Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-559/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və tutulmuş məbləğin geri ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)- *****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona qanunsuz olaraq hesablanmış artıq ödənilmiş pensiya məbləği borcunun silinməsi, həmin borcun onun cari pensiyasından tutulmasının qanunsuz hesab edilməklə tutulmuş pensiya məbləğinin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr nəzərə alınmaqla məhkəmənin müvafiq qərardadları ilə iş üzrə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, iddia tələbi “cavabdehin ##.##.2022-ci il tarixli, 21013096648 №- li “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarının “Qeyd” hissəsinin ləğv edilməsi, iddiaçıya artıq ödənilmiş pensiya kimi hesablanmış 292 768,83 manat məbləğində borcun ləğv edilməsi və həmin borc məbləği üzrə iddiaçıdan tutulmuş pulun geri ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı, ##.##.2018-ci il tarixli qərarı ilə İddiaçı ##.##.2008-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh DSMF-nin Nizami rayon şöbəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsi *-*(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qeyd edilən qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsi *-*(***)- ****/**** saylı, ##.##.2018-ci il tarixli qərarı ilə kassasiya şikayətini qismən təmin etmiş Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli qərarını ləğv etmiş və işi təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsi *-*(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etməmiş və * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı, ##.##.2018-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır. Ali Məhkəmənin ##.##.2019-cu il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra qərar icraya yönəlmiş və bir müddət iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilərək ödənişi həyata keçirilmişdir. Daha sonra 2020-ci ilin yanvar ayından etibarən iddiaçıya təyin edilmiş pensiya cavabdeh tərəfindən dayandırılmışdır. Bundan sonra iddiaçı tərəfindən dəfələrlə şifahi və yazılı olaraq qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında ona təyin olunmuş pensiyanın bərpa edilməsi tələb olunmuşdur. Lakin cavabdeh inzibati orqan tərəfindən araşdırılma aparılması adı ilə iddiaçının müraciəti təmin edilməmişdir. Sonradan cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə yeni açılmış hallara dair ərizə təqdim edilmiş, lakin həmin ərizələr təmin edilməmişdir. Uzun müddət çəkən yazışmalardan sonra cavabdeh tərəfindən iddiaçıya pensiya təyinatı həyata keçirilmiş, lakin pensiya ödənişi həyata keçirilən zamanı guya iddiaçının DSMFyə artıq ödənilmiş pensiya məbləği üzrə borcunun yarandığı qeyd edilmiş və həmin borc məbləğinin ödənilməsi iddiaçıdan tələb edilmişdir. Iddiaçı isə öz növbəsində onun pensiya hüququnun qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirildiyini qeyd etməklə həmin borcu qəbul etməmiş və onun geri qaytarılması üzrə heç bir hərəkət və ya yazılı razılıq verməmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən hər ay iddiaçıya ödənilən pensiya məbləğindən qanunsuz olaraq tutulamalar həyata keçirilməkdədir. Eyni zamanda əsassız olaraq iddiaçıya məxsus pensiya altsistemində artıq ödənilmiş pensiya məbləği kimi borc da öz mövcudluğunu qorumaqdadır. Bununla bağlı olaraq iddiaçı tərəfindən dəfələrlə istər şifahi, istərsə də yazılı olaraq cavabdehə müraciətlər edilsə də, cavabdehin qanunsuz hərəkətləri davam etməkdədir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, , iddiaçıya pensiya yaşına çatdığı ##.##.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada ümumi əsaslarla yaşa görə əmək pensiyası teyin edilmişdir. Iddiaçının təqdim etdiyi Azərbaycan Texniki Universitetinin arxiv arayışının surətinə əsasən ##.##.1973-cü Il tarixindən ##.##.1978-ci il tarixinədək təhsil aldığı müddət, əmək kitabçasının surətinə əsasən ##.##.1978-ci il tarixindən ##.##.1992-ci il tarixinədək, ##.##.1992-ci il tarixindən ##.##.1994-cü il tarixinədək, ##.##.1994-cü il tarixindən ##.##.1998-ci il tarixinədək, ##.##.1998-ci il tarixindən ##.##.2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ##.##.2006-cı il tarixinədək faktiki sığorta stajı 31 il 9 ay təşkil edir. Iddiaçının 2006-cı il tarixinədək 31 il 9 ay sığorta stajına əsasən fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (31+(9/12))x306=9715,5 manat müəyyən edilmişdir. Eyni zamanda həmin tarixək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının ##.##.2021-ci il tarixində indeksləşdirilmiş məbləği 24195,53 manat təşkil edir. Mərkəzləşdirilmiş elektron informasiya sistemindəki altsistemə əsasən onun ##.##.2006-cı il tarixindən ##.##.2021-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2021-ci il tarixinə indeksləşdirilmiş məbləği 414063,36 manat müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği ##.##.2023-cü il tarixindən 3163,59 manat müəyyən edilmişdir. Onun indeksləşdirilən əmək pensiyasının məbləği ##.##.2023-cü il tarixindən 3628,64 manata, ##.##.2024-cü il tarixindən 4035,05 manata, ##.##.2025-ci il tarixindən 4361,91 manata çatdırılmışdır. Daxili araşdırma əsasında onun güzəştli şərtlərlə əmək pensiyası hüququnun olmadığı müəyyən edilmişdir. Mərkəzi Filialın ##.##.2022-ci il tarixli, *********** nömrəli qərarı ilə artıq ödənilmiş vəsait hər ay iddiaçının əmək pensiyasından tutulmaqla Fondun büdcəsinə bərpa edilir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının ona ümumi əsaslarla pensiya təyin edilməsi barədə qərarla razılaşması ona güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının hüquqi əsassızlığına səbəb ola bilməz. Belə ki, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə aktı məcburidir və icra edilməlidir. Belə olan halda qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən iddiaçıya ödənilmiş məbləğlərin ona “artıq ödənilmiş” məbləğlər kimi nəzərə alınması nəticə etibarilə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinə əsas olmuş məhkəmə qərarının hüquqi qüvvəsinə inkar edilməsi deməkdir ki, bu yolverilməzdir. Eyni zamanda həmin qərar əsasında iddiaçıya ödənilmiş məbləğlərin geri alınması iddiaçının ümid etdiklərindən məhrum olmasına və iqtisadi çətinliyinə səbəb ola bilər. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun olaraq əsaslandırılmış və əlavə olaraq məhkəmənin mövqeyi ilə razılaşmayaraq qeyd edilmişdir ki, Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Nəticədə, inzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu inzibati orqanın büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Məhkəmə işin hallarını araşdırmaqdan yayınaraq, tərəflər arasında münasibəti tənzimləməyən məhkəmə qərarının icrası məsələsinə münasibət bildirmişdir. Qeyd edilir ki, iddiaçıya ümumi əsaslarla yaşa görə əmək pensiyası ##.##.2021-ci il tarixindən təyin olunmuş və şəxs həmin pensiyadan məlumatlı olmuşdur. Lakin şəxs, bu müddət ərzində hərəkətsizlik göstərərək, məhkəmə qərarları olduğu halda, əslində həmin pensiya növü ilə razılaşmış olmuşdur. Bununla da məhkəmə “işin hallarının araşdırılması” prinsipini pozmuşdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə əsasən, Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Iddia mümkün iddiadır. Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkməsində iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan iddiaçının iddia tələbinə qarşı öz etirazını müdafiə etmiş, hətta apellyasiya şikayətində də iddia tələbinin mahiyyəti üzrə şikayətinin dəlillərini qeyd etmişdir. IPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. IPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Işin araşdırılmış hallarından görünür ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, * saylı Bakı Inzibati- Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ##.##.2018-ci il tarixli qərarı ilə iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddiası təmin edilmiş, iddiaçıya ##.##.1994-cü il tarixdən ##.##.1998-ci il tarixədək 28 May NQÇI-də, ##.##.1998-ci il ##.##.1999-cu il tarixədək Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində, ##.##.1999-cu il tarixdən ##.##.2006-cı il tarixədək “xxxx” şirkətində xüsusi şəraiti olan müxtəlif vəzifələrdə işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli, ## #### 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada zərərli əmək stajı kimi nəzərə alınmaqla, ##.##.2008-ci il tarixdən, 52 yaşdan şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Fondunun Nizami rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2018-ci il tarixli qərarı ilə həmin qərar dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi kollegiyasının 2- *(***)-****/**** nömrəli, ##.##.2018-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2018-ci il tarixli qərarı ilə * saylı Bakı Inzibati- Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli ##.##.2018-ci il tarixli, qərarı dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati- Iqtisadi kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2019-cu il tarixli qərarı ilə həmin qərar dəyişdirilmədən saxlanmışdır. Iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya məbləği bir müddət iddiaçıya ödənilsə də, sonradan dayandırılmışdır. Sonradan iddiaçı pensiya yaşına çatmış və ona 2021-ci ildə inzibati orqanın qərarı ilə ümumi qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçı bununla razılaşmışdır. Lakin cavabdeh məhkəmə qərarı əsasında iddiaçıya güzəşli şərtlərlə təyin edilmiş əmək pensiyası üzrə ödənişləri ona artıq ödənilmiş məbləğlər hesab edərək, onun aylıq əmək pensiyası məbləğindən tutmağa başlamışdır. Belə ki, cavabdehin *********** nömrəli, ##.##.2022-ci il tarixli qərarı ilə iddiaçının təyin edilmiş əmək pensiyası yenidən hesablanmış və hazırkı pensiya məbləği 3033,77 manat təşkil etmişdir. Həmin qərarın “Qeyd” hissəsində göstərilmişdir ki, ##.##.2020-ci il tarixədək olan artıq ödənilmiş 292768,83 manat nəzərə alınsın. Iddiaçı da inzibati orqanın yenidən hesablama barədə qərarı ilə qismən razılaşmayaraq həmin qərarın qeyd hissəsinin ləğv edilməsini xahiş etmişdir. Hansı ki, iş materiallarından da göründüyü kimi artıq ödənilmiş hesab edilmiş 292768,83 manat məbləğ qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında iddiaçıya aybaay ödənilmişdir. Apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ##.##.2006-cı il tarixinədək faktiki sığorta stajı 31 il 9 ay təşkil edir. Iddiaçının 2006-cı il tarixinədək 31 il 9 ay sığorta stajına əsasən fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (31+(9/12))x306=9715,5 manat müəyyən edilmişdir. Eyni zamanda həmin tarixək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının ##.##.2021-ci il tarixində indeksləşdirilmiş məbləği 24195,53 manat təşkil edir. Mərkəzləşdirilmiş elektron informasiya sistemindəki altsistemə əsasən onun ##.##.2006-cı il tarixindən ##.##.2021-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2021-ci il tarixinə indeksləşdirilmiş məbləği 414063,36 manat müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği ##.##.2023-cü il tarixindən 3163,59 manat müəyyən edilmişdir. Onun indeksləşdirilən əmək pensiyasının məbləği ##.##.2023-cü il tarixindən 3628,64 manata, ##.##.2024-cü il tarixindən 4035,05 manata, ##.##.2025-ci il tarixindən 4361,91 manata çatdırılmışdır. Daxili araşdırma əsasında onun güzəştli şərtlərlə əmək pensiyası hüququnun olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi iş üzrə ətraflı araşdırma aparmış, qanuni və əsaslı olaraq iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının *********** nömrəli, ##.##.2022-ci il tarixli qərarının qismən ləğv edilməsi nəticəsinə gəlmişdir. Əvvəla məhkəmə kollegiyası qanunvericiliyin aşağıdakı tələblərini diqqətə çatdırır: “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir; 67.8-ci maddəsinə əsasən, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır; 68.1-ci maddəsinə əsasən, qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər; 68.2-ci maddəsinə əsasən, qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır; 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Inzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. Inzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Lakin hazırki iş üzrə işin hallarından göründüyü kimi iddiaçıya ilkin pensiya inzibati icraat qaydasında deyil, məhkəmə qərarı əsasında təyin edilmiş və həmin məhkəmə qərarı isə hazırki gündə də qüvvədədir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Belə olan halda qanuni qüvvəyə minmiş və tərəflər üçün məcburi olan məhkəmə qərarı əsasında aparılmış pensiya ödənişləri qanunsuz ödənişlər hesab edilərək iddiaçıdan tələb edilə və ya onu barəsində təyin edilmiş digər pensiya məbləğindən tutula bilməz. Qeyd edilənlərdən əlavə Məhkəmə kollegiyası həmçinin qanunvericiliyin digər normalarına diqqət yetirərək bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.4-ci maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarının tələblərindən çıxış edərək diqqətə çatdırır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsində artıq ödənilmiş məbləğin tutulmasının iki üsulu qeyd edilmişdir: 1) pensiyaçının razılığı, 2) məhkəmə qərarı ilə. Işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçının razılığı (belə bir razılıq məktubu təqdim edilmir) və məhkəmə qərarı olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi qərarında mübahisələndirilən inzibati aktın nömrəsində texniki yanlışlığa yol vermişdir. Belə ki, mübahisələndirilən inzibati akt ##.##.2022-ci il tarixli olmaqla *********** nömrəlidir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək birinci instansiya məhkəməsinin gəldiyi qənaəti haqlı sayaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin qərarı mübahisələndirilən qərarın nömrəsi “21013096848” göstərilməklə dəyişdirilmədən saxlanılmaldır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarı mübahisələndirilən inzibati aktın nömrəsi “21013096648” əvəzinə “21013096848” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(3-6)-559/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-559/2026
06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver