Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-556/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (hazırkı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxsi) qarşı “qərarın ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVIRI HISSƏ: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehin ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona 2-ci dərəcə əlillik dərəcəsinin təyin edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ## ###### 1984-cü il də Tərtər rayonunda anadan olmuşdur. 2001-ci ildə C.Naxçıvanki adına hərbi liseyi, 2005-ci ildə H.Əliyev adına Ali Hərbi Təyyarəçilik Məktəbini, 2007-ci ildə Karol-1 adına Milli Müdafiə Unisersitetini, 2008-ci ildə Kəşfiyyat Məktəbini, 2013-cü ildə isə Dəniz Akademiyasını bitirmişdir. Nəticə etibarı ilə 2001-ci il tarixdən 2019-cu il tarixədək Azərbaycan ordusunda xüsusi əməliyyat kəşfiyyatçısı olaraq xidmət keçmişdir. Ümumilikdə 23 illik əmək stajı var. Pensiya kapitalı 99261 manatdır. Hazırda ehtiyatda olan Rdur, 3-cü dərəcəli müharibə əlilidir, işsizdir və heç bir işəgötürən də onun kimi xəstəlikləri olan işçi ilə işləmək istəmir. Onda mövcud olan xəstəliklərlə əlaqədar bir çox müalicə müəssisələrində stasionar müalicələr almışdır. ##.##.2019-cu il tarixində TSEK tərəfindən “Bronxial astma, qarışıq forma, hormondan asılı, ağciyərlərin enfizeması, II dərəcəli tənəffüs çatışmazlığı, sinus taxikardiyası, mədə və 12 barmaq bağırsağın xroniki xorası” diaqnozları ilə 5 il müddətinə, yəni ##.##.2024-cü il tarixinədək II qrup əlillik təyin olunmuşdur. ##.##.2019-cu il tarixində TSEK tərəfindən təkrar əyani müayinəyə dəvət olunaraq yoxlanışdan keçirilmişdir. Təkrar əyani müayinənin nəticəsi olaraq da, “Bronxial astma qarışıq forma, ağciyərlərin enfizeması, II dərəcəli tənəffüs çatışmazlığı, hormondan asılı” diaqnozu ilə 5 il müddətinə, yəni ##.##.2024-cü il tarixinədək 2-ci qrup əlillik təyin olunmuşdur. ##.##.2020-ci il tarixində TSEK tərəfindən təkrar əyani müayinəyə dəvət olunaraq yoxlanışdan keçirilmişdir. Təkrar əyani müayinənin nəticəsi olaraq “Bronxial astma qarışıq forma, ağciyərlərin enfizeması, II dərəcəli tənəffüs çatışmazlığı, hormondan asılı” diaqnozu ilə 5 il müddətinə, yəni ##.##.2024-cü il tarixinədək 2-ci qrup əlillik qüvvədə saxlanılmışdır. ##.##.2022-ci il tarixində TSEK tərəfindən yenidən təkrar əyani müayinəyə dəvət olunaraq yoxlanışdan keçirilmişdir. Təkrar əyani müayinənin nəticəsi olaraq da, “Bronxial astma qarışıq forma, ağciyərlərin enfizeması, II dərəcəli tənəffüs çatışmazlığı, hormondan asılı” diaqnozu ilə 5 il müddətinə, yəni ##.##.2024-cü il tarixinədək 2-ci qrup əlilliyi qüvvədə saxlanılmışdır. Bundan sonra ##.##.2024-cü il tarixində 5 illik əlillik müddəti bitdiyinə görə yenidən müalicə həkimi tərəfindən həkim komissiyasına müraciət edilmiş və * saylı şəhər poliklinikasının həkim komissiyası da, öz növbəsində ona məxsus tibbi müayinələri, o cümlədən xəstəlik tarixlərindən çıxarışlaır toplamaqla yanaşı, bir daha əyani müayinədək keçərək ## ###### 2024-cü il tarixli S********QH saylı forma 88 tərtib olunmuşdur. Belə ki, əsas xəstəlik – bronxial astma qarışıq forma; ağırlaşma – xroniki respirator çatmamazlıq, Emfizema (Nəzarət olunmayan, hormondan asılı). Yanaşı xəstəliklər – kəskin alleergik övrə, çoxformalı eritema, xoralı kolit diaqnozları ard-arda qeyd edilməklə yanaşı, sərbəst hərəkət etmə bacarığı, əmək fəaliyyəti bacarığı 2, özünə qulluq bacarığı 2 olaraq S********QHZ saylı Forma 88 tərtib edilmiş və ƏƏSMN-nin elektron informasiya sisteminə ötürülmüşdür. Beləliklə, xüsusi səbəbdən əlillik dərəcəsinə malik şəxs olduğuna görə ## ###### 2024-cü il tarixində ona məxsus S*********QHZ saylı Forma 88 üzrə TSEK tərəfindən əyani müayinədən keçirilmişdir. Müayinənin nəticəsinin nə olacağını bilmədən də, TSEK-dən ayrılmışdır. Lakin, ## ###### 2025-ci il tarixində elektron sistemdən çıxarış əldə edərkən ona məlum olmuşdur ki, ##.##.2025-ci il, saat 15:39-da təsdiqlənmə ilə səbəb əlaqəsi Azərbaycan Respublikasının Müdafiəsi, diaqnozlar isə “Bronxial astma, qarışıq forma, nəzarət olunmayan, hormondan asılı. Emfizema. Xroniki respirator çatmamazlıq. Kəskin allergik övrə. Çoxformalı eritema. Xoralı kolit” olmaqla 3-cü dərəcəli 1 illik müddətdə əlillik təyin olunmuşdur. Buna baxmayaraq, 3-cü dərəcəli əlillik təyinatından narazıdır. Belə ki, ona təyin olunmuş əlillik ilə bağlı elektron sistemə nəzər yetirərkən məlum olur ki, TSEK-in özünün qeyd etdiyi 5 diaqnozdan yalnız biri olan “Bronxial astma” xsətəliyini 50 faiz hesabı ilə qiymətləndirilmişdir ki, həmin faizdə NK-nin *** nömrəli qərarına əsasən minimum faiz dərəcəsi göstəricisidir. Bu səbəbdən də, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət bildirilməmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı (hakim A.Abdullayeva) ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında cavabdeh orqanın ##.##.2024-cü il tarixii spirometriya müayinəsinin nəticəsinə (fvc65%, fev1 54%) istinad etmişdir. Lakin iş materiallarında həmin tarixə aid hər hansı bir spirometriya sənədi mövcud deyildir və spirometriya ilə bağlı heç bir rəsmi sənəd də məhkəmə iclasında tədqiq olunmamışdır. Məhkəmə iş üzrə tibbi ekspertiza təyin etməsinə baxmayaraq, ekspert həkimin rəyində əsas xəstəliyin mövcudluğu, həmin xəstəliyin üç ağırlaşmasının, eləcə də yanaşı xəstəliyin və onun ağırlaşmasının təsdiq edilməsinə lazımi hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə ekspertiza rəyində göstərilən bu mühüm tibbi halları nə təhlil etmiş, nə də qərarında əsaslandırmışdır. Bu halda sübutların hərtərəfli və obyektiv qiymətləndirilməsi prinsipinin pozulmasına səbəb olmuş, nəticədə məhkəmə ekspert rəyinə səthi və formal yanaşaraq işin düzgün həllinə təsir göstərə biləcək əhəmiyyətli faktları nəzərə almadan qərar qəbul etmişdir Demək olar ki, məhkəmə tərəfindən iddiaçının təkrar-təkrar stasionar müalicələr alması, həyat üçün risk yaradan üç ağır xəstəlik ağırlaşmasının mövcudluğu, eləcə də iddiaçıya məxsus ixtisaslaşmış tibb müəssisəsi olan X2 Xəstəlikləri Institutunun tibbi rəyləri real və hərtərəfli şəkildə qiymətləndirilməmişdir. Ümumiyyətlə, iddiaçıya aid xəstəliklərin ağır formalı, ağır gedişatlı, sağalmaz və geridönməz mərhələdə olması, eyni zamanda orqanizmin pozulmuş funksiyalarının bərpası və kompensasiyasının mümkün olmadığı xəstəliklər sırasında yer alması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə, məhkəmə qərarından cəmi üç gün sonra, yəni ## ###### 2025-ci il tarixində cavabdeh orqan tərəfindən iddiaçıya 2026-2027-ci illər üçün 2-ci (ikinci) dərəcə əlilliyin təyin edilməsi faktı, məhkəmə tərəfindən aparılmış qiymətləndirmənin yanlış və formal olduğunu faktiki olaraq bir daha təsdiqləmişdir. Iş materiallarında mövcud olan Forma-88 sənədindən aydın görünür ki, iddiaçı xəstə dəfələrlə ambulator və stasionar müalicə almış, son bir il ərzində isə 15-dən artıq tibbi rəyə malik olmuşdur. Buna baxmayaraq, həmin tibbi rəylərin ən azı 12-si cavabdehin ## ###### 2025-ci il tarixli, *-**-*/*-*-***/**** nömrəli qərarında (protokolunda) ümumiyyətlə qeyd olunmamışdır. Bu isə xəstənin vəziyyətini ağırlaşdıran mühüm tibbi sənədlərin əlilliyin qiymətləndirilməsi prosesindən kənarda saxlanıldığını açıq şəkildə göstərir. Faktiki olaraq, iddiaçıya məxsus Forma-88 göndəriş sənədində qeyd edilən tibbi rəylər cavabdehin protokolunda öz əksini tapmadığı halda, eksperthəkim komissiyası tərəfindən əlillik qiymətləndirilməsinin qanunamüvafıq və obyektiv şəkildə aparılması mümkün deyildir. XBT kodu J45 olan bronxial astma əsas xəstəlikdir. XBT kodları J46, J43 və J96.1 isə həmin əsas xəstəliyin ağırlaşmalarıdır. Əsas xəstəliyin üç ağırlaşmasının mövcud olduğu halda, bu xəstəliyin orta-ağır formada qiymətləndirilməsi nə tibbi, nə də məntiqi baxımdan izah edilə bilər. Belə ki, XBT kodu J43 olan ağciyər enfızeması alveolların geri dönməz şəkildə zədələnməsi və ağciyər elastikliyinin davamlı itirilməsi ilə xarakterizə olunur. Enfızema hər astma xəstəsində rast gəlinmir və adətən uzunmüddətli nəzarətsiz astma, hormondan asılı astma və tez-tez kəskinləşmələri olan ağır astmanın nəticəsi kimi formalaşır. Bu baxımdan, J43 Enfızema ağırlaşması olan bronxial astma xəstəsinin əlilliyinin üçüncü dərəcə kimi qiymətləndirilməsi tibb elminə açıq şəkildə ziddir. Iddiaçı İddiaçı - 2015-ci ildən etibarən X2 Xəstəlikləri Institutunda “Bronxial astma, qarışıq forma, hormondan asılı, II dərəcəli tənəffüs çatışmazlığı” diaqnozları ilə dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda, 2015- 2025-ci illər ərzində mütəmadi olaraq həmin ixtisaslaşmış tibb müəssisəsində əsas xəstəlik üzrə — “Bronxial astma, qarışıq forma, nəzarət olunmayan, ağır persistə edən, hormondan asılı, astmatik status, II dərəcəli tənəffüs çatışmazlığı, ağciyərlərin enfizeması” diaqnozları ilə, habelə yanaşı xəstəliklər kimi “Allergik övrə, çoxformal eritema, idiopatik övrə” diaqnozları əsasında stasionar müalicələr almışdır. Bu səbəbdən də, ona məxsus tibbi rəylər ixtisaslaşmış müəssisənin ən azı üç pulmonoloq həkimi tərəfindən imzalanmış və möhürlənmişdir ki, bu da həmin Tibbi Rəylərin həm tibbi, həm də hüquqi baxımdan etibarlılığını təsdiq edir. Buna baxmayaraq, cavabdeh orqan tərəfindən terapevt, uşaq həkimi və cərrah ixtisaslı həkimlərin iştirakı ilə ixtisaslaşmış xəstəxananın Tibbi Rəylərinin nəzərə alınmaması nə tibbi ixtisaslaşma prinsipinə, nə də qanunvericiliyin tələblərinə uyğundur. Belə yanaşmada, iş üzrə əsas və həlledici sübutların bilərəkdən kənarda saxlanıldığını göstərməklə yanaşı, iddiaçının sağlamlıq vəziyyətinin obyektiv və qanunamüvafıq qiymətləndirilməməsinin, dolayısı ilə isə hüquqlarının kobud şəkildə pozulmasının bariz göstəricisidir. Hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya tələbin düzgün formalaşdırılmasında köməklik göstərilməsi vəzifəsini lazımınca yerinə yetirməmişdir. Belə ki, o, iddiaçı olaraq ilkin tələbində sağlamlıq vəziyyətinin ikinci dərəcə məhdudlaşdırılması halı üzrə 65-80 faiz aralığında qiymətləndirilməsi vəzifəsinin cavabdeh DTSERA-nın üzərinə qoyulmasını xahiş etmişdi. Lakin məhkəmənin tövsiyəsi ilə tələbi sonradan ##.##.2024-cü il tarixli qərarın ləğv edilməsi və ona ikinci dərəcəli əlilliyin təyin olunması tələbi ilə dəqiqləşdirilmişdir. Hazırda isə hesab edir ki, həmin tələb dəqiqləşdirilməsi belə qanunvericiliyin tələblərinə uyğun və düzgün hüquqi əsaslar üzərində aparılmamışdır. Başqa sözlə, inzibati məhkəmə icraatına xas olan prinsiplər bu iş üzrə tətbiq edilməmişdir. Həm cavabdeh DTSERA, həm də birinci instansiya məhkəməsi tərəfindən hüquqları pozulmuş, nəticə etibarilə isə 2-ci (ikinci) dərəcəli müharibə əlili statusu əsassız olaraq 3cü (üçüncü) dərəcəyə endirilmişdir. Bu da qanunvericilikdən irəli gələn sosial təminat hüquqlarının ciddi şəkildə məhdudlaşdırılmasına səbəb olmuşdur. Belə ki, əlillik dərəcəsinin aşağı salınması nəticəsində 2025-ci il ərzində əmək pensiyası hər ay üzrə 25 faiz azaldılmış, eyni zamanda Prezident təqaüdü aylıq olaraq 70 manat məbləğində az ödənilmişdir. Halbuki məhkəmə iddiaçının hüquqlarına birbaşa təsir edən bütün faktları və bunun doğurduğu sosial-iqtisadi nəticələri nəzərə almalı idi. Faktiki olaraq, cavabdehin ## ###### 2025-ci il tarixli qərarı qüvvədə olduğu müddətdə əlillik dərəcəsi aşağı salınmış, sosial təminat hüquqları pozulmuş, nəticədə maddi və mənəvi zərərlər yaranmışdır. Bunlar isə Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsi ilə təmin edilən sosial təminat hüquqlarının pozulması deməkdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdi. ƏSASLANDIRICI HISSƏ: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. Iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd). Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Inzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, işin araşdırılmış hallarından göründüyü kimi iddiaçı cavabdeh inzibati orqan tərəfindən barəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli qərarı mübahisələndirmiş və ona ikinci dərəcə əlilliyin təyin edilməsini xahiş etmişdir. Belə ki, iddiaçının tələbi : - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçının ##.##.2024-cü il tarixdə qiymətləndimə apararaq onun barəsində qəbul olunan qərarın ləğvi; - ikinci dərəcə əlilliyin, yəni 65-80 faiz ilə 2 illik müddətdə əlilliyin təyin edilməsi; Məhkəmə kollegiyası əvvəla iş materiallarında olan sənədləri nəzərdən keçirir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışa əsasən iddiaçının sağlamlıq vəziyyəti ##.##.2019-cu il tarixdə qiymətləndirilərək ona “Qarışıq astma, Bronxial astma qarışı forma hissəvi nəzarət kəskinləşmə mərhələsi tənginəflik boğulma tutma şəkilli öskürək bəlğəmin çətin ifrazı fiziki hərəkət zamanı nəfəsin çətinləşməsi, sinəsində göynəmə ağrı hissi. Emfizema, ağciyərlərin emfizeması. Başqa rubrikalarda təsnif olunmayan tənəfffüs çatmamazlığı, tənəffüs çatışmamazlığı II dərəcə hormondan asılı” diaqnozu ilə 5 il müddətinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. - ##.##.2023-cü il tarixli ***** nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: Tez-tez boğulma tutmaları və ventilyasiya pozulması ilə müşayiət olunan bronxial astma infeksion-allergik forma, ağır persistə edən, nəzarət olunmayan. Ağciyərlərin emfizeması. Tənəffüs çatışmazlığı ikinci dərəcə. Hormonal asılılıq. Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, xroniki aktiv gedişli. Bullodeformasiya. Xoral kolit. Düz bağırsağın zədələnməsi ilə daxili hemorroy. Tez-tez təkrarlanan qanlı ishal və həzm funksiyasının pozulması ilə. Dəmir defisitli anemiya. Qıcıqlanmış bağırsaq sindromu. Hepatosteatoz. Hər iki gözün mürəkkəb miopik astiqmatizmi sağda 1,0 və 0,5 D, solda 2,5 və 1,25 D nəticəsində görmə itiliyinin sağda 0,7-yə, solda 0,2-yə qədər azalması korreksiya ilə 1,0 olmaqla. Burun arakəsməsinin perforasiyası. Burun keçəcəklərinin polipozu. Yüngül dərəcəli nevrasteniya. Posttravmatik stress pozuntusu. Asteno-nevrotik sindrom. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı: “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. - Iddiaçının sağlamlıq vəziyyətini əks etdirən tibbi sənədlər iş materiallarına əlavə edilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya məxsus əlillik təyinatı ilə bağlı məlumatları özündə əks etdirən “Əlillik alt sistemi”ndən çıxarışlar (əvvəlki əlillik məlumatları və əyani müayinə barədə qərar) məhkəməyə təqdim edilmişdir. - Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli məhkəmə tibbi ekspertizasının keçirilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsi tərəfindən ##.##.2025-ci il tarixli, **** nömrəli məktubla təqdim edilmiş, İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T***/**** saylı ekspert rəyinə əsasən İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı S00237970QHZ Forma ** nömrəli göndərişdə qeyd edilmiş “Bronxial astma qarışıq forma, nəzarət olunmayan hormondan asılı, emfizema, xroniki respirator çatmamazlıq, kəskin allergik övrə, çox formalı eritema, xoralı kolit” diaqnozu ilə ona əmək qabiliyyətinin itirilməsi 50 % olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyiin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ##.##.2024-cü il tarixdən 1 il müddətinə ##.##.2025-ci il tarixə kimi üçüncü dərəcə əlillik təyin edilmişdir. Təqdim edilmiş tibbi sənədlərdən görünür ki, o, 15.04-##.##.2025-ci il tarixlərdə “Bakı X8 Institutu”nda XBT 10 kodu ilə “Əsas xəstəlik: J45.8-qarışıq astma. Ağırlaşmalar: J43-emfizema, J96.1 –xroniki respirator çatmamazlıq. Yanaşı xsətəliklər: L50.0 – övrə, L51 – çox formalı eritema”, 14.06-##.##.2025-ci il tarixlərdə isə XBT 10 kodu ilə “Əsas xəstəlik:L50.1idiopatik övrə. Ağırlaşmalar: T78.3 – angionevrotik ödem. Yanaşı xəstəliklər: D51 – vitamin B12 defisitli anemiya, J43 – emfizema, J45.8 –qarışıq astma, K71 – qaraciyərin toksiki zədələnməsi, K 81- xolesistit, R 45.8 – emosional hallara aid olan digər simptomlar və nişanələr” diaqnozları ilə müayinə və müalicədə olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının *-**-*/*-*- ***/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. - Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışdan görünür ki, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 iki il müddətinə orqanizmin funksiyalarının pozulma faizi 65% olmaqla ikinci dərəcəli əlillik təyin edilmişdir. Işə apellyasiya instansiyasında baxılarkən müəyyən edilmişdir ki, həmin inzibati aktın qüvvədə olma müddəti başa çatmış, sonradan səlahiyyətli inzibati orqan tərəfindən iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilərək 2025-ci ildə qəbul edilmiş yeni inzibati aktla ona iki il müddətinə II dərəcə əlillik təyin edilmişdir. Bununla da iddiaçının mübahisələndirdiyi inzibati akt hüquqi qüvvəsini itirmiş və yeni inzibati aktla əvəz olunmuşdur. Inzibati məhkəmə icraatının predmeti hüquqi qüvvədə olan və hüquqi nəticələr doğuran inzibati aktlar barədə yaranmış ictimai-hüquqi mübahisələrdir. Hüquqi qüvvəsini itirmiş, hüquqi nəticələri başa çatmış və yeni inzibati aktla əvəz olunmuş inzibati aktın ləğvi barədə məhkəmə qərarının qəbul edilməsi hüquqi baxımdan mümkün deyildir. Belə bir aktın ləğvi iddiaçının hüquqi vəziyyətinə təsir göstərmədiyindən, məhkəmə müdafiəsinin predmetini təşkil etmir. Bu səbəbdən iş üzrə iddianın mümkünlük şərtləri mövcud deyildir. Hazırkı iş üzrə iddiaçının tələbi yalnız 2024-cü il tarixli inzibati aktın ləğvinə və həmin akt əsasında ona II dərəcə əlilliyin təyin edilməsinə yönəlmişdir. Halbuki iddiaçının hüquqi vəziyyəti artıq 2025-ci il tarixli yeni inzibati aktla tənzimlənir. Həmin inzibati akt hazırkı mübahisənin predmetini təşkil etmir və onun qanuniliyinə bu iş çərçivəsində qiymət verilə bilməz. Eyni zamanda, apellyasiya instansiyasında işə baxılarkən iddiaçı iddia tələbini yeni inzibati aktın mübahisələndirilməsinə yönəltməmişdir. Prosessual qanunvericiliyə əsasən apellyasiya instansiyasında iddianın predmetinin və ya növünün dəyişdirilməsi yolverilməz olduğundan, hazırki mərhələdə kollegiya hüquqi yardıma lüzum görmür. Iddiaçının həmin aktdan irəli gələn hüquqlarının müdafiəsi yalnız müstəqil iddia qaydasında həyata keçirilə bilər. Belə olan halda, birinci instansiya məhkəməsi iddianın mümkünlüyünə qiymət vermədən mübahisəyə mahiyyəti üzrə baxaraq iddianı rədd etməklə prosessual qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişdir. Halbuki işə baxıldığı vaxt mübahisələndirilən inzibati akt artıq hüquqi qüvvəsini itirdiyindən, iş üzrə iddia mümkün hesab edilə bilməzdi. Buna görə də birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia isə mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, hazırda qüvvədə olmayan inzibati aktın ləğvi tələb oluna bilməz. Əgər iddia tələbi uğurlu olacağı halda təmin olunsa belə, iddiaçı tərəfindən mübahisələndirilən qərar qüvvədə olmadığından məhkəmə qərarının da icrası mümkünsüz olacaqdır. Odur ki, iddiaçı “barəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli qərarın qanunsuz hesab edilməsi tələbi” ilə iddia qaldırdığı halda arzu etdiyi hüquqi məqsədə çata bilər. Lakin bu zaman müəyyən etmə növündə iddia qaldırıla bilər. Bununla bağlı hazırkı iş üzrə apellyasiya baxışı zamanı məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə uyğun xidməti vəzifədən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım göstərərək iddiaçıya iddia tələbinin dəyişdirilməsinin təklif olunmasının da əhəmiyyətsiz olduğunu bildirir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, mübahisələndirilən inzibati aktın hüquqi qüvvəsini itirməsi apellyasiya instansiyası icraatı zamanı iddianın predmetinin və ya növünün dəyişdirilməsi üçün hüquqi əsas yaratmır. Apellyasiya baxışı birinci instansiyada baxılmış mübahisənin qanuniliyinin və əsaslılığının yoxlanılmasına yönəlmişdir. Inzibati Prosessual Məcəllədə apellyasiya mərhələsində yeni iddia növünün irəli sürülməsinə və ya iddianın növünün dəyişdirilməsinə imkan verən norma mövcud deyildir. Bu səbəbdən iddianın növünün dəyişdirilməsi faktik olaraq yeni tələbin irəli sürülməsi deməkdir və apellyasiya instansiyasının baxış hədlərindən kənardır. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki: Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, IPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, IPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər. Eyni zamanda qeyd edilməlidir ki, IPM-in 11-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Apellyasiya icraatı zamanı iddia növünün dəyişdirilməsi isə proses iştirakçılarının Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququna xələl gətirər və onları pozulmuş hüquqlarını üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək imkanından məhrum edər. Qeyd edilənlər ümumiləşdirilərək diqqətə çatdırılır ki, artıq qüvvədə olmayan inzibati aktın ləğvi heç bir hüquqi nəticə yaratmadığından, həmin sözügedən qərarın ayrıca ləğvi texniki və hüquqi baxımından da mümkünsüzdür. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. NƏTICƏVI HISSƏ: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (hazırkı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxsi) qarşı “qərarın ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(3-6)-556/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-556/2026
08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver