Məhkəmə qərarları › İş №2-1(3-6)-565/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-565/2026

25.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-565/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər: X7 (sədrlik edən və məruzəçi), X11 və X5 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: IŞIN HALLARI:

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2012-ci il tarixli, 2(006)- ****/**** nömrəli qətnaməsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi ** saylı evin * saylı mənzilinin alt hissəsində olan qeyri-yaşayış sahəsinin ## ###### 1996-cı il tarixdən Iddiaçı sahiblik və istifadəsində olması faktı müəyyən edilmişdir. Qətnamə ## ###### 2013-cü il tarixdə qüvvəsini almışdır.

2. Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, 16 ünvanında yerləşən 32.7 kv.m qeyri-yaşayış sahəsi Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən ##.##.2017-ci il tarixdə keçirilmiş hərracda **/** nömrəli protokola əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Komitəsi tərəfindən, bununla bağlı ## ###### 2017-ci il tarixli, **** nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi” bağlanmışdır.

3. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin # ###### 2018-ci il tarixli 2- *(**)**/**** nömrəli qərarına əsasən, Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və X3 işə cəlb edilməklə sərəncamın ləğv edilməsi haqqında iddia tələbi qismən – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş ## ######## 2016-cı il tarixli, *** nömrəli sərəncamının ləğv edilməsi hissəsində təmin edilmiş, həmin sərəncamın doğuracağı bütün nəticələrin ləğv edilməsi hissəsi isə mülki məhkəmə icraatı qaydasında baxılmalı olması əsası ilə mümkün sayılmamışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ## ##### 2019cu il tarixli, *-*(***)-***/**** nömrəli qərarına əsasən, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin # ###### 2018-ci il tarixli *-*(**)**/**** nömrəli qərarından üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, * saylı Bakı Inzibati- Iqtisadi Məhkəməsinin müvafiq qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. # #### 2019-cu il tarixdə verilmiş * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 2- *(**)**/**** nömrəli icra vərəqəsinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş ## ######## 2016-cı il tarixli, *** nömrəli sərəncam ləğv edilmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2019-cu il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinə əsasən, iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, X3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə auksion mərkəzinə qarşı iddiası təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin məhkəmə qərarı ilə ləğv olunmuş ## ######## 2016-cı il tarixli *** nömrəli sərəncamına əsasən, ünvan 1, * nömrəli mənzilin alt hissəsində yerləşən, iddiaçının qanuni sahibliyində və istifadəsində olan 32.7 kv.metrdən ibarət qeyriyaşayış sahəsinin satılması ilə bağlı ## ###### 2017-ci il tarixdə keçirilmiş hərracın nəticələri və həmin hərrac nəticəsində cavabdehlər arasında bağlanmış ## ###### 2017-ci il tarixli **** nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin alqı-satqı müqaviləsi əsasında cavabdeh X3 adına verilmiş RX seriyalı 23021115903 nömrəli ## ###### 2018-ci il tarixli çıxarış və ## ###### 2018-ci il tarixli texniki pasport ləğv edilmişdir.

7. Bakı Inzibati Məhkəməsinin # ###### 2022-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, 16 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin iddiaçının adına istifadə hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2023-cü il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin # ###### 2022-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)- ****/**** saylı ##.##.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Iddiaçı İddiaçı cavabdeh1n * saylı Bakı Ərazi Idarəsi, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X8 publik hüquqi şəxsi və Əmlak Məsələləri Dövlət Xidmətinə hazırki tələblə müraciət etmiş, lakin onun tələbi təmin olunmamışdır.

BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT:

11. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1n * saylı Bakı Ərazi Idarəsi, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X8 publik hüquqi şəxsi və Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək 2013- cü ilin fevral ayından etibarən 2024-cü ilin fevral ayınadək olan müddət ərzində keçmiş olan 11 il üzrə (11 il x 12 ay =132 ay) əldən çıxmış faydanın hər ay üçün 550 manat olaraq qəbul edilərək (132 ay x 550 manat) 72.600 manatın, məhkəmə çəkişmələri ilə dövlət orqanlarının münasibətləri ilə əlaqədar, habelə Auksion Mərkəzinin qanunsuz alqı-satqı əməliyyatı nəticəsində keçirdiyi stress, əsəb gərginliyi ilə bağlı iddiaçıya vurulmuş mənəvi ziyana görə 10.000 manatın, habelə müvafiq gedişatda hüquqi, qiymətləndirmə və s. xidmətlərə sərf olunmuş 3.000 manatın - ümumilikdə 85.600 manatın (qeyd edilmiş illər üzrə inflyasiya faizi hesablanaraq həmin məbləğə əlavə edilməklə) kompensasiya olaraq ona ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qovulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir

12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, k ##.##.1983-cü il tarixli order əsasında mərhum atası Nağıyev Əli Soltan oğlunun və ailə üzvlərinin faktiki sahiblik və istifadəsində olmuşdur. ## ##### 1991-ci il tarixdə atası vəfat etdikdən sonra isə, həmin mənzil vərəsəliklə iddiaçının mülkiyyətinə aid edilmişdir. Belə ki, Bakı Şəhər Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ##.##.1996-cı il tarixli, MH ****** saylı qeydiyyat vəsiqəsinə əsasən qeyd edilən mənzil tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Mənzilin bilavasitə altında yerləşən yarımzirzəmi də 1983-cü il tarixdən sahibliyində olmaqla, ailə üzvləri tərəfindən faktiki olaraq istifadə olunmuşdur. Hazırda da həmin yarımzirzəmi su, kanalizasiya, elektrik, telefon şəbəkələrinə müstəqil deyil, iddiaçının tam mülkiyyətində olan mənzilin üzərindən qoşulmuşdur. Odur ki, kommunal və digər ödənişlər onun adına olan vahid sayğaclar üzərindən həyala keçirilir. Bütün məhkəmə çəkişmələrində həmin qurumun ona qarşı yaradılmış süni maneələri davamlı xarakter daşımışdır. Nəsimi Rayon Məhkəməsinin hazırda da qüvvədə olan ##.##.2012-ci il tarixli, *(***)****/**** saylı qətnaməsinin cavabdeh təşkilat tərəfindən qəbul edilərək 2013-cü ildən etibarən bu günədək ona müvafiq çıxarışın verilməməsi, aradan keçmiş 11 ildən artıq müddət ərzində digər əlaqədar hüquqlarımı həyata keçirməsinə, o cümlədən sözügedən əmlakı satmasına və qanuni əsaslarla icarəyə verməsinə başqa yolla aradan qaldırılması mümkün olmayan süni maneələr yaratmışdır. Bununla yanaşı, qanuni əsaslarla sahibliyində və istifadəsində olan əmlaka vaxtında çıxarış verilməməsi, həmin əmlakın notarial qaydada icarəyə verilməsinə, əmlaka olan hüquqlarının başqasına satılmasına və s. əmlak hüquqlarının həyata keçirilməsinə ciddi maneələr yaratmışdır. 11 ildən artıq bir müddət ərzində həmin əmlakın notarial qaydada icarəyə verilməsi barədə dəfələrlə iddiaçıya müraciət olunmasına baxmayaraq, yuxarıda qeyd edilən səbəblərdən həmin əmlakı icarəyə verə bilməmişdir. Müraciətinə əsasən «xxxx» MMC tərəfindən aparılmış ## ####### 2023cü il tarixli «Qeyri-yaşayış sahəsinin aylıq icarə haqqını müəyyən etmək üçün qiymətləndirmə hesabatı»ndan görünür ki, sözügedən ünvan 1 ünvanındakı * nömrəli mənzilin altında yerləşən qeyri-yaşayış sahəsinin orta aylıq icarə haqqı 550-600 manat müəyyən edilmişdir. (Paralel müraciətinə əsasən «xxxx» MMC tərəfindən də hazırda Qeyri-yaşayış sahəsinin aylıq icarə haqqını müəyyən etmək üçün hazırda qiymətləndirmə aparılır. Odur ki, 2013-cü ilin fevral ayından etibarən 2024-cü ilin fevral ayınadək olan müddət ərzində keçmiş olan 11 il üzrə (11 il x 12ay =132 ay) əldən çıxmış faydanın hər ay üçün 550 manat olaraq qəbul edilərək (132 ay x 550 manat) 72.600 manatın, eyni zamanda məhkəmə çəkişmələri ilə dövlət orqanlarının yuxarıda sadaladığı münasibəti ilə əlaqədar, habelə Auksion Mərkəzinin qanunsuz alqısatqı əməliyyatı nəticəsində keçirdiyi stress, əsəb gərginliyi ilə bağlı ona vurulmuş mənəvi ziyana görə 10.000 manatın, habelə müvafiq gedişatda hüquqi, qiymətləndirmə və s. xidmətlərə sərf olunmuş 3.000 manatın - ümumilikdə 85.600 manatın (qeyd edilmiş illər üzrə inflyasiya faizi hesablanaraq həmin məbləğə əlavə edilməklə) kompensasiya olaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir.

13. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, *-**/*- *-F***/**** nömrəli əmri ilə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində cavabdeh1n * saylı Bakı Ərazi Idarəsinin fəaliyyətinə xitam verilməsini və funksiyalarının onun hüquq varisi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə verilməsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə əvəz edilmişdir.

14. Cavabdeh cavabdeh2 X8 publik hüquqi şəxsi məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar cavabdeh tərəfindən araşdırılmış və müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2000-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq hərrac vasitəsilə özəlləşdirilməsi barədə keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin ## ######## 2016-cı il tarixli, *** nömrəli qərar qəbul edilmiş və Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, 16 ünvanında yerləşən, ümumi sahəsi 32,7 kv. m olan qeyri-yaşayış sahəsi ## ###### 2017-ci il tarixində hərrac yolu ilə satılmışdır. Sözügedən əmlak üzrə hərrac keçirilməsinə baxmayaraq hərraclar baş tutmamış, lakin hərracın qalibi X3 olmuşdur. Həmçinin bildirilir ki, sözügedən əmlakın hərrac vasitəsilə satışı barədə komitənin mətbuu orqanı olan “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az - özəlləşdirmə portalında elan verilmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət əmlakının hərraclar vasitəsi ilə satışı zamanı alıcı qismində tanınan hər bir fiziki və hüquqi şəxs bu hərraclarda iştirak etmək hüququna malikdir. Eyni zamanda bildirilir ki, sözügedən əmlakın satışı ilə bağlı keçirilən hərraclarda iddiaçı iştirak etmək hüququndan istifadə etməmiş və qeyd edilən əmlak ##.##.2017-ci il tarixində hərracın qalibi tərəfindən satın alınmışdır. Əlavə olaraq bildirilir ki, dövlət əmlakının satışı Azərbaycan Respublikası Prezidentinin 2000-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsilə satışı qaydaları”na əsasən keçirilir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## ####### 2021 -ci il tarixli F-*** nömrəli Əmri ilə təsdiq edilmiş Mərkəzin Nizamnaməsinə görə, Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin və Xidmət rəisinin əmr və sərəncamlarını və digər normativ hüquqi aktları rəhbər tutur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

15. Cavabdeh cavabdeh2 məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin ##.##.2016-cı il tarixli, *** nömrəli sərəncamı ilə ünvan 1 ünvanında yerləşən, sahəsi 32.7-kv.m olan qeyri-yaşayış sahəsi (2 mərtəbəli binanın zirzəmisi) hərrac vasitəsi ilə özəlləşdirilməyə çıxarılmışdır. Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi ilə X3 arasında ## ###### 2017-ci il tarixli **** nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin alqı-satqı müqaviləsi əsasında sözügedən qeyri-yaşayış sahəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və sonuncuya ## ###### 2018-ci il tarixli, RX******* nömrəli çıxarış və ## ###### 2018-ci il tarixli texniki pasport verilmişdir. İddiaçı iddiası üzrə qəbul edilmiş * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 0# ###### 2018-ci il tarixli *-*(**)-**/**** saylı qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ##.##.2016-cı il tarixli, *** nömrəli sərəncamı ləğv edilmişdir. Eyni zamanda, İddiaçı iddiası üzrə qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli 2(005)- ****/**** saylı qətnaməsi ilə Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, 16, * nömrəli ünvanda yerləşən 32,7 kv. metrdən ibarət qeyri-yaşayış sahəsinin satılması ilə bağlı ## ###### 2017-ci il tarixində keçirilmiş hərracın nəticələri və həmin hərracın nəticəsində Əmlak Məsələləri Dövlət Komitəsi ilə X3 arasında bağlanmış ## ###### 2017-ci il tarixli **** nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrindən cavabdeh X3 adına verilmiş ## ###### 2018- ci il tarixli, RX******* nömrəli çıxarışın və ## ###### 2018-ci il tarixli texniki pasportun ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən məhkəmə qərarları qüvvəyə minməklə icraya yönəldikdən sonra Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2021-ci il tarixli, *** nömrəli Sərəncamı ilə icra edilmiş və Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, 16 ünvanında yerləşən 32.7 kv.m qeyri- yaşayış sahəsinin özəlləşdirilməsinə dair sənədlər etibarsız hesab edilmiş və çıxarış ləğv edilmişdir. Göründüyü kimi, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sözügedən məhkəmə qərarları qanunamüvafiq qaydada icra edilmişdir. Bildirilir ki, iddiaçı iddia ərizəsində onunla Xidmət arasında mövcud olmuş məhkəmə mübahisələri ilə bağlı 2013-cü il tarixindən 2024-cü il tarixinə qədər əldən çıxmış faydaya görə ona kompensasiya ödənilməsini tələb etmişdir. Bununla bağlı bildirilir ki, bu tələbin heç bir hüquqi əsası yoxdur. Belə ki, ilk növbədə nəzərə alınmalıdır ki, İddiaçı ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında məhkəmə mübahisələri 2013-cü ildən deyil, 2016cı ildən (mübahisənin predmeti olan qeyri-yaşayış sahəsi özəlləşdirilməsi üçün hərraca çıxarıldığı vaxtdan) başlamışdır. Digər tərəfdən həm məhkəmə mübahisələrindən qabaq, həm də mübahisələr zamanı və ondan sonra müvafiq qeyriyaşayış sahəsi iddiaçının sahibliyində olmuş və onun tərəfindən istifadə olunmuşdur. Belə olan halda iddiaçının hansı əsasla əldən çıxmış faydaya görə kompensasiya tələb etməsi məlum deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, əldən çıxmış faydaya görə şəxs o zaman kompensasiya ödənilməsini tələb edə bilər ki, o müəyyən dövr ərzində əmlakından məhrum edilmiş olsun. Yuxarıda qeyd edildiyi kimi, Əmlak Məsələləri Dövlət Xidməti qeyri-yaşayış sahəsinin özəlləşdirilməsini həyata keçirsə də, əmlak həmişə iddiaçının faktiki sərəncamında (sahibliyində) olmuş və o, həmin əmlakdan məhrum edilməmişdir. Beləliklə, hazırkı işin halları ilə cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı cavabdehlərə qarşı zərərin əvəzini tələb etmək hüququna malik deyildir. Həmçinin, cavabdehlərin hüquqa zidd hərəkəti nəticəsində iddiaçının hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də, öz təsdiqini tapmır. Həmçinin bildirilir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə ərizəsi təmin edilərək, ünvan 1, * saylı mənzilin alt hissəsində olan qeyri-yaşayış sahəsinin ##.##.1996-cı il tarixdən onun sahiblik və istifadəsində olması faktı müəyyən edilmişdir. Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə müvafiq qeyri-yaşayış sahəsinin iddiaçının yalnız sahiblik və istifadəsində olması tanınmış, dövlət reyestrində qeydiyyataalınması və ya daşınmaz əmlakın onun mülkiyyətinə verilməsi ilə əlaqədar heç bir müddəa nəzərdə tutulmamışdır. Beləliklə iddiaçı cavabdehlərdən ümumilikdə 85600 manat məbləğində kompensasiya ödənilməsini tələb etsə də, ona qeyd edilən məbləğdə ziyanın vurulmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Əlavə olaraq bildirilir ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, 2-1(112)- *****/**** saylı qərarı ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı adına istifadə hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin verilməsi cavabdeh * saylı Bakı Ərazi Idarəsinə həvalə edilməsi qərara alınmışdır. Müvafiq qərar icra edilmiş, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair iddiaçının adına ********** qeydiyyat nömrəli, ##.##.2024-cü il tarixli elektron çıxarış və texniki pasport hazırlanmışdır. Göründüyü kimi, bu məhkəmə qərarı da icra edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi məhkəmə xahiş edilmişdir.

16. cavabdeh1n * saylı Bakı Ərazi Idarəsi məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə Idarəyə müraciət etmiş və ##.##.2024-cü il tarixli, 243020626002 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, inzibati orqanın hərəkətləri nəticəsində dəymiş məbləğ o zaman tələb edilə bilər ki, öz mülkiyyət hüquqlarının reallaşdırılması istiqamətində hüquq sahibi bütün hüquqi müdafiə vasitələrini tükətmiş olsun. Belə ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə iddia tələbi təmin edilmiş və ünvan 1 yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı adına istifadə hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi Idarəsinə həvalə edilməsi qərara alınmışdır. Müvafiq qərar cavabdeh tərəfindən icra edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, 16 AZ 1007 ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair iddiaçının adına ********** qeydiyyat nömrəli, ##.##.2024-cü il tarixli elektron çıxarış və texniki pasport hazırlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

17. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

18. Həmin qərardan narazı qalan iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI VƏ MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

19. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandıırlmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi sadalanan bütün qanunsuzluqlara göz yumaraq işin faktiki hallarına uyğun olmayan nəticəyə gələrək iddia tələbini heç bir hissədə təmin etməmişdir. Görünən odur ki, məhkəmə bununla belə qənaətə gəlmişdir ki, cavabdeh təşkilatın bütün hərəkətləri qanuni olmuş və onun heç bir hüququ pozulmamışdır?! Hər şeyi kənara qoysaq belə, axı auksionun keçirilməsinin qadağan olunmasına rəğmən müvafiq məhkəmə qərarını heçə sayaraq həmin qərarı bilərəkdən pozan vəzifəli şəxsin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2018-ci il tarixli *(***)-***/**** saylı qərarına əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilməsi ilə də artıq onun hüquqlarının pozulması faktı təsbit olunmuşdu. Hazırkı iş üzrə Nərimanov Rayon məhkəməsinin həmin qərarının preyudisial əhəmiyyət daşımasını da məhkəmə nədənsə «nəzərə ala bilməmişdir». Başqa sözlə, məhkəmə əsassız və qanunsuz olaraq hesab etmişdir ki, cavabdeh təşkilat gələcəkdə də məhkəmənin ona həyata keçirməsini qadağan etdiyi istənilən hərəkəti məhkəmə qərarına məhəl qoymadan kefi istədiyi halda poza bilər və bununla heç tərəfindən heçə sayılmış məhkəmə qərarı, elə hazırkı işə baxan məhkəmə tərəfindən verilmişdi... Bununla yanaşı, məhkəmə onu da nəzərə almamışdır ki, qanunsuz keçirilmiş həmin auksionun doğurduğu nəticələrə görə o, 10 ildən çox bir müddət ərzində çoxsaylı məhkəmə instansiyalarında hüquqlarının bərpa edilməsi üçün iştiraka məruz qalmış, nəticəsi əvvəldən bütün tərəflərə məlum olan həmin məhkəmə proseslərində iştirak etmək üçün dəfələrlə işlədiyi rayondan Bakı şəhərinə gəlmək məcburiyyəti ilə qarşılaşmışdır. Yenə də qeyd etmək istəyir ki, nəticəsi əvvəldən bütün tərəflərə məlum olan həmin məhkəmə çəkişmələrinin heç bir mərhələsində cavabdeh təşkilat törətdiyi qanunsuzluqdan geri çəkilməmiş, əksinə apellyasiya və kassasiya instansiyalarına əsassız şikayətlər verməklə həm onun vaxtında həyata keçə biləcək əmlak hüquqlarıma əngəl yaratmış, həm məhkəmələrin iş yükünü formal olaraq artırmış, bu davranışı ilə tərəfindən korrupsiyaya zəmin yaradan mühitin formalaşmasına səbəb olmuşdur. Göstərilənlərin həqiqət olması nəticəsinə gəlmək üçün, sadəcə məhkəməyə iddia ərizəmə qoşma olaraq təqdim etdiyim, hətta seçmə qaydasında belə 225 vərəq təşkil edən məhkəmə aktlarının və əlaqədar sənədlərinin olması kifayət idi. Lakin, təəssüf ki, məhkəmə sadalanan və burada sadalanmasa da məhkəmə istintaqı zamanı araşdırılmış digər halları görməzdən gəlmiş, hətta maddi zərər bir yana, bütün müddət ərzində keçirdiyim stressi, əsəb gərginliyini, ən azı yüzlərlə məhkəmə proseslərində iştirakında ifadə olunan işlədiyi rayondan Bakı şəhərinə gəlib-qayıtmaq məcburiyyətində qalmağı, əmlak hüquqlarından vaxtında və səmərəli istifadə edə bilməməyi əsassız olaraq nəzərə almamışdır. Məhkəmənin mübahisələndrilən qərarında tutduğu mövqeyə görə «aydın və sübutlarla təsdiq edilmiş formada» məhkəmənin inandırması üçün o, məsələn hər dəfə bu məsələ ilə bağlı Bakı şəhərinə gəldikdə ən azı yol xərclərimi müvafiq qeyd aparılmaqla sənədləşdirməli idim. Halbuki, müəyyən faktların apriori qəbul edilməsi üçün sadə məntiqi izah yetərli olmalı idi. Həmin prosesin ilkin mərhələsində vəkil Vüqar Babalıyevin xidmətlərindən istifadə etməyi (sonradan xidmət haqqını qarşılaya bilmədiyi üçün onun xidmətlərindən imtina edərək məhkəmə proseslərində özüm iştirak etmişəm) təqdim etdiyi məhkəmə qərarlarından da görünməsinə baxmayaraq məhkəmənin məntiqinə görə bununla bağh çeklər və müqavilə təqdim olunmadığı halda belə bir fakt olmamışdır. Bununla yanaşı məhkəmə cavabdehin hərəkətləri ilə bağlı keçirdiyi mənəvi iztirabların xarakteri, intensivliyi və müddəti ilə bağlı sübutlar təqdim edilməməsini əsas gətirərək bu xüsusat üzrə də iddia tələbimi təmin etməmişdir. Ilk olaraq qeyd edim ki, 30 ildən artıq aktiv hüquqi fəaliyyətlə məşğul olmağıma rəğmən insanın keçirdiyi iztirabların xarakteri, intensivliyi və müddəti ilə bağh hər hansı sübut növünün təqdim olunması hah ilə qarşılaşmamışam. Bununla yanaşı, tutaq ki, şəxs həmin dövrdə infarkt və ya insult keçirir. Həmin xəstəliklərlə cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin necə təsbit olunacağını da öz məntiqimə uyğun qiymətləndirməyə çətinlik çəkir. (Məsələn, şəxs deyə bilər ki, cavabdehin hərəkətindən bir neçə gün sonra infarkt olmuş, cavabdeh isə infarktı ailə münaqişəsi və ya yolda baş vermiş tıxacla əlaqələndirə bilər). Zənnimcə, burada ən düzgün metod fərd olaraq hakimin özünü xəyalən iddiaçının və ya cavabdehin yerinə qoymaqla, məsələn iddiaçının müvafiq dövrdə (onun situasiyanda özümə məxsus əmlakın dövlət orqanı tərəfindən qanunsuz satılması ilə bağlı, əmlakı almış şəxsin gələrək daşınmaz əmlakın ona təhvil verilməli olması ilə bağh, habelə 10 ildən çox olan müddətdə keçirilmiş məhkəmə çəkişmələri ilə bağh) keçirdiyi emosional vəziyyəti anlamaq olardı. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» ## #### 2004-cü il tarixli ***-IIQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 tərəfindən etimad bəslənilməsi və ona hörmət olunması məhkəmə işinin səmərəliliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə də bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. Məhkəmələrə etimad məhkəmə müstəqilliyindən irəli gələn hakimlərin qərəzsizliyi ilə sıx bağlıdlır. Bir tərəfdən qərəzsizlik hakimin bir fərd kimi baxılan məsələyə münasibətdə şəxsi qərəzsizliyini ifadə edir. Digər tərəfdən o, demokratik cəmiyyətdə ədalət mühakiməsinə inamla bağlı olan məhkəmənin zahiri görünüşüdür. Həmin qərarda daha sonra göstərilmişdir ki, Avropa Insan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə ## ###### 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı ## ####### 1982-ci il tarixli qərarı; X1rşı iş üzrə ## ####### 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir».

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. Tərəflərin izahatları

21. ##.##.2026-cı il tarixdə iddiaçı İddiaçı ərizə verərək iddia tələbi üzrə əsl cavabeh kimi Əmlak Məsələləri Dövlət Xitmətinin tanınmasını xahiş etmiş və məhkəmə kollegiyası ərizəni icraata qəbul etmişdir.

22. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarını ləğv edib iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

23. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

24. . “Inzibati icraat haqqında” Qanun: 89.1 Inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2020-ci il tarixli qərarı : Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.

28. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI

29. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

30. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

31. Iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, tələb inzibati orqanın qanunsuz hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiaya uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir. IPMin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilən tələblə bağlı iddiaçı tərəfindən ##.##.2024-cü il il tarixdə cavabdeh quruma müraciət edilmiş, lakin cavabdeh tərəfindən onun tələbinı münasibətdə hərəkətsizlik edilmişdir. Iddia mümkündür.

32. Işin mahiyyətinə gəldikdə isə hazırda iddiaçıların tələbi “2013- cü ilin fevral ayından etibarən 2024-cü ilin fevral ayınadək olan müddət ərzində keçmiş olan 11 il üzrə (11 il x 12 ay =132 ay) əldən çıxmış faydanın hər ay üçün 550 manat olaraq qəbul edilərək (132 ay x 550 manat) 72.600 manatın, məhkəmə çəkişmələri ilə dövlət orqanlarının münasibətləri ilə əlaqədar, habelə Auksion Mərkəzinin qanunsuz alqı-satqı əməliyyatı nəticəsində keçirdiyi stress, əsəb gərginliyi ilə bağlı iddiaçıya vurulmuş mənəvi ziyana görə 10.000 manatın, habelə müvafiq gedişatda hüquqi, qiymətləndirmə və s. xidmətlərə sərf olunmuş 3.000 manatın - ümumilikdə 85.600 manatın (qeyd edilmiş illər üzrə inflyasiya faizi hesablanaraq həmin məbləğə əlavə edilməklə) kompensasiya olaraq ona ödənilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

34. Azərbaycan Respublikasının “ Inzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən nzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.

36. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla, hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

37. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs (o cümlədən dövlət orqanları) həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

38. Iddiaçı ona dəyən maddi zərər olaraq “onun 2013-cü ildən etibarən bu günədək ona müvafiq çıxarışın verilməməsi, aradan keçmiş 11 ildən artıq müddət ərzində digər əlaqədar hüquqlarımı həyata keçirməsinə, o cümlədən sözügedən əmlakı satmasına və qanuni əsaslarla icarəyə verməsinə başqa yolla aradan qaldırılması mümkün olmayan süni maneələr yaratmasını” göstərmişdir.

39. Iddiaçı isə maddi ziyanın səbəbi kimi məhkəmə çəkişmələrini göstərir. Qeyd olunmalıdır ki, inzibati orqanının hərəkətlərinin qanunsuz olması, o cümlədən məhkəmə mübahisəsinin olması ziyanın mövcudluğunu göstərmir. Bunun üçün maddi ziyanın olması da sübut olunmalıdır. Hazırki işdə iddiaçı konkret olaraq hansı zərərə məruz qaldığını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Iddiaçı da özü də məhkəmə iclasında izahatlarında etiraf etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsini hərracdan əvvəl də sonra da icarəyə verməmişdir. Bu da onun həmin əmlakdan kommersiya məqsədilə istifadə edərək gəlir əldə etmədiyini və ya gəlir əldə etmək üçün real hazırlıq etmədiyini göstərir. Ona görə də iddiaçının itirilmiş gəlir barədə iddiası ehtimala əsaslanır. Iddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmə hesabatları və hesablamalar mübahisəli qeyri-yaşayış sahəsinin müəyyən dövrlər üzrə icarəyə verilməsi imkanına dair ümumi bazar göstəricilərini əks etdirir və konkret olaraq iddiaçı tərəfindən həmin gəlirin faktiki olaraq əldə edilə biləcəyini, habelə bu imkanın məhz cavabdehin hərəkətləri nəticəsində aradan qalxdığını təsdiq edən sübutlarla müşayiət olunmamışdır.

40. Bundan başqa mübahisəli qeyri-yaşayış sahəsinə iddiaçının adına istifadə hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə dair məhkəmə qərarı 2023-cü il tarixdən qüvvəyə minməsinə baxmayaraq bu günədək iddiaçı qeyri-yaşayış sahəsini icarəyə verməmişdir. Yəni hazırki tarixdə də o həmin əmlakdan gəlir əldə etmir.

41. Qeyd olunmalıdır ki, 1996-cı il tarixdən həmin əmlak iddiaçının faktiki istifadəsində olmasına baxmayaraq həmin dövr ərzində mülkiyyət hüquqlarının qeydə alınmasına dair müraciətləri olması da iş materiallarından müəyyən olunmur.

42. Nəzərə alınmalıdır ki, zərərin ödənilməsi üçün zərərin real mövcudluğu, onun məbləği və cavabdehin hərəkətləri ilə zərər arasında səbəbli əlaqə iddiaçı tərəfindən aydın və sübutlarla təsdiq edilmiş formada ortaya qoyulmalıdır.

43. Məhkəmə kollegiyası iddiaçının mənəvi zərərin ödənilməsi tələbinə münasibətədə qeyd edir ki, iddiaçı onun mənəvi bütövlüyünün, mənəvi tarazlığının pozulmasına, ağrı və iztirabın meydana gəlməsinə, yaşama sevincinin və arzusunu itirməsinə səbəb olacaq hüquqa zidd əməlin olduğunu və həmin hüquqa zidd əməl nəticəsində qeyd edilən məhrumiyyətə məruz qaldığını əsaslandırmamışdır.

44. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyinə əsasən, mənəvi zərərin ödənilməsi üçün iddiaçı tərəfindən yaşanmış mənəvi iztirabların xarakteri, intensivliyi və müddəti, habelə bu iztirablarla cavabdehin hərəkətləri arasında səbəbli əlaqə məhkəmə tərəfindən qiymətləndirilməli, lakin bu qiymətləndirmə yalnız iddiaçının subyektiv mülahizələrinə deyil, işin faktiki hallarından irəli gələn obyektiv meyarlara əsaslanmalıdır. Iş üzrə isə iddiaçı tərəfindən mənəvi zərərin konkret hansı hallarda və hansı formada yarandığını, habelə bu zərərin cavabdehin hərəkətləri ilə birbaşa səbəbli əlaqədə olduğunu təsdiq edən sübutlar təqdim edilməmişdir.

45. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqlarının müəyyən dövrlərdə məhdudlaşdırılması və ya mübahisələndirilməsi faktı onun zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir, lakin bu hüququn realizəsi üçün Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi meyarlara uyğun olaraq sübutetmə yükü yerinə yetirilməmişdir.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2-1(102)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qərarında da eyni mövqe ifadə olunmuşdur.

47. Məhkəmə nəzərə alır ki, dövlət orqanının əmlakın hərraca çıxarılması barədə qərarı sonradan ləğv edilmiş və bununla bağlı məhkəmə araşdırmaları aparılmışdır. Lakin həmin qərarın mövcud olduğu müddətdə də iddiaçı əmlaka faktiki sahiblik və istifadəsini davam etdirmiş, əmlak onun əlindən çıxmamışdır. Həmçinin iş materiallarından görünür ki, nə qərarın qəbul edilməsindən əvvəl, nə onun qüvvədə olduğu dövrdə, nə də qərarın ləğv edilməsindən sonra iddiaçı həmin əmlakdan rəsmi qaydada gəlir əldə etməmişdir. Belə olan halda, iddiaçının məhkəmə proseslərinə cəlb edilməsi və hərracın nəticələrinin sonradan ləğv edilməsi özlüyündə mənəvi ziyanın ödənilməsi üçün kifayət etmir. Çünki həmin qərar iddiaçının əmlakdan faktiki istifadəsinə mane olmamış, onun əmlak üzərində sahiblik imkanlarını aradan qaldırmamış və hüquqlarını mənəvi ziyanın ödənilməsini zəruri edən dərəcədə pozduğunu təsdiq edən hallar müəyyən edilməmişdir.

48. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalı, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

49. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar