Məhkəmə qərarları › İş №2-1(3-6)-568/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-568/2026

16.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-568/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin ## ###### 2005ci il tarixli,*** saylı qərarı ilə Bakı şəhərinin Səbail rayonunun Badamdar qəsəbəsi II yaşayış massivi ərazisində fərdi ev tikintisi məqsədi ilə mülkiyyətinə verilmiş uzun illər faktiki istifadə etdiyi 520 kvadrat metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Iddiaçı X1, adi qaydada cəlb edilmiş 3-cü şəxs “Neft kəmərləri” Idarəsinin nümayəndəsi “Neft kəmərləri” idarəsinin rəisi X7 iştirakları ilə, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin faktiki halları

1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli 3-21-3-30/2-A-1095-8/2024 ************ nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim edilən sənədlər toplusunda olan torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır.

2. Bakı şəhəri Səbail rayonu Badamdar bələdiyyəsinin *** nömrəli ## ###### 2005-ci il tarixli “Bələdiyyə ərazisində olan torpaq sahəsinin X1 mülkiyyətinə verilməsi barədə” Qərarı ilə vətəndaş X1 ərizəsinin nəzərə alınması, Badamdar qəsəbəsi İ yaşayış massivində olan 520 kv.m torpaq sahəsinin uzun müddət istifadəsində olduğuna görə X1 adına alqı-satqı yolu ilə sənədləşdirilməsi qərara alınmışdır.

3. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, X1 bələdiyyə orqanına ## ######## 2005-ci il tarixində torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Badamdar bələdiyyə ərazisində 520 kv.m torpaq sahəsinin satılması barədə 2005-ci il ## ###### tarixli *** saylı qərar qəbul edilmiş, bunun müqabilində X1 tərəfindən Səbail rayon Badamdar bələdiyyəsinin xəzinəsinə əvvəlcədən köçürülmüşdür. X1 istifadəsində olan torpaq sahəsinin cizgisi Badamdar bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Bakı şəhəri Səbail rayonu Badamdar bələdiyyəsinin *** nömrəli ## ###### 2018-ci il tarixli arayışında qeyd edilmişdir ki, X1 Badamdar Bələdiyyəsi tərəfindən ## ###### 2005-ci il tarixində ** saylı iclasın qərarına əsasən 1-ci yaşayış massivində 520 kv.m olan torpaq sahəsi ## ###### 2005-ci il *** saylı qərara əsasən adına sənədləşdirilmişdir.

4. ## ##### 2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilmişdir ki, iki torpaq sahəsi bir hasar daxilindədir, ara sərhədləri şərtidir, sözügedən sahə iki tərəfdən daş hasarla sərhədlənib, iki tərəfdən sərhədi şərtidir, torpaq sahəsi üzərində inşaatı tamamlanmamış yarımçıq tikili var.

5. Məhkəmənin ##.##.2025-ci il tarixli Qərardadı ilə aşağıdakı suallar göstərilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin ## ####### 2025-ci il tarixli **/**** nömrəli ekspert rəyinə əsasən: Qərardadın birinci sualı üzrə: inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1blikasının Torpaq Məcəlləsini, “Bələdiyyənin Statusu haqqında" inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1blikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1blikasının ##.##.1999-cu il tarixli qanununda qeyd olunanları, “Torpaq islahatı haqqında" qanununun 6-cı və 7ci maddəsində qeyd olunanları, eləcə də “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1blikasının Qanununun müvafiq tələblərini, Bakı şəhəri, Səbail rayonu, Badamdar bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisini, torpaq sahəsinin yaxınlığında xüsusi mülkiyyətə verilmiş torpaq sahəsinin dövlət reyestrindən qeydiyyatdan keçməsinə əsasın Badamdar bələdiyyəsinin alqı-satqısına dair akt (qərar) olduğunu nəzərə alaraq, Bakı şəhərinin Səbail rayonunun Badamdar qəsəbəsi II yaşayış massivi ərazisində yerləşən 520 kv.m torpaq sahəsinin torpaq sahəsinin Badamdar bələdiyyəsinin hüdudları daxilində yerləşdiyi və Badamdar bələdiyyəsinin mülkiyyətində olduğu müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə:Iddiaçının naturada göstərdiyi torpaq sahəsinin yaxınlığında yerləşən, xüsusi mülkiyyətə verilmiş torpaq sahəsinin reyestr çıxarışın göstəricilərini, naturada göstərilən torpaq sahəsinin bütün ətrafının yaşayış məntəqələri ilə əhatə olunduğunu, eyni zamanda Torpaq Məcəlləsinin 18-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin torpaq sahəsinin yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olduğu (tikinti məqsədli) müəyyən olundu. Qərardadın üçüncü sualı üzrə: Bakı şəhərinin Səbail rayonunun Badamdar qəsəbəsi II yaşayış massivi ərazisində yerləşən, iddiaçı tərəfindən baxış zamanı təqdim olunan torpaq sahəsinin 520 m2 olduğu müəyyən olundu. Baxış zamanı təqdim edilmiş 520 m2 torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: - 399399.4790, 4467300.0650, - 399415.1580, 4467313.6790, - 399417.5559, 4467315.5011, - 399430.9140, 4467296.5070, - 399411.3033, 4467283.2977. Qərardadın dördüncü sualı üzrə: iddiaçının naturada göstərdiyi 520 m2 torpaq sahəsinin yerləşmə yerinin, sahəsinin, konfiqurasiyasınnın Badamdar bələdiyyəsinin 23.11,2005-ci il tarixli *** nömrəli qərarı ilə iddiaçı X1 verilmiş 520 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin göstəricilərinə uyğun gəldiyi müəyyən olundu. Qərardadın beşinci və altıncı sualları üzrə: Torpaq sahəsinin neft və qaz kəmərlərinin mühafizə zolağında düşüb-düşmədiyinin, eyni zamanda qaz və neft xətləri ilə torpaq sahəsi arasındakı məsafənin müəyyən olunması xüsusi bilik tələb etmir və tikintitexniki ekspertin həll etdiyi məsələlər dairəsinə aid deyildir

a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli,*** saylı qərarı ilə Bakı şəhərinin Səbail rayonunun Badamdar qəsəbəsi II yaşayış massivi ərazisində fərdi ev tikintisi məqsədi ilə mülkiyyətinə verilmiş uzun illər faktiki istifadə etdiyi 520 kvadrat metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmənin ##.##.2025-ci il tarixli Qərardadı ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1blikası Dövlət Neft Şirkəti, ##.##.2025-ci il tarixli Qərardadı ilə Bakı şəhəri Badamdar Bələdiyyəsi üçüncü şəxslər qismində (zəruri cəlbetmə) qaydasında məhkəmə icraatına cəlb edilmişdirlər.

8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli,*** saylı qərarı ilə Bakı şəhərinin Səbail rayonunun Badamdar qəsəbəsi II yaşayış massivi ərazisində daş hasara alaraq abadlaşdırdığı və uzun illər istifadə etdiyi 520 kvadrat metr torpaq sahəsi yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi ilə alqı-satqı yolu ilə iddiaçının adına sənədləşdirilmişdir. Həmin torpaq sahəsinin alqı-satqı dəyəri olaraq tərəfindən 816000 (səkkiz yüz on altı min) manat məbləğində pul vəsaiti ## ###### 2005-ci il tarixdə Badamdar bələdiyyəsinin bank hesabına köçürülmüşdür. Eyni zamanda Badamdar bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinin alqı-satqısına dair torpağın alqı-satqı aktı və torpağın yerquruluşu cizgisi də tərtib edilərək ona təqdim edilmişdir. Ancaq o, həmin dövrdə hesab etmişdir ki, bununla da torpağın sənədləşməsi başa çatmış və torpaq sahəsi artıq onun mülkiyyətindədir. Bu səbəbdən o, bələdiyyə qərarı əsasında verilmiş torpaq sahəsinin mülkiyyət çıxarışının alınması üçün aidiyyəti dövlət orqanına müraciət etməmişdir. Sonradan o, torpağın adına sənədləşməsi işlərinin tam yekunlaşmadığını öyrənərək torpağa dair mülkiyyət çıxarışını almaq üçün ərizə ilə cavabdeh inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1blikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina edilmişdir.

9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağı olmaqla, neft kəmərinin mühafizə zonasında yerləşir. Həmçinin göstərilən sahə ümümi hasar daxilində yerləşməklə, faktiki ölçüsü 470 kv.m təşkil edir. Eləcə də, sahənin şimal sərhədindən 4-5 metr məsafədə, cənub sərhəd boyu isə daxilindən diametri 350 mm-lik qaz boru xətti keçir. Əlavə olaraq, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisində) bələdiyyənin qərarına istinad olunmamışdır.

10. Iddiaçı cavabdehin etirazına münasibət təqdim edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi Bakı şəhərinin Səbail rayonunun Badamdar qəsəbəsi II yaşayış massivi ərazisində yerləşməklə Bakı Şəhəri Səbail Rayonu Badamdar Bələdiyyəsinin müvafiq qərarı ilə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin alqı-satqı dəyəri Badamdar Bələdiyyəsinin xəzinəsinə ödənimiş və Badamdar Bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinin alqı-satqısına dair torpağın alqı-satqısı aktı və torpağın yerquruluşu cizgisi də tərtib edilərək təqdim edilmişdir. Cavabdeh sözügedən torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi olduğunu qeyd etsə də, bu məlumatın Dövlət Kadastrına daxil edilməsi üçün əsas olmuş sənədlərə istinad etməmiş, müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Işdə olan sənədlər ilə sübut olunur ki, mübahisəli torpaq sahəsi Badamdar qəsəbəsinin II yaşayış massivində yerləşməklə yaşayış məntəqələrinin torpaqlarına aid ərazidə yerləşir. Həmin torpaq sahəsi hal-hazırda da qüvvədə olan bələdiyyə qərarı əsasında onun mülkiyyətinə verilmişdir. Mülkiyyətinə verilmiş torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” vardır. Belə ki, Badamdar Bələdiyyəsi tərəfindən torpaq sahəsinin yerləşmə planı təsdiq edilmiş, torpağın alqı-satqı dəyəri tərəfindən bələdiyyəyə ödənilmiş, bələdiyyə tərəfindən qəbul edilmiş qərarın mötəbərliyi ilə bağlı da hər hansı şübhə mövcud deyildir. Mülkiyyətinə verilmiş mübahisəli torpaq sahəsi qəsəbə ərizəsində yerləşməklə yaşayış məntəqələri kateqoriyasına aiddir. Qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində olan torpaqlara aid ola bilməz. Belə ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələblərinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmiş torpaqlara aid edilmişdir.

11. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

12. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan faktiki hallara hüquqi qiymət verməmiş və tam araşdırma aparmamışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

15. Məhkəmədə iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını, 3cü şəxs “Neft kəmərləri” idarəsinin rəisi X7 iddia iddia tələbinə etiraz edərək, bildirmişdir ki, qeyd olunan torpaq sahəsi onalra ayrılmış ərazidə yerləşir və gələcəkdə həmin torpaq sahəsi üzərində daşınmaz əmlak tikildiyi təqdirdə hər hansı bir maneə yaradıla bilməyəcək. Ona görə də 3-cü şəxsin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

16. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və adicəlbetmə qaydasında cəlb edilmiş digər 3-cü şəxslər məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının cavabdeh və 3-cü şəxslərin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

17. “Inzibati Icraat Haqqında” inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1blikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1blikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1blikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1blikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

19. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1blikası Torpaq Məcəlləsinə əsasən:

55. müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur.

65. torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.

66. 1.dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

67. torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

20. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1blikasının Inzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASIYA BAXIŞININ HƏDLƏRI

21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (IPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

24. Işin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 17-20-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

25. Belə ki, iddiaçı Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin ## ###### 2005ci il tarixli,*** saylı qərarı ilə Bakı şəhərinin Səbail rayonunun Badamdar qəsəbəsi II yaşayış massivi ərazisində fərdi ev tikintisi məqsədi ilə mülkiyyətinə verilmiş uzun illər faktiki istifadə etdiyi 520 kvadrat metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsini tələb edir.

26. Cavabdeh orqan isə elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağı olmaqla, neft kəmərinin mühafizə zonasında yerləşdiyini, göstərilən sahənin ümümi hasar daxilində yerləşməklə, faktiki ölçüsünün 470 kv.m təşkil etdiyini və sahənin şimal sərhədindən 4-5 metr məsafədə, cənub sərhəd boyu isə daxilindən diametri 350 mm-lik qaz boru xəttinin keçdiyini bildirərək, iddia ərizəsini təmin etməkdən imtina etmişdir.

27. Işin apellyasiya baxışı zamanı “Azəriqaz” IB tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, qeyd olunan torpaq sahəsi SOCAR-ın “Neft Kəmərləri” Idarəsinin istismarında olan Bibi-Heybət-Yasamal maqistralı neft kəmərinin 1,3 metirlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, torpaq sahəsinin 33 metrlik məsafəsində 1 ədəd ləğv edilmiş neft-qaz quyusu mövcuddur. Bundan başqa Socar-ın “Neft Kəmərləri Idarəsinin” və “Azneft” Istehsalat Birliyini 3-cü şəxs qismində cəlb edilməsi xahiş edilmişdir.

28. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə Socar-ın “Neft Kəmərləri Idarəsi” və “Azneft” Istehsalat Birliyi adi qaydada 3-cü şəxs qismində iş üzrə icraata cəlb edilmişdir.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1blikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1blikası Qanununun tətbiq edilməsi haqqında” inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1blikası Prezidentinin ##.##.2004-cü il tarixli *** nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1blikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir.

31. Qanunvericiliyin tələbinə əsasən kollegiya qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar müəyyən edilməli, yerli icra hakimiyyəti orqanlarının aktları bu əsaslardan birinə aid edilməlidir. Göründüyü kimi, iddiaçı bu əsası – torpaq sahəsinin satılması barədə Badamdar Bələdiyyəsi tərəfindən qəbul edilmiş 2005-ci il ## ###### tarixli *** saylı qərarını cavabdehə təqdim etmişdir.

32. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində mübahisələndirilən torpaq sahəsinin neft kəmərinin mühafizə zonasında yerləşməsinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, iddiaçının torpaq sahəsi üzərində gözlənti hüququnun olmasına baxmayaraq, bərabər əsasla əldə edilmiş daşınmaz əmlaka dair digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışların verildiyi halda, iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina əsaslı və qanuni olmamış, inzibati icraatın bərabərlik prinsipi pozulmuşdur. Bundan başqa o da nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1blikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüskək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təstiq edilməsi haqqında ## ###### 2027-ci il tarixli ** nömrəli Qərarının 3.3-cü bəndinə əsasən yarana biləcək qəzalardan əhalini mühafizə etmək üçün neftqazçıxartma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonası müəyyən edilir. Qeyd olunan mühafizə zonalarının məsafələri yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və təhsil müəssisələrinin binaları ilə ləğv edilmiş quyular arasında məsafələr müəyyən edilmişdir. Göründüyü kimi qeyd olunan qərarda torpaq sahələri ilə neftqazçıxartma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonası müəyyən edilməmişdir. Belə olduğu təqdirdə cavabdeh təşkilatın iddia tələbinə etirazında təqdim etdiyi hazırki, arqumentin hüquqi əsası olmur.

33. Cavabdehin digər dəlili olan “mübahisəli sahənin cənub hissəsindən hasarboyu açıq ortatəzyiqli qaz xətti keçməsinə” münasibətdə kollegiya bildirir ki, mühafizə zonalarının müəyyən edilməsi həmin torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsinə səbəb olmur, habelə onlara dair əqdlərin bağlanmasına qadağa qoymur.

34. Belə ki, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1blikası Nazirlər Kabinetinin 1999-cu il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.8-ci bəndinə əsasən Boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

36. Inzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

37. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1blikası IPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1blikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar