AzərbaycanǝRespublikasıǝadından Qərardad Bakıǝşəhəri İşǝ№ǝ2-1(3-6)-552/2026 21.04.2026 BAKIǝAPELLYASIYAǝMƏHKƏMƏSI İddiaçı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “qərarın etibarsızlığının tanınması” tələbinə dair iş üzrə BakıǝApellyasiyaǝMəhkəməsininǝİnzibatiǝKollegiyası Hakimlər:ǝFəridǝİlhamǝoğluǝMədətlidənǝ(sədrlikǝedənǝvəǝməruzəçi), X9ǝvəǝX5ǝibarətǝtərkibdə, CəfərovaǝGülhanəǝCoşqunǝqızınınǝkatibliyiǝilə, İddiaçınınǝnümayəndəsiǝnümayəndə2ǝiştirakıǝilə, İddiaçı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “qərarın etibarsızlığının tanınması” (üçüncü şəxs Üçüncü şəxs) tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cıǝməhəllə)ǝaçıqǝməhkəməǝiclasındaǝbaxaraqǝmüəyyənǝetdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARILAN İCRAAT:
1. İddiaçı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Üçüncü şəxs torpaq sahəsinin ayrılmasına dair **/** saylı, ## ###### 1989-cu il tarixli qərarının sazişin qüvvəyə mindiyi ##.##.2005-ci il tarixdən hüquqi qüvvəsini itirdiyi üçün etibarsızlığının tanınması barədə qərar qəbulǝedilməyiniǝxahişǝetmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan *-*(***)-*****/**** saylı iş üzrə cavabdeh Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti başçısının **/** saylı, ##.##.1989-cu il tarixli qərarı ilə Üçüncü şəxs dövlətin müstəsna səlahiyyətində olan sənaye təyinatlı, torpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikası Prezidentinin imzaladığı ***-IIQD saylı saylı, ## ##### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilərək, Qanun statusu almış "Azərbaycan Respublikasında Binəqədi, Qırmǝki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün İddiaçı şirkətinin ("Şirkət") istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində və * saylı mədənin 5-ci sahəsində fərdi yaşayış evinin tikintisi üçün 624 kv.m. ölçüdə torpaq sahəsi ayrılmışdır. Məlum olduğu kimi, ## ######## 2004-cü il tarixində "Azərbaycan Respublikasında Binəqədi, Qırmǝki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X1 Bi.Vi. və xxxx-in Ortaq Şirkəti ("Podratçılar") arasında Saziş ("Saziş") imzalanmış və ## ##### 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı *** saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda "Qanunun Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli, ## ####### 2004-cü il tarixli qərarı ilə "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Sazişin 2 və 8-ci maddələrinin və X1 Bi.Vi., xxxx-in Ortaq Neft Şirkəti ("Podratcı Tərəflər") və X2 şirkətləri arasında imzalanmış X6 5-ci maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən İddiaçı şirkətinə neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən ("Hökumət") Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə xxxx-in verdiyi hüquqlara, o cümlədən, Neft-qaz əməliyyatları üçün Podratçiya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir; 1 (e) bəndində isə Hökumətin aşağıda sadalanan təminatı öz əksini tapmışdır: "Podratçı Tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməzǝvəǝyaǝbaşqaǝşəkildəǝözgəǝtərəfindənǝmənimsəniləǝbilməz.
3. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərardadı ilə Üçüncü şəxs iş üzrə üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlbǝedilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadıǝiləǝiddiaǝmümkünǝsayılmamışdır.ǝ
5. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini iddianın mümkün sayılaraq inzibati işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərarǝqəbulǝedilməsiniǝxahişǝetmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:
Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə) (Həmin fəsil ## #### 2011-ci il tarixli ***-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPMdən çıxarılmışdır). Göründüyü kimi iddiaçı sözügedən 2004-cü il tarixli qərarı qüvvədə olmuş MPM-nin tələbinə uyğun olaraq iddia müddəti çərçivəsində mübahisələndirməmişdir. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia mahiyyət etibarı ilə mübahisələndirmə haqqında iddiadır və İPM-nin 32.1-ci maddəsi ilə tənzimlənir. İddianın faktiki əsasları sərəncamın qanunsuzluğunun tanınması deyil, üçüncü şəxs barəsində qəbul edilmiş əlverişli inzibati aktın ləğvinə uyğundur və iddiaçı prossesual məhdudiyyətlərin (iddia müddətinin) tətbiqini istisna etmək üçün sonda qərarın etibarsızlığını xahiş edərək hazırki iddianı “müəyyən etmə və tanınma haqqında iddia” növü kimi göstərmişdir. Müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverənlik) şərtlərindən (məs.: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə maraq barəsində olan ümumi tələbdir. Hazırki iş üzrə iddiaçı qeyd edilən Sazişə əsasən məhz həmin Sazişin qəbul edildiyi 2005-ci il tarixdən istifadəsinə ayrılmış torpaq sahələrinin təyinatı üzrə istifadəsinə məsuliyyət daşıyır ki, bu da onun həmin torpaq sahəsi barədə qəbul olunmuş istənilən aktdan xəbərdar olmalı olduğunu, hüququnun pozulduğunu bilməli olduğunu deməyə əsas verir. Hətta iş materiallarına əlavə edilmiş “X3” Şirkətinin Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokunun kontrakt sahəsinin topoqrafik planı da tərtib olunmuşdur ki, həmin xəritə ##.##.2004-cü il tarixdə təsdiq edilmişdir. Dolayısı ilə ən geci adı çəkilən xəritənin təsdiq edildiyi vaxtdan belə iddiaçı onun istifadəsinə verilmiş torpaq sahələri, həmin ərazilərin hüdudlarını, onların hüquqi və faktiki vəziyyətini artıq dəqiq bilmiş (və ya bilməli idi), iddiaçı isə həmin tarixdən hesabladıqda belə 30 il sonra məhkəmədə hazırki iddianı qaldırmışdır. Beləliklə, yuxarıda sadalanmış təkzib edilməz sübutlar iddiaçının iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. İnsan Hüquqları üzə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Novakoviç Xorvatiyaya qarşı iş üzrə ##.##.2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prossesual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prossesual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinəxidmət etdiyinivurğulamışdır(§20-21). Məhkəmə Kollegiyasının diqqətinə çatdırmağı zəruri hesab edir ki, birinci instansiya məhkəməsi qərardadında mülki prosessual qanunvericiliyin tamamilə yalnış və hazırki iddiaya aidiyyəti olmayan normasına istinad etmişdir ki, həmin qanunvericilik normasının tətbiqi isə Şirkətin müəyyənetmə və tanınma növündə olan iddiasının mümkünsüz hesab olunmasına əsas vermir. Məhkəmə qərardadında Şirkətin iddia tələbinin mahiyyətinin inzibati aktın ləğvi ilə bağlı olduğunu bildirsə də, iddianın mahiyyətindən də görünür ki, iddia Şirkət tərəfindən tanınma haqqında iddia növündə qaldırılmışdır, lakin birinci instansiya məhkəməsi yalnış olaraq Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş müddəasına istinad edərək iddianı mümkün hesab etməmişdir. Yəni, məhkəmə işə baxarkən kobud pozuntuya yol verməklə İPM-nin qüvvədə olan müddəalarına yox, MPM-nin qüvvədən düşmüş maddəsinə əsaslanmışdır. Bundan başqa, birinci instansiya məhkəməsi hazırki iş üzrə qüvvədə olan prosessual hüquq normalarına (yəni, İnzibati Prosessual Məcəllənin aidiyyətli müddəalarına) istinad etməli olduğu halda, Mülki Prosessual Məcəllənin (o cümlədən, qüvvədən düşmüş) müddəalarına əsaslanaraq qərardad qəbul etmişdir. Lakin, əslində isə iddianın mümkünlüyü məsələsinə baxılarkən məhkəmə hazırda qüvvədə olan İPM-nin və “İnzibati İcraat haqqında Qanun”un tələbinə istinad etməli idi. İnzibati Qanunvericiliyin tələbinə görə isə müəyyənetmə və tanınma növündə olan iddia tələblərinə prosessual müddətlərşamiledilmir. Göründüyükimi, məhkəmə qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla, qanunsuz qərardad qəbul etmişdir. Buradan da belə qənaətə gəlmək olar ki, birinci instansiya məhkəməsi nə MPM-nin qüvvədən düşmüş müvafiq maddəsinə, nə də ki, İPM-nin müddətlə bağlı qüvvədə olan müvafiq müddəasına istinad edə bilməzdi. Yəni, yuxarıda qeyd etdiyi kimi, iddia tələbi tanınma və müəyyənetmə barədə iddia növündə olduğuna görə nə MPM-nin, nə də ki, İPM-nin prosessual müddətlərlə bağlı müddəaları Şirkətin hazırki iddia tələbinə tətbiq edilə bilməz. Bundan başqa, Şirkət Saziş əsasında onun istifadəsinə verilmiş kontrakt sahəsinin torpaqları barəsində 2 ayrı şəxsin, yəni İcra Hakimiyyətinin və vətəndaşın arasında hər hansı razılaşmanın, qərar və ya sərəncamın mövcud olmasından necə məlumatlı ola bilərdi ki? Hər kəsə bəllidir ki, bu günə kimi istənilən bələdiyə qurumu tərəfindən vətəndaşa torpaq sahəsinin ayrılması barədə verilmiş qərar və sərəncamlar heç bir dövlət orqanında, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmamış və bu gün də belə bir hal mümkün deyildir. Torpaq sahəsinin mülkiyyətçisi barədə məlumatlar isə istər əvvəlki zamanda, istərsə də hazırda Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquq işəxsin təsdiqlənmiş bazasında mövcud olmalıdır. Lakin göründüyü ki, Binəqədi Rayon İcra Hakimiyyətinin (Kirov rayon X7) qərarının vətəndaşa torpaq ayırma barədə sərəncamı adı çəkilən orqanda qeydiyyata alınmamış və bu barədə məlumat da həmin orqanın bazasında mövcud deyildir. Belə olan halda Şirkətin həmin qərarın mövcudluğundan xəbərdar olması mümkün deyildi. Göstərilənlərdən əlavə olaraq Məhkəmə Kollegiyasının nəzərinə çatdırırıq ki, birinci instansiya məhkəməsi həmçinin Bələdiyyə tərəfindən Qanunvericiliyin tələblərinin kobud surətdə pozularaq cavabdehin özbaşınalıq etməsinə, səlahiyyət hədlərini aşaraq, özünə aid olmayan, Şirkətin Saziş ərazisinin hüdudları daxilində (Sazişdən öncə xxxx-nin və hazırda Şirkətin istifadəsində olan) müvafiq qərarlarla iş üzrə III şəxslərin istifadəsinə torpaq sahəsini ayırmasına göz yummuş, Şirkətin iddiasına mahiyyəti üzrə baxmamış, əksinə olaraq, iddiaya prosessual müddət tətbiq etməklə iddia tələbininmümkünsüzlüyüǝbarədəǝqərardadǝqəbulǝetmişdir.
Apellyasiya şikayətinə etirazın dəlilləri
7. Üçüncü şəxs Üçüncü şəxs tərəfindən apellyasiya şikayətinə etiraz verilərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
Tərəflərin izahatları
8. ##.##.2026-cı il tarixli məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə icraatının iştirakçısı işə onların iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPM-nə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsinin və üçüncü şəxs Üçüncü şəxsǝiştirakıǝolmadanǝbaxılmasınıǝmümkünǝsaymışdır.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasınıǝvəǝbirinciǝinstansiyaǝməhkəməsininǝqərardadınınǝləğvǝolunmasınıǝxahişǝetmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılmasıǝüçünǝzəruriǝilkinǝşərtǝonunǝmümkünǝolmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğununǝyoxlanılmasınıǝnəzərdəǝtutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəlǝaparılanǝhüquqiǝdəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraqǝözününǝxidmətiǝvəzifəsinəǝgörəǝyoxlamalıdır.ǝ 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdəǝnəzərdəǝtutulmuşǝiddiaǝmüddətlərinəǝriayətǝedilib-edilmədiyini....yoxlamalıdırlar 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbulǝedir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyətiǝüzrəǝqərarǝçıxarmaqǝüçünǝşərtinǝmövcudǝolmadığınıǝmüəyyənǝedir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisəninǝmahiyyətiǝüzrəǝqərarǝçıxırıldığıǝandaǝmövcudǝolmalıdırlar.ǝ
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinəǝəməlǝolunmasıǝvəǝs.)ǝdəǝmövcudluğuǝyoxlanılmalıdır.. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmişǝiddianıǝmümkünǝsaymamalıdırlar.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdiriləǝbilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyətiǝüzrəǝbaxaraqǝhəllǝedir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraqǝaşağıdakıǝnəticəyəǝgəlir.
13. Hazırda iddiaçı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı tələbi “Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Üçüncü şəxs torpaq sahəsinin ayrılmasına dair **/** saylı, ## ###### 1989-cu il tarixli qərarının sazişin qüvvəyə mindiyi ##.##.2005-ci il tarixdən hüquqi qüvvəsini itirdiyi üçün etibarsızlığının tanınması” barədədir. Onun iddiası birinci instansiya məhkəməsi tərəfindən mümkün sayılmamışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçı mübahisələndirdiyi qərarın ləğvinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməkləǝqaldırmışdır.”
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması vəǝs.)ǝdəǝmövcudluğuǝyoxlanılmalıdırǝ(9-cuǝbənd)”.
15. Qeyd olunan normalar prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlarǝdaǝəlavəǝolunmaqlaǝəsaslandırmalıdırǝki,ǝonunǝməhkəməǝicraatıǝmümkünǝsayılsın.
16. İşin faktiki hallarına əsasən cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti başçısının (X4 Sovetinin) **/** saylı, ##.##.1989-cu il tarixli qərarı ilə üçüncü şəxs Üçüncü şəxs fərdi yaşayışǝevininǝtikintisiǝüçünǝ624ǝkv.m.ǝölçüdəǝtorpaqǝsahəsiǝayrılmışdır.ǝ
17. İddiaçı hazırda həmin qərarın ## ##### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilərək, Qanun statusu almış "Azərbaycan Respublikasında Binəqədi, Qırmǝki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişlinin qüvvəyə mindiyi ##.##.2005-ci il tarixdən hüquqi qüvvəsini itirdiyi üçün etibarsızlığının tanınmasını tələb edir. Yəni iddiaçı inzibati orqanın bundan təxminən 36 il əvvəl həyata keçirdiyi hərəkətlərinǝqanunsuzǝsayılmasınıǝtələbǝedir.ǝ
18. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləriǝşamilǝedir.
19. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayətǝinstansiyasınaǝverilir.ǝ
20. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2ciǝmaddələri).
21. Hazırki işdə də inzibati orqanın mübahisələndirilən hərəkətləri 1989-cu il tarixdə baş vermişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il ## ######## tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdıǝvəǝbuǝmüddətǝqərarınǝtəqdimǝolunduğuǝgündənǝ10ǝgünǝtəşkilǝedirdi.ǝ
22. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticəǝnəzərdəǝtutulmuşdur.ǝ
23. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma ## #### 2011-ci il tarixli 143- IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansıǝinzibatiǝaktaǝqarşıǝyeniǝhüquqiǝmüdafiəǝimkanıǝyaratmır.ǝ
24. Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən qərarına görə iddiaçı tələbində inzibati aktın etibarsızlığını mübahisələndirsə də, əslində iddia mübahisələndirmə haqqında iddia növü olduğuna görə iddianın mümkünlük şərtlərindən biri olan iddia müddəti yoxlanılmalıdır. Eynilə iddiaçı hazırkı iddiasında inzibati aktın qanunsuzluğunun tanınmasını tələb etsə də, əslində tələbin mahiyyəti inzibati aktın mübahisələndirilməsi ilə bağlıdır. İddiaçınınǝmübahisəǝaçdığıǝqərarǝ1989-cuǝilǝtarixdəǝqəbulǝedilmişdir.
25. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsiǝyaranmışǝmünasibətlərinǝdaimǝmübahisələndirilməsinəǝzəminǝyaradardı”.
26. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə ## ###### 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsiǝüzrəǝtərəflərǝbuǝqaydalarınǝtətbiqǝedilməsiniǝnəzərəǝalmalıdırlar.
27. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
28. Məhkəmə kollegiyası hazırki işdə yuxarıda göstərilənlərlə bağlı iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi qənaətinə gəlir və hesab edir ki, həmin müddət qanunun tələbinə görə 1 il müddət də keçdiyi üçün onun bərpasına yol verilmir, bu səbəbdən də birinci instansiya məhkəməsi məhz bu əsasla iddianın qeyri-mümkün sayılması barədə düzgün nəticəyəǝgəlmişdir.ǝ
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.ǝ
30. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixliǝqərardadıǝdəyişdirilmədənǝqüvvədəǝsaxlanılmalıdır.
31. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeniǝqərarǝqəbulǝedəǝbilər.ǝ
qərara aldı:
Apellyasiyaǝşikayətiǝtəminǝedilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadıǝdəyişdirilmədənǝqüvvədəǝsaxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiyaǝşikayətiǝveriləǝbilər.ǝ
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev