Məhkəmə qərarları › İş №2-1(3-6)-562/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-562/2026

13.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-562/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Seyidov İrşad Nadir oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə (Açar sözlər: pensiya təminatı sistemi; qanunvericilikdə edilən dəyişikliklərin Konstitusiyanın 25-ci maddəsinin İ hissəsində nəzərdə tutulan bərabər yanaşma və Konstitusiyanın 149-cu maddəsinin İ hissəsində nəzərdə tutulan haqq-ədalət və bərabər mənafelərə bərabər münasibət prinsiplərinin tətbiqi baxımından qiymətləndirilməsi; qanunvericinin və digər normayaratma subyektlərinin real iradəsi və normativ ardıcıllıq; fərqli rəftarın obyektiv və ağlabatan səbəblərlə əsaslandırılmalı olması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı Seyidov İrşad Nadir oğlunun, Üçüncü şəxsin nümayəndəsi nümayəndə1 iştirakları ilə, İddiaçı Seyidov İrşad Nadir oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “yeni məlumat vərəqinin göndərilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan **/**** nömrəli məlumat vərəqinə əsasən iddiaçı Seyidov İrşad Nadir oğlu ##.##.2021-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuş (öz təşəbbüsü ilə) və “Əmək pensiyasının təyin edilməsi haqqında” ##.##.2022-ci il tarixli, *********** nömrəli qərara əsasən ##.##.2021-ci il tarixdən iddiaçının pensiya hüququ yaranmışdır. Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan **/**** nömrəli məlumat vərəqinə əsasən aşağıdakılar müəyyən olunmuşdur: Məlumat vərəqini təqdim edən orqan – Dövlət Gömrük Komitəsi; Soyadı, adı, atasının adı – Seyidov İrşad Nadir oğlu; Ali təhsili – 2 il 6 ay; Təqvim üzrə xidmət illəri – 18 il; Cəmi: iş stajı və xidmət illəri – 20 il 6 ay; Ehtiyata və ya istefaya buraxıldığı tarix – ##.##.2021; Vəzifə maaşı – 510 manat; Rütbə maaşı – 150 manat; Xidmət illərinə görə əlavə – 165 manat; Ərzaq payı – 32 manat; Cəmi – 857 manat (1-ci cild, iş v.160). Dövlət Sosial Müdafiə Fondunun “Əmək pensiyasının təyin edilməsi haqqında” ##.##.2022ci il tarixli, *********** nömrəli qərarına əsasən Seyidov İrşad Nadir oğlunun pensiya hüququ ##.##.2021-ci il tarixdə yaranmış və 437,07 manat yaşa görə pensiya təyin edilmişdir (1-ci cild, iş v.161). İddiaçı ##.##.2022-ci il tarixdə cavabdehə müraciət edərək, əmək pensiyasının yenidən hesablanması məqsədi ilə barəsində verilmiş **/**** nömrəli məlumat vərəqinin əmək haqqı qrafasında məbləğin 2022-ci ilin ####un #-dən vəzifə maaşında olan artım göstərilməklə həmin məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini xahiş etmişdir. İddiaçı bildirmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** nömrəli qərarında dəyişiklik edilməsi haqqında” ##.##.2022-ci il tarixli qərarına əsasən, həmin Qərarın 1.3-cü bəndində göstərilən müddəalar 2022-ci ilin ####un #-den etibarən qüvvəyə minir. İstinad olunan Qərarın 1.3-cü bəndinə görə, “vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir”. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində ##.##.2023-cü ilə qədər qüvvədə olan sözlər “(sonrakı artımlar da nəzərə alınmaqla)” ona şamil edilməli, 2021-ci ilin son ayında aldığı aylıq əmək haqqı DGK tərəfindən yenidən hesablanaraq təminat xərcliyində baş verən artımlar barədə məlumatlar DGK tərəfindən XŞTMF-yə göndərilməli idi. Belə ki, ona əmək pensiyasının təyin olunması üçün Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqində əmək haqqı qrafasında məbləğ 857 manat göstərilmişdir. Nəzərə alınmalıdır ki, əmək haqqı ilə birlikdə digər növ 60% vəsaitdən DSMF-yə bütün tələb olunan (22%+3%=25%) məcburi dövlət sığorta haqqı ödənilmişdir. Buna görə də, əmək pensiyasının yenidən hesablanması üçün ona aid məlumat vərəqində əmək haqqı qrafasında məbləğ yenidən hesablanaraq 2022-ci ilin ####un #-dən vəzifə maaşında olan artım göstərilməklə həmin məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməlidir (1-ci cild, iş v. 48-50). Cavabdeh imtina cavabı vermiş və imtinasını onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli qərarı ##.##.2022- ci il tarixdən qüvvəyə minir və həmin müddətdən sonra yaranan münasibətlərə şamil edilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2014-cü il tarixli qərarına əsasən, “hüquq nəzəriyyəsində fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür”. Sözügedən qərara əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində təsbit olunmuş hüquqi vəziyyətini yaxşılaşdıran hal kimi qəbul oluna bilməz. Yuxarıda qeyd olunanlara əsasən, təyin olunmuş pensiyanın yenidən hesablanması üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan məlumat vərəqinin yenidən tərtib olunaraq Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi məqsədəmüvafiq hesab edilmir (1- ci cild, iş v. 51-52). İddiaçı ##.##.2024-cü il tarixdə cavabdehə yenidən müraciət etmiş və ərizəsində xahiş etmişdir ki, “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2024 il tarixli, ** nömrəli qərarına əsasən DGK göndərilmiş **/**** nömrəli məlumat vərəqində göstərilən xidmət müddətinə və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilən məlumat vərəqində qeyd etdiyi qərara əsasən iş stajı və əmək haqqı ilə birlikdə aldığı digər növ 60% vəsaitdən DSMF-yə bütün tələb olunan (22%+3%=25%) məcburi dövlət sığorta haqqı ödənildiyini nəzərə alaraq, DSMF-nin XŞTMF-nə **/**** nömrəli məlumat vərəqində məlumatlara düzəliş edilərək yenidən göndərilməsi üçün aidiyyəti İdarə və Şöbəyə tapşırıq verilsin (1-ci cild, iş v. 42-44). Cavabdeh Dövlət Gömrük Komitəsi yenidən imtina cavabı verərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2017-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli qərarına əsasən ##.##.2022-ci il tarixdən Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsait dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir. Eyni zamanda bildirilmişdir ki, "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə, həmin aktı qəbul etmiş norma yaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir” (1-ci cild, iş v.45). Birinci instansiya məhkəməsində icraat İddiaçı Seyidov İrşad Nadir oğlu Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək haqqı ilə birlikdə digər növ 60% vəsaitdən (Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilən 60 (altmış) faiz vəsaitin) DSMF-yə bütün tələb olunan (22%+3%=25%) məcburi dövlət sığorta haqqının ödənilməsi nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** nömrəli qərarında dəyişiklik edilməsi haqqında” ##.##.2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə və digər aidiyyəti qanun və qaydalara əsasən, əmək pensiyasının yenidən hesablanması üçün iddiaçıya aid məlumat vərəqində əmək haqqı qrafasında 60% aldığı məbləğ göstərilməklə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ƏƏSMN-də (dövlət qulluqçusu) və uzun müddət DGK-da xidmət etmiş, ##.##.2021-ci il tarixdə sonuncu orqandan tərxis olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci, 9.5.1-ci, 20.1.11-ci və 20.14-cü maddələrinin tələbləri nəzərə alınmaqla, gömrük orqanlarında xidmətinə xitam verilərkən barəsində məlumat vərəqi tərtib olunaraq Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. Dövlət Gömrük Komitəsindən ##.##.2021-ci il tarixində tərxis olunması ilə əlaqədar barəsində təqdim olunmuş **/**** nömrəli məlumat vərəqində xidmət müddəti 20 il 6 ay (DGK-yə bir neçə müraciətlərdən sonra, “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli, ** nömrəli qərarına əsasən **/**** nömrəli məlumat vərəqində düzəliş edilərək xidmət müddəti 23 il 11 ay göstərilməklə ##.##.2024-cü il tarixində DSMF-yə göndərilmişdir) vəzifə maaşı 510 manat, rütbə maaşı 150 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavə 165 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 32 manat olmaqla, cəmi təminat xərcliyi 857 manat göstərilmişdir. İddiaçıya ##.##.2022-ci il tarixində (##.##.2021-ci il tarixindən hesablanmaqla) “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun qaydada təminat xərcliyinin (857 manat) 51 faizi – 437,07 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” ##.##.2018-ci il tarixli, 1362 VQD nömrəli Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində edilmiş dəyişikliyə əsasən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) sözləri əlavə edildi. Belə ki, iddiaçı pensiyaya çıxarkən son bir ayı götürəndə 2021-ci ilin may ayına aldığı aylıq vəzifə maaşı, rütbə maaşı, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşına hesablanan digər əlavələr (60%) 2800 manat təşkil etmişdir. İddiaçı hesab edir ki, 2004-cü ildə işə qəbul olunarkən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə görə, “təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir”. 2019-cu ildə qüvvəyə minən dəyişikliyə əsasən (sözügedən Qanunun 1.0.5-ci maddəsinə büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) sözləri əlavə edilməklə, onun pensiya əldə etmə hüququnun qazanılması zamanı aldığı aylıq məvacib və əlavələrin hesablanması qaydasında hüququ pozulmuş və 2021-ci ildə yeni qayda ona tətbiq edilmişdi. Bu isə, şəxsin hüquqi vəziyyətini pisləşdirən yeni normanın onun əvvəllər əldə etdiyi hüquqlara təsir edə bilməyəcəyi prinsipinin pozulmasıdır və müraciətlərinə baxmayaraq məsələ öz həllini tapmamışdır. Həmçinin ##.##.2023-cü il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsindəki sözlər (sonrakı artımlar da nəzərə alınmaqla) iddiaçının pensiyasının yenidən hesablanmasına dair müraciətlərinə baxmayaraq tətbiq edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” qərarının 2-ci bəndində bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.” “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” ##.##.2022-ci il tarixli qərarının 1.3-cü bəndinə əsasən, vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.” Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi, imperativ xarakterli konstitusion hüquq normasının mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə “vəsaitin 60 faizinin dövlət büdcəsinə köçürülməsi və həmin vəsaitin tam həcmdə Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi”nə dair fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktı geriyə şamil etməyərək, vəsaitin 60 faizini təminat xərcliyinə əlavə etməyərək məlumat vərəqini düzgün doldurmamışdır. Cavabdeh inzibati orqanın ##.##.2024-cü il tarixli imtina məktubunda qeyd edilən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə, həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir.” Yuxarıda sadalanan normalarda normativ hüquqi aktın məzmununda qeyrimüəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər ümumiyyətlə aşkar edilməmişdir. Sözügedən Qaydalarda müvafiq dəyişiklik edilmiş, iddiaçıya münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndində qeyd edilən fiziki şəxslərə münasibətdə hüquqi vəziyyəti yaxşılaşdırılan hal geriyə şamil edilməmiş, bununla da cavabdeh inzibati orqan qanunsuz və əsassız mövqe formalaşdıraraq vəsaitin 60 faizini təminat xərcliyinə əlavə etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ##.##.1999-cu il tarixli 768-IQ №-li Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən öz təşəbbüsü ilə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Həmin Əsasnamənin 113-cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Belə ki, iddiaçının ##.##.2021-ci il tarixli ****/***Ş nömrəli Komitə sədrinin əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən öz təşəbbüsü ilə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2017-ci il tarixli **** nömrəli Fərmanı ilə gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ##.##.2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanununun 1.0.5-ci maddəsinə dəyişklik edilmiş, qeyd olunan maddədə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir. Bu Qanun ##.##.2019-cu il tarixdə qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır Qeyd olunan Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü və 1.0.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin nədən ibarət olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007- ci il tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 2- ci bəndində isə təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarının 2-ci bəndindən müəyyən olunur ki, qeyd olunan qərar 2022-ci il ####un #-dən qüvvəyə minmişdi. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyrimüəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Göründüyü kimi məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmış Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. Beləliklə qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının pensiya hüququnun pozulmasından söhbət gedə bilməz. İddiaçının iddia tələbinin təmin edilməsi üçün heç bir hüquqi əsası yoxdur və iddia əsassızdır. Buna görə də iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarı ilə (hakim Günel Sevdimalıyeva) iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə iddia tələbini əsaslandıraraq onun Konstitusion hüquqlarının pozulmasına dair sübutlu əsaslar gətirərək, həmçinin Konstitusiyanın 25-ci maddəsi ilə bağlı “Bərabərlik hüququ”-nun ona qarşı pozulmasını göstərmək məqsədilə məhkəməyə ##.##.2024-cü il tarixində vəsatət təqdim edərək, iddia ərizəsində təqdim olunan qrafika uyğun, eyni idarədə, eyni vəzifəyə, eyni maaşa malik olan əməkdaşlar arasında, 2019-cu ilə qədər pensiyaya çıxan əməkdaşların, ##.##.2019-cu ildən ##.##.2022-ci ilə qədər (3 il 6 ay müddətində) pensiyaya çıxan və ##.##.2022-ci ildən sonra pensiyaya çıxan əməkdaşlara təyin olunan pensiya məbləğində, analoqu olmayan fərqi rəqəm şəklində göstərilməsi məqsədilə, hazırlıq iclasında vəsatət verilmiş, lakin həmin vəsatət baxılmamış qalmışdır və heç bir hüquqi qiymət verilməmişdir. Həmçinin, iddia tələbinə uyğun olaraq, məhkəmə, hüquqlarının bərpası istiqamətində əsaslandığı bir sıra qanun və konstitusiya məhkəmələrinin qərarlarına zidd qərar qəbul edərək hüquqlarını daha da pozmuş oldu. Qeyd etdiyi Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il ## ### tarixli Qərarında, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ##.##.2020-ci ilin plenar iclasının qərarlarından açıq görünür ki, xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə məcburi dövlət sosial sığortasına cəlb edilən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrdən məcburi dövlət sosial sığorta haqqları ödənilibsə, bu zaman əmək pensiyaların hesablanması zamanı gəlirlər nəzərə alınmalıdır. Bildirmək istəyir ki, o, ##.##.2021-ci ilə qədər aldığı aylıq məvacibdən və əlavələrdən tələb olunan (22+3%) məcburi dövlət sosial sığorta haqqını ödəməyi haqqında sübutlar təqdim etsə də, məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməyərək, iddia tələbində qeyd olunan Konstitusiyanın 149-cu maddəsinin VII-ci bəndini ona tətbiq etməyərək, Azərbaycan Respublikası Sosial Sığorta Haqqında Qanununa zidd qərar çıxardaraq onun hüquqlarını pozmuş oldu. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-*- *(***)-*****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Həmin qərarın 75-77-ci bəndlərində qeyd olunmuşdur ki:

75. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən qərara gəlir ki, hazırkı iş apellyasiya instansiyası məhkəməsinə təkrar baxışa göndərilməli, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulan bərabər yanaşma prinsipi, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsində təsbit edilmiş haqq-ədalət, hüquqi ardıcıllıq və bərabər mənafelərə bərabər münasibət prinsipləri, eləcə də, Avropa İnsan Hüquqları Konvensiyanın 14-cü maddəsi və * saylı Protokolunun 1-ci maddəsi baxımından iş hərtərəfli araşdırılmalıdır. Belə ki, mübahisələndirilən normativ hüquqi tənzimləmələr üzrə aşağıdakı məsələlərlə bağlı kompleks araşdırmanın və qiymətləndirmənin aparılması tələb olunur: mübahisələndirilən normativ tənzimləmələr hansı məqsədlər üçün edilmişdir və onların həyata keçirilməsi ilə hansı nəticələrə nail olmaq hədəflənir; tənzimləmələrin edildiyi vaxt və şəraitlə bağlı nəzərə alınmalı olan xüsusi hallar varmı; tənzimləmələrin əmək pensiyası təminat sisteminə təsirini minimuma endirmək üçün hansısa tədbirlər, keçid müddəaları nəzərdə tutulmuş və həyata keçirilmişdirmi; tənzimləmələrlə əmək pensiyası alan şəxsləri və ya onların müəyyən qrupunu mütənasibliklə bağlı tələblər nəzərə alınmaqla qiymətləndirmə apardıqda onları əlverişsiz vəziyyətə məruz qoymuşdurmu və əgər məruz qoymuşdursa, hansı səbəblərlə əsaslandırılmışdır.

76. Məhkəmə kollegiyası hesab edir ki, Dövlət Gömrük Komitəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmiş məlumat vərəqləri müvafiq sorğu əsasında əldə edilməli və qanunvericilikdə edilmiş dəyişikliklər nəticəsində həmin vərəqlərdə hansı məlumatların əks etdirildiyi ətraflı araşdırılmalıdır. Xüsusilə, sözügedən 60 faiz əlavə ödənişlərin (digər vəsaitlərin) məlumat vərəqlərində hansı formada göstərildiyi müəyyən edilməlidir. Bu baxımdan araşdırılmalıdır ki, 2019-cu il # #### tarixinədək məlumat vərəqlərində həmin 60 faiz əlavələr necə göstərilmişdir; 2019-cu il # ###### tarixindən 2022-ci il # #### tarixinədək bu əlavələr ümumiyyətlə göstərilməmişdir, yoxsa göstərilmiş, lakin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən əmək pensiyası hesablanarkən nəzərə alınmamışdır; eləcə də 2022-ci il # #### tarixindən sonra həmin əlavələrin məlumat vərəqlərində hansı formada əks etdirildiyi aydınlaşdırılmalıdır.

77. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təkrar apellyasiya baxışı zamanı İnzibati Prosessual Məcəllənin 28.2-ci maddəsinə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı zəruri cəlb etmə qaydasında üçüncü şəxs kimi hazırkı işdə icraata cəlb edilməlidir

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarında qeyd olunan göstərişlərə uyğun olaraq Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadı ilə iş üzrə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ##.##.2026-cı il tarixdə apellyasiya şikayətinə verərək, təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Tərəflərin izahatları, prosessual məsələlər

Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edib təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ##.##.2024cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh ##.##.2026-cı il tarixdə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını və həmin işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyini nəzərə alınmaqla qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq “ ”Əmək pensiyaları haqqında” Qanun: 1.0.1.əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.4. xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; ## ###### 2018-ci il tarixli ****- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 1.0.5-ci maddəyə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri, eləcə də yeni məzmunda 20.30-cu maddə əlavə edilmişdir.. Həmin Qanun 2019-cu il ######ın #-dən qüvvəyə minir. 20.30. Bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.

“Sosial sığorta haqqında” Qanun: Maddə 15. Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri Məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan aşağıdakı gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır: ...məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il # ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları:

1. Həmin Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir. Həmin qaydların 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır.

2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququnun yarandığı tarixədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı aylıq vəzifə maaşının, ixtisas dərəcəsinə görə əlavə haqqın, qulluq üçün zəruri olan hallarda aylıq iş vaxtı norması 5 saatdan çox artırılanda işlədiyi hər saata görə ödənilən əlavə haqqın və əmək qanunvericiliyinə əsasən əmək şəraiti ilə əlaqədar dövlət qulluqçularına şamil edilən əlavələrin (qulluq şəraitinin ağır və zərərliliyinə, iqlim şəraitinə və s.) məbləği əsasında bu Qaydalara uyğun olaraq hesablanır.

Azərbaycan Respublikasının ##.##.1999-cu il tarixli 768-IQ №-li Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə: 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən öz təşəbbüsü ilə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Həmin Əsasnamənin 113-cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası: 1.1. Bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə) hesabına köçürülən vəsaitlərdən (bundan sonra - vəsait) istifadə qaydasını müəyyən edir. 1.2. “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ######## tarixli *** nömrəli Fərmanının 28.13.1-ci yarımbəndi nəzərə alınmaqla, vəsaitin qalan hissəsinin 60 faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilir. 1.3. Bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, vəsaitin qalan hissəsi gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların maddi-texniki və sosial bazasını möhkəmləndirmək, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf etmək məqsədilə Komitənin hesabına köçürülür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın 1.3-cü bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 1.3. Vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir. Həmin qərar 2022-ci il ####un #-dən qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2023-cü il tarixli *** nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın 1.2-ci və 1.3-cü bəndləri yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 1.2. Vəsait Komitənin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul edilən yeni metod və üsulların öyrənilməsinə sərf olunması məqsədi ilə Komitənin hesabına köçürülür. 1.3. Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.

Dövlət büdcəsi vəsaitinin istifadəsinə nəzarətin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı:

1. Müəyyən edilsin ki, büdcə xərclərinin funksional təsnifatına uyğun olaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının yanında fəaliyyət göstərən qurumlar tərəfindən aşağıdakı qaydada istifadə edilir: 1.1. Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan və fəaliyyət göstərən dövlət agentlikləri, dövlət xidmətləri və onlara bərabər tutulan digər dövlət qurumları həmin qurumların fəaliyyəti üzrə ayrılmış büdcə vəsaitlərinin sərəncamçısıdırlar və onlardan təyinatı üzrə istifadə edilməsini həyata keçirirlər; 1.2. ayrılmış büdcə vəsaiti həmin qurumlar tərəfindən tərtib edilmiş və bu sahədə dövlət siyasətini həyata keçirən müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş proqramlar və xərclər smetası əsasında istifadə olunur;

İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı mahiyyət etibarı ilə aylıq vəzifə maaşlarına ödənilmiş 60 (altmış) faiz əlavə göstərilməklə iddiaçı Seyidov İrşad Nadir oğluna aid yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarında qeyd olunan göstərişlərə uyğun olaraq məhkəmə tərkibi araşdırma aparmışdır. Belə ki, ##.##.2026-cı il tarixdə cavabdeh inzibati orqana sorğu verilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının 76 və 78-ci bəndlərində qeyd olunan hallara münasibət bildirilməsi və zəruri sübutların təqdim edilməsi xahiş olunmuşdur. Həmin tarixdə, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsinə sorğu verilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası” və həmin Qaydaların qəbul edildiyi vaxtdan hal-hazıradək edilmiş dəyişikliklər lahiyəsinə tərəflərindən verilmiş rəy və təkliflərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Eyni zamanda ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanan sorğuda iddiaçı Seyidov İrşad Nadir oğlundan işlədiyi dövrdə əmək haqqı ilə birlikdə digər növ 60% vəsaitdən (Dövlət Gömrük Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilən 60% vəsait) məcburi dövlət sosial sığorta haqqının tutulması və tutulduğu təqdirdə ödənilməsi barədə məlumatların 10 gün müddətində məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsinin ##.##.2026-cı il tarixli cavab məktubundan görünür ki, müraciətdə qeyd olunan Qayda və həmin Qaydaya edilmiş dəyişikliklərin mətni hüquqi aktların vahid elektron bazasında dərc edilmişdir. Həmçinin, Qaydaya edilmiş dəyişikliklərlə bağlı layihələrə rəylərin verilməsi barədə məlumat baş idarənin arxivində aşkar edilməmişdir. Müraciətdə qeyd olunan normativ tənzimləmələrin məqsədləri, həmin dəyişikliklər ilə nail olunması hədəflənən nəticələr, habelə dəyişikliklərin müvafiq ictimai münasibətlərə təsiri normayaratma təşəbbüsünün subyekti tərəfindən layihənin zərurətinin əsaslandırılmasında qeyd olunmalıdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ##.##.2026-cı il tarixli cavab məktubundan görünür ki, sabiq gömrük əməkdaşı Seyidov İrşad Nadir oğlu # #### 2021-ci il tarixdə xidmətdən azad olunanadək xidmət etdiyi müddət ərzində aldığı aylıq vəzifə maaşlarına hesablanmış 60 (altmış) faiz əlavə məbləğdən qanunvericiliyə uyğun olaraq məcburi dövlət sosial sığorta haqları tutulmuşdur. Belə ki, qeyd olunan əlavə məbləğlərdən məcburi dövlət sosial sığorta haqları müvafiq olaraq 3 (üç) və 22 (iyirmi iki) faiz dərəcələri üzrə hesablanaraq tutulmuş və təyinatı üzrə köçürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli, **** nömrəli “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Fərmanına əsasən, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının ## ###### 2018-ci il tarixli Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə dəyişiklik edilmiş və həmin maddədə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir. Həmin dəyişiklik # ###### 2019-cu il tarixdən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı gün aldıqları aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır. X3 1.0.3-cü və 1.0.4cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi məqsədilə təminat xərcliyinin hesablanması və müvafiq məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydasını müəyyən edir. Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin tərkibi müəyyən edilmiş, qeyd olunan Qaydaların 2-ci bəndində isə təminat xərcliyinin hesablanma mexanizmi təsbit olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”na dəyişiklik edilmiş və # #### 2022-ci il tarixdən Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin 60 faizinin dövlət büdcəsinə köçürülməsi, həmin vəsaitin isə tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə olunması müəyyən edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən, normativ hüquqi aktın məzmununda qeyrimüəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normalara rəsmi şərh verir. Nəzərə alınmalıdır ki, İrşad Seyidova əmək pensiyası # #### 2021-ci il tarixdə təyin edilmişdir. Halbuki, istinad etdiyi və tətbiq olunmasını tələb etdiyi normativ dəyişiklik # #### 2022-ci il tarixdən qüvvəyə minmişdir. Bu səbəbdən həmin normativ aktın müddəalarının onun pensiya hüquqlarına geriyə qüvvə ilə tətbiq olunması qanunvericiliklə nəzərdə tutulmamışdır. Beləliklə, İrşad Seyidov barəsində tərtib edilmiş təminat xərcliyi barədə məlumat vərəqəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərinə uyğun hazırlanaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və Gömrük Məcəlləsinin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərindən Komitənin hesabına köçürülən vəsaitlərin 60 faizi əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilirdi. Yəni ##.##.2022-ci il tarixinədək Komitənin əməkdaşlarına ödənilən əlavələr büdcədənkənar pul vəsaiti hesabına idi. Bununla əlaqədar da həmin əlavələr # ###### 2019-cu il tarixindən # #### 2022-ci il tarixinədək təminat xərcliyində göstərilmirdi, həmçinin gömrük orqanlarının sabiq əməkdaşlarına qulluq stajına görə əlavə hesablanan zaman nəzərə alınmırdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli qərarı ilə sözügedən Qaydalara edilən dəyişikliklərlə əlaqədar # #### 2022-ci il tarixindən gömrük orqanları əməkdaşlarına ödənilən əlavələr büdcədənkənar deyil, dövlət büdcəsi hesabına verilir. Nəticədə, ##.##.2022-ci il tarixindən həmin əlavələr dövlət büdcəsindən ödənildiyindən göstərilən tarixdən sonra gömrük orqanlarından tərxis olan şəxslərin pensiyalarının müəyyən edilməsi üçün təminat xərcliklərində nəzərə alınır. Qeyd olunanlara əsasən ##.##.2019-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində gömrük orqanlarından tərxis edilərək hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmiş şəxslərin təminat xərcliklərinə əlavələrin daxil edilməsi, həmçinin qeyd olunan vəsaitlərin pensiyalarının qulluq stajına görə əlavə hissəsinin hesablanması zamanı nəzərə alınmasının qanunvericiliyin tələbləri baxımından mümkün olması müəyyən edilməlidir. Beləliklə, ##.##.2022-ci il tarixindən həmin əlavələr dövlət büdcəsindən ödənildiyindən göstərilən tarixdən sonra gömrük orqanlarından tərxis olan şəxslərin pensiyalarının müəyyən edilməsi üçün təminat xərcliklərində nəzərə alınır. Odur ki, ##.##.2019-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində gömrük orqanlarından tərxis edilərək hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmiş şəxslərin təminat xərcliklərinə əlavələrin daxil edilməsi, həmçinin qeyd olunan vəsaitlərin pensiyalarının qulluq stajına görə əlavə hissəsinin hesablanması zamanı nəzərə alınmaması həmin dövrdə tərxis olunmuş şəxslərə münasibətdə fərqli rəftar olması mübahisəsizdir. Məhkəmə həmin fərqli rəftarın qanuni əsasının olmasını və qanuni məqsəd daşımasını müəyyən etməlidir. Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, qeyd edilən məsələ ilə bağlı sistematik və teleoloji təfsir metodlarına müraciət edilməli, eyni zamanda həmin vəsaitin formalaşması mənbəyi və təyinatı, hüquqi müəyyənlik, eləcə də bərabərlik prinsiplərinin qarşılıqlı əlaqəsi və qeyd edilənlərə məcmu şəkildə qiymətləndirilməklə yanaşılmalıdır. Belə ki, sistematik təfsir normanın hüquq sistemindəki digər normativ aktlarla əlaqəsini və iyerarxik münasibətini nəzərə alır. Bu metodda norma digər qaydalarla birlikdə oxunur və onun yer aldığı hüquq sisteminin bötüvlüyü kontekstində qiymətləndirilir. Teleoloji təfsir isə normanın məqsədini və qorumağa yönəldiyi sosial dəyərləri ön plana çıxarır. Bu metod normanı yalnız mətn və tarix konteksində deyil, onun funksional məqsədi və hüquqi nizam baxımından qiymətləndirir. Hüquq normasının müəyyənliyi, aydınlığı, ikimənalı olmamasının ümumi hüquqi şərtləri kimi hamının qanun və məhkəmə qarşısında bərabərliyinə dair Konstitusiya prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsi). Belə bərabərlik hüquqtətbiqedicilər tərəfindən yalnız normanın eyni cür şərhi və anlaşılması şərtilə təmin edilə bilər. Hüquq normasının məzmununun qeyri-müəyyənliyi isə əksinə, hüquqtətbiqi prosesində onun qeyri-məhdud anlaşılmasına imkan yaradır və qaçılmaz olaraq özbaşnalığa, hamının qanun və məhkəmə qarşısında bərabərliyi, eləcə də qanunun aliliyi prinsiplərinin pozulmasına gətirib çıxarır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli qərarı) Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il ## ######## tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il # ##### tarixli Qərarlar). Məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, iddiaçıya büdcədənkənar fond hesabına ödənilən vəsaitlərdən məcburi dövlət sosial sığorta haqqının hesablanaraq tutulması təmin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin II hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Dövlətin pensiya təminatı sisteminin sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərdiyini və bu sahədə aparılan islahat tədbirlərinin sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlməli olduğunu nəzərə alaraq, məcburi dövlət sosial sığorta haqlarına cəlb olunmalı olan gəlir növlərinin pensiya hesablanarkən nəzərə alınmasında hər hansı istisnaların mümkünlüyü məsələsinə şərh verilməsi məqsədəmüvafiq hesab edilir. Həmin vəsaitin təyinatına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, dövlət büdcəsinin vəsaitləri: Vergilər, rüsumlar və digər dövlət gəlirləri hesabına formalaşır. Bu vəsaitlər dövlət aparatının saxlanılmasına, infrastruktur layihələrinə, orduya və sosial ehtiyaclara xərclənir. Dövlət büdcəsi vəsaitləri ciddi hüquqi qaydalarla tənzimlənir və yalnız təsdiq olunmuş smetada göstərilən məqsədlərə xərclənə bilər. Onların təyinatı üzrə və səmərəli istifadə olunmasına dövlət qurumları tərəfindən ciddi nəzarət həyata keçirilir. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən əlavə gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və Gömrük Məcəlləsinin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərinin hesabına formalaşmışdı. Məhz bu səbəbdən də 2022-ci il ####un #-dən qüvvəyə minən ## ##### 2022-ci il tarixli *** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”na edilmiş dəyişiklik edilməklə həmin əlavənin büdcə vəsaiti olduğu dəqiqləşdirilmişdir. Odur ki, tələb olunan meyarlar baxımından təhlil etdikdə həmin əlavənin formalaşma mənbəyi dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və gömrük ödənişləridir, istifadə təyinatı isə məqsədli olmaqla dövlət aparatının saxlanmasına yönəlmiş və həmin əlavələrdən məcburi dövlət sosial sığorta haqları tutulmuşdur. Bu baxımdan, həmin əlavələr büdcədənkənar vəsaitlər hesabına deyil, məhz büdcə vəsaiti hesabına formalaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, həmin vəsait mahiyyət və məzmun etibarilə büdcə vəsaiti olmuşdur. Nəticə etibarilə, ##.##.2022-ci il tarixdə qüvvəyə minən müvafiq dəyişikliklə qeyd edilən uyğunsuzluq aradan qaldırılmaqla həmin əlavələrin büdcə vəsaiti olduğu müəyyən edilmişdir. Odur ki, ##.##.2019-cu ilə qədər olan vəziyyət faktiki olaraq bərpa edilmişdir. Bu baxımdan, müvafiq dəyişiklikdə iradə ifadəsi həmin vəsaitin büdcə vəsaiti statusunu müəyyən etməyə yönəlmişdir. Belə olan təqdirdə, məhkəmə kollegiyası qeyd edir ki, ##.##.2019-##.##.2022-ci il tarixlər arasında tərxis olunmuş şəxslərə münasibətdə fərqli rəftarın zahirən qanuni əsası olsa da, həmin fərqli rəftar qanuni məqsəd daşımamış və fərqli rəftarın ağlabatan mütənasiblik əlaqəsi mövcud olmamış, nəticə etibarilə Konstitusiyanın 25-ci maddəsi baxımından əsaslı olmamışdır. Müvafiq əlavənin göstərilməməsi nəticəsində iddiaçının pensiya ödənişlərinin məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib deyil. Beləliklə, məhkəmə kollegiyası qeyd edilən qənaəti tamamlayaraq hesab edir ki, mübahisələndirilən normativ tənzimləmələrin məqsədi məhz müvafiq tənzimləməni qanuna uyğunlaşdırmaq və həmin əlavələrə büdcə vəsaiti statusunu dəqiqləşdirmək hədəflənlənmişdir. Lakin tənzimləmələrin əmək pensiyası təminat sisteminə təsirini minimuma endirmək üçün hansısa tədbirlər görülməmiş, keçid müddəaları nəzərdə tutulmamış və həyata keçirilməmişdir; tənzimləmələrlə əmək pensiyası alan şəxsləri və ya onların müəyyən qrupunu mütənasibliklə bağlı tələblər nəzərə alınmaqla qiymətləndirmə apardıqda ##.##.2019-##.##.2022-ci ildə pensiyaya çıxmış şəxsləri əlverişsiz vəziyyətə məruz qoymuşdur və bu, əsaslandırılmışmamışdır. Məlumat vərəqəsinin aid olduğu dövrə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı uzun illər gömrük orqanlarında xidmət etmiş və həmin əlavəni almışdır, pensiya hüququ ##.##.2021-ci il tarixindən yaranmışdır. Odur ki, kollegiyanın yuxarıda qeyd etdiklərinin məntiqi davamı olaraq hesab edir ki, müvafiq məlumat vərəqi də məhz hüququnun yarandığı tarixə aid edilməklə verilməlidir. Məhkəmə kollegiyası, iddiaçının tələbində ümumən haqlı olduğu qənaətindədir. Pensiyanın hansı tarixdən yenidən hesablanmalı olduğuna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdeh inzibati orqana müvafiq müraciəti ##.##.2020-ci il tarixdə olmuşdur. Məhkəmə kollegiyası qanunvericilikdəki dəyişikliklərin 2022-ci il # #### tarixində qüvvəyə mindiyini nəzərə alaraq müvafiq yenidən hesablamanın da məhz həmin tarixdən aparılmalı olduğu qənaətindədir. Məhkəmə kollegiyası qeyd edilən yanaşmanın haqq-ədalət meyarlarına cavab verdiyi və bərabər mənafelərə bərabər münasibət prinsipinə uyğun gəldiyi qənaətindədir. Göstərilənlərə əsasən məhkəmə tərkibi qeyd edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. İş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. Aylıq vəzifə maaşlarına ödənilmiş 60 (altmış) faiz əlavə göstərilməklə iddiaçı Seyidov İrşad Nadir oğluna aid yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar