Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-554/2026 24.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ceyhun Bəşir oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Vəkil iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh qarşı "torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoylması" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi "Maştağa bağlar" sahəsi *** nömrəli bağ sahəsinin qonşuluğunda yerləşən 2400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Iddia tələbi belə əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayonu Maştağa Bələdiyyəsinin ##.##.2004-cü il tarixli **/** nömrəli qərarına əsasən ona "Maştağa bağlar" sahəsi *** nömrəli bağ sahəsinin qonşuluğunda yerləşən 2400 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsullarının becərilməsi məqsədilə adına rəsmiləşdirilmişdir. Qeyd olunan qərar qəbul edilənədək o, həmin torpaq sahəsini abadlaşdırıb yararlı hala salaraq 10 ilə yaxın müddət ərzində əkib becərmişdir. Həmin vaxtdan 20 ilə yaxın müddətdir ki, torpaq sahəsi daimi sahibliyində və istifadəsində olmaqla (torpaq vergisini ödəməklə), torpaq sahəsi ilə bağlı qonşularla, o cümlədən hər hansı üçüncü şəxslərlə mübahisəsi yoxdur. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə etdiyi ##.##.2023-cü il tarixli müraciətinə həmin idarədən verilmiş ##.##.2024-cü il tarixli cavab məktubu ilə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15.1.2-ci maddəsinə əsaslanmaqla müraciətinin icrasından imtina edilmişdir. Cavabdeh inzibati orqanın imtinasının əsası kimi göstərilmiş haldan biri ondan ibarətdir ki, həmin torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəriləçəkmə Komitəsi tərəfindən təsdiqlənmiş alqı-satqı aktı təqdim edilməmişdir. Cavabdeh inzibati orqanın imtina məktubunda qeyd olunan əsası "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasma və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli Qərarında müəyyən olunmuş hüquqi mövqeyinə zidd olan əsasdır. Bu səbəbdən də cavabdeh inzibati orqanın ##.##.2024-cü il tarixli imtina məktubunda göstərilmiş qeyd olunan halı əsassız hesab edir və yuxarıda qeyd olunan sənədlər və faktiki vəziyyət həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün kifayət edir. Cavabdeh inzibati orqanın imtinasının əsası kimi göstərilmiş digər hal ondan ibarətdir ki, həmin torpaq sahəsi qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq ayrılmışdır. Cavabdeh inzibati orqanın imtina məktubunda qeyd olunan əsasla bağlı qeyd edir ki, Bakı Şəhəri Sabunçu Rayonu Maştağa Bələdiyyəsinin ##.##.2004-cü il tarixli **/** nömrəli qərarının məzmunundan da göründüyü kimi, həmin torpaq sahəsi qeyd olunan qərar qəbul edilənədək həmin torpaq sahəsini abadlaşdırıb yararlı hala salaraq 10 ilə yaxın müddət ərzində kənd təsərrüfatı məhsullarının becərilməsi məqsədilə istifadə etmişdir. Bununla da həmin torpaq sahəsi cavabdeh inzibati orqanın imtina məktubunda göstərdiyi kimi fərdi yaşayış evinin tikintisi məqsədilə deyil, kənd təsərrüfatı məqsədləri üçün qanunvericiliklə müəyyən olunmuş norma həddində ayrılmışdır. Cavabdeh iddianı qəbul etməmiş və yazılı etirazında bildirmişdir ki, torpaq sahəsinin iddiaçının adına ayrılması ilə bağlı bələdiyyə orqanının müvafiq qərarı və Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli *** nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş "torpaqların alqı-satqısına dair akt" təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr baza məlumatına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpağıdır, bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir. Torpaq sahəsinin 140 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməklə yanaşı təqdim olunan yerləşmə cizgisinin faktiki sahəyə aidiyyəti yoxdur. Idarənin arxiv məlumatlarına əsasən, həmin ərazidə yerləşən ***a nömrəli bağ sahəsi 005013006791-11301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daha sonra bölünmüşdür. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsi hüquq varisi olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh ilə əvəz edilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsi ayrılarkən həmin dövrdə qüvvədə olmuş qanunvericiliklə tələb olunan normalara əməl edilməmiş, DTXK tərəfindən təsdiq edilmiş torpaq sahəsinin alqı-satqı aktı təsdiq edilməmiş və Memarlıq və Şəhərsalma Baş Idarəsinin rəyi alınmamışdır. Naturada göstərilən mübahisəli torpaq sahəsinin mülkiyyət formasına gəlincə məhkəmə aşağıdakıları qeyd etmişdir. Keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının nəticəsinə dair ##.##.2025-ci il tarixli **/**** nömrəli ekspert rəyinə görə, vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olduğu müəyyən olunmuşdur. "X2, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, X2 torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 6cı maddəsinə əsasən, X2na aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən X2na daxil edilməli məlumatların torpaqkadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına (Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi) təqdim edilməsi məcburidir. X2nın məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə görə, X2 məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. X2 məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi) tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. X2nın məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Göründüyü kimi, torpaqların hüquqi statusu X2na daxil edilən məlumatlardan biridir və həmin məlumatlar cavabdehin tabe olduğu təşkilat tərəfindən həyata keçirilir. Beləliklə, X2nın məlumatlarının həqiqətə uyğunluğu kadastrı aparan orqanın məlumatına əsasən müəyyən edilməlidir. Qanun birbaşa təsbit etmişdir ki, X2nın məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il ## ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Bələdiyyələrin dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası"nın 7-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının 2009-cu il ## ###### tarixli ***-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə"nin 3.4.5-ci bəndinə əsasən, bələdiyyələrin hüdudlarındakı torpaqların torpaq sahəsi kimi X2 məlumatlarının dürüstləşdirilməsi (dəqiqləşdirilməsi) Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır (bənd 7.1). Bələdiyyələrin dövlət reyestrinə daxil edilmiş bələdiyyələrin xəritələrində onların ərazisi (o cümlədən, sərhədləri, döngə nöqtələri və onların koordinatları) barədə məlumatlar X2nın aparılması üçün əsas götürülür (bənd 7.2). Buna görə də məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin dövlət və ya bələdiyyə torpağına aid olması müəyyən edilərkən X2nı həyata keçirən orqanın tabe təşkilatı olan Cavabdeh məlumatı əsas götürülməlidir. Məhkəmə bu qənaətə gələrkən həm də o halı nəzərə almışdır ki, məhkəmə sorğusu ilə əldə edilmiş iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsinin ətrafında qeydiyyatdan keçmiş qonşu daşınmaz əmlaklara dair hüquqmüəyyənedici sənədlərdən görünür ki, qonşu torpaq sahələri **z nömrəli bağ sahəsi və **v nömrəli bağ sahəsi olmaqla dövlət mülkiyyətində, yerli icra hakimiyyəti orqanı tərəfindən verilən order əsasında vətəndaşların istifadəsinə verilmiş və qeydiyyata alınmış torpaq sahələridir. Mübahisəli torpaq sahəsi bələdiyyə ərazisi olmadığından, eləcə də Maştağa Bələdiyyəsinə aid olması müəyyən edilmədiyindən aydın olur ki, onun müvafiq torpaq ayrıma səlahiyyəti olmamışdır. Beləliklə, iddiaçının hüquqmüəyyənedici əsas qismində təqdim etdiyi sənəd qanunvericiliyin tələblərinə uyğun olmadığından həmin hüquqmüəyyənedici sənədə əsasən daşınmaz əmlaka hüququn qeydiyyatı aparıla bilməz. Iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayonu Maştağa Bələdiyyəsinin ##.##.2004-cü il tarixli **/** nömrəli qərarına əsasən iddiaçıya "Maştağa bağlar" sahəsi *** nömrəli bağ sahəsinin qonşuluğunda yerləşən 2400 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsullarının becərilməsi məqsədilə adına rəsmiləşdirilmişdir. Qeyd olunan qərar qəbul edilənədək o, həmin torpaq sahəsini abadlaşdırıb yararlı hala salaraq 10 ilə yaxın müddət ərzində əkib becərmişdir. Həmçinin Bakı Şəhəri Sabunçu Rayonu Maştağa Bələdiyyəsi tərəfindən ona "yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması haqqında" **** nömrəli Şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında torpaq vergisinin ödəyicisi olmuşdur. Torpaq sahəsi 20 ildən artıq müddətdir ki daimi sahibliyində və istifadəsində olmaqla (torpaq vergisini ödəməklə), torpaq sahəsi ilə bağlı qonşularla, o cümlədən hər hansı üçüncü şəxslərlə mübahisəsi yoxdur. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsinə dair gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeyd olunan torpaq sahəsi bələdiyyə ərazisi olmadığından, eləcə də Maştağa Bələdiyyəsinə aid olması müəyyən edilmədiyindən, onun müvafiq torpaq ayırma səlahiyyəti olmamış, beləliklə, iddiaçının hüquqmüəyyənedici əsas qismində təqdim etdiyi sənəd qanunvericiliyin tələbinə uyğun olmadığından, həmin sənədə əsasən daşınmaz əmlaka hüququn qeydiyyatı aparıla bilməz. Məhkəmənin gəldiyi nəticə ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" ##.##.2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınması zəruridir. Həmin Qərarda qeyd edilmişdir ki, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il ## ###### tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il ## ###### tarixli, §49 Qərarlar). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il ## #### tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Qeyd olunan torpaq sahəsinə dair verilmiş Bakı Şəhəri Sabunçu Rayonu Maştağa Bələdiyyəsinin ##.##.2004-cü il tarixli **/** nömrəli qərarı, Bakı Şəhəri Sabunçu Rayonu Maştağa Bələdiyyəsi tərəfindən ona "yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması haqqında" **** nömrəli Şəhadətnamə və ayrılmış torpaq sahəsinin yerləşmə sxemini əks etdirən sənəd ona münasibətdə mötəbər sübut kimi qiymətləndirilməlidir. Göstərilən torpaq sahəsinin onun qanuni istifadəsində olmasını təsdiq edən qeyd olunan sənədləri təqdim etdiyi halda, ondan hüquqların qeydiyyatı ilə bağlı əlavə hüquqmüəyyənedici sənədlərin tələb olunması qanunvericiliyə ziddir və həmin sənədlər torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsasdır. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə iclasında iddiaçı İddiaçı və onun nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyun izahatlar verdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun hər hansı üzürlü səbəblə əlaqəli olub-olmadığı barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. IŞIN HALLARI: Işin faktiki halları ondan ibarətdir ki, hazırkı iş üzrə iddiaçı Maştağa Bələdiyyəsinin ##.##.2004-cü il tarixli **/** nömrəli qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində 2400 kv.m. toqpaq sahəsinin ayrıldığını əsas gətirərək, həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb edir. Işdə olan Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayonu Maştağa Bələdiyyəsinin ##.##.2004-cü il tarixli **/** nömrəli "Vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsinin vergi qeydiyyatına alınması haqqında" qərara əsasən, Maştağa Bələdiyyəsinə Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi ev 7 mənzil 8-də pasport qeydiyyatında olan 1966-cı il təvəllüdlü İddiaçı ərizə ilə müraciət edərək bildirir ki, on ilə yaxındır ki, Maştağa qəsəbəsində mərkəzi yol kənarında olan bağ sahələri yaxınlığında olan 2400 kv.m torpaq sahəsini abadlaşdırıb yararlı hala salaraq əkib becərmişdir. Bu barədə qonşuluqda olan bağ sahiblərinin təsdiqedici ərizələrində də göstərilmişdir. Qeyd olunanları, İddiaçı Maştağa qəsəbəsində anadan olub yaşamasını, qonşular Ə.Ə.Mahmudov, V.M.Babayeva, N.Y.Rzayevanın ** saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq olunmuş ##.##.2004-cü il tarixli ərizələrini nəzərə alaraq və "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Yerli vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikası Qanunlarını rəhbər tutaraq X3 qərara alır: 1. Qeyd olunan torpaq sahələrinin Bakı Şəhər Icra Hakimiyyətinin *** nömrəli ##.##.2000-ci il tarixli sərəncamıyla Maştağa Bələdiyyəsinin mülkiyyətinə verilməsi nəzərə alınsın; 2. "Maştağa" bağlar sahəsi ***a nömrəli bağ sahəsinin qonşuluğunda yerləşən 2400 kv.m torpaq sahəsi İddiaçı adına rəsmillədirilib torpaq vergisi ödəyicisi kimi qeydə alınsın; 3. İddiaçı Maştağa Bələdiyyəsinin "Vergi və ödənişlər" şöbəsində qeydiyyatdan keçib torpaq vergisinin ödənilməsini təmin etsin; 4. İddiaçı izah edilsin ki, hər hansı bir tikinti işləri aparmazdan əvvəl Azərbaycan Respublikasının 2002-ci il ## #### ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmə "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarından icazə almalı və razılaşdırılmalıdır. Işdə olan "X6 Dadaşova Maştağa bağ massivi ***a nömrəli bağın qonşuluğunda ayrılması nəzərdə tutulmuş 2500 kv.m torpaq sahəsinin yerləşmə sxemi" Maştağa Bələdiyyəsinin sədri S.S.Ibrahimov tərəfindən imzalanaraq Bakı Şəhəri Sabunçu Rayonu Maştağa Bələdiyyəsinin möhürü ilə təsdiq edilmişdir. Işdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ##.##.2021-ci il tarixli BA*****-**** nömrəli məktubu ilə təqdim edilən sənədlərdən görünür ki: X3 ** nömrəli ##.##.2004-cü il tarixli iclasının protokoluna əsasən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Yerli vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikası Qanunlarını əldə rəhbər tutaraq və Maştağa Bələdiiyyəsinin ** nömrəli ##.##.2004-cü il tarixli iclasının qərarına əsaslanaraq X3 qərara alır:
1. Aşağıda adları qeyd olunan vətəndaşlar tərəfindən zəbt olunmuş torpaq sahələri onlar tərəfindən uzun müddət istifadə etmələrini, ailələrinin dolandırılmasından ötəri digər iş yerlərinin olmamasını, həmin torpaq sahələrində kənd təsərrüfatı məhsullarının becərilməsi ilə məşğul olmalarını nəzərə alaraq həmin torpaq sahələri vergi qeydiyyatına alınaraq torpaq vergisinə cəlb edilsin: 10. Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi ev 7 mənzil 8-də yaşayan 1966-cı il təvəllüdlü İddiaçı, Maştağa qəsəbəsində anadan olub, qəsəbədə yaşayıb, Maştağa bağlar sahəsində 10 ildən çox istifadəsində olduğu 2400 kv.m torpaq sahəsi; 1.1. Adları qeyd olunan vətəndaşlara izah edilsin ki, qeyd olunan torpaq sahəsində hər hansı bir tikinti işləri aparmazdan əvvəl Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli 274-IIQ №-li Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarından icazə almalı və razılaşdırmalıdır. 1.2.Qeyd olunan vətəndaşlar Maştağa Bələdiyyəsinin "Vergi və ödənişlər" şöbəsindən qeydiyyatdan keçib, torpaq vergisinin ödənilməsini təmin etsinlər. Işdə olan məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli ************ nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin digər torpaq sahələri ilə üstüstə düşmə halı yoxdur. Işdə olan məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ##.##.2022-ci il tarixli BA-*****-**** nömrəli məktubunda göstərilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Bakı Şəhər Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş Idarəsinin rəyləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Işdə olan məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhəri Memarlıq və Şəhərsalma Baş Idarəsinin məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin arxivində heç bir sənəd aşkar edilməmişdir. Işdə olan məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli ************ nömrəli məktubu ilə təqdim edilən sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş Istehsalat Idarəsinin Bağlar Təsərrüfatı Idarəsinin Maştağa bağlar sahəsindəki ** nömrəli kooperativ tərəfindən verilmiş ** nömrəli Orderə əsasən, X4 Bakı Şəhər Icra Hakimiyyətinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə Maştağa qəsəbəsində ** nömrəli BTK nəzdində 0,12 ha sahəsi olan ** nömrəli bağ sahəsi ayrılmışdır. - A seriyalı ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən, torpaq sahəsinin planı və ölçüsü Sabunçu rayonu Maştağa bağ massivində yerləşən torpaq sahəsinə mərhum X4 adına Bakı şəhər IH-nin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı və BTI-nin ** nömrəli Orderi əsasında 1200 kv.m olmaqla **q nömrəli bağ evi tikintisi üçün tərtib edilmişdir. X2 kitabında ##.##.2014-cü ildə 37357 nömrəsi ilə uçota alınmışdır. Torpaq sahəsinin ölçüsü 1200 kv.m təşkil edir. - RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"a əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan ************ reyestr nömrəli torpaq sahəsi ##.##.2014-cü ildə 1114014912 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan SSR Bakı Şəhər Icraiyyə Komitəsinin Bağlar Təsərrüfatının Inkişafı və X9 Bağlar Sahəsindəki ** nömrəli Kooperativ tərəfindən verilmiş B/S nömrəli Orderə əsasən, ##.##.1991-ci ildə X1 Bakı Şəhər Icraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli */** nömrəli qərarına əsasən, Maştağa bağlar sahəsində ** nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan **B nömrəli bağ ayrılmışdır. - A seriyalı ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən, torpaq sahəsinin planı və ölçüsü Sabunçu rayonu Maştağa bağ massivində yerləşən torpaq sahəsinə X1 adına Bakı şəhər IK-nin ##.##.1991-cı il tarixli */** nömrəli qərarı və BTI-nin ##.##.1991-ci il tarixli B/S nömrəli Orderi əsasında 1200 kv.m olmaqla **v nömrəli bağ evinin tikintisi üçün tərtib edilmişdir. X2 kitabında ##.##.2009-cu ildə 13241 nömrəsi ilə uçota alınmışdır. Torpaq sahəsinin ölçüsü 1200 kv.m təşkil edir. - MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"a əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,1139 ha olan ************ reyestr nömrəli torpaq sahəsi ##.##.2009-cu ildə 1109019790 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** nömrəli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehn * saylı Bakı Ərazi Idarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Əli Cəfərlinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, aşağıdakılar müəyyən olunur: Qərardadın birinci - dördüncü sualları üzrə: Göstərilən torpaq sahəsi sənəd üzrə 0,24 ha olsa da, faktiki olaraq hasardaxili 0,2462 ha təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur. Torpaq sahəsinin cənub hissəsində hasardan 6,8m - 7,4m - 6,1m məsafədən yüksək gərginlikli (6 kVt-lıq) elektrik xətti keçir. Göstərilən torpaq sahəsinin koordinatları əlavə olunur: X Y 1. 414450.615 4485789.485
2. 414462.323 4485840.152 3. 414504.590 4485828.511 4. 414491.824 4485774.668 5. 414454.584 4485781.349 6. 414456.105 4485788.030. Vahid elektron kadastr baza məlumatlarına əsasən, göstərilən sahə dövlət mülkiyyəti torpağıdır, o cümlədən torpaq sahəsinin 140 kv.m (0,014 ha) hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməklə yanaşı təqdim olunan yerləşmə cizgisinin faktiki sahəyə aidiyyəti yoxdur. Idarənin arxiv məlumatlarına əsasən, həmin ərazidə yerləşən ***a nömrəli bağ sahəsi 005013006791-11301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daha sonra bölünmüşdür.
TƏTBIQ EDILƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
"Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu: - 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi ("müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər) alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. - 6.7. Bələdiyyələr on gün müddətində ərizəyə baxır və Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada (torpaqayırma sənədləri hazır olduqdan sonra) torpaq sahəsinin verilməsi barədə qərar qəbul edirlər. Həmin qərar torpaq sahəsinin naturada (yerdə) ayrılması və torpaq üzərində hüquqlara dair sənədlərin verilməsi üçün əsasdır. - 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin (iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan redaksiyası) aşağıdakı bəndlərinə əsasən: - 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - 4. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. - 7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - 18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. - 21. Müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. - 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. - 23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. Yuxarıda sadalanan hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olan normalardan müəyyən olunur ki, ##.##.2004-cü ildə bələdiyyə torpaq sahəsi ayırması üçün:
1. torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlarının və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətlərinin (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) rəyini əldə edir;
2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu həmin torpaq sahəsinin planını (cizgisini) təsdiq edir və torpaq sahəsinin normativ qiymətini müəyyən edir və həmin sənədləri bələdiyyəyə təqdim edir;
3. həmin sənədlər bələdiyyəyə daxil olduqdan sonra torpaq sahəsinin şəxsin mülkiyyətinə verilməsi ilə bağlı qərar qəbul edir.
4. şəxslə bələdiyyə arasında torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanır.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 46-cı maddəsinin 1-ci hissəsinə əsasən, dövlət obyektlərinin - dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. 3-cü hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 4-cü hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Məcəllənin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
"Inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:
Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı rədd edilməsi barədə gəldiyi nəticəni iddiaçı ilə bələdiyyə arasında tərtib edilməli olan "Torpaqların alqı-satqısına dair akt"ın təqdim edilməməsinə, torpağın ayrılmasına Memarlıq və Şəhərsalma Baş Idarəsinin rəyinin alınmamasına, eləcə də ayrılmış torpaq sahəsinin bələdiyyə deyil, dövlət mülkiyyətində olması ilə əsaslandırmışdır. Iddiaçının apellyasiya şikayətində bu dəlillərlə razılaşmamış və qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" ##.##.2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınması zəruridir. Kollegiya qeyd edir ki, mövcud məhkəmə təcrübəsinə görə, rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. Ona görə də "Torpaqların alqı-satqısına dair akt"ın təqdim edilməməsi, eləcə də torpağın ayrılmasına Memarlıq və Şəhərsalma Baş Idarəsinin rəyinin alınmaması iddiaçının ziyanına istifadə oluna bilməz. Iddiada göstərilən torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işdə olan mötəbər sübutlarla, o cümlədən ekspert rəyi ilə təsdiq olunmuşdur. Bunlarla yanaşı, məhkəmə kollegiyası aşağıdakı hallara da diqqət yetirilməsini zəruri hesab edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8.0.1ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada bələdiyyə tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Iddiaçı mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi 2400 kv.m torpaq sahəsinə hüquqmüəyyənedici sənəd kimi Bakı Şəhəri Sabunçu Rayonu Maştağa Bələdiyyəsinin ##.##.2004-cü il tarixli **/** nömrəli qərarına istinad etmişdır. Iddiaçı həmin qərarla torpaq sahəsinin ona satıldığını iddia etsə də, müəyyən edildi ki, qərarın mətnində torpaq sahəsinin iddiaçıya satılması, yaxud başqa qaydada onun xeyrinə özgəninkiləşdirilməsi barədə heç bir müddəa yoxdur. Həmin qərarda (2-ci bənd) torpaq sahəsinin yalnız iddiaçının adına rəsmiləşdirilib torpaq vergisi ödəyicisi kimi qeydə alınması qərara alınmışdır. Hətta qərarın adı da "Vət. İddiaçı istifadəsində olan torpaq sahəsinin vergi qeydiyyatına alınması haqqında" kimi göstərilmişdir. Digər tərəfdən, iddiaçının torpaq sahəsinin dəyərini Maştağa Bələdiyyəsinə ödəməsi barədə hər hansı sübut yoxdur. Belə olan halda, kollegiya hesab edir ki, Bakı Şəhəri Sabunçu Rayonu Maştağa Bələdiyyəsinin sözügedən qərarı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranması üçün əsas hesab edilə bilməz, bu səbəbdən cavabdeh iddiaçının mülkiyyət hüququnu qeydiyyata almamaqda haqlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən bu hala diqqət yetirməsə də, məhkəmənin qərarı faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində deyilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də məhkəmə kollegiyası qərara gəldi ki, yuxarıda göstərilən formal mülahizələr birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas vermir. Apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.