Məhkəmə qərarları › İş №2-1(3-6)-564/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-564/2026

15.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-564/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əlilliyin təyin olunması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. -Tibbi-Sosial Ekspertiza və X6 Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışdan görünür ki, Bakı ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ##.##.2022-ci il tarixli, *******AADP* nömrəli göndərişi ##.##.2022-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnozun mətni: => Postkontuzion sindrom, Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və koqnetiv funksiyaların enməsi ilə, anamnezində funksional tutmalar. Baldırın çoxsaylı travmaları, Sağ baldırın dəlib-keçən güllə yaralanması (##.##.2020), baldır sümüklərinin açıq, çoxqəlpəli, yerdəyişən qamış sümüyünün diafizinin orta 1/3-nin defektinə görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, Q.Allizarov üsulu ilə osteosintezi (##.##.2020) və aparatın demontajından (##.##.2021) sonrakı sağ qamış sümüyünün sümük defekti ilə bitişmiş sınığı və deformasiyası, incik sümüyünün kafi bitişmiş sınığı, aşıq-baldır oynağının çapıq əzələ kontrakturası, yerişin pozulması ilə. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

2. - Cavabdeh tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış ##.##.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və ##.##.2021-ci ildən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Sonrakı dövrdə vətəndaş ##.##.2022-ci ildə Agentliyin müvafiq Tibbi-Sosial Ekspert Komissiyasında nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində ##.##.2022-ci ildən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qüvvədə saxlanılmışdır. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə. Baldır sümüklərinin açıq, çoxqəlpəli, yerdəyişən, qamış sümüyünün diafizinin orta 1/3-nin defektinə görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, yerişin pozulması ilə” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qüvvədə saxlanılmışdır.

3. İşin məhkəmə araşdırması zamanı Şirvan İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertlərinə tapşırılmış və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi * nömrəli və ** nömrəli X8 tərəfindən tərtib edilmiş göndərişlərlə göndərilmiş № *** saylı arayışlarda şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı və iddiaçıda göndərişdə qeyd olunmuş xəstəliklər müəyyən olunurmu? - Cavabdehin həmin göndəriş əsasında əlilliyin təyinindən imtina əsasları (diaqnoz əlillik əlaməti təyin etməməsi - diaqnoz əlillik əlaməti təyin etmir) tibbi cəhətdən əsaslanlaşdırılmış və iddiaçının real tibbi sağlamlıq vəziyyətini əks etdirirmi? -Aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? - * nömrəli və ** nömrəli X8 tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli № *** qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq əlilliyin təyin edilməsinə əsas verirmi, göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü, düşürsə konkret olaraq hansı xəstəlikdir (Əsasnamədə nəzərdə tutulan xəstəliklə bağlı maddə konkret göstərilməklə)? - İddiaçıya əlillik dərəcəsi təyin edilərkən onda olan xəstəliklər hazırda müşahidə olunurmu? -İddiaçıda həmin xəstəlik mövcuddursa xəstəliyin müalicə alınmaqla reabilitasiyası mümkündürmü? - Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət varmı?

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən verilmiş T ***/**** nömrəli, ##.##.2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: 1-ci və 2-ci suallar üzrə: Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçərkən “X1”ə EEQ müayinəsinə göndərilmiş və ##.##.2023-cü il tarixdə “Beyinin zəif diffuz tipli dəyişiklikləri və diensefal paroksizmlərə meyilliyi”, ##.##.2023-cü ildə Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinəsi zamanı isə həkim komissiyası tərəfindən “Odlu silahla yaralanmadan sonra sağ qamış sümüyünün orta 1/3- nin qəlpəli qeyri-düzgün bitişmiş sınığı, Varus deformasiyası osteofitləri və yumşaq toxumada çoxsaylı metal qəlpələri, sağ baldırın orta-aşağı 1/3-nin iç-ön səthlərində dartıcı çapıq toxuması, sağ incik sinirinin neyropatiyası, sağ pəncənin sallanması, parezi, əzələ atrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması (S72.2, M84.0; M21.1, M25.7; L90.5; S84.1; M21.3; M62.5; R52.2; R26.8.)” diaqnozu müəyyən edilmişdir. 3-cü sual üzrə: Əlilliklə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X10-Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir. 4-cü və 5-ci suallar üzrə: Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş “Postkontuzion sindrom, mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və koqnetiv funksiyaların enməsi ilə, anamnezində funksional tutmalar, baldırın çoxsaylı travmaları, sağ baldırın dəlib-keçən güllə yaralanması (##.##.2020), baldır sümüklərinin açıq, çoxqəlpəli, yerdəyişən sınığı, qamış sümüyünün diafizinin orta 1/3-nin defektinə görə aparılmış yaraların birincili cərrahi işlənməsi, Q.A.İlizarov üsulu ilə sintezi (##.##.2020) və aparatın demantajından (##.##.2021) sonrakı sağ qamış sümüyünün sümük defekti ilə bitişmiş sınığı və deformasiyası, incik sümüyünün kafi bitişmiş sınığı, aşıq-baldır oynağının çapıq əzələ kontrakturası, yerişin pozulması ilə” xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Şəxsin TSEK-də müayinələri zamanı ekspertlər tərəfindən əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar heç bir qeydiyyat aparılmamışdır. Hazırda da o, yuxarıda qeyd edilən xəstəliklərdən əziyyət çəkir. Lakin, diaqnozun əlillik əlaməti təyin etməməsi məsələsinin aydınlaşdırılması üçün TSEK-də onu yazmış tibbi sosial ekspertlərinin dindirilməsi məsləhətdir. 6-cı və 7-ci suallar üzrə: Diaqnozda olan xəstəliklər tam reabilitasiya olunmurlar və hazırda onlarla əlaqədar onun əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, xəstəliklər kəskinləşdikdə müvafiq ixtisas sahəsinin həkimləri tərəfindən müalicəyə cəlb edilə bilərlər.

5. Şirvan İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə təyin edilmiş müvfiq ekspertiza qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertlərinə tapşırılmış və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: - ##.##.1988-ci ildə Cəbrayıl rayonu Balyand kəndində anadan olmuş və Cəbrayıl rayonu, Balyand kəndində qeydiyyatda olan İddiaçı (Ş/V AZE 16122492) hazırkı vəziyyətini əks etdirən diaqnozu ona birinci, ikinci və ya üçüncü dərəcə əlilliyin təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli, № *** qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də qeyd olunan hallara uyğundurmu? - Uyğunluq təşkil etdiyi halda İddiaçı xəstəlik vəziyyəti hansı dərəcə əlilliyə uyğun gəlir ?

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən verilmiş T **/**** nömrəli, ##.##.2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: 1-ci, 2-ci və 3-cü suallar üzrə: Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçərkən “X1”ə EEQ müayinəsinə göndərilmiş və ##.##.2023-cü il tarixdə “Beyinin zəif diffuz tipli dəyişiklikləri və diensefal paroksizmlərə meyilliyi”, ##.##.2023-cü ildə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinəsi zamanı isə həkim komissiyası tərəfindən “Odlu silahla yaralanmadan sonra sağ qamış sümüyünün orta 1/3- nin qəlpəli qeyri-düzgün bitişmiş sınığı, Varus deformasiyası osteofıtləri və yumşaq toxumada çoxsaylı metal qəlpələri, sağ baldırın orta-aşağı 1/3nin iç-ön səthlərində dartıcı çapıq toxuması, sağ incik sinirinin neyropatiyası, sağ pəncənin sallanması, parezi, əzələ atrofıyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması (S72.2, M84.0; M21.1, M25.7; L90.5; S84.1; M21.3; M62.5; R52.2; R26.8.)” diaqnozu müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli Nə 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etməyə əsas vermədi.

7. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertlərinə tapşırılmış və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçı İddiaçı canlı müayinəsi zamanı ** nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, *******AADP* nömrəli göndərişdə (Forma 88) qoyulmuş diaqnoz və ağırlaşmalar müəyyən olunurmu?

2. İddiaçı canlı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X11 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur?

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən verilmiş T ***/**** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: 1-ci və 2-ci suallar üzrə cavab: Vətəndaş İddiaçı əlillik vəziyyətinin TibbiSosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən XBT 10 kodu ilə: “Əsas xəstəlik: F07.2- Postkontuzion sindrom, mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla və koqnitiv funksiyaların enməsi ilə, anamnezində funksional tutmalar. Ağırlaşma: F07.2-postkontuzion sindrom, mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla və koqnitiv funksiyaların enməsi ilə, anamnezində funksional tutmalar. Yanaşı xəstəliklər: S89.7-baldırm çoxsaylı travmaları, sağ baldırın dəlibkeçən güllə yaralanması (##.##.2020), baldır sümüklərinin açıq, çox qəlpəli, yerdəyişən qamış sümüyünün diafızinin orta 1/3-nin defektinə görə aparılmış yaraların birincili cərrahi işlənməsi, Q.İlizarov üsulu ilə osteosintezi (##.##.2020) və aparatın demontajından (##.##.2021) sonrakı sağ qamış sümüyünün sümük defekti ilə bitişmiş sınığı və deformasiyası, incik sümüyünün kafi bitişmiş sınığı, aşıq-baldır oynağının çapıq əzələ kontrakturası, yerişin pozulması ilə” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin ##.##.2022ci il tarixdə DTSERA-da əyani müayinəsi zamanı göstərilən diaqnoz anamnestik məlumatlar və obyektiv müayinə nəticələrinə əsasən öz təsdiqini tapmamışdır.

9. Daha sonra məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatriya ekpertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinə tapşırılmış və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. ##.##.1988-ci il təvəllüdlü iddiaçı İddiaçı canlı müayinə olunmaqla (zərurət yarandıqda instrumental müayinə vasitələrindən istifadə olunmaqla) xəstəlik (xəstəliklər) diaqnozu müəyyən edilsin.

2. İddiaçı İddiaçı canlı müayinəsi zamanı onda ##.##.2022-ci il tarixli, *******AADP* nömrəli göndərişdə (Forma 88) qoyulmuş diaqnozlar təsdiqini tapırmı?

3. İddiaçı canlı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X11 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur?

4. İddiaçı canlı müayinəsi zamanı ##.##.2022-ci il tarixli, *******AADP* nömrəli göndərişdə qoyulmuş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilmiş əlillik təyininə əsas verən xəstəliklərin əhatə dairəsinə düşürmü?

5. İddiaçı ##.##.2022-ci il tarixli, *******AADP* nömrəli göndərişdə (Forma 88) göstərilmiş xəstəliklərin (diaqnozların) olması təsdiq edilirsə, o zaman həmin (yəni Forma 88-də göstərilən) əsas diaqnoz və yanaşı xəstəliklərin ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda (XBT-10 kodu qeyd olunmaqla) hansı altbəndlərə (qiymətləndirmə hissəsindəki) uyğun gəlir və iddiaçının səhhətində hansı ağırlaşma formasında təzahür edir?

6. İddiaçı xəstəliklərinin qiymətləndirilməsi zamanı onda postkontuzion sindrom (F07.2) müəyyən edilirsə, bu diaqnoz onun səhhətinin pozulması, psixopatoloji davranış formasında, həmçinin sosial uyğunlaşmasında hansı ağırlaşmalarla müşahidə edilir?

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş **** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: 1-ci sual üzrə: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və koqnitiv funksiyaların enməsi və anamnezində funksional qıcolma tutmaları ilə” (F07.0) aşkar edilir. 2-ci sual üzrə: İddiaçı İddiaçı canlı müayinəsi zamanı onda ##.##.2022-ci il tarixli, *******AADP* nömrəli göndərişdə (Forma 88) qoyulmuş diaqnozlar təsdiqini tapır. 3-cü sual üzrə: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və koqnitiv funksiyaların enməsi və anamnezində funksional qıcolma tutmaları ilə” (F07.0) aşkar edilir. 4-cü sual üzrə: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. 5-ci sual üzrə: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. 6-cı sual üzrə: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və koqnitiv funksiyaların enməsi və anamnezində funksional qıcolma tutmaları ilə” (F07.0) aşkar edilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin ##.##.2022-ci il tarixli imtinasının edilməsini və ##.##.2022-ci ildən etibarən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyinatı aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qəbul edilməsini xahiş etmişdir.

12. Şirvan İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli qərardadı ilə * nömrəli Birləşmiş Şəhər Xəstəxanası və ** nömrəli Birləşmiş Şəhər Xəstəxanası publik hüquqi şəxsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

13. Şirvan İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “##.##.2022-ci il tarixdən etibarən iddiaçıya üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

14. Şirvan İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza-Reablitasiya Agentliyinə qarşı “##.##.2022-ci il tarixdən etibarən ona üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

15. İddiaçının nümayəndəsi Bakı İnzibati Məhkəməsinə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddiaçı İddiaçı ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ##.##.2022-ci il tarixli, *******AADP* nömrəli göndərişi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir.

17. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ##.##.1988-ci il tarixində anadan olmuşdur. Müdafiə Nazirliyinin tərkibində bir çox hərbi hissələrdə xidmət etmişdir. Vətən Müharibəsində N saylı hərbi hissənin tərkibində döyüşlərdə fəal iştirak etmiş, ağır yaralanmış, hərbi xidmətdən ehtiyata buraxılmışdır. Vətən Müharibəsi zamanı Ali Baş Komandan tərəfindən bir çox orden və medallarla təltif edilmişdir. Qeyd edilir ki, Vətən Müharibəsində aldığı xəsarətlərlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadəlləndirilmişdir, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik şəhadətnaməsi verilmişdir. Tibb müəssiəsinin göndərişi əsasında ikinci dəfə ##.##.2022-ci ildə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsi məqsədi ilə tibb müəssisəsinin göndərişi elektron sistemə daxil edilmişdir. Lakin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatından imtina etmişdir. İddiaçı hesab edir ki, səhhətində olan xəstəliklərə əsasən ona 2-ci dərəcə müddətsiz əlillik təyin edilməlidir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

18. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı * nömrəli şəhər Xəstəxanasının ##.##.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X11: XIX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S81 - Baldırın açıq yarası => S81.8 - Baldırın digər hissələrinin...; Diaqnozun mətni: Baldırın digər hissələrinin açıq yarası, Sağ baldırın odlu silah yarası.Sağ qamış və incik sümüyünün orta 1/3-nin çoxsaylı qəlpəli sınığı.İlizarovdan sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Bakı ** nömrəli Birləşmiş şəhər Xəstəxanasının ##.##.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X11: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Postkontuzion sindrom, Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, teztez baş verən dekompensasiyalarvə koqnetiv funksiyaların enməsi ilə, anamnezində funksional tutmalar. Baldırın çoxsaylı travmaları, Sağ baldırın dəlib-keçən güllə yaralanması (##.##.2020), baldır sümüklərinin açıq, çoxqəlpəli, yerdəyişən qamış sümüyünün diafizinin orta 1/3-nin defektinə görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, Q.Aİlizarov üsulu ilə osteosintezi (##.##.2020) və aparatın demontajından (0##.##.2021) sonrakı sağ qamış sümüyünün sümük defekti ilə bitişmiş sınığı və deformasiyası, incik sümüyünün kafi bitişmiş sınığı, aşıq-baldır oynağının çapıq əzələ kontrakturası, yerişin pozulması ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi iddiaçı İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” olmuşdur. Odur ki, iddiaçının əlavə müalicə olunduqdan sonra əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi məsləhət görülür. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir.

19. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı İddiaçı ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ##.##.2022-ci il tarixli, *******AADP* nömrəli göndərişi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməsi qərara alınmışdır.

20. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, beləliklə, hazırkı halda iddiaçının hüquqi marağı və məqsədi Bakı ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ##.##.2022-ci il tarixli, *******AADP* nömrəli tibbi göndərişi (Forma 88) üzrə orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla 2 il müddətinə müvafiq əlilliyin təyin edilməsindən ibarətdir. Bununla bağlı cavabdehə müraciəti “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə təmin edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirərək hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Ona görə də, iddiaçıya ##.##.2022-ci il tarixli göndəriş əsasında əlillik təyin edilməlidir.

21. Məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyəti ##.##.2022-ci il tarixdə verilmiş göndəriş üzrə cavabdeh tərəfindən ##.##.2022-ci il tarixdə qiymətləndirilmiş və həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»də şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün əsasların olmadığı müəyyən edilərək iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Bununla belə, məhkəmə hazırkı məhkəmə araşdırması ilə toplanmış sübutlara əsasən hesab edir ki, qeyd olunan tibbi göndəriş üzrə iddiaçıda müəyyən edilmiş xəstəliklər ona hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022- ci il 13 may tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”na uyğun olaraq müvafiq əlilliyin təyin edilməsi üçün əsas verir.

22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən verilmiş T***/**** nömrəli, ##.##.2023-cü il tarixli ekspert rəyindən görünür ki, iddiaçı hazırda postkontuzion sindrom, mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və koqnetiv funksiyaların enməsi ilə, anamnezində funksional tutulmalar və digər yanaşı xəstəliklərdən əziyyət çəkir. Rəydə həmçinin diaqnozda olan xəstəliklərin tam reabilitasiya olunmadığı bildirilmişdir.

23. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş **** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyindən də görünür ki, İddiaçı “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və koqnitiv funksiyaların enməsi və anamnezində funksional qıcolma tutmaları ilə” (F07.0) aşkar edilir. Həmin rəyin motivləşdirici hissəsində qeyd edilir ki, sözügedən diaqnozun iddiaçıda olmasını müayinə zamanı aşkar olunan əlamətlər (döyüşlərdə kəllə-beyin travması alması, qıcolma tutmalarının olması, baş ağrılanndan əziyyət çəkməsi, əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası’da "Üzvi (postkontuzion sindrom nəticəsində davranış) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə. Depressiv sindrom funksional tutmalar” diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən təqdim edilmiş T**/**** nömrəli, ##.##.2024-

24. cü il tarixli və T***/**** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəylərini araşdıraraq müəyyən edir ki, T**/**** nömrəli rəydə iddiaçının ##.##.2022-ci il tarixli, *******AADP* nömrəli göndəriş üzrə əsas diaqnozlarının mövcudluğu yoxlanılmamış, yalnız yanaşı xəstəliklərə qiymət verilmişdir. T***/**** nömrəli rəydə isə iddiaçı üzərində müstəqil tibbi araşdırma aparılmadan cavabdeh DTSERA-nın ##.##.2022-ci il tarixli əyani müayinə nəticələrinə istinad edilmişdir.

25. Bu halları nəzərə alaraq, məhkəmə hesab edir ki, qeyd olunan ekspert rəyləri iddiaçının sağlamlıq vəziyyətinin müəyyən edilməsi baxımından iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz

26. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş materialları ilə iddiaçının xəstə olması təsdiq edildiyindən və həmin diaqnoz əlillik təyin edilməsi üçün müəyyən edilmiş Meyarlara uyğun olduğundan, cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin edilməsindən imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş, həmçinin işin konkret halları nəzərə alınmaqla inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib, zəruri və yararlı olmamışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

27. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin *- *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinin dəlilləri

28. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və məhkəmə-psixiatrik ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X9-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirlər ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə və MHHK qərarında qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının qeyd etdiyi xəstəliklər və digər iddia ərizəsinə əlavə etdiyi tibbi sənədlərə əsasən, onun əlilliyinin yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, iddiaçı ikinci dəfə *******AADP* nömrəli göndərişə əsasən 2022-ci ildə qiymətləndirilmişdir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilıtatsiya Agentliyinin əlillik təyinatından imtinası tam əsassızdır, bu səbəbdəndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən imtina ləğv edilməlidir. Əlillik təyinatının düzgün aparmadığına görə də hal-hazırda o müraciətinin məhkəmə qaydasında həll olunmasını hesab edərək məhkəməyə müraciət etmişdir, ilk öncə uzun müddət Şirvan İnzibati Məhkəməsinində, sonradan qısa müddət ərzində Bakı İnzibati Məhkəməsində icraat aparıldı, Bakı İnzibati Məhkəməsində ekspertiza keçirilməklə, ətraflı və obyektiv araşdırma aparılaraq Bakı İnzibati Məhkəməsinin *- *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edildi, həmişəki kimi qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.

d) Prosses iştirakçılarının izahatlar

30. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

31. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh tərəf (nümayəndə) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPMin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

32. Məhkəmə Kollegiyası həmçinin, Azərbaycan Respublikası MPM-in 58-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında xxxx ilə əvəz olunmasını qərara almışdır.

Tətbiq edilən hüquq

33. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. 3.2-ci maddəsinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. 3.3-cü maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

34. Azərbaycan Respublikası Prezidentinin ## #### 2020-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin” Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; -2.1-ci bəndinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir; -3-cü bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. -1.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. -1.8-ci bəndinə əsasən, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. -2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə ləğv edilmişdir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: -3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış.

37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

39. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

41. Həmçinin, məhkəmə Kollegiyası hazırkı halda iddiaçının hüquqi marağı və məqsədi Bakı ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ##.##.2022-ci il tarixli, *******AADP* nömrəli tibbi göndərişi (Forma 88) üzrə orqanizmin funksiyalarının pozulması faizi 65- 80 faiz olmaqla 2 il müddətinə müvafiq əlilliyin təyin edilməsindən ibarətdir. Bununla bağlı cavabdehə müraciəti “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə təmin edilməmişdir.

42. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirərək hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Ona görə də, iddiaçıya ##.##.2022-ci il tarixli göndəriş əsasında əlillik təyin edilməlidir.

43. Bakı ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ##.##.2022-ci il tarixli, *******AADP* nömrəli tibbi göndərişdən görünür ki, iddiaçıda aşağıdaki xəstəliklər müəyyən olunmuşdur: Əsas diaqnoz - F07.2. Postkontuzion sindrom, Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və koqnetiv funksiyaların enməsi ilə, anamnezində funksional tutmalar. Yanaşı xəstəliklər – S89.7. Baldırın çoxsaylı travmaları, Sağ baldırın dəlib-keçən güllə yaralanması (##.##.2020), baldır sümüklərinin açıq, çoxqəlpəli, yerdəyişən qamış sümüyünün diafizinin orta 1/3-nin defektinə görə aparılmış yaraların birincilicərrahi işlənməsi, Q.Allizarov üsulu ilə osteosintezi (##.##.2020) və aparatın demontajından (##.##.2021) sonrakı sağ qamış sümüyünün sümük defekti ilə bitişmiş sınığı və deformasiyası, incik sümüyünün kafi bitişmiş sınığı, aşıq-baldır oynağının çapıq əzələ kontrakturası, yerişin pozulması ilə. Ağırlaşma – F07.2. Postkontuzion sindrom, Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və koqnetiv funksiyaların enməsi ilə, anamnezində funksional tutmalar.

44. Məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyəti ##.##.2022-ci il tarixdə verilmiş göndəriş üzrə cavabdeh tərəfindən ##.##.2022-ci il tarixdə qiymətləndirilmiş və həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»də şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün əsasların olmadığı müəyyən edilərək iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir.

45. Bununla belə, məhkəmə hazırkı məhkəmə araşdırması ilə toplanmış sübutlara əsasən hesab edir ki, qeyd olunan tibbi göndəriş üzrə iddiaçıda müəyyən edilmiş xəstəliklər ona hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022- ci il 13 may tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”na uyğun olaraq müvafiq əlilliyin təyin edilməsi üçün əsas verir.

46. Belə ki, oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli iş üzrə, ##.##.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamış, məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, *- *(***)-****/**** nömrəli 2-1(102)- ****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)- ****/**** nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, 2- *(***)-****/**** nömrəli, 2-1(102) ****/**** nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır.”

47. Analoji hüquqi mövqe Ali Məhkəmənin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixdə qəbul edilən kassasiya şikayətinin qəbulundan imtina edilməsi barədə qərardadında da ifadə edilmişdir.

48. Məhkəmə analoji hüquqi prizmadan çıxış edərək qeyd edir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirildiyi ##.##.2022-ci il tarixli göndərişdə iddiaçının əsas diaqnozu kimi müəyyən edilmiş postkontuzion sindrom xəstəliyi iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə, eyni zamanda müvafiq ekspert rəylərində öz təsdiqini tapmışdır.

49. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən verilmiş T***/**** nömrəli, ##.##.2023-cü il tarixli ekspert rəyindən görünür ki, iddiaçı hazırda postkontuzion sindrom, mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və koqnetiv funksiyaların enməsi ilə, anamnezində funksional tutulmalar və digər yanaşı xəstəliklərdən əziyyət çəkir. Rəydə həmçinin diaqnozda olan xəstəliklərin tam reabilitasiya olunmadığı bildirilmişdir.

50. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş **** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyindən də görünür ki, İddiaçı “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və koqnitiv funksiyaların enməsi və anamnezində funksional qıcolma tutmaları ilə” (F07.0) aşkar edilir.

51. Həmin rəyin motivləşdirici hissəsində qeyd edilir ki, sözügedən diaqnozun iddiaçıda olmasını müayinə zamanı aşkar olunan əlamətlər (döyüşlərdə kəllə-beyin travması alması, qıcolma tutmalarının olması, baş ağrılanndan əziyyət çəkməsi, əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası’da "Üzvi (postkontuzion sindrom nəticəsində davranış) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə. Depressiv sindrom funksional tutmalar” diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir.

52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndində F07.2 XBT kodu altında nəzərdə tutulan “Postkontuzion sindrom” xəstəliyi aşağıdakı hallarda əlilliyin təyini üçün əsas verir: (-) 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. (-) İstinad olunan Meyarlara əsasən şəxsə F07.2 kodu altında qeyd olunmuş diaqnoz qoyularkən 7.6.2.1-7.6.2.2-ci altbəndlərdə nəzərdə tutulmuş ağırlaşmalar üzrə qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsin sağlamlıq vəziyyətində müvafiq ağırlaşmalar müəyyən edildiyi halda, orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsi və müddəti müəyyən edilməklə əlillik dərəcəsi təyin edilir. Hazırkı halda, iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi zamanı onda Meyarların 7.6.2.2-ci altbənddəki halların mövcudluğu təsdiqini tapmışdır. Göstərilən xəstəlik İddiaçı orqanizminin funksiyalarının 65-80 % faiz pozulması kimi qəbul edilməsinə və ona 2 il müddətinə müvafiq əlillik təyin edilməsinə əsas verir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən təqdim edilmiş T**/**** nömrəli, ##.##.2024-

53. cü il tarixli və T***/**** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəylərini araşdıraraq müəyyən edir ki, T**/**** nömrəli rəydə iddiaçının ##.##.2022-ci il tarixli, *******AADP* nömrəli göndəriş üzrə əsas diaqnozlarının mövcudluğu yoxlanılmamış, yalnız yanaşı xəstəliklərə qiymət verilmişdir. T***/**** nömrəli rəydə isə iddiaçı üzərində müstəqil tibbi araşdırma aparılmadan cavabdeh DTSERA-nın ##.##.2022-ci il tarixli əyani müayinə nəticələrinə istinad edilmişdir.

54. Bu halları nəzərə alaraq, məhkəmə hesab edir ki, qeyd olunan ekspert rəyləri iddiaçının sağlamlıq vəziyyətinin müəyyən edilməsi baxımından iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz.

55. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı olaraq isə qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.

56. Apellyasiya şikayəti ilə bağlı məhkəmə Kollegiyası həmçinin, onu da qeyd edir ki, apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

57. ## #### 2026-cı il tarixdə məhkəməyə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsinin ## #### 2026-cı il tarixli, T ***/**** saylı Rəyi daxil olmuşdur.

58. Ekspert Rəyindən müəyyən olunmuşdur ki: 1,3. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Bakı ** nömrəli Birləşmiş şəhər xəstəxanası”nda tərtib edilmiş ##.##.2022-ci il tarixli, *******AADP* saylı Forma 088 göndərişində XBT-10 kodu ilə qeyd edilmiş “Əsas xəstəlik: “F07.2- postkontuzion sindrom, mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla və koqnitiv funksiyaların enməsi ilə, anamnezində funksional tutmalar. Ağırlaşma: F07.2-postkontuzion sindrom, mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla və koqnitiv funksiyaların enməsi ilə, anamnezində funksional tutmalar. Yanaşı xəstəliklər: S89.7baldırın çoxsaylı travmaları, sağ baldırın dəlibkeçən güllə yaralanması (##.##.2020), baldır sümüklərinin açıq, çox qəlpəli, yerdəyişən qamış sümüyünün diafızinin orta !/3nin defektinə görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, Q.İlizarov üsulu ilə osteosintezi (##.##.2020) və aparatın demontajından (##.##.2021) sonrakı sağ qamış sümüyünün sümük defekti ilə bitişmiş sınığı və deformasiyası, incik sümüyünün kafi bitişmiş sınığı, aşıq-baldır oynağının çapıq əzələ kontrakturası, yerişin pozulması ilə” diaqnoz ona stasionar şəraitdə aparılmış müayinə və müalicə zamanı müəyyən edilmişdir. - Göstərilən diaqnoz iddiaçının barəsində verilmiş və iş materiallarında olan şəhadətnamədə (Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı 1-ci cild, i/v-38-39-) əksini tapmış diaqnozla tam eynilik təşkil edir. -İddiaçı adına “Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzi” phş-in tərtib etdiyi ##.##.2025-ci il tarixli, **** saylı rəyin nəticə hissəsinə əsasən adına olan ##.##.2022ci il tarixli, *******AADP* nömrəli göndərişdə (Forma 88) qoyulmuş diaqnozlar onun hazırkı vəziyyətini əks etdirir. Odur ki, o, hazırda da qeyd edilən xəstəliklərdən əziyyət çəkir.

2. Qərardadda ekspertiza qarşısında müvafiq bənddə qoyulmuş suallar və yarımbənddə göstərilən hallar əlilliyin təyini və meyarları ilə əlaqədar olduğundan, onların həlli məhkəmə-tibb eksperti tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli, ** nömrəli Qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

59. Beləliklə, məhkəmə kollegiyası İPM-in 1.2, MPM-in 88-ci maddələrinə əsasən ekspert rəyinə iş materialları ilə birgə hüquqi qiymət verərək qeyd edir ki, ekspert rəyi və iş materialları ilə təsdiq olunur ki, ##.##.2022-ci il tarixli, *******AADP* nömrəli göndərişdə (Forma 88) qoyulmuş diaqnozlar iddiaçının hazırkı vəziyyətini əks etdirir. Odur ki, o, hazırda da qeyd edilən xəstəliklərdən əziyyət çəkir.

60. İddiaçıda təsdiq olunan əsas diaqnoz və ağırlaşmalar iddiaçı İddiaçı ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ##.##.2022-ci il tarixli, *******AADP* nömrəli göndərişi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinə əsasdır.

61. Məhkəmə Kollegiyası işin yuxarıda istinad olunan hallarından və tətbiq olunan normalardan çıxış edərək apellyasiya şikayətinin dəlilləri ilə bağlı olaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin təmin olunmasını istisna etmir.Bununla belə, iddia təmin olunsa da, iddiaçıya hansı müddətdən əlillik təyin edilməsi müəyyən olunmamışdır.

62. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin *- *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilməklə iddiaçıya ##.##.2022-ci il tarixdən əlillik təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı iddiaçıya ##.##.2022-ci il tarixdən əlillik təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilsin. Qalan hissədə qərar dəyişdirilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar