Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-574/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “qeyri-yaşayış sahəsinin sahəsinin altındakı torpaq sahəsinin özəlləşdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər: X4 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respubilkasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “qeyri-yaşayış sahəsinin altındakı torpaq sahəsinin özələşdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin 2-1(112)-9802/2025 nömrəli ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT:
1. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respubilkasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Sonradan ##.##.2025-ci il tarixdə iddiaçı məhkəməyə IPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, ünvan 1 ünvanında yerləşən ona məxsus qeyri-yaşayış sahəsinin altındakı torpaq sahəsinin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında onun şəxsi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsinə köməklik göstərilməsi üçün cavabdehə rəsmi müraciət etmişdir. # ###### 2025-ci il tarixdə bununla əlaqədar olaraq bildirilmişdir ki, müraciəti əsasında xidmətin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən göstərilən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, təqdim olunan sənədlər ekspertiza edilmiş, həmin qeyri-yaşayış sahəsinin 1 mərtəbə binanın bir hissəsi olması səbəbindən obyektin torpaq sahəsindən yalnız icarə müqaviləsi əsasında istifadə mümkünlüyü nəzərdə tutulmuşdur.
4. Bakı Inzibati Məhkəməsinin 2-1(112)-9802/2025 nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
5. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI:
6. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Bakı Inzibati Məhkəməsinin qərarı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 60.1-ci maddəsinin düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında normativhüquqi aktlara uyğun olaraq özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın almaq və ya satınalma hüququ ilə icarəyə götürmək hüququna malikdir. Iş materiallarından aydın şəkildə görünür ki, mübahisə predmeti olan obyekt qanuni əsaslarla qeyri-yaşayış sahəsinə keçirilmişdir (##.##.2018-ci il tarixli, *** №-li sərəncam); obyektin istismarına müvafiq qaydada icazə verilmişdir (##.##.2024-cü il tarixli, ** №-li qəbul aktı); qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir (##.##.2024-cü il tarixli, ********** №-li çıxarış); qeyriyaşayış sahəsinin tikinti altı torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən texniki pasport tərtib edilərkən ölçülmüş və 37,8 kv.m. olaraq müəyyən edilmişdir. Bu hallar mövcud olduğu halda, inzibati orqan tərəfindən torpaq sahəsinin satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsi barədə müraciətinə Torpaq Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmadan imtina edilməsi, eləcə də məhkəmə tərəfindən həmin imtinanın qanuni hesab edilməsi maddi hüquq normasının düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qərarında Torpaq Məcəlləsinin 60.1-ci maddəsinin niyə tətbiq olunmadığı, yaxud hansı qanuni əsaslarla bu maddədən kənara çıxıldığı əsaslandırılmamışdır, bu isə maddi hüququn pozulmasına səbəb olmuşdur. Bakı Inzibati Məhkəməsinin qərarıAzərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Inzibati məhkəmə iş üzrə bütün halları hərtərəfli, tam və obyektiv şəkildə araşdırmaq, iş üçün əhəmiyyət kəsb edən sübutları toplamaq və qiymətləndirmək vəzifəsini daşıyır. Lakin işə baxılarkən bu tələblərə əməl edilməmişdir. Belə ki, məhkəmənin Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanladığı sorğuya verilmiş ##.##.2025-ci il tarixli cavabda: tamamilə başqa ünvanda yerləşən, üçüncü şəxslərə məxsus olan, zirzəmi təyinatlı qeyri-yaşayış sahələrinə dair çıxarışlar və sənədlər təqdim edilmişdir. Həmin sənədlər: ünvan 4 ünvanında yerləşən mübahisəli obyektə aid deyildir; işin predmeti ilə heç bir hüquqi və faktiki əlaqəyə malik deyil. Buna baxmayaraq, məhkəmə bu sənədlərin iş üzrə əhəmiyyətini və uyğunluğunu qiymətləndirməmiş, inzibati orqanın təqdim etdiyi açıq-aşkar relevant olmayan sübutları tənqidi araşdırmadan qəbul etmişdir. Nəticədə işin faktiki halları düzgün müəyyən edilməmiş sübutların relevantlıq, mötəbərlik və yol verilənlik meyarlarına uyğunluğu yoxlanılmamış; inzibati orqanın mövqeyi formal şəkildə əsas götürülmüşdür. Bu isə Inzibati Prosessual Məcəllədə təsbit edilmiş obyektiv həqiqətin müəyyən edilməsi, sübutların düzgün qiymətləndirilməsi və işə ədalətli baxılması prinsiplərinin pozulması ilə nəticələnmişdir.
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır.
Tərəflərin izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
10. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 4.1. IPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. Iddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq, iddia mümkün sayılmalıdır. 5.4. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. Iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. Iddia mümkün sayılmadıqda məhkəmə IPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
11. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI
12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
13. Hazırki işdə iddiaçının tələbi “ünvan 1 ünvanında yerləşən ona məxsus qeyri yaşayış sahəsinin altındakı torpaq sahəsinin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Işə baxan birinci instansiya inzibati orqan kimi cavabdehin səlahiyyətlərinin həyata keçirilməsi zamanı iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına yönəlmiş hər hansı hərəkətə yol vermədiyi qənaətinə gəlmiş və iddia tələbini təmin etməmişdir.
14. Məhkəmə kollegiyası işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
15. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Iddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq, iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. (5.1-5.4-cü bəndlər); Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. (6.1-6.2-ci bəndlər); Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd);”
17. Iş materillarında olan Bakı şəhəri Nəsimi Rayon Icra Hakimiyyəti başçısının “Vətəndaş İddiaçı oğuna məxsus mənzilinin ölçülərinin dəqiqləşdirilməsi və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” *** saylı, ##.##.2018-ci il tarixli sərəncamının surətindən müəyyən olunur ki, Nəsimi rayonu, Vidadi küçəsi *** saylı evin * saylı mənzilinin 34,0 kv metr ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır.
18. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi Idarəsi tərəfindən İddiaçı adına ##.##.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 173, Yeni Qaydalarla: ünvan 2 ünvanında yerləşən 24,10 kv metrdən ibarət qeyri -yaşayış sahəsinə dair tərtib olunmuş 008011000401-05101-****** reyestr nömrəli texniki pasportdan görünür ki, həmin qeyri-yaşayış sahəsi birmərtəbəli binanın birinci mərtəbəsində yerləşir.
19. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 173, Yeni Qaydalarla: ünvan 2 ünvanında yerləşən 24,10 kv metrdən ibarət qeyri-yaşayış sahəsi ##.##.2024-cü il tarixdə, 1124026729 qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır.
20. Iddiaçının hazırki iddia tələbinə cavab olaraq cavabdeh orqan tərəfindən bildirilmişdir ki, xidmətin Bakı Ərazi şöbəsinin əməkdaşları tərəfindən iddiaçının iştirakı ilə qeyd olunan qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, təqdim olunan sənədlər ekspertiza edilmişdir. Iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 1 mərtəbəli binanın bir hissəsi olması səbəbindən adıçəkilən obyektin torpaq sahəsindən yalnız icarə müqaviləsi əsasında istifadənin mümkünlüyü barədə qanunvericiliyin tələbləri müraciətçiyə ətraflı şəkildə izah olunmuşdur.
21. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilən ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** saylı cavab məktubunda göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsi tərəfindən aparılan araşdırma nəticəsində verilən məlumata əsasən qeyd olunan qeyri-yaşayış sahəsinin 24.1 kv.m hissəsinin İddiaçı mülkiyyətində olduğu və mənzilə bitişik yerləşdiyi, həmçinin digər tikilinin (sanitar qovşaq) sözügedən qeyri-yaşayış sahəsinə bitişik olmadığı və ümumi istifadədə olan həyətdə yerləşdiyi müəyyən edilmişdir.
22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
23. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqısatqı obyekti ola bilər: ...özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri;
24. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanının 3-cü maddəsinə əsasən Hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması bu Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun.
25. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə:
1. Bu Əsasnamə Azərbaycan Respublikasının “Torpaq məcəlləsinə”, “Torpaq islahatı haqqında”, “Torpaq vergisi haqqında”, “Yerin təki haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanunlarına, “Azərbaycan Respublikasında 1995 – 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı”na və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin (bundan sonra “Torpaq sahələri”) fiziki və hüquqi şəxslərə satılması qaydalarını müəyyən edir.
2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur.
3. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satın alınmasının subyektləri (alıcıları) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilərlər.
4. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır.
6. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır.
7. Torpaq sahələri mülkiyyətçisinin (icarəçisinin) hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.
8. Torpaq sahələrinin normativ qiymətinin müəyyən edilməsi haqqında Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
9. Azərbaycan Respublikası Nazirlər Kabineti yaşayış məntəqələrinin ayrı-ayrı ərazilərinin torpaq sahələrinin qiymətləndirilməsi məqsədilə, həmin torpaq sahələrinin yerləşdiyi yeri və ölçülərini, onların sosial əhəmiyyətini (dəniz sahilində, şəhər meydanlarında, əsas magistrallarda yerləşdiyini), nəqliyyat əlverişliliyini, habelə onlar üzərində yerləşən müəssisə və obyektlərin fəaliyyət növünü və s. nəzərə alaraq müvafiq əmsallar sistemini müəyyən edir.
10. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektin) qiyməti və onun altında yerləşən torpaq sahəsinin qiyməti ayrılıqda müəyyənləşdirilir.
11. Cavabdeh (bundan sonra – Dövlət Xidməti) əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər.
12. Torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Dövlət Xidmətinə aşağıdakı sənədləri təqdim edir: ərizə; hüquqi şəxsin nizamnamə kapitalında 75 faizdən az olmayan hissənin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətidirsə); müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin surəti; özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadıqda Dövlət Xidməti aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə özəlləşdirilmiş müəssisə və obyektlərin faktiki istifadəsində olan torpaq sahəsini müəyyən edir 12-1. Torpaq sahəsini almaq üçün tələb olunan sənədlərin və ya məlumatların X6 Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X6 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya həmin mülkiyyətçi tərəfindən təmin edilir.
26. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanuna əsasən Dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir (maddə 1.0.1). Dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir (maddə 2.1). Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı (Əmlak Məsələləri Dövlət Komitəsi) çıxış edir (maddə 8.1). Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Prezidenti və Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən qəbul edilir (maddə 15.1). Dövlət əmlakının özəlləşdirilməsi üsullarından biri icarəyə verilmiş dövlət əmlakının satışıdır (maddə 16.1.6). Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirilmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir (maddə 22.1).
27. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Cavabdeh Əsasnaməsinə əsasən 2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: .. 2.0.5. dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirmək;.. 2.0.8. daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə özəlləşdirilən müəssisələrin qiymətləndirilməsini təşkil etmək; Həmin Əsasnamə ilə Xidmətin vəzifələrinə aid edilmişdir:.. 3.0.3. dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi ilə əlaqədar iqtisadiyyatın ayrıayrı sahələrinin inkişafının təhlilində, proqnozlaşdırılmasında və perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində iştirak etmək; 3.0.4. dövlət əmlakının idarə edilməsini və özəlləşdirilməsini, onun barəsində sərəncam verilməsini, qeydiyyatının aparılmasını, özəlləşdirilən dövlət müəssisələrinə investisiyaların cəlb olunmasını təmin etmək;.. 3.0.16. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsi nəzərə alınmaqla, dövlət əmlakının özəlləşdirilməsindən, icarəyə verilməsindən və onun barəsində həyata keçirilən digər əməliyyatlardan əldə edilən vəsaitin uçotunun aparılmasını və onun dövlət büdcəsinə daxil olmasını təmin etmək, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını həyata keçirmək; ..3.0.34. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyəti üçün lazımsız və yararsız olan əmlakı onların müraciətləri əsasında sərəncama götürmək, habelə dövlətə məxsus olan hüquqi şəxslərin tərkibindən onların hər hansı bölməsinin (bina, tikili, qurğu və digər əmlakın) çıxarılmasını və ayrıca özəlləşdirilməsini həyata keçirmək; 3.0.35. dövlətə məxsus olan hüquqi şəxslərin və nizamnamə kapitalında dövlətin payı olan ödəniş qabiliyyəti olmayan hüquqi şəxslərin fəaliyyətini, maliyyə vəziyyətini təhlil edib rəy vermək, özəlləşdirilən müəssisə və obyektlərin müflisləşmə prosedurunu həyata keçirmək və bu zaman dövlətə məxsus əmlakın satışını təşkil etmək; 3.0.37. Nazirliklə razılaşdırmaqla, dövlət əmlakının müvafiq üsullarla özəlləşdirilməsi barədə qərar qəbul etmək, özəlləşdirilməsini ictimai nəzarət və şəffaflıq, əmək kollektivi üzvlərinin hüquqlarının və sosial ədalət prinsipinin qorunması əsasında həyata keçirmək, dövlət əmlakının alıcıları ilə bağlanılmış alqı-satqı müqavilələrinin qeydiyyatını aparmaq, icrasını təmin etmək, habelə şərtlərinə riayət olunmasına nəzarət etmək; 3.0.47. özəlləşdirilən dövlətə məxsus olan hüquqi şəxslərin və obyektlərin, fiziki və hüquqi şəxslərin inşa etdikləri müəssisələrin və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satışını həyata keçirmək.
28. Hazırki işdə iddiaçının ünvan 1 ünvanında yerləşən ona məxsus qeyri-yaşayış sahəsinin altındakı torpaq sahəsinin iddiaçının qanuni istifadəsində və ya icarəsində olması ilə bağlı hər hansı sənəd iş materiallarında mövcud deyildir.
29. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 15-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. Özələşdirmə haqqında qərarda obyektin özəlləşdirilməsinin məqsədəuyğunluğu əsaslandırılır və üsulları göstərilir. Müəyyən səhm zərfinin dövlət mülkiyyətində saxlanılması məqsədəuyğun hesab edildiyi halda, bu barədə həmin qərarda qeyd olunur. Özəlləşdirmə obyekti barədə qərar çıxarılarkən, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək baxımından obyektin əhəmiyyəti, ölkənin iqtisadi maraqları, obyektin sahə xüsusiyyətləri və yerli əhəmiyyəti nəzərə alınır. Dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edildikdən sonra qanunvericiliyə uyğun olaraq özəlləşdirmə komissiyası yaradılır. Özəlləşdirmə komissiyası ən geci üç ay müddətində müəssisənin (obyektin) özəlləşdirilməsi planını işləyib hazırlamalıdır. Özəlləşdirmə komissiyası öz işinə müstəqil ekspertləri və auditorları cəlb edə bilər. Özəlləşdirmə planında özəlləşdirilən müəssisənin (obyektin) satışı qaydası və üsulu, satış müddəti, obyektin ilkin (start) qiyməti göstərilir. Özəlləşdirmə planı dövlət əmlakının satıcısı tərəfindən təsdiq edilir.
30. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi aşağıdakı üsullarla həyata keçirilir: 16.1.1. özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı; 16.1.2. dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi; 16.1.3. dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı; 16.1.4. dövlət əmlakının hərraclar vasitəsilə satışı; 16.1.5. dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı; 16.1.6. icarəyə verilmiş dövlət əmlakının satışı; 16.1.7. dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı.
31. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən Dövlət əmlakının hansı üsulla özəlləşdirilməsi bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
32. Yuxarıda qeyd edilən qanunvericilik normalarından belə bir qənaətə gəlmək olur ki, dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar qəbul etmək və obyektin özəlləşdirilməsinin üsullarını seçmək müvafiq icra hakimiyyəti orqanının, yəni cavabdehin diskresion səlahiyyətidir.
33. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericilik normalarını rəhbər tutaraq və iş materiallarında olan sənədləri nəzərə alaraq qeyd edir ki, iddiaçının tələbinin hüquqi və faktiki əsası mövcud deyil.
34. Inzibati prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan və hüquqi marağı olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
35. Belə ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
36. Odur ki, iddiaçının gətirdiyi dəlillərin qanunvericilkdə əsası olmadığından birinci instansiya məhkəməsi hazırki iddiaya mahiyyəti üzrə baxmaqla səhv nəticəyə gəlmişdir. Halbuki bu zaman məhkəmə iddianın mümkünlük şərtlərinin tam ödənilib-ödənilmədiyi məsələsini araşdırmalı idi.
37. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Inzibati Məhkəməsinin 2-1(112)-9802/2025 nömrəli ## ###### 2025-ci il tarixli qərarı ləğv olunmalı və iddia mümkün sayılmamalıdır.
39. Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin 2-1(112)-9802/2025 nömrəli ## ###### 2025-ci il tarixli qərarı ləğv olunsun. Iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev