvvəsini aldığından ##.##.2024-cü il tarixli məktubla icra olunması üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilmişdir. İddiaçı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin məhkəmə qərarını icra etməməsinə görə cərimələnməsini təmin edilməsini, əgər Müdafiə Nazirliyinin icra öhdəliyi müəyyən edilmiş müddət ərzində yerinə yetirilməzsə, təkrar cərimə və digər icra tədbirlərinin tətbiq edilməsini, vəzifəli şəxslərin şəxsi məsuliyyətinin müəyyən olunması üçün tədbirlər görülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin onun barəsində medal təltifi ilə bağlı son göndərdiyi məktubu əsassız sayılır. MN məktubunda komissiya yaradıldığını, məsələnin araşdırıldığını bildirmişdir, lakin: 1.Onun döyüşdə fərqləndiyi faktları sübut edən sənədləri və hərbi hissədən gələn müsbət cavabları nəzərə almamışdır. 2.MN formal addımlar atmaqla məhkəmə qərarını icra etməmiş, faktları təkzib edən qərar qəbul etmişdir. 3.Məktubda yalnız ümumi normativ əsaslar göstərir və MN-in icra öhdəliyini yerinə yetirməməsi faktını dəyişdirmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli (sədrlik edən hakim Aygün Əhədova) qərardadı ilə vəsatət təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəmə qərarını vaxtında və mahiyyəti üzrə icra etmədiyinin tanınması, İPM-in 120.1-ci maddəsinə əsasən cavabdeh barəsində cərimə tətbiq edilməsi və ya işin yeni baxış üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.5-ci maddəsinə əsasən inzibati icraatın maksimal müddəti 90 (doxsan) gündür. Lakin cavabdeh məhkəmə qərarının qanuni qüvvəyə minməsindən sonra 90 gündən artıq müddət ərzində icra hərəkətləri aparmamış, iddiaçıya məhkəmə qərarının mahiyyətinə uyğun olmayan, əvvəlki mövqeyi təkrarlayan əsassız imtina məktubları təqdim etmişdir. Bu səbəbdən ##.##.2025-ci il tarixində cavabdeh barəsində cərimə tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Lakin həmin ərizəyə uzun müddət baxılmamış, yalnız ##.##.2025-ci il tarixli təkrar müraciətindən sonra işə baxılmışdır. Bundan sonra ##.##.2025-ci il tarixində məhkəmə baxış iclası təyin etmiş və iclasda cavabdeh tərəfə sonuncu şifahi xədərdarlığım edərək, ##.##.2025-ci il tarixinə təyin edilən iclasa məhkəmə qərarının icrası üçün əsaslı cavabın verilməsi öhdəliyini qoymuşdur. ##.##.2025-ci il tarixli məhkəmə iclasında cavabdehə açıq şəkildə bildirilmişdir ki, indiyədək təqdim edilən cavablar əsassızdır və cərimə tətbiq edilə bilər. Bundan sonra cavabdeh əvvəlki mövqeyini dəyişmədən, eyni məzmunlu imtinanı bu dəfə nazirlik daxili ali komissiya qərarı adı altında təqdim etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli, ** saylı qərarında açıq şəkildə göstərilir ki, inzibati orqana verilən bütün icra müddətləri 90 günü keçə bilməz. Halbuki, cavabdeh bu müddəti açıq şəkildə aşmış, birinci instansiya məhkəməsi isə bu fakta hüquqi qiymət verməmişdir. Plenum qərarına əsasən məhkəmə qərarının icrası: yalnız formal deyil, mahiyyəti üzrə, məhkəmənin hüquqi mövqeyinə uyğun olmalıdır. Cavabdehin təqdim etdiyi komissiya qərarı isə: əvvəlki imtinanın eynidir, iddiaçının döyüşdə iştirak faktlarına hüquqi qiymət vermir,məhkəmənin hüquqi mövqeyini nəzərə almır. Bu səbəbdən həmin sənəd məhkəmə qərarının icrası sayıla bilməz. Birinci instansiya məhkəməsi: cavabdehin məhkəmə qərarını niyə vaxtında icra etmədiyini, niyə uzun müddət əsassız imtinalar verdiyini, niyə cərimə tədbirinin tətbiq edilməli olub-olmadığını araşdırmamışdır. Prosessual məsələlər Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadının ləğv edilməsini, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəmə qərarını vaxtında və mahiyyəti üzrə icra etmədiyinin tanınması, İPM-in 120.1-ci maddəsinə əsasən cavabdeh barəsində cərimə tətbiq edilməsi və ya iş yeni baxış üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Maddə 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ** saylı ## ###### 2021ci il tarixli qərarı: “İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqlainzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir.” Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.5-ci maddəsinə əsasən inzibati icraatın maksimal müddəti 90 (doxsan) gündür. Lakin cavabdeh məhkəmə qərarının qanuni qüvvəyə minməsindən sonra 90 gündən artıq müddət ərzində icra hərəkətləri aparmamış, iddiaçıya məhkəmə qərarının mahiyyətinə uyğun olmayan, əvvəlki mövqeyi təkrarlayan əsassız imtina məktubları təqdim etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Bunu belə, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh məhkəmənin qanuni qüvvəsini almış qərarının icrası ilə bağlı birinci instansiya məhkəməsinə əsaslandırılmış cavab təqdim etmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ##.##.2025-ci il tarixli məktubu ilə təqdim edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin ##.##.2025-ci il tarixli **/*-**** nömrəli “Vətəndaş İddiaçı təltif olunması məsələsinə baxılması haqqında” məktubda göstərilmişdir ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "medalla təltif olunma" tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli 2-1(112)- ***/**** nömrəli qərarı əsasında inzibati icraat üzrə araşdırma aparılmışdır. Azərbaycan Respublikası müdafiə nazirinin ## ### 2004-cü il tarixli *** nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında" Təlimata əsasən: Silahlı Qüvvələrin hərbi qulluqçularının Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunması Azərbaycan Respublikasının ordenlərinin statutuna və medalları haqqında əsasnamələrə uyğun olaraq (Əlavə №*) hərbi borcu yerinə yetirərkən göstərilən fədakarlıq və rəşadətə, döyüş hazırlığında əla göstəricilərə, yəni hərbi texnikanı əla mənimsəməyə, qoşunlara (hissələrə, bölmələrə) nümunəvi rəhbərliyə, Silahlı Qüvvələr və dövlət qarşısında digər mühüm xidmətlərə görə həyata keçirilir. Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikasının Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilir. Təltifi Müdafiə nazirinin səlahiyyətində olan medallar üçün təqdimatlar isə Müdafiə nazirinə təqdim olunur. Bütün təltif sənədləri "Müdafiə Nazirliyinin Təltif komissiyasfnda baxıldıqdan sonra Azərbaycan Respublikasının müdafiə nazirinə təqdim olunur. - hərbi hissə, birlik, birləşmə, idarə, müəssisə və təşkilatların hərbi qulluqçuları, fəhlə və qulluqçuları üçün tərtib olunmuş təqdimat birbaşa rəislərin rəyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin), Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir. Təqdimat bilavasitə rəislərin rəylərindən sonra Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə təqdim edilir. Kadr orqanları Azərbaycan Respublikasının orden və medalları ilə təltifə təqdim olunmuş şəxslərin fərdi uçotunu aparır. Azərbaycan Respublikasının ## ###### 2020-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" Azərbaycan Respublikasının medalları haqqında Əsasnamələrə əsasən həmin medallar ilə Azərbaycan Respubliksının Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilirlər. Bu Əsasnamənin birinci maddəsində göstərilən şəxslər "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" Azərbaycan Respublikasının medalları ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Həmçinin qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hərbi qulluqçular vəzifə borclarının icrası zamanı mərdlik və şücaət göstərilməsinə, hərbi xidmət vəzifələrinin nümunəvi yerinə yetirməsinə görə Azərbaycan Respubliksının dövlət mükafatları ilə təltifə təqdim oluna bilərlər. Müvafiq medalla təltif edilmə isə məhz Azərbaycan Respubliksının Prezidentinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası İnzibati-İqtisadi Kollegiyasının iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ##.##.2019-cu il tarixli *-*(***)- ****/**** nömrəli qərarında göstərilir ki, "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülməsinə dair təqdimatın yuxarı inzibati orqana verilməsi bilavasitə cavabdeh orqanın mülahizəsindən asılı olmaqla müvafiq icra hakimiyyətinin diskresion səlahiyyətinə aiddir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "medalla təltif olunma" tələbinə dair Bakı İnzibati Məhkəməsinin 01,05.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı üzrə inzibati icraat üzrə araşdırma aparılmış və onun müraciətinə imtina edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ##.##.2025-ci il tarixli 3-25-14/2- ****/** nömrəli məktubunda göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *- *(***)-***/**** nömrəli qərarının icrası ilə bağlı iddiaçı İddiaçı “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” Azərbaycan Respublikasının medalları ilə təltif olunması məsələsinə “Azərbaycan Ordusunun şəxsi heyətinin Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunması və fəxri adlara təqdim edilməsi üzrə ali təltif komissiyası”nın ## ####### 2025-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Həmin məktubla təqdim edilən Azərbaycan Ordusunun şəxsi heyətinin Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunması və fəxri adlara təqdim edilməsi üzrə ali təltif komissiyasının ##.##.2025-ci il tarixli * nömrəli Qərarından çıxarışa əsasən Komissiyada təltif olunmaları üçün təqdim olunmuş hər bir hərbi qulluqçuya fərdi şəkildə baxılaraq, komissiyanın üzvlərinin fikirləri dinlənildi və təqdim olunan təltif sənədlərinin müzakirəsinin nəticəsinə əsasən təklif olundu: 2. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "medalla təltif olunma" tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2024cü il tarixli *-*(***)-***/**** nömrəli qərarının icrası ilə əlaqədar İddiaçı "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" Azərbaycan Respublikasının medalları ilə təltif olunması məqsədəuyğun hesab edilməmişdir. Yuxarıda qeyd olunan sənədlərdən müəyyən olunur ki, cavabdeh inzibati orqan Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarının icrası ilə əlaqədar onun üzərinə qoyulan öhdəliyi icra etmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar