Məhkəmə qərarları › İş №2-1(3-6)-567/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-567/2026

03.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-567/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə (Açar sözlər: iddianın mümkünlüyünə düzgün hüquqi qiymət verilməməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Vəkil/Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək pensiyasının yenidən hesablanması məqsədi ilə xüsusi bilik tələb olunduğundan müvafiq mütəxəssis cəlb olunması və ya ekspertiza təyin olunmasını xahiş etmişdir. İddiaçı ##.##.2023-cü il tarixli dəqiqləşmə ərizəsində iddia tələbinin “İddiaçı “Qoryaçiy” gəmisində işlədiyi və rublla əməkhaqqı aldığı dövr, USD ilə əməkhaqqı aldığı dövr və ##.##.2014-cü ildən ##.##.2021-ci il tarixədək mərhum qardaşı Allahqulu Nəcəfqulu oğluna qulluq etmə müddəti də daxil edilməklə, ##.##.2010-cu il tarixdə təyin edilmiş pensiyanın indeksasiya və devalvasiya nəzərə alınmaqla hesablanması; ##.##.2009-cu il tarixdən ##.##.2010-cu il tarixədək ödənməli olan və ödənilməyən pensiyanın birdəfəlik ödənilməsi; ##.##.2010-cu ildən yanlışlıqla hesablanmaya görə ödənilməmiş pensiya qalıqlarını bu ərizədə qeyd edilənlər nəzərə alınmaqla düzəliş aparılan günə qədər birdəfəyə ödənilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya # ######## 2010-cu il tarixində əmək pensiyası almaq hüququ yarandığı ## ####### 2009-cu il tarixindən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin pensiyanın təyin olunduğu tarix 2009 cu il göstərilsədə, iddiaçı pensiyanı 2010 cu ildən almağa başlamışdır. Bu barədə narazılığını cavabdeh təşkilata rəsmi qaydada bildirdikdə həmin təşkilat ona pensiyanın elə 2009 cu ildən hesablandığını bildirir. Amma pensiyanı alan şəxsin iddiaçının özü olduğuna görə o bilir ki, cavabdehin cavabında yanlışlıq vardır və ona əmək pensiyası 2009-2010 cu üçün ödənilməmişdir. Bundan əlavə cavabdeh öz cavab məktubunda bildirir ki, “əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” AR Prezidentinin # ###### 2002-ci il tarixli Sərəncamına uyğun olaraq ##.##.2022- ci il tarixdən guya mənim pensiyamın məbləği 3.4 % indeksləşdirilməklə pensiyamın məbləği 334.14 manatdan 345.50 manata çatdırılmışdır. Həmçinin sözügedən Sərəncama əsasən yalnız siğorta prinsipi ilə pensiya alan pensiyaçılara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın bərabər hissələrə bölünməklə hər rübdə bir dəfə verilməklə nəzərdə tutulub. Həmin maddi yardımın birinci, ikinci, üçüncü rüblər üzrə 50 manat hissəsi 2022-ci ilin fevral-aprel və iyun aylarının pensiya ödənişi ilə birlikdə müvafiq kart hesabına köçürülür” Göründüyü kimi cavabdehin cavabında onu narahat edən pensiyanın 2009-cu ildən 2010 cu ilədək nəzərə alınmaması və ödənilməməsi səbəbi barədə heçnə yazılmır. Ona görə də cavabdehin verdiyi cavab əsassızdır. İddiaçı pensiyanın yenidən hesablanaraq yuxarıda göstərdiyi kimi 2009-cu ildən 2010-cu ilədək müddətin də nəzərə alınması barədə ərazi üzrə mütəxəssis cəlb edilməsi barədə Xəzər rayon İcra və Probasiya şöbəsinə müraciət etsə də müraciətinə cavab olaraq onların mütəxəssis cəlb etmək səlahiyyəti olmadığını və bu barədə ancaq məhkəmənin qərarının olması zəruriliyi bildirildi. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, iddiaçıya ##.##.2009-cu il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun # ###### 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə və 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyası həmin tarixdən 415,40 manat təşkil edir. Əlavə olaraq bildirilir ki, İddiaçı 2021-ci il may ayı üzrə ödənilməli olan 334,14 manat əmək pensiyası ona iyul ayı üzrə ödənilməli olan pensiya məbləğinin üzərinə əlavə edilərək ##.##.2021-ci il tarixində müvafiq kart hesabına köçürülmüşdür. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə əlavə yazılı etiraz təqdim olunmuşdur. Etiraza əlavədə qeyd olunmuşdur ki, iddiaçı İddiaçı ## ###### 2010- cu il tarixində Fondun Xəzər rayon şöbəsi tərəfindən ## ####### 2009-cu il tarixindən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiya işinə dair sənədlərin Mərkəzi Filiala köçürülməsi ilə əlaqədar 2021-ci ilin iyun ayından etibarən əmək pensiyası Mərkəzi Filial tərəfindən ödənilmişdir. Mərkəzi Filialda mövcüd olan “Kəşfiyyatgeofizika ldarəsi"nin iddiaçıya dair # #### 2010-cu il tarixli **-*** nömrəli 1992-1997-ci illər, həmçinin 2004- 2005-ci illər üzrə əməkhaqqı arayışlarına əsasən əmək pensiyasının müraciətində qeyd etdiyi qaydada hesablanması zamanı əmək pensiyası məbləğinin azalacağı müəyyən olunduğu üçün əmək pensiyasının ərizəsində qeyd etdiyi əsaslarla (əməkhaqqına əsasən) yenidən hesablanması təxirə salınmışdır. Həmçinin bildirilir ki, iddiaçı İddiaçı Mərkəzi Filiala müraciət edərək mərhum qardaşı Allahqulu Nəcəfqulu oğluna təyin olunnuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının düzgün hesablanmasını xahiş etmişdir. Lakin bildirilir ki, iddiaçının mərhum qardaşı Allahqulu Nəcəfqulu oğlu vəfat etdiyi ##.##.2021-ci il tarixinədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Mərkəzi Filiala müraciət etməmişdir. Bu səbəbdən də iddiaçının müraciəti əsasında mərhuma güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə baxılması qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli (sədrlik edən hakim Tural Məlikov) qərardadı ilə iddia tələbi “İddiaçı ##.##.2014-cü ildən ##.##.2021-ci il tarixədək mərhum qardaşı Allhaqulu Nəcəfqulu oğluna qulluq etmə müddəti də daxil edilməklə, ##.##.2010-cu il tarixdə təyin edilmiş pensiyanın indeksasiya və devalvasiyası nəzərə alınmaqla yenidən hesablanması” hissəsində mümkün sayılmamışdır İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərardadını ləğv edərək işin icraata götürülməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2023-cü il tarixdə iddia ərizəsinə bir qədər dəyişiklik edərək, həmçinin İddiaçı “Qoryaçiy” gəmisində işlədiyi və rublla əmək haqqı aldığı dövr; USD ilə əmək haqqı aldığı dövr və ##.##.2014-cü ildən ##.##.2021-ci tarixədək mərhum qardaşı Allahqulu Nəcəfqulu oğluna qulluq etmə müddəti də daxil edilməklə, ##.##.2010-cu il tarixdə təyin edilmiş pensiyanın indeksasiya və devalvasiya nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Həmin dəyişiklik təqdim edilərkən, eyni tələblə daha öncə cavabdeh orqana müraciət etməkləri və həmin məktubun cavabdeh orqana çatması barədə qəbzi əlavə etmişlər. Bundan başqa DSMFnin internet saytından faktı təsdiq edən müvafiq çıxarışlar da elektron kabinetə əlavə edilmişdir. Cavabdeh orqana müvafiq müraciətin surəti və həmin müraciətin Cavabdeh orqana çatmasını təsdiqləyən poçt qəbzi müvafiq olaraq elə ##.##.2023-cü il tarixdə, təkrarən isə ##.##.2024-cü il tarixdə elektron məhkəmə kabinetinə yüklənilmişdir. Lakin barəsində şikayət verilən qərardadda iddia tələbi- İddiaçı ##.##.2014-cü ildən ##.##.2021-ci il tarixədək mərhum qardaşı Allahqulu Nəcəfqulu oğluna qulluq etmə müddəti də daxil edilməklə, ##.##.2010-cu il tarixdə təyin edilmiş pensiyanın indeksasiya və devalvasiya nəzərə alınmaqla yenidən hesablanması mümkünsüz hesab edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, eyni tələblə daha öncə tərəfimdən cavabdeh orqana müraciət edilməmişdir. Göründüyü kimi, iş üzrə materiallarda olaola, birinci instansiya hakimi tərəfindən sübutun yoxmuş kimi davranması halı müşahidə edilir. Bu isə ümumiyyətlə birinci instansiya məhkəməsində araşdırmanın obyektiv aparılmasına ciddi şübhələr yaradır. Belə ki, ##.##.2023-cü ildə baş vermiş hərəkətə Məhkəmə 2 ildən də artıq müddət sonra və təqdim edilmiş sübutların görməzlikdən gələrək, reaksiya vermişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri Cavabdeh inzibati orqan apellyasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini və Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərardadı ləğv edərək iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *- *(***)-***/**** saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli və işə yenidən baxılması üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İddia tələbindən müəyyən olunur ki, iddiaçının hüquqi marağı onun ##.##.2014-cü ildən ##.##.2021-ci il tarixədək mərhum qardaşı Allhaqulu Nəcəfqulu oğluna qulluq etmə müddəti də daxil edilməklə, ##.##.2010-cu il tarixdə təyin edilmiş pensiyanın indeksasiya və devalvasiyası nəzərə alınmaqla yenidən hesablanmasından ibarətdir. Belə ki, iddiaçı ##.##.2023-cü il tarixdə iddianın dəyişdirilməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək iddia tələbinin “İddiaçı “Qoryaçiy” gəmisində işlədiyi və rublla əmək haqqı aldığı dövr; USD ilə əmək haqqı aldığı dövr və ##.##.2014-cü ildən ##.##.2021-ci tarixədək mərhum qardaşı Allahqulu Nəcəfqulu oğluna qulluq etmə müddəti də daxil edilməklə, ##.##.2010-cu il tarixdə təyin edilmiş pensiyanın indeksasiya və devalvasiya nəzərə alınmaqla yenidən hesablanması; ##.##.2009-cu il tarixdən ##.##.2010-cu il tarixədək ödənməli olan və ödənilməyən pensiyanın bir dəfəlik ödənmə şərti ilə mənə ödənilməsi; ##.##.2010-cu ildən yanlışlıqla hesablanmaya görə ödənilməmiş pensiya qalıqlarını bu ərizədə qeyd edilənlər nəzərə alınmaqla düzəliş aparılan günə qədər bir dəfəyə ödənilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2023-cü il tarixli məhkəmə iclasında ərizə iş materiallarına əlavə edilmiş, ərizəyə sədrlik edən tərəfindən növbəti məhkəmə iclasında münasibət bildiriləcəyi qeyd olunmuşdur. Növbəti, yəni ##.##.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Sədrlik edən iddiaçıya hüquqi yardım göstərərək, iddia tələbinin dəqiqləşdirilməsini zəruri hesab edir və iddia tələbinə dəqiqləşmə ərizəsinin verilməsini təklif edir. İddiaçı isə hüquqi yardımı qəbul edirək növbəti məhkəmə iclasında iddia tələbinə dəqiqləşdirmə təqdim edəcəyini bildirir. ##.##.2024cü il və ##.##.2024-cü il tarixlərdə təyin olunan məhkəmə iclaslarında iddia tələbinin dəqiqləşdirilməsinə münasibət bildirilməmişdir. ##.##.2024-cü il tarixdə qəbul edilən məhkəmə-mühasibatlıq ekspertizasına dair qərardadda tələbin dəqiqləşdirilməsinə dair ərizənin məhkəmənin müvafiq qərardadı ilə qəbul edildiyi qeyd edilmişdir. İddia tələbinin qeyd olunan məzmunda dəqiqləşdirilməsinə dair ərizənin icraata qəbul edilməsi ilə bağlı qərardad iş materiallarında olmasa da, faktiki olaraq birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə baxmış və iddianı mümkün hesab etməmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini öhdəliyin icrası haqqında iddiaya aid etmiş və əvvəlcə cavabdeh inzibati orqana müraciət edilməməsi əsası ilə ilə iddianı qeyrimümkün hesab etmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarında olan sübutlardan müəyyən olunur ki, iddiaçı ##.##.2023-cü il tarixli məktubla Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və həmin Fondun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına məktubla müraciət edərək aşağıdakıları xahiş etmişdir: “Mənə bu ərizədə qeyd edilən “Qoryaçiy” gəmisində işlədiyim və rublla əmək haqqı aldığım dövr, USD ilə əmək haqqı aldığım dövr və ##.##.2014-cü ildən ##.##.2021-ci tarixədək mərhum qardaşı Allahqulu Nəcəfqulu oğluna qulluq etmə müddəti də daxil edilməklə, ##.##.2010-cu il tarixdə təyin edilmiş pensiyanın indeksasiya və devalvasiya nəzərə alınmaqla yenidən hesablanması; ##.##.2009-cu il tarixdən ##.##.2010-cu il tarixədək ödənməli olan və ödənilməyən pensiyanın bir dəfəlik ödənmə şərti ilə mənə ödənilməsi; ##.##.2010-cu ildən yanlışlıqla hesablanmaya görə ödənilməmiş pensiya qalıqlarını bu ərizədə qeyd edilənlər nəzərə alınmaqla düzəliş aparılan günə qədər bir dəfəyə ödənilməsi” Qeyd olunan məktublar ##.##.2023-cü tarixdə poçt vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və həmin Fondun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. (cild 2, i/v 136-150) Göründüyü kimi, iddiaçı müvafiq iddianı qaldırmamışdan öncə həmin tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, işə yenidən baxacaq birinci instansiya məhkəməsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə qiymət verməli və daha sonra mübahisəyə mahiyyəti üzrə baxmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 80 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilsin. İşə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar